Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1928/2024 08.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “köməkçi sahədən çıxarılma” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “İlkin alğı-satqı müqavilə üzrə hüquq münasibətləri”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 2(009)-2051/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh İddiaçı ilə 14 saylı notariat ofisində bağlanmış 15 fevral 2023-cü tarixli ilkin alğı-satqı müqaviləyə əsasən ünvan 1 evin həyətindəki 16,6 kv.m sahəsi olan təsərrüfat məqsədli köməkçi otağın qiyməti 20000 manat nəbləğində müəyyən edilmişdir. Həmin müqavilənin 2.2.ci bəndinə əsasən iddiaçı müqavilədə müəyyən olunmuş məbləğin 14000 (on dörd min) manatını Cavabdeh notariusun bankda açılan depozit hesab vasitəsi ilə ödəmişdir. Qalan pul məbləğini isə cavabdehə 5 gün müddətinə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi tam şəkildə öhdəsinə götürmüşdür. Müqavilənin 3.1.-ci bəndinə əsasən Cavabdeh Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cı il tarixli 127 nömrəli sərəncamına əsasən ünvan 1 evin həyətindəki 16,6 kv.m sahəsi olan təsərrüfat məqsədli köməkçi otağını bu müqavilə bağlandığı andan İddiaçı 3 ay müddətinə təhvil verməyi və 30 il ərzində əsas alğı-satqı müqaviləsini rəsmiləşdirilməsini öz öhdəsinə götürmüşdür.
2. İddiaçı cavabdeh tərəfindən müqavilə öhdəliyi yerinə yetirilmədiyi üçün hazırki tələblə məhkəməyə müraciət etmişdir.
a)Birinci instansiya məhkəməsində icraat
3.İddiaçı Cavabdeh qarşı “köməkçi sahədən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evin həyətindəki 16,6 kv.m sahəsi olan təsərrüfat məqsədli köməkçi otaq sahəsindən qanunsuz istifadəyə son qoyulması və həmin sahədən məcburi çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli ilkin alğı-satqı müqaviləsi ilə birinci tərəf Cavabdeh ilə ikinci tərəf İddiaçı arasında Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 127 nömrəli sərəncamına əsasən, ünvan 1 evin həyətindəki 16,6 kv.m sahəsi olan təsərrüfat məqsədli köməkçi otağına dair alğı-satqı müqaviləsi bağlanılmışdır. Həmin xx.xx.2023-cü il tarixli ilkin alğı-satqı müqaviləsinə əsasən ünvan 1 evin həyətindəki 16,6 kv.m sahəsi olan təsərrüfat məqsədli köməkçi otağına dair əmlakın qiyməti 20000 manat məbləğində müəyyən olunmuşdur. Alıcı əmlakın bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan qiymətinin 14000 manatını satıcıya notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəyir, qalan pul məbləğini 5 gün müddətində notariusun bankda açılan depozit hesabı vasitəsilə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilə ilə barəsində gələcəkdə alğı-satqı müqaviləsinin bağlanması haqında razılıq əldə olunmuş əmlakın qiymətinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir. Satıcı istifadəsində olan Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 127 nömrəli sərəncamına əsasən ünvan 1 evin həyətindəki 16,6 kv.m sahəsi olan təsərrüfat məqsədli köməkçi otağını bu müqavilə bağlandığı andan alıcıya 3 ay müddətində təhvil verməyi və 30 il ərzində əsas alğı-satqı müqaviləsini rəsmiləşdirilməsini öz öhdəsinə götürür. Alıcı isə qeyd olunan əmlakı istifadə və sahiblik hüququnu həmçinin bütün sənədləşdirmə işlərini, çıxarışın alınmasını və 30 il ərzində əsas alğı-satqı müqaviləsini rəsmiləşdirilməsini öz öhdəsinə götürür. ünvan 1 ünvanında yerləşən evin həyətindəki 16,6 kv/m sahəsi olan təsərrüfat məqsədli köməkçi otağı Cavabdeh tərəfindən zəbt olunmuş və istifadə olunmaqdadır. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq Cavabdeh heç bir məhəl qoymamışdır. xx.xx.2023-cü il tarixdə cavadeh Cavabdeh mülkiyyətin boşaldılmasını tələb etmiş və rəsmi xəbərdarlıq göndərilmişdir. 5.Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X7 izahatında bildirmişdir ki, müqavilə münasibətlərindən irəli gələn öhdəliklərdir. Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 127 nömrəli sərəncamına əsasən, ünvan 1 evin həyətindəki 16,6 kv.m sahəsi olan təsərrüfat məqsədli köməkçi otağına dair tərəflər arasında alğı-satqı müqaviləsi bağlanılmışdır. Həmin xx.xx.2023-cü il tarixli ilkin alğı-satqı müqaviləsinə əsasən ünvan 1 evin həyətindəki 16,6 kv.m sahəsi olan təsərrüfat məqsədli köməkçi otağına dair əmlakın qiyməti 20000 manat məbləğində müəyyən olunmuşdur. İddiaçı tərəfindən 20000 manat pul tam şəkildə cavabdehə verilmişdir. Cavabdeh müqavilə bağlandığı andan 3 ay müddətində həmin torpaq sahəsini iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müddət may ayında bitmişdir, lakin bu günə qədər həmin sahəni iddiaçıya təhvil verməmişdir. 6.Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir, əlildir, ona pul verilməmişdir. Ümumiyyətlə bu alğı-satqı müqaviləsindən xəbəri olmamışdır. Xəstə olanda həyat yoldaşına işlərini görməsi üçün Yasamalda yerləşən ASAN Xidmətdə ona etibarnamə vermişdir. Yoldaşı xərçəng xəstəsidir, ona pul lazım olduğu üçün 14000 manat pul bir götürüb, 6000 manat da bir götürüb. Şəxsiyyət vəsiqəsi deaktiv olunmuş, hal-hazırda Polis İdarəsinə qeydiyyatdadır. 7.Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 12 dekabr 2023-cü il tarixli, 2(009)-2051/2023 saylı qətnaməsi ilə (hakim-Şəhla Süleymanova) iddia tələbi təmin edilərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən evin həyətindəki 16,6 kv.m sahəsi olan təsərrüfat məqsədli köməkçi otaq sahəsindən çıxarılması, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan: 8.İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış 15 fevral 2023-cü tarixli ilkin alğı-satqı müqaviləsindən görünür ki, ünvan 1 evin həyətindəki 16,6 kv.m sahəsi olan təsərrüfat məqsədli köməkçi otağın qiyməti 20000 (iyirmi min) manat məbləğində müəyyən edilmişdir. Həmin müqavilənin 2.2.ci bəndinə əsasən iddiaçı müqavilədə müəyyən olunmuş məbləğin 14000 (on dörd min) manatını Cavabdeh notariusun bankda açılan depozit hesab vasitəsi ilə ödəmişdir. Qalan pul məbləğini isə cavabdehə 5 gün müddətinə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi tam şəkildə öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən Cavabdeh Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cı il tarixli 127 nömrəli sərəncamına əsasən ünvan 1 evin həyətindəki 16,6 kv.m sahəsi olan təsərrüfat məqsədli köməkçi otağını bu müqavilə bağlandığı andan İddiaçı 3 ay müddətinə təhvil verməyi və 30 il ərzində əsas alğı-satqı müqaviləsini rəsmiləşdirilməsini öz öhdəsinə götürmüşdür. 9."xxxx" ASC tərəfindən verilmiş 15 fevral 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı müqavilədə göstərilmiş qaydada 14000 (on dörd min) manat və 6000 (altı min) manat olmaqla notariusun bankda açılan depozit hesab ödəniş etmişdir. 10.İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı ünvan 1 evin həyətindəki 16.6 kv.m sahəsi olan təsərrüfat məqsədli köməkçi otağını boşaldılaraq təhvil verilməsini Cavabdeh tələb etmişdir. 11.Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulmuş öhdəlik icra edilmədiyindən, iddiaçı ünvan 1 ünvanında yerləşən evin həyətindəki 16,6 kv.m sahəsi olan təsərrüfat məqsədli köməkçi otaq sahəsindən cavabdehin qanunsuz istifadəsinə son qoyulması və həmin sahədən məcburi çıxarılmasını tələb etməkdə haqlıdır. 12.Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, işin hallarından da göründüyü kimi, Qasımov X5 Arzu Aqil qızı ilə 14 saylı notariat ofisində bağlanmış 15 fevral 2023-cü tarixli ilkin alğı-satqı müqaviləyə əsasən ünvan 1 evin həyətindəki 16,6 kv.m sahəsi olan təsərrüfat məqsədli köməkçi otağın qiyməti 20000 manat nəbləğində müəyyən edilmişdir. Həmin müqavilənin 2.2.ci bəndinə əsasən iddiaçı müqavilədə müəyyən olunmuş məbləğin 14000 (on dörd min) manatını Cavabdeh notariusun bankda açılan depozit hesab vasitəsi ilə ödəmişdir. Qalan pul məbləğini isə cavabdehə 5 gün müddətinə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi tam şəkildə öhdəsinə götürmüşdür. Müqavilənin 3.1.-ci bəndinə əsasən Cavabdeh Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cı il tarixli 127 nömrəli sərəncamına əsasən ünvan 1 evin həyətindəki 16,6 kv.m sahəsi olan təsərrüfat məqsədli köməkçi otağını bu müqavilə bağlandığı andan İddiaçı 3 ay müddətinə təhvil verməyi və 30 il ərzində əsas alğı-satqı müqaviləsini rəsmiləşdirilməsini öz öhdəsinə götürmüşdür. 13.Cavabdeh həmin müqavilənin görünüş üçün bağlandığını bildirsə də, həmin müqavilənin bağlanması üçün X2 verilmiş etibarnaməni və müqaviləni mübahisələndirdiyinə dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. 14.Məhkəmə cavabdehin göstərilən müqavilə əsasında müqavilədə nəzərdə tutulmuş sahəni müqavilədə müəyyən edilmiş müddət ərzində iddiaçıya təhvil verməli olmasını, müqavilədə müəyyən edilmiş vaxtdan 6 aydan artıq vaxt keçməsinə baxmayaraq ünvan 1 evin həyətindəki 16,6 kv.m sahəsi olan təsərrüfat məqsədli köməkçi otağını İddiaçı təhvil verilməməsini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış müqaviləni əhəmiyyətli dərəcədə pozmuş və iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. 15.Məhkəmə iddianın təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödədiyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 16.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.1, 427.2, 427.3, 442-ci: “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci; Mülki Prosessual Məcəlləsinin 119.1, 220.5, 14.2, 77.1, 88 və 217.4-cü: maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
17.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilərək iddia tələbinin tam olaraq rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 18.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı sələmlə pul dağıdandır. X4 iddiaçıdan cavabdehə məxsus evi qoyaraq faizə pul götürüb. Aylıq ödəniş gecikdiyinə görə iddiaçı evi mənimsəmək sevdasına düşmüşdür. Onu da bildirir ki, bütün bu olanlardan cavabadehin xəbəri olmamışdır. Mədinə İsrafilova cavabdehin ona verdiyi etibarnamə əsasında iddiaçı ilə müqavilə bağlamışdır. Əlavə olaraq iddiaçının faizə pul verməsi ilə insanların evlərini mənimsəməsi kimi hallar nəzərə alınmalıdır. Məhkəmə iradə ifadəsini yalnız iddiaçının lehinə dəyərləndirmiş, çəkişmə prinsipinin tələblərini pozmaqla yanaşı həmçinin tamamilə qərəzli yanaşma sərgiləməklə öz tərəfsizliyini itirmişdir. Qətnamə birinci instansiya məhkəməsi tərəfindən tam və hər tərəfli araşdırılmadan çıxardılmışdır. Beləliklə maddi və prosessual hüquq normalarının tələbləri kobudcasına pozulmuşdur. Məhkəmə iş üçün əhəmiyyətli olan bütün halları düzgün müəyyən etmədən qətnamə çıxarmışdır. Məhkəmə cavabdehin haqlı olduğunu bilə-bilə sübutlara qərəzli yanaşmış, başqa sübutlarla cavabdehlərin tərəfini saxlamağa çalışmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
a)Məhkəmə icraatı iştirakçılarının izahatları
20.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X7 apellyasiya şikayətini qəbul etmədi, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 21.İş üzrə Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 22.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 23.Maddə 324.1.Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradəifadəsidir. 24.Maddə 389.1.Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 25.Maddə 390.1.Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 26.Maddə 390.5.Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 27.Maddə 402.1.İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 28.Maddə 402.2.İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. 29.Maddə 402.3.İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 30.Maddə 402.4.İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 31.Maddə 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 32.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 33.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 34.Həmin Məcəllənin 385.1.1, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
Apellyasiya baxışının hədləri
35.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 36.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanunililiyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 37.Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməlidir. 38.Belə ki, iş materiallarının araşdırılması ilə müəyyən olunur ki, iddiaçının tələbi İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış 15 fevral 2023-cü tarixli ilkin alğı-satqı müqaviləsindən irəli gələn münasibətlə əlaqədardır. 39.Həmin ilkin alqı-satqı müqaviləsinə əsasən ünvan 1 evin həyətindəki 16,6 kv.m sahəsi olan təsərrüfat məqsədli köməkçi otağın qiyməti 20000 (iyirmi min) manat məbləğində müəyyən edilmişdir. Həmin müqavilənin 2.2.ci bəndinə əsasən iddiaçı müqavilədə müəyyən olunmuş məbləğin 14000 (on dörd min) manatını Cavabdeh notariusun bankda açılan depozit hesab vasitəsi ilə ödəmişdir. Qalan pul məbləğini isə cavabdehə 5 gün müddətinə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi tam şəkildə öhdəsinə götürmüşdür. 40.Müqavilənin 3.1.-ci bəndinə əsasən Cavabdeh Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cı il tarixli 127 nömrəli sərəncamına əsasən ünvan 1 evin həyətindəki 16,6 kv.m sahəsi olan təsərrüfat məqsədli köməkçi otağını bu müqavilə bağlandığı andan İddiaçı 3 ay müddətinə təhvil verməyi və 30 il ərzində əsas alğı-satqı müqaviləsini rəsmiləşdirilməsini öz öhdəsinə götürmüşdür. 41.Kollegiya bu hissədə ilk olaraq qeyd edir ki, tərəflər müqavilədə qeyd olunan köməkçi sahə ilə bağlı Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cı il tarixli 127 nömrəli sərəncamına istinad etmişlər. Kollegiya tərəfindən bu məsələ ilə bağlı Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Səbail rayon İcra Hakimiyyətinin 06 avqust 2024-cü il tarixli, 5-19/2-1062/2024 saylı məktubuna əsasən sözügedən sənədlər İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. 42.İddiaçı iddia edir ki, Cavabdeh ilkin müqavilə üzrə müqavilədə nəzərdə tutulmuş köməkçi otağı müqavilə bağlandığı vaxtdan 3 ay müddətində iddiaçıya təhvil verməyi öhdəsinə götürməsinə baxmayaraq öhdəliyini icra etməmişdir. 43.Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 44.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. 45.Məhkəmə kollegiyası hesab edir ki, iddianın faktiki əsası (faktiki hallar) tələbinin qanuni əsasının şərtləri ilə, yəni dispozisiya şərtləri ilə uzlaşmadığından iddia tələbi təmin edilə bilməz. 46.Belə ki, Mülki Məcəllənin 402.1-ci maddəsinə əsas ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin Məcəllənin 402.3-cü maddəsinə əsasən ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 47.Qanunvericiliklə ilkin müqaviləyə verilən anlayışdan göründüyü kimi bu cür müqavilə əmlak müqaviləsi deyildir. İlkin müqavilə təşkilatı xarakterli olmaqla, müqavilədə əmlakın və ya digər maddi nemətlərin verilməsi deyil, belə münasibətlərin gələcəkdə yaradılmasının təşkil edilməsi üzrə vəzifələr baş verir. Maddənin məzmunundan göründüyü kimi ilkin müqaviləyə əsasən tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə əsas müqavilə bağlamağı öhdələrinə götürlər. 48.Belə ki, ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər; (MM maddə 402.3) tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri (MM maddə 402.4) göstərilməlidir. 49.Göründüyü kimi qanunvericiliklə ilkin müqavilədə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə əlaqədar öhdəliklərin müəyyən edilməsi nəzərdə tutulmamış, yalnız predmeti və şərtləri ilkin müqavilə ilə nəzərdə tutulmuş bu cür öhdəliklərin müəyyən edildiyi əsas müqavilənin bağlanması öhdəliyi nəzərdə tutulmuşdur. 50.Mülki Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 51.Kollegiya qeyd edir ki, 15 fevral 2023-cü tarixli ilkin alğı-satqı müqaviləsinin 3.1-ci bəndinə əsasən Cavabdeh həmin müqavilədə nəzərdə tutulmuş köməkçi otağını müqavilənin bağlandığı andan 3 ay müddətinə İddiaçı təhvil verməyi barədə öhdəlik, gələcəkdə bağlanılacaq alğı-satqı müqaviləsinin şərtidir. 52.Çünki qanunvericiliyin istinad olunan normalarından göründüyü kimi əmlakın verilməsi üzrə müqavilə öhdəliyi əsas müqavilə üzrə müəyyən edilə bilərdi. İlkin müqavilədə isə yalnız belə öhdəliyin müəyyən edildiyi əsas müqavilənin hansı müddətə, hansı şərtlərlə bağlanmalı olması və müqavilənin digər mühüm şərtləri (tərəflər, öhdəliklər və vəzifələr və s) barədə tərərflərin razılığı əks olunur. 53.Hazırki halda isə tərəflər arasında əsas müqavilə olan alğı-satqı müqaviləsi bağlanmamış, əsas müqavilənin bağlanılması müddəti bitməmişdir. 54.Buna görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmə cavabdehin müqavilə üzrə öhdəliyi icra etmədiyinə və cavabdehin bağlanmış müaviləni əhəmiyyətli dərəcədə pozmasına əsasən iddianı təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Buna görə də qətnamə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi əsassız olduğundan təmin edilməmlidir. 55.Kollegiya həmçinin qeyd edir ki, cavabdeh həmin müqavilənin görünüş üçün bağlandığını bildirsə də, həmin müqavilənin etibarsızlığı ilə bağlı birinci instansiya məhkəməsinə mötəbər sübutlar təqdim etməmişdir. 56.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 2(009)-2051/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev Fərrux Qasımov