Məhkəmə qərarları › İş №2(103)-1979/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1979/2023

31.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1979/2023 31.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, azyaşlı iddiaçı X2 qanuni nümayəndəsi (anası) İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı irəli sürülmüş “vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 dekabr 2022-ci il tarixli qətnamədən iddiaçının qanuni nümayəndəsinin verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Nəsimi Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 15 dekabr 2022-ci il tarixli qətnamədən iddiaçının qanuni nümayəndəsinin verdiyi apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən apellyasiya qaydasında baxılan (İş № 2(103)-1979/2023. Sədrlik edən: hakim Məmmədov Məmməd Allahverdi oğlu) zaman müəyyən edilmişdir ki, iddiaçı olaraq hazırki iş üzrə cavabdehlərin cavabdeh olaraq hazırki iş üzrə iddiaçıya qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və məcburi payın bağışlanmış əmlak hesabına tamamlanması tələbləri barədə” iddialarına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qəbul etdiyi 26 oktyabr 2021-ci il tarixli qətnamədən cavabdeh olaraq hazırki iş üzrə iddiaçının qanuni nümayəndəsinin verdiyi apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatındadır (İşin əvvəlki №-si 2(103)-5632/2022. (İşin hazırki №-si 2(103)-315/2023). Sədrlik edən: hakim X3). Həmin mülki iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardaddan görünür ki, mülki işin icraatı hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, hər iki mülki iş bir biri ilə bağlıdır. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, qeyd edilən işlər bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə görə, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-nin 169 və 402-ci maddələrinin tələlərini nəzərə alan Məhkəmə QƏRARA ALDİ: Hazırki 2(103)-1979/2023 №-li mülki iş 2(103)-315/2023 №-li mülki işə birləşdirilsin və işlərə bir icraatda baxılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar