Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-200/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 və ünvan 2 qarşı “şəxsin yeganə vərəsə kimi tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi” tələbinə dair iddiası və iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “məcburi pay hüququnun müəyyən edilməsi” tələbinə dair iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: şəxsin yeganə vərəsə kimi tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi, məcburi pay hüququnun müəyyən edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X16, İddiaçı Cavabdeh2 və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Xəzər Rayon Məhkəməsinin 2(003)-104/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı cavabdeh X12 və ünvan 2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.2021-ci il tarixində vəfat etmiş anası mərhum X8 yeganə vərəsəsi kimi tanınması və İddiaçı xx.xx.2021-ci il tarixində vəfat etmiş anası mərhum X6 miras qalan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, ev 136P, mənzil 49 (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi 282, M12, m7) mənzilin, **-ZC-*** dövlət qeydiyyat nişanlı Nissan Micra minik markalı avtomobilin və AccessBank QSC-də əmanət vəsaitinin üzərində TAM hissədə payının müəyyən edilməsi və buna dair vərəsəlik şəhadətnaməsinin iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18 saylı Notariat Ofisində Vərəsəlik işi açılmışdır. Mərhum mirasqoyan xx.xx.1952-ci il təvəllüdlü X14 xx.xx.2021-ci ildə vəfat etmişdir. Mərhumun vəfat etdiyi vaxtda onun birinci növbə 3 vərəsəsi, onun övladları həyatda idi. Mərhumun ölümü ilə əlaqədar onun övladları İddiaçı və Cavabdeh2 29 yanvar 2022-ci il tarixində ünvan 2 müraciət etmişdirlər, hər ikisi mirasın qəbul edilməsi ilə bağlı notariat ofisinə notarial qaydada təsdiq edilmiş ərizə təqdim etmişdirlər. Mərhumun digər övladı- X7 isə, 18 saylı Notariat Ofisinə ərizə ünvanlayaraq, ona çatacaq miras payından qardaşı İddiaçı xeyrinə imtina etmişdir. Mərhum mirasqoyanın həyat yoldaşı X9 isə, mərhumdan daha öncə, xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixində 18 saylı Notariat Ofisində mərhum X8 ölümü ilə əlaqədar vərəsəlik işi açılmışdır, mərhumun iki övladı mirasın qəbulu ilə bağlı müraciət etmişdir. Mirasqoyanın ölümü və vərəsəlik işi ilə əlaqədar aşağıdakı sənədlər hazırki iddia ərizəsinə əlavə edilir. X2 ölüm haqda şəhadətnaməsi; iddiaçının mirasqoyanın oğlu olmasını təsdiq edən iddiaçının doğum haqda şəhadətnaməsi; iddiaçının bacısı X3 ona çatacaq miras payından qardaşı İddiaçı xeyrinə imtina barədə xx.xx.2022 tarixli ərizəsi; cavabdehin mirasın qəbul edilməsi ilə bağlı xx.xx.2022 tarixli ərizəsi; Mərhum mirasqoyanın əri X5 ölüm haqda şəhadətnaməsi. Mirasın tərkibi aşağıdakı əmlaklardan ibarətdir: Avtomobil. Mərhum mirasqoyan X10 məxsus 90-ZC- 345 dövlət qeydiyyat nişanlı Nissan Micra minik markalı avtomobil miras kütləsinə daxildir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi hazırki iddia ərizəsinə əlavə edilir. Mənzil. Mərhum X13 Cavad qızma məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, ev 136P, mənzil 49 (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi 282, M12, m7) mənzil miras kütləsinə daxildir. Mənzilin ƏMDK yanında DƏDRX reyestrindən çıxarış hazırki iddia ərizəsinə əlavə edilir. AccessBank QSC-də əmanət vəsaiti. Əmanətin məbləği və tarixçəsi barədə AccessBank QSC-nin Babək filialı tərəfindən göndərilən xx.xx.2022-ci il tarixli 019354 saylı məktub hazırki iddia ərizəsinə əlavə edilir. İddiaçi cavabdehə mirasdan hər-hansı payın verilməsinə etiraz edir. İddiaçı mərhum anasının müalicəsi ilə bağlı xərc çəkmişdir. İddiaçının anası ilə çox sıx ana-oğul münasibətləri mövcud olmuşdur. İddiaçı daim anasına baxmış, ona maddi və mənəvi köməklik göstərmişdir. İddiaçı anasının son günlərinə kimi onun yanında olmuşdur, ona qayğı göstərmişdir. Mərhum mirasqoyan ömrünün son illərində kəskin xəstəliyə tutulmuşdur, xəstəliyinin müalicəsi ilə bağlı xarici ölkələrə (Türkiyə, Almaniya, İsveç və s.) üz tutmuşdur. Sözügedən müalicələrin həmin ölkələrdə aparılması kifayət qədər vəsait tələb edirdi, həmin vəsaitin hamısı iddiaçı tərəfindən qarşılanırdı. İddiaçı anasını həmin ölkələrə müşayiət etmiş, ona lazımi dərman preparatlarını hər zaman vaxtı-vaxtında almışdır. Onu müxtəlif həkim müayinələrindən və müalicəvi prosedurlardan keçirmişdir. Bütün bu xərclərin hamısı iddiaçının şəxsi vəsaiti hesabına qarşılanmışdır. İddiaçının anasının əmlakını idarə etmişdir, anasının peşə və kommersiya fəaliyyətində yaxından iştirak etmişdir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı anasına hər bir mənada maddi və mənəvi dəstək göstərmişdir. Cavabdeh isə, daim xarici ölkədə yaşamışdır, anasının həyatında iştirak etməmişdir. Vacib qeyd: iddiaçının xüsusi töhfəsinə dəlalət edən, onun çəkdiyi xərcləri sübut edən sənədlər tərəfimizdən müvafiq qurumlara sorğu edilmişdir. Sorğulara cavablar əldə ediləndən sonra məhkəməyə təqdim ediləcəkdir. İddiaçı tam hissədə vərəsəlik haqda şəhadətnamə tələb edir. İddiaçı mirasın açıldığı 18 saylı Notariat Ofisinə yazılı şəkildə müraciət etmiş və ona mirasın tam hissəsində vərəsəlik hüququ haqda şəhadətnamənin verilməsini tələb etmişdir. Lakin Notariat Ofisindən ona yalnız 2/3 hissədə vərəsəlik vərəsəlik şəhadətnaməsinin verilə biləcəyi bildirilmişdir. 18 saylı Notariat Ofisinin bizə ünvanladığı 17 may 2022 tarixli 590 saylı məktubuna əsasən, iddiaçıya vərəsəlik haqda şəhadətnamənin verilməsindən imtina edilmiş, bununla bağlı məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. 18 saylı Notariat Ofisinin bizə ünvanladığı xx.xx.2022-ci il tarixli 590 saylı imtina məktubu hazırki iddia ərizəsinə əlavə edilir. İddiaçı mirasın qəbulu üçün vaxtında müraciət etmişdir. Hazırki iddia ərizəsinə əlavə edilən materiallardan görünür ki, İddiaçı anasından qalmış mirası qəbul etmək üçün xx.xx.2022-ci il tarixində 18 saylı Notariat Ofisinə müraciət etmişdir. (iddiaçının notarial qaydada təsdiq edilmiş xx.xx.2022 tarixli ərizəsi hazırki iddia ərizəsinə əlavə edilir). Göründüyü kimi, iddiaçı mirası vaxtında qəbul edən yeganə birinci növbə vərəsəsidir. Belə olan halda isə, iddiaçıya vərəsəlik hüququ haqda şəhadətnamə verilməlidir.
3. Bununla yanaşı iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras qoyan X14 tərəfindən cavabdeh İddiaçı xx.xx.2020-ci il tarixli 4Ə-422 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən bağışlanmış Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsi 21 saylı evin 3 saylı mənzilində Cavabdeh2 1/6 hissədə məcburi pay hüququnun tanınması barədə qətnamə çıxarılması, çıxarılacaq qətnamənin göstərilən əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına müvafiq qeydiyyatın aparılması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün əsas olmasının göstərilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1971 ci il tarixdə anadan olmuşdur. Cavabdeh İddiaçı onun doğma qardaşıdır. Onların anası mirasqoyan xx.xx.1952-ci il təvəllüdlü X14 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Mərhumun vəfat etdiyi vaxtda birinci növbə 3 vərəsəsi– 3 övladı həyatda olmuşdur. Həmin övladlar xx.xx.2022-ci il tarixdə ünvan 2 mirasın qəbul edilməsi üçün müraciət etmiş və vərəsəlik işi açılmışdır. X1 ona çatacaq miras paydan qardaşı İddiaçı xeyrinə imtina etmişdir. Mirasın tərkibinə daxil olan əmlaklar– Nissan Micra markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı avtomobil, Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi M.Hadi küçəsi 136P saylı evin 49 saylı mənzili və AccessBank QSC-də olan əmanət hesabıdır. Miras kütləyə daxil olan yuxarıdakı əmlaklardan başqa mərhum X8 adında Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsi 21 saylı evin 3 saylı mənzili də olmuşdur. Həmin mənzil DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan göründüyü kimi xx.xx.2020-ci il tarixli 4Ə-422 reyestr nömrəli X14 və İddiaçı arasında imzalanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Yuxarıda qeyd edildiyi kimi, Cavabdeh2 mərhum X8 birinci növbəli 3 vərəsəsindən biridir. Ona görə də onun bağışlanmış əmlakda məcburi payı mövcuddur. Konstitusiya məhkəməsinin qərarına və qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, cavabdeh İddiaçı miras qoyan mərhum X14 tərəfindən Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsi 21 saylı evin 3 saylı mənzili ölümündən 1 il 9 ay qabaq bağışladığı üçün iddiaçı Cavabdeh2 həmin əmlakda məcburi pay hüququ var. Miras qoyan Pakizə Mahmudovanın miras açılan vaxtı üç vərəsəsi olmuşdur, bu halda miras əmlakdakı məcburi payı 1/6 hissə təşkil edəcəkdir.
5. Xəzər Rayon Məhkəməsinin 2(003)-5672/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 qeyrisinə qarşı “vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “birinci növbəli vərəsə kimi bağışlanmış əmlaka məcburi pay hüququnun tanınması” tələbi barədə iddia üzrə mülki işlər birləşdirilmişdir.
6. Xəzər Rayon Məhkəməsinin 2(003)-104/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim - Emin Məmmədli) ilə İddiaçı Cavabdeh2 və ünvan 2 qarşı “şəxsin yeganə vərəsə kimi tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi” tələbinə dair iddiası təmin edilməmiş, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı iddiası təmin edilmiş, Cavabdeh2 Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsi 21 saylı evin 3 saylı mənzilin 1/6 hissəsinə pay hüququ (məcburi pay) müəyyən edilmişdir. Apellyasiya şikayətləri və onun dəlilləri:
7. İddiaçı apellyasiya şikayəti verərək apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan birinci instansiya məhkəməsi iddiaçının öz anasının həyatında yaxında iştirak etməsini, onunla daim sıx əlaqədə olmasını və məhz bu səbəbdən də, miras payının ona daha artıq hissədə verilməsi tələbini və həmin tələbin əsaslandığı faktları və dəliləri ümumiyyətlə araşdırmamış, buna dəlalət edən lazımi məhkəmə araşdırması aparmamışdır. Halbuki, həmin araşdırma aparılsa idi cavabdehin anasının həyatında ümumiyyətlə iştirak etməməsi müəyyən edilmiş olardı. Digər tərəfdən cavabdeh öz iddiasında Mülki Məcəllənin 1200-cü maddəsinin məzmununa istinad etmişdir. Halbuki, həmin maddəyə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Mülki Məcə lənin 1200-cü maddəsində “üçüncü şəxs” sözləri təsadüfən vurğulanmayıb. Belə ki, həmin maddənin məqsədi odur ki, qanun üzrə birinci vərəsələrin hüquqları təminat altında olsun. Əksi olsaydı, həmin maddədə “üçüncü şəxs” sözləri olmazdı və yaxud ümumilikdə “əşya bağışlandıqda” sözləri yazılardı. Mirasqoyan isə əmlakını oğluna, yəni birinci növbə vərəsəyə və məcburi paya hüququ olan şəxsə bağışlamışdır. : Göründüyü kimi, MMin1200-cü maddəsində “üçüncü şəxs” sözlərinin yazılması əşyanın yad şəxslərə, yəni birinci növbə vərəsə(lər)yə deyil, digər şəxslərə, o cümlədən, mərhum ilə qohumluq münasibətində olmayan şəxsləri nəzərdə tutur. Belə olan halda isə, qarşılıqlı iddianın hüquqi əsası mövcud olmur. Bundan başqa məcburi pay təminatının əsas qayəsi birinci növbə vərəsənin hüquqlarını qorumaqdır. Hazırki vəziyyətə münasibətdə isə, mirasoqoyanın vəfatından sonra mənzil (miras) yad şəxslərə, digər qohumlara deyil, məhz mirasqoyanın ailə üzvü, doğma oğlu olan və birinci növbə vərəsə sayılan İddiaçı hədiyyə edilib. Belə olan halda isə, məcburi payın əsas təminatına da ehtiyac qalmır. Məhkəmə məcburi pay barədə qanunvericiliyin normalarını düzgün tətbiq etməməklə, İddiaçı anasının sağ ikən ona bağışladığı və hazırda da ona mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsi 21 saylı evin 3 saylı mənzildən əsassız olaraq, digər şəxsə pay hüququ tanımışdır. Bu isə, iddiaçının mülkiyyət hüquqularının kobud şəkildə pozulmasına dəlalət edir. Eyni zamanda məhkəmə, iddiaçının anasının həyat və sağlamlığına, o cümlədən, peşə və kommersiya fəaliyyətinə verdiyi töhfəni nəzərə almamışdır. Göstərilənlərə əsasən qətnamənin ləğv edilməsi, tərəfindən verilmiş iddia tələbinin təmin edilməsi və Cavabdeh2 iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
8. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili L.Əkbərov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında iddiaçı Cavabdeh2 və onun nümayəndə və vəkili Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdilər.
10. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, ünvan 1 ünvanladığı məktubla işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
11. Məhkəmə kollegiyası hesab etmişdir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:
12. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2020-ci il tarixdə ölmüşdür.
13. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1978-ci ildə doğulmuş İddiaçı atası X9, anası X11r.
14. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Nissan Micra minik markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı avtomobil X8 adına qeydiyyata alınmışdır.
15. DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, ev 136P, mənzil 49 (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi 282, M12, m7) X8 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır.
16. X7 tərəfindən ünvan 2 ünvanlanmış ərizədən görünür ki, o, xx.xx.2021-ci il tarixdə vəfat etmiş anası X6 irs qalmış yaşayış evi, mənzil və otaq, qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət mirasın ona çatası hissəsindən İddiaçı xeyrinə imtina etmişdir.
17. Cavabdeh2 tərəfindən ünvan 2 ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X6 miras qalmış mənzil, maşın və əmanətdən ibarət əmlakdan ona çatası hissəyə dair qanun üzrə (və ya vəsiyyətnamə üzrə, habelə məcburi paya) vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir.
18. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X14 Bakı şəhəri Xətai rayonu Nəsrəddin Tusi küçəsi ev 21, 3 saylı mənzili İddiaçı bağışlamışdır.
19. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri Xətai rayonu Nəsrəddin Tusi küçəsi ev 21, 3 saylı mənzil 2 saylı Bakı ASAN xidmət mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 4Ə-422 reyestr nömrəli, X14 və İddiaçı arasında imzalanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixində İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
20. Pakizə Mahmudovanın adına alınmış Bakı-İstanbul və İstanbul-Bakı aviabiletləri əlavə edilmişdir.
21. İlqar Sultan tərəfindən Pakizə Mahmudovaya pul vəsaitinin köçürülməsi barədə çıxarışlar əlavə edilmişdir.
22. "xxxx" MMC tərəfindən verilmiş 19 mart 2024-cü il tarixli rəydən müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi 21 saylı evin 3 saylı mənzilin bazar dəyəri 102000 manat; **-ZC-*** dövlət qeydiyyat nişanlı “Nissan Micra” minik markalı avtomobilinin bazar dəyəri 12800 manat; Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, ev 136P, 49 nömrəli mənzilin (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi 282, M12, 7 nömrəli mənzil) bazar dəyəri 155000 manat təşkil edir.
23. X8 (doğum tarixi: xx.xx.1952-ci il; ölüm tarixi: xx.xx.2021-ci il) "xxxx" QSC-də adına olan bank hesablarına dair "xxxx" QSC-nin 083271 nömrəli arayışdan məlum olur ki, mərhum X8 adına həmin bankda olan hesablarda cəmi məbləğ 20723,99 (18228,75 AZN hər üç əmanət üzrə hesablanmış faiz məbləğlərinin cəmi+2495,24 AZN digər gəlirlər)+21000+70000+7300=119.023,99 manat təşkil edir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
24. 1133.1-ci maddəsinin tələbinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
25. 1134.1-ci maddəsinin tələbinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
26. 1145-ci maddəsinin tələbinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
27. 1146-cı maddəsinin tələbinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
28. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
29. 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.
30. 1200-cü maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.
31. 1243.1-ci maddəsinin tələbinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
32. 1297-ci maddəsinə əsasən, ailə təsərrüfatında əməyi ilə, miras qoyanın peşə və kommersiya fəaliyyətində iştirakla, özünün çəkdiyi xeyli xərclərlə, yaxud başqa şəkildə miras qoyanın əmlakının qorunmasına və artırılmasına xüsusi töhfə vermiş övlad (enən xətt üzrə qohum) miras qoyanın əmlakı bölüşdürülərkən onunla birlikdə qanun üzrə vərəsə sayılan və miras tələb edən qohumlarla bərabərləşdirilməsini tələb edə bilər.
33. 1299-cu maddəsinə əsasən, miras payının bərabərləşdirilməsi göstərilmiş xidmətlərə və mirasın həcminə uyğun olaraq ədalətlə aparılmalıdır. Əmlak bölgüsü zamanı miras payının bərabərləşdirilməsi məbləği mirasın ümumi məbləğindən çıxılır və bərabərləşdirmə tələbinə hüququ olan miras şərikinin payına əlavə edilir.
34. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Həmin Qərarda qeyd olunur ki, Mülki Məcəllənin 1200-cü maddəsinin məzmunundan göründüyü kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır:- tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı;- əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı;- əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli;- həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
38. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
39. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
40. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
41. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
44. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
45. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
46. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
47. Məhkəmə kollegiyası mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən - Cavabdeh2 iddiasının təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
48. Hazırkı mülki işin mübahisəsiz halıdır ki, iddiaçı və cavabdeh mərhum Pakizə Mahmudovanın vərəsələridir. Mərhum sağlığında özünə məxsus Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsi 21 saylı evin 3 saylı mənzili İddiaçı bağışlamışdır. Qanunda miras əmlakın vərəsələrə keçməsinin 3 əsası nəzərdə tutulmuşdur: birincisi, qanun üzrə; ikincisi vəsiyyətnamə üzrə; üçüncüsü hər iki əsasla, yəni həm qanun, həm də vəsiyyət üzrə. Birinci əsas o zaman qüvvədə olur ki, əmlaka dair vəsiyyətnamə olmasın. Qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Hazırkı mübahisə üzrə mərhum Pakizə Mahmudova xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, Bakı şəhəri Xətai rayonu Nəsrəddin Tusi küçəsi ev 21, 3 saylı mənzili qanun üzrə vərəsələrindən birinə-İddiaçı bağışlamışdır.
49. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin İddiaçı iddiasının rədd edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri həmin hissədə öz təsdiqini tapmamışdır.
50. Belə ki, mülki iş materiallarından göründüyü kimi miras qoyan - Pakizə Mahmudovanın üç övladı onun vərəsələridir və belə olan halda da İddiaçı mərhum anası X8 yeganə vərəsəsi olmadığından, onun anasına məxsus miras əmlaka tam hissədə pay hüququnun müəyyən edilməsi üçün hər hansı əsas müəyyən edilmədiyindən, iddiasının təmin edilməsi üçün əsas olmadığından, iddia təmin edilməməlidir.
51. Apellyasiya baxışında isə iddiaçı tərəf iddiasının əsaslı olması barədə mötəbər sübutlar təqdim edə bilməmişdir.
52. Göründüyü kimi, birinci instansiya məhkəməsi İddiaçı iddiasının rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
53. Bununla belə, birinci instansiya məhkəməsi Cavabdeh2 iddiasını təmin etməklə maddi hüquq normalarının tələblərini pozmuşdur.
54. Belə ki, məcburi pay qanun üzrə vərəsəlik zamanı vərəsəyə çatası payın yarısını təşkil etməlidir.
55. Mülki Məcəllənin 1200 və 1201-ci maddələrinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Əgər məcburi pay almaq hüququ olan şəxsə onun qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az əmlak vəsiyyət edilmişdirsə, o, vəsiyyət üzrə aldığı payın qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az olduğu hissəni tələb edə bilər. Müəyyən olunduğu kimi, miras qoyan Pakizə Mahmudova xx.xx.2021-ci il tarixində vəfat etmiş, miras açılana kimi əmlakın bağışlanılmasından iki il keçməmişdir. Buna görə də həmin əmlak hədiyyə olaraq hesaba alınır. Bu zaman iddiaçının qeyd olunan əmlaklardan qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az olan hissəni tələb etmək hüququ yaranır.
56. Mülki Məcəllənin 1200-cü maddəsində məcburi payın bağışlanmış əşya hesabına artırılması qaydası nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.
57. Məcburi payın tamamlanması tələbi məcburi paya hüququn xüsusi forması olmaqla, subsidiar xarakter daşıyır. Bu tələbin əsas məqsədi bağışlama yolu ilə məcburi payın aradan qaldırılmasının və ya azaldılmasının qarşısını almaqla qanuni vərəsələrin pozulmuş hüquqlarını bərpa etməkdən ibarətdir. Tamamlanma tələbini Mülki Məcəllənin 1193-cü maddəsində sadalanmış şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir.....Bağışlama halında isə məcburi pay hüququ olan şəxslər hesab olunan birinci növbə vərəsələrə çatacaq pay pozulduğundan, onlar həmin bağışlanmış əşya hesabına məcburi paylarının tamamlanmasını tələb etməklə pozulmuş hüquqlarını bərpa edə bilərlər.
58. Hazırkı halda ilkin olaraq bağışlanmış əmlak hesabına vərəsə Cavabdeh2 mirasdan payının tamamlanması zərurətinin yaranması üçün əsasların olub-olmamasını müəyyən etmək məqsədi ilə miras aktivinin ümumi dəyəri müəyyən olunmalıdır.
59. Bu məqsədlə də apellyasiya baxışı zamanı miras kütləsinə daxil olan və qiymətləndirilməli aktivlərin real bazar dəyərinin müəyyən edilməsi üçün məhkəməəmtəəşünaslıq ekspertizası keçirilmişdir.
60. Təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş 19 mart 2024-cü il tarixli rəydən müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi 21 saylı evin 3 saylı mənzilin bazar dəyəri 102.000 manat; **-ZC-*** dövlət qeydiyyat nişanlı “Nissan Micra” minik markalı avtomobilinin bazar dəyəri 12.800 manat; Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, ev 136P, 49 nömrəli mənzilin (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi 282, M12, 7 nömrəli mənzil) bazar dəyəri 155000 manat təşkil edir.
61. Digər miras əmlak olan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, sahə 127C ünvanındakı, 0,12 hektar torpaq sahəsinin real bazar dəyərinin isə 40.000 manat olması barədə apellyasiya baxışı zamanı hər iki tərəf məhkəmə iclasında yekdil olaraq, razılığa gəlmişlər.
62. X8 (doğum tarixi: xx.xx.1952-ci il; ölüm tarixi: xx.xx.2021-ci il) "xxxx" QSC-də adına olan bank hesablarına dair "xxxx" QSC-nin 083271 nömrəli arayışdan məlum olur ki, mərhum X8 adına həmin bankda olan hesablarda cəmi məbləğ 20723,99 (18228,75 AZN hər üç əmanət üzrə hesablanmış faiz məbləğlərinin cəmi+2495,24 AZN digər gəlirlər)+21000+70000+7300=119.023,99 manat təşkil edir.
63. Beləliklə, miras kütləsinə daxil olan olan cəmi əmlakların dəyəri, ümumilikdə, (102000+12800+155000+40000=309800) 309800+119.023,99=428.823,99 manat təşkil etmişdir və həmin məbləğə münasibətdə hər bir vərəsəyə çatası pay 1/3 olmaqla 142.941,33 manat təşkil edir. Demək ki, mirasqoyanın qanun üzrə 3 vərəsəsi var və vərəsələrdən hər birinə düşən pay 142.941,33 manat təşkil edir. Məcburi pay qanun üzrə düşən payın yarısını təşkil etdiyindən, 142.941,33 manatın ½-i isə 71470,66 manat təşkil edir.
64. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, miras kütləsinə daxil olan əmlakların dəyəri hesablanan zaman bağışlanan əmlakın (Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi 21 saylı evin 3 saylı mənzil) dəyəri, yəni 102.000 manat nəzərə alınmadıqda, qalan əmlakların ümumi dəyəri 428.823,99-102.000=326.823,99 manat təşkil etmiş olacaq ki, 326.823,99 manat qanun üzrə üç vərəsə arasında bölündükdə (326.823,99:3= 108.941,33) hər bir vərəsəyə düşən pay 108.941,33 manat təşkil edir.
65. Göründüyü kimi, miras kütləsinin ümumi dəyərindən bağışlanan əmlak çıxılan zaman üç vərəsənin hər birinin payı 108.941,33 manat təşkil etdiyindən, bu da həmin bağışlanan əmlak miras kütləsinə daxil olan zaman hər bir vərəsənin məcburi payı olan 71470,66 manatdan çox olduğundan, hazırkı halda iddiaçı Cavabdeh2 Mülki Məcəllənin 1200-cü maddəsinə əsasən, məcburi payın tamamlanmasını tələb etmək hüququ yaranmır. Bu hüquq yalnız ona çatan payın məcburi payının həcmindən - 71470,66 manatdan- az olduğu halda yarana bilərdi. Hazırkı halda isə ona düşən pay 108.941,33 manat olmaqla, məcbur payı üstələyir. Demək ki, hazırkı halda Cavabdeh2 bağışlanmış əmlakın hesabına məcburi payın tamamlanmasını tələb etmək üçün qanuni əsası mövcud deyildir.
66. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bağışlanmış əmlak hesabına vərəsə Cavabdeh2 mirasdan payının tamamlanması zərurətinin yaranması üçün əsasların olub-olmamasını müəyyən etmədiyindən və bu halda maddi hüquq normasının tələblərini pozduğundan, gəldiyi nəticə işin faktiki hallarına və qanunun tələblərinə uyğun olmamışdır.
67. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 mirasdan məcburi payının tamamlanması zərurəti yaranmadığından, demək ki, onun iddiasının təmin edilməsi üçün əsaslar olmadığından, rayon məhkəməsi hazırkı iş üzrə məcburi payın tamamlanmasında istinad edilən maddi hüquq normalarının tələblərini pozduğundan, eləcə də gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığından, qətnamə qismən – Cavabdeh2 iddiasının təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticə:
68. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, rayon məhkəməsi tərəfindən maddi hüquq normasının tətbiqində səhvə yol verildiyindən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən - Cavabdeh2 iddiasının təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
69. MPM-in 119-cu maddəsinə əsasən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmçinin apellyasiya baxışı zamanı mütəxəssis rəyinin verilməsi üçün çəkilən 300 manat xərc Cavabdeh2 "xxxx" MMC-nin xeyrinə tutulmalıdır.
70. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Xəzər Rayon Məhkəməsinin 2(003)-104/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən, iddiaçı Cavabdeh2 iddiasının təmin edilən hissəsində ləğv edilsin. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “məcburi pay hüququnun müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya baxışı zamanı mütəxəssis rəyinin verilməsi üçün çəkilən 300 (üç yüz) manat xərc Cavabdeh2 tutularaq "xxxx" MMC, H/h: № AZ33İBAZ********************, VÖEN: **********, Benefisiar alan bank: "xxxx" ASC Yasamal filialı, Kodu: 805562, VÖEN:**********, Müxbir hesab: AZ03NABZ********************, S.W.İ.F.T BİK: İBAZAZ2X hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.