Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1973/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbrahimli İbrahim Adil oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı s qızının cavabdehlər "u" Kommersı̇ ya X22 Cəmı̇ yyətı̇ , Azərbaycan Respublı̇ kası Xammal və Əmtəə Bı̇ rjası Hərrac Mərkəzi "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ və Cavabdeh3nə qarşı "ipoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nərimanov rayon məhkəməsinin 02.11.2020-ci il tarixli, 2(005)-3303/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Xammal və X21 Mərkəzi Cavabdeh1nə, “xxxx” KB Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh3nə qarşı “hərracın nəticələri barədə yekun protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Xammal və X21 Mərkəzi “xxxx” MMC-nin “Hərracın yekunları barədə” 19 mart 2020-ci il tarixli, 20/01 nömrəli yekun protokolunun etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.S.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.06 ha torpaq sahəsi həyat yoldaşı X5 mülkiyyətidə olmuş, həyat yoldaşı X11 05.12.2019-cu il tarixdə vəfat etmişdir Mərhum həyat yoldaşı 13 fevral 2013-cü il tarixdə cavabdeh “xxxx” KB ASC ilə 09/13SU saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış: 17.09.2014-cü il tarixli 09-3/13SU saylı əlavə kredit müqaviləsinə əsasən 36 ay müddətinə, 17.09.2017-ci il tarixədək illik 22% ödəmək şərtilə 50.500 ABŞ dolları, 19.09.2014-cü il tarixli 21mspSlJM/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən borcluya 24 ay müddətinə 19.09.2016-cı il tarixədək illik 28% ödəmək şərtilə 3000 AZN məbləğində kredit götürmüşdür. Həmin kreditlərin əsas təminatı kimi müqavilə bağlanan zaman X7 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, M.S.ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.06 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Sumqayıt şəhər məhkəməsinin 11 iyul 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, “xxxx" KB ASC ilə X11 arasında bağlanmış 13 fevral 2013-cü il tarixli 09/13SU saylı və 17.09.2014-cü il tarixli 09-3/13SlJ saylı əlavə kredit müqaviləsinin ləğv edilməsi, 17.09.2014-cü il tarixli 09-3/13SU saylı əlavə kredit müqaviləsindən irəli gələn ödənilməmiş 34.851,10 ABŞ dolları əsas borc, 4.271,38 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 39.172.48 ABŞ dolları; 19.09.2014cü il tarixli 21mspSUM/14 saylı əlavə kredit xətti müqaviləsi üzrə borcunun məbləği əsas kredit borcu üzrə 2.979,98 manat, faiz borcu üzrə 257,05 manat olmaqla, ümumilikdə 3.237,3 manat məbləğində borcun cavabdeh X4 iddiaçı “xxxx” KB ASC-nin xeyrinə tutulması, tələbin “xxxx” KB ASC ilə cavabdeh X11 arasında bağlanmış 13 fevral 2013-cü il tarixli 09/13SU saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, M.S.ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0.06 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 67.000 manat müəyyən edilməklə açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan məbləğin 17.09.2014-cü il tarixli 09-3/13SU saylı əlavə kredit müqaviləsi üzrə 39.172,48 ABŞ dolları və 19.09.2014-cü il tarixli 21mspSUM/14 saylı əlavə kredit xətti müqaviləsi üzrə 3.237,30 manat məbləğində pulun iddiaçı “xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, satışdan əldə olunan vəsait hesabına cavabdeh X5 banka olan borcu ödənildikdən sonra qalan məbləğin cavabdeh X7 qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, 60 manat xidmət haqqının X4 tutularaq “xxxx" ASC-nin xeyrinə ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat xərcin cavabdeh X4 alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 3217/2017 saylı, 05 dekabr 2017-ci il tarixli qətnaməsi ilə, Sumqayıt şəhər məhkəməsinin 11 iyul 2017-ci il tarixli qətnaməsi yaşayış sahəsindən çıxarılmaması və ipoteka predmetinin ilkin salış qiyməti hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi, Abşeron rayonu, Saray qəsəbəsi, M.S.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.06 ha torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan sonra 1 ay ərzində cavabdehlər X5 və İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, M.S.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.06 ha torpaq sahəsindən çıxarılması; Abşeron rayonu, Saray qəsəbəsi, M.S.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evin və onun yerləşdiyi 0.06 ha torpaq sahəsinin ilkin satış qiymətinin 81.000 manat müəyyən edilməsi qət edilmişdir. Abşeron rayonu, Saray qəsəbəsi, M.S.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.06 ha torpaq sahəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh3 sifarişi üzrə açıq hərraca çıxarılmış və Azərbaycan Respublikası Xammal və X21 Mərkəzi “xxxx" MMC-nin 20/01 nömrəli, 19 mart 2020-ci il tarixli yekun protokoluna görə mənzilin ilkin satış qiyməti 81.000 manat məbləğində müəyyən edilmiş, lakin ilkin satış qiymətinin enmiş faizləri: “İpoteka haqqında" AR qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda - 15% və 43.7-ci maddəsinə əsasən 25 %, əmlakın son satış qiyməti isə 51637,50 manat müəyyən edilmiş və həmin mənzil 19 mart 2020-ci il tarixdə hərracın yekunları üzrə alqı-satqı müqaviləsi bağlanaraq cavabdeh “xxxx” ASC tərəfindən alınmışdır. Qeyd olunduğu kimi, X11 05 dekabr 2019-cu il tarixdə vəfat etmişdir. Sumqayıt şəhəri 1 saylı notariat ofisi tərəfindən verilmiş 09.06.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnaməyə əsasən İddiaçı mərhumun qanun üzrə vərəsəsi kimi tanınmış, digər vərəsələr, yəni övladları da öz miras paylarını ona bağışlamışlar. Hərracın keçirilməsi ilə əlaqədar bildirişlər onun, yəni İddiaçı ünvanına gəlməmiş, hərracın keçirilməsindən xəbəri olmamışdır. Eyni zamanda Cavabdeh3 icra məmuru tərəfindən hərracın keçirilməsi ilə əlaqədar məlumatlandırılmamış, hərrac vəfat etmiş borclunun hüquqi varisi işə cəlb olunmadan, hüquq varisliyi qaydası gözlənilmədən və məlumat verilmədən gizli keçirilmişdir. Bu səbəbdən o, Azərbaycan Respublikası Xammal və X21 Mərkəzi “xxxx” MMC-nin “Hərracın yekunları barədə” 19 mart 2020-ci il tarixli, 20/01 saylı yekun protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02.11.2020-ci il tarixli, 2(005)- 3303/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02.11.2020-ci il tarixli, 2(005)- 3303/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti iddia əriəsində qeyd olunan dəlillərə istinad edilməklə əsaslandırılmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı Səfərəlı̇ yeva Məsudə Xudayar qızı məhkəmə iclasına gəlməmiş, cavabdehlər Azərbaycan Respublı̇ kası Xammal və Əmtəə Bı̇ rjası Hərrac Mərkəzi "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ və Cavabdeh3 nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarına əlavə edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-3217/2017 saylı 05 dekabr 2017-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt şəhər məhkəməsinin 11 iyul 2017-ci il tarixli qətnaməsi cavabdehlərin yaşayış sahəsindən çıxarılmaması və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, Abşeron rayonu, Saray qəsəbəsi, M.S.ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində cavabdehlər X11 və X2 həmin evdən və onun yerləşdiyi torpaq sahəsindən çıxarılması, ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, M.S.ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin ilkin satış qiymətinin 81.000 (səksən bir min) manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, həmçinin ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manatın cavabdeh X4 alınaraq Əmlak Ekspert Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 052797 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 05 dekabr 2019-cu il tarixdə Sumqayıt şəhərində ölmüşdür. İş materiallarında olan 09.06.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, 05.12.2019-cu il tarixdə ölmüş X5 vərəsələri oğlu X13, digər oğlu X12, anası X6 və arvadı İddiaçı müəyyən olunmuşlar. İş materiallarında olan 09.06.2020-ci il tarixli Miras payın bağışlama müqaviləsindən görünür ki, X13, X12 və X1 rayonu, Saray qəsəbəsi, M.S.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0,06 ha torpaq sahəsindən onlara düşən miras paylarını İddiaçı bağışlamışlar. İş materiallarında olan Azərbaycan Respublikası Xammal və X21 Mərkəzi “xxxx” MMC-nin 19 mart 2020-ci il tarixdə keçirilmiş hərraca dair “Hərracın yekunları barədə” 39/3 saylı protokolunun surətindən görünür ki, İddiaçı mülkiyyətində olan, ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, M.S.ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.06 ha torpaq sahəsinin ilkin satış qiyməti 81.000 AZN, ipoteka predmetinin təkrar hərracdakı satış qiyməti 68.850 manat, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 25 % aşağı olan satış qiyməti isə 51.637,50 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Xammal və X21 Mərkəzi “xxxx” MMC tərəfindən X7 və İddiaçı ünvanlanmış Hərracın keçirilməsinə dair 01 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.S.ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.06 ha torpaq sahəsinin 24.02.2020-ci il tarixdə saat 11:00-17:00-dək keçiriləcək hərrac zamanı satılması barədə bildiriş X9 və İddiaçı göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Xammal və X21 Mərkəzi “xxxx” MMC tərəfindən X9 və İddiaçı ünvanlanmış hərracın keçirilməsinə dair 02 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.S.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.06 ha torpaq sahəsinin 11.03.2020-ci il tarixdə saat 11:00-17:00-dək keçiriləcək hərrac zamanı satılması barədə bildiriş X9 və İddiaçı göndərilmişdir. İş materiallarında olan 047890 №-li qaimənin surətindən görünür ki, Azərbaycan Respublikası Xammal və X21 Mərkəzi “xxxx” MMC tərəfindən qeyd olunan əmlaka dair keçiriləcək hərracla bağlı bildirişlər X9 və İddiaçı 14.02.2020-ci il tarixdə göndərilmiş, İddiaçı tərəfindən qəbuldan imtina edilmişdir. İş materiallarında olan 042706 və 042707 №-li qaimələrin surətindən görünür ki, Azərbaycan Respublikası Xammal və X21 Mərkəzi “xxxx” MMC tərəfindən qeyd olunan əmlakla bağlı keçiriləcək hərracla bağlı bildirişlər X9 və İddiaçı 04.03.2020-ci il tarixdə göndərilmiş, hər iki məktubun qəbulundan imtina edilmişdir. İş materiallarında olan 24-30 yanvar 2020-ci il tarixli 202 (202) tirajlı və 07-13 fevral 2020-ci il tarixli 204 (204) tirajlı “Birja Yenilikləri” qəzetlərində qeyd olunan əmlakla bağlı Azərbaycan Respublikası Xammal və X21 Mərkəzi “xxxx” MMC tərəfindən elanlar yerləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Xammal və X21 Mərkəzi “xxxx” MMC tərəfindən surəti X11 və İddiaçı olmaqla, xxxx KB ASC-yə ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair Təklifin təsdiq olunmuş surətindən görünür ki, borclu X7 məxsus ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Saray qəsəbəsi, M.S.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.06 ha torpaq sahəsinin satışı ilə bağlı təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 13.03.2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 51637,50 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. İş materiallarında olan hərracın yekunları barədə 20/01 №-li, 19 mart 2020-ci il tarixli protokolun surətindən görünür ki, ipoteka predmeti olan əmlakın satış qiyməti 25% aşağı, yəni 51.637,50 manat müəyyən edilməklə, həmin qiymətə ipoteka saxlayan xxxx KB ASC tərəfindən əldə edilmişdir. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır . Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qanunun hərracın keçirildiyi zaman qüvvədə olmuş redaksiyasının 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin Qanunun 42.5 və 42.6-cı maddələrinə əsasən ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Həmin Qanunun 43.2-ci maddəsinə əsasən hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Göstərilən Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəllənin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, onları əsassız hesab edir. Belə ki, şikayətçinin bildirdiyi kimi, birgə borclu olan əri Asif Səfərəliyevin ölməsi hərracın təşkil edilməsi və keçirilməsi qaydalarını tənzimləyən Mülki Məcəllənin 415-ci və «İpoteka Haqqında» Qanunun 42-ci maddəsinin tələblərinə riayət edilməklə təşkil edilmiş hərracın keçirilməsinin dayandırılması və ya təxirə salınması üçün əsas kimi nəzərdə tutulmamışdır. Bundan başqa, iş materialları ilə borclu İddiaçı digər borclu Asif Səfərəliyevin ölməsi, özünün vərəsə kimi tanınması ilə bağlı icra qurumuna və ya hərrac təşkilatçısına məlumat verməsi halı müəyyən edilmir. İşin hallarından da göründüyü kimi, hərracın təşkilatçısı olan cavabdeh MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliyin bütün tələblərinə riayət edilmiş, nəticədə ipoteka predmeti tələbkar Bank tərəfindən «İpoteka Haqqında» Qanunun 43.8-ci maddəsinə əsasən əldə edilmişdir. Borclu şəxsin hərracın keçirilməsindən məlumatının olmaması və bu barədə onlara bildirişin verilməməsinə dair apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan bildirişlərin və onların göndərilməsi haqqında poçt qəbzlərinin surətlərindən göründüyü kimi, iddiaçıya hərracın vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin o, bildirişi qəbul etməkdən imtina etmişdir. Bundan başqa, hərracın vaxtı və keçirildiyi yerlə bağlı kütləvi informasiya vasitələrində də elan verilmişdir. «F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar AR Ali Məhkəməsi MİÜMK-ın 23 oktyabr 2007-ci il tarixli qərarının AR-nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli Qərarında Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmunu ilə bağlı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Göründüyü kimi, hərrac təşkilatçıları bu məsələ ilə bağlı qanunvericiliyin tələblərinə düzgün riayət etmişlər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q ə t e t d i: İddiaçı Səfərəlı̇ yeva Məsudə Xudayar qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02.11.2020-ci il tarixli, 2(005)- 3303/2020 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: İbrahim ibrahimli Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-1973/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1973/2021
03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver