Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1927/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə, Üçüncü şəxsin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh" ASC-yə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və s." tələbinə dair və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdeh "Cavabdeh" ASC-yə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və s." tələbinə dair 2(006)-2230/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1144xx-xx-10167 nömrəli “İpoteka müqaviləsi”nin etibarsız hesab edilməsi və əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh ASC arasında xx.xx.2013-cü il tarixli, 1144xxxx-10167 nömrəli “İpoteka müqaviləsi (avtomobil)” bağlanmışdır. Həmin ipoteka müqaviləsi qanunvericiliyə uyğun olmadığı üçün etibarsız hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 307.7-ci maddəsinə görə ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Bundan başqa “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə görə ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Bundan başqa “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə görə ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı ilə ipoteka qoyula bilər. Qeyd olunan qanunların tələblərinə baxmayaraq bank və iddiaçı arasında bağlanmış ipoteka müqaviləsi notariat qaydasında təsdiq edilməmiş və iddiaçının həyat yoldaşının notariat qaydasında təsdiq olunmuş razlığı alınmamışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdeh "Cavabdeh" ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Cavabdeh" ASC və İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1144xx-xx-10167 nömrəli "İpoteka müqaviləsinin etibarsız hesab edilməsi" barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixliİ, 1144xx-xx-10167 nömrəli ipoteka müqaviləsi predmeti olan "KİA Sportage" markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilə kredit borcu üzrə tutma yönəldilmişdir. Şərafət Kərimovanın birgə mülkiyyətdə olan əmlakının hərracda satılması qərara alınsa da, onun bu barədə heç bir məlumatı və razılığı olmamışdır. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə görə ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə görə ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı ilə ipoteka qoyula bilər. Qeyd edilən qanunun tələblərinə baxmayaraq "Cavabdeh" ASC və Şərafət Kərimovanın həyat yoldaşı İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1144xx-xx-10167 nömrəli "İpoteka müqaviləsi (avtomobil)" notariat qaydasında təsdiq edilməmiş və arvadı Ş.Kərimovanın notariat qaydada təsdiq olunmuş razılığı alınmamışdır. Bu barədə məlumatı məhkəmə qətnaməsi bir neçə ay bundan əvvəl icraya yönəldiləndən sonra almışdır (1 il olmayıb). Qeyd edilən ipoteka müqaviləsi bağlanarkən Şərafət Kərimovanın mülkiyyət hüquqları pozulmuşdur. Şərafət Kərimova 2002-ci il tarixdən İddiaçı ilə rəsmi nikaha daxil olub və birgə təsərrüfat aparır. İpotekaya qoyulmuş avtomobil onların birgə mülkiyyətindədir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "Cavabdeh" ASCyə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və s." tələbinə dair iddiası və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdeh "Cavabdeh" ASC-yə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və s." tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni məzmunlu apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, məhkəmə bir çox dəlillərinə hüquqi qiymət verməmiş, yalnız cavabdeh təşkilatın ("Cavabdeh" ASC) məhkəmə baxışı başlandıqdan 8 ay sonra verilmiş etiraz ərizəsində qeyd edilmiş formal mülahizələrə əsaslanan mövqeyindən çıxış edərək qiymət vermiş, Azərbaycan Respublikasının Konstitusiyasının və digər qanunlarının müddəalarını pozmuşdur. Qanunların tələblərinə baxmayaraq Bank və İddiaçı arasında bağlanmış ipoteka müqaviləsi notariat qaydasında təsdiq edilməmiş və avtomobilin birgə mülkiyyətçisi olan arvadı X1 notariat qaydasında təsdiq olunmuş razılığı alınmamışdır. Məhkəmə tərəfindən, iddiaçı tərəfin vəsatəti ilə, ipoteka müqaviləsinin notarial qaydada təsdiq olunmuş nüsxəsi və birgə mülkiyyəlçinin razılıq ərizəsi Bankdan tələb olunsa da, Bank bunu təqdim edə bilməmişdir, məhkəmə baxışında da cavabdehin nümayəndəsi ipoteka müqaviləsinin notarial qaydada tasdiq olunmadığını və birgə mülkiyyətçdən notarial qaydada razılığ alınmadığını etiraf etmişdir. Bundan başqa məhkəmə ipotekaya qoyulmuş avtomobilin ipotekaya qoyulduğu an bank tərəfindən verilmiş pul əsasında alındığını qeyd edərək, bu vəsaitin iddiaçı və ya onun həyat yoldaşının birgə nikah dövründə əldə etdikləri vəsaitə aid edilməsini mümkünsüz hesab etdiyini əsassız olaraq qətnaməsində bildirmişdir. Halbuki, ipoteka müqaviləsinin predmetini rəsmi reyestrdə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydə alınmış avtomobil təşkil edir. Müvafiq qaydada rəsmiləşdirilmiş ipoteka müqaviləsi özü isə yalnız reyestrdə bu hüququn məhdudlaşdırılması üçün əsas hesab edilir. Apellyasiya baxışı zamanı üçüncü şəxsin təmsilçisi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi apellyasiya şikayətlərinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, "Cavabdeh" ASC ilə İddiaçı arasında bağlanmış xx xxxx 2013-cü il tarixli, 1144xx-xx-10167 saylı ipoteka müqaviləsinə əsasən, eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq, İddiaçı ona məxsus olan "KİA" markalı (mühərrik G4KEDH417216, ban: KNAPC812DD7479835, buraxılış ili: 2013) avtomobili ipoteka ilə yüklü edilmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(002)-1887/2018 saylı qətnaməsinə əsasən, İddiaçı 19798.88 ABŞ dolları əsas borc, 1519.21 ABŞ dolları faiz borcu, 05 ABŞ dolları cərimə borcu, cəmi 21318 ABŞ dolları 09 sent məbləğində borcun ödəniş gününə Azərbaycan manatı məzənnəsinə uyğun və həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh ASC-nin hesabına ödənilməsi, “Kia Sportage” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilin ixtisaslaşdırılmış açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitdən 21318 (iyirmi bir min üç yüz on səkkiz) ABŞ dolları 09 (doqquz) sent məbləğində borcun ödəniş gününə Azərbaycan manatı məzənnəsinə uyğun və həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq “Cavabdeh"ASC-yə ödənilməsi, satışdan götürülmüş məbləğ “Cavabdeh" ASC-nin tələbini ödəməyə kifayət etməzsə, çatışmayan məbləğin İddiaçı Cavabdeh ASC-nin xeyrinə tutulması, satışdan əldə edilmiş məbləğ Cavabdeh ASC-nin tələbindən artıq olarsa, artıq məbləğin İddiaçı qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)- 1346/2018 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1887/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi ipoteka predmeti olan, "Kia Sportage" minik markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin müəyyən edilməməsi hissəsində dəyişdirilmiş və avtomobilin ilkin satış qiyməti 27500 manat müəyyən edilməsi, qətnamənin cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347.1, 354.1, 354.2, 390.1-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.3 və 33.4-cü, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 10.2-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iddia tələbləri təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iddia tələblərini təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2020-ci tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının tətbiqi üçün əhəmiyyət kəsb etmir. Qanunvericiliyin qeyd edilən norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.3-cü maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.4-cü maddəsinə görə ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. "Cavabdeh" ASC ilə İddiaçı arasında xx xxxx 2013-cü il tarixli ipoteka müqaviləsi bağlanan zaman qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə notariat qaydasında təsdiqlənməlidir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin predmetini rəsmi reyestrdə qeydiyyata alınmalı olan avtomobil təşkil etdiyindən, daşınmaz əmlak olmayan əşyaya dair müqavilənin notarial qaydada təsdiq edilməməsi onun etibarsızlığına əsas ola bilməz. Bundan başqa, iddiaçı əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində mübahisələndirmədiyindən həmin hüququna xitam verilmişdir. Habelə, avtomobil bank tərəfindən verilmiş pulun əsasında satın alındığından və bank qarşısında həmin kredit üzrə öhdəliyin təminatı qismində ipoteka ilə yüklü edildiyindən birgə nikah dövründə əldə edilmiş əmlak hesab oluna bilməz. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(006)- 2230/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1927/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1927/2021
23.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver