Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1919/2025 12.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 ASC, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Sabunçu rayon İcra Şöbəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (hərracın nəticələrinin mübahisələndirilməsi, təkrar satış qiyməti) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, Cavabdeh "xxxx"ASC-nin nümayəndəsi X6 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1137/2024 nömrəli, 19 mart 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-470/2019 saylı, xx.xx.3019-cu il tarixli icra vərəqəsinə əsasən “Nikoyl” İKB ilə borclu İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi ləğv edilmiş, İddiaçı ümumilikdə 61.564,36 manat borc tutularaq, tutma X2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 5, 55 №-li mənzilə (sonradan – mübahisəli mənzil) yönəldilməli, mənzilin ilkin satış qiyməti 110.*** manat müəyyən edilməklə açıq hərracdan satılmalı, satışdan əldə olunan pul vəsaiti hesabına İddiaçı banka olan borcu ödənilməlidir. 2.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-35/2021 №-li iş üzrə verdiyi xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh X2 hüquqi varisləri İddiaçı və X1 müştərək qaydada ümumilikdə 11037,20 manat "xxxx" ASC-yə ödənilməli, tutma X2 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 5, 55 №-li mənzilə (sonradan – mübahisəli mənzil) yönəldilməli, mənzilin ilkin satış qiyməti 59400 manat müəyyən edilməklə açıq hərracdan satılmalı, 11037,92 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-nə ödənilməli, satışdan əldə edilmiş vəsait artıq olarsa, artıq məbləğ cavabdehin hüquqi varislərinə qaytarılmalıdır. 3.Sabunçu rayon İcra Şöbəsi tərəfindən 7318-24948-3\4 №-li, xx.xx.2020-ci il tarixli məktubu ilə ünvan 2, xx.xx.3019-cu il tarixli icra vərəqəsi üzrə borclu İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 5, 55 №-li mənzilin ilkin satış qiyməti 110.*** manat müəyyən edilməklə açıq hərracdan satılması toplanmış materiallar "xxxx" MMC-yə göndərilmişdir. 4.Sabunçu rayon İcra Şöbəsi tərəfindən 1028-4171/-3 №-li, xx.xx.2022-ci il tarixli məktubu ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-35/2021 №-li iş üzrə verdiyi xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə borclu İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 5, 55 №-li mənzilin ilkin satış qiyməti 59400 manat dəyərində əmlakın hərrac vasitəsilə satılması üçün toplanmış materiallar Cavabdeh1 MMC-yə göndərilmişdir. 5."xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli Sabunçu rayon İcra Şöbəsinə ünvanlanmış məktubundan görünür ki, ünvan 2, xx.xx.3019-cu il tarixli qətnaməsində tərəf apellyasiya şikayəti verdiyindən icra hərəkətləri dayandırılmış, sonradan qətnamə dəyişdirilmədən saxlanılmışdır və bank hər iki icra vərəqəsinin icrasını təmin etmək üçün mənzilin açıq hərracda satılması üçün tədbir görülməsini xahiş etmişdir. 6.İlkin hərrac Cavabdeh1 MMC tərəfindən xx.xx.2022-ci il tarixə təyin edilmiş, bununla bağlı elan xx.xx.2022-ci il tarixində “Birjanyus” X4 dərc olunmuş, bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, ünvan 3 ünvanına bildiriş göndərilmiş, həmin bildiriş xx.xx.2022-ci il tarixdə “köçüb” qeydi ilə geri qaytarılmışdır. 7.İlkin hərrac baş tutmamış, bu barədə Cavabdeh1 MMC tərəfindən xx.xx.2022-ci il tarixli protokol tərtib edilmişdir. 8.Təkrar hərrac 15% aşağı qiymətə, 50.490 manata xx.xx.2022-ci il tarixə təyin edilmiş, bununla bağlı elan xx.xx.2022-ci il tarixində “Birjanyus” X4 dərc olunmuş, bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixdə eyni ünvana bildiriş göndərilmiş, həmin bildirişin göndərilməsinə dair xx.xx.2022-ci il tarixli reyestr qovluğa əlavə edilmiş, lakin bildirişin iddiaçıya çatıb-çatmamasına dair məlumat qovluğa əlavə edilməmişdir. 9.Təkrar hərrac baş tutmamış, bu barədə Cavabdeh1 MMC tərəfindən xx.xx.2022-ci il tarixli protokol tərtib edilmişdir. 10.Bundan sonra, xx.xx.2022-ci il tarixdə Cavabdeh1 MMC təkrar hərracdakı satış qiymətindən 25% aşağı 37867,5 manat satış qiyməti ilə mənzili almaq barədə Banka təklif göndərmiş, təklifin surəti iddiaçıya yenə eyni ünvana göndərilmiş, həmin təklifin göndərilməsinə dair xx.xx.2022-ci il tarixli reyestr qovluğa əlavə edilmiş, lakin təklifin iddiaçıya çatıb-çatmamasına dair məlumat qovluğa əlavə edilməmişdir. 11.Bank xx.xx.2022-ci il tarixli məktubunda təklifi qəbul etdiyini bildirmiş və mənzilin balansa götürülməsi ilə bağlı müvafiq sənədlərin hazırlanmasını xahiş etmişdir.
12. Cavabdeh1 MMC-nin, Sabunçu rayon İcra Şöbəsinin və Cavabdeh2 ASC-nin iştirakı ilə tərtib edilmiş 148/22 №-li, xx.xx.2022-ci il tarixli X10 barədə Protokola əsasən mənzil tələbkar Cavabdeh2 ASC-yə 37867,5 manata satılmışdır. 13.ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında DƏDR-dən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 5, mənzil 55 18 avqust 2022-ci ildə Cavabdeh2 ASCnin adına qeydiyyata alınmışdır. 14.Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli borclulara göndərilmiş xəbərdarlıqdan görünür ki, evin satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi üçün qalıq borcu, yəni 34.734,72 manat borcu tələbkara ödəmək tələb edilmişdir.
a)Birinci instansiya məhkəməsində icraat
15.İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 ASC, Sabunçu Rayon İcra şöbəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 35/2021 №-li, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən sifarişçi - Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsi, təşkilatçı - Cavabdeh1 MMC və tələbkar - Cavabdeh2 ASC tərəfindən tərtib edilmiş 148/22 №-li, 29 iyul 2022-ci il tarixli “X10 barədə” protokolun və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 5, 55 №-li mənzilin Cavabdeh2 ASC-nin adına ********** nömrə ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmasına dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 16.İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, hərracın keçirilməsi zamanı hər iki mərhələdə bildirişlərin və məlumatların ipoteka qoyana (hüquqi varislərə) verilməməsi ilə yanaşı müddətlərin gözlənilməsində də qanunsuzluğa yol verilmişdir. Nə hərracın birinci, nə də ikinci mərhələsi ilə bağlı mülkiyyətçiyə heç bir məlumat verilməmiş, qeydiyyatda olduğu ünvana hər hansı bir bildiriş göndərilməmiş, nə özü, nə də ailə üzvləri tərəfindən bu barədə hər hansı bir rəsmi məlumat alınmamışdır. Hərrac keçirilərkən hətta, daha öncədən – xx.xx.2021-ci il tarixdən iddiaçı Neftçala rayonu, Kürkənd kəndində qeydiyyatda olmaqla yaşayır, hərrac mərkəzindən əldə etdiyi birinci və təkrar hərracın keçirilməsi barədə bildirişlərin üzərində isə onun ünvanı ünvan 4min ünvan onun deyil, mərhum atasının qeydiyyatda olduğu ünvan olmuşdur. Hərracın keçiriləcəyi barədə məlumat almış olsaydı, istər hərracın birinci mərhələsində, istərsə də ikinci mərhələdə ipoteka predmetini hüquqi varis kimi elə özü əldə edə bilərdi. Bütün bu hallardan təşkil olunmuş hərracın qanunsuz şəkildə aparıldığı aşkar görünmüşdür. Nəticədə isə onun mülkiyyət hüququ əhəmiyyətli dərəcədə pozulmuşdur. 17.Birinci instansiya məhkəməsində Cavabdeh2 ASC iddiaya etiraz və iddia müddətinin tətbiqi barədə ərizə verərək göstərmişdir ki, İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddətini buraxmışdır. Belə ki, hərracın nəticələri üzrə protokol xx.xx.2022ci il tarixdə imzalanmış, iddiaçı isə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Halbuki, həmin kateqoriya iddialar üzrə iddia müddəti 1 il müəyyən edilmişdir. 18.Birinci instansiya məhkəməsində Cavabdeh1-nin iddia tələbinə qarşı etiraz ərizəsi göndərərək göstərmişdir ki, hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, hərracın vaxtı, yeri və s. barədə tələbkara, eləcə də borcluya onun Sabunçu Rayon Məhkəməsinin 2(008)-35/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsində göstərilən ünvanına müvafiq bildirişlərin göndərilməsi hərracın təşkilatçısı tərəfindən təmin olunmuşdur. Göründüyü kimi, hərracın etibarsız sayılmasına bu və ya digər hüquqi əsas olmamışdır. 19.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1137/2024 nömrəli, 19 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim T.Əsədova) iddianın təmin edilməməsi qət edilmişdir. 20.Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hərrac təşkilatı hərracı bütün qaydalara riayət etməklə hərracı keçirmiş, lakin birinci hərraca dair bildiriş “köçüb” qeydi ilə geri qaytarıldıqdan sonra, sonrakı bildirişi və təklifi eyni ünvana göndərmiş, bu da bildirişlərin iddiaçıya çatdırılmaması ilə nəticələnmişdir və iddiaçı bu mövqeyindən çıxış edərək hesab edir ki, hərracın nəticələri etibarsız hesab edilməlidir. 21.Lakin məhkəmə iddiaçının bu mövqeyi ilə razılaşmır və buna dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla, məhkəmə hesab etmişdir ki, iddiaçı ünvanının dəyişdirilməsi barədə icra şöbəsinə məlumat verməli idi. Belə ki, iddiaçı qətnamə, evin hərraca çıxarılmalı olması barədə tam məlumatlı olmuş, iddiaçı bu zaman rəsmi birja məlumatlarını izləmək imkanına malik olmuşdur. Qeyd edildiyi kimi, hərracın keçirilməsi tərəflərə tək bildiriş vasitəsilə deyil, eyni zamanda mediada və rəsmi internet saytında elan dərc etdirilməklə çatdırılır. Hazırkı işdə hərrac təşkilatı icra vərəqəsində göstərilən ünvana bildirişlər göndərmişdir. 22.Birinci instansiya məhkəməsi Cavabdeh2 ASC tərəfindən iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə qeyd etmişdir ki, iddia müddəti cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir. Cavabdehin bu hüquqdan istifadə etməməsi ona qarşı irəli sürülən iddia tələbinə görə o, ümumi qaydada məsuliyyət daşıyır. Lakin hazırkı mübahisədə cavabdeh ona qarşı irəli sürülən tələbə görə məsuliyyət daşımamış və onun həmin iddiadan müdafiə olunmasına zərurət yaranmamışdır. 23.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 140, 415.2, 416.1, 416.2-ci maddələrinə, Azərbaycan Respublikası “İpoteka haqqında” Qanunun 42.1, 42.3, 42.4, 42.6, 42.8, 43.7, 43.7-1, 43.8, 44-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadovvə V.Aslanovun şikayəti üzrə 30 dekabr 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
24.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 25.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, təkrar hərrac 15% aşağı qiymətə xx.xx.2022-ci il tarixə təyin edilmiş, bununla bağlı elan xx.xx.2022-ci il tarixində yenə də “Birjanyus” X4 (mediyada və özünün internet saytında deyil) dərc olunmuş, bu barədə mənə güya xx.xx.2022-ci il tarixdə eyni (qeydiyyatda olmadığım və yaşamadığım) ünvana bildiriş göndərilmiş, güya həmin bildirişin göndərilməsinə dair xx.xx.2022-ci il tarixli reyestr qovluğa əlavə edilmiş, lakin, bildirişin mənə göndərilib-göndərilməməsi, o cümlədən çatıb-çatmamasına dair məlumat qovluğa əlavə edilməmişdir. Təkrar hərrac baş tutmamış, bu barədə Cavabdeh1 MMC tərəfindən xx.xx.2022-ci il tarixli protokol tərtib edilsə də, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında 3 təqvim günü ərzində məlumat dərc etdirməmişdir. Həmçinin, ilkin satış qiymətindən 15 faiz aşağı qiymətə təkrar satış qiymətinin müəyyən edilməsi də düzgün olmamışdır. Çünki, 15 faiz aşağı olan qiymətlə icra sənədi üzrə tutulmalı məbləğ ödəniləcəyi təqdirdə qalan məbləğ hərracın keçirilməsi xərclərinin ödənilməsi üçün kifayət etməyəcəkdir. “İpoteka haqqında” qanunun 43.4-cü maddəsinə görə birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin qanunun 43.4-cü maddəsinə görə ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin qanunun 43.5-ci maddəsinə görə təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Bundan əlavə mənzilin bazar qiyməti olduqca aşağı qiymətləndirilmiş, icra məmuru tərəfindən mənzilin orta bazar və likvid dəyərinin müəyyən edilməsi üçün mütəxəssis rəyi alınmamış, mənzilin ilkin satış qiyməti ilə razı olmamasına baxmayaraq çox aşağı həddə qiymətləndirilmişdir ki, bu da bankın maraqlarına xidmət edir. 26.Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 iyul 2024-cü il tarixli, 2(103)-3988/2023 nömrəli qətnaməsi ilə (hakim A.N.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Məmmədovdan və F.Ş.Talışinskidən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 27.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq öz mövqeyini oxşar məzmununda ifadə etmiş və əlavə olaraq bildirmişdir ki, Konstitusiya Məhkəməsinin mövqeyinə görə hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinin mümkünlüyü bilavasitə bildirişin tələbkara və ya borcluya çatdırılması ilə şərtləndirilmir. Hazırkı işdə hərrac təşkilatı icra vərəqəsində göstərilən ünvana bildirişlər göndərmişdir. Qanunda tərəflərə bildirişin çatdırılmadığı təqdirdə hərrac təşkilatının mütləq şəkildə onların ünvanı barədə məlumatın əldə edilməsi kimi vəzifəsi nəzərdə tutulmamışdır. 28.Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.5, 415.2, 416.1-ci, “İpoteka haqqında” Qanunun 1.0.9, 41.2, 41.3, 42.1, 42.3, 42.4, 42.6, 42.8, 43.5, 43.7, 43.8-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 53.2, 61.1, 61.2, 62.2, 89-cu, MPM-in 14.2, 77.1, 82.3, 372.6, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsindəki icraat
29.İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 30.Kassasiya şikayəti Mülki Məcəllənin 415.1, 415.2, “İpoteka haqqında” Qanunun 42.1, 43.1, 43.2, 43.4, 43.5-ci, MPM-in 88, 106.1, 217.1, 217.2, 217.3, 217.4, 220.4 və 418-ci maddələrinə istinadən və apellyasiya şikayətinin dəlilləri ilə eyni əsaslandırılmışdır. 31.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3649/2024 saylı, 20 dekabr 2024-cü il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 iyul 2024-cü il tarixli 2(103)- 3988/2024 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. 32.Kassasiya instansiyası məhkəməsi ilk növbədə qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunun 43.5 və 43.7-ci maddəsinin tələblərinə əsasən təkrar hərrac zamanı ipoteka qiymətinin 15% aşağı salınması və təkrar hərracdan sonra daha 25% aşağı qiymətlə ipoteka saxlayana təklif edilməsi bu şərtlə mümkündür ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 33.İşdən görünür ki, hərracda satılan ipoteka predmeti olan mənzil cavabdeh bankla bağlanmış 2 kredit müqaviləsi üzrə borcun təminatı olmuş və hər iki kredit müqaviləsi üzrə məhkəmə qətnamələri əsasında icra vərəqələri verilmişdir. Eyni mənzilin ilki satış qiyməti ünvan 2, xx.xx.3019-cu il tarixli icra vərəqəsinə əsasən 110.*** manat, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-35/2021 №-li iş üzrə verdiyi xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən isə 59.400 manat müəyyən edilmiş, hər iki icra vərəqəsi icra edilməsi üçün Sabunçu rayon İcra Şöbəsinə göndərilmiş, birinci icra vərəqəsi üzrə xx.xx.2020-ci ildə ilkin satış qiyməti 110.*** manat olmaqla açıq hərracın keçirilməsi sifariş edilmiş, lakin onun nəticəsi barədə işdə hər hansı məlumat yoxdur. İkinci icra vərəqəsi üzrə isə mənzilin ilkin satış qiyməti 59.400 manat olmaqla xx.xx.2022-ci il tarixdə açıq hərracın keçirilməsi sifariş edilmiş və hərrac keçirilmişdir. 34."xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli Sabunçu rayon İcra Şöbəsinə ünvanlanmış məktubundan görünür ki, ünvan 2, xx.xx.3019-cu il tarixli qətnaməsində tərəf apellyasiya şikayəti verdiyindən icra hərəkətləri dayandırılmış, sonradan qətnamə dəyişdirilmədən saxlanılmışdır və bank hər iki icra vərəqəsinin icrasını təmin etmək üçün mənzilin açıq hərracda satılması üçün tədbir görülməsini xahiş etmişdir. 35.Yuxarıda qeyd edilən sənədlər iş materiallarında mövcud olsa da, məhkəmələr tərəfindən həmin sənədlər üzrə tam araşdırma aparılmamış və “İcra haqqında” Qanunun 54.1-ci maddəsinə əsasən icra qurumunda eyni borclu barəsində olan iki icra sənədinin ümumi icraatda birləşdirilibbirləşdirilməməsi və hər iki icra sənədi üzrə ümumi borcun məbləği nəzərə alınmaqla mənzilin ilkin satış qiymətini birinci icra vərəqəsi üzrə müəyyən edilmiş 110.*** manatla deyil, ikinci icra vərəqəsi üzrə müəyyən edilmiş 59.400 manatla hərraca çıxarılmasının səbəbləri araşdırılmamış, həmçinin hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların (eyni ipotekasaxlayan olsa belə) tələblərinin ödənilməsi üçün kifayət qədər olmadığı halda, təkrar hərrac zamanı mənzilin ilkin satış qiyməti 15%, təkrar hərrac baş tutmadıqdan sonra isə daha 25% aşağı salınmiş, bununla da “İpoteka haqqında” Qanunun 43.5 və 43.7-ci maddəsinin tələbləri pozulmuş, nəticədə borclu İddiaçı banka hələ 34.734,72 manat borcu ödənilməmiş qalmışdır. 36.Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hərracın sifarişi və keçirilməsi zamanı yol verilmiş bu pozuntular ipoteka qoyanın və borclunun hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. 37.Buna görə də, kassasiya kollegiyası hesab edir ki, qeyd edilən halın aydınlaşdırılması üçün apellyasiya instansiya məhkəməsində təkrar araşdırma zamanı hər iki icra sənədi üzrə icra işi tələb edilərək yoxlanılmalı, yuxarıda qeyd edilən hüquqi məsələlər aydınlaşdırılmalı və iş üzrə ədalətli və obyektiv qərar qəbul edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 38.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat
c)Məhkəmə icraatı iştirakçılarının izahatları
39.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. 40.Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx"ASC-nin nümayəndəsi X9 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 41.İş üzrə digər cavabdehlər Cavabdeh1 MMC, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Sabunçu rayon İcra Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər cavabdehlərin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 42.Maddə 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
43. Maddə 320.Əgər bir neçə ipoteka saxlayan vardırsa, ipoteka ilə yüklü edilmiş obyektin satışından götürülmüş xalis gəlirdən ipoteka saxlayanların tələbləri onların hüquqlarının qeydiyyat növbəliyinə uyğun ödənilir. Əgər növbəlik və ya ixtiyarlı şəxslərdən hər birinə mənsub məbləğ mübahisəlidirsə, onların növbəliyi və ya ipoteka saxlayanlardan hər birinə çatası məbləğ müəyyənləşdirilənə qədər ödəniş həyata keçirilmir. Qalıq satılmış əşyanın mülkiyyətçisinə ödənilir. 44.Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 45.Maddə 337.5.Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 46.Maddə 415.2.Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 47.Maddə 416.Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 48.Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununu: 49.Maddə 41.2.Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 50.Maddə 42.1.Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir 51.Maddə 42.3.İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 52.Maddə 43.1.Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən o olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı və həmin müddət uzadılmasın. 53.Maddə 43.4.İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 54.Maddə 43.5.Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 55.Maddə 43.7.Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 56.Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 57.Maddə 43.8.İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. 58.Maddə 44.Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 59.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 60.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 61.Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsiməhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
Apellyasiya baxışının hədləri
62.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 63.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
64.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməlidir. 65.İlk olaraq kollegiya qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin göstərişinə əsasən Sabunçu rayon İcra Şöbəsindən 2(008)-35/2021 saylı, xx.xx.2021-ci il tarixli və 2(008)-479/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədləri üzrə icra materialları tələb edilərək alınmışdır. 66.İşin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi hərracda satılan ipoteka predmeti olan mənzil cavabdeh bankla bağlanmış 2 kredit müqaviləsi üzrə borcun təminatı olmuş və hər iki kredit müqaviləsi üzrə məhkəmə qətnamələri əsasında icra vərəqələri verilmişdir. Eyni mənzilin ilkin satış qiyməti ünvan 2, xx.xx.3019-cu il tarixli icra vərəqəsinə əsasən 110.*** manat, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-35/2021 №-li iş üzrə verdiyi xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən isə 59.400 manat müəyyən edilmiş, hər iki icra vərəqəsi icra edilməsi üçün Sabunçu rayon İcra Şöbəsinə göndərilmiş, birinci icra vərəqəsi üzrə xx.xx.2020-ci ildə ilkin satış qiyməti 110.*** manat olmaqla açıq hərracın keçirilməsi sifariş edilmiş, ikinci icra vərəqəsi üzrə isə mənzilin ilkin satış qiyməti 59.400 manat olmaqla xx.xx.2022-ci il tarixdə açıq hərracın keçirilməsi sifariş edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli Sabunçu rayon İcra Şöbəsinə ünvanlanmış məktubundan görünür ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsiin 2(008)- 470/2019 saylı, xx.xx.3019-cu il tarixli qətnaməsində tərəf apellyasiya şikayəti verdiyindən icra hərəkətləri dayandırılmış, sonradan qətnamə dəyişdirilmədən saxlanılmışdır və bank hər iki icra vərəqəsinin icrasını təmin etmək üçün mənzilin açıq hərracda satılması üçün tədbir görülməsini xahiş etmişdir. Birinci icra vərəqəsi üzrə xx.xx.2020-ci ildə ilkin satış qiyməti 110.*** manat olmaqla açıq hərracın keçirilməsi sifariş edilsədə, hərrac keçirilməmiş, ikinci icra vərəqəsi üzrə isə mənzilin ilkin satış qiyməti 59.400 manat olmaqla xx.xx.2022-ci il tarixdə açıq hərracın keçirilməsi sifariş edilmiş və hərrac keçirilmişdir. 67.“İcra haqqında” Qanunun 54.1-ci maddəsinə əsasən icra qurumunda eyni borclu barəsində olan iki icra sənədinin ümumi icraatda birləşdirilməsi məsələsi həll olunmamışdır. Bu hal icra işinin materiallarından müəyyən olunmur. 68.Göründüyü kimi, hər iki icra sənədi üzrə ümumi borcun məbləği nəzərə alınmaqla mənzilin ilkin satış qiymətini birinci icra vərəqəsi üzrə müəyyən edilmiş 110.*** manatla deyil, ikinci icra vərəqəsi üzrə müəyyən edilmiş 59.400 manatla hərraca çıxarılmışdır. 69.Həmçinin ipoteka predmetinin ən aşağı satış qiymətinin hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların (eyni ipoteka saxlayan olsa belə) tələblərinin ödənilməsi üçün kifayət qədər olmadığı halda, təkrar hərrac zamanı mənzilin ilkin satış qiyməti 15%, təkrar hərrac baş tutmadıqdan sonra isə daha 25% aşağı salınmış, bununla da “İpoteka haqqında” Qanunun 43.5 və 43.7-ci maddəsinin tələbləri pozulmuş, nəticədə borclu İddiaçı banka hələ 34.734,72 manat borcu ödənilməmiş qalmışdır. 70.Belə ki, “İpoteka haqqında” Qanunun 43.5 və 43.7-ci maddəsinin tələblərinə əsasən təkrar hərrac zamanı ipoteka qiymətinin 15 % aşağı salınması və təkrar hərracdan sonra daha 25% aşağı qiymətlə ipoteka saxlayana təklif edilməsi bu şərtlə mümkündür ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 71.Kollegiya hesab edir ki, məhkəmə iddianı rədd edərkən işin yuxarıda qeyd olunan faktiki hallarını nəzərə almamış, bununla da maddi və prosessual hüquq normalarının tələblərini pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun olmamışdır. Buna görə də qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. 72.“İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 73.Mülki Məcəllənin 416-cı maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. 74.Beləliklə, keçirilən hərrac zamanı “İpoteka haqqında” Qanunun 43.5 və 43.7-ci maddələrinin tələblərinin pozulması ilə bağlı işin faktiki hallarını nəzərə alan kollegiya hesab edir ki, sifarişçi - Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsi, təşkilatçı - Cavabdeh1 MMC və tələbkar - Cavabdeh2 ASC tərəfindən tərtib edilmiş 148/22 №-li, 29 iyul 2022-ci il tarixli “X10 barədə” protokol etibarsız hesab edilməli, Cavabdeh2 ASC-nin adına verilmiş çıxarış ləğv edilməli, hərrac etibarsız hesab edildiyindən onun etibarsızlıqdan irəli gələn hüquqi nəticələr tətbiq edilməklə tərəflərin əvvəlki vəziyyətə qaytarılması təmin olunmalıdır. 75.Kollegiya apellyatorun hərracın keçirilməsindən məlumatsız olması ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, Konstitusiya Məhkəməsinin mövqeyinə görə hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinin mümkünlüyü bilavasitə bildirişin tələbkara və ya borcluya çatdırılması ilə deyil, göndərilməsi ilə şərtləndirilir. Hazırkı işdə hərrac təşkilatı icra vərəqəsində göstərilən ünvana bildirişlər göndərmiş, “Birjanyus” X4 məlumat dərc olunmuşdur. Qanunda tərəflərə bildirişin çatdırılmadığı təqdirdə hərrac təşkilatının mütləq şəkildə onların ünvanı barədə məlumatın əldə edilməsi kimi vəzifəsi nəzərdə tutulmamışdır. 76.“F.Cavadov və V.Aslanovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. 77.Kollegiya cavabdeh olan Cavabdeh2 ASC-nin iddia müddətinin tətbiqi ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, hərracın nəticələrinin etibarsızlığı fərdi müəyyən əşya ilə bağlı olmaqla, əhəmiyyətsiz əqdə əsaslandığından, iddia müddəti tətbiq oluna bilməz. 78.Beləliklə qeyd olunan xüsusatları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1137/2024 nömrəli, 19 mart 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul ediləmli, iddia tələbi təmin edilməli, sifarişçi - Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsi, təşkilatçı - Cavabdeh1 MMC və tələbkar - Cavabdeh2 ASC tərəfindən tərtib edilmiş 148/22 №-li, 29 iyul 2022-ci il tarixli “X10 barədə” protokol etibarsız hesab edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 5, 55 №-li mənzil üzərində Cavabdeh2 ASC-nin mülkiyyət hüququna dair daşınmaz əmlakın reyestrində xx.xx.2022-ci il tarixədə aparılmış qeydiyyat ləğv edilməli, mənzil alğı-satqısına dair ödənilmiş 37867,5 manat Cavabdeh2 ASC-yə qaytarılmaqla, mənzilin əvvəlki hüquqi statusu və borc öhdəliyi ilə bağlı əvvəlki hüquqi vəziyyət bərpa edilməlidir. 79.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1137/2024 nömrəli, 19 mart 2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Sifarişçi - Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsi, təşkilatçı - Cavabdeh1 MMC və tələbkar - Cavabdeh2 ASC tərəfindən tərtib edilmiş 148/22 №-li, 29 iyul 2022-ci il tarixli “X10 barədə” protokol etibarsız hesab edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 5, mənzil 55 üzərində Cavabdeh2 ASC-nin mülkiyyət hüququna dair daşınmaz əmlakın reyestrində xx.xx.2022-ci il tarixində aparılmış qeydiyyat ləğv edilsin. Mənzil alğı-satqısına dair ödənilmiş 37867,5 (otuz yeddi min səkkiz yüz altmış yeddi manat əlli qəpik) manat Cavabdeh2 ASC-yə qaytarılmaqla, mənzilin əvvəlki hüquqi statusu və borc öhdəliyi ilə bağlı əvvəlki hüquqi vəziyyət bərpa edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Günay Axundova
Fərrux Qasımov