Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1919/2022 04.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbraimli Sevinc Şofiq qızının katibliyi ilə, İddiaçı vəkili X1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-918/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, 1 saylı evin 42 saylı mənzilindən istifadə hüquqlarına kompensasiya ödənilməklə xitam verilməsi, qeyd olunan mənzildən çıxarılmaları, cavabdehlərin həmin mənzildən çıxarılan günədək aylıq olaraq 300 manat vəsaitin kompensasiya məbləğindən çıxılması və qalıq pulun cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-918/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, yəni İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumilikdə 11.000 (on bir min) manat kompensasiya ödənilməklə, onların Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, 1 saylı evin 42 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən çıxarılmaları, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 kompensasiya ödənilməsi ilə onların istifadə hüquqlarına xitam verilməsinin və mənzildən çıxarılmalarının eyni vaxtda icra olunması; ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi; iş üzrə aparılmış qiymətləndirmə ekspertizasının dəyərini olan 300 (üç yüz) manatın İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddiasının tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 da apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili X2 apellyasiya şikayətini müdafiə edib, iddiaçının apellyasiya şikayətinin təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil cavabdehin apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və ərizənin baxılmamış saxlanılması üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəllənin 152.1.2-cı maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilərək qətnamə ləğv edilməli və iddia tələbi Mülki Prosessual Məcəllənin 259.0.3cü maddəsinə əsasən (ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda) baxılmamış saxlanılmışdır. Çünki, iddia ərizəsinin İddiaçı tərəfindən imzalandığı görünsə də, iddia ərizəsindəki imza ilə İddiaçı 30 noyabr 2016-cı ildə Budahova Kheıransaya verdiyi etibarnamədəki (bax.i.v.32) imzasının fərqli olduğu açıq-aşkar olmaqla yanaşı, sonuncunun iddiaçının nümayəndəsi kimi məhkəmə iclasında işdə iştirak etmək istədiyi zaman iddia ərizəsinin onun tərəfindən imzalandığı barədə verdiyi məlumatla da təsdiq olunmuşdur. Ancaq İddiaçı 30 noyabr 2016-cı ildə Budahova Kheıransaya verdiyi etibarnamədə sonuncuya Mülki Prosessual Məcəllənin 74-cü maddəsində, o cümlədən 74.2-ci maddədə nəzərdə tutulan səlahiyyətlər verilməmişdir. Demək, iddia ərizəsi İddiaçı tərəfindən deyil, buna səlahiyyəti olmayan şəxs yaxud vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən dəfələrlə məhkəmə iclasları təxirə salınaraq iddiaçının məhkəmə iclasında iştirak etməsinin təmin olunmasına cəhd edilməsinə baxmayaraq İddiaçı hər hansı bir səbəb göstərmədən nə özü məhkəmə iclasına gəlməmiş, nədə səlahiyyətli nümayəndəsinin (MPM-in 74.2-ci maddəsində nəzərdə tutulan səlahiyyətlərə malik nümayəndəsinin) iştirakını təmin etməmişdir. Bu hallar da açıq-aşkar ona dəlalət edir ki, hazırki iddianın irəli sürülməsində İddiaçı iradəsi olmamış, başqa sözlə hazırki iddia ilə məhkəməyə müraciət etmək istəməmişdir. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Həmin Məcəllənin 387.2 və 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 259.0.3, 384.0.5, 387.2.8, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya isntansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-918/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia tələbi Mülki Prosessual Məcəllənin 259.0.3-cü maddəsinə əsasən(ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda) baxılmamış saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan, şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1919/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1919/2022
04.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver