Məhkəmə qərarları › İş №2(103)-1929/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1929/2022

08.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1929/2022 08.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 9258/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qərardadından iddiaçılar İddiaçı1 MMC və İddiaçı2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 MMC və İddiaçı2 cavabdeh "xxxx" ASCyə qarşı “artıq ödənilmiş pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 100990 manat artıq ödənilmiş pulun və 391 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 101381 manatın tutlaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 2(011)- 9258/2021 saylı qərardadına əsasən iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmiş, iddiaçılara iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə vermək hüququ izah olunmuşdur. İddiaçılar İddiaçı1 MMC və İddiaçı2 həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9258/2022 saylı, 23 dekabr 2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərardad əsassız və qanunsuzdur. Belə ki, iddiaçılardan biri İddiaçı2 sahibkarlıq fəaliyyətini həyata keçirmir və vergi orqanında fərdi sahibkar kimi qeydiyyata alınmamışdır. "xxxx" ASC ilə bağlanan müqavilənin tərəfi İddiaçı2dur, lakin həmin istehsal sahəsini istifadə edən digər İddiaçı1 MMC-dir Artıq ödənilmiş pulu tələb etmək hüququ "xxxx" ASC ilə bağlanan müqavilənin tərəfi olan İddiaçı2 məxsusdur. Buna görə cavabdehə artıq ödənilən vəsaiti müqavilə tərəfi olan İddiaçı2 tələb etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli 2(011)- 9258/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 9258/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Kollegiya qeyd edir ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçılar artıq ödənilmiş pulun geri qaytarılması ilə əlaqədar mübahisəyə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsinə əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin 13.11.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar İddiaçı1 MMC-nin və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı “artıq ödənilmiş pul” tələbinə dair analoji iddiası həmin qətnaməyə əsasən təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 26-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kollegiya hesab edir ki, iddia ərizəsində irəli sürülən tələblə bağlı qanunvericilik başqa halı nəzərdə tutmadığı üçün mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan, hazırki iddia ərizəsi Bakı Kommersiya Məhkəməsinə verilməli olduğu halda iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən prosessual qanunvericiliyin məhkəmə aidiyyəti ilə bağlı imperativ tələbinə əməl edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 9258/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı1 MMC və İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9258/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar