Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2009/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iddia üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərardadından Cavabdeh2 QSC tərəfindən tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 alqı- satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. İddiaçı eyni zamanda iddianın təmin tədbiri barədə məhkəməyə ərizə verərək, iddianı təmin etmək məqsədilə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32, 4-cü küçə, 4 nömrəli fərdi yaşayış evinin satılması, bağışlanması və ya hər hansı bir şəkildə özgəninkiləşdirilməsi və barəsində hər hansı sərəncam verilməsinin qarşısının alınması barədə qəradad çıxarılmasını xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin xx xxx 2018-ci ıl tarixli, 2(008)-5138/20 saylı qərardadı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32, 4-cü küçə, fərdi yaşayış evinin satılması, bağışlanması və ya hər hansı bir şəkildə özəninkiləşdirilməsi və barəsində hər hansı sərəncam verilməsinin qadağan edilməsi qadağan edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə əlavə göndərərək, iş üzrə X1 və Cavabdeh2 QSC-nin cavabdehlər qismində cəlb olunmasını və iddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri Səbail rayonu, Salyan şossesi 32, 4-cü küçə, 4 nömrəli fərdi yaşayış evinin alqı-satqısına dair xx xxxxxx 2012-ci il tarixli, AN-İ ******* saylı “daşınmaz əmlakın alqı-satqısına dair müqaviləsi”nin və Cavabdeh1 ilə X2 arasında Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32, 4-cü küçə, 4 nömrəli yaşayış evinin alqısatqısına dair xx xxxx 2013-cü il tarixli AN-0338577 saylı əmlakın alqı-satqısına dair müqaviləsi”nin etibarsız hesab edilməsi barədə əbul edilməsini xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(008)-5138/20 saylı qərardadından narazı qalan Cavabdeh2 QSC şikayət verərək, həmin qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32, 4 nömrəli fərdi yaşayış evi Cavabdeh2 QSC-nin mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, 28.01,2017-ci il qeydiyyat tarixli çıxarış alınmışdır. Yəni müvafiq qərardad qəbul edilən zaman həmin əmlak "Cavabdeh2” QSC-nin mülkiyyətində olmuşdur. Lakin Sabunçu Rayon Məhkəməsi tərəfindən həmin əmlakın Cavabdeh2 QSC-nin mülkiyyətində olması faktı nəzərə alınmamış, qərardad qəbul edilən zaman banka heç bir xəbərdarlıq edilməmiş və “Cavabdeh2" QSC-nin razılığı alınmamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh maraqlı şəxsin səlahiyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti qəbul etməyərək təmin olunmamasını xahiş edən iddiaçının səlahiyyətli nümayəndəsini dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, Sabunçu Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(008)- 4733/2018 saylı qərardadı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32, 4-cü küçə, 4 nömrəli fərdi yaşayış evinin satılması, bağışlanması və ya hər hansı bir şəkildə özgəninkiləşdirilməsi və barəsində hər hansı sərəncam verilməsi qadağan edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən Hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1-ci maddəsinə əsasən cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaqla iddianı təmin etmək üçün tədir görülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci və 158-ci maddələrinin məzmunundan görünür ki, iddianı təmin etmə tədbirlərinin görülməsində məqsəd mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından ibarətdir. İddianın təmin edilməsi məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbirdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.2.-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Məhkəmə kollegiyası işə baxan birinci instansiya məhkəsi ilə razılaşaraq hesab edir ki, iş üzrə iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə mürüciət edərək, onunla Cavabdeh1 arasında Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32, 4-cü küçə, 4 nömrəli fərdi yaşayış evinin alqı-satqısına dair xx xxxxxx 2012-ci il tarixli, AN-İ ******* saylı "daşınmaz əmlakın alqı-satqısına dair müqaviləsi”nin və Cavabdeh1 ilə X2 arasında Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32, 4-cü küçə, 4 nömrəli fərdi yaşayış evinin alqısatqısına dair xx xxxx 2013-cü il tarixli AN-0338577 saylı “daşınmaz əmlakın alqı-satqısına dair müqaviləsi”nin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edərək, Cavabdeh2 QSC iş üzrə cavabdeh qismində cəlb olunduğundan şikayət təmin edilməməlidir. İddia üzrə tələblə həmin iddianı təmin etmə tədbiri arasında əlaqənin mövcud olduğunu nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki işə mahiyyəti üzrə baxılıb qurtarana qədər iddianı təmin etmə tədbiri barədə ərizəni qismən təmin edərək, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32, 4-cü küçə, fərdi yaşayış evinin satılması, bağışlanması və ya hər hansı bir şəkildə özəninkiləşdirilməsi və barəsində hər hansı sərəncam verilməsinə qadağan edilməsini qərara almaqla birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: İş üzrə Cavabdeh2 QSC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxx 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2009/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2009/2021
04.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver