Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1994/2025 05.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: sığorta ödənişi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-2544/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Xalq Sığorta ASC-in CSB200101589 saylı sığorta şəhadətnaməsinə əsasən, “X3” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobil ASC-də kasko sığortası növü üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək sığortalanmışdır. DYPŞ əməkdaşı tərəfindən tərtib edilmiş MYP № 543720 saylı inzibati xəta haqqında protokola əsasən, Cavabdeh xx.xx.2015-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində idarə etdiyi “Toyota Prado” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobillə ara məsafəsi saxlamadığından “X3” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş qüsur aktına əsasən, “X3” markalı, **-AG-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 1923,40 (bir min doqquz yüz iyirmi üç manat qırx qəpik) manat təşkil edir. "xxxx" ASC-in CSB18827/15 saylı sığorta aktına əsasən, zərərçəkənə dəymiş zərərə görə 40,00 (qırx) manat şərtsiz azadolma məbləği çıxılaraq 1883,40 (bir min səkkiz yüz səksən üç manat qırx qəpik) manat məbləğində sığorta ödənişi ödənilmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında tərtib olunmuş borcun etirafı və onun ödənilməsi haqqında xx.xx.2015-ci il tarixli razılaşmaya əsasən, borclu etiraf edir ki, kreditora 1883,40 (bir min səkkiz yüz səksən üç manat 40 qəpik) məbləğində pul borcu vardır. Həmin məbləğdən 383,40 (üç yüz səksən üç manat 40 qəpik) güzəşt olunmaqla, borclu 300,00 (üç yüz) manat hissəsini ödəmiş, digər qalıq 1200,00 (bir min iki yüz) manat borcunu isə, 4 təqvim ayı ərzində, bərabər hissələrə bölünməklə (hər ödəniş tarixində 300,00 (üç yüz) manat məbləğindən az olmamaqla) nağd şəkildə, ən geci xx.xx.2015-ci il tarixinə qədər ödənilməsini öhdəsinə götürür. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1283,40 (bir min iki yüz səksən üç manat qırx qəpik) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 32,83 (otuz iki manat səksən üç qəpik) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixdə, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində Cavabdeh idarə etdiyi “Toyota Prado” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən CSB200101589 saylı sığorta şəhadətnaməsi ilə kasko sığortası növü üzrə sığortalanmış “X3” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ona maddi zərər vurmuşdur. DYPŞ əməkdaşı tərəfindən tərtib edilmiş MYP № 543720 saylı inzibati xəta haqqında protokola əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş qüsur aktında göstərilmişdir ki, “X3” markalı, **-AG-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 1923,40 (bir min doqquz yüz iyirmi üç manat qırx qəpik) manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə CSB18827/15 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 40,00 (qırx) manat şərtsiz azadolma məbləği çıxılaraq 1883,40 (bir min səkkiz yüz səksən üç manat qırx qəpik) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Cavabdeh şirkətə müraciət etmiş və borcun hissə-hissə ödənilməsi ilə bağlı xx.xx.2015-ci il tarixli razılıq əldə olunmuşdur. Razılığa əsasən cavabdeh tərəfindən borcdan 600,00 (altı yüz) manat ödəniş edilmiş qalan məbləğ isə ödənilməmiş qalmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-2544/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh subroqasiya qaydasında 900 (doqquz yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2015-ci il tarixdə, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində Cavabdeh idarə etdiyi “Toyota Prado” markalı, **-PH- *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən CSB200101589 saylı sığorta şəhadətnaməsi ilə kasko sığortası növü üzrə sığortalanmış “X3” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ona maddi zərər vurmuşdur. DYPŞ əməkdaşı tərəfindən tərtib edilmiş MYP № 543720 saylı inzibati xəta haqqında protokola əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş qüsur aktında göstərilmişdir ki, “X3” markalı, **-AG-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 1923,40 (bir min doqquz yüz iyirmi üç manat qırx qəpik) manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə CSB18827/15 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 40,00 (qırx) manat şərtsiz azadolma məbləği çıxılaraq 1883,40 (bir min səkkiz yüz səksən üç manat qırx qəpik) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Cavabdeh şirkətə müraciət etmiş və borcun hissə-hissə ödənilməsi ilə bağlı xx.xx.2015-ci il tarixli razılıq əldə olunmuşdur. Razılığa əsasən cavabdeh tərəfindən borcdan 600,00 (altı yüz) manat ödəniş edilmiş qalan məbləğ isə ödənilməmiş qalmışdır. Həmçinin müəyyən edilmişdir ki, 04 avqust 2015-ci il tarixli borcun etirafı və onun ödənilməsi haqqında razılaşmada qeyd olunmuşdur ki, borclu etiraf edir ki, kreditora 1883,40 (bir min səkkiz yüz səksən üç manat 40 qəpik) məbləğində pul borcu vardır. Həmin məbləğdən 383,40 (üç yüz səksən üç manat 40 qəpik) güzəşt olunmaqla, borclu 300,00 (üç yüz) manat hissəsini ödəmiş, digər qalıq 1200,00 (bir min iki yüz) manat borcunu isə, 4 təqvim ayı ərzində, bərabər hissələrə bölünməklə (hər ödəniş tarixində 300,00 (üç yüz) manat məbləğindən az olmamaqla) nağd şəkildə, ən geci xx.xx.2015-ci il tarixinə qədər ödənilməsini öhdəsinə götürür. Hazırda iddiaçı geri qalan sığorta ödənişinin əvəzinin ödənilməsini tələb edir. Məhkəmə qeyd etmişdir ki, tədqiq edilmiş sübutlarla təsdiq edilmişdir ki, xx.xx.2015ci il tarixdə Cavabdeh idarə etdiyi “Toyota Prado” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən CSB200101589 saylı sığorta şəhadətnaməsi ilə kasko sığortası növü üzrə sığortalanmış “X3” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ona maddi zərər vurmuşdur. İddiaçı "xxxx" ASC tərəfindən zərərçəkənə dəymiş zərərə görə sığorta ödənişi ödənilmişdir. Belə olan halda, iddiaçı ödədiyi sığorta ödənişini Cavabdeh geri tələb etməkdə haqlıdır. Məhkəmə ödənişin məbləği ilə bağlı qeyd etmişdir ki, iddiaçı "xxxx" ASC tərəfindən 1883,40 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Hazırda iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən borcdan 600 manat ödəniş edildiyini qeyd edərək cavabdehdən 1283,40 manat ödənilməsini tələb etsə də, iş materialında olan 04 avqust 2015-ci il tarixli borcun etirafı və onun ödənilməsi haqqında razılaşmadan görünür ki, 1883.40 manat borc məbləğindən 383,40 manat iddiaçı tərəfindən cavabdehə güzəşt olunmuşdur. Göstərilən razılaşmanın şərtlərini və qanunvericiliyin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı tələb edilən 1283.40 manat məbləğdən cavabdehə güzəşt olunmuş 383.40 manat məbləğ çıxılmalı, cavabdehdən subroqasiya qaydasında 900 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1, 882.2, 119.1, 936.1, 936.5, 1108.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1, 284-1-ci maddələrinə istinadla əsaslandırılmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri İddiaçı "xxxx" ASC Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(009)-2544/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2544/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin iddianın təmin olunmamış hissəsində ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılaraq Cavabdeh 1283,40 (bir min iki yüz səksən üç manat qırx qəpik) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 32,83 (otuz iki manat, səksən üç qəpik) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, xx.xx.2015-ci il tarixdə, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində Cavabdeh idarə etdiyi “Toyota Prado markalı, **-PH- *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən CSB200101589 saylı sığorta şəhadətnaməsi ilə kasko sığortası növü üzrə sığortalanmış “X3” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ona maddi zərər vurmuşdur. DYPŞ əməkdaş tərəfindən tərtib edilmiş MYP № 543720 saylı inzibati xəta haqqında protokola əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş qüsur aktında göstərilmişdir ki, “X3” markalı, **-AG-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 1923,40 (bir min doqquz yüz iyirmi üç manat qırx qəpik) manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə CSB18827/15saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 40,00 (qırx) manat şərtsiz azadolma məbləği çıxılaraq 1883,40 (bir min səkkiz yüz səksən üç manat qırx qəpik) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Cavabdeh şirkətə müraciət etmiş və borcun hissə-hissə ödənilməsi ilə bağlı xx.xx.2015-ci il tarixli razılıq əldə olunmuşdur. Razılığa əsasən cavabdeh tərəfindən borcdan 600,00 (altı yüz) manat ödəniş edilmiş qalan məbləğ isə ödənilməmiş qalmışdır. Razılaşma qarşı tərəfin üzərinə götürdüyü öhdəliyi icra etməməsi nəticəsində pozulmuş və tərəflərindən məhkəməyə iddia ərizəsi ilə mmüraciət edilmişdir. Səbai Rayon Məhkəməsi iş üzrə iddianı qismən təmin edərək razılaşmada göstərilmiş güzəşt hissəni çıxaraq Cavabdeh subroqasiya qaydasında 900 (doqquz yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnaməə çıxarmışdır. Hesab edilir ki, çıxarılmış qətnamə əsassız olmaqla iddiaçı olaraq onların hüququnu pozmuşdur. Məhkəmə iş üzrə işin faktiki hallarını araşdırarkən qanunvericiliyin maddələrini düzgün təsvir etməmişdir. Belə ki, qətnamədə qeyd olunmuşdur ki, hazırda iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən borcdan 600 manat ödəniş edildiyini qeyd edərək cavabdehdən 1283,40 manat ödənilməsini tələb etsə də, iş materialında olan 04 avqust 2015-ci il tarixli borcun etirafı və onun ödənilməsi haqqında razılaşmadan görünür ki, 1883.40 manat borc məbləğindən 383,40 manat iddiaçı tərəfindən cavabdehə güzəşt olunmuşdur. Göstərilən razılaşmanın şərtlərini və qanunvericiliyin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı tələb edilən 1283.40 manat məbləğdən cavabdehə güzəşt olunmuş 383.40 manat məbləğ çıxılmalı, cavabdehdən subroqasiya qaydasında 900 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Bu halda məhkəmə qətnamədə məhs şirkət tərəfindən şəxsə razılaşmaya uyğun öhdəliyini yerinə yetirməsi halında güzəşt olunmasını nəzərə almamışdır. Tərəflər arasında olan razılaşma cavabdehin razılaşmaya uyğun olaraq ən geci xx.xx.2015-ci ilədək qeyd olunan məbləği ödəməli olması qeyd olunmuş, lakin bu hal məhkəmə tərəfindən gözardı edilmişdir. 04 avqust 2015-ci il tarixli borcun etirafı və onun ödənilməsi haqqında razılaşmada gələcəkdə borcun ödənilməməsi halında edilmiş güzəştin tələb edilməməsinə dair heç bir cümlə yoxdur. Ona görə də Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2544/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin iddianın təmin olunmamış hissəsində ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılaraq Cavabdeh 1283,40 (bir min iki yüz səksən üç manat qırx qəpik) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 32,83 (otuz iki manat, səksən üç qəpik) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 394-1.1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. Maddə 394-1.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia qismən təmin olunduğundan və iddiaçı qətnaməni iddianın təmin edilməyən hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, tədqiq olunan sübutlardan aydın müəyyən olunur ki, sığorta hadisəsi baş verdikdən sonra tərəflər dəymiş ziyanın məbləği və ödənilməsi barədə razılığa gəlmiş, "xxxx" ASC Cavabdeh xx.xx.2015-ci il tarixli razılaşmaya əsasən, 1883,40 manat məbləğində olan ziyanın 383,40 manat hissəsini hər hansı bir şərt müəyyən etmədən güzəşt etmiş, cavabdeh 600 manat ödəniş etdikdən sonra öhdəliyini icra etməmiş, iddiaçıya hazırda (1883,40-383,40-600=900) 900 manat borcu qalmışdır. İddiaçı apellyasiya şikayətində 04 avqust 2015-ci il tarixli borcun etirafı və onun ödənilməsi haqqında razılaşmada gələcəkdə borcun ödənilməməsi halında edilmiş güzəştin tələb edilməməsinə dair heç bir şərtin olmadığını qeyd edərək güzəşt etdiyi vəsaiti cavabdehdən tələb etsə də, bun əksini, yəni cavabdeh tərəfindən öhdəliyin icra edilməyəcəyi halında güzəşt olunan vəsaitin tələb ediləcəyinə dair şərtin olması barədə sübutunu da məhkəməyə təqdim etmədiyindən kollegiya apellyasiya şikayətinin dəlilini əsassız hesab edib, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı və qanuni hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-2544/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1994/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1994/2025
05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver