Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1924/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X1, Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-269/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 27 saylı dövlət notariat kontoruna qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-269/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, rayon məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməmiş, maddi və prosessual normaların tətbiqində səhvə yol vermiş və nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh rayon məhkəməsində keçirilmiş məhkəmə baxış iclaslarında israrla iştirak etməmiş, onun Səyyarə Mirzə qızının qardaşı Əlinin qızı olması faktı öz təsdiqini tapmamış, beləliklə, işin hərtərəfli araşdırılması mümkün olmamışdır. Bu səbəbdən də, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayəti müdafiə edərək, bildirdi ki, X10 1994-cü ildə vəsiyyətnamə ilə mənzili onun həyat yoldaşına vəsiyyət edib, X10 vəfat etdikdən sonra əmlakın sənədləşmə işini aparan zaman evin başqa şəxsin adına qeydiyyata alındığını öyrənmişdir. Xanımın yazı yaza bilmədiyini, müqavilədəki imzanın onun olmadığını və bu barədə ekspert rəyi ilə razı olmadığını bildirdi. Buna görə də, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili R.Mənsimzadə apellyasiya şikayətini müdafiə edərək, bildirdi ki, X10 yaşlılıq səbəbindən anlaqsız olmuş, bu səbəbədən, yazı yaza bilmirmiş, onu aldadaraq həmin müqaviləyə imza atdırılmışdır, rəy etibarlı deyil, göstərilənlərə əsasən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, X10 onun doğma bibisi və qəyyumu olmuşdur, onunla birlikdə yaşayıb ona qulluq etmişdir. Bundan başqa, o, iddiaçı tərəfin S.Mirzə Ağa qızının anlaqsız olması iddiasına münasibət bildirərək göstərdi ki, bibisi ölənə qədər dərzilik edib, yorğan sırıyıb, tikiş tikib – bütün məişət işlərini özü görüb, yaddaşı çox yaxşı olub, həmçinin həm kiril, həm latın qrafikası ilə yazı yazırdı, bağışlama müqaviləsini də anlaqlı şəkildə öz iradəsilə imzalamışdır. Bu səbəbdən, şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdeh Bakı şəhəri 27 saylı dövlət notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: xx.xx.1944-cü il tarixdə verilmiş İ-JQ № 265912 saylı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 ilə X2 nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1969-cu il tarixdə 723 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Qafarova soyadı verilmişdir. Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, AZ-İ № 278010 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli arayışda qeyd edilmişdir ki, X13 xx xxxxx 1992-ci il tarixdə ölmüşdür. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli qeydiyyat vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Dobrolyubov küçəsi, ev 20, 11 saylı mənziləX5 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 154 saylı reyestr kitabının 25741 nömrəli vərəqində, 30/4614 nömrə ilə qeydiyyat aparılmışdır. xx xxxxxx 1994-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X11 öləcəyi günü ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Dobrolyubov küçəsi, 20 nömrəli evin, 11 saylı mənzilini X3, ev əşyalarını isə Cavabdeh1 vəsiyyət etmişdir. Bakı şəhəri 27 saylı notariat kontorunun dövlət notariusu A.K.Məmmədov tərəfindən təsdiq olunmuş, 4ə04/546 reyestrlə qeydə alınmış xx xxxxxx 2007-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X11 ona məxsus olan y/s 20 kv.m, ü/s 39,4 kv.m bir otaqlı olan Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsi, 20 nömrəli ünvanda yerləşən 11 nömrəli mənzilini qardaşı qızı Cavabdeh1 bağışlamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24034 №-li, xx xxxxxxx 2019-cu il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, X11 ilə Cavabdeh1 adlarından bağlanmış olan xx xxxxxx 2007-ci il tarixli müqavilədə “imza” qarafasındakı “X14” yazılarından ibarət olan imza – X11 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, X5 adına olan xx xxxxxx 1994-cü il tarixli vəsiyyətnamənin hər 2 nüsxəsində “İmza” qrafalarındakı “Seara” yazısından ibarət olan imzalar və X11 ilə Cavabdeh1 adlarından bağlanmış olan xx xxxxxx 2007-ci il tarixli müqavilədə “imza” qrafasındakı “X14” yazılarından ibarət olan imza – öz aralarında eyni şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2283 №-li, xx xxxxxx 2020-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, X5 adından olan xx.xx.1994-cü il tarixli vəsiyyətnamədə (hər iki nüsxəsində) “imza” qarafasındakı “Seara” yazısından ibarət olan imzalar; 4ə04/546 nömrəli notariat işinin 2-ci vərəqəsində X11 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli müqavilədə “imza” qrafasındakı “Seyarə Mirzəağa qızı” əlyazmaları; əksi mülki işin 35-ci vərəqəsində X5 adına olan AZE seriyalı 02715025 nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətində “vəsiqə sahibinin imzası” qrafasında olan “Seara” yazısından ibarət imza; mülki işin 86-cı vərəqəsində X5 adına olan fərdi uçot vərəqəsində “18.Vəsiqə sahibinin imzası” qrafasında “Seara” yazısından ibarət imza; 4ə04/546 nömrəli notariat işinin 13-cü vərəqəsində olan X6 adından Bakı şəhəri 27 saylı dövlət notariat kontoruna ünvanlanmış ərizədə “Ərizə mənim sözlərimlə yazılmışdı Seyarə Mirzəağa qızı” əlyazmaları – X11 tərəfindən icra olunmuşdur. 26 Bakı Komissarları Rayonu İcra Komitəsinin xx xxxxxx 1975-ci il tarixli, 5/142 saylı notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 valideynləri vəfat etmiş, xx xxxxxx 1962-ci il təvəllüdlü qardaşı qızı X7 qəyyumu təyin edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24034 №-li, xx xxxxxxx 2019-cu il tarixli və 2283 №-li, xx xxxxxx 2020-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizalarının rəylərinə əsasən xx.xx.1994-cü il tarixli vəsiyyətnamə və xx.xx.2007-ci il tarixli müqavilədə, eləcə də X5 adına olan şəxsiyyət vəsiqəsində olan imzalar, həmçinin Bakı şəhəri 27 saylı dövlət notariat kontoruna ünvanlanmış ərizədə olan əlyazma X11 tərəfindən icra edilmişdir. Beləliklə, aparılmış məhkəmə araşdırmaları ilə hazırkı mülki işin mübahisəsiz halı kimi ekspert rəyləri ilə bağışlama müqaviləsinin üzərindəki imzanın həqiqətən də X10 tərəfindən icra edildiyi müəyyən olunmuşdur. Kollegiya iddiçının iş üzə təkrar məhkəmə-xətşünaslıq ekspertizası keçirilməsinə dair vəsatətinə münasibətdə isə bildirir ki, ekspert rəyləri aydın və dolğun olduğundan və birbirləri ilə ziddiyyət təşkil etmədiyindən təkrar ekspertiza keçirilməsi üçün əsaslar yoxdur. Bundan əlavə, Kollegiya qeyd edir ki, Səyyarə Mirzə qızının ona məxsus olan y/s 20 kv.m, ü/s 39,4 kv.m bir otaqlı olan Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsi, 20 nömrəli ünvanda yerləşən 11 nömrəli mənzilini qardaşı qızı Cavabdeh1 anlaqlı şəkildə öz azad iradəsi ilə bağışlamağı Cavabdeh1 izahatı ilə də öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh bildirmişdir ki, bibisi – S.Mirzə Ağa qızı vəfat etdiyi günədək anlaqlı olmuş, dərzi kimi çalışaraq xüsusi diqqət tələb edən tikiş işləri ilə məşğul olmuş, bütün məişət işlərini özü görmüş, həm kiril, həm latın qrafikası ilə yazı yazmağı bacarmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Göstərilənlərdən məlum olur ki, hazırkı iş üzrə bağışlama müqaviləsinin etibarsızlığını səciyyələndirən hər hansı şərt mövcud deyil. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci mddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının göstərfiyi hallar ekspert rəyləri ilə təsdiqini tapmamış, müqavilədəki imza X8 məxsusdur və o şəxsən öz əmlakını hələ sağlığında ikən öz iradəsi ilə qardaşı qızı Cavabdeh1 bağışladığından iddiaçının apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-269/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-1924/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1924/2021
03.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver