Məhkəmə qərarları › İş №2(103)-1922/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1922/2022

20.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1922/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Cavabdeh2 Viktorovnanın nümayəndəsi-vəkili Vəkil1, cavabdeh Bakı şəhəri 9 saylı notariat kontorunun nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 9 saylı notariat kontoru və Cavabdeh2 Viktorovnaya qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi, X24 və X18 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) vəsiyyət üzrə vərəsə kimi tanınma, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-367/2018 saylı 19 yanvar 2018ci il tarixli qətnaməsindən Cavabdeh2 Viktorovnanın nümayəndəsi-vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mərhum X10 vəsiyyət üzrə vərəsəsi kimi tanınması və vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 2 otaqdan ibarət 79 nömrəli mənzilinin mülkiyyətçisi mərhum X8muşdur. X16 21 aprel 2014-cü il tarixdə vəfat etmişdir. Mərhum vəfat etməmişdən qabaq, yəni 18 mart 2014-cü il tarixdə mənzili ona vəsiyyət etmiş və vəsiyyətnaməni mərhum onun iştirakı ilə imzalamış və ona da imza çəkdirmişdir. X5 ögey oğludur və onlar uzun müddət onunla birgə yaşamış, ona qayğı göstərmiş, sonuncunun ondan başqa heç bir vərəsəsi yoxdur. X20 vəfatından sonra miras qalmış mənzildə də hazıra kimi qeydiyyatda olmaqla yaşayır və vərəsə kimi mirası faktiki qəbul etmişdir. Vəsiyyət üzrə vərəsə kimi adına şəhadətnamə almaq məqsədi ilə maraqlı şəxsə ərizə ilə müraciət etsə də, sonuncu 12 fevral 2015-ci il tarixli, 386 saylı cavab məktubu ilə vəsiyyətnamənin notariat qaydada təsdiq edilmədiyini, eləcə də X16 ilə qohumluq münasibətlərini müəyyən edilməməsini əsas gətirərək şəhadətnamə verməkdən imtina etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlaklın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi İdarəsi tərəfindən verilmiş sənəddən ona məlum olmuşdur ki, 9 saylı Dovlət Notariat Kontorunun 2V-1-243 reyestr nömrəli, 22.09.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadetnaməsinə əsasən X10 adına olan mənzil Cavabdeh2 Viktorovnanın adına qeydiyyatdan keçmiş və hazırda onun mülkiyyətindədir. Bu səbəbden onun X10 vəsiyyət üzrə vərəsəsi kimi tanınması və Cavabdeh2 Viktorovnanın adına 9 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 2V-1-243 reyestr nömrəli, 22.09.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadetnamənin və həmin şəhadətnamə əsasında Cavabdeh2 Viktorovnaya verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-367/2018 saylı, 19 yanvar 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı 21 aprel 2014-cü il tarixdə ölmüş X10 vəsiyyət üzrə vərəsəsi kimi tanınması, İddiaçı 21 aprel 2014-cü il tarixdə ölmüş X7 miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 12a saylı evin, 79 saylı mənzilinə vəsiyyət üzrə vərəsəlik hüququ tanınması, Bakı şəhəri 9 saylı Notariat kontoru tərəfindən Cavabdeh2 Viktorovnaya verilmiş 22.09.2015-ci il tarixli, 2-V-1-243 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 12a saylı evin, 79 saylı mənzili üzərində Cavabdeh2 Viktorovnanın mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı dövlət reyestrində aparılmış qeydiyyat və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh2 Viktorovnanın nümayəndəsivəkili apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, işin halanında göstərilən xüsusatlar birinci instansiya məhəməsinin məhkəmə iclaslarında tam olaraq aydınlaşdırılmamışdır. İşə baxan hakim, bildirişlərin Cavabdeh2 çatmamasını gördüyü halda onun məlumatlandırılmasını sanki istəməmişdir. Bundan başqa iş materialarında olan qəbzlərlə müəyyən edilir ki, cavabdehə ünvanlanmış bildirişlər, eyni zamanda məhkəmə qətnaməsi iddiaçının özü tərəfindən qəbul edilmişdir ki, bu da cavabdehin mənzilinin mənimsənilməsinə şərait yaradan hal olmuşdur. Qətnamədə məhkəmə qeyd edir ki, iddiaçı mərhumun analığıdır və onunla birlikdə yaşamışdır. Lakin məhkəmə mərhumun doğum haqqında şəhadətnaməsini görməzdən gəlir. Belə ki, həmin sənəddə ana qrafasında iddiaçının adı yoxdur. İddiaçı mərhumun atasının arvadı olsa da, mərhumla bağlı heç bir qohumluğu yoxdur. Bundan başqa cavabdeh kimi göstərilən Cavabdeh2 isə bir başa olaraq mərhumun bacısıdır və faktiki olaraq qanuni vərəsələr sıradan birinci sıradan olan vərəsədir. Lakin nədənsə məhkəmə Cavabdeh2 ümumilikdə miras əmlaka dair hüququ olmayan şəxs kimi qəbul etmişdir. Halbuki, Cavabdeh2 əvvəldə heç bir vərəsə mövcud deyildir və Cavabdeh2 faktiki olaraq yeganə vərəsədir. Məhkəməyə təqdim edilmiş vəsiyyətnamə isə ümumilikdə şübhə doğurmalı olduğu halda məhkəmə bəlli olmayan ekspert rəylərinə istinad etmişdir ki, həmin ekspert rəyləri iş materiallarında mövcud deyildir. Notariat Ofisi haqlı olaraq iddiaçıya imtina etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Viktorovnanın nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri 9 saylı notariat kontorunun nümayəndəsi-vəkili apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsi, X24 və X18 məhkəmə iclasına gəlməmişlər; işin halları və Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinin tələbi nəzərə alınmaqla işə həmin proses iştirakçılarının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Təxniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin ÖM seriyalı, 230250 nömrəli Qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 12a saylı evin, 79 saylı mənzili xüsusi mülkiyyət kimi X10 adına hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 106 saylı reyestr kitabının 15990 səhifəsində 30/8242 nömrə ilə 21.04.2005-ci il tarixdə qeydiyyat aparılmışdır. Cavabdeh1 açılmış notariat işinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən ünvan 1 ünvanda yərləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə X10 adına 16.07.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 2356 nömrəli reyestr kitabının 219434 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Baki səhər ərazi idarəsinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış 06.12.2017-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 12a saylı evin. 79 saylı mənzili 18.02.1992-ci il tarixdə X1 adına ilkin qeydiyyatdan keçmişdir, 3 saylı DNK-nin 2/5-1619 reyestr nömrəli, 15.07.1998-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 adına qeydiyyatdan kəçmişdir, 42 saylı DNK-nin 48-02-148 reyestr nömrəli 12.03.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X10 adına qeydiyyatdan keçmişdir, 9 saylı DNK-nin 2V-1-243 reyestr nömrəli 22.09.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh2 Viktorovnanın adına qeydiyyatdan kəçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri Nərimanov VVADQ şöbəsi tərəfindən 11.08.1963-cü il tarixdə verilmiş AZ seriyalı 506811 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X16 30.07.1963-cü il tarixdə Bakı şəhərində doğulmuşdur atası - X22, anası - X19. Notariat işinə əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən 22.01.2015-ci il tarixdə verilmiş 51 nömrəli arayışa əsasən X25 24.06.1970-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası – X23, anası - X19 Bakı şəhəri Nərimanov VVADQ şöbəsi tərəfindən 16.08.1978-ci il tarixdə vərilmiş l- JQ seriyalı 305887 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X17 Zotova Silva Arkașovna arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 16.08. 1978-ci il tarixdə 412 nömrə ilə qəyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Zotov, qadına Davidyan soyadı verilmişdir. Bakı şəhəri Nərimanov VVADQ şöbəsi tərəfindən 31.01 1979-cu il tarixdə verilmiş İİ-JQ seriyalı, 267403 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X23 ilə X11 arasında 31.01.1979-cu il il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 31.01.1979-cu il tarixdə 73 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Zotov, arvada Zotova soyadı verilmişdir. Bakı şəhəri Nərimanov VVADQ şöbəsi tərəfindən 06 fəvral 1990-cı il tarixdə verilmiş İV-JQ seriyalı 253477 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X23 06 fevral 1990-cı il tarixdə Bakı şəhərində ölmüş, bununla bağlı ölüm haqqında akt qeydləri kitabında 06.02.1990-cı il tarixdə 116 nömrə ilə qeydiyyat aparılmışdır. Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən 25 aprel 2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 678865 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X16 21 aprel 2014-cü il tarixdə “qara ciyər çatmamazlığı” səbəbi ilə Bakı şəhərində ölmüş, bununla bağlı ölüm haqqında akt qeydləri kitabında 25.04.2014cü il tarixdə 239 nömrə ilə qeydiyyat aparılmışdır. Notariat işinə əlavə edilmiş Azərbaycan “X26” QSC Mənzil-Kommunal Təsərrüfatı idarəsinin 5 nömrəli Mənzil istismar Sahəsi tərəfindən 2015-ci il tarixdə verilmiş arayışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 12a saylı evin 79 saylı mənzilində hazırda İddiaçı pasport qeydiyyatındadır. Həmin mənzildə pasport qeydiyyatında olan X16 ölümü ilə əlaqədar 21.04.2014-cü il tarixdə qeydiyyatdan çıxmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Baki səhər Ərazi İdarəsindən Məhkəmənin sorğusuna müvafiq olaraq verilən 05.03.2022-ci il tarixli,...06491 saylı cavab məktubdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 12a saylı evin 79 saylı mənzil 13.06.2021-ci il tarixdə alğı-satqı müqaviləsinə əsasən X14, 10.09.2021-ci il tarixdə isə X9 adına qeydiyyata alınmış və hazırda sonuncunun mülkiyyətindədir. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən 24 iyun 2014-cü il tarixdə verilmiş 576 nömrəli arayışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən X10 ailə vəziyyətinin müəyyən ədilməsi məqsədi ilə vətəndaşlıq vəziyyəti aktlarının ümumrespublika elektron məlumat bankında Bakı şəhəri üzrə 30.07.1981-ci il tarixdən 24.06.2014-cü il tarixədək yoxlama aparılmış və nəticədə nikahı barədə akt qeydi aşkar edilməmişdir. Notariat işinə əlavə edilmiş Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən 16.08. 1988-ci il tarixdə verilmiş İV-JQ seriyalı, 452088 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən X13 X25 arasında 16.08.1988-ci il il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 16.08.1988-ci il tarixdə 845 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Kaplan, arvada Kaplan soyadı verilmişdir. Bakı şəhəri 9 saylı Notariat Kontoru tərəfindən İddiaçı (etibarnamə üzrə nümayəndəsi X15 çıxış etmişdir) miras qalmış əmlakın qəbuluna dair 11 02 2015-ci il tarixli ərizəsinə cavab olaraq 12.02.2015-ci il tarixdə ünvanlanmış məktubuna əsasən 21.04.2014-cü il tarixdə vəfat etmiş X12 İddiaçı arasında olan qohumluq əlaqələri sənədlərlə müəyyən ədilmədiyindən vərəsəliyə dair şəhadətnamənin vərilməsi qəyrimümkün həsab edilmişdir Eyni zamanda bildirilmişdir ki, təqdim edilmiş vəsiyyətnamə notarius tərəfindən təsdiq edilməmişdir. Notariat işinə əlavə ədilmiş ərizənin surətinə əsasən Cavabdeh2 Viktorovna (etibarnamə üzrə nümayəndəsi Vəkil1 Əliyəviç çıxış etmişdir) 21.04.2014-cü il tarixdə vəfat etmiş X2, yəni bacısı - Cavabdeh2 Viktorovnadan başqa vərəsələrin olmadığını bildirmiş və gələcəkdə hər-hansı başqa vərəsələr çıxarsa onların paylarını ödəmək və bununla əlaqədar bütün məsuliyyəti öz üzərinə götürmüşdür. Notariat işinə əlavə ədilmiş 22.09.2015-ci il tarixli, 2-V-1-243 reyestr nömrəliqanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən 21.04.2014-cü il tarixdə vəfat etmiş X10 vərəsəsi - bacısı Cavabdeh2 Viktorovnadır Şahadətnamə verilən miras əmlak Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 12a nömrəli evin, 79 saylı mənzilindən ibarətdir. X16 özü tərəfindən yazılaraq imza edilmiş və İddiaçı tərəfindən imzalanmış 18.03.2014-cü il tarixli vəsiyyətnaməyə əsasən X6 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 12a saylı evin, 79 saylı mənzilini İddiaçı vəsiyyət etdiyini, başqa bütün qohumlarını öz əmlakından mahrum etdiyini, həmin vəsiyyətnamənin onun tərəfindən 18.03.2014-cü il tarixdə, evdə yazıldığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12.02.2016-cı il tarixli, 1024 nömrəli məhkəmə xətşünaslıq ekspertizası rəyi və 31.05.2016-cı il tarixli, 9975 nömrəli təkrar komisyon məhkəmə xətşünaslıq ekspert rəylərinə əsasən ekspertizaya təqdim edilmiş X10 adından olan 18 mart 2014-cü il tarixli vəsiyyətnamənin sonunda “Zotov A.B” soyadı qarşısındakı imza - X16 tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsi baxılan mülki iş üzrə maddi hüquq normaları olaraq MM-nin 1133, 1134, 1159, 1166, 1168, 1170, 1176, 1186, 1193, 1243, 1325-ci maddələrini tətbiq edərək, ekspert rəylərini mötəbər sübut kimi qəbul edərək hesab etmişdir ki, 18 mart 2014-cü il tarixli vəsiyyətnamə 21 aprel 2014-cü il tarixdə ölmüş X16 tərəfindən imzalanmışdır və bu səbəbdən həmin vəsiyyətnamə ev vəsiyyətnaməsi kimi, yəni Mülki Məcəllənin 1186-ci maddəsinin tələblərinə uyğun olaraq tərtib edilmiş vəsiyyətnamə kimi qəbul edilməli və həmin vəsiyyətnamənin məzmunu əsas götürülməklə, iddia tələbi vəsiyyət üzrə vərəsə kimi tanınma hisəsində təmin edilməli, İddiaçı 21 aprel 2014-cü il tarixdə ölmüş X10 vəsiyyət üzrə vərəsəsi kimi tanınmalı və bu səbəbdən İddiaçı 21 aprel 2014-cü il tarixdə ölmüş X7 miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 12a saylı evin, 79 saylı mənzilinə vəsiyyət üzrə vərəsəlik hüquqları tanınmalıdır. Bu hal həm də ondan irəli gəlir ki, X16 qeyd edilən vəsiyyətnamədə həmin mənzilin İddiaçı vəsiyyət etdiyini, yəni vəsiyyət edən bu vərəsəyə hansı əmlakın verildiyini konkret olaraq göstərmişdir. İddiaçı 21 aprel 2014-cü il tarixdə ölmüş X10 vəsiyyət üzrə vərəsəsi kimi tanınması hüquqi nəticə etibarı ilə X3 üzrə vərəsəsi kimi tanınmış Cavabdeh2 Viktorovnaya Bakı şəhəri 9 saylı Notariat kontoru tərəfindən verilmiş 22.09.2015-ci il tarixli, 2-V-1-243 reyestr nömrəli qanun üzrə vərsəlik hüququ haqqında şehadətnamənin və şəhadətnaməyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Hesənoğlu küçəsi, 12a saylı evin, 79 saylı mənzilinə dair onun adına aparılmış mülkiyyət hüququ barədə qeydin və bu qeyd əsasında verilmiş çıxarışın ləğv edilməsini şərtləndirir. Birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşan kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1186-cı maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. İş materiallarından göründüyü kimi mənzilin İddiaçı vəsiyyət edildiyi mübahisəli vəsiyyətnamənin X16 tərəfindən imza edildiyi ekspert rəyləri ilə də təsdiq olunur. Bunun əksini təsdiq edəcək hər hansı bir sübut iş materiallarında aşkar olunmur. Cavabdeh tərəf də, öz növbəsində bu halı təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza rəyləri kifayət qədər aydın və əsaslı olduğundan, kompleks linqivistik və xəttşünaslıq ekspertizasının təyin edilməsi üçün heç bir əsas yoxdur. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, barəsində ekspertiza keçirilməsi xahiş olunan vəsiyyətnamə hazırda iş materiallarında yoxdur. Belə ki, İddiaçı nümayəndəsi-vəkili əvvəlki mülki iş üzrə yekun akt qüvvəyə minəndən sonra ərizə verərək vəsiyyətnamənin əslini məhkəmədən götürmüşdür. Bundan başqa yuxarıda qeyd olunduğu kimi iş materiallarından müəyyən olunur ki, hazırki mübahisələndirilən qətnamə çıxarıldıqdan sonra Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 12a saylı evin 79 saylı mənzil 13.06.2021-ci il tarixdə alğı-satqı müqaviləsinə əsasən X14, 10.09.2021-ci il tarixdə isə X9 adına qeydiyyata alınmış və hazırda sonuncunun mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77-ci və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X28rşı” iş üzrə 26 oktyabr 1984cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Həmçinin, hüquqi müəyyənlik prinsipi kontekstində Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Avropa Məhkəməsinin hüquqi mövqeyi də ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Bundan başqa, AİHM-in "Miragall Eskolano və digərləri İspaniyaya qarşı" iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında deyilir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Həmçinin, kollegiya apelyatorun Cavabdeh2 Viktorovnanın məhkəmə iclasında iştirakının təmin edilməməsi arqumentini əsassız hesab edir; belə ki, iş materiallarından onun məhkəmə tərəfindən qanunvericiliklə müəyyən olunmuş lazımi qaydada məlumatlandırıldığı, lakin məhkəmə iclaslarına gəlmədiyi aydın olur - və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-367/2018 saylı 19 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəyən şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar