Məhkəmə qərarları › İş №2(103)-1976/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1976/2021

08.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1976/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X8 və vəkili X10, İlkin iddia üzrə Cavabdeh3 nümayəndəsi-vəkili X5 iştirakı ilə, X1 cavabdehlər Cavabdeh2, Cavabdeh1 Tariyel oğlu, X13, Cavabdeh3, Şəki şəhəri 1 saylı Dövlət Notariat Kontoruna qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” ilkin və iddiaçı Cavabdeh2 cavabdeh X6 qarşı “borc və maddi-mənəvi zərərin ödənilməsi tələbinə dair” qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(004)-270/2018 saylı qətnaməsindən Cavabdeh3 apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: X2 cavabdehlər Cavabdeh2, Cavabdeh1 Tarıyel oğlu, X13, Cavabdeh3 və Şəki şəhəri 1 saylı Dövlət notariat kontoruna qarşı iddia ərizəsi, sonradan isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şəki şəhər 1 saylı dövlət notariat kontorunda “xxxx” ASC-nin səhmlərinin bağışlanmasına dair xx xxxxxxxx 2013-cü il tarixli 3M-1/346 reyestr nömrəli “Qiymətli kağızların bağışlanma müqaviləsi”nin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh2 isə X6 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Urfət İbrahimovdan 6200 ABŞ dolları məbləğində borcun və 10000 manat məbləğində maddi-mənəvi zərərin əvəzinin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, uzun müddət Şəki şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, bu fəaliyyətinin bir hissəsini də xx xxxx 1998-ci il tarixdən fəaliyyət göstərən “xxxx” ASC ilə bağlı fəaliyyət təşkil etmiş, həmin cəmiyyətin 73 344 ədəd səhmindən 51 340 ədədi, yəni, 70%-ə yaxını onun, geri qalanı isə arvadı Cavabdeh3 mülkiyyətində olmuş, cavabdehlər onun həbsdə olmasından istifadə edərək əvvəlcə həmin ASC-nin sənədlərində müxtəlif dəyişikliklər etmiş, 2013-cü ilin oktyabr ayının 11-də isə onlara təcridxanada vermiş olduğu etibarnamədən istifadə etməklə ASC-dəki səhmləri bağışlama müqaviləsi əsasında özgəninkiləşdirmiş, ardınca ASC-nin balansında olan daşınar və daşınmaz əmlakları satmaqla ona külli miqdarda maddi zərər vurmuşlar. Milli Depozit Mərkəzindən verilən sənədlərdən müəyyən olunmuşdur ki, Cavabdeh1 Tariyel oğlu və X13 əlbir olaraq onun və həyat yoldaşının mülkiyyətində olan səhmləri digər Cavabdeh2 adına özgəninkiləşdirmiş, sonuncu isə həmin səhmləri mülkiyyətinə keçirdikdən sonra X11 “xxxx” ASC-nin direktoru vəzifəsinə təyin etmişdir. Bu da cavabdehlərin qabaqcadan düşünülmüş şəkildə hərəkət etdiklərini və mülkiyyətinin ələ keçirilməsində əlbir olduqlarını sübuta yetirən haldır. Milli Depozit Mərkəzindən əldə edilən sənədlərdən həmçinin o da məlum olur ki, ASC-yə məxsus olan qiymətli kağızlar xx.xx.2012-ci il tarixdə Bakı İstintaq Təcridxanasında Cavabdeh1 Tariyel oğluna verdiyi etibarnamə əsasında guya Cavabdeh1 Tariyel oğlunun adından xx xxxxxx 2012-ci il tarixdə digər cavabdeh X12 verilmiş 7E/14888 reyestr nömrəli etibarnamə əsasında özgəninkiləşdirilmişdir. Əslində isə həbsdə və ağır vəziyyətdə olmasından istifadə edilərək adına olan həmin qiymətli kağızlar saxta sənədlərlə əlindən əvəzsiz çıxarılmışdır. Bu hal həmçinin Şəki şəhəri 2 saylı DNK-nun verdiyi cavabla da öz təsdiqini tapır. X13 ASC-yə məxsus olan səhmləri Cavabdeh2 bağışlasa da, Cavabdeh1 tərəfindən xx.xx.2012-ci il tarixdə Nicat Hacıyevə heç bir etibarnamə verilmədiyi, həmin gün Cavabdeh1 Ukrayna Respublikasından Azərbaycana gəldiyi və onun təyyarəsinin hələ 16:50-də Bakı şəhərinə eniş etdiyi müəyyən olunmuşdur. Təyyarənin enişindən sonra sərnişinlərin təyyyarədən düşməsi, qeydiyyatnəzarət buraxılışından keçməsi, notariat kontorunda da iş vaxtının saat 18:00-dək olması nəzərə alındıqda onun xx.xx.2012-ci ildə Şəki şəhər 1 saylı notariat kontorunda etibarnamə verməsinin fiziki cəhətdən mümkünsüz olduğu aydın olur. Hətta təyyarənin Bakı şəhərində yerə eniş etdiyi saatdan, yəni təxminən saat 17:00-dan hesablansa belə 1 saata Bakı şəhərindən Şəki şəhərinə gedilməsi mümkün deyildir. Buna görə də xx.xx.2012-ci il tarixli etibarnamə saxta olmuş, sonradan həmin etibarnamənin saxtalığını aradan qaldırmaq üçün Şəki notariat kontorunda xx.xx.2012-ci il tarixdə bir neçə əməliyyat həyata keçirildikdən sonra jurnalda qeydiyyat aparılmışdır. Həmçinin bağlanan müqavilənin alqı-satqı müqaviləsi deyil, bağışlama müqaviləsi olduğunu və Cavabdeh2 onun qohumu olmadığını nəzərə alınsa əminliklə demək olar ki, həmin müqavilə bir digər əqdi pərdələmək məqsədi ilə bağlanmışdır. X19 ilkin formadakı iddia ərizəsində tərəf kimi göstərilmədiyi halda məhkəməyə Cavabdeh2 ilə birgə vəsatətlə müraciət etmişdir ki, bunun özü də onun hazırkı mülki işdə birbaşa maraqlı olduğunu göstərir. Bütün yuxarıda qeyd edilən faktlardan görünür ki, cavabdehlərin əvvəlcədən düşünülməklə həyata keçirdikləri qanunsuz əməlləri nəticəsində onun Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qorunan mülkiyyət hüquqları pozulmuş, öz əmlakına sahib olmaq və ondan istifadə etmək hüququndan məhrum olmuşdur. Cavabdeh2 isə qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, 2012-ci ildə “xxxx” ASC-yə 2001-2010-cu illərdə rəhbərlik etmiş Urfət İbrahimov törətdiyi dələduzluq, etibardan sui-istifadə etməklə mənimsəmə, vəzifə saxtakarlığı, qanunsuz pulların leqallaşdırılması, möhtəkirlik, vergidən yayınma və digər cinayət əməllərini törətdiyinə görə vətəndaşların və “xxxx” ASC-nin çoxsaylı şikayətləri əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 193-1.3.2, 213.1-ci maddələri ilə ittiham olunaraq həbs olunmuş, istintaqın gedişi müddətində narazı vətəndaşların sayı günügündən artmış, narazı vətəndaşlardan biri olan X7 yaxşı tanıdığından yaxın dostlar vasitəsilə ondan İddiaçı barəsində şikayət yazmamağı xahiş etmiş, istintaq yekunlaşdıqdan sonra iş baxılması üçün X21 Məhkəməsinə verilmiş və İddiaçı Gəncə təcridxanasına köçürülmüş, onunla görüşəndə R.M.Mustafayevin təkrarən Baş prokurora müraciət etdiyini öyrənmiş, Urfət İbrahimov onu dayandırmağın vacibliyindən danışmış, 2014-cü ildə R.M.Mustafayev Şəkidə Baş prokurorun qəbulunda olduqdan sonra Baş Prokurorluqdan X21 Məhkəməsinə X4 zərərçəkən kimi tanınması barədə müraciət daxil olmuş, növbəti proses bitdikdən sonra bir-neçə yoldaşla İddiaçı məhkəmə zalında görmüş və həmin şəxslərin yanında sonuncu R.M.Mustafayevi tez razı salmağı ondan xahiş etmiş, buna görə də Rəcəb Mustafayevin evinə getmiş, sonuncu əlindəki qəbzi göstərərək İddiaçı 5000 AZN pul verdiyini və pulunu geri istədiyini demiş, səhərisi gün saat 12:00-a qədər vaxt almış, səhərisi gün isə R.M.Mustafayevi notariusa dəvət edərək həmin vaxtın kursu ilə ona 6200 ABŞ dolları vermiş, artıq heç bir şikayəti qalmadığına görə o, işin ona aid hissəsinə xitam verilməsi xahişi ilə notarial qaydada təsdiqlənmiş müraciətini Baş prokuror cənab Zakir Qaralova və X21 Məhkəməsinə göndərmişdir. Pulu ödəməyi və bu barədə notarial qaydada təsdiq olunmuş iltizamın olması haqqında X9 və özü dəfələrlə İddiaçı məlumatlandırmış və pulunu tələb etmiş, lakin Urfət İbrahimov hamını dələduzluqla aldatdığı kimi onu da bu yolla aldatmağa çalışmışdır. Ehtiyacı olan zaman pul tapmadığına görə hətta maşınını satmağa məcbur olmuş və bu dələduzluq əməlinin nəticəsində də üç ildən artıq bir müddətdə Urfət İbrahimov ona 10000 manat məbləğində maddi və mənəvi zərər vurmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(004)- 270/2018 saylı qətnaməsi ilə ilkin iddianın təmin olunması, Şəki rayon 1 saylı dövlət notariat kontorunda “xxxx” ASC-nin adi adlı səhmlərinin bağışlanmasına dair xx xxxxxxxx 2013-cü il tarixli 3M-1/346 sayla reyestrdə qeydə alınmış “Qiymətli kağızların bağışlama müqaviləsi”nin etibarsız hesab edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən cavabdehlər Cavabdeh2 və X13 tərəfindən birgə apelyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi, şikayətin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli 2(103)-8528/2018 saylı qətnaməsi ilə Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(102)- 1891/2019 saylı qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-8717/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2018-cı il tarixli qətnaməsi «ilkin iddianın təmin olunması - Şəki rayon 1 saylı dövlət notariat kontorunda “xxxx” ASC-nin adi adlı səhmlərinin bağışlanmasına dair xx xxxxxxxx 2013-cü il tarixli 3M-1/346 sayla reyestrdə qeydə alınmış “Qiymətli kağızların bağışlama müqaviləsi”nin etibarsız hesab edilməsi» hissəsində ləğv olunması, həmin hissədə iş üzrə yeni qətnamə qəbul olunmaqla, ilkin iddianın təmin olunmaması, apelyasiya şikayəti verən cavabdehlərə münasibətdə qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(102)- 1745/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hazırda ilkin iddia üzrə Cavabdeh3 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(004)-270/2018 saylı qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh3 nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Həmçinin vəsatət verərək, iş üzrə icraatın dayandırılmasını xahiş etdi. Kollegiyanın iclasında iştirak edən iddiaçı və vəkili məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını, vəsatətin təmin edilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəməyə gəlməmiş, nə də bunun üzrlü səbəbdən baş verməsini bildirməmişlər. Odur ki, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, ilkin iddia üzrə Cavabdeh3 apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilməlidir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə X1 cavabdehlər Cavabdeh2, Cavabdeh1 Tariyel oğlu, X13, Cavabdeh3, Şəki şəhəri 1 saylı Dövlət Notariat Kontoruna qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” ilkin iddiası təmin edilməmişdir. Yəni, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(004)-270/2018 saylı qətnaməsi ləğv edilərək, Cavabdeh3 qarşı yönəlmiş tələb təmin edilməmişdir, belə olan halda, həmin qətnamə ilə Cavabdeh3 hər hansı mənafeyinə toxunulması halı müəyyən edilmir, ona görə də, onun həmin qətnamədən verdiyi apelyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair xx xxxxxxx 2020-ci il 04/2020 saylı qərardadında göstərilmişdir ki, “Məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır. Şikayətin bu əsasla geri qaytarılması apelyasiya instansiyası məhkəmələri tərəfindən şikayətin mümkünlüyünün yoxlanılması mərhələsində, onun qeyri-mümkün hesab edilməsinə dair qərardadın qəbulu yolu ilə, kassasiya instansiyası məhkəməsi tərəfindən isə şikayətin icraata qəbulu mərhələsində şikayətin icraata qəbulundan imtina haqqında qərardadın qəbulu yolu ilə həyata keçirilməlidir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 402 maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(004)- 270/2018 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar