Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1973/2025 14.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Elçin Nemətovun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-120/2024 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub ki, iddiaçının abonent hesabından təbii qazadan istifadəyə görə hesablanmış 72.591,13 manat borcun silinməsi barədə qətnamə qəbul olunsun. Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin olunsun, iddiaçıya (abonent kodu: **********00048) 2019-cu ilin aprel ayından 2021-ci ilin aprel ayınadək olan 24 ya müddətində hesablanmış 72.591,13 manat borc abonentin hesabından silinsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunmasın. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Elçin Nemətov apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının vəkili və nümayəndəsi Vəkil isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Müəyyən olunur ki, 2019-cu ilin aprel ayından 2021-ci ilin aprel ayınadək olan 24 ay müddətində iddiaçıya təbii qaz sayğacsız verilib. Cavabdeh sayğacsız obyektə təbii qazın müvəqqəti verilməsi barədə aktlar tərtib edib və bu aktlara əsasən həmin dövrdə qaz sərfiyyatına görə iddiaçıya borc hesablayıb. İddiaçı borcun düzgün hesablanmadığını iddia edir. AR Energetika Nazirliyi tabeliyində X1 Agentliyinin Xaçmaz filialının aparıcı müfəttişi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə görə, sayğacın olmadığı həmin 24 ay ərzində iddiaçıya 417.604,5 kub.m qaz sərfiyyatına görə borc hesablanıb. Müqayisə nəticəsində müəyyən olunur ki, sayğacın olduğu 24 ay ərzində qaz sərfiyyatı 127.240 kub.m təşkil edib. Bu hesabla, sayğacın olmadığı 24 ayın qaz sərfiyyatı (417.604,5 kub.m) ilə sayğacın olduğu 24 ayın qaz sərfiyyatının (127.240 kub.m) arasındakı fərq 290.364,5 kub.metr təşkil edir. 290.364,5 kub.m qazın qiyməti 72.591,125 manatdır. Göründüyü kimi, müqayisəli hesablama aparıldıqda sayğacın olmadığı dövrə görə 72.591,125 manat artıq borc hesablandığı müəyyən olunur. İddiaçının mövcud olan qaz sayğacı cavabdeh tərəfindən çıxarıldıqdan sonra o, uzun müddət ərzində sayğacla təmin edilməyib. Qazdan istifadə qaydalarına görə, iddiaçını sayğacla təmin etmək cavabdehin öhdəliyidir. Odur ki, sayğacsız dövrdə istifadə edilən qaza görə borcun hesablanması zamanı qeyri-müəyyənlik yarandıqda, hesablama cavabdehin əleyhinə aparılmalıdır. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib və gəldiyi nəticəni qətnamədə lazımi qaydada əsaslandırıb. Ona görə də məhkəmə AR Mülki Məcəlləsinin 425-ci maddəsinin, AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın və “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin göstərişlərinə əsaslanaraq hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-120/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1973/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1973/2025
14.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver