Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1975/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 25 saylı Notariat Ofisinə qarşı mülki iş üzrə (Açar sözlər: vərəsəlik hüququndan məhrumetmə, vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız müəyyən olunması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2, X7 və iddiaçının nümayəndəsi Nümayəndə3 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(004)-191/2025 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, miras qoyan X12 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir.
2. İş materiallarında çıxarışın surətinə əsasən müəyyən edilir ki, mübahisə predmeti olan ünvan 1 ünvanına yerləşən mənzil miras qoyan X3 mülkiyyətində olmuşdur. Mülkiyyət hüququ xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır.
3. İş materiallarında olan çıxarışın surətinə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanına yerləşən mənzil vərəsə (mərhumun əri) İddiaçı mülkiyyətindədir.
4. İş materiallarında olan Bakı şəhəri 25 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, vərəsə İddiaçı miras əmlakı qismində ünvan 1 ünvanına yerləşən mənzildən tam hissədə miras payı almışdır.
5. İş materiallarında olan Bakcell MMC-dən daxil olmuş CD diskdəki məlumatlara əsasən Cavabdeh1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə miras qoyan mərhum X3 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi arasında xx.xx.2023-cü ildən xx.xx.2024-cü il il tarixədək olan daxil olan və çıxan zənglər, ***-***-**-** və ***-***-**- ** mobil nömrələrinin sahibi barədə məlumatlar təqdim edilmişdir. Müəyyən edilir ki, sözügedən mobil nömrələr X2 (şahid qismində dindirilmişdir) adına qeydiyyata alınmışdır.
6. Mülki iş üzrə X4, Şahid1, X16 və X5 birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmişlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh1 və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə qarşı “Cavabdeh1 mərhum Səidə Qurbanovanın adına olan, ünvan 1 ünvanına yerləşən mənzilə olan vərəsəlik hüququnun ləğv edilməsi və yeganə həqiqi vərəsə kimi qardaşı İddiaçı hesab edilməsi, ona vərəsəlik şəhadətnaməsinin verilməsi (digər cavabdeh 3 saylı“ASAN” Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən)” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
9. İddiaçı sonuncu dəfə xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etmiş və cavabdehi əsl cavabdehlə (notariat ofisi) əvəz etmiş, tələbi dəqiqləşdirmişdir.
10. Ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 yazılı ərizəsi üzrə qarşılıqlı iddia ərizəsi məhkəmənin müvafiq qərardadı ilə geri qaytarılmışdır.
11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum X12 Cavabdeh1 ilə xx.xx.1996-cı ildə formal olaraq nikaha daxil olmuşlar və nikahları qeydiyyat kitabında Vİİ- JT №285999 nömrəsi ilə qeydiyyata alınmışdır. Nikahları formal xarakter daşıdığından tərəflər birgə nikah münasibətlərində olmamış, birgə ailə təsərrüfatı aparmamışlar. 1999cu ildə İddiaçı maddi imkanları vasitəsilə Bakı şəhəri, Yasamal rayonunda mənzil satın alınmış, lakin həmin mənzilin orderini bacısı Səidə Qurbanovanın adına rəsmiləşdirilmişdir və həmin evi müvəqqəti yaşayış üçün ona və digər iki bacısına vermişdir. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il qərarı ilə verilmiş order əsasında ünvan 1 ünvanına yerləşən həmin mənzil xx.xx.2009-cu ildə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq çıxarış verilmişdir. Mənzil alındıqdan Səidə Qurbanovanın vəfatına qədər həmin mənzildə Səidə Qurbanova və iki bacısı birlikdə yaşamışlar. Formal nikahda olduğu Cavabdeh1 isə o mənzildə yaşamamışdır. Onun yaşayış yeri birinci ailəsinin yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi, Musabəyov küçəsində yerləşən ev olmuşdur. Səidə Qurbanova sağlığında həmin evi qardaşı qızı, yəni iddiaçı Xaliq Qurbanovun qızının adına rəsmiləşdirməyi qərarlaşdırmış, vəsiyyətnamə yazacağını dəfələrlə söyləmiş, lakin qəfil vəfat etdiyinə görə bu, mümkün olmamışdır. Səidə Qurbanova xx.xx.2024-cü il tarixində “kardiogen şok” diaqnozu ilə vəfat etmişdir. Onun ölümü ilə bağlı Bakı şəhəri, 3 saylı “ASAN Xidmət” Mərkəzində AZ-İİ № 417241 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Səidə Qurbanovanın vəfatından sonra yeganə həqiqi vərəsəsi İddiaçı miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsi üçün 3 saylı “ASAN Xidmət” Mərkəzinə müraciət etmişdir. Lakin, Mərkəzdən bildirilmişdir ki, birinci növbə vərəsə kimi mərhumun əri Cavabdeh1 olduğundan, ikinci növbə vərəsəlik dairəsinə daxil olan qardaşı vərəsə kimi qeydə alına bilməz. Beləliklə, onun müraciətinə imtina verilmişdir. Cavabdeh1 nikaha daxil olduğu gündən Səidə Qurbanovanın vəfatına qədər heç vaxt onunla birlikdə yaşamamışdır. Ölüm günündə belə onun yanında olmamış, yalnız dəfndən bir neçə gün sonra yas mərasiminə gəlmişdir. İşin hallarından və çoxsaylı şahid ifadələrindən görünür ki, həqiqətən də onların nikahı formal xarakter daşımış, aralarında heç bir birgə ailə təsərrüfatı olmamışdır. Qeyd olunan mənzil faktiki olaraq iddiaçı tərəfindən alınmış, bacılarının yaşaması üçün müvəqqəti onlara verilmişdir. Cavabdeh1 və Səidə Qurbanova aralarında olan formal nikahı pozmaq üçün 2009-cu ildə məhkəməyə müraciət etmişlər, daha sonra laqeydlikdən iş davam etdirilməmiş, nikahın rəsmi pozulması baş tutmamışdır. Səidə Qurbanovanın övladı yoxdur. İşin hallarını və mülki qanunvericiliyin tələblərini əsas götürərək Cavabdeh1 vərəsəlik hüququ ləğv edilməli, ikinci növbə vərəsələr dairəsindən yeganə vərəsə olan İddiaçı vərəsəlik şəhadətnaməsi verilməlidir.
12. Cavabdeh tərəf yazılı etirazını məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı X8 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı vərəsəlik hüququ üzrə sair vərəsəliyin ləğvi və vərəsəyə şəhadətnamənin verilməsi tələbinə dair e- 2(004)-4072 2024 saylı iş icraatınızdadır. İddia tələbini qəbul etməyərək aşağıda göstərilənlər nəzərə alınaraq hesab edir ki, rədd edilməlidir. Mərhum həyat yoldaşı X12 ilə xx.xx.1996-cı ildə nikaha daxil olaraq və nikahları qeydiyyat kitabında Vİİ-JT №285999 nömrəsi ilə qeydiyyata alınmaqla rəhmətə gedən günədək birgə yaşamışlar.1999-cu ildə birgə nigah dövründə birgə vəsaitləti ilə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il qərarı ilə verilmiş order əsasında ünvan 1 ünvanına yerləşən xx.xx.2009-cu ildə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq çıxarış verilmiş 2 otaqlı ümumi sahəsi 68,27 kv.m olan mənzili əldə edərək orada yaşamışlar. Mərhum həyat yoldaşı X12 həyət evini xoşladığı üçün imkan olduqca onunla bərabər atamdan miras qalan, Xəzər rayonu, Binə qəsəbəsi, Musabəyov küçəsində yerləşən evdə də yaşamışlar. Səidə Qurbanova sağlığında həmin birgə nigah dövründə əldə etdikləri mənzilin qardaşı qızı, yəni iddiaçı Xaliq Qurbanovun qızının adına rəsmiləşdirməsinə dair, vəsiyyətnamə yazacağını söyləməsi iddiaçının təxəyyülün uydurmasıdır. Cavabdehlə birgə nigah dövründə əldə edilmiş əmlakın kiməsə bağışlanması barədə mərhumla hec bir razılaşma olmamışdır. Mərhum həyat yoldaşı X3 xəstəlikdən əziyyət çəkən bacısı, X13 da onlarla yaşamış, onun müalicəsi həmişə nəzarətində olmuşdur. 17 fevral 2024-cül ildə həyat yoldaşı vəfat etmişdir. Baldizı tənha qadin olduğu ücün həyat yoldaşı rəhmətə getdikdən sonra onunla birgə yaşamaği miili mentalitetlərə uyğun olmadığına görə evdən kənarda oğlunun yanında yaşayırdı. Aprel ayında X13 da rəhmətə getdiyi ücün evinə qayıtdığı zaman iddiaçı X17 və ailə üzvləri tərəfindən evinin zəbt edildiyinin qapı açarının dəyişildiyinin şahidi olmuşdur. Bütün şəxsi əşyaları və sənədləri evdə olduğundan götürmək mümkün deyil. Məcburiyyətdən kirayə ev tutmalı olmuşdur. Bütün ailə əmlakları iddiaçı tərəfindən qanunsuz olaraq ələ keçirilmiş, faktiki sahiblikdən məhrüm edilmişəm. İstifadə etdiyi və mərhum həyat yoldaşının Göygöldə yaşayan qohumu Süleymanova Lamiyə tərəfindən mənə və rəhmətlik Səidə xanıma hədiyyə edilmiş cavabdehin hələ də istifadə etdiyi ***-***- **-** nömrəsi ilə məhrumun istifadəsində olmuş ***-***-**-** nömrəsi arasındakı telefon danışıqlarının 17 fevral 2024-cül il tarixdən bir ay əvvəlki tarixədək bakseldən çıxarışı iddiaçının mənzili ələ kecirmək üçün uydurmasının sübutu olar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 1 may 2019-cu il tarixli Qərarında göstərilir ki, Nikahın pozulması haqqında məhkəməyə ərizə ilə müraciət edərək iradə ifadəsini bildirmiş, lakin məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək ölmüş şəxsin arvadı (əri) vərəsəlik hüququndan yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinə uyğun olaraq, məhkəmə tərəfindən miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktiki xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edildiyi halda məhrum edilə bilər. Mərhum həyat yoldaşı X12 ilə xx.xx.1996-cı ildə nikaha daxil olaraq ölən günədək birlikdə yaşamışlar. Nikahın pozulması haqqında yazılanlar iddiaçının mənzilini ələ kecirmək üçün düşündüyü uydurmadan başqa bir şey deyil. Yuxarıda göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(004)- 191/2025 saylı qətnaməsi ilə (hakim Fariz Əlizadə) iddianın təmin edilməməsi qət edilmişdir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1151, 1159, 1160, 1164-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 1 may 2019-cu il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-191/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e2(004)- 191/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinə düzəliş edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-191/2025 nömrəli, xx.xx.2025- ci il tarixli qətnaməsinin təsviri-əsaslandırıcı hissəsinin 8, 11, 12 və 24-cü abzaslarında texniki yanlışlıqla qeyd edilmiş “İddiaçı” sözlərinin “Cavabdeh1” sözləri ilə əvəz edilməsi qərara alınmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq olunmamış, tərəflərin münasibətlərindəki əhəmiyyətli məqamlar diqqətə alınmamış, iddia tələbində qeyd olunanlar lazımi qaydada araşdırılmamış, işin bütün hallarına formal yanaşılmışdır. Hesab edir ki, iddia tələbində göstərilən hallar hüquqi tərkib əmələ gətirərək rəsmi nikahda olmalarına baxmayaraq, ərin vərəsəlik hüququndan məhrum edilməsi üçün əsaslar olduğundan Cavabdeh1 vərəsəlik hüququ olmayan şəxs hesab edilməlidir. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmədiyindən, qətnamə ilə razı deyil, hesab edir ki, məhkəmənin həmin qətnaməsi qeyri-obyektivdir, buna görə də həmin qətnamə ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Miras qoyan X12 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İddiaçı X17 miras qoyan X3 qardaşıdır. Mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən mənzil miras qoyan X3 mülkiyyətində olmuşdur. Mülkiyyət hüququ xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır. Qeyd olunan mənzil hazırda vərəsə (mərhumun əri) Cavabdeh1 mülkiyyətindədir. Sonuncunun mülkiyyət hüququnun yaranma əsası qismində Bakı şəhər 25 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən vərəsə Cavabdeh1 miras əmlakı qismində ünvan 1ünvanında yerləşən mənzildən tam hissədə miras payı almışdır. Belə ki, mərhum X12 Cavabdeh1 ilə xx.xx.1996-cı ildə formal olaraq nikaha daxil olmuşlar və nikahları qeydiyyat kitabında Vİİ- JT№285999 nömrəsi ilə qeydiyyata alınmışdır. Nikahları formal xarakter daşıdığından tərəflər birgə nikah münasibətlərində olmamış, birgə ailə təsərrüfatı aparmamışlar. 1999cu ildə iddiaçı X8 maddi imkanları vasitəsilə Bakı şəhəri, Yasamal rayonunda mənzil satın alınmış, lakin həmin mənzilin orderini bacısı Səidə Qurbanovanın adına rəsmiləşdirilmişdir və həmin evi müvəqqəti yaşayış üçün ona və digər iki bacısına vermişdir. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il qərarı ilə verilmiş order əsasında, ünvan 1 ünvanında yerləşən həmin mənzil xx.xx.2009-cu ildə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq çıxarış verilmişdir. Mənzil alındıqdan Səidə Qurbanovanın vəfatına qədər həmin mənzildə Səidə Qurbanova və iki bacısı birlikdə yaşamışlar. Formal nikahda olduğu Cavabdeh1 isə o mənzildə yaşamamışdır. Onun yaşayış yeri birinci ailəsinin yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi, Musabəyov küçəsində yerləşən ev olmuşdur. Səid Qurbanova sağlığında həmin evi qardaşı qızı, yəni iddiaçı Xaliq Qurbanovun qızının adına rəsmiləşdirməyi qərarlaşdırmış, vəsiyyətnamə yazacağını dəfələrlə söyləmiş, lakin qəfil vəfat etdiyinə görə bu, mümkün olmamışdır. Səidə Qurbanova xx.xx.2024-cü il tarixində “kardiogen şok” diaqnozu ilə vəfat etmişdir. Onun ölümü ilə bağlı Bakışəhəri, 3 saylı “ASANXidmət” Mərkəzində AZ-İİ № 417241 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Səidə Qurbanovanın vəfatından sonra yeganə həqiqi vərəsəsi iddiaçı X17 miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsi üçün 3 saylı “ASAN Xidmət” Mərkəzinə müraciət etmişdir. Lakin, Mərkəzdən bildirilmişdir ki, birinci növbə vərəsə kimi mərhumun əri Cavabdeh1 olduğundan, ikinci növbə vərəsəlik dairəsinə daxil olan qardaşı vərəsə kimi qeydə alına bilməz. Beləliklə, onun müraciətinə imtina verilmişdir. Qeyd edir ki, Cavabdeh1 nikaha daxil olduğu gündən Səidə Qurbanovanın vəfatına qədər heç vaxt onunla birlikdə yaşamamışdır. Ölüm günündə belə onun yanında olmamış, yalnız dəfndən bir neçə gün sonra yas mərasiminə gəlmişdir. İşin hallarından və çoxsaylı şahid ifadələrindən görünür ki, həqiqətən də onların nikahı formal xarakter daşımış, aralarında heç bir birgə ailə təsərrüfatı olmamışdır. Qeyd olunan mənzil faktiki olaraq iddiaçı Xaliq Qurbanov tərəfindən alınmış, bacılarının yaşaması üçün müvəqqəti onlara verilmişdir. Bakcell MMC-dən daxil olmuş CD diskdəki məlumatlara əsasən Cavabdeh1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə miras qoyan mərhum X3 istifadəsində olmuş ***-***-**-** mobil nömrələri ilə bağlı oxşar nömrələr kimi 1 rəqəm fərqi ilə bağlı bildirir ki, həm miras qoyanın həm də cavabdehin istifadəsində başqa fərqli nömrələr də mövcud olmuşdur. Bundan əlavə xüsusi olaraq qeyd edir ki, həmin nömrələr Səidənin və Faiqin adında deyil, Lamiyə Süleymanova adlı şəxsin qanuni istifadəsində olmuşdur. Məhkəmə işin bu halına düzgün hüquqi qiymət verməmişdir. Rəsmi qeydə alınan mobil nömrələrin adına qeyd aparılan şəxsdən qeyrisi tərəfindən istifadə edildiyini yalnız şəxsin özü etiraf və təsdiq edə bilər. Bunu başqa heç bir üsulla dəqiq sübut etmək mümkün deyil. Həmin şəxs isə vəfat etmişdir. Bu mənada həmin nömrənin məhz Qurbanova Səidənin istifadə etməsi barədə məhkəmənin gəldiyi nəticənin heç bir hüquqi əsası yoxdur. Onu da qeyd edir ki, Cavabdeh1 və Səidə Qurbanova aralarında olan formal nikahı pozmaq üçün 2009-cu ildə məhkəməyə müraciət etmişlər, daha sonra laqeydlikdən iş davam etdirilməmiş, nikahın rəsmi pozulması baş tutmamışdır. Səidə Qurbanovanın övladı yoxdur. İşin faktiki hallarını və mülki qanunvericiliyin tələblərini əsas götürərək Cavabdeh1 vərəsəlik hüququ ləğv edilməli, ikinci növbə vərəsələr dairəsindən yeganə vərəsə olan X10 vərəsəlik şəhadətnaməsi verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinə əsasən əgər arvadın(ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrumedilə bilər. Bununla bağlı olaraq bildirir ki, həmin maddədə nəzərdə tutulmuş dispozitiv şərtlər hazırki mübahisə üzrə sübuta yetirilir. Müəyyən edilən hallar isə cavabdehin ər kimi vərəsəlik hüququnundan məhrum edilməsi üçün yetərlidir. Konstitusiya Məhkəməsinin qeyd olunan Plenum qərarında qeyd olunmuşdur ki, “Mülki Məcəllənin 1164-cü maddəsinin məzmununa uyğun olaraq, sağ qalmış ərin (arvadın) vərəsəlik hüququ olmayan şəxs hesab edilməsi üçün məhkəmə tərəfindən aşağıdakı halların məcmusu təsdiq edilməlidir: - tərəflərin ailə münasibətlərinə faktiki xitam verilməsi; - ərarvadın ayrı yaşamaları; - qeyd edilən halların mirasın açılmasından azı üç il əvvəl baş verməsi. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhz göstərilən hallar hüquqi tərkib əmələ gətirərək rəsmi nikahda olmalarına baxmayaraq, ərin (arvadın) vərəsəlik hüququndan məhrum edilməsi üçün əsas ola bilər. Bu baxımdan məhkəmələr tərəfindən ərin (arvadın) nikaha faktiki xitam verilməsi səbəbindən qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsinə dair işlərə baxılarkən Mülki Məcəllənin 1164-cü maddəsində nəzərdə tutulmuş halların mövcud olub-olmamasına formal yanaşılmamalı, işin bütün halları, tərəflərin münasibətlərindəki əhəmiyyətli məqamlar diqqətə alınaraq məsələyə hüquqi qiymət verilməlidir. Belə ki, Mülki Məcəllənin qeyd edilən maddəsinə formal əsaslanmaqla arvadın (ərin) vərəsəlik hüququndan məhrum edilməsi vərəsəlik və ailə hüquqlarının ümumi prinsiplərinə uyğun olmazdı.” Bununla bağlı olaraq bildirir ki, birinci instansiya məhkəməsi qeyd olunan qərara formal yanaşmış, işin bütün hallarını, tərəflərin münasibətlərindəki əhəmiyyətli məqamları diqqətə almayaraq məsələyə hüquqi qiymət vermişdir. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Hazırkı iş üzrə məhkəmə icratı ilə həqiqətin müəyyən edilməsi təmin edilməmişdir. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qeyd olunan konstitusion normalara uyğun olaraq öz səlahiyyətlərindən istifadə edərək bütün faktiki halları, mövcud dəlilləri obyektiv, tam və hərtərəfli araşdırmalı, onlara hüquqi qiymət verməli idi. Lakin bunlar edilməmişdir, əksinə iddiaçının hüquqlarının pozulması ilə nəticələnən qanunsuz,ədalətsiz qərar qəbuledilmişdir. Qanunun qeyd olunan tələbinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə qeyd olunan normanın tələblərini pozaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bununla bağlı olaraq bildirir ki, məhkəmə iddiaçının təqdim etdiyi sübutları araşdırmamışdır. Apellyasiya instansiyası məhkəməsində sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən faktiki halların müəyyən edilməsini nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən lakin məhkəmə tərəfindən araşdırılmayan əsas hallarından biri odur ki, mərhum Qurbanova Səidə 2024-cü ilin yanvar ayının sonunda iddiaçı olan qardaşına və qardaşının həyat yoldaşına məlumat verərək səhhətinin pisləşdiyini, bu səbəbdən artıq yaşaya bilmədiyini, digər xəstə bacısına da baxa bilmədiyini, köməksiz vəziyyətdə qaldığını bildirmiş və onlardan yardım istəmişdir. Bu məqamda sual yaranır. X26 Faiqlə gerçək ər-arvad münasibətində olmuşdusa, münasibətlərinə faktiki xitam verilməmişdisə onda nə üçün kömək üçün ərinə yox, qardaşına və qardaşının arvadına müraciət etmişdir. İşin digər bir təkzibolunmaz halı odur ki, iddiaçı və onun həyat yoldaşı Qurbanova Səidənin yardım müraciətindən sonra fevral ayının ilk günündən Qurbanova Səidənin yaşadığı evə getmişlər və həm Səidəyə, həm də onun digər xəstə bacısına baxmışlar. Bu vəziyyət Qurbanova Səidənin vəfat etdiyi 17 fevral 2024-cü ilədək davam etmişdir. Həmin gün Səidə vəfat edərkən onun yanında xəstə bacısı, qardaşı və qardaşının həyat yoldaşından başqa heç kim olmamışdır. Cavabdeh1 də olmamışdır. Qurbanova Səidənin qardaşından (iddiaçıdan) yardım istədiyi gündən vəfat etdiyi günə qədər Cavabdeh1 bir dəfə də olsun Səidəni ziyarət etməmiş, vəziyyəti ilə maraqlanmamış, heç bir yardım göstərməmiş, ümumiyyətlə vəziyyətdən xəbərsiz olmuşdur. Yuxarıda qeyd olunduğu kimi, Plenum Qərarında qeyd olunur ki, ər-arvad münasibətlərinin gerçək olub-olmamasını müəyyən etmək üçün işin bütün halları yoxlanılmalıdır. Biz də işin bu mühüm halını məhkəmənin nəzərinə çatdırır: arvad ölüm yatağında 17 gün yardım istəyir, ərin bundan xəbəri yoxdur! Arvad ölüm qabağı qardaşına müraciət edir, ona sığınır, ərinə isə heç xəbər vermir! Arvad bu evdə can verir, əri isə Mərdəkan bağlarında nəvələri ilə əyləncə mərkəzlərini gəzir! Arvad qardaşının və bacısının qucağında son nəfəsini verir, ər isə bütün bunlardan yalnız iddiaçının arvadının zəngindən sonra xəbər tutur! Və...məhkəmə hesab edir ki, bunlar ər-arvaddır?! Belə ərarvad münasibəti olarmı?!Ən bayağı ailələrdə belə, münaqişəli ailələrdə belə ər-arvaddan birinin xəstəliyi və ölüm qabağı halında ər-arvad biri birinin yanında olur. Bu halda münaqişələr, incikliklər, narazılıqlar belə unudulur. Bu vəziyyətdə ər-arvad çalışır biri birinə kömək etsin, yardım göstərsin, həkim çağırsın. Əgər ölüm labüddürsə, heç olmasa son borcunu yerinə yetirsin. Görünür ki, Cavabdeh1 pensiya kartını cibinə qoyub sərbəst bəhrələndiyi “arvadının” vəziyyətindən, hansı hala düşməsindən bir aydan çoxdur ki, xəbəri yoxdur, öldüyünü qaldığını bilmir, pafosla “həyat yoldaşımdır” dediyi yaşlı xəstə qadının ölüm xəbərini ona başqaları xəbər verir! Görünür ki, bir dəfə də olsun xəstə arvadının, ölüm yatağında olan arvadının yanına tələsməyən “ər” heç yubanmadan, vaxti tirmədən notariusa gedərək miras qəbulu üçün ərizə verir. Və məhkəmə belə münasibəti ər-arvad münasibəti hesab edir. Sanki ər-arvad elə belə də olmalıymış. Məhkəmənin bu mövqeyi nəinki qəbuledilməzdir, eləcə də həm ailə anlayışına dərin məzmun verən milli mənəvi dəyərlərimizə, həm də ər-arvad münasibətinin qarşılıqlı məhəbbət və hörmətə əsaslanan ittifaq kimi təqdim edən ailə qanunvericiliyinin təbliğ etdiyi hüquqi şüura qarşı təhdiddir. Məhkəmə hansı əsasla bu cür münasibəti (münasibətsizliyi) ailə münasibəti hesab etmişdir?! Bunu anlamaq belə çox çətindir. Qeyd edir ki, mərhum Qurbanova Səidə və digər iki bacısı həmin mənzildə birlikdə yaşamışlar və Cavabdeh1 onunla birlikdə yaşamamışdır. Bu halda sual yaranır ki, həmin mənzilin məişət-təsərrüfat problemləri ilə bağlı məsələləri (təmir-təchizat) kim həll etmişdir? Cavabdehlə mərhum Qurbanova Səidənin münasibətlərinin xarakteri vəsəviyyəsinə düzgün hüquqi qiymət verilməsindən ötrü bu məqama da aydınlıq gətirilməsi zəruridir. Məsələn sual yaranır ki, Səidənin ölümündən bir il əvvəl və ya beş ay əvvəl mənzildə bir problem yarananda (su kranı axıdanda, işıq lampalarını dəyişmək lazım olanda və s.) bu işləri kim həll etmişdir? Cavabdeh1 yoxsa başqaları?! Cavab konkret və qətidir: X14. Bu şəxs kimdir? Bu şəxs iddiaçının arvadının qardaşıdır yəni, qaynıdır. Uzun illərdən bəri həmin mənzildə bütün xırda məişət problemlərini məhz iddiaçının qaynı Samir həll etmişdir. Bu isə ondan xəbər verir ki, mərhum Səidə Qurbanovanın hamının qəbul etdiyi mənada bir həyat yoldaşı olmamışdır. Əgər elə olsaydı onun yanında Samir və ya digərləri olmazdı, əri olardı. İşin əhəmiyyətli, lakin məhkəmə tərəfindən nəzərə alınmayan hallarından biri də odur ki, Qurbanova Səidə son illərdə tez-tez xəstələnirdi. Belə hallarda onu müalicə və müayinə üçün xəstəxanalara qardaşı arvadı Nümayəndə3 aparmışdır. Əgər Cavabdeh1 mərhum Qurbanova Səidənin əri olsaydı, Fəxriyyə xanım onları ər-arvad kimi görsəydi, bəlkə də özü əziyyətə qatlaşmaz, işi cavabdehin öhdəsinə buraxıb kənarda qalardı. Lakin o da bilirdi ki, mərhum Qurbanova Səidənin əri yoxdur və bu nikah da formal xarakter daşıyır. Lakin məhkəmə işin bu hallarını da nəzərə almamışdır. Məhkəmə tərəfindən araşdırılmalı olan, lakin araşdırılmayan digər bir məqamda var. Aydın məsələdir ki, yaşlı və xəstə bir insanın şəhərdə bir yerdən digər bir yerə getməsi üçün kömək lazımdır. Səidə də bəzi hallarda şəhərə çıxmaq istəyir bu mənada köməyə ehtiyac duyurdu. Məsələn tez-tez qardaşının bağ evinə gedirdi, bu halda onu həmin yerlərə kim aparırdı? Əlbəttə bütün hallarda bu Cavabdeh1 deyildi. Onun nə Səidədən nədə onun istəklərindən xəbəri yox idi. Səidəni şəhərdə gəzdirən qardaşının yəni iddiaçının təyin etdiyi Namiq adlı taksi sürücüsü idi. Həmin taksi sürücüsü bunu təsdiq edə bilər. Lakin işə baxan məhkəmə bütün bu halları nəzərə almamışdır. İş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edildiyindən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməmiş hesab edir. Belə ki, işin hallarından görünür ki, cavabdehlə mərhum Qurbanova Səidə arasında gerçək ər-arvad münasibəti olmamışdır. Cavabdeh formal nikahda olduğu şəxslə ər-arvad kimi birlikdə yaşadığını, real münasibətdə olduğunu sübut edə bilməmişdir.
18. İddiaçı tərəfindən apellyasiya şikayətinə əlavə təqdim edilmiş və onunla əsaslandırılmışdır ki, Cavabdeh1 mərhum X12 ilə formal nikah bağladığı 1996-cı ildən Qurbanova Səidə vəfat etdiyi vaxta qədər (və elə hal-hazırda da) faktiki olaraq ünvan 2 ünvanda ailə üzvləri – faktiki olaraq ər-arvad münasibətində olduğu X18 (xx.xx.1946. AZE 01178557, FİN: İSU2UKS), oğlu X25 (xx.xx.1972. AA4185875, FİN: 2PXB3E2), nəvəsi X23 (xx.xx.2004, AA1893769, FİN: 6NX7HUX), nəvəsi X15 (xx.xx.2008, AA6049750, FİN:6NX6S8D), ailə üzvü X11 (xx.xx.1978. AA5253072, FİN: 20J1MJO) və nəvəsi X6 (xx.xx.2001. AA5253077 FİN:6NX6T9G) ilə birlikdə yaşayır. Həmin ünvan cavabdehin daimi yaşadığı ünvandır. Cavabdeh qeyd olunan ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır, ailə təsərrüfatını idarə edir və konkret adı çəkilən şəxslə faktiki nikah münasibətindədir. Hesab edir ki, bu məlumatlar cavabdehin mərhum X12 ilə nikahının formal xarakter daşıdığını təsdiq edən vacib əhəmiyyətli məlumatlardır. X12 bacıları Zita və Tamilla ilə birlikdə 2008-ci ilə kimi ünvan 3 ünvanda yaşamışdır. Həmin mənzildən onlar yeni mənzil alınması ilə əlaqədar olaraq köçmüşlər və qeyd olunan 54 saylı mənzildə 2008-ci ildən 2021-ci ilə kimi yaşayış olmamışdır. İşin bu hallarını B.Sərdarov küçəsi ev 2, mənzil 53 ünvanda yaşayan qonşu X24 da təsdiq edir. Həmin şəxsin şahid kimi dindirilməsi üçün şərait yaradılmasını məhkəmədən xahiş edir. İşin bu halı Səbail rayon MKTB 8 saylı MKİS-in xx.xx.2025-ci il tarixli məktubu da təsdiq edir. Cavabdeh1 hüquqdan sui-istifadə edərək və yalan məlumat verməklə həmin mənzili ələ keçirmişdir. Belə ki, mərhum X12 evə dair sənədləri iddiaçıya vermiş və cavabdehə verilməməsini tapşırmışdır. Həmin sənədlər bu gün də iddiaçıdadır (sənəd əlavə olunur). Cavabdeh həmin sənədlərin itməsi barədə dövlət orqanlarına yalan məlumat verərək onların dublikatını almaq yolu ilə mənzili ələ keçirmişdir. İşin bu halı, yəni mənzilə dair və digər sənədlərin (nikah və ölüm şəhadətnamələri) Qurbanova Səidə tərəfindən iddiaçıya verilməsi, cavabdehə etibar edilməməsi bir daha sübut edir ki, onunla cavabdeh arasında ər-arvad münasibəti və bundan doğan qarşılıqlı inam və etimad hissi olmamışdır. İşin bu faktiki halları da məhkəmə tərəfindən nəzərə alınmalıdır. Mübahisəli mənzildə mərhum X3 bacıları Zitta Qurbanova və Tamilla Qurbanova ilə birlikdə yaşaması, digər şəxsin və ya şəxslərin həmin mənzildə yaşamaması mənzil yerləşən binanın istismarını həyata keçirən "xxxx" MTK tərəfindən verilən xx.xx.2025-ci il tarixli arayışla da təsdiq edilir. Arayışda qeyd olunur ki, vətəndaş X12 2008-ci ildən vəfat etdiyi günə qədər ünvan 4 ünvanda bacıları ilə yaşamışdır. Yəni həmin sənədlə də müəyyən olunur ki, Cavabdeh1 mərhum Qurbanova Səidə ilə birlikdə yaşamamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuş, etirazda apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
21. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndələri və vəkilləri apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
22. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
23. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
24. Maddə 19. Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər.
25. Maddə 1133 Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
26. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
27. Maddə 1159 qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər), ikinci növbədə - ölənin bacıları və qardaşları, üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası, dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər, beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları bərabər pay hüquqlu vərəsələr sayılırlar.
28. Maddə 1160 əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.
29. Maddə 1164 əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 1 may 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Mülki Məcəllənin 1164-cü maddəsinin məzmununa uyğun olaraq, sağ qalmış ərin (arvadın) vərəsəlik hüququ olmayan şəxs hesab edilməsi üçün məhkəmə tərəfindən aşağıdakı halların məcmusu təsdiq edilməlidir: - tərəflərin ailə münasibətlərinə faktiki xitam verilməsi; - ər-arvadın ayrı yaşamaları; - qeyd edilən halların mirasın açılmasından azı üç il əvvəl baş verməsi.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
39. Hazırki halda, İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(004)-191/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı.
42. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, miras qoyan X12 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İddiaçı miras qoyan X3 qardaşıdır. Mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən mənzil miras qoyan X3 mülkiyyətində olmuşdur. Mülkiyyət hüququ xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır. ünvan 1 ünvanında yerləşən mənzil hazırda vərəsə (mərhumun əri) Cavabdeh1 mülkiyyətindədir. Sonuncunun mülkiyyət hüququnun yaranma əsası qismində Bakı şəhəri 25 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən vərəsə Cavabdeh1 miras əmlakı qismində ünvan 1 ünvanında yerləşən mənzildən tam hissədə miras payı almışdır. Bakcell MMC-dən daxil olmuş CD diskdəki məlumatlara əsasən Cavabdeh1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə miras qoyan mərhum X3 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi arasında xx.xx.2023-cü ildən xx.xx.2024-cü il il tarixədək olan daxil olan və çıxan zənglər, ***-***-**- ** və ***-***-**-** mobil nömrələrinin sahibi barədə məlumatlar təqdim edilmişdir.
43. İşin araşdırılmış hallarından müəyyən edilmişdir ki, sözügedən mobil nömrələr oxşar nömrələr (cüt nömrə kimi 1 rəqəm fərqi ilə) olmaqla miras qoyanın xahişi ilə onun qohumu X5 tərəfindən alınmaqla miras qoyana verilmiş, miras qoyan da həmin nömrələrin birini özünün, digərini isə əri hazırki mülki iş üzrə Cavabdeh1 istifadəsinə vermişdir. Təqdim edilmiş məlumatlar üzrə telefon danışıqlarına əsasən tərəflər arasında mütəmadi uzun müddətli (8-10-15 dəqiqəlik) telefon danışıqları aparılmış və miras qoyanla əri daimi ünsiyyətdə olmuşlar. Yəni, miras qoyan əvvəlcədən həmin qoşa nömrələri özü və ərinin istifadəsi üçün almışdır.
44. İddiaçı xx.xx.2025-ci il tarixdə keçirilmiş birinci instansiya məhkəməsinin baxış iclasında bildirmişdir ki, cavabdeh (ər) miras qoyan (arvad) üçün bazarlıq etmiş, müvafiq qidalar almaqla həftədə, 10 gündə bir dəfə olmaqla evinə gətirib ona vermiş, lakin, cavabdeh həmin hərəkətləri özünün maddi maraqları naminə etmişdir. Belə ki, cavabdeh həmin bazarlıqlar üzrə çəkdiyi xərci artıqlaması ilə miras qoyandan almışdır. Həmçinin, miras qoyanın pensiya kartı da cavabdehin sərəncamında olmuş, cavabdeh hər ay kartdan pensiya vəsaitlərini çıxararaq miras qoyana vermişdir. Burada da cavabdeh məqsədi maddi xarakterli olmuşdur. Deməli, motivdən asılı olmayaraq ər-arvad bir evdə yaşamasalar da onlar arasında olsa hüquqi və faktiki baxımdan ailə münasibətləri olmuşdur.
45. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş miras qoyan X3 yaşamış olduğu binanın komendantı X4 izahat verərək Cavabdeh1 və miras qoyan X9 tanıdığını, cavabdehin miras qoyanın yaşadığı evə gəlib-getməsini, lakin həmin ünvanda daimi yaşamamasını, cavabdehin miras qoyan vəfat edən günü də həmin ünvana gəldiyini, dəfn mərasimində iştirak etdiyini bildirmişdir. Digər şahidlər isə miras qoyanın ailəli olduğunu bilmədiklərini, onun cavabdehlə nikah münasibətlərində olmasından məlumatlı olmadıqlarını bildirsələr də, birinci instansiya məhkəməsi haqlı olaraq müəyyən etmişdir ki, ər-arvad arasında daimi ünsiyyət olmuşdur.
46. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə hesab edir ki, ərarvad münasibətləri şəxsi münasibət olmaqla şahid ifadələrindən asılı edilə bilməz. Nikah institutu ciddi hüquqi nəticə yaratmaqla həmin nəticələrin tətbiq edilməsi və nəticələrə hörmət edilməsi subyektlərin və məhkəmənin vəzifəsidir. “Hüquqi müəyyənlik” prinsipinin tələbləri nöqteyi-nəzərdən ər-arvad rəsmi nikaha daxil olduqdan nikah pozulana qədər qarşılıqlı hüquq və vəzifələri yaranmaqla birbirinin 1-ci dərəcə vərəsəsi qismində çıxış etməlidirlər. Sözügedən imperativ şərti əsassız dəyişkənliyə məruz qoymaq hüquq normasının təsir gücünün zəifləməsinə səbəb ola bilər. Nikahın pozulmasını arzu edən tərəf bununla bağlı məhkəməyə müraciət etməkdə sərbəstdir. Miras qoyanın iradəsi məlum olmadan onun ərinin hüquqi-faktiki baxımdan ər kimi dəyərləndirilməməsi və mirasdan məhrum edilməsi ədalətsiz nəticələrə səbəb ola bilər. Miras predmeti olan mənzilin faktiki olaraq miras qoyanın qardaşı (iddiaçı) tərəfindən alınması sübuta yetirilmir. Bundan əlavə, MM-in 140-cı maddəsinin tələblərinə əsasən, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Daşınmaz əmlak hüququ qeydə alınmış şəxsə (miras qoyan) məxsusdur.
47. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, MM-in 1164-cü maddəsində nəzərdə tutulmuş dispozitiv şərtlər hazırki mübahisə üzrə sübuta yetirilmir. Bundan əlavə, həmin norma imperativ deyil, dispozitiv normadır. Müəyyən edilən hallar isə cavabdehin ər kimi vərəsəlik hüququnundan məhrum edilməsi üçün yetərli deyildir. Qanunun imperativ tələbi və subyektlərin qanuna uyğun davranışı, həmin davranışların nəticələrinin proqnozlaşdırılması riski subyektlərin öz üzərinə düşür. Qanunun konkret tələbini situasiyaya uyğun dəyişmək qanunçuluq prinsipinin tələblərinə ziddir. Hazırki iş üzrə ər-arvadın azı 3 il birgə təsərrüfat aparmaması xüsusatı sübuta yetirilmir.
48. Kollegiya apellyasiya şikayətinə əlavəyə və apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən şikayətdə göstərilən dəlilləri təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. Bunun əksinə cavabdeh tərəf iddianı təkzib edən mötəbər sübutları təqdim etməklə mövqeyini hüquqi cəhətdən düzgün əsaslandırmışdır.
49. Məhkəmə kollegiyası qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: 1.güvənli nəticəyə gəlməkdən ötürü bir yox, bir neçə sübut olmalıdır; 2.sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; 3.bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4.bu sübutlar birlikdə dəyərləndirilməlidir.
50. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
53. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
54. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 191/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.