Məhkəmə qərarları › İş №2(103)-1946/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1946/2023

18.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1946/2023 18.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X10, Cavabdeh2, Cavabdeh3 MMC-yə qarşı (Bakı şəhəri 9 saylı Notariat Ofisi, ”Nur-2013” MTK və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmıklə mülki iş üzrə (Açar sözlər: mənzilin miras əmlak hesab edilməsi, mirasın qəbulu ilə bağlı müddətin bərpası və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X16 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X15 oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə3, Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə2, üçüncü şəxs Cavabdeh3 MMC-nin nümayəndələri X7 iştirakları ilə, İddiaçı cavabdehlər X10, Cavabdeh2, Cavabdeh3 MMC-yə qarşı (Bakı şəhəri 9 saylı Notariat Ofisi, ”Nur-2013” MTK və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin miras əmlak hesab edilməsi, mirasın qəbulu ilə bağlı müddətin bərpası və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3796/2022 saylı, 02 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 05 №-li Sərəncamına əsasən, X8 1 nəfər ailə tərkibi ilə Nəsimi rayonu, 959-cu məhəllə, Azadlıq prospekti ilə N.Yusifbəyli küçəsinin kəsişməsində inşa edilmiş yaşayış binasının “B” girişinin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 140,0 kv.m, yaşayış sahəsi 73,03 kv.m olan 3 otaqlı 8 saylı mənzil verilmişdir.

2. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 64 №-li Sərəncamına əsasən, Nəsimi rayonu, 959-cu məhəllə, Azadlıq prospekti ilə N.Yusifbəyli küçəsinin kəsişməsində inşa edilmiş yaşayış binasının “B” girişinin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 140,0 kv.m, yaşayış sahəsi 73,03 kv.m olan 3 otaqlı 8 saylı mənzilin yeni sıra sayı “64”, ünvanı Azadlıq prospekti, ev № 108 oxunmuş və BŞİH Başçısının xx.xx.2006-cı il tarixli, 5 saylı Sərəncamı ilə X8 verilmiş xx.xx.2006-cı il tarixli, 010237 saylı orderdə müvafiq düzəlişlər edilmişdir.

3. "xxxx" MTK tərəfindən 04 avqust 2022-ci il tarixdə verilən vəkil sorğusuna cavabdan görünür ki, X2 xx.xx.2020-ci il tarixdə "xxxx" MTK-nın sədrinə Cavabdeh1 Elbrus oğlunun şəxsiyyət vəsiqəsinin nüsxəsini təqdim etmiş və bildirmişdir ki, ona məxsus olan evi, yəni Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108 ünvanında yerləşən 64 saylı mənzili oğlunun adına rəsmiləşdirilməsi üçün sənədlərin toplanmasını xahiş etmişdir. Həmin sənədlər toplusu mərhumun oğlu Cavabdeh1 təqdim edilmişdir.

4. Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, 05Q-1092/69 nömrəli ölüm haqqında şəhadətnamənin suətindən görünür ki, X12 xx.xx.2020-ci ildə ölmüş və bu barədə ölüm haqqınd akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 1099 nömrə ilə qeyd edilmişdir.

5. "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli maliyyə aryışından görünür ki, Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108 ünvanında yerləşən 15 mərtəbəli binanın 3-cü mərtəbsi yaşayış sahəsinin B bloku 2-ci giriş 3 otaqlı ümumi sahəsi 139,73 kv.m olan 64 saylı mənzilin "xxxx" MTK-yə borcu yoxdur.

6. "xxxx" MTK üzvlərinin ümumi iclasının 17 nömrəli protokolundan xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108 ünvanında yerləşən 15 mərtəbəli binanın 3-cü mərtəbəsində yaşayış sahəsinin B bloku 2ci giriş 3 otaqlı ümumi sahəsi 139,73 kv.m olan 64 saylı mənzilin payçısı olması təsdiq edilmişdir.

7. AR ƏMDK DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən MA seriyalı, xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, b. 108, m. 64 xüsusi mülkiyyət hüququ əsasında ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdən etibarən Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 3706 nömrəli reyestr kitabının 347020 nömrəli vərəqində qeydiyyata alınmışdır.

8. Cavabdeh1 (satıcı) və Cavabdeh3 MMC (alıcı) arasında bağlanmış 08 iyul 2021-ci il tarixli, AN-İ № ******* seriyalı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən, satıcı Bakı şəhəri, ünvan 5, mənzil 64 (yeni qaydalarla AZ1007, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 133.8 kv/m olan mənzili alıcının mülkiyyətinə vermiş, alıcı isə həmin əmlakı Cavabdeh2 lizinqə vermək üçün 230.000 manat almışdır.

9. Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında bağlanmış 08 iyul 2021-ci il tarixli, D072 saylı X17 Müqaviləsinə əsasən lizinq verən satıcıdan əldə edəcəyi Bakı şəhəri, ünvan 5, mənzil 64 // Yeni qaydalarla: AZ1007 ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakı (bundan sonra lizinq obyekti) lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini (bundan sonra lizinq ödənişi) lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür. 10.AR ƏMDK DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən Çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 5, mənzil 64 xx.xx.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh3 MMC-nin adına qeydiyyatdan keçirilmişdir.

11. AR ƏMDK DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən Çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 5, mənzil 64 xx.xx.2021-ci il tarixdə Cavabdeh3 MMC tərəfindən Cavabdeh2 xeyrinə yüklü edilmişdir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 3706 nömrəli reyestr kitabının 347020 nömrəli vərəqində qeydiyyatında alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdehlər X10, Cavabdeh2, Cavabdeh3 MMC-yə qarşı (Bakı şəhəri 9 saylı Notariat Ofisi, ”Nur-2013” MTK və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə) “mənzilin miras əmlak, mirasın qəbulu ilə bağlı müddətin bərpası və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev/bina 108-də yerləşən 64 nömrəli mənzilin miras əmlak hesab edilməsi, mirasın qəbulu ilə bağlı müddətin bərpası və bu müddətin hazırki mübahisə üzrə qəbul ediləcək yekun məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi zamanından hesablanması, həmin mənzillə bağlı vərəsəlik hüququnun tanınması, həmin mənzillə bağlı Cavabdeh1 verilmiş "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2021-ci il tarixli 17 nömrəli protokolundan “Çıxarış” sənədinin və xx.xx.2021-ci il tarixli “Maliyyə arayışı” sənədinin etibarsız hesab edilməsi, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın silinərək ona verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi, həmin mənzillə bağlı Cavabdeh1 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-799 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzillə bağlı “ Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdeh "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın silinərək adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

13. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1981-ci il tarixində Ağdam şəhərində anadan olmuşdur. 1990-cı illərdən Bakı şəhərində yaşayır. 2003-cü ildən ailəlidir. Ailə qurduqdan sonra həyat yoldaşı ilə birlikdə bir müddət ünvan 3 ünvanında yaşamışdır. 2009-cu ildə anası Ağdam rayon Mərkəzi Xəstəxanasına (Quzanlıdakı) Baş həkim təyin olunub. Bununla əlaqədar atası ilə anası Bakı şəhərindəki öz yeni mənzillərinə -Nəsimi rayonu, Azadlıq prospekti 108, mənzil 64-dəki mənzillərinə köçüb yaşamağı ona təklif ediblər, çünki həmin zaman yeganə qardaşı, hazrki işdə cavabdeh kimi cəlb edilmiş Cavabdeh1 subay idi, tək yaşayırdı, hələ ailə həyatı qurmamışdı. Bu səbəbdən ona təklif olundu ki, həmin mənzilə keçsin, bir yerdə yaşasınlar. O da bununla razılaşaraq ailəsi ilə əri və uşaqları ilə birgə həmin mənzilə köçmüşdür. xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh1 onun doğma qardaşıdır. Onlar iki övlad olmuşlar. Ataları xx.xx.1950-ci il təvəllüdlü X12 xx.xx.2020-ci il tarixində Covid-19 xəstəliyindən Bakı şəhərində “Yeni Həyat” klinikasında vəfat edib. Anaları xx.xx.1957-ci il təvəllüdlü X13 da Covid-19 xəstəliyindən xx.xx.2021-ci il tarixində vəfat edib. X3 tanınmış futbolçu olub, Qarabağ Futbol klubunda futbolçu və daha sonra məşqçi olaraq çalışıb. Bu komandanın dirçəldilməsində və inkişafında rolu olanlardan biri olub. Təxminən 2005-2008 illərdə atası idman sahəsindəki nailiyyətlərinə - Qarabağ futbol klubundakı səmərəli fəaliyyətinə görə Dövlət Başçısı möhtərəm cənab X18 tərəfindən mükafatlandırılıb və ünvan 5 ünvanında yerləşən 64 nömrəli mənzil ona təltifetmə mərasimində hədiyyə edilib. Bunun xatirə fotoşəkli də vardır. Həmin zaman mənzil atasına verilərkən yeni binada təmirsiz vəziyyətdə idi. Atası öz vəsaiti hesabına həmin mənzili təmir etdirib. Təmirdən çıxarkən mənzil demək olar ki, boş idi. Ata-anası təzə-təzə oraya yerləşməyə başlayırdılar ki, anasını Ağdam Rayon Xəstəxanasına Baş həkim təyin etdilər. Buna görə də 2009-cu ildə ata-anasının təklifi ilə o, həmin mənzilə köçməli oldu. Köçərkən o, buraya bütün cehiz mebellərini və cehiz şəxsi əşyalarını da gətirmişdi. Mənzil onun əşyaları ilə doldurulmuş və yaşayışa uyğun vəziyyətə gətirilmişdi. Demək olar ki, mənzildəki hər bir şey ona məxsus olub. xx.xx.2011-ci il tarixində qardaşı ailə həyatı qurub və nikahdan sonra qonşu blokda kirayə tutaraq orada həyat yoldaşı ilə birlikdə yaşamağa başlayıb. O isə övladları ilə bildikdə ata-anasının mənzilində yaşamağa davam etmişdir. 2015-ci il tarixində anası baş həkim vəzifəsindən azad edilib və bununla əlaqədar olaraq anası atası ilə birlikdə Bakıya qayıdaraq yaşadığı mənzilə gəliblər. Bir-iki il o, övladları və valideynləri bir yerdə yaşamışlar. 2016-cı il tarixində qardaşı ailəsi ilə birlikdə kirayədə yaşaya bilmədiklərini bəhanə edərək həmin mənzilə köçüb. Bu üzdən o, başqa ünvana köçmək məcburiyyətində qalmışdır. Ailəsi ilə birlikdə ünvan 6 ev 5 yerləşən 27 nömrəli mənzilə köçərək orada kirayədə yaşamağa başlamışdır. Lakin, bütün mebel və əşyaları həmin mənzildə qalmışdır. Çünki, əşyalarını kirayə qaldığı mənzilə aparmaq istəməmişdir. Hal-hazırda da həmin mənzildə kirayədə yaşayır. xx.xx.2020-ci il tarixində atası, xx.xx.2021-ci il tarixində isə anası koronavirus xəstəliyi səbəbindən vəfat ediblər. Atası “Yeni həyat” klinikasında, anası isə FHN-nin modul tipli xəstəxanasında dünyadan köçüb. Ata-anasının ikisinin də az bir aralıqla qəflətən hazırlıqsız dünyadan köçmələri onu sarsıtmışdır. O üzdən, bir müddət bir neçə aylar özündə olmamışdır, heç nə gözündə olmayıb. Üstündən bir-iki ay keçdikdən sonra qardaşı ilə görüşüb mənzilin məsələsini öz aralarında həll etməyə çalışmışdır. O bildirib ki, mənzil guya atası tərəfindən ona ölümündən əvvəl bağışlama müqaviləsi ilə bağışlanıb, bu üzdən də mənzildən ona heç nə çatmır. Hətta mənzilin artıq çıxarışını aldığını da söyləyib. O, qardaşı olduğu üçün onun dediklərinə inanaraq vərəsəliklə bağlı heç bir orqana müraciət etməmişdir. Çünki, vərəsəlik işinin açılması mövcud əmlakın sənədləşdirilməsi üçün lazım olur. Atasından isə öz adına heç bir əmlak olmadığından, yeganə mənzilin isə qardaşına bağışlandığını da eşitdikdən sonra əşyalarını götürərək mənzildən çıxmaq qərarına gəlmişdir. Əşyaları qardaşı və ailəsi tərəfindən bərbad günə salınmış, bir çoxu isə itirilmiş, yoxa çıxmışdır. Bunun üstündə onunla və ailəsi ilə münasibətləri korlanmışdır. O zamandan küsülüdürlər və danışmırlar. Bir müddət bundan əvvəl internetdən ev elanlarına baxarkən mənzillərinin - ünvan 7 ünvanındakı mənzilin təcili satışda olduğunu öyrənmişdir. Bu, onda müəyyən şübhələr yaradıb və hüquqşünas mütəxəssislərə/vəkillərə müraciət edərək mənzilin ilkin sənədləşmə işləri ilə maraqlanmaq qərarına gəlmişdir. İlk növbədə, mənzilin ilkin qeydiyyat sənədlərini üzə çıxarmaq/dəqiqləşdirmək üçün 16 may 2022-ci il tarixdə vəkil sorğusu ilə daşınmaz əmlakın dövlət reyestri orqanına müraciət etmişdir. 1 saylı Bakı Ərazi İdarəsindən almış olduğu xx.xx.2022-ci il tarixli arayışda bildirilmişdir ki, Bakı şəhəri, ünvan 5, 64 saylı mənzil "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2021-ci il 17 nömrəli protokoldan çıxarışa, xx.xx.2021-ci il tarixli maliyyə arayışına, xx.xx.2021-ci il tarixli Forma 2 arayışına əsasən, ilkin olaraq xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-799 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məhz həmin arayışı əldə etdikdən sonra aydınlaşdırmışdır ki, Cavabdeh1 ata-analarının ölümünün heç bir ayı çıxmamış (atasının ölümündən bir ay keçməmiş, anasının ölümündən isə 10 gün keçməmiş) vərəsəlik işi açdırmadan,vərəsəliyin qəbulu müddətini gözləmədən, bu barədə notariat orqanını məlumatlandırmadan və onu vərəsəliyə dəvət etmədən qanunsuz yollarla "xxxx" MTK səlahiyyətliləri ilə əlaqəyə mənzillə bağlı öz adına hüquqverici sənədlər tərtib etdirmiş, miras əmlak hesab olunmalı mənzili miras kütləsindən çıxarmaqla vərəsəyə yaraşmayan (qanunvercilikdə bu, ləyaqətsiz hərəkət adlandırılır) və qanunvericiliyə də zidd olan bir əmələ yol vermiş, bu yolla mənzili qanunsuz yollarla öz adına sənədləşdirmişdir. Hesab edir ki, bu hüquqa zidd əməllərdə "xxxx" MTK-nın səlahiyyətlilərinin də mülki məsuliyyəti vardır, bu üzdən təmsil etdikləri "xxxx" MTK da hüquqi şəxs olaraq cavabdeh qismində hazırki işə cəlb edilməlidir. Belə ki, "xxxx" MTK qanunsuz sənədləşmə işinin aparılmasında Cavabdeh1la birbaşa məsuliyyət daşıyırlar. Hətta bir az dərinə getmiş olsa, burada cinayət xarakterli əməllər də vardır, belə ki, onlar miras əmlakının mənimsənilməsi üçün saxta sənəd tərtib ediblər. "xxxx" MTK-nın rəhbər şəxsləri çox yaxşı bilirdilər ki, bu mənzil cənab Prezidentin göstərişi və Bakı şəhər İH orqanının sərəncamı əsasında atasına verilib. Bu üzdən atasına məxsus olan, özü də onun adına sağlığında sənədləşdirilmiş mənzil onun ölümündən sonra yalnız qanuni vərəsəlik işinin açılması, vərəsələrin dairəsinin və miras paylarının müəyyən edilməsi, qanunvericilikdə müəyyən edilmiş müddətin tamamlanması və notariat orqanının arayışı, yaxud şəhadətnaməsi əsasında varisin/varislərin (miras ortaqlarının) adına keçirilə bilərdi. Lakin, MTK-nın rəhbər şəxsləri maraqlar xatirinə mənzili qanunsuz olaraq xx.xx.2021-ci il tarixində qardaşının adına guya ilkin sənədləşmə adı ilə - guya yeni əmlak alırmış kimi rəsmiləşdirilmiş, müvafiq sənədlər tərtib edib ona vermişlər ki, mənzili qardaşı öz adına keçirsin və qeydiyyata aldırsın. MTK qanunsuz olaraq “Maliyyə arayışı” sənədi verib və mənzilin pay haqqının guya qardaşı tərəfindən ödənildiyini təsdiq edib, halbuki qardaşının bu qədər vəsaiti olmayıb, olsa idisə də, bu arayış verilə bilməzdi, çünki mənzil atasına idmançı olaraq əvəzsiz qaydada, mükafat kimi verilmişdi. Əslində, qardaşının və MTK-nın vəzifəli şəxslərinin bu “işbirliyində və əməllərində sənədlərin saxtalaşdırılması və digər vəzifə cinayətlərinin tərkibi vardır və yəqin ki, məhkəmə buna öz xüsusi qərardadı ilə bir hüquqi qiymət verəcəkdir. O ki qaldı mənzilin "xxxx" MMC-yə satılması ilə bağlı məsələyə, aydınlaşdırmışdır ki, bu əqd görünüş üçün bağlanmışdır, yalan əqddir. Belə ki, alqı-satqı müqaviləsinin bağlandığı notariat orqanına sorğu verərək bütün əməliyyat sənədlərini əldə etmişdir. Aydın olmuşdur ki, qardaşı etdiyi qanunsuzluqların gələcəkdə üzə çıxmaması, çıxarsa da, problemlər yaşamaması üçün həmin mənzili saxta və yalan əqdlə başqasına “satmışdır”. Mənzillə və onun mülki statusu ilə bağlı bildirmişdir ki, həmin mənzil ataanasının birgə nikah dövründə əldə edilən əmlakdır. Mənzil atasının adında olsa da, onların birgə nikah dövründə əldə etdikləri əmlak hesab olunmalıdır və oluna bilər, çünki mənzilin təmiri birgə nikah dövründə əldə edilmiş vəsait hesabına həyata keçirilib. Mənzil cənab Prezidentin göstərişi ilə Bakı ŞİH-nin sabiq başçısı H.Abutalıbovun sərəncamı əsasında atasına hədiyyə/mükafat olaraq verilmişdir. Həmin əmlak üzərində vərəsəlik müəyyən edilmədən mənzilin "xxxx" MTK tərəfindən qardaşının adına keçirilməsi tamamilə qanunsuz olmuşdur. Əslində, o, hüquqi və faktiki olaraq qardaşı ilə miras ortağı/şərikləri olmuşlar. O, onun miras ortaqlığından və miras payının adına rəsmiləşməsinin aparılmaması üçün ona yalan söyləmiş, miras əmlakın qəbulu üçün müəyyən edilmiş müddət tamam olmadan qanunsuz yollarla gələcəkdə miras kütləsinə daxil olacaq əmlakı sənədləşdirərək ona məxsus payı tam şəkildə ələ keçirmişdir. Daha sonra isə görünüş üçün əqd bağlamaqla həmin əmlakı adından çıxartmışdır. Lakin, əmlaka faktiki sahibliyi və istifadəni davam etdirməkdədir.

14. Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə2 iddiaya etiraz edərək bildirmişdir ki, mübahisəli mənzil olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 108 saylı evin 64 saylı mənzili ataları tanınmış futbolçu Elbrus Abbasova Azərbaycan Respublikasının Prezidentinin göstərişinə əsasən, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 09 yanvar 2006cı il tarixli, 05 nömrəli sərəncamına əsasən, "NUR-2013“ MTK-ya mənzilin verilməsi həvalə edilmişdir. X26, anası Gülnar Abbasova və Cavabdeh1 2009-cu ildən həmin mənzildə yaşamağa başlamışlar. X19 heç bir zaman onlarla qeyd edilən mənzildə yaşamamış və həmin vaxt bacısı ailəsi ilə birlikdə ünvan 8 ünvanında yaşamışdır. Mənzil MTK mənzili olmuş və atası kooperativ üzvü olmamışdır. Atası vəfat etməmişdən əvvəl 04 noyabr 2020-ci il tarixdə "xxxx" MTK-ya müraciət edərək cavabdehin şəxsiyyət vəsiqəsini təqdim edərək atasına məxsus olan evi, yəni Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108 ünvanında yerləşən 64 saylı mənzili cavabdehin, yəni Cavabdeh1 adına rəsmiləşdirilməsi üçün sənədlərin toplanmasını xahiş etmişdir. Mübahisəli mənzil heç vaxt X26un mülkiyyətində olmamışdır. Yəni, sözügedən mənzil X26a sərəncam əsasında məxsus olmuş və onun sağlığında mənzilə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi tələbi ilə müraciət olunmamışdır. Buradan da məlum olmaqdadır ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108 ünvanında yerləşən 64 saylı mənzil miras aktivinə daxil deyildir. İddiaçının öz ərizəsində də qeyd etdiyi kimi, xx.xx.2020-ci il tarixdə ataları, Elbrus Abbasov, xx.xx.2021-ci il tarixdə isə anaları Gülnar Abbasova vəfat etmiş və həmin vaxtdan bugünədək iddiaçı tərəfindən miras əmlak adlandırılan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108 ünvanında yerləşən 64 saylı mənzilə dair hüquqi qaydada heç bir pay tələbi olmamışdır. Yəni, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108 ünvanında yerləşən 64 saylı mənzilin miras əmlaka daxil olduğu fərz edilsə belə, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan prosessual müddət iddiaçı tərəfindən ötürülmüşdür. Hansı ki, İddiaçı həmin vaxt 20-ci Polis Bölməsinə müraciət etmək əvəzinə mirasla bağlı notariat orqanına müraciət edə bilərdi, iddiaçının öz iddia ərizəsindən də görünür ki, məsələ ilə bağlı tam məlumatı olmuşdur. Hesab edir ki, müddətin bərpası üçün heç bir üzrlü səbəb yoxdur. İddia ərizəsində qeyd olunan digər məqamlara münasibətdə bildirmişdir ki, iddiaçı valideynləri vəfat etdikdən sonra, 166 yükdaşıma şirkəti vasitəsilə analarına məxsus olan əşyaları götürmüşdür. Hal-hazırda bununla bağlı tərəflərindən 166 yükdaşıma şirkətinə sorğu verilmişdir. Digər tərəfdən, iddiaçı öz ərizəsində də qeyd etmişdir ki, atasının adına heç bir əmlak qalmadığından, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108 ünvanında yerləşən 64 saylı mənzil də qardaşına bağışlandığından miras işinin açılması üçün bilərəkdən müraciət etməmişdir. Yəni iddiaçı məlumatsız olması və ya üzürlü səbəblərlə bağlı deyil, bilərəkdən miras işinin açılması ilə bağlı müddəti ötürmüşdür. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108 ünvanında yerləşən 64 saylı mənzilin Cavabdeh1 bağışlanmasına gəldikdə isə tərəflərindən sözügedən mənzili inşa edən "xxxx" MTK-ya təqdim olunan sorğunun cavabından da göründüyü kimi mərhum X12 tərəfindən xx.xx.2020-ci il tarixdə zəruri sənədlərlə birlikdə MTK-ya müraciət olunaraq evin mərhumun oğlu Cavabdeh1 adına rəsmiləşdirilməsi üçün zəruri sənədlərin toplanmasını xahiş etmişdir. Bunun nəticəsində də, Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108 ünvanında yerləşən 64 saylı mənzilə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq, xx.xx.2021-ci il tarixdə çıxarış verilmişdir.

15. Cavabdeh3 MMC-nin nümayəndəsi X14 iddia tələblərini qəbul etməyərək bildirmişdir ki, 2021-ci ilin iyulun 8-də alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan bir neçə gün qabaq Cavabdeh2 müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mənzili lizinqə vermək məqsədilə almaq istədiyini bildirmişdir. Onlar da lizinq şirkəti olaraq mənzilə baxış keçirmişlər və mənzilin dəyəri 230.000 manat məbləğində müəyyən edilmişdir. Bunun 90.000 manatını Cavabdeh2, qalan 140.000 manatını isə onlar Cavabdeh1 hesabına köçürmüşlər. Həmin vaxtı Forma 1 arayışı da alınmışdır. Əgər qanunsuzluq olsa idi, sənədləşdirmə aparıla bilməzdi və ya mübahisəli mənzil olsa idi, onlar ümumiyyətlə alqı-satqı müqaviləsi bağlamazdılar. Onlar vicdanlı alıcı kimi müqavilə bağlamışlar və müqavilə bağlandığı zaman mənzil Cavabdeh1 adına olmuşdur. Halhazırda mübahisəli mənzil üzərində məhkəmə qərarı ilə həbs qoyulduğundan mənzil barəsində hər hansı bir hərəkəti həyata keçirə bilmirlər.

16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3796/2022 nömrəli, 02 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

17. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı mübahisəli mənzilin ataanasının birgə nikah dövründə əldə edilən əmlak olmasını göstərsə də, mübahisə predmeti olan yaşayış evinin mülkiyyət hüququnun DƏDRX-də atasının adına qeydiyyata alınması barədə heç bir sübut təqdim edə bilməmiş və hələ atasının sağlığında belə daşınmaz əmlakın rəsmiləşdirilməsinə dair sənədin mövcud olmadığını təsdiq etmişdir. Mübahisəli mənzilə dair atasının mülkiyyət hüququ müəyyən edilmədən sonuncunun vəfatından sonra həmin əmlakın miras əmlak kimi qiymətləndirilməli olmasına dair iddianın dəlilləri əsaslı deyildir.

18. Məhkəmə həmçinin qeyd etmişdir ki, X2nun xx.xx.2020-ci il tarixdə, vəfatından sonra öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusunun olması müəyyən edilməmişdir. Mərhum X1 mübahisəli mənzilin onun adına rəsmiləşdirilməsə də xx.xx.2020-ci il tarixdə "xxxx" MTK-nın sədrinə Cavabdeh1 Elbrus oğlunun şəxsiyyət vəsiqəsinin nüsxəsini təqdim edərək ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108 ünvanında yerləşən 64 saylı mənzili oğlu Cavabdeh1 adına rəsmiləşdirilməsi üçün sənədlərin toplanmasını xahiş etmişdir. Bununla əlaqədar məhkəmə hesab etmişdir ki, Bakı şəhəri, ünvan 5, 64 saylı mənzil "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2021-ci il tarixli 17 nömrəli protokoldan çıxarışa, xx.xx.2021-ci il tarixli maliyyə arayışına, xx.xx.2021-ci il tarixli forma 2 arayışına əsasən, ilkin olaraq xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçərkən hər hansı qanun pozuntusu olmamışdır.

19. İH-nin dövlət mənzil fonduna aid mənzil Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 05 və xx.xx.2011-ci il tarixli, 64№-li sərəncamlara əsasən 010237 saylı orderlə X2nun adına olduğu üçün ölümündən sonra mənzil vərəsəlik əsasında onun vərəsələrin adına vərəsəlik yolu ilə keçə bilməzdi və sadalanan sənədlər əsasında mənzilin ilkin qeydiyyatını qanuni əsaslarla Cavabdeh1 adına qeydə alınmışdır.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəllənin 1145, 1146, 1151.1 və 1153-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

21. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3796/2022 nömrəli, 02 dekabr 2022-ci il tarixli qətnaməsindən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən işin faktiki olan halları müəyyən edilmədən düzgün nəticəyə gəlməmişdir. Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti ev/bina 108-də yerləşən 64 nömrəli mənzil Bakı şəhəri İcra Hakimiyyəti Başçısının (Hacıbala Abutalıbov) xx.xx.2006-cı il tarixli sərəncamı ilə mərhum X3 mənzillə təmin edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində “Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar” müəyyən edilmişdir. Həmin qanunun 8.0.11-ci maddəsində qeyd edilir ki, “Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabr ayının 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi” kimi qəbul edilmişdir. Göründüyü kimi mərhum atasına mənzil 2006-cı ildə verildiyi üçün artıq həmin mənzil atasının mülkiyyətinə verilmişdir. Sadəcə olaraq sənədləşdirmə işləri müvafiq qurum tərəfindən həyata keçirilmədiyi üçün qalmışdır. Göründüyü kimi, atasının mülkiyyət hüququ əldə etməyə gözlənti hüququ olmuşdur. Qeyd edilənlər sənədlərlə yanaşı məhkəmə araşdırmalarında verilən izahatlardan da öz təsdiqini tapır. Belə olduğu halda, cavabdeh olan qardaşı və digər cavabdehlər tərəfindən aparılan əməliyyatların hamısı real faktların gizlədilməsi məqsədi ilə həyat keçirilmişdir. MTK birliyi həmin mənzili qardaşına satış etməklə qanun pozuntusuna yol vermiş və sərəncamla özgəninkiləşdirilmiş mənzili əsassız olaraq yenidən alqı-satqı predmetinə çevirmişdir. Hansı ki, sözügedən mənzil müvafiq sərəncamla mülkiyyətə verilmişdir. MTK Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının sərəncamı qüvvədə olduğu halda notarius funksiyasının yerinə yetirərək, vərəsələrin dairəsi müəyyənləşməmiş mənzilin hansısa maraq səbəbindən qardaşının adına keçməsinə şərait yaratmışdır. Bu nöqteyi nəzərdən hakim tərəfindən maddi hüquq norması pozularaq iddianın rədd edilməsi, sübutların düzgün qiymətləndirilməsi yönündə olan qanunvericilik deyil, işə qərəzli, qeyri-obyektiv, birtərəfli, yəni cavabdehin mövqeyindən iddianın rədd edilməsi yönündə maddi hüquq normalarını tətbiq etmişdir. Halbuki, işin düzgün araşdırılması, sənədlərə düzgün qiymət verilməsi, təqdim edilən sübutların araşdırılması düzgün maddi hüququ normalarının tətbiq edilməsinə gətirib çıxarmaqla iddianın tam təmin edilməsinə gətirib çıxarardı. Başqa bir tərəfdən, hakim tərəfindən mənzilin niyə məhz cavabdeh olan qardaşına, yəni Cavabdeh1 adına rəsmiləşdirilməsi araşdırılmamışdır. Sual olunur ki, niyə atasının adına sərəncamla verilmiş mənzil Cavabdeh1 adına rəsmiləşdirilmişdir? Göründüyü kimi MTK-nın da məlumatı olmuşdur ki, Vüqar, Elbrusun oğludur və vərəsə kimi onun adına rəsmiləşdirilməsinə nail olmuşlar. Sadəcə olaraq qarşılıqlı anlaşmaqla vərəsəliklə deyil başqa bir formada sənədləşdirmə ilə saxtalıqlarını gizlətməyə cəhd etmişlər. Sərəncamla atasına verildiyi üçün artıq vərəsəlikdən söhbət gedir ki, burada iddiaçı da vərəsədir. Onun da vərəsəlik hüququ cavabdeh olan qardaşı Cavabdeh1 və onunla birlikdə bu əməliyyatlarda iştirak edən digər cavabdehlər tərəfindən kobud şəkildə pozulmuş və pozulmaqda da davam edir. Onu vərəsə kimi gizlətmək, vərəsəlik hüquqlarını pozmaq və mənfəət əldə etmək kimi qanun pozuntuları olmuşdur. Yenə də məhkəmə tərəfindən aparılan natamam, birtərəfli, yəni cavabdehlərin mövqeyinə uyğun olaraq araşdırma maddi hüquq normalarının vərəsəliklə bağlı olan normalarının pozulmasına gətirib çıxarmışdır. Məhkəmə tərəfindən şikayət araşdırılarkən (natamam) tərəf olaraq prossesual hüququ pozulmuşdur. Qətnamədən də göründüyü kimi bu əməliyyatlarda iştirak edən digər cavabdehlərin, yəni Cavabdeh2, Bakı şəhəri 9 saylı Notariat Ofisinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iştirakı təmin edilməmişdir. Belə olan halda araşdırmalar natamam olaraq Cavabdeh1 mövqeyinə uygun həyat keçirilmiş və nəticədə iddianın rədd edilməsinə nail olunmuşdur. Artıq məhkəmə prossesual pozuntu etməklə tərəflərin iştirakını təmin etməməklə özünün mövqeyini qabaqcadan bildirmişdir ki, digər cavabdehlərə ehtiyac belə qalmamışdır. MTK-ya verilən arayış nəyə əsasən verilib və hansı formada mənzil Vüqarın adına keçirilməsi araşdırılmadan qətnamə çıxarılmışdır. Həmçinin məhkəmədə də qeyd etdiyi kimi, qardaşı olan cavabden Vüqar ona vərəsə olaraq payımı verəcəyini vəd vermişdir deyə o, hər hansı bir müraciət etməmişdir. Lakin sonradan onu aldatdığını bilərək, məcbur olub məhkəməyə müraciət etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, mübahisəli mənzil 2006-cı ildə dövlət tərəfindən atasına verilmişdir. Atası 2020-ci ildə vəfat etmişdir. Həmin müddət ərzində atası əgər evi qardaşına vermək istəsə idi, həmin müddətə evə çıxarış alardı, lakin onun belə bir fikri olmayıbdır. Çünki atası ilə qardaşının arasında münasibət pis olmuşdur, atası heç vaxt evi qardaşına vermək istəməyibdir. Atası xəstəxanaya getdikdən 1 həftə sonra vəfat etmişdir, xəstəxanaya getməmişdən qabaq evin satışı ilə bağlı evə makler gəlmişdir. Əvvəldən qayda belə idi ki, bu ev satılacaq və bir ev ona, bir ev isə qardaşına alınacaqdır. Onun evi yoxdur, kirayədə yaşayır. Həmçinin suallara cavab olaraq bildirişdir ki, atası rəhmətə getdikdən sonra evlə bağlı qardaşı ilə söhbət olmayıbdır; atası rəhmətə getdikdən sonra, yanvar ayında anası rəhmətə getmişdir. Atası belə deyirdi ki, bu ev satılacaq və hər ikisinin arasında bölünəcəkdir. Qardaşı da deyirdi ki, ev satılsa pul ikisinin arasında bölünəcəkdir. Avqust ayında bilib ki, qardaşı evi öz bacanağının adına keçiribdir. O, mənzilin qardaşının adına keçirilməsinə dair heç bir sənəd görməmişdir. Qardaşı özü şifahi şəkildə evin onun adına bağışlandığını bildirib. Əslində belə olmadığını avqust ayında bilib. Evin qardaşının adına keçirilməsindən məlumatı olmayıbdır. Məlumatı olan kimi məhkəməyə müraciət edib.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Nümayəndə3 bildirmişdir ki, mübahisəli mənzil 2006-cı ildə sərəncamla X8 verilmişdir. Həmin mənzildə hüquqlarını müdafiə etdiyi şəxs yaşamış və kifayət qədər hüquqları olmuşdur. Daha sonra evlənmişdir. Mübahisəli mənzil iddiaçının xəbəri və razılığı olmadan olmadan MTK tərəfindən Cavabdeh1 adına keçirilmişdir.

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, Abbasov Elbrus zamanında “Neftçi” idman komandasının futbolçusu olmuşdur. 2008-ci ildə cənab Prezident idman xadimlərinə mənzil verərkən birini də Abbasov Elbrusa vermişdir. Abbasov Elbrus da öz oğlu və həyat yoldaşı ilə birgə həmin evdə yaşamışdır. İddiaçı həmin evdə yaşamamışdır, ailəli olmuş, həyat yoldaşı ilə başqa yerdə yaşamışdır. Daha sonra pandemiyanın gərgin vaxtında, 14 dekabrda Elbrus Abbasov rəhmətə getmişdir. 17 gün sonra isə həyat yoldaşı rəhmətə gedir. Elbrus Abbasov vəfat etməmişdən əvvək MTK rəhbərliyinə bildirir ki, evi oğlunun adına rəsmiləşdirmək istəyir. Ortada sadəcə sərəncam olmuşdur. Daha sonra heç bir rəsmiləşdirmə olmayıbdır. Abbasov Elbrus vəfat edənə qədər onun mülkiyyətində heç bir əmlak olmayıbdır. Hesab edilsə ki, həmin əmlak miras aktivinə daxildir, onunla belə iddiaçı tərəfindən müddət ötürülmüşdür. Həmin müddət kəsici müddətə aiddir. Abbasov Elbrus 2020-ci ilin dekabrda vəfat etmiş, cavabdeh yanvar ayında evi öz mülkiyyətinə keçirir. Daha sonra iddiaçı həmin mənzilə gələrək anasına məxsus əşyaları götürür, orda deyir ki, həmin mənzildə Vüqarın yoldaşı yaşamayacaqdır. Daha sonra iddiaçı cavabdehin yoldaşı ilə bağlı polisə müraciət etmişdir. Həmçinin izahatına əlavə etmişdir ki, iddiaçı heç bir zaman həmin evdə yaşamamışdır. Həmin vaxt iddiaçı ailəli olmuşdur, başqa bir evdə yaşamışdır. Elbrus Abbasov həmişə demişdir ki, bu ev Cavabdeh1dır, hətta vəfat etməmişdən 2 ay əvvəl MTK rəhbərliyinə bildirmişdir ki, ev Vüqarın adına keçirilsin. Daha sonra pandemiya olur və evi keçirmək mümkün olmur. İlk öncə Elbrus Abbasov koronavirusa yoluxur, onu xəstəxanaya aparanda yoldaşı Gülnarə xanımda onunla birgə xəstəxanaya gedir. Gülnarə xanım özü də həkim olubdur. 2020-ci ilin dekabr ayının 14-də Elbrus Abbasov vəfat edir, 18 gün sonra, 2021-ci il yanvar ayının 1-də isə yoldaşı Gülnarə xanım vəfat edir. Daha sonra Cavabdeh1 evi öz adına keçirir. Atası vəfat etdikdən sonra iddiaçı bilirdi ki, həmin mübahisəli mənzil qardaşının mülkiyyətindədir, o zaman iddiaçı qardaşı və onun yoldaşı ilə bağlı polisə müraciət etmişdir. İş materiallarında bununla bağlı sübutlar vardır. Daha sonra iddiaçı 166 yükdaşıma xidmətinə zəng vuraraq anasına məxsus əşyaları evdən aparır. 2021-ci ilin iyun-iyul aylarında Vüqar bacısına zəng vuraraq bildirir ki, evi sataraq biznes qurmaq istəyir. Bacısı qətiyyətlə razılıq vermir. İddiaçı bunu ən geci 2021-ci ilin iyun-iyul aylarında bilir, buna baxmayaraq 2022-ci ilin iyul ayında məhkəməyə müraciət edir. MM-in 1246-cı maddəsinə əsasən iddiaçı kəsici müddəti ötürmüşdür. Bundan başqa mübahisəli mənzil miras aktivinə daxil olmayıbdır. Bununla bağlı kifayət qədər sübutlar vardır. Belə ki, Abbasov Elbrus ölən günə qədər mülkiyyətində heç bir daşınar və daşınmaz əmlak olmayıbdır. DƏDRX-də sorğu əsasında müəyyən edilmişdir ki, Abbasov Elbrusun adına 1995-ci ildə bir ev olmuşdur, həmin ev 1997-ci ildə satılmışdır. Nəzərə alınsa ki, Abbasov Elbrusun miras aktivi olmadığından heç bir vərəsəlikdən söhbət gedə bilməz. Hətta hesab edilsə ki, mübahisəli mənzil miras aktivinə daxil olsa belə, MM-nin 1246-cı maddəsində nəzərdə tutulmuş kəsici müddət bitmişdir. Bundan sonra Cavabdeh1 bacısı ilə razılığa gəlmək istəmiş, bacısına 25 min manat vermək istəmiş, lakin bacısı razılıq verməmişdir. Mübahisəli mənzil 2006-cı ildə sərəcam əsasında Abbasov Elbrusa verilmişdir, keçən 13-14 il ərzində mənzilə çıxarış alınmamışdır. Abbasov Elbrus rəhmətə getməmişdən əvvəl MTK rəhbərliyinə müraciət edərək o mənzili oğlunun adına rəsmiləşdirmək istəyir. Daha sonra özü koronavirusa yoluxaraq vəfat edir, 18 gün sonra isə yoldaşı vəfat edir. Bundan sonra Cavabdeh1 MTK tərəfindən verilən sənədlər əsasında mənzili öz adına rəsmiləşdirir. İddiaçı isə bütün bu olanlardan xəbəri olur. İddiaçı qardaşına müraciət edərək evin aralarında bölünməsini istəyibdir, lakin qardaşı razılaşmayıbdır ki, ev onun adına rəsmiləşibdir. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, iddiaçının bildirdiyi kimi həmin mübahisəli mənzilin bağışlama müqaviləsi ilə qardaşının adına keçməsinə istinad etməsini sübut edəcək hallar yoxdur. X20 zamanında şifahi formada MTK rəhbərliyinə bildirib ki, evi oğlunun adına keçirsinlər, rəsmi şəkildə heç nə olmayıbdır. Cavabdeh3 MMC vicdanlı alıcıdır. Mənzilin çıxarışı olmadığı üçün miras aktivinə daxil deyildir. Mənzil sərəncam əsasında Abbasov Elbrusa verilmişdir. Cavabdeh1 evi sataraq biznesə qoyanda bu barədə bacısına məlumat vermişdir. Abbasov Elbrusun vəsiyyətnaməsi olmamışdır. Abbasov Elbrus mənzilin oğlunun adına rəsmiləşdirməklə bağlı MTK-ya məlumat vermişdir. Mənzil 230.000 manata stılmışdır.

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Cavabdeh3 MMC-nin nümayəndəsi X14 bildirmişdir ki, Cavabdeh3 MMC olaraq 08 iyul 2021-ci ildə Cavabdeh1la alğı-satqı edərək həmin mənzili alımışlar. Həmin mənzil Cavabdeh2 lizinqə verilmişdir. Cavabdeh3 MMC burda vicdanlı alıcıdır. Müqavilənin etibarsız hesab edilməsinə əsas yoxdur. Mənzil 230.000 satılmışdır.

28. Məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

29.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 30.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 31.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 32.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən iddiaçı şikayət verərək ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

33.140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 34.152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 35.324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 36.337.1-ci maddəsinə əsasən, məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 37.1133.1 və 1133.2-ci maddələrinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 38.1134.1 və 1134.2-ci maddələrinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.

39. 1153-cü maddəsinə əsasən, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. 40.1159.1-ci maddəsinə, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 41.1243.1 və 1243.2-ci maddələrinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 42.1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 43.1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 44.1249-cu maddəsinə əsasən, digər vərəsələrin gəlməsini gözləməyən və mirasa sahiblik etməyə və ya onu idarə etməyə başlayan vərəsə, xəstəlik zamanı miras qoyana qulluq, onun müalicəsi və dəfn edilməsi, miras qoyanın öhdəsində olmuş şəxslərin saxlanması, əmək haqqının ödənilməsi, mirasın mühafizə və idarə edilməsi xərclərindən başqa, mirasın açıldığı gündən altı ay keçənədək və ya miras hüququ haqqında şəhadətnamə alınanadək mirasa dair sərəncam verə bilməz.

45.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir.

46.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, §103).

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

47.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

48.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından qismən şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir.

49. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, BŞİH-nin mənzil fonduna ayrılmış Bakı şəhəri, ünvan 5, 64 saylı mənzil Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 05 nömrəli və xx.xx.2011-ci il tarixli, 64 nömrəli sərəncamlarına əsasən 010237 saylı orderlə X2na verilmiş, lakin ölümündən sonra "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2021-ci il tarixli 17 nömrəli protokoldan çıxarışa, xx.xx.2021-ci il tarixli maliyyə arayışına, xx.xx.2021-ci il tarixli forma 2 arayışına əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına ilkin olaraq mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır.

50. Məhkəmə vurğulamışdır ki, mübahisəli mənzil mərhum X8 010237 saylı orderlə verildiyi üçün, ölümündən sonra bu əmlak onun vərəsələrinə vərəsəlik yolu ilə keçə bilməzdi. Yəni məhkəmənin mövqeyinə görə mübahisəli mənzilin miras qoyanın adına dövlət qeydiyyatına alınmaması onun miras kütləsinə daxil olmasını istisna edir. Belə nəticəyə gələn məhkəmə Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə istinad etmişdir. Həmin normaya görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Bununla da məhkəmə cavabdehin mübahisəli mənzili mülkiyyət hüququ ilə adına qeydiyyata aldırmasına dair hərəkətini qanuni hesab etmişdir.

51. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinin dispozisiya şərtlərinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Aşağıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, həmin maddədə qeyd olunan əmlak hüquqları (miras aktivi) anlayışı dövlət reyestrində qeydiyyata alınan əmlak hüquqları ilə məhdudlaşmamalı, əmlak hüquqları anlayışı geniş təsfir edilməlidir.

52. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 22 aprel 2014-cü il tarixli qərarında deyilir ki, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir.

53. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. 54.Bu baxımdan qeyd edilməlidir ki, mərhum X5 uzun müddət istifadəsində və sahibliyində olan mübahisəli mənzili kooperativ mənzili kimi öz mülkiyyətinə keçirmək üçün qanuni gözləntiləri, maddi dəyəri olan hüququ var idi və bu hüquq mahiyyət etibarı ilə şəxsə bağlı bir hüquq olmadığından, əmlak xarakterli olduğundan onun ölümü ilə xitam olunmamış, Mülki Məcəllənin 1151-ci maddəsi üzrə onun miras kütləsinə daxil olmaqla vərəsəlik qaydasında vərəsələrinə keçmişdir.

55. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar göstərilmişdir.

56. Həmin Qanunun 8.0.1, 8.0.6-cı maddələrində göstərilir ki, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 57.Həmin Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 58.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 saylı qərarı təsdiq edilmiş “2 saylı əlavə üzrə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına çıxarış tərtib edilir. 59.Həmin Təlimatın 7.2-ci bəndinə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir.

60. Göründüyü kimi, iddia ərizəsində göstərilən məsələnin həlli qaydası qanunvericilikdə yuxarıda göstərilən qaydada müəyyən edilib. Odur ki, bu məsələ mənzilin birbaşa vərəsənin adına qeydiyyata alınması yolu ilə həll olunmur, bu da cavabdeh X6 qanunvericiliyə uyğun şəkildə davranmadığını bir də təsdiq edir. 61.Beləliklə, cavabdeh iddiaçının öz vərəsəlik hüququndan istifadə etməsinə şərait yaratmadan mirasın açıldığı gündən altı ay keçənədək miras əmlaka dair sərəncam vermiş, yəni miras qoyanın öldüyü gündən bir ay keçməmiş Bakı şəhəri, ünvan 5, 64 saylı mənzilin "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2021-ci il 17 nömrəli protokoldan çıxarışa, xx.xx.2021-ci il tarixli maliyyə arayışına, xx.xx.2021-ci il tarixli Forma 2 arayışına əsasən, ilkin olaraq xx.xx.2021-ci il tarixdə öz adına qeydiyyatdan keçirilməsinə nail olmuş, daha sonra isə "xxxx" MMC ilə bağladığı xx.xx.2021-ci il tarixli, 4Ə-799 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən MMC-yə özgəninkiləşdirmişdir. 62.Kollegiya "xxxx" MTK tərəfindən vəkil sorğusuna verilən 04 avqust 2022-ci il tarixli cavaba məhkəmənin istinadı ilə əlaqədar qeyd etməyi zəruri sayır ki, mövcudluğu və mötəbərliyi müəyyən edilməmiş bu ərizənin (X2nun xx.xx.2020-ci il tarixdə "xxxx" MTK-yə ünvanladığı ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108 ünvanında yerləşən 64 saylı mənzilin oğlunun adına rəsmiləşdirilməsinə dair xahişi) vəsiyyətnaməyə bərabər olan sənəd kimi məhkəmə tərəfindən nəzərə alınması mülki qanunvericiliyə ziddir və beləliklə də, hazırki mübahisənin həllinə bu ərizənin hər hansı aidiyyəti yoxdur. 63.Belə olan halda kollegiya hesab edir ki, birinci instnasiya məhkəməsi iddianın miras əmlakla bağlı tələblərini rədd edərkən Mülki Məcəllənin 1151.1-ci maddəsini, yəni maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə olan halda cavabdehin mübahisə predmeti olan mənzilə dair mirasın açıldığı gündən altı ay keçənədək sərəncam verməsi qanunsuz hesab edilməli, bu hərəkətləri mümkün edən "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2021-ci il 17 nömrəli protokoldan çıxarışı, xx.xx.2021-ci il tarixli maliyyə arayışı, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarış etibarsız hesab edilməlidir. 64.Məhkəmə kollegiyası etibarsız hesab edilməsi tələb edilən Cavabdeh1 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 4Ə-799 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi və bu müqavələyə əsasən "xxxx" MMC-nin adına tərtib edilmiş çıxarışı ilə əlaqədar isə qeyd edir ki, daşınmaz əşya mülkiyyətçisinin iradəsinə zidd olaraq digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra həmin əşyanı vicdanlı üçüncü şəxslərin əvəzli qaydada əldə etməsi Mülki Məcəllənin 140-cı maddəsinə əsasən sonuncu müqavilənin etibarsızlığını istisna edir. 65.Belə ki, müqavilə əsasında daşınmaz əmlak əldə edən şəxslərin vicdanlılığı özgəninkiləşdirənin adına reyestrdəki qeydin mövcudluğu, reyestrin məzmununun dəqiqliyi və bu qeydə dair etirazın reyestrə daxil edilməməsi ilə şərtləndirilmişdir. Bu şərtlərin mövcudluğu şəraitində daşınmaz əmlakı əldə edən şəxs vicdanlı hesab edilir və daşınmaz əmlakı özgəninkiləşdirənlə əvvəllər bağlanmış əqdin etibarsızlığı restitusiya qaydasında əmlakın ilkin mülkiyyətçisinə qaytarılması hüquqi nəticəsini doğurmur. Mülki qanunverciliyə görə mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüququnun dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. 66.“S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali MəhkəməsiMülki Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. 67.Bu baxımdan nə qədər ki, "xxxx" MMC hazırki qətnamə ilə müəyyən edilmiş hallardan məlumatsız olmuş, alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən satıcının (X6) adına dövlət qeydiyyatı mövcud olmuş və ləğv edilməmişdir, o məhz bu qeydiyyata etimad edərək alğı-satqı müqaviləsi əsasında mübahisə predmeti olan mənzili əldə etmişdir. Bunun əksini sübut etmək vəzifəsi iddiaçının üzərindədir, bununla bağlı hər hansı sübut isə iş materiallarında mövcud deyildir. 68.Mübahisəli alqı-satqı müqaviləsinin etibarsızlığı tələbinin rədd olunmasına baxmayaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, istinad olunan hallar iddianın digər hissəsinin rədd edilməsi üçün əsas deyildir. Əksinə cavabdeh X6 mənzil ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi onun tərəf olduğu əqd üzrə aldıqlarının ½ hissəsini iddiaçıya qaytarmaq öhdəliyinin olub-olmadığının müəyyən edilməsi üçün hüquqi əhəmiyyət kəsb edir. Belə ki, mübahisəli mənzil miras əmlak hesab edildiyindən, həmin mənzilin alqı-satqı müqaviləsindən əldə olunmuş vəsait (230.000 manat) da miras əmlak hesab edilməli və həmin əmlaka Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin tələbləri qaydasında bərabər pay hüquqlu tərəflərin bərabər payları tanınmalıdır. 69.Kollegiya iddianın “mirasın qəbulu ilə bağlı müddətin bərpası və bu müddətin hazırki mübahisə üzrə qəbul ediləcək yekun məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi zamanından hesablanması” hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində vərəsəlik hüququnu həyata keçirməsi imkanından məhrum olmuş, bu da Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin buraxılmasının üzrlü sayılmaqla, uzadılması üçün zəmin yaratmışdır. 70.Bundan başqa cavabdehin mirasın qəbulu üçün qanunvericiliklə müəyyən edilmiş müddət gözləmədən əmlakı öz adına rəsmiləşdirməsi, iddiaçıda mənzilin ona bağışlanmış kimi təəsürat yaratması, iddiaçının da qeyd edilənləri nəzərə alaraq əmlakın atasının ölümündən əvvəl bağışlama müqaviləsinə əsasən qardaşının mülkiyyətinə keçməsinə inanaraq, bu üzdən də vərəsəliklə bağlı heç bir orqana müraciət etməməsini inandırıcı sayır. 71.Lakin hazırki halda mübahisəli əmlak başqa şəxsin mülkiyyətinə keçmiş və bu tələb öz əhəmiyyətini itirmişdir. Belə ki, iddiaçı məhz miras əmlak olaraq mənzilə münasibətdə mirasın qəbulu üçün müəyyən edilmiş müddətin uzadılmasını xahiş etmişdir. Buna baxmayaraq hazırki qətnaməyə əsasən iddiaçının miras əmlak hesab edilmiş mənzilə dair bağlanmış alqı-satqı müqaviləsindən əldə olunmuş vəsaitə (230.000 manat) tələb hüququ yaranmışdır. 72.Kollegiya bu əsasla da “mənzillə bağlı vərəsəlik hüququnun tanınması”na dair tələbin rədd edilməsi qənaətinə gəlir. Kollegiya həmçinin qeyd edir ki, vərəsəlik hüququ qanunla qorunan hüquqdur və bu hüququnun əlavə olaraq məhkəmə aktına əsasən təsdiq edilməsinə ehtiyac yoxdur. 73.Məhkəmə kollegiyası yuxarıda şərh olunanları rəhbər tutaraq belə hesab edir ki, birinci instnasiya məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi üçün qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməlidir. 74.Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər. 75.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ: Apelyasiya şikayəti qismən edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3796/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 108 saylı evin 64 saylı mənzili (yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, 43, M3, m4) miras əmlak hesab edilsin. Cavabdeh1 adına tərtib olunmuş "xxxx" MTK üzvlərinin ümumi iclasının 17 nömrəli protokolundan xx.xx.2021-ci il tarixli “Çıxarış” və xx.xx.2021-ci il tarixli “Maliyyə arayışı” etibarsız hesab edilsin. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 108 saylı evin 64 saylı mənzilinə (yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, 43, M3, m4) dair Cavabdeh1 adına xx.xx.2021-ci il tarixdə aparılmış ********** nömrəli qeydiyyat və onun əsasında verilmiş çıxarış ləğv edilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Sabit Bəhramzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar