Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1927/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Cəfərli Pəri İlham qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nağı-X4, Cavabdehin nümayəndəsi X5, İddiaçı Cavabdehnə qarşı "borcun silinməsi" tələbinə dair mülk iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-216/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdehnə (bundan sonra, cavabdeh) qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən (abonent kodu **********10000) hesablanmış 14005,30 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hacıbəyov küçəsi, ev 10 ünvanda yerləşən evə məxsus olan sayğaca əsassız olaraq, yüksək borc hesablanmışdır. Onun tərtib edilmiş aktlardan xəbəri olmamış, aktlar onun iştirakı olmadan tərtib edilmişdir. Məsələni araşdırdıqdan sonra aydın olmuşdur ki, cavabdeh tərəfindən tərtib edilmiş aktlar əsasında sayğacda nasazlıqlar aşkar edilmiş və guya buna görə də sayğaca müdaxilələr edilmiş və nəticədə qaz itkisi kimi qiymətləndirilmişdir. Onun heç vaxt sayğaca müdaxilə etmək kimi niyyəti olmamış, cavabdeh təşkilat qaz xəttinə müdaxilə edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona əsassız olaraq borc hesablamışdır. Hesab edir ki, qanunvericiliyə və müqaviləyə uyğun olaraq təqsiri olmadan baş vermiş hadisəyə görə öhdəlik daşımamalıdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-216/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Əkrəm Qəhrəmanov) iddia təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı ünvan 1 ünvanına (abonent kodu **********10000) hesablanmış 14005,30 manat məbləğində borcun silinməsi, 132,02 manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Cavabdeh qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğaca müdaxilə etmək vasitəsilə istifadə etməklə, o cümlədən istifadə etdiyi təbii qazın dəyərini vaxtında ödəmədən təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktlarının aşkar olunması, aşkar olunmuş faktların yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilməsi, abonentin təqsirli hərəkətləri nəticəsində Birliyə zərər dəyməsi, aktların təbii qazdan qanunsuz istifadəyə dair əsas olması, iddianın əsassız olması və s. kimi əsaslandırılmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçı barəsində 2018 və 2023-cü illərdə aktlar tərtib olunmuş, həmin aktlar əsasında hesablanmış ümumi borc iddiada göstərildiyi kimi 14005,30 manat deyil, 12869,2 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsində iddiaya yazılı etirazda həmin borcun yalnız 27 iyun 2018-ci il tarixdə tərtib olunmuş ******* nömrəli akta əsasən hesablanması qeyd edilsə də, əslində həmin borc həm 2018, həm də 2023-cü ildə tərtib olunmuş aktlara əsasən hesablanmışdır. Belə ki, 2018-ci ilin iyul ayında tərtib edilən aktda əsasən 1706,40 manat, 2022-ci ilin noyabrında tərtib edilən aktda əsasən 6 manat, 2023-cü ilin yanvarında tərtib edilən akta əsasən 8812,80 manat, 2023-cü ilin fevralında tərtib edilən akta əsasən 734,40 manat, 2023-cü ilin martında tərtib edilən akta əsasən 734,40 manat, 2023-cü ilin sentyabrında tərtib edilən akta əsasən 881,28 manat borc hesablanmış, 2022-ci ildə tərtib edilmiş akt iş materiallarına əlavə edilməsə də, abonent saldosunda bu barədə müvafiq qeyd aparılmışdır. Bununla belə, hazırda iddiaçının silinməsini tələb etdiyi borclar 2018 və 2023-cü ildə hesablanmış aktlar üzrə olan borclardır. Belə ki, 2018-ci ilin iyul ayında tərtib edilən aktda 1706 manat 40 qəpik, 2023-cü il tarixli aktlarda isə 11162 manat təşkil edir. Qeyd olunan aktlar üzrə hesablanmış borclar qanuni və əsaslı olmaqla, iddiaçının qanunsuz hərəkətləri nəticəsində Birliyə dəymiş zərərin əvəzi olaraq hesablanmışdır. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən 2018-ci ildən 2023-cü ilədək iddiaçı tərəfindən təbii qazdan istifadəyə görə ödəniş olunmamışdır. Bunu həm abonent saldosu, həm də mütəxəssis də rəyində təsdiq etmişdir. Birinci instansiya məhkəməsi hazırki iş üzrə aktlar üzrə düzgün araşdırma aparmamış, iddiaçı tərəfindən mübahisələndirilməyən aktlar üzrə də borcu olub-olmamasını ətraflı araşdırmadan iddianı təmin edərək, borcu silmişdir. Qeyd edilənlər əsasən, məhkəmə kollegiyasından, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq iddiaçının onun oğlu olduğunu, iddiaçının ailəsi ilə birgə - cəmi 5 nəfər olmaqla, 3 otaqlı həyət evində yaşadıqlarını, 2018-ci ilədək olan ödənişləri Birliyin nümayəndəsinə verdiklərini qeyd etmişdir. Həmçinin, 2018-ci ildə təbii qazın verilməsinin Birlik tərəfindən dayandırlsa da, sonra yenidən bərpa olunduğu, sayğacın kartında (smart kartda) yaranmış problemlərə görə ödənişlər edə bilmədiklərini, həmçinin 2023-cü ilədək təbii qazdan istifadə etmədiklərini, bu müddətdə sayğac və onun kartı olmuş, hazırda yaranmış problemin aradan qaldırıldığını və təbii qazdan istifadə edə bildiklərini qeyd etmişdir. Cavabdeh tərəfindən yazılmış borcun çox yüksək olduğu, iddiaçının günəmuzd işlədiyi bildirmişdir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia aşağıdakı göstərilən əsaslarla qismən təmin olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsi aktlar üzrə ayrı-ayrılıqda araşdırma apararaq hüquqi qiymət verməmiş, aktlar üzrə borc məbləğini düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. İşdə olan iddiaçı tərəfindən təqdim edilmiş abonentin saldosundan görünür ki, 2023ci ilin sonunda İddiaçı (abonent kodu **********10000) ümumilikdə borcu 13360,44 manat təşkil edir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni şəkildə istifadə edir” kimi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Cavabdeh İB-nin dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı ünvan 2 ünvanında itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və ümumilikdə 8532 kub.metr qaz itkisi hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni şəkildə istifadə edir” kimi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Cavabdeh İB-nin dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı ünvan 2 ünvanında itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və ümumilikdə 73440 kub.metr qaz itkisi hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni şəkildə istifadə edir” kimi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Cavabdeh İB-nin dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı ünvan 2 ünvanında itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və ümumilikdə 6120 kub.metr qaz itkisi hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni şəkildə istifadə edir” kimi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Cavabdeh İB-nin dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı ünvan 2 ünvanında itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və ümumilikdə 6120 kub.metr qaz itkisi hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni şəkildə istifadə edir” kimi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Cavabdeh İB-nin dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı ünvan 2 ünvanında itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və ümumilikdə 7344 kub.metr qaz itkisi hesablanmışdır. İlkin olaraq qeyd olunmalıdır ki, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacından kənar xətt vasitəsilə təbii qazdan istifadə edilmə barədə yuxarıda qeyd olunan müxtəlif tarixli aktlar tərtib olunmuş, həmin aktların nəticəsi olaraq itirilmiş qaz hesablanaraq, onun əsasında iddiaçıya borc yazılmışdır. Hazırkı halda isə, iddiaçı aktların qanunsuz olmasını, kənar qoşulma halının olmamasını, iştirakının təmin olunmamasını və s. bildirərək, əsassız hesablanmış 14005,3 manat borcun silinməsini tələb etmişdir. İşə baxan birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh İB tərəfindən İddiaçı yuxarıda sadalanan aktlarda qaz sayğacından kənar qeyri-qanuni istifadə etdiyi göstərilir. Lakin Cavabdeh İB qaz xəttini şəbəkədən ayırıb aktın bir nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq orqana göndərilməli və ya iddiaçının hərəkətlərində cinayət tərkibi olduğu halda prokurorluq orqanları cinayət işini başlanmalı idilər. İş üzrə Cavabdeh İB bu hərəkətləri etməmişdir.Eyni zamanda, aktların tərtib olunması cavabdehin və ya onun ailə üzvünün işirakı ilə aparılmamış və aktların nüsxəsi ona təqdim olunmamışdır. Həmçinin, Cavabdeh İB kənar müdaxilənin məhz cavabdeh tərəfindən edilməsini sübut edə bilmədi. Bu səbəblərdən məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin olunmalı, Cavabdeh İB tərəfindən hesablanmış 14005,30 manat borc silinməlidir. İşdən görünür ki, iddiaçı cəmi 5 akt (xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar) üzrə yaranmış borc məbləğini mübahisələndirmişdir. İş materiallarına, eləcə də cavabdehin nümayəndəsinin izahatına əsasən isə həmin aktlar üzrə hesablanmış borc məbləği 14005,30 manat deyil, 12869,2 manat təşkil edir. Göründüyü kimi, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən həmin müddətlər ərzində tərtib olunmuş müvafiq aktlar üzrə ayrı-ayrılıqda əlavə sərfiyyatın qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanmasını yoxlamamış, onlara hüquqi qiymət verməmiş (2018-ci il tarixdə tərtib olunmuş akta ümumiyyətlə hüquqi qiymət verilməmişdir), maddi və prosessual hüquq normalarının tələblərinə riayət etməmiş, gəlinən nəticə işin hallarına uyğun olmamış, lazımi qaydada əsaslandırılmamışdır. Belə olan halda isə qətnamə qanuni və əsaslı sayıla bilməz, apellyasiya şikayətinə əsasən ləğv olunmalı, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. MPM-nin 385.1.1-ci maddəsinə əsasən məhkəmə aktı maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi onun apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, apellyasiya işin qeyd edilən halları ilə yanaşı, həmçinin mütəxəssis rəyi ilə (Azərbaycan Respublikası Enerji X1 Bakı Filialının xx.xx.2025-ci il tarixli, 1342/2025 nömrəli mütəxəssis rəyi) ilə müəyyən olunmuşdur ki, Cavabdeh İB tərəfindən iddiaçının abonent saldıosuna 2018-ci ildə 1 aktla 1706,40 manat, 2023-cü il ərzində 4 aktla 11162,80 manat olmaqla, cəmi 12869,20 manat məbləğində borc daxil edilmişdir. Təqdim edilmiş sənədlərdə istehlakçı tərəfindən 1 ədəd PQ-4 tipli qaz plitəsi (maksimal qaz sərfiyyatı 1,2 m3), 1 ədəd dəmir soba (maksimal qaz sərfiyyatı 1,4 m3), 1 ədəd qənaətli su qızdırıcı (maksimal qaz sərfiyyatı 1,2m3) istifadə edilir. Bu baxımdan iddiaçının evində istifadə olunan qaz qurğularının maksimal saatlıq qaz sərfini, sutkada 12 saat işləmə müddətini istifadə dövrünü maksimum 3 ay nəzərə almaqla (“Qazdan istifadə Qaydaları”nın 3.1.11-ci bəndinə əsasən qaypaylayıcısı 3 ayda 1 dəfə qazpaylayıcı şəbəkəyə baxış keçirməlidir) qaypaylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər. - Qış ayları üçün ayda (1,2m3 + 1,4m3 +1,5m3) x 12 saat x 30 gün = 1476 m3 - Yay ayları üçün ayda (1,2m3 + 1,5m3) x 12 saat x 30 gün = 972 m3 İtirilmiş qazın həcmi: 2023-cü ildə tərtib olunmuş dörd akt üzrə: 5 qış ayı x 1476m3 +1 yay ayı x 972 m3 = 8352 m3. 2023-cü il üzrə - 1200 x 0,10 + 1300 x 0,20 + 5852 x 0,25 = 1867 manat təşkil edə bilər. Bununla yanaşı, abonent saldosunun təhlilindən görünür ki, 2018-ci ilin oktyabr ayından 2023-cü ilə qədər abonent tərəfindən qazdan istifadəyə görə ödəniş olunmamışdır. Məhkəmə kollegiyası iddia tələbinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 1.3-cü bəndinə əsasən (bundan sonra, Qaydalar) qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli Əlavə) əlavə edilir. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qərarının 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Göründüyü kimi, mövcud qanunvericilik, fiziki şəxs olan istehlakçıya münasibətdə bütün hallarda, o cümlədən qaz sağacının cavabdehliyini və plombların qorunmasını birmənalı şəkildə qaz paylayıcısının üzərinə qoymuş və bu işlərin onun hesabına həyata keçirilməsini müəyyən etmişdir. Bu məqsədlə, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Həmçinin qeyd olunmalıdır ki, «Qaz təchizatı haqqında» Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İddiaçının abonent hesabına borcun hesanlanmasına dair əsaslar həmçinin cavabdeh qrum tərəfindən tərtib edilmiş aktlar olduğundan, həmin aktılarn tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Bu istiqamətdə qeyd edilməlidir ki, «Qaz təchizatı haqqında» Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Qeyd edilməlidir ki, ««Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən «Qaz təchizatı haqqında» Qanuna yuxarıda qeyd edilən norma əlavə edilmiş, qeyd olunan maddi 01 may 2022-ci il tarixdən qüvvəyə minmişdir (Analoji məsələ, sonradan həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsində də nəzərdə tutulmuşdur.) Yuxarıda da qeyd edildiyi kimi, aktlardan bəziləri, yəni xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlar yuxarıda göstərilən norma qüvvədə olduğu vaxt tərtib olunmuş və həmin akta əsasən əlavə sərfiyyat (dəymiş ziyan) kimi hesablanmış müvafiq pul vəsaiti tələb olunmuşdur. Göründüyü kimi, qanunverici açıq-aşkar müəyyən etmişdir ki, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Yalnız bundan sonra, yəni istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdən sonra qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırkı halda isə, cavabdeh orqan tərəfindən qeyd olunan aktlar tərtib olunan zaman abonentin təqsirinin müəyyən olunması üçün müvafiq hüquq-mühafizə orqanlarına müraciət edilməsi və abonentin təqsirinin müəyyən olunması halı aşkar olunmur. Belə olan halda isə, iddiaçının abonent hesabına 2023-cü ilə aid qeyd edilən aktlara görə əlavə sərfiyyatın daxil edilərək onun ödənilməsinin iddiaçıdan tələb olunması qanunvericiliyin qeyd edilən tələbləri ilə uzlaşmamaqla, əsassızdır. Bununla yanaşı, məhkəmə kollegiyası mübahisə predmeti olan digər akt, yəni xx.xx.2018-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış əlavə sərfiyyatın qanuniliyi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına (abonent saldosuna və s.), eləcə də apellyasiya baxışı zamanı əldə olunmuş mütəxəssis rəyinə əsasən iddiaçı tərəfindən 2018-ci ildən 2023-cü ilədək qazdan istifadəyə görə ödəniş olunmamışdır. Məhkəmə baxışı zamanı iddiaçı tərəf bu halı inkar etməmiş, həmin müddətdə mübahisəli ünvanda yaşadıqlarını, lakin təbii qazdan istifadə etmədikləri, eyni zamanda smart kartda yaranmış texniki problem səbəblərdən ödəniş olunmadığnı qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, uzun müddət ərzində təbii qazdan istifadə olunmaması barədə iddiaçının dəlilini əsaslı və ağlabatan hesab etmir. Bu səbəbdən də məhkəmə kollegiyası xx.xx.2018-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın tərtib olunması qanunsuz sayıla bilməz. Belə olan halda isə yoxlanılmalı olan növbəti hal, müvafiq akta əsasən hesablanmış əlavə sərfiyyatın düzgünlüyünün müəyyən edilməsidir. İşdə olan xx.xx.2018-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən və həmin akt əsasında dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı ünvan 2 ünvanında itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və ümumilikdə 8532 kub.metr qaz itkisi hesablanmışdır. Lakin mütəxəssis rəyindən görünür ki, qış ayları üçün ayda (1,2m3 + 1,4m3 +1,5m3) x 12 saat x 30 gün = 1476 m3, yay ayları üçün isə ayda (1,2m3 + 1,5m3) x 12 saat x 30 gün = 972 m3 əlavə sərfiyyat hesablana bilərdi. Belə olan halda isə xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt üzrə əlavə sərfiyyatın miqdarı 7344 m3 (1476 m3 x 3 ay = 4428 m3, 972 m3 x 3 ay = 2916 m3, 4428 + 2916 = 7344) təşkil edir. Bununla belə, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Qərarına əsasən əhali istehlakçılarının istehlak tarifləri nəzərə alınsa dəymiş zərərin məbləği 2018-cu il üzrə - 1700 x 0.10 + 5644 x 0.20 = 1298,8 manat təşkil edə bilər. Göründüyü kimi, xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt üzrə əlavə sərfiyyatın məbləği 1298,8 manat təşkil edir. Yuxarıda da qeyd edildiyi kimi (mütəxəssis rəyi, saldo məlumatları), hazırki iş üzrə mübahisə predmeti olan aktlara görə ümumilikdə 12869,2 manat pul vəsaiti hesablanmış, ondan 1298,8 manat pul vəsaiti 2018-ci ilə aid akta əsasən hesablanmalı olan borc (əlavə sərfiyyat) olmuşdur. Bu səbəbdən də hazırki iş üzrə silinməli olan pul vəsaitlərinin ümumi məbləği 11570,4 (12869,2-1298,8=11570,4) manat təşkil edir. Tərəflər isə bunun əksini əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-nin 385.1.1-ci maddəsinə əsasən məhkəmə aktı maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi onun apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı, iddia qismən təmin olunmalı, ünvan 1 ünvanı (abonent kodu: **********10000) üzrə İddiaçı hesablanmış 11570,4 manat məbləğində borc (əlavə sərfiyyat) silinməlidir. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə kollegiyası iddianın 11570,4 manat borcun silinməsi hissəsində təmin olunması nəticəsinə gəldiyindən, həmin məbləğə müvafiq olaraq 124,7 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə verilməlidir. Həmçinin qeyd edilməlidir ki, MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnaməsinin iddiaçı tərəfindən mübahisələndirilə biləcək hissəsində iddianın qiyməti beş min manatdan azdır (14005,30-11570,4=2434,9 manatdır). Bu səbəbdən də, qətnamədən iddiaçı tərəfindən kassasiya şikayətinin verilməsinə yol verilmir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı "borcun silinməsi" tələbinə dair mülk iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-216/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-216/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv olunsun, iddia qismən təmin olunsun. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu: **********10000) hesablanmış 11570,4 (on bir min beş yüz yetmiş manat 40 qəpik) manat məbləğində borc (əlavə sərfiyyat) silinsin. İddia qalan hissədə təmin olunmasın. Məhkəmə xərci Cavabdehnə aid edilsin. Cavabdehdən dövlət rüsumuna görə 124,7 (bir yüz iyirmi dörd manat 70 qəpik) manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilməz. Cavabdehə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1927/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1927/2025
27.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver