Məhkəmə qərarları › İş №2(103)-1995/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1995/2020

03.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1995/2020 03.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, X6 və X10 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X7 və Cavabdeh3 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4585/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən X1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: X1 cavabdehlər Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “xxxx” MMCyə, Bakı şəhəri Cavabdeh2nə və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC tərəfindən keçirilmiş hərracın və xx xxxxxx 2019-cu il tarixli hərracın yekunlarına dair 53/01 nömrəli protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)- 4585/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. X1 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X9 apellyasiya şikayətini müdafiə etdi, Cavabdeh3 isə apellyasiya şikayətinə etiraz etdi. Digər cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(006)-1125/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı Mirəbdülhəsən qızına və X4 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia qismən təmin edilərək, İddiaçı Mirəbdülhəsən qızından iddiaçının xeyrinə xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 100000 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması, tutmanın ipoteka predmeti kimi çıxış edən ünvan 1 ünvanında yerləşən 160 nömrəli mənzilə yönəldilməsi və mənzilin ilkin satış qiymətinin 100000 manat müəyyən edilməklə açıq hərracdan satılması müəyyən edilmişdir. Həmin qətnamə əsasında verilmiş icra sənədinə əsasən Bakı şəhəri Cavabdeh2 tərəfindən icraata başlanılmışdır. İcra və probasiya şöbəsinin xx xxx 2019-cu il tarixli sifariş məktubu əsasında “xxxx” MMC tərəfindən Bakı şəhəri, M.Cəfərov küçəsi, 16 saylı evin 160 saylı mənzili xx.xx.2019-cu il tarixdə birinci dəfə açıq hərracda satışa çıxarılmışdır. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə xx.xx.2019-cu il tarixli, 01 nömrəli bildiriş tərtib olunmuş, iddiaçının ünvanına göndərilmiş və xx.xx.2019-cu il tarixdə sonuncuya imza etdirməklə şəxsən verilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “Birja yenilikləri” qəzetinin 14-20 iyun və 28 iyun-xx xxxx 2019-cu il tarixli müvafiq olaraq 171 və 173 nömrəli buraxılışlarında dərc olunmuşdur. xx.xx.2019-cu il tarixdə keçirilən ilkin hərracda əmlak 100.000 manata təklif olunmuş, lakin alıcı olmadığına görə bu hərrac baş tutmamışdır. Buna görə xx.xx.2019-cu il tarixə təkrar hərrac təyin edilmiş və əmlak 15% aşağı qiymətə 85000 manata təklif olunmuşdur. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə də xx.xx.2019-cu il tarixli 02 nömrəli bildiriş tərtib olunmuş və iddiaçının ünvanına göndərilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan da “Birja yenilikləri” qəzetinin 19-xx xxxx 2019-cu il tarixli 176 nömrəli buraxılışında dərc olunmuşdur. Lakin alıcı olmadığına görə bu hərrac da baş tutmamışdır. Bundan sonra Hərrac Mərkəzi hər iki hərracda əmlak satılmadığına görə ipoteka saxlayan Cavabdeh3 və ipoteka qoyan X2 xx.xx.2019-cu il tarixli bildiriş göndərərək, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə 63750 manata almağı təklif etmişdir. xx.xx.2019-cu il tarixdə həmin bildiriş iddiaçıya şəxsən rəsmi qaydada verilmişdir. Mənzilinin satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmaması, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 02-xx xxxxxx 2019-cu il tarixli 178 nömrəli buraxılışında elan dərc edilmişdir. Bundan sonra xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh3 ipoteka predmeti olan mənzili 63750 manata əldə etmiş və həmin tarixdə onunla alqı-satqı müqaviləsi bağlanılmışdır. İddiaçı bildirir ki, “Birja yenilikləri” qəzetini heç yerdən əldə edə bilməmiş, hərracın keçirilməsi barədə göndərilmiş təkliflər onlara təqdim edilməmişdir. Cavabdeh sonuncu təklifi xx xxxxxx 2019-cu il tarixdə göndərildiyini göstərsə də, bundan 20 gün sonra, yəni xx xxxxxx 2019-cu il tarixdə mübahisəli əmlakı hərracda satmış və buna dair protokol qəbul etmişdir. Hərracın təşkilatçısı qanunda nəzərdə tutulmadığı halda üçüncü hərracı keçirmiş və bu hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası barədə iddiaçını (ipoteka qoyanı) ən geci 30 gün qabaqcadan xəbərdar etməmiş, ona yazılı bildiriş göndərməmiş, hərrac onun iştirakı olmadan keçirilmişdir. İkinci hərracın baş tutmaması, eləcə də xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş üçüncü hərrac barədə kütləvi informasiya vasitələrində elan dərc edilməmişdir. Cavabdeh3 iddiaya etiraz edir və onun rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 416.1 və 416.2-ci maddələri təşkil edir. Həmin maddələrin tələblərinə görə Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Lakin hazırkı işdə həmin maddələrin dispozisiya şərtləri müəyyən edilmir. Belə ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin (hərracın keçirildiyi vaxtda olan redaksiyada) tələblərinə görə qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə görə hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. İş materiallarından da müəyyən olunur ki, cavabdeh “xxxx” MMC tərəfindən mübahisəli mənzilə dair hərrac keçirilərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozulmamış və keçirilən hər bir hərracın vaxtı və yeri barədə iddiaçının ünvanına bildiriş göndərmiş, həmçinin hərracın keçirilməsi ilə bağlı elan “Birja yenilikləri” qəzetində dərc olunmuşdur. Göründüyü kimi hərracın keçirilməsi qaydaları ilə bağlı cavabdeh “xxxx” MMC tərəfindən hər hansı bir pozuntuya yol verilməmişdir. İddiaçının istinad etdiyi dəlilləri isə kollegiya əsassız hesab edir. Belə ki, Mülki Məcəllə 415.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinin birgə təfsirindən müəyyən olunur ki, hərrac təşkilatçısının vəzifəsi hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, habelə ipoteka saxlayana və ipoteka qoyana bildiriş göndərilməsindən ibarətdir. Hazırkı işdə də Hərrac Mərkəzi tərəfindən kütləvi informasiya vasitələrində elan dərc edilmiş, habelə hərracların keçirilməsinə dair bildirişlər iddiaçıya rəsmi qaydada verilmişdir. Eyni zamanda “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. İpoteka predmetinin ilkin satış qiyməti isə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(006)-1125/2018 saylı qətnaməsi ilə müəyyən olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4585/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar