Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1970/2025 26.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı "borcun silinməsi" tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-8349/2024 nömrəli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. X1 tərəfindən xx.xx.2016-cı il tarixdə "Azəriqaz" İB-yə ünvanlanmış ərizədə bildirilmişdir ki, yaşadığı ünvanda 2006-cı ildə qaz şəraiti olub. 2006-cı ildən evində yaşayış olmadığına görə qazı onlara çəkməyiblər və bu illər ərzində qonşularına qaz sayğacı qoyulub. O, evdə olmadığına görə evinə qaz sayğacı qoyulmamışdır. Evinə qaz sayğacı qoyulmasına ona kömək edilməsini xahiş edir.
2. Cavabdeh əməkdaşları tərəfindən iddiaçının barəsində tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2024-cü il tarixli, ******* nömrəli, xx.xx.2024-cü il tarixli, ******* nömrəli, xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktlara əsasən, mənzilə baxış keçirilən zaman abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir.
3. Abonentin saldosuna əsasən, abonentə 2021-ci il tarixə 3.391,20 manat , 2022-ci il tarixə 6.065,28 manat, 2023-cü il tarixə 2.203,20 manat, 2024-cü il tarixə 3.477,60 manat məbləğində borc hesablanmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən ünvan 1 ünvanında qazdan istifadəyə görə hesablanmış 15.137,28 manat borc pulunun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı daha sonra ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qazdan istifadəyə görə hesablanmış 15.137,28 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında 4 nəfərdən ibarət ailə üzvü ilə birlikdə qeydiyyatdadır. Fərdi yaşayış sahəsi 3 otaqdan ibarət olsa da, yaşamaq üçün şərait olmadığından arada bir həmin evdə qalmalı olurlar. Qazdan istifadəyə görə iddiaçının adına **********00021 nömrəli abonent kodu açılmışdır. Qaz sayğacı yoxdur. Sayğac olmadığı halda adam başına qazdan istifadə kimi hesablanır. Cavabdeh qazdan istifadəyə görə iddiaçıya külli miqdarda borc hesablamışdır. 2021-ci ilin iyun ayından hal-hazıra kimi 15.137,28 manat borc hesablanmışdır. Həmin müddətin 2 ilini həyat yoladaşı evdə olmamış, penitesiar xidmətin cəzaçəkmə müəsisəsində olmuşdur. Adam başına düşən normaya uyğun hesablansa belə, bu qədər məbləğin hesablanması imkansızdır. Cavabdeh əssassız və qanunsuz olaraq şişirdilmiş miqdarda qaz pulu hesablamışdır.
7. Məhkəmə iclasında izahat verən İddiaçı bildirmişdir ki, qeyd olunan məbləğdə qazdan istifadə edilməsi mümkün deyil, dəfələrlə tərtib olunmuş aktlarla bağlı ona heç bir məlumat verilməyib, evdə yalnız yemək bişirmək üçün dörd gözlü qaz plitəsi olmuşdur. O, 6 ay müddətində təbii qazdan sayğacdan kənar istifadə etdiyini etiraf etmişdir.
8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)- 8349/2024 nömrəli qətnaməsi ilə (hakim S.C.Hacıyeva) iddia tələbi qismən təmin edilmiş, ünvan 2 ünvanı üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu **********00021 olan) hesablanmış 14.826,24 manat borcun silinməsi, Cavabdehndən 134,48 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən 2021-2024-cü illər ərzində qazdan istifadəyə görə ümumilikdə 15.137,28 manat borc hesablanmışdır. Əgər ilk aktın tərtib edilməsindən sonra Cavabdeh İB həmin akta əsasən hesablanmış məbləğin tutulması üçün məhkəməyə müraciət etsə idi və abonentin mülki-hüquqi məsuliyyətə cəlb edilməsini, yəni zərərin əvəzini ödəmək öhdəliyinin onun üzərinə qoyulmasını tələb etsə idi, zərərin həcmi 15.137,28 manata qədər artmazdı. Çünki hüquqpozma (o cümlədən mülki hüquqpozma) törədən şəxs məsuliyyətə (o cümlədən mülki məsuliyyətə) ona görə cəlb olunur ki, onun növbəti hüquqpozma törətməsinin qarşısı alınsın. Lakin Cavabdeh İB neçə il ərzində öz hərəkətsizliyi ilə zərərin həcminin artmasına şərait yaradıb. Ona görə də hesabat müddəti 180 gün (yəni 6 ay) nəzərə alınmaqla dəymiş ziyanın həcmi müəyyən edilməlidir.
10. Həmçinin abonent saldosundan və aktlardan görünür ki, iddiaçıya 2022-ci ilin may ayından sonra da dəfələrlə akt tərtib olunmuşdur. Bu məqamda məhkəmə belə hesab etmişdir ki, cavabdehin iddiaçıdan qazdan istifadə qaydalarının pozulmasına görə birbaşa dəymiş zərəri tələb etməsi də qanuna uyğun deyil. Belə ki, qazdan istifadə qaydalarını pozan şəxsin təqsirli olub-olmaması qaz paylayıcı tərəfindən deyil, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində göstərilən orqanlar tərəfindən müəyyən edilməli, yalnız təqsiri müəyyən edildikdən sonra qaz paylayıcı dəymiş zərəri istehlakçıdan tələb edə bilər.
11. Məhkəmənin iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində 4 gözlü qaz plitəsi olmuşdur. Aktlardan da göründüyü kimi, yoxlayıcılar evin daxilinə baxış keçirməmiş, sayğacdan kənar, kənar xəttdən evin daxilində hansı qaz işlədicilərinin olmasını araşdırmamışdır.
12. Məhkəmə hesab etmişdir ki, analoji işlər üzrə PQ-4-nin maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat olduğundan, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün nəzərə alınaraq dəymiş ziyanın həcmi 1.2 x 12 x 180 = 2592 m3 müəyyən edilməlidir. xx.xx.2021-ci il tarixli Tarif (qiymət) Şurasının qərarına əsasən əhali qrupu üçün təbii qazın tarifi illik istehlak həcmi 1) 1200 m3 - dək (1200 m3 daxil) olan hissəsi üçün bir kubmetrə görə 12 qəpik, 2) 1200-2500 m3 olan hissəsi üçün bir kubmetrə görə 20 qəpik, 3) 2500 m3 -dən çox olan hissəsi üçün isə bir kubmetrə görə 25 qəpik müəyyən edilmişdir. Beləliklə, məhkəmə qazın hər m3 üçün qiymətinin 12 qəpik olduğunu nəzərə alaraq hesab etmişdir ki, dəymiş ziyanın həcmi 311,04 manat (2592 x 0,12 = 311,04) müəyyən edilməlidir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 21.3, 448.2-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.6, 4.7, 4.8, 4.9, 5.2, 6.5, 6.7ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci, 9.4-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 119.1, 119.2, 124.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmuş hissəsində ləğv edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, prosessuаl hüquq normаsının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir (iş materiallarında vardır). Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi, İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdeh İB-nə böyükməbləğdə ziyan vurmuşdur. Belə olan halda, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına cavabdeh tərəfindən əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini qismən təmin etmişdir. Məhkəmə Kollegiyasının diqqətinə çatdırır ki, İddiaçı aid olan **********00021 abonent koduna hesablanaraq vurulmuş məbləğ onun tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. iddia tələbinin təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh hüquqununpozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdir ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə təərflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
19. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Hazırkı işdə iddia qismən təmin olunduğundan və apellyasiya şikayətinin məzmununa görə cavabdeh qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməli, Cavabdeh İB tərəfindən abonent İddiaçı hesablanmış 12.634 manat məbləğində borc silinməlidir.
24. İş materiallarından görünür ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən iddiaçı barəsində aktlar tərtib edilmiş və abonent tərəfindən təbii qazdan qeyri-qanuni istifadənin aşkarlandığı göstərilmişdir. Aktlara əsasən cavabdehə dəymiş ziyan hesablanaraq iddiaçının abonent saldosuna daxil edilmişdir.
25. İddiaçı məhkəməyə müraciət edərək cavabdeh tərəfindən əsassız hesablanmış 15.137,28 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
26. İşdən həmçinin görünür ki, iddiaçı qaz xəttinə qeyri-qanuni qoşulduğunu işə birinci instansiya məhkəməsində baxılarkən etiraf etmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən iddiaçının bu faktı etiraf etməsi artıq cavabdehi gələcəkdə həmin faktı sübut etmə vəzifəsindən azad edir.
27. Apellyasiya araşdırması zamanı məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə mütəxəssis (ekspert) rəyinin verilməsi Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinə həvalə edilmiş, əldə olunan xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, 2023-cü ilin 25 iyun tarixinədək istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydaları”na dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə müəyyən edilmişdir. Bu baxımdan "Azəriqaz” İB-nin 2018-2023-cü il üzrə hesabatlarının həqiqi və düzgünlüyünə rəy vermək mümkün deyil. Bu baxımdan istehlakçı tərəfindən qazın talanmasında təqsirli olması müəyyən edildikdə, analogiya üzrə “Qazdan istifadə Qaydaları”nın 6.5-ci, 6.5-1-ci və 6.5-2-ci bəndlərinə əsaslanaraq, iddiaçının fərdi-yaşayış evində istifadə olunan qaz qurğularının maksimal saatlıq qaz sərfini, sutkada 12 saat işləmə müddətini, istifadə dövrünü maksimum 3 ay nəzərə almaqla (“Qazdan istifadə Qaydaları-nın 3.1.11 maddəsinin tələbinə görə qazpaylayıcısı 3 ayda 1 dəfə qazpaylayıcı şəbəkəyə baxış keçirməlidir) qazpaylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər. Abonent saldosunda iddiaçı tərəfindən aşağıda göstərilən qaz qurğularından istifadə edildiyi göstərilmişdir: -1 ədəd PQ-4 tipli qaz plitəsi, maksimal qaz sərfiyyatı 1.2 m3. Aylıq qaz sərfiyyatı 1.2 m3 x 12 saat x 30 gün = 432 m3. İtirilmiş qazın həcmi: 2021-ci-ildə tərtib edilmiş 6 akt üzrə: 12 ay x 432 m3 = 5184 m3, 2022-ci ildə tərtib edilmiş 5 akt üzrə: 12 ay x 432 m3 = 5184 m3, 2023-cü-ildə tərtib edilmiş 2 akt üzrə: 2 ay x 432 m3 = 864 m3, 2024-cü ildə tərtib edilmiş 3 akt üzrə: 4 ay x 432 m3 = 1728 m3. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Təbii qazın ölkə daxili tariflərinin Tənzimlənməsi barədə" Qərarına əsasən əhali istehlakçılarını istehlak tariflərini nəzərə alsaq iddiaçıya dəymiş ziyanın məbləği: 2021-ci il üzrə - 1200 x 0.12+1300 x 0.20 +2684 x 0.25=1075 manat, 2022-ci il üzrə - 1200 x 0.12+1300 x 0.20 +2684 x 0.25=1075 manat, 2023-cü il üzrə - 864 x 0.12 =103,68 manat, 2024-cü il üzrə - 1200 x 0.10+528 x 0.20 +2684 x 0.25=249,60 manat olmaqla, cəmi 2.503,28 manat təşkil edə bilər.
28. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən aktlar üzrə hesablanmış 15.137,28 manat borcdan 14826,24 manat borcun silinməsi barədə düzgün nəticəyə gəlməmişdir.
29. Bununla belə, birinci instansiya məhkəməsi tərəfindən dəymiş ziyanın həcmi kimi hesablanmış 311,04 manat borca münasibətdə iddia tələbi təmin edilməmiş, iş üzrə iddiaçı qətnaməni iddianın təmin olunmayan hissəsində mübahisələndirməmişdir.
30. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, mütəxəssis tərəfindən müəyyən edilmiş məbləğdən məhkəmə tərəfindən silinməmiş borc məbləği çıxılmalı (2503,28 - 311,04 = 2192,24), qətnamə ilə silinmiş 14.826,24 manat məbləğdən 2192,24 manat da çıxılmalı, beləliklə iddiaçıya cavabdeh tərəfindən hesablanmış borcun 12.634 manatı silinməlidir (14.826,24 – 2192,24 = 12.634).
31. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-8349/2024 nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı (abonent kodu **********00021) hesablanmış 12.634 manat məbləğində borc silinsin. Cavabdehndən 126 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: