Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1981/2020 04.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X4 (sədrliyi və məruzəsilə), X12 və X13 ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, iddiaçı və digər iddiaçılar İddiaçı1, İddiaçı3 nümayəndəsi İddiaçı2, İddiaçı2 vəkili X5, Cavabdeh1 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə, Bakı şəhəri 46 saylı Notariat Kontoruna qarşı “çıxarışın, vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab olunması, çıxarışın ləğv olunması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6117/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia (dəyişdirilməsi) ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən 1990-cı ildə ölmüş İddiaçı2 Ramazan oğlunun adına xx.xx.2018-ci il tarixli, **********37-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, həmin çıxarış əsasında Bakı şəhəri 46 saylı notariat kontorunun xüsusi notariusu X1 təsdiq etdiyi xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (səh.65). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6117/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: Cavabdeh1, İddiaçı2, İddiaçı1 və İddiaçı3 ünvan 1 ünvanda qeydiyyatdadırlar (səh.14); xx.xx.1990-cı il tarixdə ölmüş X2 vərəsəsi Cavabdeh1 miras əmlakdan 1/2 hissədə pay alması barədə şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə İddiaçı2 Ramazan oğluna verilmiş **********37-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 197.2 kv.m olan fərdi yaşyış evindən və xüsusi mülkiyyətində olan 0.0404 ha torpaq sahəsindən ibarətdir. (1/2 hissə açıq saxlanılır) (səh.7, 93, 94). İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 apellyasiya şikayəti verərəkBakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-6117/2019 saylı qətnaməsinin ləğv olunması, ƏMDK yanında DƏDRX-in Bakı Ərazi idarəsi tərəfindən 1990-cı ildə ölmüş İddiaçı2 Ramazan oğlunun adma verilmiş xx.xx.2018-ci il tarixli, **********37-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, həmin çıxarış əsasında Bakı şəhəri, 46 saylı notariat kontorunun xüsusi notariusu X1 təsdiq etdiyi xx xxxxxx 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında ƏMDK yanında DƏDRXin Bakı Ərazi idarəsi tərəfindən Cavabdeh1 adma verilmiş ******* nömrəli çıxarışın ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243, 1247, 1301, 1318; İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsini (Ədalətli məhkəmə araşdırması hüququ), Azərbaycan Respublikası Konstitusiyanın 60-cı və Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinə istinadən qeyd edilmişdir ki, ƏMDK yanında DƏDRX-in Bakı Ərazi idarəsi tərəfindən 1990-cı ildə ölmüş İddiaçı2 Ramazan oğlunun adına onun ölümündən 28 il sonra, yəni xx.xx.2018-ci il tarixdə çıxarışın verilməsi qanuni sayıla bilməz. Ona görə ki, hər bir vətəndaş əmlakına dair çıxarış almaq üçün özü şəxsən müvafiq sənədlər toplamaqla və ərizə yazmaqla ƏMDK yanında DƏDRX-in müvafiq Ərazi idarəsinə müraciət etməlidir. Ölmüş şəxsin vərəsələrinin ancaq və ancaq miras əmlakı qəbul etmək və almaq hüquqları vardır. Vərəsələrin ölmüş şəxsin əmlakına çıxarış almaq və bunu həm də digər vərəsələrdən gizlətməklə almaq hüquqları yoxdur. Əgər belə bir çıxarış alınmışdırsa o etibarsız sayılmalıdır. Binəqədi rayon məhkəməsində onlar bu çıxarışın alınmasının qanuni və ya qeyri qanuni alınmasını aydınlaşdırmaq istəsələr də, buna cavab tapa bilməmişlər. Məhkəməyə cavabdehin nümayəndəsi kimi gəlmiş Lehsan Əliyev çıxarışın qanuni verilməsini izahatında bildirsə də bunun hansı qanunla tənzimlənməsini göstərə bilmədi. Əlavə olaraq Lehsan Əliyevə sual verdilər ki, çıxarış verilərkən nümayəndə evə baxmışdırmı? O, cavabında bildirdi ki, bundan məlumatı yoxdur. Bu sualın verilməsi əslində işin mahiyyəti üzrə həll olunmasına yönəlmişdi. Ona görə ki, miras qalmış ev iki mərtəbəli, dörd yaşayış otaqdan ibarət idi. Rüstəm Rüstəmov əmlakı özününkü hesab edib evdə sonradan artırma işləri apararaq evi dörd yaşayış otaqdan altı otağa artırmış, evdə əlavə dəhliz tikdirmiş, 2 hamam-tualet inşa etdirmişdir. Əlavə tikililər evin əvvəlki vəziyyətindən iki dəfə böyükdür. Miras qoyanın adına verilmiş çıxarışda isə əlavə tikililər göstərilməmişdir. Çıxarış köhnə vəziyyətə verilmişdir. Deməli, buradan belə bir nəticəyə gəlinir ki, mühəndis evə baxmadan, köhnə texniki pasport əsasında çertyoj çəkmiş və bu çertyoj əsasında da çıxarış verilmişdir. Bu özüözlüyündə çıxarışın etibarsızlığını təsdiq etmirmi? Şəhadətnamə 2-cümlədən ibarətdir. 1-ci cümləsində qeyd olunur ki, «mən, Bakı şəhəri 46 saylı notariat kontorunun xüsusi noitariusu X3 AR MM-in 1159-cu maddəsinə əsasən təsdiq edirəm ki, xx.xx.1990-cı ildə ölmüş İddiaçı2 Ramazan oğlunun vərəsəsi ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh1 miras əmlakdan 1/2 hissədə pay almalıdır». Notarius belə bir nəticəyə nəyə görə gəlməsini şəhadətnamədə açıqlamamışdır. Həmin miras əmlak xx.xx.1990-cı ildə ölmüş İddiaçı2 Ramazan oğlunun olmuşdur. Evin heç bir qeydiyyat vəsiqəsi olmamışdır. Notarius isə qeyd edir ki, həmin əmlak ölmüş şəxsin mülkiyyətində olmuşdur. Bundan başqa, şəhadətnamədə evin nəyə görə 1/2 hissəsinə cavabdehin vərəsəlik hüququnun yaranması əsaslandırılmamışdır. ev həqiqətən də xx.xx.1990-cı ildə ölmüş İddiaçı2 Ramazan oğluna məxsus olmuşdur. Mərhum İddiaçı2 Ramazan oğlunun 3 oğlu olmuşdur. Onlardan biri X6 təxminən 40 ildir ki, RF-da yaşayır və Azərbaycanla heç bir əlaqəsi yoxdur. O, miras əmlakı nə faktiki və nə də ki notariat orqanına ərizə verməməklə qəbul etməmişdir. Digər iki vərəsə olan Qəhrəman və Rüstəm Rüstəmovlara gəlincə isə miras qoyan İddiaçı2 sağlığında onların əmlaklarını özü müəyyən etmişdi. Belə ki, hazırda mübahisə predmetinə çevirilmiş ev Rüstəmov Rüstəmə və ailəsinə verilmişdi. Həmin mənzil iki mərtəbəli, dörd yaşayış otaqdan ibarət idi. Rüstəm Rüstəmov əmlakı özününkü hesab edib evdə sonradan artırma işləri apararaq evi dörd yaşayış otaqdan altı otağa artırmış, evdə əlavə dəhliz tikdirmiş, 2 hamam-tualet inşa etdirmişdir. Əlavə tikililər evin əvvəlki vəziyyətindən iki dəfə böyükdür. Notariat orqanı şəhadətnamə verərkən evə baxmamış və mövcud vəziyyəti qiymətləndirməmişdir. Digər vərəsə olan Cavabdeh1 isə İddiaçı2 sağlığında həyətdən torpaq ayırmış və ona ev tikərək vermişdir. Mərhum İddiaçı2 bunu sağlığında ona görə etmişdi ki, ölümündən sonra vərəsələrinin hər birinin ayrıca evi olsun. Cavabdeh1 ailəsi ilə birlikdə özünə məxsus olan evdə yaşayır. Biz isə özümüzə məxsus evdə. Lakin, indi Cavabdeh1 bu əlavə tikililər, o cümlədən özünün yaşadığı tikililər barədə notariusa məlumat verməmiş, onlara məxsus evin ½ hissəsinə şəhadətnamə almağa nail olmuşdur. Hər iki ev eyni həyətin torpaq sahəsində yerləşir. Onlar qonşudur. Hər biri də öz evlərində yaşayırlar. Cavabdeh1 onlara məxsus olan evin 1/2 hissəsinə şəhadətnamə verilməsi qanunsuz olmuşdur. Ona görə ki, o həmin evi nə faktiki qəbul etməmiş, nə də notariusa vaxtında müraciət etməmişdir. Cavabdeh1 qeyd olunan hüquq normasının tələblərinə əməl etməmiş, yəni sözü gedən və onların yaşadığı və mübahisə predmeti olan əmlaka faktiki sahiblik etməmiş, nə onu idarə etməmiş və nədəki Mülki Məcəllənin 1247-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə notariat orqanına müraciət etməmişdir. Belə olan halda onun adına nəyə görə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir? Bundan başqa, notarius vərəsəlik işi açarkən iştirakları nəyə görə təmin etməmişdir bizə məlum deyil. Nə Cavabdeh1 notariusa bizim mövcudluğumuz barədə məlumat verməmiş, nədəki notarius MM-in 1318-ci maddəsinə əsasən bizlərin axtarılması üçün tədbir görməmişdir. Şəhadətnamə verilərkən Mülki Məcəllənin yuxarıda sadalanan normalarının tələbləri kobud şəkildə pozulmuşdur. Onlar əvvəlki məhkəmə mübahisələri ilə bağlı sənəd və qətnamələrin surətlərini məhkəmə iclasında hakimə təqdim etsələr də hakim bunlara qiymət verməmiş, qətnamədə bunları sadalamamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və digər iddiaçılar İddiaçı1, İddiaçı3 nümayəndəsi İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək əmisi ilə problemlərinin əvvəllər olmadığını, bir həyətdə iki evin olduğunu, hal-hazırda qardaşı ilə birlikdə yaşadıqlarını, ailənin genişlənməsi ilə əlaqədar evə artırmalar etdirdiklərini, əmisinin isə həyətdə digər evi tikdirib 40 ildir orada yaşadıqlarını, əmisinin tikdiyini evin özbaşına tikili olduğunu, Binəqədi rayon Məhkəməsindən əmisinin onlara qarşı ilə iddia ərizəsi ilə müraciət etməsi barədə bildiriş aldıqdan sonra əmisinin öz adına onların yaşadığı evə dair çıxarış əldə etdiyini bildiklərini, hal-hazırda əmisinin öz atasının tikdiyi evə iddialı olduğunu, əlavə tikililəri isə sökdürmək istədiyini, həyətin yarı hissəsinin aralarında bölüşdürülməsinə və ümumilikdə miras payların cavabdehlə bərabər bölgüsünə razı olduğunu, mirasa tam və fərqli hissədə iddialı olmadıqlarını, sadəcə onların xəbəri olmadan cavabdehin evə dair sənədləri hazırladığını və onların qaldıqları evdən imtina etmələrinin istədiklərini, digər əmisi X14 Federasiyasında uzun müddətdir yaşadığını, miras evi qəbul etmədiyini son dəfə 2 il əvvəl onunla əlaqə saxladığını bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 vəkili X8 28 il sonra vəfat edən şəxsin adına çıxarışın verildiyini, çıxarış alınan zaman hər iki qardaşın adına da verilməli olduğunu, tərəflərin bir həyətdə yaşadıqlarını, torpaq sahəsinin sənədi olmadığını bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək, qardaşının vəfat etdikdən sonra onun həmin evə varis olduğunu, həyətin sahəsinin 4 sotdan ibarət olduğunu, özünün 70.0 kv.m torpaq sahəsində ev tikdirdiyini, evinin pəncərəsinin olmadığını, evə işıq düşmədiyini, bağ evindən qayıtdıqdan sonra iddiaçıların həyətdə tikililər tikdiyinin şahidi olduğunu, dövlət orqanları tərəfindən evin və torpaq sahəsinin aralarında bölüşdürülməsini, mübahisəli evdə özünün tək yaşadığını, atasının mülkü olduğunu, Notariat Kontoruna 1990-cı ilə kimi, atası sağ olana kimi həmin evdə yaşayanların siyahısı barədə forma 2 arayışı təqdim etdiyini, evə dair sənədləri gizlin toplamadığını, çıxarış verilməmişdən əvvəl əməkdaşların gəlib evi ölçüb-biçdiklərini, evə baxdıqlarını, həmçinin evə dair qazın, suyun və digər dövlət rüsumlarını ödədiyini bildirmiş və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin, Bakı şəhəri 46 saylı Notariat Kontorunun nümayəndələrinin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Mübahisə edilən hissədə apellyasiya şikayətinin sübuta yetirilməyən dəlillərinə, MMin 139-158, 1243, 1252-1257, 1262, 1269-1273, 1276, 1299-1302; MPM-in 372, 385, 386, 388 və 390-cı maddələrinə əsasən qətnamənin formal mülahizələr əsasında ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən etməyən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Qeyd edilməlidir ki, mübahisə vərəsəlik hüquqları ilə əsaslandırılsa da əslində miras əmlak üzrə naturada bölgü ilə əlaqədardır, iddiaçılar müvafiq olaraq notariat orqana müraciət edərək vərəsəlik hüquqlarını qeydiyyatdan keçirməmiş və dövlət reyestr xidmətində müvafiq paylarını qeydiyyata almamışlar. Ona görə iddiaçılar öz hüquqlarını rəsmiləşdirməli və bu zaman, və ya ondan sonra naturada cavabdehlə bölgünün müəyyən edilməsini müzakirə etməli, mübahisə yarandığı təqdirdə müvafiq məhkəməyə müraciət etməlidirlər. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 tərəfindən ödənilmiş dövlət rüsumu MPM-in 119-cu maddəsinə əsasən özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6117/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1981/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1981/2020
04.03.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver