Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1992/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 Rəcəbəli oğlunun, onun nümayəndəsi və vəkili X2 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(008)-1494/2020 saylı qətnaməsindən Cavabdeh1 Rəcəbəli oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Rəcəbəli oğlu və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı vərəsələr tərəfindən mirasın qəbul faktının müəyyən edilməsi, daşınmaz əşyaya dair verilmiş Çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1956-cı il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır. Onun atası X26 xx xxxxxx 1989-cu ildə vəfat etmiş və bu fakt 473823 saylı ölüm haqqında şəhadətnamədə 308 nömrəsi ilə qeyd olunmuşdur. Sabunçu rayonu, Vişnyovka bağ massivində yerləşən 493 saylı, ölçüsü 2500 kv.m olan bağ sahəsi onun atasına məxsus olmuşdur. Həmin bağ sahəsi iki hissədən ibarətdir. 493 A və 493 В saylı bağ evləri olmaqla, hər birinin ayrıca giriş-çıxışı, torpaq sahəsi və binası vardır. Atası öldükdən sonra o, faktiki olaraq, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi 493 В saylı ünvanda yerləşən bağ sahəsində yaşamış və atasının mirasını faktiki olaraq qəbul etmişdir. Bağ sahəsi qardaşı X19 ilə onun arasında 1140 və 1360 kv.m olmaqla ayrı-ayrı hasarlanaraq bölünmüşdür. Həmin sahənin atasına məxsusluğu icarə müqaviləsi ilə tanındığından bir müddət sonra ailə üzvləri razılaşıblar ki, müqavilə qardaşları X19 ilə təzələnsin və mülkiyyətə dair çıxarış əldə etdikdən sonra həmin ərazinin öz aralarında bölgüsünü həyata keçirsinlər. İş üzrə sənədlərə əlavə edilmiş 2168 saylı, xx xxxxxx 2002ci il tarixli müqavilədən görünür ki, X13 və istismarı birliyinin direktoru ilə qardaşı Kərimov X16 rayonu, Vişnyovka bağ massivində yerləşən 493 saylı bağ sahəsinin icarəsi ilə bağlı razılığa gəlmişlər. Həmin müqavilədə onunla A və ya В sahəsi ilə müqavilə bağlanması dəqiqləşdirilməmişdir. Eyni zamanda X19 həmişə A sahəsində yaşamış, X8 493 saylı bağ evinin В sahəsinə heç bir aidiyyəti olmamışdır. Həmin sahəni həmişə iddiaçı ailəsi ilə birlikdə 493 saylı evin В sahəsini istifadə etmiş, daim ailəsi ilə birlikdə həmin ünvanda yaşamış və mirası faktiki olaraq qəbul etmiş, ondan istifadə etmiş və sərəncam vermişdir. Həmin bağın В sahəsində bütün kommunal xidmətləri, bələdiyyəyə torpaq vergilərini o ödəmişdir. Tərəflər daha sonradan torpaq sahəsinin planı və ölçüsünə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin Bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.2002-ci il tarixli protokolu əsasında xx.xx.2011-ci il tarixli 361090 saylı sənəd də əldə etmişlər. O bütün bu illər ərzində torpağa dair mülkiyyət sənədi əldə edildikdən sonra özünə məxsus paya dair sənəd alacağına etimad etmişdir. Həmin sahənin əvvəl mərhum qardaşının, sonra isə qardaşı oğlunun adına rəsmiləşdirilməsindən məlumatsız və xəbərsiz olmuşdur. Qardaşı X19 xx xxxxxx 2013-cü ildə vəfat etmişdir. Bu fakt Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında AZ-İ N 650676 saylı şəhadətnamədə, xx xxxxxx 2014-cü il tarixli 13 nömrəli akt qeydində təsdiq olunmuşdur. Ona sonradan məlum olmuşdur ki, qardaşının ölümündən sonra qardaşı X10 aid pay oğlu Kərimov X3. O, bunu bildikdə Cavabdeh1 onu əmin etmişdir ki, qısa müddətdə torpağın mülkiyyətinə dair sənəd əldə etdikdən sonra ona aid hissənin onun adına rəsmiləşdirilməsini təmin edəcəkdir. Cavabdeh1 xx xxxx 2018-ci il tarixində Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, Sabunçu rayonu, Vişnyovka bağ massivi 493 saylı bağ sahəsi ünvanda yerləşən torpaq sahəsinin hər biri 1250 kv.m olmaqla bölgü sxeminin tərtib edilməsini tələb etmişdir. Sözügedən idarənin xx.xx.2018-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, ümumi hasar daxilində olan torpaq sahəsi 1140 kv.m və 1360 kv.m olmaqla ayrı-ayrı hasarlanaraq bölündüyündən həmin torpaq sahəsinin hər biri 1250 kv.m olmaqla iki hissədən ibarət bölgü sxeminin tərtibi mümkün deyildir. Cavabdeh1 bağın onun adına rəsmiləşdiyini bildikdən sonra bağı bölüb ona verməyə razılaşsa da, sonradan bölünməyə etiraz etmişdir. Lakin Çıxarış sənədi əldə etdikdən sonra Cavabdeh1 daşınmaz əşyanın iddiaçının yaşadığı hissənin onun adına rəsmiləşdirilməsi ilə bağlı hərəkətlərdən imtina etmişdir. Hazırda o, faktiki olaraq qəbul etdiyi miras əmlakına dair mülkiyyət hüquqlarını cavabdehin təqsirli hərəkətləri nəticəsində həyata keçirə bilmir. İş üzrə sənədlərə əlavə olunmuş xx xxxxxxx 2019-cu il tarixli X14, X29, X6 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. Buna görə də, onun tərəfindən Bakı şəhəri, Albalılıq (Vişniyovka) qəsəbəsi, Bağ evi, ev 493 В ünvanında yerləşən bağ sahəsinin 1250 kv.m-lik hissəsinin onun tərəfindən qəbulu faktının məhkəmə tərəfindən tanınması, Cavabdeh1 adına verilmiş Bakı şəhəri, Albalılıq (Vişniyovka) qəsəbəsi, Bağ evi ev 493 ünvanına dair Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(008)- 1494/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri, Albalılıq (Vişniyovka) qəsəbəsi, Bağ evi, ev 493 В ünvanında yerləşən bağ sahəsinin 1250 kv.m-lik hissəsinin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi, Cavabdeh1 adına verilmiş Bakı şəhəri, Albalılıq (Vişniyovka) qəsəbəsi, Bağ evi ev 493 ünvanına dair Çıxarışın ləğv edilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 Rəcəbəli oğlundan tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 Rəcəbəli oğlu apelyasiya sikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(008)-1494/2020 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, qətnamədə cavabdehin iddia tələbini qismən qəbul etməsi ilə bağlı fikirlər təhrif olunub, çünki ki, iddiaçının əsassız iddiaları X8 vəfatından sonra meydana çıxıb, 493 saylı bağ evi A və В hissəsinə bölünmür, cavabdeh iddiaçıya torpaq sahəsinin düşməsini qəbul etmir, zamanında güzəştli şərtlə ona torpaq sahəsinin müəyyən hissəsini satmaq fikri olub. Cavabdeh onun adından məhkəmə iclas protokoluna yazılmış qeydləri imzalamayıb, iddianın qismən etirafı ilə bağlı hər hansı ərizə yazmayıb və həmin qeydlər sübut kimi qəbul oluna bilməz. Eləcə də qeyd edilməlidir ki, Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsində yerləşən 38 saylı evin sökülməsi ilə bağlı vəsait əldə edən İddiaçı müəyyən məbləğ müqabilində 1250 kv.m. hissəsinin ona verilməsi təklifini qəbul edən Cavabdeh1 Rəcəbli oğlunun xx.xx.2018-ci ildə AR ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciəti təmin edilməmiş və sonralar İddiaçı razılaşdırılmış məbləği ödəməkdən imtina etdiyinə görə sövdələşmə pozulmuşdur. X19 493 saylı bağ sahəsində özünə yeni bağ evi tikəndən sonra Yasamal rayonu, M.A.Əliyev küçəsi, 38 saylı evdə yaşayan və yeni evlənmiş İddiaçı 1991-ci ilin yayından 493 saylı bağ evində daimi olaraq yaşamağa başlamışdır. 2011-ci ildə X10 qarşı torpaq iddiası qaldıran və 1989-cu ilə dair şahidlik edən X14 və X33, habelə, X4 öz yazılı ərizələrində İddiaçı neçənci ildən 493 saylı bağ evində qeydiyyatsız yaşadığını göstərmədiklərinə rəğmən, qeyd edilməlidir ki, X14 və X33 1993-cü ildən həmin ərazidə bağ sahəsi alaraq ev tikdirib yaşayırlar. Eləcə də bütün kommunal xidmətləri və torpaq vergisini ödədiyini iddia edən iddiaçı cavabdehdən fərli olaraq məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Bundan başqa qeyd olunmalıdır ki, “Bağın icarəyə verilməsi haqqında” müqavilə standart hazırlanmış formadır, bağın icarəyə verilməsinə dair bütün müqavilələrdə, o cümlədən 0.25-dən 0.4 hektara kimi bağ sahəsini icarə götürənlərin müqaviləsində bu müddəa var. 2168 saylı, xx.xx.2002-ci il tarixli müqavilədən görünür ki, Birliyin direktoru açıq saxlanılmış bəndləri dolduraraq qanuni əsaslarla müqavilənin 1-ci bəndinə 0.25 hektar sözünü əlavə etmişdir və bu günə kimi X19, daha sonra ailəsi qanuni istifadəyə və ya icarəyə götürdükləri 0.25 hektar sahənin vergisini ödəyiblər. 493 saylı Bağ sahəsinə dair hər hansı digər bir müqavilə mövcud deyildir. İddiaçı mirasın qəbulu faktının müəyyən edilməsi barədə iddiasını obyektiv araşdırmaq üçün məhkəmə xx.xx.2020-ci il tarixli sorğusunda X8 Sabunçu rayonu, Albalılıq (Vişnyovka) qəsəbəsi, 0.25 hektar torpaq sahəsi olan 493 saylı bağ sahəsinə dair X13 və İstismarı Birliyi ilə xx xxxxxx 2002-ci il tarixli, 2168 saylı “Bağın icarəyə verilməsi haqqında” yeni icarə müqaviləsinin bağlanmasına əsas olmuş varislərin, xüsusilə İddiaçı yazılı razılığının olduğu arxiv sənədlərini tələb etməmiş, nəticədə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2020-ci il tarixli arayışla hazırki mübahisə predmeti olmayan X8 vəfatından sonra açılmış vərəsəliklə bağlı sənədləri məhkəməyə təqdim etmişdir. Halbuki, X17 varisləri öz paylarından imtina edib yazılı formada razılıq verməsəydilər 2168 saylı müqavilə bağlana bilməzdi. Eləcə də məhkəmə iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə sübyektiv hüquqa malik olmaması və mübahisə predmetinin xx xxxxxxxx 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin müddəaları çərçivəsində həll edilməli qənaətinə gəlsə də, həmin Məcəllənin maddələrini düzgün tətbiq etməmişdir. Belə ki, həmin Məcəllənin 552-ci maddəsinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. İş materiallarından görünür ki, iddia müddətini ötürən iddiaçı qanunda göstərilmiş halların heç birinə, altı ay ərzində mirası faktiki surətdə idarə etməyə başladığına və ya mirasa yiyələndiyinə, o cümlədən notariat orqanına ərizə ilə müraciət etdiyinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmiş, həmçinin, həmin ərəfədə X17 vəfatı ilə bağlı vərəsəlik açılmamışdır. Keçmiş Mülki Məcəllənin 73-cü maddəsində hüququ pozulmuş şəxsin iddiası üzrə ümumi müddət (iddia müddəti) üç il, hüquqi şəxslərin bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilmişdi. Həmin Məcəllənin 77-ci maddəsinə görə iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq məhkəmə, arbitraj və münsiflər məhkəməsi tərəfindən tətbiq edilir. Yəni məhkəmə tərəflərin vəsatətlərindən asılı olmayaraq iddia müddətini məcburi tətbiq etməli olduğu halda qanunun bu tələbinə əməl etməmişdir. Həmin Mülki Məcəllənin 82-ci maddəsinin 1-ci hissəsində müəyyən olunmuşdur ki, iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçıın əsasdır. Hadisədən 30 il keçəndən sonra subyektiv hüququnu itirmiş iddiaçının belə bir iddia qaldırması tamamilə absurddur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 Rəcəbəli oğlu, onun nümayəndəsi və vəkili X7 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(008)-1494/2020 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini əsassız hesab edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(008)-1494/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, İdarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kolegiyasi hesab edir ki, apelyasiya sikayəti qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə yönəldildiyindən qətnamə tam yoxlanılmalıdir. Kollegiya apelyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli yoxlayıb, hesab edir ki, apelyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 493 saylı bağ sahəsinin sahibi X26 xx xxxxxx 1989-cu ildə ölmüşdür. İddiaçı isə birinci növbə vərəsə kimi miras qoyanın əmlaklarının idarəçiliyini həyata keçirərək, mirası faktiki qəbul etmişdir. Lakin buna baxmayaraq mübahisəli bağ sahəsinə dair “Bağın icarəyə verilməsi haqqında” 2168 saylı, xx xxxxxx 2002-ci il tarixli müqaviləyə görə X13 və istismarı birliyinin direktoru ilə Kərimov X16 rayonu, Vişnyovka bağ massivində yerləşən 493 saylı bağ sahəsinin icarəsi ilə bağlı razılığa gəlmişlər. Həmin müqavilənin bütün bağ sahəsinə, yəni 0,25 ha torpaq sahəsinə görə bağlanmasından İddiaçı məlumatı və razılığı olmamışdır. Eləcə də, müqavilənin 3-cü bəndinə əsasən bağın torpaq sahəsinin ölçüsü 0.12 hektardan artıq olmaması qeyd edilməsinə baxmayaraq, həmin müqavilə ilə sahəsi 0,25 ha olan Sabunçu rayonu, Vişnyovka bağ massivində yerləşən 493 saylı bağ sahəsinin bütünlüklə X8 icarəsinə verilmişdir ki, qeyd olunan müqavilə etibarsızdır. Lakin həmin müqavilə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş xx.xx.2011-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Sabunçu rayonu, Albalılıq qəsəbəsində yerləşən 0.25 ha sahəsi olan 493 saylı bağ sahəsi mərhum X8 adına xx.xx.2014-cü il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ sahəsi xx.xx.2014-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə və Bakı şəhəri xüsusi.notariat kontorunun xx.xx.2014-cü il tarixli miras payının bağışlama müqaviləsinə əsasən Cavabdeh1 Rəcəbəli oğlunun adına xx.xx.2014-cü il tarixdə dövlət reyestrində qeydiyyata alınmış, bu isə öz növbəsində birinci növbə vərəsə kimi İddiaçı hüquqlarını pozmuşdur. Birinci instansiya məhkəməsi işin müəyyən etdiyi halları əsasında gəldiyi nəticəsinin maddi hüquqi əsasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələblərinə əsasən xx xxxxxxxx 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin 527, 528, 530, 552 və 555-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş və maddi hüquq normalarını hazırki mübahisəyə düzgün tətbiq və təfsir etməmişdir. Kollegiya iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 Rəcəbəli oğluna ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda bildirilir ki, ümumi hasar daxilində olan torpaq sahəsi 1140 kv.m və 1360 kv.m olmaqla ayrı-ayrı hasarlanaraq bölündüyündən mülkiyyətində olan torpaq sahəsinin hər biri 1250 kv.m olmaqla 2 hissədən ibarət bölgü sxemini tərtib etmək mümkün olmamışdır. İşdə olan X1, X5 və X24 notarial qaydada təsdiqlənmiş ərizəsində bildirilir ki, onlar İddiaçı ünvan 4 ünvanında qeydiyyatsız yaşadığını təsdiq edirlər. İşdə olan xx xxxxxxxx 2014-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən xx.xx.2013-cü ildə vəfat etmiş X8 vərəsəsi bunlardır: ünvan 5 ünvanda yaşayan həyat yoldaşı - X21, övladları - X11, Cavabdeh1 Rəcəbəli oğlu və onlar miras əmlakdan bərabər hissələrdə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakının Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2014-cü il tarixdə verilmiş, 511 nömrəli reyestr kitabının 49350-ci vərəqində qeydiyyata alınmış, **********64 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi olan Çıxarışa əsasən mərhuma məxsus Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 493 saylı bağ sahəsinin 0.25 ha torpaq sahəsindən ibarətdir. İşdə olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 650676 saylı, xx xxxxxx 2014-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2013-cü ildə Bakı şəhərində ölmüşdür. İşdə olan Bakı şəhəri Yasamal rayon VVADQ tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X30 xx.xx.1993-cü ildə Bakı şəhərində ölmüşdür. İşdə olan xx xxxx 1989-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.1989-cu ildə Bakı şəhərində ölmüşdür. İşdə olan xx xxxxxx 1977-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X12 xx xxxxxx 1977-ci ildə nikaha daxil olmuşlar. İşdə olan xx xxxx 1998-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X25 ilə X27 xx xxxx 1998-ci ilə nikaha daxil olmuşlar. İşdə olan Maştağa Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli arayışdan görünür ki, Albalı İ bağ massivi 493 saylı bağın sahibi mərhum X31 ölən gündən bugünə kimi həmin torpaq sahəsindən arvadı X21 istifadə etmişdir və torpaq sahəsinin vergisinin ödənilməsi də arvadı tərəfindən həyata keçirilmişdir. İşdə olan “Bağın icarəyə verilməsi haqqında” 2168 saylı, xx xxxxxx 2002-ci il tarixli müqavilənin surətindən görünür ki, Bağlar təşərrüfatının inkişafı və istismarı birliyinin direktoru ilə Kərimov X16 rayonu, Vişnyovka bağ massivində yerləşən 493 saylı bağ sahəsinin icarəsi ilə bağlı razılığa gəlmişlər. Həmin müqavilənin 3-cü bəndinə əsasən bağın torpaq sahəsinin ölçüsü 0.12 hektardan artıq olmamalıdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 493 saylı bağ sahəsi xx.xx.2014-cü il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan xx xxxxxxxx 2014-cü il tarixli “miras payın bağışlama müqaviləsi”ndən görünür ki, X21 və X11 Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 493 saylı bağ sahəsinin 0.25 ha torpaq sahəsindən - torpaq sahəsinə dair Bakı şəhəri 12 saylı notariat kontoru tərəfindən xx.xx.2014-cü il tarixli, 2V-1-258 reyestr qeydiyyatlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş miras payını Cavabdeh1 Rəcəbəli oğluna bağışlamışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunda bildirilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsi olan 493 saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X13 və İstismarı Birliyi ilə X19 arasında xx.xx.2002-ci il tarixli, 2168 saylı müqavilə bağlanmışdır. Həmin müqavilə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş xx.xx.2011-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Sabunçu rayonu, Albalılıq qəsəbəsində yerləşən 0.25 ha sahəsi olan 493 saylı bağ sahəsi mərhum X8 adına xx.xx.2014-cü il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ sahəsi 18.09 2014-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə və Bakı şəhəri xüsusi notariat kontorunun xx.xx.2014-cü il tarixli miras payının bağışlama müqaviləsinə əsasən Cavabdeh1 Rəcəbəli oğlunun adına xx.xx.2014-cü il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır və mülkiyyətindədir. Apelyasiya icraatı zamanı cavabdeh tərəfindən təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka qəsəbəsində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 493 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə X26 arasında xx.xx.1980-ci il tarixli, 2168 nömrəli müqavilə bağlanılmışdır. İcarədarın vəfatından sonra ailə üzvlərinin; X9, İddiaçı, X18 və X15 notarial qaydada təsdiq edilmiş razılıq ərizələrinə əsasən Sabunçu rayonu, Vişnyovka qəsəbəsində yerləşən ümumi sahəsi 0.25 hektar olan 493 saylı bağ sahəsi X8 adına xx.xx.2002-ci il tarixdə 2168 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqaviləyə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş xx.xx.2011-ci il tarixli torpaq sahəsininin planı və ölçüsü sənədinə əsasən sözügedən torpaq sahəsi xx.xx.2014-cu il tarixdə X8 adına keçmiş və xx.xx.2014-cu il tarixdə onun adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra xx.xx.2014-cü il tarixdə sözügedən torpaq sahəsi vərəsəlik hüququ haqqında şəhadətnamə və miras payının bağışlanma müqaviləsinə əsasən Cavabdeh1 Rəcəbli oğlunun adına keçmiş və xx.xx.2014-cu il tarixdə onun adına dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin apelyasiya icraatı zamanı cavabdeh tərəfindən təqdim edilmiş Bakı şəhəri 5 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli etibarnamədən görünür ki, Bakı şəhəri, M.A.Əliyev küçəsi, ev 38 ünvanında qeydiyyatda olan X19 həmin etibarnamə ilə Bakı şəhəri, M.A.Əliyev küçəsi, ev 38 ünvanında qeydiyyatda olan İddiaçı Vişnyovka qəsəbəsində yerləşən 0.25 ha bağ və torpaq sahəsinin özəlləşdirməsinə dair bütün dövlət və qeyri dövlət idarələrində onun səlahiyətli nümayəndəsi olmaq, sənəd toplamaq, İcra Hakimiyətlndə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində lazımi sənədləşdirmə işlərini aparmaq, lazımi sənədləri təhvil vermək və almak, aldığına dair imza etmək, əvəzindən ərizələr vermək, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış almaq, Torpaq Komitəsində lazımi sənədləşdirmə işlərini aparmaq, Kadastr planı almaq və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi etibar etmişdir. İddiaçı iddia ərizəsində və iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində verdiyi izahatında mübahisəli bağ sahəsinin ilkin icarədarının iddiaçının atası X17 olduğunu, atası 1989-cu ildə vəfat etdikdən sonra o, digər ailə üzvləri ilə birlikdə bağ sahəsindən istifadə etməklə atasından qalmış miras əmlakı faktiki qəbul etmiş və idarə etmiş, bağ sahəsi iki hissəyə bölünmüş, bir hissəni o, digər hissəni isə X56 istifadə etmişdir. X56 xx xxxxxx 2013-cü ildə vəfat etmişdir. Ona sonradan məlum olmuşdur ki, X56nin ölümündən sonra onun oğlu, hazırki iş üzrə cavabdeh bağ sahəsini bütünlüklə öz adına keçirmiş və mülkiyyət sənədi almışdır. Əvvəlcə cavabdeh bağ sahəsinin bir hissəsini onun adına sənədləşdirəcəyinə söz versə də, sonradan imtina etmiş və aralarında mübahisə yaranmışdır. Ona görə də o, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı apelyasiya icraatında verdiyi izahatında iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, eyni zamanda bildirmişdir ki, o, mübahisəli bağ sahəsini atasının ölümündən sonra qardaşının adına icarə müqaviləsi bağlanılmasından məlumatlı olmuş, qardaşı olduğu üçün ailə üzvləri ilə birlikdə buna razılıq vermişdir. Çünki bağdan istifadə ilə bağlı qardaşı ilə aralarında hər hansı bir narazılıq yaranmamışdır və o, bağın yarı hissəsindən həmişə sərbəst istifadə etmişdir. Cavabdeh1 Rəcəbəli oğlu birinci instansiya və apelyasiya məhkəməsində verdiyi izahatlarda, həmçinin apelyasiya şikayətində göstərmişdir ki, həqiqətən mübahisəli bağ sahəsi icarə müqaviləsi əsasında babasına məxsus olmuş, babasının ölümündən sonra 2002-ci ildə iddiaçının razılığı əsasında icarə müqaviləsi atası Rəcəbəli ilə bağlanmış, atasının ölümündən sonra onun adına olan icarə müqaviləsi əsasında sənədləri Reyestr Xidmətinə təqdim edərək, atasının adına qeydiyyat şəhadətnaməsi almış və sonra həmin bağ sahəsinə atasının övladları arasında vərəsəlik şəhadətnaməsi əsasında paylar müəyyən olunmuş, digər vərəsələr öz paylarından onun xeyrinə imtina etmiş və o, öz adına bağ sahəsinə dair 2014-cü ildə mülkiyyət şəhadətnaməsi almışdır. Bütün bu proseslərdən iddiaçının məlumatı olmuş, lakin o, heç bir narazılıq bildirməmişdir. İddiaçı atasının ölümündən sonra bağ sahəsini öz adına sənədləşdirmək üçün heç bir təşəbbüs göstərməmiş, 2002-ci ildə icarə müqaviləsi iddiaçının qardaşı ilə bağlananda o, buna razılıq vermiş və üstündən uzun müddət keçəndən sonra hazırda əsassız iddia qaldırmışdır. Kollegiya iş materialları və tərəflərin izahatları əsasında müəyyən etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka qəsəbəsində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 493 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə iddiaçının atası X26 arasında xx.xx.1980-ci il tarixli, 2168 nömrəli müqavilə bağlanmışdır. İcarədar 1989-cu ildə ölmüşdür. İcarədarın ölümündən sonra ailə üzvlərinin (o cümlədən İddiaçı) notarial qaydada təsdiq olunmuş razılıq ərizələrinə əsasən qeyd edilən bağ sahəsi X8 (iddiaçının qardaşı) adına xx.xx.2002-ci il tarixdə 2168 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş xx.xx.2011-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən sözügedən torpaq sahəsi xx.xx.2014-cü ildə iddiaçının qardaşı X8 adına keçmiş və xx.xx.2014-cü il tarixdə onun adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra sözügedən torpaq sahəsi xx.xx.2014-cü il tarixdə vərəsəlik şəhadətnaməsi və miras payın bağışlanılması müqaviləsinə əsasən Cavabdeh1 Rəcəbəli oğlunun adına keçmiş, xx.xx.2014-cü il tarixdə onun adına dövlət reyestrində qeydiyyata alınmış və hazırda da cavabdehin mülkiyyətindədir. Kollegiya qeyd edir ki, iddiaçının atası 1989-cu ildə öldüyündən və iddiaçı mübahisəli bağ sahəsini atasından qalmış miras əmlak hesab etdiyindən və həmin bağ sahəsi üzərində vərəsə kimi miras payının tanınmasını tələb etdiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələblərinə əsasən həmin dövrdə qüvvədə olan Mülki Məcəllənin vərəsəlik hüququnu tənzimləyən normaları hazırki mübahisəyə tətbiq edilməlidir. Mülki Məcəllənin (1964-cü il redaksiyası) 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan “İcarə haqqında” Qanunun 9-cu maddəsinə görə əmlakın icarəyə verilməsi bu əmlak üzərində mülkiyyət hüququnun verilməsinə səbəb olmur. Həmin Qanunun 13.6-cı maddəsinə əsasən “... İcarəçi vəfat etdikdə icarə müqaviləsi üzrə onun hüquqları onunla birlikdə yaşamış və işləmiş ailə üzvlərindən birinə verilir, bu şərtlə ki, həmin ailə üzvü icarəçi olmağa razılıq versin.” Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahatı haqqında” Qanuna müvafiq olaraq, torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir. Həmin Qanunun 10-cu maddəsində isə vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Yuxarıda qeyd edilən qanunvericiliyin tələblərini hazırki mübahisəyə tətbiq edən kollegiya ilk növbədə qeyd edir ki, iddiaçının mübahisəli bağ sahəsinin ilkin icarədarı olan X17 qanun üzrə vərəsəsi olması işin mübahisə olunmayan halıdır. Lakin, iş materialları ilə müəyyən olunur ki, mübahisəli bağ sahəsinin ilkin icarədarı olan X26 bağ sahəsi üzərində mülkiyyət hüququnu rəsmiləşdirməmiş və həmin bağ sahəsi mülkiyyət kimi mirasın kütləsinə daxil olmamışdır. Bu baxımdan iddiaçının atasından qalmış əmlaka mülkiyyət kimi miras pay tələb etmək hüququ olmamışdır. Lakin nəzərə alınsa ki, icarə hüququ miras əmlaka daxil olan hüquq hesab oluna bilər, onda iddiaçının atasından (icarədardan) qalmış icarə hüququna pay hüququ tələb etmək hüququ olmuşdur. İddiaçı iddia ərizəsində atasının icarəsindəki torpaq sahəsinə hansı hüquqla (mülkiyyət və ya icarə) payını tələb etməsini açıqlamamışdır. Buna baxmayaraq kollegiya iddiaçının icarə hüququ ilə vərəsə ola bilməsini, həmin hüquqla atasının icarəsində olmuş mübahisəli torpaq sahəsinə pay tələb edə bilməsini nəzərə alaraq, hazırki iddia tələbi irəli sürə bilməsini mümkün hesab edir. Lakin kollegiya işin yuxarıda şərh olunan hallarını nəzərə alaraq qeyd edir ki, əvvəla iddiaçı atasının ölümündən sonra ondan miras qalmış mübahisəli torpaq sahəsi üzərində icarə hüququnu rəsmiləşdirmək üçün heç bir hərəkət etməmişdir. Əksinə 2002-ci ildə isə atasının icarəsində olmuş mübahisəli torpaq sahəsi üzərində olan hüququndan cavabdehin atasının xeyrinə imtina etməklə bu hüququ itirmişdir. Kollegiya onu da qeyd edir ki, cavabdeh yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə uyğun olaraq mübahisəli torpaq sahəsini tam şəkildə atasının icarəsində olmasına əsasən həmin torpaq sahəsi üzərində hüquqlarını rəsmiləşdirmişdir və həmin hüquq müəyyənedici sənədlərin ləğvi üçün hər hansı bir hüquqi əsas mövcud deyildir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən, maddi hüquq normalarını da hazırki mübahisəyə düzgün tətbiq etmədiyindən qəbul edilmiş qətnamə qanuni və əsaslı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1 və 385.4-cü maddələrinə gorə maddi və prosessual huquq normalarının düzgün tətbiq edilməməsi, eləcə də birinci instansiya məhkəməsinin qətnamədə göstərilən nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən kollegiya apellyasiya şikayətinin dəlillərini qətnamənin ləğvi üçün əsaslı hesab edir. Ona görə də kollegiya hesab edir ki, Cavabdeh1 Rəcəbəli oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(008)-1494/2020 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385, 387, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 Rəcəbəli oğlu oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(008)-1494/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 Rəcəbəli oğlu və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı vərəsələr tərəfindən mirasın qəbul faktının müəyyən edilməsi, daşınmaz əşyaya dair verilmiş Çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-1992/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1992/2021
02.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver