Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1927/2024 14.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X9 ibarət tərkibdə, Məhkəmə iclas katibi X22, İddiaçının nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Dadaşova (Xəlilova) Sevil Abdul qızına, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3 və X10 qarşı “mirasın qəbul edilməsi” tələbinə, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X13 cavabdehlər İddiaçı, X27, Bakı şəhəri 30 saylı notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi və vərəsəlik hüququnun tanınması və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(006)-3625/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh Dadaşova (Xəlilova) Sevil Abdul qızı ilə doğma bacıdırlar. X18 (Quliyeva Məriyəm İmamverdi qızı) 26 may 1989-cu il tarixdə ölmüşdür. Mübahisəli əmlakın 1/3 hissəsi cavabdehin mülkiyyətində, 1/3 hissəsi isə analarının mülkiyyətində olmuşdur. İddiaçı 2021-ci ildə anadan qalan miras əmlakının, yəni evin 1/3 hissəsinin yarısının, yəni 1/6 hissəsini qəbul etmiş, 1/6 hissəsi açıq qalmışdır. Hazırda iddiaçı anasından qalan 1/6 hissədə mirasın onun tərəfindən qəbul edilməsini iddia edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Dadaşova (Xəlilova) Sevil Abdul qızına, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3 və X10 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisə predmeti olan evin miras qoyana məxsus 1/6 açıq qalan hissəsinə mirasın iddiaçı tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı anadan olandan mübahisəli evdə yaşamış, 05 oktyabr 1976-cı il tarixdə nikaha daxil olsa da, 1985-ci ildə uşaqları ilə birlikdə anasına məxsus həmin evə qayıtmış, anası, atası və oğlanları ilə birlikdə orada yaşamışdır. 27 may 1989-cu il tarixdə anası, 20 iyul 1989-cu il tarixdə isə atası vəfat etdikdən sonra iddiaçı miras qalan evdə tək yaşamış, evin kommunal xərclərini və bütün təmir işlərini etmişdir. Məhrum anasından miras qalan evin 1/3 hissəsi ilə bağlı notariusa müraciət etmiş, 23 dekabr 2021-ci il tarixdə miras əmlakdan 1/2 hissədə pay almaq üçün vərəsəlik şəhadətnaməsi almış, əmlakın qalan 1/2 hissəsi açıq qalmışdır. Vərəsə kimi miras əmlaka sahiblik və idarə etmiş, miras əmlakla bağlı bütün kommunal xidmətlər üçün haqları vərəsəlik açıldıqdan sonra ödəmişdir. Mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirası tamamilə qəbul etmişdir. Ondan başqa anasından qalan mirası qəbul edən olmamışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X23 cavabdehlər İddiaçı, X27, Bakı şəhəri 30 saylı notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli evin 1/3 hissəsinin 1/2 hissəsinə (1/6 hissəsinə) iddiaçının adına 23 dekabr 2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında evin 1/6 hissəsinə dair 27 dekabr 2021-ci il tarixdə iddiaçının adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, mübahisəli evin miras qalmış 1/3 hissəsinə onun vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması, daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyat aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb belə əsaslandırılmışdır ki, üçüncü şəxsin atası X1 İmam Verdi qızının birinci nikahdan olan övladıdır. Nənəsi həmin evdə olan 1/3 hissədə payını 23 yanvar 1987-ci il tarixdə oğluna – üçüncü şəxsin atasına vəsiyyət etmişdir. Nənəsi 26 may 1989cu il tarixdə ölmüş, onun ölümündən sonra atası mübahisəli evdə yaşamaqla mirası faktiki qəbul etmiş və sonradan həmin evi yaşaması üçün oğlu Pəncəliyə vermişdir. Pəncəli 1990-cı ildən 2000-ci ilədək həmin evdə yaşamışdır. Sonradan rəhmətə getmişdir. Hazırkı iş üzrə iddiaçı olan bibisi ailə qurması ilə əlaqədar hələ nənəsinin ölümündən zaman etibarı ilə daha əvvəl evdən köçüb getmişdir. Sonradan evi olmadığı üçün müvəqqəti olaraq onun göstərilən evdə yaşamasına atası tərəfindən müvəqqəti icazə verilmişdir. Göründüyü kimi, atası vəsiyyət üzrə vərəsədir və o, mübahisəli evdə faktiki yaşamaqla, habelə ev üzərində sərəncamverici səlahiyyəti həyata keçirərək, oğlu Pəncəlini, sonradan bacısı və iş üzrə iddiaçını həmin evə köçürmüşdür. Bununla da, mirasa faktiki sahibliyi həyata keçirərək mirası faktiki qəbul etmişdir. Göstərilən vəsiyyətnamə notariusa məlum olduğu halda, notarius həmin vəsiyyətnaməni notariat işinə əlavə etmiş, lakin mirasın vəsiyyət olunmasına və qanunun tələbinə görə belə halda qanun üzrə vərəsəlik deyil, vəsiyyət üzrə vərəsəlik həyata keçirilməli olduğu halda, notarius buna əhəmiyyət verməmiş, miras əmlakı kütləsinə daxil olan evin 1/3 hissəsinin 1/2 hissəsinə (1/6 hissəsinə) iddiaçının adına 23 dekabr 2021-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş və həmin şəhadətnamə əsasında göstərilən evin 1/6 hissəsinə dair 27 dekabr 2021-ci il tarixdə iddiaçının adına qeydiyyat aparılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(006)- 3625/2022 nömrəli qətnaməsi ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6 və X15 olmaqla Cavabdeh qarşı «mirasın qəbul edilməsi» tələbinə dair iddia ərizəsi təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi, dalan 8, 2 saylı evin mərhum X8 məxsus 1/6 açıq qalan hissə miras İddiaçı tərəfindən qəbul edilmiş hesab edilmiş, iş üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs X13 cavabdehlər İddiaçı, X37, Bakı şəhəri 30 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi və s.» tələbinə dair iddia ərizəsi rədd edilmiş, iş üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun müstəqil tələb irəli sürən üçüncü şəxs X16 aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi göstərilən nəticəyə gələrkən iş materiallarında olan sənədlərə və şahid ifadələrinə əsasən müəyyən etmişdir ki, mübahisəli fərdi yaşayış evi miras qoyanın mülkiyyətində olmuş, miras qoyan həmin evdə ailəsi, o cümlədən qızı iddiaçı (nikaha daxil olanadək) ilə birgə yaşamışdır. Miras qoyan 26 may 1989-cu il tarixdə, onun əri və iddiaçının atası X38 19 iyul 1989-cu il tarixdə öldükdən sonra həmin evdə iddiaçı yaşamış və hazırda da həmin evdə yaşayır, evə dair kommunal ödənişləri həyata keçirir. Beləliklə, miras qoyanın birinci növbə vərəsəsi olan iddiaçı onun ölümündən sonra mübahisəli evdə yaşamaqla evi faktiki olaraq qəbul edib istifadəsində saxlamış və hazırda da mirası idarə etməkdə davam edir. Nəticədə onun mübahisəli evdə olan miras qoyanın açıq qalan 1/6 hissəsinə vərəsəlik hüququ yaranmışdır. Eyni zamanda, iddiaçının mirası faktiki qəbul etməsi Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən açılmış V-57/2021 nömrəli vərəsəlik işində də müəyyən edilmiş, həmin əsasla iddiaçıya 23 dekabr 2021-ci il tarixli, 2V-92 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X13 iddia tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, üçüncü şəxsin istinad etdiyi vəsiyyətnamə 23 yanvar 1989-cu il tarixdə verilmiş, X14 isə 28 mart 1991-ci il tarixdə ölmüşdür. Anası öldükdən sonra, yəni mirasın açıldığı gündən X14 tərəfindən mirasın vəsiyyətnamə üzrə qəbul edilməsi ilə bağlı notariat orqanına ərizə ilə müraciət edilməsi, eyni zamanda mirasın faktiki qəbul edilməsinə dair iş materiallarında mötəbər sübut yoxdur, habelə bu barədə müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Hətta, X14 tərəfindən vəsiyyətnamə üzrə miras qəbul edilmiş sayılsa belə, müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən vərəsəliyin açıldığı 28 mart 1991-ci il tarixdən mirasın qəbul edilməsinə dair qanunla müəyyən edilmiş müddət ərzində notariat orqanına müraciət etməsinə, habelə onun tərəfindən mirasın faktiki qəbul edilməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, X14 tərəfindən miras, mirasın qəbuluna dair hərəkətlərin hər iki formasında qəbul edilmədiyindən, onun miras əmlaka vəsiyyət üzrə vərəsəlik hüququ tanına bilməz, həmçinin vəsiyyətnamə iddiaçının adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, iddiaçının adına verilmiş xx.xx.2021-ci il tarixli 2V-92 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi üçün məhkəmə tədqiqatı zamanı hər hansı əsas müəyyən edilməmiş, eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs şəhadətnamənin ləğv edilməsi üçün əsas olan hər hansı bir sübutu məhkəməyə təqdim etməməklə iddiasını sübuta yetirə bilməmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinin digər hissələrinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia tələbinin həmin hissələri şəhadətnamənin ləğv edilməsinə və vərəsəlik hüququnun tanınmasına əsaslanmaqla onlardan asılı olduqlarından və həmin tələblər üzrə iddia yuxarıda göstərilənlərə əsasən rədd edildiyindən məhkəmə hesab etmişdir ki, iddia tələbi digər hissələrdə də əsassız hesab olunmaqla təmin oluna bilməz. Birinci instansiya məhkəməsi mövqeyini, Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin 528, 552-ci, hazırda qüvvədə olan Mülki Məcəllənin 1243.2, 1243.3, 1246, 1252, 1255-ci və Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 217.2, 217.4-cü maddələri əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(006)-3625/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X23 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(006)-3625/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, İddiaçı iddiasının rədd, müstəqil tələbin isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 may 2023-cü il tarixli, 2(103)-2028/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(006)-3625/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən nəzərə alınmalıdır ki, mirasın qəbulu birtərəfli, könüllü əqddir və özünün miras əmlak əldə etmək və almaq niyyətini açıq şəkildə göstərən hərəkətlərdə ifadə olunur. Bu hərəkətlər əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı hesab oluna bilər. Mirasın qəbuluna dair hərəkətlər isə iki formada ola bilər - mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmək barədə ərizə vermək, yaxud əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Hazırki halda qeyd edilənlər formasında miras əmlakın faktiki olaraq qəbul edilməsi təsdiqini tapır. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evi X4 mülkiyyətində olmuş, X12 həmin evdə ailəsi, o cümlədən iddiaçı (nikaha daxil olanadək) ilə birgə yaşamışdır. X12 xx.xx.1989cu il tarixdə, onun əri və iddiaçının atası X38 xx.xx.1989-cu il tarixdə öldükdən sonra həmin evdə iddiaçı yaşamış və hazırda da həmin evdə yaşayır, evə dair kommunal ödənişləri həyata keçirir. Məhkəmə kollegiyası hesab etmişdir ki, miras 1989-cu ildə açıldığından, məhkəmə düzgün olaraq hazırkı mübahisəyə Azərbaycan SSR-in 1964cü ildə qəbul edilmiş və 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin normalarını tətbiq etmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı, birinci növbə vərəsə kimi onun anası X12 1989-cu ildə vəfat etdikdən sonra həmin evdə yaşamaqla,mirası faktiki olaraq qəbul edib istifadəsində saxlamış və hazırda da mirası idarə etməkdə davam edir ki, nəticədə onun mübahisəli evdə olan X2 açıq qalan 1/6 hissəsinə vərəsəlik hüququ yaranmışdır. Eyni zamanda iddiaçının mirası faktiki qəbul etməsi Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən açılmış V-57/2021 nömrəli vərəsəlik işində də müəyyən edilmiş, həmin əsasla iddiaçıya xx.xx.2021-ci il tarixli 2V-92 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Buna görədə kollegiya İddiaçı iddia tələbinin təmin edilməsi ilə bağlı məhkəmənin mövqeyini əsaslı hesab etmişdir. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 may 2023-cü il tarixli, 2(103)-2028/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-25/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 may 2023-cü il tarixli, 2(103)-2028/2023 nömrəli qətnaməsinin - İddiaçı iddiasının təmin edilən hissəsində ləğv edilməsi və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, miras qoyan X49 (X12) 26 may 1989-cu ildə vəfat etməklə, miras həmin tarixdə açıldığından, hazırki mübahisəyə 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin müddəaları tətbiq olunmalıdır. İddianı təmin edən rayon məhkəməsi və qətnaməni dəyişdirilmədən saxlayan apellyasiya məhkəməsi həmin Məcəllənin 552-ci maddəsinə istinad etsələr də, faktiki olaraq qətnamələrini iddiaçının mirası qəbul etməsi ilə əsaslandırmışlar. Halbuki, iddiaçının mirası qəbul etməsi mübahisə predmetini təşkil etməmiş, cavabdeh buna qarşı dəlillər irəli sürməmiş və iddiaçının vərəsəlik hüququ 30 saylı notariat ofisi tərəfindən verilən 23 dekabr 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə də təsdiq olunmuşdur. Hazırda mübahisələndirilən hal iddiaçının mirasdan payını qəbul etdikdən sonra miras kütləsinin 1/2 hissədə açıq saxlanılan payın (mübahisəli mənzilin 1/6 hissəsinin) cavabdeh tərəfindən qəbul edilibedilməməsidir ki, nə birinci instansiya məhkəməsi, nə də ki, apellyasiya məhkəməsi tərəfindən bununla bağlı araşdırma aparılmamış, qətnamələrdə təqdim olunan sübutlara istinad edilməklə, mübahisəli olan bu hala mübahisəli hüquq münasibətləri yaranan dövrdə qüvvədə olan maddi hüquq normalarına uyğun olaraq hüquqi qiymət verilməmişdir. Apellyasiya məhkəməsinin də qeyd etdiyi kimi, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Nəzərə alınmalıdır ki, cavabdehin apellyasiya və kassasiya şikayətlərinin dəlilləri anasına vərəsə olması və mirası qeyri-rəsmi üsulla, yəni miras əmlakını faktiki idarə etməklə və ona yiyələnməklə faktiki qəbul etməsi ilə əsaslandırılmışdır. Bu zaman qeyd olunmalıdır ki, mübahisələndirilən mənzil 1/3 hissədə miras qoyanın mülkiyyətində olmaqla yanaşı, 1/3 hissədə payla məhz hazırki kassatorun mülkiyyətindədir. Belə olan halda, cavabdehin anasından qalan miras payını faktiki qəbul etməsi, onun öz mülkiyyətində olan payına mülkiyyət hüquqlarının həyata keçirilməsi ilə əlaqəli şəkildə yoxlanıla bilər ki, bu istiqamətdə apellyasiya instansiyası məhkəməsinin araşdırma aparması müəyyən olunmur. Apelyasiya instansiyası məhkəməsində hazırki icraat Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Mülki Məcəllənin 1243-cü maddəsinin tələbinə müvafiq olaraq mirası müəyyən olunmuş müddətdə və qaydada qəbul etmədiyindən və eləcə də Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirası qəbul etmə müddətinin ötürülməsinin üzürlü səbələrdən baş verməsini sübuta yetirə bilməməklə, məhkəmə tərəfindən İddiaçı iddiası əsassız sayılmalı və rədd edilməli idi. Bundan başqa iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi ondan ibarətdir ki, məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6 və X15 olmaqla Cavabdeh qarşı verilən iddia tələbini tamamilə əsassız olmasını nəzərə almamışdır, məhkəmə qətnamə qəbul etməklə digər vərəsə olan onun hüquqlarını pozmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdehin nümayəndəsi-vəkili izahat verərək apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Sonrakı məhkəmə iclasında isə iştirak etməmişdir. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada məlumat verilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-25/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qərarı ilə mülki iş - İddiaçı iddiasının təmin edilən hissəsində yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarıldığından hazırda qətnamə - İddiaçı iddiasının təmin edilən hissəsində yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
29. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.
Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsi:
527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.
528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.
532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.
552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, ünvan 2 ünvanında yerləşən 2 saylı ev üzərində hər birinə 1/3 hissədə paylı mülkiyyət hüquqları olmaqla X5, X24 və X36 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X49 (X12) 26 may 1989-cu il tarixdə ölmüşdür. İddiaçı, Dadaşova (Xəlilova) Sevil Abdul qızı, mərhum X36 övladlarıdır. İddiaçı 23 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri 30 saylı notariat ofisinə müraciət edərək, miras qoyanın özündən başqa vərəsəsinin bacısı Dadaşova (Xəlilova) Sevil Abdul qızının olduğunu bildirərək, miras əmlakda payının müəyyən edilməsini xahiş etmiş və 23 dekabr 2021-ci il tarixli, 2V-92 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə onun anasında qalan miras əmlakda 1/2 hissədə payı tanınmışdır. 27 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsi, dalan 8, ev 2 üzərində X7 1/3 hissədə, Cavabdeh 1/3 hissədə, İddiaçı 1/6 hissədə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, X4 1/6 hissədə payı açıq saxlanılmışdır. Göründüyü kimi iddiaçının mirası qəbul etməsi işin faktiki halları ilə mübahisəsiz olaraq müəyyən edilmişdir. Bununla yanaşı cavabdeh buna qarşı dəlillər irəli sürməmiş və iddiaçının vərəsəlik hüququ 30 saylı notariat ofisi tərəfindən verilən 23 dekabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə də təsdiq olunmuşdur. Cavabdehin dəlilləri isə ondan ibarət olmuşdur ki, anasının vərəsəsi olmuş və mirası qeyri-rəsmi üsulla, yəni miras əmlakını faktiki idarə etməklə və ona yiyələnməklə faktiki qəbul etmişdir. Belə olan halda hazırda mübahisələndirilən halın iddiaçının mirasdan payını qəbul etdikdən sonra miras kütləsinin 1/2 hissədə açıq saxlanılan payın (mübahisəli mənzilin 1/6 hissəsinin) cavabdeh tərəfindən qəbul edilib-edilməməsi təşkil etməsindən ibarət olmuşdur. Cavabdehin istinad etdiyi hallardan biri də - mübahisələndirilən mənzilin 1/6 hissədə miras qoyanın mülkiyyətində olmaqla yanaşı, 1/3 hissədə payla məhz onun mülkiyyətində olmasıdır. Məhkəmə kollegiyası cavabdehin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mübahisələndirilən hissədə təmin etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, mübahisəli hüquq münasibətləri yaranan dövrdə qüvvədə olan maddi hüquq normalarına əsasən mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mirası qeyri-rəsmi üsulla, yəni miras əmlakını faktiki idarə etməklə və ona yiyələnməklə faktiki qəbul etməsinin müəyyən edilməsi üçün sübut etmə yükü məhz cavabdehin üzərinə düşür. Həmçinin qeyd edilməlidir ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir Birinci instansiya məhkəməsi iclasında şahid X20 ifadəsində bildirmişdir ki, 19 aprel 1922-ci il tarixli aktı imzalamışdır. İddiaçı qonşusudur. Oraya 1987-ci il tarixdə köçmüşdür və köçdüyü gündən də iddiaçı mübahisəli mənzildə yaşayır. Oraya köçəndə iddiaçının ana-atası sağ idi. İddiaçı mənzildə tək yaşayır. Cavabdeh, Zəhraxanımı və X17 tanımır. Birinci instansiya məhkəməsi iclasında şahid X50 ifadəsində bildirdi ki, 19 aprel 1922-ci il tarixli aktı imzalamışdır. İddiaçı qonşusudur. 1968-ci ildə orada doğulmuşdur və orada yaşayır. İddiaçı daima orada yaşamışdır. Sevil xanımı tanıyır, lakin həmin evdə yaşamamışdır. Zəhraxanımı, Rafiq bəyi və Pəncəlini tanımır. Birinci instansiya məhkəməsi iclasında şahid X39 ifadəsində bildirdi ki, 19 aprel 1922-ci il tarixli aktı imzalamışdır. İddiaçı qonşusudur. Orada doğulmuş və 1961-ci ildən orada yaşayır. İddiaçı həmin mənzildə doğulmuşdur. İddiaçı bəzi vaxtlar orada olmamışdır. İddiaçını təxminən 10 il müddətdir ki, fasiləsiz orada görür. Sevil xanımı tanıyır, Sevil xanım oraya gəlir-gedir. Rafiq bəyi tanıyır, Pəncəlinin qardaşıdır. Pəncəlini orada görmüşdür. Pəncəli iddiaçının qardaşı oğludur. Zəhraxanımı da tanıyır. Birinci instansiya məhkəməsi iclasında şahid X29 ifadəsində bildirdi ki, iddiaçı əmisinin arvadıdır, Sevil xanım ərinin bibisidir. 1991-1997-ci il tarixlərdə həmin mənzildə yaşamışdır. İddiaçı Ukraniyadan gəldi, onlarla birlikdə qalmışdır. 1997-ci ildən sonra məlumatı yox idi. Bir həyətdə girişləri ayrı olan evlərdir. Birinci instansiya məhkəməsi iclasında şahid X30 ifadəsində bildirdi ki, iddiaçı qonşusudur. Cavabdehlər də qonşularıdır. 1981-ci ildən orada yaşayır. Həmin həyətdə 3 ev var. İddiaçının ana-atası vəfat edəndən sonra iddiaçı orada yaşamağa başlamışdır. Əvvəl Zemfiraxanım orada yaşayırdı. İmamverdi bəy də orada yaşamışdır. İmamverdi bəy Sevilin qardaşıdır. 1989-cu ildən oradan çıxmış, 1995-ci ildə oraya qayıtmışdır. 1981-ci ildən 1989-cu ilə kimi iddiaçını orada görməmişdir. Hazırda iddiaçı həmin evdə yaşayır. Cavabdehlər orada yaşamırlar. Pəncəlini görmüşdür, gəlib-gedirdi, bir müddət ailəsi ilə də orada qalmışdır. Birinci instansiya məhkəməsi iclasında şahid X31 ifadəsində bildirdi ki, 1972-ci ildə ailə həyatı qurduqdan sonra oraya köçmüşdür. İddiaçını və cavabdehləri 1972-ci ildən orada görmüşdür. Hazırda həmin evdə yalnız iddiaçını görür. İddiaçı Kiyevə 1992-ci ildə getmişdir. 1971-ci ildə nişan mərasimi həmin həyətdə olmuşdur. İddiaçının əri ilə münaqişəsi olduqdan sonra yenidən həmin evə qayıtmışdır. Birinci instansiya məhkəməsi iclasında şahid X25 ifadəsində bildirdi ki, Rafiq Quliyev qardaşıdır. Pəncəli və Allahverdi qardaşları olmuş, onlar vəfat etmişlər. Doğulandan Sumqayıt şəhərində yaşamışdır. Mübahisəli mənzildə nənəsi yaşamışdır. Nənəsi vəfat etdikdən sonra atası yaşamağa başlamışdır. Daha sonra Pəncəli və arvadı həmin evdə yaşamışlar. Mübahisəli mənzilə gedib-gəlmişdir. İddiaçı bibisidir, orada yaşamamışdır, iddiaçı da həmin evə gəlib-gedirdi. Atası həmin mənzildə 1985-ci ildən 1991-ci ilə qədər yaşamışdır. Pəncəli 1991-ci ildən 2001-ci ilədək həmin mənzildə yaşamamışdır. Birinci instansiya məhkəməsi iclasında şahid X11 ifadəsində bildirdi ki, Rafiq Quliyev bacanağıdır. Həmin mübahisəli mənzildə çoxdan olmuşdur. 1991-ci ilə qədər mübahisəli mənzilə gedib-gəlmişdir. 1991-ci ilə qədər mübahisəli mənzildə İmamverdi bəy və onun övladları yaşamışdır. İddiaçını tanımır və görməmiş, cavabdehi tanıyır. İmamverdi bəy insult keçirdikdən sonra Sumqayıt şəhərinə köçmüşlər. Pəncəli 2001-ci ilə qədər orada yaşamışdır. Göründüyü kimi şahid ifadələri ilə cavabdehin mirası qeyri-rəsmi üsulla, yəni miras əmlakını faktiki idarə etməklə və ona yiyələnməklə faktiki qəbul etməsi müəyyən edilməmişdir. Eyni zamanda cavabdeh tərəfindən bu barədə hər hansı sübut təqdim edilməmişdir. Digər tərəfdən mübahisələndirilən mənzil 1/6 hissədə miras qoyanın mülkiyyətində olmaqla yanaşı, 1/3 hissədə payla məhz cavabdehin mülkiyyətində olması, onun tərəfindən miras kütləsinin 1/6 hissədə açıq saxlanılan payın (mübahisəli mənzilin 1/6 hissəsinin) qəbul edilməsinə anlamına gəlmir, çünki cavabdeh rəsmi üsulla, mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməmiş, eləcə də qeyri-rəsmi üsulla, yəni miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə (məs. kommunal, vergi ödəmələri, yaxşılaşdırma və s.) mirasın açıq saxlanılan payın qəbul etməsi müəyyən edilməmişdir. Məhkəmə kollegiyası eyni zamanda Ali Məhkəmənin iş üzrə göstərişlərinə əsasən - cavabdehin anasından qalan miras payını faktiki qəbul etməsi, onun öz mülkiyyətində olan payına mülkiyyət hüquqlarının həyata keçirilməsi ilə əlaqəli şəkildə yoxlayaraq qeyd edir ki, Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin tələblərinə əsasən mirası qəbul etmək üçün müəyyən hərəkətlərin edilməsi vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir ki, cavabdehin mübahisəli mənzilin 1/6 hissədə paya 6 ay ərzində mirası qəbul etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş hərəkətlərin edilməsi işin faktiki halları ilə müəyyən edilməmişdir. Göründüyü kimi cavabdeh mübahisəli hüquq münasibətləri yaranan dövrdə qüvvədə olan maddi hüquq normalarına uyğun olaraq miras əmlakın açıq saxlanılan payını qəbul etməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin sənədlər əsasında 1/3 hissədə mülkiyyət payının olması göstərilsə də, faktiki real vəziyyətdə mövcud olması sübut olunmur. Tərəflərin izahatlarından aydın olur ki, ananın mülkiyyətində olmuş əvvəlki 1/3, hazırki mübahisələndirilən 1/6 hissə 2 otaqdan ibarət olmaqla orada ananın vəfatından sonra faktiki olaraq yaşayan iddiaçıdır. Cavabdeh tərəf kollegiyanın iclasında, cavabdehin mirasın faktiki qəbulunun yeganə sübutu kimi birinci instansiya məhkəməsində dindirilmiş şahid Əliyev Süleymanının ifadəsinə istinad etmişdir. Məhkəmə kollegiyası cavabdehin istinad etdiyi şahid ifasinə qiymət verərək qeyd edir ki, onun iş materiallarında olan imzaladığı aktın məzmununda (i.v. cild 1, səh 6) cavabdehin həmin ünvanda yaşamadığını təsdiq etdiyi halda, birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində onun hərdən gəlib getməsi, cavabdehin mirası faktiki qəbul etməsi kimi qiymətləndirilə bilməz və birinci instansiya məhkəməsi haqlı olaraq bu şahid ifadəsini sübut kimi qiymətləndirməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi - X12 1989-cu ildə öldükdən sonra birinci növbə vərəsə olan iddiaçı evdə yaşamaqla evi faktiki olaraq qəbul edib istifadəsində saxlaması və hazırda da mirası idarə etməkdə davam etməsi, nəticədə onun mübahisəli evdə olan X4 açıq qalan 1/6 hissəsinə vərəsəlik hüququnun yaranması barədə düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(006)- 3625/2022 saylı qətnaməsi - mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə