Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1986/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 və onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoruna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 cəlb edilməklə) “razılaşma müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4731/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayırılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoruna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və X6 arasında 21 saylı dövlət notariat kontorunda bağlanan 17 dekabr 2011-ci il tarixli Razılaşma müqaviləsinin etibarsız hesab olunmasına, həmin razılaşmadan irəli gələn hüquqi nəticələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 13 may 1997-ci il tarixdə birgə nikaha daxil olub. Bu nikahdan oğlu 1996-ci il təvvəlüdlü X1, 1999-cu il təvvəlüdlü qızı X2, 2002-ci il təvvəllüdlü qızı X3, 2011-ci il təvəllüdlü oğlu X5 doğulmuşdur. 25 avqust 2021-ci il tarixdə əldə etdiyi Nərimanov Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli 2(005)-421/2020 saylı qətnaməsindən ona məlum olmuşdur ki, 17 dekabr 2011-ci il tarixdə 21 saylı dövlət notarial kontorunda yoldaşı Cavabdeh1 öz qardaşı X6 ilə Razılaşma müqaviləsi bağlayaraq Bakı şəhəri, Azadlıq prospekti 22 ünvanda yerləşən mağaza və Füzuli 79 ünvanda yerləşən zirzəmi Cavabdeh1 verilərək rəsmiləşmişdir. ünvan 3 ünvanda məhlədəki “Kaspian” TM dəki 36 saylı mağaza, Nobel prospekti 23 ünvanda “A.M.A.Y" TMdəki 7 saylı mağaza və ünvan 4 ünvanda yerləşən yeni tikili "xxxx" binadakı obyekt X4 verilərək rəsmiləşmişdir. Qeyd edir ki, nikah dövründə aşağıda göstərilən əmlakları əldə etmişlər. Daşınmaz əmlak: Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində istifadədə olan 0.1759 ha torpaq sahəsində yerləşən 22 nömrəli binanın 1-ci mərtəbəsində 186.2 kv.m ümumi, 111.1 kv.m əsas, 75.1 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsi (Cavabdeh1 adına qeydiyyatdan keçmişdir). Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti 22 ünvanda yerləşən 29.5 kv.m qeyri yaşayış sahəsi (Cavabdeh1 adına qeydiyyatdan keçmişdir) Bakı şəhəri Nərimanov rayonu, Qarabağ küçəsində istifadədə olan 0.08 ha torpaq sahəsində yerləşən 39 nömrəli binada yerləşən 100 kv.m ümumi, 76.5 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 9 nömrəli mənzil (Cavabdeh1 adına qeydiyyatdan keçmişdir) Bakı şəhəri Nəsimi rayonu, Füzuli küçəsində istifadədə olan 0.1199 ha torpaq sahəsində yerləşən 79 nömrəli binanın zirzəmisində 225.3 kv.m ümumi, 225.3 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsi (Cavabdeh1 adına qeydiyyatdan keçmişdir). Bakı şəhəri Nəsimi rayonu, 28 may küçəsi, ev 20, mənzil 79 (Cavabdeh1 adına qeydiyyatdan keçmişdir). Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsində istifadədə olan 0.082664 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 5 mərtəbəli binada, 52.4 kv.m ümumi, 35.8 kv.m əsas sahədən ibarət 2 otaqlı 16 nömrəli mənzil (Cavabdeh1 adına qeydiyyatdan keçmişdir). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4731/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh1 qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh1 cavabdeh X4 qarşı “cavabdehə verilmiş pul vəsaitləri ilə bağlı əsas və faiz borcu” tələbinə və iddiaçı Cavabdeh1 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və X4 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli 2(005)-211/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında başlanmış 2(103)-1629/2022 saylı mülki iş Bakı Apelyasiya məhkəməsinin mülki kollegiyasının (sədrlik edən hakim İkram Şirinov) icraatındadır və məhkəmə iclası 03.03.2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının icraatında olan 2(103)-1629/2022 saylı mülki işə birləşirilməsinə etiraz etdiyini bildirmişdir. Məhkəmə iclasında iclasında iştirak edən Cavabdeh1 və onun vəkili Vəkil2 ayrıayrılıqda Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının icraatında olan 2(103)- 1629/2022 saylı mülki işə birləşirilməsinə etiraz etdiklərini bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontorunun nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər, cavabdeh Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdeh Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontorunun nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, hazırki 2(103)- 1986/2021 saylı mülki iş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının icraatında olan iddiaçı Cavabdeh1 cavabdeh X4 qarşı “cavabdehə verilmiş pul vəsaitləri ilə bağlı əsas və faiz borcu,” tələbinə və iddiaçı Cavabdeh1 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və X4 qarşı “borcun tutulması” tələbinə dair 2(103)-1629/2021 saylı mülki işlə (sədrlik edən hakim İkram Şirinov) birlikdə baxılması üçün birləşdirilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının icraatında olan 2(103)- 1629/2022 saylı iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə tərəfindən - iddiaçı Cavabdeh1 cavabdeh X4 qarşı “cavabdehə verilmiş pul vəsaitləri ilə bağlı əsas və faiz borcu” tələbinə və iddiaçı Cavabdeh1 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və X4 qarşı “borcun tutulması” tələbinə dair iddialar rədd edilərkən, hazırki iş üzrə mübahisələndirilən 17 dekabr 2011-ci il tarixli Razılaşma müqaviləsinə istinad edilməklə qeyd edilmişdir ki, iddiaçının iddia etdiyi, qardaşı üçün göndərdiyi və "xxxx"a ödədiyi məbləğlər həmin razılaşmadan irəli gələn öhdəliyin icrasıdır. Bütün bu faktlar qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır və mübahisələndirilə bilməz. Göründüyü kimi sözügedən mülki işlər eyni tərəflərin iştirak etdiyi bir-biri ilə əlaqəli işlər olduqları üçün onların bir icraata birləşdirilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə kollegiyası, mülki-prosessual hüquq institutu olan “işlərin bir icraatda birləşdirilməsi” institutunun yuxarıda qeyd olunan iddia tələblərinə (mülki işlərə) münasibətdə tətbiqini həm ədalətli, həm də hüququn ümumi prinsiplərinə uyğun sayır. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan “mübahisələrə mümkün olan qısa müddətlərdə baxılması” prinsipinə də uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 və Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoruna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 cəlb edilməklə) “razılaşma müqaviləsinin etibarsız hesab edilməsi”tələbinə dair 2(103)-1986/2022 saylı mülki iş, iddiaçı Cavabdeh1 cavabdeh X4 qarşı “cavabdehə verilmiş pul vəsaitləri ilə bağlı əsas və faiz borcu” tələbinə və iddiaçı Cavabdeh1 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və X4 qarşı “borcun tutulması” tələbinə dair 2(103)-1629/2022 saylı mülki işlə birləşdirilərək 2(103)-1629/2022 nömrə altında bir icraatda baxılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Anar Tanrıverdiyev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1986/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1986/2022
02.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver