Məhkəmə qərarları › İş №2(103)-1978/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1978/2025

22.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1978/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: paylı mülkiyyətdə olan əşyanın hərracdan satılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X4 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin dəyərinin müəyyən edilərək hərracda satılması və dəyərinin paylara uyğun bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2(007)-1683/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ümumi sahəsi 60 kv.m olan ünvan 1 ünvanında yerləşən mənzilinin ¼ hissəsi Cavabdeh adına xx.xx.2017-ci il tarixdə, 3/4 hissəsi İsmayılov (İsmayılov) Teymur (teımur) İsmayıl oğlunun adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı İsmayılov (İsmayılov) Teymur (Teımur) İsmayıl oğlunun Cavabdeh ünvanladığı pretenziyadan müəyyən olunur ki, iddiaçı cavabdehə paylı mülkiyyətlərində olan mənzildə sonuncunun ¼ hissədən ibarət payını alqı-satqı yolu ilə almaq istədiyini bildirib həmin hissəni bazar qiymətinə ona satmasını təklif etmiş, əks halda 10 gündən sonra bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-58/2024 saylı qətnaməsinə əsasən, İddiaçı Cavabdeh qarşı ünvan 2i rayonu, R.Rüstəmov küçəsi, ev 60 ünvanında yerləşən 85 nömrəli mənzilin naturada bölünməsi, ümumi paylı mülkiyyətdən istifadə qaydalarının müəyyən edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/49xx-xx/4834 saylı rəyindən müəyyən olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş ünvan 2i rayonu, R.Rüstəmov küçəsi, ev 60, 85 saylı köhnə tikili mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 127500 manat (60 kv.m x 2125 manat) 10% azaltma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən 114750 manat (127500-10%) məbləğində müəyyən edilir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “mənzilin dəyərinin müəyyən edilərək hərracda satılması və dəyərinin paylara uyğun bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2i rayonu, R.Rüstəmov küçəsi, ev 60, 85 saylı mənzilin yaşayış sahəsinin dəyərinin müəyyən edilməsi, mübahisəli mənzilin hərracda satılması və dəyərinin paylara uyğun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası X6 xx.xx.2017-ci il tarixdə rəhmətə getmişdir. Onun 4 övladı qanun üzrə birinci növbəli vərəsələrdir. Onun ölümü ilə əlaqədar 75 saylı vərəsəlik işi açılmış və mərhumun vərəsəsi qanun üzrə birinci növbəli vərəsələri 4 övladı müəyyənləşdirilmişdir. 07 oktyabr 2017-ci il tarixdə Bakı şəhəri 30 saylı notariat kontoru tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəadətnamə verilmiş və hər biri miras əmlakdan 1/4 hissədə pay almışdır. Miras əmlak ünvan 2i rayonu, R.Rüstəmov küçəsi, ev 60, 85 saylı mənzil ünvanda yerləşməklə ümumi sahəsi 60 kv.mdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəadətnamə əsasında xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarış almışlar. Həmin çıxarışda hər birinin payı ¼ hissə olmaqla göstərilmişdir. İki bacısı X5 və X7 paylarını bağışlama müqaviləsi ilə ona bağışlamışlar. Bunun əsasında o, 3/4 hissə və qardaşı Cavabdeh 1/4 hissə olmaqla miras payına görə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən çıxarış almışlar. 2017-ci il tarixdən onların payı müəyyən olunmasına baxmayaraq mənzildə qardaşı Cavabdeh yaşayır. Onun mənzildən istifadə etməsinə imkan vermir. Xeyli müddət keçməsinə baxmayaraq o, mülkiyyətindən faktiki olaraq məhrum olmuşdur. Belə ki, o, nə həmin mənzildə yaşaya bilir, nə də sərbəst istifadə edə bilir. Səbəb isə odur ki, cavabdeh həmin mənzildə öz ailəsi ilə birgə yaşayır. Cavabdeh 2017-ci il tarixdən bu günə kimi yəni 6 ildir ki, mənzildən istifadə etmişdir və onun istifadə etməsinə mane olmuşdur. Ona görə də o, 2023-cü il yanvar ayında ünvan 2i rayonu, R.Rüstəmov küçəsi, ev 60, 85 ünvanda yerləşən mənzilin “naturada bölünməsi, ümumi paylı mülkiyyətdən istifadə qaydalarının müəyyən edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2956 nömrəli ekspert rəyi ünvan 2i rayonu, R.Rüstəmov küçəsi, ev 60 ünvanında yerləşən 85 nömrəli mənzilin paylar üzrə naturada bölünməsinin İnşaat Norma və Qaydalarının 2.08.01, 89-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və məhkəmə tikinti-texniki ekspertizasının həlli metodlarının tələblərinə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. Naturada bölgü mümkün olmadığı kimi, istifadə qaydalarını müəyyən etmək mümkün olmamışdır. Nizami Rayon Məhkəməsi özünün xx.xx.2024-cü il tarixli, 2(007)-58/2024 tarixli qətnaməsi onun ünvan 2i rayonu, R.Rüstəmov küçəsi, ev 60 ünvanında yerləşən 85 nömrəli mənzilin naturada bölünməsi, ümumi paylı mülkiyyətdən istifadə qaydalarının müəyyən edilməsi barədə iddia tələbini təmin etməmişdir. Məhkəmə qətnaməsində göstərilmişdir ki, qanunveriliyin tələbinə əsasən əmlakın naturada bölünməsi mümkün olmadığı halda, iddiaçı öz payının dəyərini cavabdeh tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin məhkəmə tərəflərə izah etməyi zəruri hesab edir ki, cavabdehin kompensasiya vermək imkanı olmadıqda və ya o, kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. O, belə hesab edir ki, naturada bölgü mümkün olmadığına və cavabdeh payını satmaqdan imtina etdiyinə görə mübahisəli mənzilin hərracda satılması və dəyərinin paylara uyğun bölünməsini tələb edə bilər. Belə ki, onun ailəsi ev olmadığına görə bura gələ bilmir, oğlu təhsil alır, imkanı yoxdur. Evin hərracda satılaraq payının ödənilməsini istəyir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə MPM-in 53-cü maddəsinə əsasən, iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ünvan 2i rayonu, Rüstəm Rüstəmov küçəsi, ev 60, mənzil 85 nömrəli mənzilin yaşayış sahəsinin dəyərinin 114.500 manat qiymətləndirilən mübahisəli mənzilin ¼ hissəsində dəyəri 28.600 manatın İddiaçı tərəfindən Cavabdeh ödənilməsi, Cavabdeh mənzilin ¼ hissəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsi, İddiaçı mübahisəli mənzilə dair tam mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi, cavabdehin və ailə üzvlərinin mübahisəli mənzilə istifadə hüquqlarının itirilməsi, onun ailə üzvlərinin mübahisəli mənzildən çıxarılmaları və bunların eyni vaxtda icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edərək, ilkin olaraq verdiyi iddia tələbinin təmin edilməsini, yəni ünvan 2i rayonu, R.Rüstəmov küçəsi, ev 60, 85 saylı mənzilin yaşayış sahəsinin dəyərinin müəyyən edilməsi, mübahisəli mənzilin hərracda satılması və dəyərinin paylara uyğun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib eyni məzmunlu izahat vermiş və əlavə olaraq izahatında göstərmişdir ki, o, iddia tələbinin artırılması barədə ərizəsinin nəzərə alınmamasını xahiş edir, ilkin olaraq verdiyi iddianı isə müdafiə edir. Çünki cavabdeh kompensasiya məbləği ilə razılaşmır. Bu barədə cavabdehlə aparılan bütün danışıqlar nəticəsiz olmuşdur. Cavabdeh istəyirsə evi 200.000 manata satsın, sonra paylara uyğun bölünsün. Amma cavabdeh daha artıq pul götürmək istəyir. Cavabdeh 35.000 manat kompensasiyaya razılaşmır. Ona görə də, mənzilin hərracda satılması və paylara uyğun pulun ödənilməsi məqsədəmüvafiqdir. İddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib izahatında göstərmişdir ki, iddiaçıya çatacaq olan 75.000 manatı o, verir, lakin razılaşmırlar. Onlara paylarına düşəcək pul maraqlıdır. Onunla şəxsi qərəzlilik edirlər. Bir dəfə qardaşı gəlib qaynanasını onlarda görüb, xoşu gəlməyib. Ona görə də qərəzlilik edirlər. Qaynanası gəlib yoldaşına köməklik edir, nəvəsinə baxır. O, evin hərraca çıxarılmasına razı deyil. İddianın təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2(007)- 1683/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, ünvan 1 ünvanında yerləşən mənzilin 114.750 (yüz on dörd min yeddi yüz əlli) manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, əldə olunan pul vəsaitinin ¼ hissəsi Cavabdeh, ¾ hissəsi İddiaçı verilməsi, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 manat məbləğində pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X3, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında müəyyən edildi ki, paylı mülkiyyətdə olan mənzildəki payların iddiaçıya satılması və ya mənzilin açıq hərracda satılıb dəyərinin paylara uyğun ödənilməsinin şərtləri haqqında razılığa gələ bilmədiklərindən paylı mülkiyyətin mülkiyyətçilərindən İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Mübahisəli mənzilin mülkiyyətçiləri arasında hər kəsin öz payına uyğun natura şəklində bölünməsi texniki cəhətdən mümkün olmadığı, həmçinin cavabdeh ona məxsus payın iddiaçıya satılmasına razı olmadığı üçün məhkəmə hesab edir ki, həmin əmlak açıq hərracdan satılmalı və satış pulu ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Hazırkı halda məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, məhkəmə tikinti-texniki ekspertizasının hazırkı iş üzrə rəy əsaslıdır, işin faktiki halları ilə uyğun gəldiyindən yekun qərar qəbul edilərkən həmin ekspert rəyi əsas götürülməlidir. Məhkəmə bununla bağlı qənaətə gələrkən müəyyən etmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara iddiaçı tərəfindən əməl edilmişdir. Hansı ki, həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə onu da qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarı ilə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Bununla da, müəyyən edildi ki, iddiaçı mübahisəli məsələ ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl etmiş, lakin mübahisənin məhkəmədən kənar həlli imkanı itirildikdən sonra məhkəməyə müraciət etmişdir. Habelə, mənzilin naturada bölünməsinin texniki baxımdan mümkün olmaması ilə bağlı iş materiallarında sübutlar da mövcuddur. Ona görə də, məhkəmə hesab edir ki, ümumi mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi yolu ilə mübahisə həll edilməlidir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iş materiallarından görünür ki, ekspertiza zamanı ünvan 1 ünvanında yerləşən mənzilin hazırkı bazar qiyməti 127.500 manat, likvid qiyməti isə 114750 manat müəyyən edilmişdir. Ekspert rəyinə uyğun olaraq ünvan 1 ünvanında yerləşən mənzili hərraca çıxarıldıqda, ilkin satış qiyməti 114750 manat (likvid qiyməti əsas götürülməklə) müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəmə xərcləri tərəflərə aid edilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməli, iş üzrə keçirilmiş məhkəmə tikintitexniki və məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 220.3, 220.4, 220.5, 220.6-cı maddələrinə, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)- 1683/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya ṣikayəti onunla əsaslandırılır ki, İddiaçı Cavabdeh qarşı “mənzilin dəyərinin müəyyən edilərək hərracda satılması və dəyərinin paylara uyğun bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2i rayonu, R.Rüstəmov küçəsi, ev 60, 85 saylı mənzilin yaşayış sahəsinin dəyərinin müəyyən edilməsi, mübahisəli mənzilin hərracda satılması və dəyərinin paylara uyğun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)- 1683/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş və ünvan 1 ünvanında yerləşən mənzilin 114.750 (yüz on dörd min yeddi yüz əlli) manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, əldə olunan pul vəsaitinin ¼ hissəsinin Cavabdeh, ¾ hissəsinin İddiaçı verilməsi qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iddianın təmin edilməsinə dair gəldiyi nəticə qanunsuz və əsassızdır. Belə ki, iş materiallarından görünür ki, Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-1683/2024 saylı qərarı birtərəfli, əsassız, qeyri-obyektiv qəbul edildiyindən və birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və Mülki Məcəllənin tələbləri, o cümlədən ədalət mühakiməsinin faktlar əsasında həyata keçirilməsi, sübutların obyektiv, qərəzsiz qiymətləndirilməsi, qətnamənin qanuni və əsaslılığı kimi mülki məhkəmə icraatının prinsipləri kobud surətdə pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, məhkəmə tərəfindən tətbiq edilməli olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri nəzərə alınmamışdır. Hesab edir ki, aşağıdaklara əsasən Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(007)-1683/2024 saylı qətnaməsinin ləğv edilməsi və apelyasiya şikayətinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Qeyd edir ki, iddiaçının iddia tələbi heç bir hüquqi əhəmiyyət daşımayan və hüquqi əsaslanması olmayan bir tələbdir. Belə ki, ünvan 2i rayonu, R.Rüstəmov küçəsi ev 60, 85 saylı mənzil mərhum ataları X2 məxsus olmuşdur. İsmayıl İsmayılov xx.xx.2017-ci ildə vəfat etdikdən sonra onun 4 övladı arasında vərəsəlik işi açılmışdır. xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 30 saylı notariat kontoru tərəfindən qanun üzrə vərəslik hüququ haqında şəhadətnamə verilmiş və hər bir övlad miras əmlakdan ¼ hissədə pay almışdır. Adıçəkilən mənzilin ümumi sahəsi 60 kv.m-dir. X1 və X7 bağışlama müqaviləsi əsasında öz paylarını qardaşları İddiaçı bağışlamışlar. İddiaçı hazırki tələblə məhkəməyə müraciət etməzdən əvvəl də “ümumi paylı mülkiyyətdə istifadə hüququna dair” iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bildirir ki, sözügedən mənzildə o, ailəsi ilə birlikdə uzun müddətdir ki, yaşayır. İddiaçı şəxsi qərəzlilik etdiyinə görə onları evdən çıxararaq evin hərracda satılıb pulun bölünməsini tələb edir. İddiaçı tərəf məhkəmədə ona kompensasiya təklif etdiyini bildirsə də, faktiki olaraq bu olmamışdır. Odur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsinə əsasən iddiaçının iddia tələbinin təmin olunmaqla onun və ailəsinin uzun illərdir yaşadığı ünvan 2i rayonu, R.Rüstəmov küçəsi ev 60, 85 saylı mənzilin hərracda satılması ilə ¾ payın iddiaçıya, ¼ payın isə ona verilməsi hesab edir ki, qanunsuz və ədalətsizdir. Bundan başqa hərracın nəticəsi olaraq mənzilin faktiki dəyərindən aşağı qiymətləndirmə edilmişdir. Məhkəmənin işə tamamilə başqa prizmadan yanaşması işin tamamilə başqa istiqamətdə araşdırılması və nəticədə, ədalətsiz qərarın qəbul edilməsi ilə nəticələnmişdir. İşdə olan çoxsaylı sənədlərin tam şəkildə araşdırılmaması, bununla bağlı müvafiq qurumlara sorğuların göndərilməməsi hüquqlarını pozmuş və bununla da ədalətli məhkəmə araşdırması təmin olunmamışdır. Hesab edir ki, yuxarıda qeyd olunan şərtlərin mövcud olmaması tərəfindən haqlı olaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsinin ləğv olunmasını istəməyinə başlıca səbəbdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Brumaresku Ruminiyaya qarşı xx.xx.1999-cu il tarixli qərarında göstərilmişdir ki, “Yuxarı instansiya məhkəməsinin əsas vəzifələrindən biri, işin yenidən baxılması deyil, yol verilmiş məhkəmə səhvlərinin düzəldilməsidir”. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinə əsaslanaraq qərar qəbul etdiyini bildirmiş olsa da, həqiqətdə isə Mülki Məcəllənin tələbləri ilə yox işə qərəzli və birtərəfli mövqedən yanaşaraq, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə qəbul etmişdir. Ona görə də iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-1683/2024 saylı qanunsuz, ədalətsiz qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə qarşı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşı “mənzilin dəyərinin müəyyən edilərək hərracda satılması və dəyərinin paylara uyğun bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2i rayonu, R.Rüstəmov küçəsi, ev 60, 85 saylı mənzilin yaşayış sahəsinin dəyərinin müəyyən edilməsi, mübahisəli mənzilin hərracda satılması və dəyərinin paylara uyğun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən mübahisəli mənzil qiymətləndirilməyə göndərilmiş, Ekspertiza Mərkəzi tərəfindən ev 114.500 manat qiymətləndirilmişdir. Azərbaycan Respublikası MM-nin 218-220-ci maddələrinin tələbi nəzərə alınaraq İddiaçı ünvan 3 ünvanında yerləşən 85 №-li mənzilin yaşayış sahəsinin dəyəri ekspert tərəfindən 114.750 manat qiymətləndirilən mübahisəli mənzilin ¼ hissəsində dəyəri 28.600 manat İddiaçı tərəfindən Cavabdeh ödənilməli olmasına baxmayaraq, iddiaçı tərəfindən 35.000 manat kompensasiya təklif olunmuşdur. Lakin Cavabdeh bu təklifi qəbul etməmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-1683/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş və ünvan 1 ünvanında yerləşən mənzilin 114.750 (bir yüz on dörd min yeddi yüz əlli) manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, əldə olunan pul vəsaitinin ¼ hissəsinin Cavabdeh, ¾ hissəsinin İddiaçı verilməsi qət edilmişdir. Nizami Rayon Məhkəməsi özünün xx.xx.2024-cü il tarixli, 2(007)-58/2024 tarixli qətnaməsi onun ünvan 2i rayonu, R.Rüstəmov küçəsi, ev 60 ünvanında yerləşən 85 nömrəli mənzilin naturada bölünməsi, ümumi paylı mülkiyyətdən istifadə qaydalarının müəyyən edilməsi barədə iddia tələbini təmin etməmişdir. Məhkəmə qətnaməsində göstərilmişdir ki, qanunveriliyin tələbinə əsasən əmlakın naturada bölünməsi mümkün olmadığı halda, iddiaçı öz payının dəyərini cavabdeh tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin məhkəmə tərəflərə izah etməyi zəruri hesab edir ki, cavabdehin kompensasiya vermək imkanı olmadıqda və ya o, kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. O, belə hesab edir ki, naturada bölgü mümkün olmadığına və cavabdeh payını satmaqdan və kompensassiya almaqdan imtina etdiyinə görə mübahisəli mənzilin hərracda satılması və dəyərinin paylara uyğun bölünməsini tələb edə bilər. Belə ki, onun ailəsi ev olmadığına görə bura gələ bilmir, oğlu təhsil alır, imkanı yoxdur. Evin hərracda satılaraq payının ödənilməsini istəyir. İddiaçı mübahisəli məsələ ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl etmiş, lakin mübahisənin məhkəmədən kənar həlli imkanı itirildikdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmənin bununla bağlı çıxardığı qərar tərəflər üçün məcburidir və onlar öz iradələrindən asılı olmayaraq qərarı icra etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Plenum qərarında qeyd edir ki, paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılması Mülki Məcəllənin 220.3 və 220.4-cü maddələrində nəzərdə tutulan mərhələli formada həyata keçirilməlidir. Belə ki, ilk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün deyilsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin digər mülkiyyətçilər tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Beləliklə, qeyd edilən müvafiq hüquq normalarından görünür ki, ümumi mülkiyyətin bölgüsü üçün üç mərhələ ardıcıl olaraq yoxlanılmalıdır: Ümumi mülkiyyətin naturada faktiki bölgüsü (naturada bölgü müddəası); Ümumi mülkiyyətdə olan payın kompensasiya ödənilməklə itirilməsi (kompensasiya müddəası); Ümumi mülkiyyətin açıq hərracdan satışı (hərrac müddəası). Müvafiq hüquq normalarının aşkar mənasına görə hərrac müddəasının, yəni ümumi əmlakın açıq hərrac vasitəsilə satılması və satış pulunun mülkiyyətçilər arasında paylara müvafiq bölünməsi üçün vacib şərt naturada bölgü və kompensasiya müddəalarının yoxlanılmasıdır. Əgər naturada bölgü və kompensasiya müddəalarının uğurlu tətbiqi mümkün olmazsa, bu halda hərrac müddəası tətbiq edilə bilər. Habelə, mənzilin naturada bölünməsinin texniki baxımdan mümkün olmaması ilə bağlı iş materiallarında sübutlar da mövcuddur. Ona görə də, ümumi mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi yolu ilə mübahisə həll edilməlidir. Ekspert rəyinə uyğun olaraq ünvan 1 ünvanında yerləşən mənzili hərraca çıxarıldıqda, ilkin satış qiyməti 114.750 manat (likvid qiyməti əsas götürülməklə) qiymətləndirilən mübahisəli mənzilin ¼ hissəsində dəyəri 28.600 manat İddiaçı tərəfindən Cavabdeh ödənilməli olmasına baxmayaraq, iddiaçı tərəfindən 35.000 manat kompenssasiya təklif olunmuşdur. Lakin Cavabdeh bu təklifi qəbul etməmişdir. Məhkəmədən kənar mübahisənin həllinə cəhd olunmuşdur, cavabdehin payının alınması ilı bağlı ona təklif göndərilmişdir. Hesab edir ki, apelliyasiya şikayəti əsassızdır və rədd edilməlidir. Ona görə də Nizami Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(007)-1683/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və həmin qərtnamənin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verib izahatında əlavə olaraq göstərmişdir ki, o, iddiaçıya mənzildə olan payına görə 75000 manat verə bilər, paylı mülkiyyətində olan mənzilin qapalı hərracda, mənzilin bazar qiyməti ilə satılmasına, payına uyğun pul vəsaitini iddiaçıya verməyə razıdır. Eyni zamanda hesab edir ki, mənzil onun gətirdiyi müştəriyə satılaraq iddiaçıya 127.500 manatın 3\4 hissəsi verilə bilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətinə etirazının məzmununa uyğun izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, tərəflərin paylı mülkiyyətində olan mənzilin qapalı hərracda, mənzilin bazar qiymətinə satılmasına razıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29.Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ İ.Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Maddə 221.Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarı Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə xx.xx.2024-cü il tarixli № 02/2024 Qərardadı Ümumi paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3 - 220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi məsələsi isə həmin Məcəllənin 221-ci maddəsi tətbiq edilməklə, bu qərardadın əsaslandırıcı hissəsində qeyd olunan hüquqi mövqelərə uyğun həll olunmalıdır. İddia tələbinin hansı formada ifadə olunmasından asılı olmayaraq, qaldırılan iddianın predmeti ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya payın ayrılmasından ibarət olduğundan, məhkəmələr həmin tələbin qanuni əsasını təşkil edən maddənin dispozisiya şərtlərinə uyğun olaraq, mübahisənin qanunla müəyyən edilmiş ardıcıllıq gözlənilməklə hər bir mərhələ üzrə həll edilməsinin mümkünlüyünü aydınlaşdırmalıdırlar. Ümumi paylı mülkiyyətdə olan əşyadan payın naturada ayrılması mümkün olmadıqda, iddiaçının tələbi üzrə məhkəmələr əşyanın bazar qiymətinə uyğun ədalətli kompensasiya məbləğini müəyyən etməli və cavabdeh tərəfin buna münasibəti baxımından müvafiq qərar qəbul etməlidirlər. Ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və əşyadan payın ayrılması barədə işlərə baxılarkən məhkəmələr qətnamənin nəticə hissəsində icra qaydası qismində əşyanın bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətini göstərməlidirlər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbləri təmin edilməlidir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin hallarına uyğun olmayan nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Kollegiya qeyd edir ki, Mülki Məcəlləyə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (Mülki Məcəllə, 152.1-ci maddə). İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (Mülki Məcəllə, 213.1-213.3-cü maddələr). Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmununa əsasən, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). Hazırkı mülki iş üzrə iddiaçının tələbindən müəyyən olunur ki, o, paylı mülkiyyətdə olan əşyanın ayrılmasını deyil, bölünməsini, yəni daşınmaz əmlakın dəyərini müəyyən edib, hərracda satılaraq əldə olunacaq vəsaitin paylarına uyğun aralarında bölünməklə əşya üzərində paylı mülkiyyət hüquqlarına xitam verilməsini tələb edir. Birinci instansiya məhkəməsi isə iddiaçının hüquqi marağını, yəni çatmaq istədiyi hüquqi nəticəni düzgün müəyyən etməmiş, nəticədə hazırkı mübahisənin həllində təbiq edilməli olan maddi hüquq normasını təbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, əmlakın naturada ayrılması mümkün olmadığından, cavabdeh öz payını iddiaçıya satmaq istəmədiyindən, (baxmayaraq ki, iddiaçı ayrılmaq istəyirdisə öz payına görə ona kompensasiya verilməsini cavabdehə təklif etməli idi (MM-in 220.3-cü mad.)) mənzil açıq hərracdan, ilkin satış qiyməti, iş üzrə keçirilən ekspertiza tədqiqatı ilə müəyyən edilən, mənzilin likvid dəyəri ilə satılaraq əldə olan vəsait tərəflər arsında paylarına uyğun bölünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə xx.xx.2024-cü il tarixli № 02/2024 qərardadında formalaşdırdığı hüquqi mövqelərə əsasən: ... Bənd 42. Birinci mərhələ üzrə məhkəmə tərəfindən ilk növbədə iddiaçının əşya üzərində mülkiyyət hüququndakı payının naturada bölgüsünün mümkün olub-olmadığı, ayrılan payın vahid daşınmaz əşya konsepsiyasına uyğun gəlib-gəlmədiyi istiqamətində araşdırma aparılmalıdır. Əşyanın xüsusiyyətləri nəzərə alınmaqla onun naturada bölgüsünün aşkar surətdə mümkünsüzlüyü halında məhkəmə hər hansı əlavə araşdırma aparmadan bu mərhələnin yoxlanılmasını yekunlaşdırmaqla, iddiaçının istəyinə uyğun olaraq ikinci mərhələyə keçid etməlidir. Bənd 43. Digər hallarda isə məhkəmə payın naturada ayrılmasının formaları barədə hər bir tərəfin təklifini dinləməli, mübahisəli məqamların alternativ həlli yolları ilə bağlı qarşılıqlı müzakirələr aparmalıdır. Bundan sonra yekun təkliflər əsasında, bunun mümkün olmadığı halda isə tərəflərin mənafelərinə bərabər şəkildə xidmət edəcək ən əlverişli formada naturada ayrılmanın mümkünlüyünü prosessual qanunvericiliyin yol verdiyi imkanlardan istifadə etməklə araşdırmalıdır. ... Bənd 46. İddiadan imtina edildiyi halda isə məhkəmə tərəfindən iddiaçıya yenidən eyni əşya barəsində eyni əsaslarla digər həmmülkiyyətçilərə qarşı payın naturada ayrılması, habelə payının dəyəri kimi kompensasiya ödənilməsi və ya əşyanın açıq hərracdan satılması barədə iddia qaldırmaq hüququnun olmadığı izah edilməlidir. İddiaçı qeyd edilən tələblərlə və ya onlardan biri ilə məhkəməyə müraciət edərsə, MPM-in 153.2.2-ci maddəsinə əsasən iddia ərizəsinin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. ... Bənd 59. Bununla bağlı ilk növbədə qeyd olunmalıdır ki, mülki qanunvericilikdə əşyanın açıq hərracdan satılması halında ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilməli olması barədə imperativ tələb yalnız ipoteka predmeti olan əşyaya münasibətdə nəzərdə tutulmuşdur (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu, 39.3.3-cü maddə). Mülki Məcəllənin 220-ci maddəsində isə paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması barədə qətnamə qəbul edilərkən ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməli olması birbaşa göstərilməsə də, Məcəllədə bununla bağlı qadağanedici norma da nəzərdə tutulmamışdır. Bənd 60. Odur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. Bənd 61. Paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması proseduru isə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42-43-cü maddələrinin tələbləri nəzərə alınmadan Mülki Məcəllənin 415-ci maddəsinə, “İcra haqqında” Qanunun müvafiq müddəalarına, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 2021-ci il 24 noyabr tarixli 02/2021 nömrəli qərardadında qeyd olunmuş hüquqi mövqelərə uyğun həyata keçirilməlidir. Bənd 62. Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. Bənd 63. Birinci mərhələ (əşyanın fiziki bölgüsü) üzrə məhkəmə araşdırmasının predmeti ümumi mülkiyyətdə olan əşyadan payın ayrılmasının ilkin mərhələsi (əşyadan payın naturada ayrılması) ilə eynilik təşkil etdiyindən bu qərardadın 42-44, 46-cı bəndlərində nəzərdə tutulan qaydalar nəzərə alınmalıdır. Bənd 64. Bu araşdırmanın nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. İddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikləri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir. Bənd 65. Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Bənd 66. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir. Bənd 67. Əşyanın ilkin satış qiyməti və hərracdan satılması proseduru ilə bağlı məsələlər isə bu qərardadın 59-61-ci bəndlərində göstərilən qaydada həll olunmalıdır. Göründüyü kimi paylı mülkiyyətçilər arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə, yəni fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsinə dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi payın ayrılmasından fərqli olaraq iki mərhələdən ibarətdir: ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə keçiriləcək hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində paylı mülkiyyətdə olan əşyanın məhkəmənin müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli, əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, tərəflərin hər ikisi paylı mülkiyyətlərində olan əmlakın qapalı hərracda satılmasına etiraz etmədiklərindən, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2(007)-1683/2024 nömrəli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilərək iddia ərizəsi təmin edilməklə ünvan 2i rayonu, R.Rüstəmov küçəsi, 60 saylı evin, 85 saylı mənzili ilkin satış qiyməti 127.500 manat olmaqla qapalı hərracda satılmalı, əldə olunan pul vəsaitinin ¼ hissəsinin Cavabdeh, ¾ hissəsinin İddiaçı verilməli, ünvan 2i rayonu, R.Rüstəmov küçəsi, 60 saylı evin, 85 saylı mənzilinin qapalı hərracda satılması mümkün olmadığı halda isə mənzil ilkin satış qiyməti 127.500 manat olmaqla açıq hərracda satılaraq əldə olunan pul vəsaitinin ¼ hissəsinin Cavabdeh, ¾ hissəsinin İddiaçı verilməsi qət edilməlidir. Məhkəmə kollegiyası eyni zamanda tərəflərə izah edir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətlərində olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişəcəyi halında onlar MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mənzilin ilkin satış qiymətini yenidən müəyyənləşdirmək hüququna malikdirlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2(007)- 1683/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi təmin edilsin. ünvan 2i rayonu, R.Rüstəmov küçəsi, 60 saylı evin, 85 saylı mənzili ilkin satış qiyməti 127.500 manat olmaqla qapalı hərracda satılsın, əldə olunan pul vəsaitinin ¼ hissəsi Cavabdeh, ¾ hissəsi İddiaçı verilsin. ünvan 2i rayonu, R.Rüstəmov küçəsi, 60 saylı evin, 85 saylı mənzilinin qapalı hərracda satılması mümkün olmadıqda mənzil ilkin satış qiyməti 127.500 manat olmaqla açıq hərracda satılaraq əldə olunan pul vəsaitinin ¼ hissəsi Cavabdeh, ¾ hissəsi İddiaçı verilsin. İddiaçı ödədiyi dövlət rüsumu özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Cavabdeh apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumu özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar