Məhkəmə qərarları › İş №2(103)-195/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-195/2022

27.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-195/2022 27.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, cavabdeh X7 və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə İddiaçı1 Qazı oğlunun və İddiaçı2 X8, 5 saylı Bakı “Asan Xidmət” mərkəzi notariat ofisinə və Bakı şəhəri 52 saylı notariat kontoruna qarşı “mirası faktiki qəbul etmə faktının müəyyən olunması, vərəsəlik şəhadətnaməsinin və etibarnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli qətnaməsindən Sofia Mamedova tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 Qazı oğlu və İddiaçı2 5 saylı Bakı “Asan Xidmət” mərkəzi notariat ofisinə və X5rşı iddia ərizəsi, sonradan isə Bakı şəhəri 52 saylı notariat kontorunu da cavabdeh qismində göstərdiyi iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, 1975-ci ildən Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 38 saylı evin 87-ci mənzilində qeydiyyatda olmaqla yaşadıqlarını, 2005-ci ildə mənzili oğulları Həzi Əhmədoviçə bağışladıqlarını, 30.06.2018-ci il tarixdə vəfat etmiş oğullarından miras qalmış həmin əmlaka dair onun arvadı Sofia Mamedovanın ərizəsi əsasında 26.08.2018-ci il tarixdə 5 saylı Bakı “ASAN XİDMƏT” mərkəzinin notariat ofisi tərəfindən vərəsəlik işi açıldığını və 26.02.2019-cu il tarixdə 2V-100 reyestr nömrəli şəhadətnamənin rəsmiləşdirildiyini, məsələni araşdırdıqları zaman Bakı şəhəri 52 saylı notariat kontorunda İddiaçı1 guya xəstə olması səbəbilə onun əvəzindən etibarnamə vermiş X9 tərəfindən X1 Əhməd Qazıyeviçə etibarnamə verildiyinin, sonuncunun isə İddiaçı1 Qazı oğlunun vərəsəlik hüququndan anası X7 xeyirinə imtina etdiyini öyrəndiklərini, notariat kontorundan göndərilmiş notariat işinin materialarında X6 şəxsiyyətinin müəyyən olunmadığını, heç vaxt heç kimə öz vərəsəlik hüquqlarından imtina etmək hüququ barədə etibarnamə vermədiklərini, hazırkı dövrədək mənzilə dair bütün kommunal və digər xərclərin tərəflərindən ödənildiyini irəli sürmüş, buna görə də 30 iyun 2018-ci il tarixdə vəfat etmiş oğulları X4 üzrə vərəsələrı olmaqla ondan miras qalmış ünvan 1 ünvanında yerləşən 87 saylı mənzili faktiki qəbul etməklə mirası qəbul etmiş hesab edilmələri və bu əmlaka dair X7 adına 5 saylı Bakı “Asan Xidmət” mərkəzinin notariat ofisi tərəfindən 26.02.2019-cu il tarixdə verilmiş 2V-100 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab olunmaqla ləğv edilməsi, həmin şəhadətnamə əsasında sözügedən mənzilə dair Sofia Mamedovanın adına verilmiş çıxarışın və ona əsas olmuş qeydlərin ləğv edilməsi, Bakı şəhəri 52 saylı notariat kontorunda İddiaçı1 adından İddiaçı1 Qazıyeviçin adına verilmiş AR-İ 641223 nömrəli 08 avqust 2018-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, İddiaçı1 Qazı oğlunun 30.06.2018-ci ildə vəfat etmiş oğlu X4 üzrə vərəsəsi olmaqla ünvan 1 ünvanındakı 87 saylı mənzili faktiki qəbul etməklə mirası qəbul etmiş hesab edilməsi, həmin mənzilə dair X7 adına 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən 26.02.2019-cu il tarixdə verilmiş 2V-100 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Mamedova Sofianın adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın və ona əsas olmuş qeydlərin ləğv edilməsi, Bakı şəhəri 52 saylı notariat kontorunda İddiaçı1 adından İddiaçı1 Qazıyeviçin adına verilmiş AR-İ№ 641223 nömrəli 08.08.2018-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. X11 İosifovna apellyasiya şikayəti verərək onun ləğv, iddia tələblərinin isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin işin hallarına düzgün hüquqi qiymət vermədiyi, iddiaçıların öz oğlullarından qalmış mirasdan könüllü iradələri ilə imtina etdiklərini və iddia müddətini ötürmüş olduqlarını nəzərə almadığı, tərcüməçi ilə təmin olunmadığından hüquqlarının pozulduğu arqumentləri ilə əsaslandırmışdır. Apellyasiya baxışı zamanı İddiaçı1 Qazı oğlunun 09.02.2021-ci il tarixdə vəfat etdiyi müəyyən olunmuş, buna görə də iş üzrə icraat onun hüquq varisi müəyyən edilənədək dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin Bakı Apellyasiya Məhkəməsinin sorğusuna verdiyi 22.12.2021-ci il tarixli cavabla müəyyən olunmuşdur ki, digər İddiaçı2 da 10.03.2021-ci il tarixdə vəfat etmiş və nə onun, nə də İddiaçı1 adlarına vərəsəlik işi açılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq işin icraatına xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddəsinə görə, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim işin icraatına xitam verir. Yuxarıda qeyd olunduğu kimi, hər iki iddiaçının vəfat etdikləri müəyyən olunmuşdur; işin hallarından isə görünür ki, onların heç birinin hüquq varisi yoxdur. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 391, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-204/2020 saylı iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı1 Qazı oğlunun və İddiaçı2 X8, 5 saylı Bakı “Asan Xidmət” mərkəzi notariat ofisinə və Bakı şəhəri 52 saylı notariat kontoruna qarşı “mirası faktiki qəbul etmə faktının müəyyən olunması, vərəsəlik şəhadətnaməsinin və etibarnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi” tələblərinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Vahid Sadıqov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar