Məhkəmə qərarları › İş №2(103)-1963/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1963/2025

28.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1963/2025 28.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Yasamal Rayon İcra Şöbəsinə qarşı “hərracın etibarsız hesab olunması barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-495/2025 nömrəli qərardadından iddiaçının şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad onunla əsaslandırılıb ki, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına gəlməyib və işə onların iştirakı olmadan baxılmasını xahiş etməyiblər. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət onunla əsaslandırılıb ki, iddiaçı və onun nümayəndəsi (vəkili) məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməyiblər. Şikayət təmin oluna bilməz, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, AR Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Mülki işin 123-cü vərəqində olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, iddiaçının nümayəndəsi (vəkili) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilib, lakin o, məhkəmə iclasına gəlməyib, bunun səbəbləri barədə məlumat verməyib. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq iddia ərizəsini baxılmamış saxlayıb. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-495/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar