Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1926/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-671/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehın “Qara Qarayev” filialı tərəfindən iddiaçının adından saxta olaraq bağlanmış xx.xx.2015-ci il tarixli və xx.xx.2016-cı il tarixli müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-671/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 126 (bir yüz iyirmi altı) manatın İddiaçı alınaraq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, "Cavabdeh” ASC bu günə kimi məhkəməyə və guya götürdüyü kreditlərlə əlaqədar hec bir məlumat verməyiblər. Belə ki, guya ona verilmiş kreditlərə dair ayrı ayrı ödəmələr ödəməli və ödənişlər cədvəli olmalıdır. Lakin bugünə kimi həmin saxta olduğu ücün "Cavabdeh” ASC nə ona, nədə məhkəməyə bu məlumatları təqdim etmirlər. Ekspertiza ilə əlaqədar, məhkəməyə dəfələrlə vəsatət verərək, təkrar və ya kompleks ekspertizanın keçirilməsini xahiş etsə də buna nail ola bilmədi. Belə ki, ekspertiza keçirilmədən imzalara baxanda məlum olur ki, müqavilələrdə olan imzalar tam fərqlidilər. Bugünkü gündə, tək imza ilə olunan ekspertizada həmin imzaları ekspertlər dəqiq müəyyən edə bilmirlər. Buna görədə təkrar və ya kompleks ekspertiza keçirilməlidir. Məhkəmə iclasında İddiaçı bildirdi ki, bank onun maaşını tamam tutdu. İmza onun deyil, bu tələbində də qalır. Bu işə görə onun səhhətində də problem yarandı. 4500 manata görə 8 ildir ki, ondan pul tutulur. 4500 manata görə ondan 20.000 manat pul tutulub. İşə baxılması vaxtı və yeri haqqında cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini onunla əsaslandırmışdır ki, müqavilələrin etibarsız hesab edilməsi üçün əsas yoxdur. Belə ki, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, mübahisələndirilən kredit müqavilələrinin üzərindəki imzalar həqiqətən də İddiaçı tərəfindən icra edilmişdir. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır. Belə olan halda, İddiaçı cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinə qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması üçün əsas ola bilməz. Əvvəla, iddiaçı mübahisə predmeti olan kredit müqaviləsini imzalamadığını bildirsə də, onun bu dəlili inandırıcı və ağlabatan hesab edilə bilməz. İkincisi, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş və rəy alınmışdır. İddiaçı bu rəylə razılaşmır və yenidən xətşünaslıq ekspertizasının keçirilməsini istəyir. Əsas kimi, onun imzasının ekspert trəfindən dəqiqi müəyyən edilməməsini əsas gətirir. Ekspert rəyi məhkəmədə tədqiq olunur. Məhkəmə üçün məcburi deyil və nəzərə almaya bilər. Məhkəmə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda əlavə ekspertiza, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda isə təkrar ekspertiza təyin edə bilər. Hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən alınmış ekspert rəyinin əsaslılığı hər hansı bir şübhə doğurmur. Ona görə də əlavə yaxud təkrar ekspertiza təyin edilməsi üçün əsas və zərurət olmalıdır. Belə bir əsas və zərurətin olmasını isə apellyasiya instansiyası məhkəməsi müəyyən etmədi. Ona görə də, işdə olan ekspert rəyinin mötəbər sübut növü kimi qəbul edilməməsinin əsası yoxdur. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)- 671/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1926/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1926/2021
08.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver