Məhkəmə qərarları › İş №2(103)-199/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-199/2024

08.07.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-199/2024 08.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: ("tikilinin qanunsuz sayılan hissəsinin sökülməsi və ara məsafənin saxlanılması”) hakimlər X4 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi Vəkil4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “tikilinin qanunsuz sayılan hissəsinin sökülməsi və ara məsafənin saxlanılması” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-365/2022 saylı işi üzrə 06 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdeh qarşı iddia (tələbinin dəqiqləşdirilməsi barədə ərizə) ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5042a saylı bağın iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5041a saylı bağ sahəsinə tərəf olan hissədə sökülməsi, həmin bağın torpaq sərhəddi ilə cavabdehə məxsus 5042a saylı bağ sahəsində tikilmiş tikili arasında ara məsafəsi qoyulması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli, 2(008)-365/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5042a saylı bağ evinin İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5041a saylı bağ evinin yerləşdiyi torpaq sahəsinin sərhəd xəttinə qədər inşa edilmiş 2,64 metr hissəsinin sökülməsi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5041a saylı bağ evinin yerləşdiyi torpaq sahəsinin sərhəddi ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5042a saylı bağ evi arasında 2,64 metr ara məsafəsinin saxlanılması barədə Cavabdeh üzərinə öhdəliyin qoyulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

3. İşin icraatı zamanı müəyyən edilmişdir : - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5041a saylı bağ evi üzərində xüsusi mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən məlum olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5042a saylı bağ evi üzərində xüsusi mülkiyyət hüququ (evin yerləşdiyi torpaq sahəsi dövlətin mülkiyyətində olmaqla) xx.xx.2020-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır; - Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5041a saylı bağ evinə dair xx.xx.2021-ci il tarixdə tərtib edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin texniki pasportuna əsasən, həmin bağ evi 1 mərtəbədən, 3 yaşayış otağından ibarət olub, ümumi sahəsi 64,74 m2-dir; - Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5042a saylı bağ evinə dair xx.xx.2019 və xx.xx.2020-ci il tarixlərdə tərtib edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin texniki pasportlarına əsasən, həmin bağ evinin texniki göstəriciləri mərtəbə sayı 1, yaşayış otağının sayı 3, ümumi sahə 238,9 m2-dir; - İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2021-ci il tarixli 10/5268 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5042a saylı bağ evinin 5041a saylı bağ sahəsi ilə arasında olan sərhəd xəttinin üzərində inşa edildiyini nəzərə alaraq, 5042a saylı bağ evi ilə 5041a saylı bağ sahəsi arasında ara məsafəsi saxlanılmamışdır. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5042a saylı bağ evinin faktiki vəziyyəti həmin bağ sahəsinə dair tərtib olunmuş texniki pasportun göstəricilərinə uyğun deyil, bağ evində daxili və xarici konstruktiv dəyişikliklərin edildiyini, aparılmış konstruktiv dəyişikliklərə dair müvafiq icra hakimiyyəti orqanlarından hər hansı bir icazə sənədlərinin olmadığını nəzərə alaraq, 5042a saylı bağ evində aparılmış tikinti işləri ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 saylı qərarı ilə təsdiq edilmiş "Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişiklik edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 3-cü və 4-cü bəndlərinin tələbləri pozulmuşdur. 5041a və 5042a saylı bağ sahələri arasında olan sərhəd hasarı həmin bağ sahələrinə dair tərtib olunmuş texniki pasportlarda qeyd olunan yerdə inşa olunmuşdur. Lakin hasarın hündürlüyünün 2.2 metrdən çox olmasını nəzərə alaraq, həmin hasar Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun deyil. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5042a saylı bağ evinin iddiaçıya tərəf olan hissəsində xarici divarın hündürlüyünün 8,8 metr olduğunu və həmin tikilinin məlumatlandırma icraatı tətbiq edilməli olan tikililərə aid olduğunu nəzərə alaraq, Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci bəndinin tələbinə əsasən 5042a saylı bağ sahəsində mövcud olan tikili ilə torpaq sahəsinin sərhəddinə qədər ara məsafəsi 2.64 metr olmalıdır. 5041a və 5042a saylı bağ sahələrinin faktiki vəziyyətdə en ölçülərinin və torpaq sahələrində yerləşən bağ evlərinin yerləşmə vəziyyətinin həmin bağ sahələrinə dair tərtib olunmuş texniki pasportda qeyd olunan göstəricilər ilə uyğun olduğunu nəzərə alaraq, 5042a saylı bağ evində aparılan tikinti işləri zamanı iddiaçıya məxsus torpaq sahəsinin hüdudlarını aşmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat müəyyən edilmişdir.

4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 365/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Şəhərsalma və Tikinti Məcəlləsinin 80; Mülki Məcəllənin 171.1, 172.3, 173.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə işə baxarkən bir sıra maddi və prosessual hüquq normalarını pozmuşdur, bir sıra maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.Hazırki mübahisənin həllinə dair qanunvericilikdə birbaşa müddəalar olduğu halda, işə baxan məhkəmə müvafiq Məcəllələrə deyil, məsələn Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 saylı qərarı xx.xx.2000-ci il tarixli 160 saylı Qərarına istinad etmişdir. Cavabdeh tərəfindən inşaat işləri məlumatlandırma icraatı çərşivəsində aparıldığı halda, tikilinin qanunsuz olduğu qənaətinə gəlmişdir. Həmin tikili torpaq sahəsinin öncəki mülkiyyətçisi tərəfindən inşa edilmiş, daha sonra torpaq sahəsinin bir hissəsi cavabdehə satılmış, cavabdeh yenidənqurma və bərpa işləri görmüşdür. Bundan sonra torpağ sahəsinin qalan hissəsi 1 il sonra iddiaçıya satılmış, iddiaçı həmin sahəni alarkən həmin tikilinin orada olmasını görmüş, əqdi bəyənərək alqı-satqı etmişdir.Yəni cavabdeh tərəfindən iddiaçının hüquqlarını pozacaq hər hansı hərəkət edilməmişdir. İddiaçı və məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən tikinti işləri lazımi icazələr alınmadan aparılıb, halbuki, cavabdeh məlumatlandırma icraatı çərçivəsində tikinti işlərini görmüşdür. İcazənin alınması qanunla nəzərdə tutulmamışdır. İddiaçı və məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən hasar çəkilməmişdir və gələcəkdə belə hasarın çəkilməsi üçün ara məsafəsi saxlanılmamışdır. Halbuki, mübahisəli tikili həmin hasar rolunu oynamışdır və həm cavabdeh həmdə iddiaçı həmin torpaq sahəsini alanda həmin tikili mövcud idi və qonşu bağ sahələrinin sərhəddi kimi çıxış edirdi. Cavabdeh tərəfindən tikiliyə qoyulmuş pəncərələr insolyasiya məqsədi ilə qoyulmuşdur və tikinti normalarına uyğundur. İddiaçı tərəfindən məhkəməyə iddia verilənə qədər hər hansı etiraz daxil olmamışdır. Belə ki, cavabdeh mülkiyyət hüququna zərər vurulmadan istənilən danışıqlara razı idi. Alqı-satqı müqaviləsi və mülkiyyət hüquqları barədə Çıxarışdan sübut olunur ki, iddiaçı hüquqları əldə etdikdə mübahisəli tikili artıq mövcud idi. Fotolardan müəyyən olunur ki, ekspert rəyi qərəzlidir, torpaq sahələri arasında hasar mövcuddur, hasarın olmadığı hissədə isə hasar rolunu mübahisəli tikili oynayır. Həmin tikili inşa edilərkən torpaq sahəsi iki yerə bölünməmişdir və nə iddiaçı nə də cavabdehin mülkiyyətində olmamışdır. Tikilinin 2,64 m hissəsinin sökülməsi tikilinin ümumiyyətlə sökülməsi deməkdir, çünki həmin hissə konstruktiv daşıyıcı xüsusiyyətə malik divardan ibarətdir, mülkiyyətində olan qanuni tikilinin sökülməsini qət edəcək əsasları yoxdur. Tikilinin hissəvi sökülməsi bütün tikilinin sökülməsi deməkdir. Məhkəmə çəkişmə prinsipini pozmuş və cavabdeh tərəfin məhkəmə iclasında iştirakını təmin etməmiş, Cavabdeh dəlilləri və iddiaya qarşı etirazı ilə tanış olmamışdır. Məhkəmə formal mülahizələrə əsaslanaraq qətnamə qəbul etmişdir. Qətnamə qəbul edilərkən tətbiq edilməli normalara istinad edilməmiş, əksinə işin mahiyyətinə aid olmayan normalar sadalanmışdır. Belə təəssürat yaranır ki, Mülki Məcəllənin 171, 172, 173- cü, Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddələrindən məlumatı yoxdur. İddiaçı məhkəməyə qeyri-dəqiq məlumat vermiş, məhkəmə yoxlanılmamış məlumat əsasında qətnamə qəbul etmişdir. İddiaçı iddia ərizəsində hadisələrin 2020-ci ildə cərəyan etdiyini bildirir, halbuki həmin torpağı 2021-ci ilin may ayında əldə etmişdir. Onun mülkiyyət hüquqları qeydə alınarkən mübahisəli tikili artıq mövcud idi. Mübahisəli tikilinin yenilənməsi (təmir-bərpası, üst mərtəbəsinin artırılması) üçün əlavə icazənin alınması tələb edilmir, bütün işlər qanuna uyğun şəkildə məlumatlandırma icraatı ilə aparılmışdır. İddiaçının bu iddianı irəli sürməkdə subyektiv hüququ yoxdur. Əgər tikili qanunsuzdursa, torpağın mülkiyyətçisi dövlət olduğu üçün belə iddianı da dövlət qaldırmalıdır. İddiaçının insolyasiya və hava axımının kəsilməsi ilə bağlı iddiaları sübut olunmamışdır, ekspert rəyində bu barədə hər hansı qeyd olunmamışdır.

5. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3487/2022 saylı işi üzrə 17 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilərək iddia rədd olunmuşdur.

6. İş üzrə birinci apellyasiya icraatı zamanı iş üzrə əlavə tikinti-texniki espertiza təyin edilmiş və məhkəmə Ekspertiza Mərkəzinin 14 sentyabr 2022-ci il tarixli, 10/3976 saylı məhkəmə tikintitexniki ekspertizasının rəyinə əsasən, 5042 "a” saylı bağ sahəsində yerləşən tikilinin nə zaman inşa edilməsinin müəyyən olunmasına dair metodika olmadığına görə qərardadın bu sualını cavablandırmaq mümkün olmamışdır. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi yerləşən 5042 "a” saylı bağ sahəsində inşa edilmiş tikilinin məhkəmə qətnaməsi ilə sökülməsi qət edilməli olan 2.64 metr hissəsinin evin əsas yükdaşıyan konstruksiyalarından olduğu müəyyən olunmuşdur. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin mütəxəssis rəyinə əsasən, yaşayış evinin 2.64 metrlik hissəsinin söküləcəyi halda evin 1 və 2-ci mərtəbələrinin bir hissəsinin və dam konstruksiyasının tamamilə qəzalı vəziyyətə düşə biləcəyi müəyyən olunmuşdur. Həmçinin qeyd olunmuşdur ki, yaşayış evinin qəzalı vəziyyətə düşməməsi üçün 4.6 metrlik aşırımı sökülə bilər ki, bu da müvafiq qaydada hazırlanmış və aidiyyatı orqanlar ilə razılaşdırılmış gücləndirmə və yenidənqurma layihəsi əsasında aparılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat müəyyən edilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3487/2022 saylı işi üzrə 17 oktyabr 2022-ci il tarixli qətnaməsi qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-583/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 oktyabr 2022-ci il tarixli, 2(103)- 3487/2022 saylı qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Qərarda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 171.1, 172.3, 173.1; Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 88, 217.3, 217.4, 407.2, 416.1, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddələrinə istinadən qeyd edilmişdir ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər qonşudurlar, xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, istifadədə olan 0.027048 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 238.9 kv.metr olan 5042 "a” saylı bağ evi cavabdehin, 24 may 2021-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, mülkiyyətdə olan 0.12 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 64.74 kv.metr olan 5041 "a” saylı bağ evi isə iddiaçının xüsusi mülkiyyətindədir. Hazırda iddiaçı, mülkiyyətində olan bağ sahəsini satın alarkən üç tərəfdən hasara alındığını, bir tərəfdən isə cavabdehə aid kiçik bir tikilinin bağ sahəsini ayırdığını, 2020-ci ildə sonuncunun həmin tikilini sökərək üstündə iki mərtəbəli ev tikdiyini, evin altı pəncərələrinin birbaşa onun həyətinə tərəf açıldığını, cavabdehin evi ilə onun bağ sahəsi arasında hasar üçün yer qoyulmadığını, ara məsafəsinin saxlanılmadığını, tikilinin onun mülkiyyətində olan torpaq sahəsi zəbt edilməklə inşa edildiyini, onun tikdiyi evin altında yerləşən torpaq sahəsinin isə dövlət mülkiyyətində olduğunu, cavabdehin tikinti qaydalarını pozmaqla tikinti işləri apardığını göstərib, mülkiyyətində olan bağ sahəsinə tərəf bitişik cavabdeh tərəfindən inşa edilmiş tikilinin sökülməsi, ona məxsus bağ sahəsinin sərhədi ilə cavabdehə məxsus bağ sahəsində inşa edilmiş tikililər arasında ara məsafəsinin saxlanılması vəzifəsinin cavabdehin öhdəsinə qoyulmasını iddia edir. Cavabdeh isə 2020-ci ildə tikinti işəri aparmaqla iddiaçının hüquqlarını pozmadığını, sonuncunun bağ sahəsi üzərində mülkiyyət hüququnun sonradan 24 may 2021ci il tarixdən əmələ gəldiyini, yəni iddiaçı bağ sahəsini satın alarkən mübahisəli tikilinin artıq mövcud olduğunu, iddiaçının həmin tikilini görüb, bəyənib, buna razılığını ifadə etdiyini, mübahisəli tikilinin iddiaçı ilə aralarında hasar rolunu oynadığını, qonşu bağ sahələrinin sərhəddi kimi çıxış etdiyini göstərib, iddiaya etiraz edir. Əvvəla, apellyasiya instansiyası məhkəməsi, tərəflərin bağ sahələrini satın alarkən mübahisəli tikilinin artıq mövcud olduğunu, həmin tikilinin qonşu bağ sahəsinin sərhəddi-hasarı rolunda çıxış etdiyini, tikili inşa edilərkən torpaq sahəsinin iki yerə bölünmədiyini və sair qeyd etsə də, gəldiyi nəticəni kifayət qədər əsaslandırmayıb, sərhəd-hasar rolunda çıxış etmiş həmin tikilinin əvvəl hansı hündürlükdə olmasını və sonradan cavabdeh tərəfindən həmin tikilinin üzərində hər hansı tikilinin aparılıbaparılmamasını, mübahisəsi gedən tikilinin Çıxarışa əsasən cavabdehin mülkiyyətində olubolmamasını, tikilinin qonşu kimi iddiaçının qanınla qorunan hüququnu pozub-pozmamasını, həmin tikilinin iddiaçının öz bağ sahəsindən istifadə etməsində bu və ya başqa şəkildə maneçilik yaradıb- yaratmamasını və sair işin hallarını lazımi şəkildə araşdırmayıb və gəldiyi nəticəni 14 sentyabr 2022-ci il tarixli ekspert rəyi ilə əsaslındarmağa çalışsa da, 24 noyabr 2021-ci il tarixli ekspert rəyini nəyə görə mötəbər sübut kimi qəbul etməməsini qətnamədə əsaslandırmayıb və ümumiyyətlə həmin rəylər arasındakı ziddiyyətlərə aydınlıq gətirməyib. Belə ki, işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, sözügedən tikili tərəflərin bağ sahələri arasında olan sərhəd xəttinin üzərində inşa edilib, bağ sahələri arasında ara məsafəsi saxlanılmayıb,cavabdehin bağ evinin faktiki vəziyyəti həmin bağ sahəsinə dair tərtib olunmuş texniki pasportun göstəricilərinə uyğun deyil, habelə bağ evində daxili və xarici konstruktiv dəyişikliklər edilib, aparılmış konstruktiv dəyişikliklər barədə müvafiq icra hakimiyyəti orqanından hər hansı bir icazə sənədi alınmayıb, 5041 "a” və 5042 "a” saylı bağ sahələri arasında olan sərhəd hasarı həmin bağ sahələrinə dair tərtib edilmiş Texniki Pasportlarda qeyd olunan yerdə inşa olunub. Lakin, hasarın hündürlüyü 2.2 metrdən çoxdur və həmin hasar Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun deyil. 5042 "a” saylı bağ evinin iddiaçıya tərəf olan hissəsində xarici divarın hündürlüyü 8,8 metrdir. Belə olan halda Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsinə əsasən 5042 "a” saylı bağ sahəsində mövcud olan tikili ilə torpaq sahəsinin sərhəddinə qədər olan ara məsafəsi 2.64 metr olmalı idi. 5042 "a” saylı bağ evində aparılan tikinti işləri iddiaçıya məxsus torpaq sahəsinin hüdudlarını aşmamışdır. Məhkəmə Ekspertiza Mərkəzinin digər 14 sentyabr 2022-ci il tarixli ekspert rəyindən isə görünür ki, metodika olmadığı üçün cavabdehə məxsus 5042 "a” saylı bağ sahəsində yerləşən tikilinin nə vaxt inşa edilməsini müəyyən etmək mümkün olmamışdır. Cavabdehə məxsus 5042 "a” saylı bağ sahəsində inşa edilmiş tikilinin 2.64 metr hissəsinin sökülməsi evin əsas yükdaşıyan konstruksiyası hesab olunur və həmin hissə söküldüyü halda evin 1 və 2-ci mərtəbələrinin bir hissəsi və dam konstruksiyası tamamilə qəzalı vəziyyətə düşə bilər. Həmin evin qəzalı vəziyyətə düşməməsi üçün 4.6 metr aşırım sökülə bilər ki, bu da müvafiq qaydada hazırlanmış və aidiyyatı orqanlar ilə razılaşdırılmış gücləndirmə və yenidən qurma layihəsi əsasında aparıla bilər. Mülki Prosessual Məcəlləsinin 97.1, 102.1 və 102.2-ci maddələrinin mənasına görə məhkəmə, mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə elm, texnika, incəsənət və ya digər peşə (sənət) sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda ekspertiza; ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda əlavə ekspertiza; əsassızlığına ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilr. Göründüyü kimi, mülki prosessual qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməsə də, formalaşmış məhkəmə təcrübəsi nəticəsində belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən sualların aydınlaşdırılması üçün iş üzrə ekspertiza təyin edilə bilər. Nəzərə alınmalıdır ki, ayrı-ayrı hallarda ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, bu hal da ekspert rəyinin "xüsusi”, "müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz və ekspertin rəyi də məhkəmə iclasında tədqiq edilməli və işə əlavə edilmiş digər sübutlarla yanaşı qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 103.1 və 205.1-ci maddələri). Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsaslılıq baxımından Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin tələblərinə cavab vermir. Qətnamənin əsaslılığı dedikdə - qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar mülki iş materiallarına uyğun olsun. Digər tərəfdən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Həmin Məcəlllənin 69.5-ci maddəsində göstərilir ki, ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.1. divar hündürlüyünün 0,6 hissəsi; 69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; Həmin Məcəllənin 69.8-ci maddəsində göstərilir ki, ara məsafəsi ilə bağlı müfəssəl qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 71.1 -ci maddəsinə görə, ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir. Həmin Məcəllənin 71.2ci maddəsinə görə, tikinti obyektində bərpa işləri aparılarkən qonşular arasındakı razılığa, belə razılıq olmadığı təqdirdə isə tərəflərdən birinin ərizəsi ilə məhkəmənin qərarına əsasən mövcud ortaq divar layihəyə uyğun olaraq sökülə və yenidən bərpa edilə bilər. Həmin Məcəllənin 72.1 -ci maddəsinə əsasən qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, tərəflərin mülkiyyətlərində olan bağ-torpaq sahələrini biri-birindən ayıran hasarın (divarın) hüquqi vəziyyətinə aydınlıq gətirmədən, onun ortaq və ya yanaşı divar olub-olmadığını aydınlaşdırmadan, tərəflərin bağ-torpaq sahələrini ayıran həmin hasarın həm əvvəlki, həm də sonrakı hündürlüyünü, iddiaçının buna faktiki razılıq verib-vermədiyini, habelə divarın hündürlüyündən asılı olaraq bağ sahələri arasındakı ara məsafəsinin gözlənilibgözlənilmədiyini,ən əsası cavabdeh tərəfindən aparılan tikilinin iddiaçının qanunla qorunan hüququnu pozub-pozmadığını dəqiqləşdirmədən, yalnız cavabdehin irəli sürdüyü arqumentələrlə kifayətlənərək iddianın əsassız olması nəticəsinə gəlib. Bu baxımdan, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

9. Bakı Apellyasiya Məhkəməsinin iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri Sabunçu Rayonu İcra Hakimiyyəti cəlb edilməklə, mülki iş üzrə əlavə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 29 mart 2024-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir: qərardadın birinci və ikinci sualları üzrə: Dövlət reyestrində aparılmış qeydiyyatlara, rəsmi texniki göstəricilərə müvafiq Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 504ra" saylı və Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5042 “a" saylı bağ sahəsinin (bağ evinin və ya digər tikililərin) yerləşməsinin faktiki vəziyyətinin reyestrdə olan qeydiyyatlara (koordinatlara) uyğunluğunun müəyyən edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5041 “a” saylı bağ sahəsinə tərəf olan hissədə cavabdehə məxsus 5042 "a” saylı bağ sahəsində yerləşən tikilinin dövlət reyestrində aparılmış qeydiyyatlara alınması və alındığı təqdirdə nə vaxt alınmasının müəyyən edilməsi məhkəmə tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının predmetinə aid olmadığından bu suallar üzrə tədqiqat aparılmır. Həmin məsələlər Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu göndərilməklə müəyyən edilə bilər. Qərardadın üçüncü və dördüncü sualları üzrə: - Bakı şəhəti, sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5042”a” saylı bağ evinin(tikilnin) sonradan inşa edilmiş ekinci məryəbəsinin, həmin mərtəbədə iddiaçının mülkiyyətində oian Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5041 “a” saylı bağ sahəsinə tərəf yerləşən 9 x 10 m ölçüdə otaqda quraşdırılmış 2 ədəd 0.9 x 2.8 metr ölçüdə və 2 ədəd 1.2 x 3.8 metr ölçüdə pəncərələrin cavabdehə məxsus 5042 "a” №-li bağ evinə dair tərtib olunmuş xx.xx.2019-cu il tarixli, **********63-11301 reyestr nömrəli "Texniki Pasport’’-a uyğun olmadığı (həmin hissə texniki pasportda nəzərdə tutulmamışdır) müəyyən edilmişdir. Eyni zamanda iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5041 "a" saylı bağ sahəsinə dair tərtib edilmiş xx.xx.2021-cİ il tarixli **********40-11301 reyestr nömrəli Texniki Pasportunda qeyd olunan koordinatları 5041 "a" və 5042 "a" №-li bağ sahələrinin faktiki koordinatları ilə müqayisəli şəkildə tədqiq etdikdə, 5041 "a" №-li bağ sahəsinin texniki pasportunda qeyd olunan koordinatlar daxilində yerləşən 29 kv.m torpaq sahəsinin (iddiaçı və cavabdeh arasında mövcud sərhəd hasarı boyunca yerləşən torpaq sahəsi) cavabdehin istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur. Qərardadın beşinci sualı üzrə: Cavabdehə məxsus 5042 “a” №-lİ bağ evinə dair xx.xx.2019-cu il tarixli **********63-11301 reyestr nömrəli “Texniki Pasporf’da torpaq sahəsinə girişdən sol tərəfdə “A” literli bir mərtəbəli fərdi yaşayış evinin mövcud olduğu göstərilmişdir. Baxış zamanı isə həmin ünvanda iki mərtəbəli bağ evinin tikildiyi və evin iddiaçıya tərəf olan hissəsində xarici divarının hündürlüyünün 8,8 metr olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1 bəndinin tələbinə əsasən, xarici divarının hündürlüyü 8,8 metr olan yaşayış evlərindən torpaq sahəsinin sərhəddinə qədər ara məsafəsi 2.64 metr nəzərdə tutulur. Bununla yanaşı qeyd olunur ki, 5042 “a” №-li bağ evinə dair xx.xx.2019-cu il tarixli **********63-11301 reyestr nömrəli "Texniki Pasport”da qeyd olunan bağ evində daxili və xarici konstruktiv dəyişikliklərin edildiyini, əlavə ikinci mərtəbənin inşa edildiyini və aparılmış konstruktiv dəyişikliklərə dair müvafiq icra hakimiyyəti orqanlarından hər hansı bir icazə sənədlərinin olmadığını nəzərə alaraq, 5042 “a” saylı bağ evində aparılmış tikinti işlər ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-cİ il tarixli, 160 №-li qərarı ilə təsdiq edilmiş "Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın üçüncü və dördüncü bəndlərinin tələblərinə riayət olunmadığı müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir.

10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir: Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5041 “a” saylı bağ evinin torpaq sahəsi sənəd üzrə 1200,0 kv.m olsa da, faktiki olaraq hasar daxili 1260,0 kv.m təşkil edir. Bundan başqa qeyd olunan hər iki bağ evinin yerləşməsi arxiv texniki pasporta uyğundur. Milli Qeydiyyat Sisteminə əsasən (MQS) Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5042 “a” saylı bağ evi **********63-11301 reyestr nömrəsi ilə xx.xx.2017-ci il tarixdə X1 adına qeyd olunmuş, daha sonra özgəninkiləşdirilmişdir. Hazırda qeyd olunan 5042 “a” saylı bağ evi Cavabdeh xüsusi mülkiyyətindədir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5042 “a” saylı bağ evinə verilmiş xx.xx.2020-cı il tarixli, 04/5519 inventar nömrəli arxiv texniki pasport bağ evinin faktiki yerləşmə mövqeyinə uyğundur ( hüquq sahibi Cavabdeh).

11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən, göstərilən 5041a saylı bağ evinin həyətyanı torpaq sahəsi çıxarışa və texniki pasporta əsasən 0.12 ha olsa da, faktiki hasardaxili 0.1260 ha təşkil edir. Həmçinin xx.xx.2021-ci il tarixli texniki pasportda koordinatlardan 2-si xətalı verildiyindən (3 və 4 nöqtəsi) həmin nöqtələr 5042a saylı bağ evinə məxsus torpaq sahəsinin hüdudları daxilində düşür. Həmin cədvəldəki koordinantlara əsasən torpaq sahəsi texniki səhv olaraq 0.1289 ha təşkil edir. Bağlar arasında hər hansı zəbt olunma mövcud deyil. Belə ki, 5042a saylı bağ evi mülkiyyət hüquqi ilə özünə məxsus olan 0.12 ha torpaq sahəsində inşa edilmişdir.

12. Məhkəmə kollegiyası tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5041 “a” saylı və 5042”a” bağ evlərinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsinin iştirakı ilə yerində müayinə aparılmışdır.

13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən, göstərilən 5041a saylı bağ evinin həyətyanı torpaq sahəsi çıxarışa və texniki pasporta əsasən 0.12 ha olsa da, faktiki hasardaxili 0.1260 ha təşkil edir. Həmçinin xx.xx.2021-ci il tarixli texniki pasportda koordinatlardan 2-si xətalı verildiyindən (3 və 4 nöqtəsi) həmin nöqtələr 5042a saylı bağ evinə məxsus torpaq sahəsinin hüdudları daxilində düşür. Həmin cədvəldəki koordinantlara əsasən torpaq sahəsi texniki səhv olaraq 0.1289 ha təşkil edir. Bağlar arasında hər hansı zəbt olunma mövcud deyil. Belə ki, 5042a saylı bağ evi mülkiyyət hüquqi ilə özünə məxsus olan 0.12 ha torpaq sahəsində inşa edilmişdir.

14. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli iclasında iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin yer quruluşu üzrə mühəndisi X2 mübahisələndirilən tikilinin birinci mərtəbəsinin nümayəndəsi olduğu qurum tərəfindən qeydiyyata alındığını, ikinci mərtəbinin qeydiyyata alınması üçün vətəndaş tərəfindən müraciət olunmadığından qeydiyyatın aparılmadığını qeyd etmiş, iki bağ sahəsi arasında ara məsafənin olub-olmamasına, tikintiyə icazə verilibverilməməsinə dair məsələnin müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll edilməli olduğunu bildirmişdir. Hər iki tərəfin torpaq sahəsinin öz istifadəsində olduğunu və bundan əlavə, iddiaçı tərəfindən torpaq sahəsi alınarkən artıq bir mərtəbəli tikilinin mövcud olduğunu, pəncərələrinin iddiaçının torpaq sahəsinə baxdığını qeyd etmişdir. Tərəf yenidən müraciət etdiyi təqdirdə texniki pasporta olan xətalı koordinantlarla bağlı düzəlişlərin ediləcəyini bildirmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil4 iddiaçı torpaq sahəsini alarkən mübahisəli tikilinin yerində olduğunu, pəncərələrinin də onun torpaq sahəsinə baxdığını, tikilinin yerləşməsinə dair hər hansı dəyiliklik olmadığını, sadəcə olaraq mövcud tikilinin üzərinə bir mərtəbə əlavə edildiyini, əsas sütünların yerdəyişməsinin edilmədiyini, 1992-ci ildə verilmiş çıxarışa əsasən, texniki pasporta uyğun olaraq yerində qaldığını bildirmiş, həmin dövrdə qanunvericiliyə uyğun olaraq qonşu sahə ilə ara məsafənin saxlanılması zərurəti olmadığından çıxarış və texniki pasport verildiyini qeyd etmişdir. Mövcud tikili üzərində tikinti işlərinin aparılmasına iddiaçı tərəfindən torpaq sahəsinin alğı-satqısı edilməmişdən əvvəl başlanılması halının və iş üzrə mövcud olan ekspert rəylərinə əsasən həmin tikilidə hər hansı dəyişikliyin edilməsinin onun təmamilə məhv olmasına gətirib çıxaracağının məhkəmə kollegiyası tərəfindən nəzərə alınmasını xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 torpaq sahələrinin əvvəllər vahid torpaq sahəsi olduğunu və bu səbəbdən orda tikilinin mövcud olduğunu, ona dair sənədin də köhnə verilmiş sənəd olduğunu bildirməklə, cavabdehin köhnə tikilinin üzərində təsdiq edilmiş layihə olmadan tikinti işləri apardıqlarını qeyd etmişdir. Tikinti işlərinin tikinti normalarına uyğun olmadan, ara məsafə qoyulmadan aparılmasına dair ekspert rəyinin mövcud olduğunu bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən zəbt edilmə halının olmadığı bildirilsə də, hazırda qüvvədə olan texniki pasportun mövcud olduğunu qeyd etmiş, əgər hər hansı texniki səhv varsa, bu halda texniki pasportda müəyyən dəyişikliklərin edilməli olduğunu, vətəndaşın etimad hüququnun pozulduğunu bildirmişdir. Apellyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

17. Qeyd: tərəflər arasında barışığın müzakirəsi zamanı iddiaçı tərəf onlara 50000 manat kompensasiya verilməklə və pəncərələr bağlanmaqla razılığa gələ biləcəklərini təklif etmiş, cavabdeh tərəf isə 5000 manat kompensasiya verməklə və pəncərələr bağlanmaqla razı ola biləcəklərini bildirmiş, iddiaçı tərəf razılaşmamış, sonrakı prosesdə cavabdeh tərəf iddiaçının bağ sahəsini 180000 manata almaqla bağlı təklif etmiş, iddiaçı tərəf təklif edilmiş məbləği ağlabatan hesab etməyərək qəbul etməmiş və nəticədə barışıq baş tutmamışdır.

18. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2021-ci il tarixli məktubun surətinə əsasən müəyyən edilir ki, idarənin arxivində mövcud olan sənədlərə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən 0.10 hektar 5042 a nömrəli bağ sahəsi üzərindəki tikililərlə keçmiş X3 və İstismarı Birliyi ilə bağlanmış xx.xx.1990-cı il tarixli 27079 nömrəli müqavilə ilə X5 icarəyə verilmiş və həmin müqavilə əsasında 5042 a nömrəli bağ evi xx.xx.1997-ci il tarixində onun adına qeydiyyata alınmışdır. Təqdim edilmiş X3 və İstismarı Birliyi ilə bağlanmış xx.xx.1990-cı il tarixli bağın icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən 0.10 hektar 5042 a ömrəli bağ sahəsi X5 (ailə üzvləri Dilarə, Kifayət, İradə, Kəmalə) icarəyə verilmiş və təsdiq edilmiş cizginin surətinə əsasən, iddiaçının bağ sahəsinə bitişik cavabdehə məxsus sahədə tikili mövcud olmuşdur.

19. Daşınmaz Əmlakın alğı-satqısına dair xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5042 "a” saylı bağ sahəsi X6 tərəfindən Cavabdeh satılmışdır.

20. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5042 "a” saylı bağ evinə dair Cavabdeh adına xx.xx.2019 və xx.xx.2020-ci il tarixlərdə tərtib edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Texniki Pasportlarına əsasən, müəyyən edilir ki, həmin bağ evi 1 mərtəbədən, 3 yaşayış otağından ibarət olub, ümumi sahəsi 238,9 kv.metrdir. Apellyasiya baxışının hədləri:

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdə keçirilməlidir: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

23. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

24. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 20 mart 1952-ci il Əlavə protokolunun tələblərinə əsasən: 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələrinə əsasən: 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. 171.3. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. 172.1. Qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin. 172.2. Torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. 172.3. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. 172.4. Qonşuluq hüququnun göstərişlərini pozan binalara çıxıntılı binalar haqqında qaydalar tətbiq edilir. 173.1. Başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər. 173.2. Üst tikiliyə hüquq daşınmaz əmlakın dövlət reyestrində servitut kimi qeydə alına bilər. 173.3. Əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər. 173.4. Əgər qonşu sahədən binanın uçub torpaq sahəsinə tökülməsi təhlükəsi varsa, mülkiyyətçi qonşudan həmin təhlükənin qarşısının alınması üçün lazımi tədbirlər görməyi tələb edə bilər. 572.1. Alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. 572.2. Bu Məcəllənin 572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir. 648.2. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 649.Satılmış daşınmaz əşyanın uyğunsuzluğu müqaviləyə uyğun olmamasından savayı həmin əşyaya aid artıq mövcud olmayan hüquqların daşınmaz əmlakın dövlət reyestrində göstərildiyi halda da baş verir.

26. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən:. 73.1. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır. 80. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü " 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur.

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri” nə görə: 2.1. Mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən,razılaşdırılmasından,dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. 2.2. Mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. 2.3. Mərzçəkmə işləri aşağıdakı hallarda aparılır: 2.3.1. yerquruluşu işləri aparılan zaman torpaq sahələrinin sərhədləri yerdə (naturada) müəyyən ediləndə və bərkidiləndə; 2.3.2. qanunvericiliyə uyğun olaraq fiziki və hüquqi şəxslər tərəfindən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində hüquqlar ilk dəfə əldə edildikdə; 2.3.3. torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda; 2.3.4. hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda; 2.3.5. torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə. 2.4. Mərzçəkmə işlərində aşağıdakılara istinad edilir: 2.4.1. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə; 2.4.2. “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə; 2.4.3. “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na; 2.4.4. “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na; 2.4.5. torpaq sahəsinin fiziki və ya hüquqi şəxsə verilməsi barədə səlahiyyətli orqanların qərar və sərəncamlarına; 2.4.6. torpaq sahəsinin alqı-satqı müqaviləsinə və digər əqdlər barədə məlumatlara; 2.4.7. torpaq sahəsinin sərhədləri ilə əlaqədar mübahisənin mövcudluğu haqqında sənədlərə; 2.4.8. torpaq sahəsinin sərhədinin plan-ölçüsünə və ya kadastr xəritələrinə; 2.4.9. topoqrafik, torpaq kadastrı, yerquruluşu, meşə quruluşu (ortofotoplan, bələdiyyələrin hüdudlarına dair xəritələr, torpaq islahatına dair kompleks yerquruluşu layihələri (sxemləri) və s.) plan və xəritələrinə; 2.4.10. dövlət geodeziya-istinad məntəqələrinin (bundan sonra — DGİM), daimi istinad stansiyalarının (bundan sonra — DİS) və dayaq mərz nişanlarının (bundan sonra — DMN) adları, koordinatları və yerləşmə sxemlərinə; 2.4.11. dövlət torpaq kadastrının məlumatlarına; 2.4.12. qanunvericilikdə nəzərdə tutulmuş digər normativ aktlara və sənədlərə.

29. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəllənin 139, 152, 157, 158, 180, 560; Azərbaycan Respublikasında mülkiyyət haqqında Azərbaycan Respublikasının Qanununa; İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 20 mart 1952-ci il tarixli Protokolun 1-ci maddəsinə; Mülki Prosessual Məcəllənin 2, 8-14, 76, 77, 80-82, 106.2, 217.4, 385-390, 420-ci maddələrinə əsasən diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları üzrə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmayaraq sübutlara (mötəbərliyinə) düzgün qiymət verilməmiş, qətnamədə göstərilmiş nəticələr iş üzrə müəyyən edilmiş hallara tam uyğun gəlməmiş, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla əhatə edilərək, müəyyən edilmiş faktlardan və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticə hasil olunmuşdur. Belə ki, iddianın təmin edilməsi iddiaçının qonşuluq münasibətlərinə və sonradan (məhdudlaşmış) mülkiyyət hüquqlarının əldə edilməsinə rəğmən, cavabdehin əmlak mənafelərinin əhəmiyyətli pozuntusu ilə nəticələnən hüquqdan sui-istifadəyə şərait yaradan hal kimi hüquqların və onlara yönəlik məhdudiyyətlərinin mütənasibliyinin pozulmasına xidmət etmiş olar. İşin yenidən araşdırılması zamanı mübahisənin razılıq yolu ilə həll etmək üçün tərəflərin qarşılıqlı təklifləri üzrə barışığın əldə edilməsi mümkün olmamışdır.

30. Qeyd edilməlidir ki, Mülki Məcəlləsinin 152, 157.4, 180.4; Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1, 73.1-ci maddələrinə istinad edilən birinci instansiya məhkəməsinin qətnaməsində iddiaçının tələbinin dəqiqləşdirmə verilməsinə dair əsaslandırma aparmamasına aydınlıq gətirilməmişdir. Qeyd edilən maddi hüquq normalarını əks etdirən qanunvericilik aktlarının qəbul edildiyi zaman tikilinin artıq mövcud olduğu və tərəflərlər arasında münasibətlərin hələ yaranmadığı və bu qanunvericiliyin müddəalarının tətbiqi mümkünlüyünün yalnız mülki hüquqların daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydə alındığı zamandan sonra tənzimlənməsi mümkünlüyü nəzərə alınmamışdır. Belə ki, təqdim edilmiş X3 və İstismarı Birliyi ilə bağlanmış xx.xx.1990-cı il tarixli icarə müqaviləsi və cizgidən, habelə iş materiallarından görünür ki, tərəflər arasında münasibətlərin yarandığı zamandan çox öncə mübahisə edilən tikilinin birinci mərtəbəsi mövcud olmuşdur. İddiaçı mübahisə edilən tikilinin mövcudluğu halında cavabdehdən sonra ona bitişik bağ sahəsini əldə etmişdir.

31. İddia tələbi həcmi tikilinin ikinci mərtəbəsinin və ya pəncərələrin sökülməsi deyil, ara məsafəsi saxlanılması baxımından onun bağ sahəsinə tərəf olan hissədə sökülməsini əhatə edir. Bu zaman iddiaçının hansı mənafeyinin pozulması sübuta yetirilmir. Mübahisəli tikilinin hasar xəttinin üzərində olduğu öz təsdiqinin tapır və müvafiq dövlət qurumunun mövqeyinə görə texniki sənədlərdə ölçülərlə bağlı səhvlərə müvafiq olaraq düzəliş edilə bilər. Ümumiyyətlə, tikiliyə əsas olmuş dövlət qeydiyyatı müvafiq olaraq mübahisələndirilməmiş və mülki icraat (prosessual tələblər) həddində mövcud olan qeydiyyatın qanuniliyinin yoxlanılması hazırki işə baxan məhkəmənin səlahiyyətlərinə aid deyildir. Bununla yanaşı, cavabdeh tərəfindən iddiaçının bağ sahəsinə yönəlik pəncərələr və inşa edilmiş ikinci mərtəbə iddia tələbinin predmetinə aid olmadığından bunların müzakirəsi mülki prosessual cəhətdən yolverilməzdir. Halbuki, tələbin təmin edildiyi təqdirdə tələbə aid olmayan cavabdehin əmlak hüquqlarının pozulması (hüquqların məhdudlaşması) hamıya bəlli olan haldır. Belə ki, tikilinin 2,64 m2 hissəsinin sökülməsi konstruktiv daşıyıcı xüsusiyyətə malik divarın sökülməsinə, bununla da, bütün tikilinin yenidən qurulmasına zərurət yaradacaqdır. Tikilinin qonşu kimi iddiaçının qanunla qorunan hüququnu pozub-pozmamasını, həmin tikilinin iddiaçının öz bağ sahəsindən istifadə etməsində bu və ya başqa şəkildə maneçilik yaratması sübuta yetirilmir. Ekspert rəylərdəki qismən fərqli mövqelər təyinatı üzrə təsbit edilən suallarla və torpağa dair texniki sənədlərdə olan uyğunsuzluqlarla bağlıdır. Buna baxmayaraq, kassasiya instansiya məhkəməsinin göstərişlərinə müvafiq əlavə ekspertiza və mütəxəssislərin iştirakı ilə yerində aparılan müayinə zamanı və tərəflərin mövqelərinin (təqdim etdiyi sübutların) təhlili, habelə iddiaçının torpaq sahəsində qonşu ilə bitişik və ya yaxınlıqda hər hansı tikilinin (və ya təsdiq edilmiş lahiyəsinin və s.) olmaması tələbin ziyan vurmaq səciyyəsini daşıdığını şərtləndirir. Belə ki, cavabdehə məxsus 5042 “a” №-li bağ evinə dair torpaq sahəsinə girişdən sol tərəfdə bir mərtəbəli fərdi yaşayış evinin mövcud olduğu göstərilsə də, həmin ünvanda iki mərtəbəli bağ evinin tikildiyi və cavabdehə məxsus ikinci mərtəbə olduğu, hər iki bağ evinin yerləşməsinin arxiv texniki pasporta uyğun olduğu, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5042 “a” saylı bağ evinə verilmiş xx.xx.2020-cı il tarixli, 04/5519 inventar nömrəli arxiv texniki pasportun bağ evinin faktiki yerləşmə mövqeyinə uyğun olduğu (hüquq sahibi Cavabdeh), cavabdehə məxsus tikilinin tərəflərin bağ sahələri arasında olan sərhəd xəttinin üzərində inşa edildiyi, bağ (torpaq) sahələri və tikilinin yerləşməsi (ara məsfələr) isə yaranan münasibətlərdən öncə mövcud olduğu, cavabdeh tərəfindən aparılan tikilinin iddiaçının qanunla qorunan hüququnun pozulmasının sübuta yetirilmədiyi müəyyən edilmişdir.

32. Beləliklə, iddia əsassız olduğundan, habelə kompensasiya və sair əvəzləşdirmə tələbi olmadığından, hazırki mərhələdə isə barışıqla (müəyyən kompensasiya və s.) mübahisəni həll etmək mümkün olmadığından, iddianın əsasları faktiki münasibətlərə müvafiq qanunvericiliyin tələblərinə uyğun gəlmədiyindən (dispozitiv imkandan sui-istifadəyə şərait yaratdığından) apellyasiya şikayəti təmin edilərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməli olması, məhkəmə xərclərinin onu ödəyən şəxslərə, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərinin isə iddiaçıya aid edilməsi qənaəti formalaşır.

33. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 365/2022 saylı işi üzrə 06 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “tikilinin qanunsuz sayılan hissəsinin sökülməsi və ara məsafənin saxlanılması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 200 (iki yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar