Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2019/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı (müstəqil tələb irəli sürməyən 3-cü şəxslər qismində “xxxx” ASC və «xxxx» MMC işə cəlb edilməklə) cavabdehlər “X6 Mərkəzi” MMC və Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinə qarşı “satış hərracının nəticələrinin etibarsız hesab edilməsi və aktın ləğv edilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1924/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı (müstəqil tələb irəli sürməyən 3-cü şəxslər qismində “xxxx” ASC və «xxxx» MMC işə cəlb edilməklə) cavabdehlər “X6 Mərkəzi” MMC və Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Səbail rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-cu il tarixli sifarişi əsasında X6 Mərkəzi MMC-nin keçirdiyi hərracın etibarsız hesab edilməsi və xx xxx 2020-ci il tarixli aktın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən cavabdehlər “xxxx” MMC və İddiaçı Kİ750 saylı kredit xətt müqaviləsinə dair imzalanmış xx.xx.2015-ci il tarixli 01 saylı kredit razılaşması üzrə 303.576,08 manat əsas, 80.587,27 manat faiz, 48,352,36 manat cərimə borcu tutularaq “xxxx” ASC-yə ödənilməli, cavabdehlər “xxxx” MMC və İddiaçı K1750 saylı kredit xətt müqaviləsinə dair imzalanmış xx.xx.2015-ci il tarixli 01 saylı kredit razılaşması üzrə 223,317,78 manat əsas, 66,780,31 manat faiz, 32,354,05 manat cərimə borcu, 30 manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 40 manat xidmət haqqı tutularaq “xxxx” ASC-yə ödənilməli, tutma “xxxx” MMC-yə məxsus aşağıdakı 28 adda daşınar əşya-mal qalıqlarına yönəldilməlidir: DB Classic DER with Tap Bags (B10P52)-9000 manat, DB Classic plain ring (B20P53)-20000 manat, X15 Necklace (Z00W39)-60000 manat, Aura Cushion ring (F15P48)- 16000 manat, X11 (Z00W41)-7000 manat, Arpeggia THREELİNES Necalce 18KP-40000 manat, DB Classic plain ring (B10P50)-9000 manat, DB Classic plain ring (B10P55)-5000 manat, X18 & Plain Ring (C10P52)-8000 manat, X19 & Plain Ring (B15P52)-10000 manat, X21 Signature Ring (B10P54)-6000 manat, X21 Signature Ring (B15P52)-10000 manat, X18 & Plain Ring (C10P53)-9000 manat, X13 -10000 manat, Aura Pendant no gap (F10W42)-10000 manat, DB Classic plain ring (B10P53)-8000 manat, DB Classic plain ring (B10P51)-6000 manat, DB X9 (B10P54)-6000 manat, Pendant no gap (F10W42)-10000 manat, DB Classic plain ring (B10P53)- 8000 manat, DB Classic plain ring (B10P51)-6000 manat, DB X9 (B10P54)- 6000 manat, Adonis Rose DER (Bİ552)-10000 manat, Adonise Rose DER (B10P54)-8000 manat, Adonis Rose DER (B15P52)-13000 manat, DB Classic pedant (B10P42)-7000 manat, DB Classic plain ring (B15P55)-12000 manat, X20 Ring Pave RB (B15P53)-18000 manat, X16 (Z00W49)-10000 manat, X1410000 manat. Həmin əşya-mal qalıqları hərracdan satılmalı, həmin əmlakların ilkin satış qiyməti 350.000 manat müəyyən edilməlidir. İcra sənədində qeyd edilən məhkəmə qətnaməsi üzrə 350.000 manat dəyərində qiymətləndirilmiş 28 adda daşınar əşya-mal qalıqları icra mərhələsində iddiaçıya heç bir rəsmi bildiriş və ya şifahi məlumat verilmədən cavabdeh Səbail rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli sifarişi əsasında 27 adda girov (xx xxx 2020-ci il tarixli Aktda isə 26 adda girov predmetləri qeyd edilmişdir) predmetlərinin satışının təmin edilməsi məqsədi ilə X1 Mərkəzi MMC-yə sifariş verilmiş və Hərrac təşkilatının xx.xx.2020-ci il tarixli məktubunda qızıl-zinyət əşyalarının satılmadığı qeyd edilmişdir, həmin əmlaklar xx.xx.2020-ci il tarixdə 26 adda tələbkar “xxxx” ASC-yə təklif olunmuş və tələbkar tərəfindən xx xxx 2020-ci il tarixli Aktla 322.000 manat dəyərində qəbul edilmişdir. Bütün bu proseslər barədə iddiaçıya hər hansı rəsmi yazılı şəkildə və ya şifahi məlumat verilməmişdir. Bu proseslərdən o, bu yaxın günlərdə şifahi formada tanışı Səbail rayon İcra və Probasiya şöbəsindən aldığı məlumat əsasında xəbər tutduqdan sonra nümayəndəsi vasitəsilə məhkəmədə iddia qaldırmağa məcbur oldu. Satış hərracının keçirilməsi ilə əlaqədar ciddi qanun pozuntularına yol verildiyi üçün satış hərracının keçirilməsi və yekun protokolu etibarsız hesab edilməli və həmin daşınar əşyalar barədə yenidən qiymətləndirmə keçirilməlidir. Satış hərracının keçirilməsi ilə əlaqədar ciddi qanun pozuntularına yol verildiyi üçün satış hərracının keçirilməsi etibarsız hesab edilməli və xx xxx 2020-ci il tarixli Akt ləğv edilərək yenidən qiymətləndirmə keçirilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1924/2020 saylı, xx xxxxxxx 2020ci i il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini daşınar əmlakların satılması prosesləri barədə məlumatlı olmaması və ona bu barədə bildirişlərin göndərilməməsi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin “xxxx” ASC-nin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüququnun olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddia tələbinin “xx xxx 2020-ci il tarixli aktın ləğv edilməsi” barədə təmin edilməyən hissədə yoxlanılması təşkil edir. Belə ki, iddiaçı qətnamənin ləğvini xahiş etsə də, şikayətin məzmunundan onun qətnaməni yalnız qeyd edilən hissədə mübahisələndirdiyi aydın olur. Məhkəmə kollegiyası qeyd edilən kontekstdə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Səbail rayon İcra və probasiya şöbəsi tərəfindən “X1 Mərkəzi” MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən cavabdehlər “xxxx” MMC və İddiaçı Kİ750 saylı kredit xətt müqaviləsinə dair imzalanmış xx.xx.2015-ci il tarixli 01 saylı kredit razılaşması üzrə 303.576,08 manat əsas, 80.587,27 manat faiz, 48,352,36 manat cərimə borcu tutularaq “xxxx” ASC-yə ödənilməli, cavabdehlər “xxxx” MMC və İddiaçı K1750 saylı kredit xətt müqaviləsinə dair imzalanmış xx.xx.2015-ci il tarixli 01 saylı kredit razılaşması üzrə 223,317,78 manat əsas, 66,780,31 manat faiz, 32,354,05 manat cərimə borcu, 30 manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 40 manat xidmət haqqı tutularaq “xxxx” ASC- yə ödənilməli, tutma “xxxx” MMC-yə məxsus aşağıdakı 28 adda daşınar əşya-mal qalıqlarına yönəldilməlidir: DB Classic DER with Tap Bags (B10P52)-9000 manat, DB Classic plain ring (B20P53)-20000 manat, X15 Necklace (Z00W39)-60000 manat, Aura Cushion ring (F15P48)- 16000 manat, X11 (Z00W41)-7000 manat, Arpeggia THREELİNES Necalce 18KP-40000 manat, DB Classic plain ring (B10P50)-9000 manat, DB Classic plain ring (B10P55)-5000 manat, X18 & Plain Ring (C10P52)-8000 manat, X19 & Plain Ring (B15P52)-10000 manat, X21 Signature Ring (B10P54)-6000 manat, X21 Signature Ring (B15P52)-10000 manat, X18 & Plain Ring (C10P53)-9000 manat, X13 -10000 manat, Aura Pendant no gap (F10W42)-10000 manat, DB Classic plain ring (B10P53)-8000 manat, DB Classic plain ring (B10P51)-6000 manat, DB X9 (B10P54)-6000 manat, Pendant no gap (F10W42)-10000 manat, DB Classic plain ring (B10P53)-8000 manat, DB Classic plain ring (B10P51)-6000 manat, DB X9 (B10P54)-6000 manat, Adonis Rose DER (Bİ552)-10000 manat, Adonise Rose DER (B10P54)-8000 manat, Adonis Rose DER (B15P52)-13000 manat, DB Classic pedant (B10P42)-7000 manat, DB Classic plain ring (B15P55)-12000 manat, X20 Ring Pave RB (B15P53)-18000 manat, X16 (Z00W49)-10000 manat, X14-10000 manat. Həmin əşya-mal qalıqları hərracdan satılmalı, həmin əmlakların ilkin satış qiyməti 350.000 manat müəyyən edilməlidir. Tutma cavabdeh X3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 995, 995 a, 995 b saylı bağ evinə yönəldilməli, həmin daşınmaz əmlak açıq hərracdan satılmalı, bağ evinin ilkin satış qiyməti 410000 manat müəyyən edilməlidir. Satışdan əldə edilmiş vəsaitlər borcun ödənilməsinə yönəldilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə şöbəyə daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. Tələbkar «xxxx» ASC tərəfindən şöbəyə daxil olmuş xx.xx.2019-cu il tarixli ərizədə iş üzrə girov predmeti olan DB Classic plain rinq (B20P53) adlanan qızıl-zinət əşyasının məhkəmədənkənar qaydada tərəflərin razılığı ilə özgəninkiləşdirildiyi, qalan digər 27 adda girov predmetlərinin tələbkar «xxxx» ASCnin saxlancında olduğunu bildirilmişdir. Sözügedən 27 adda girov predmetlərinin satışının təmin edilməsi məqsədi ilə hərracın keçirilməsinin təşkil edilməsi xahiş olunmuşdur. Təqdim edilmiş “X1 Mərkəzi” MMC-nin Səbail rayon İcra və probasiya şöbəsinə ünvanlanmlş xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İcra şöbəsinin 157297/19-xxxx/8686 saylı, xx.xx.2019-cu il tarixli sifarişinin icrası ilə əlaqədar “X1 Mərkəzi” MMC tərəfindən keçirilən hərrac zamanı alıcı olmadığı üçün qızıl-zinət əşyaları satılmamış, buna görə qanunvericiliyə uyğun qərar qəbul etmək üçün işin İcra şöbəsinə geri qaytarıldığı bildirilmişdir. Təqdim edilmiş Səbail rayon İcra və probasiya şöbəsinin “xxxx” ASC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, “X1 Mərkəzi” MMC-dən şöbəyə daxil olmuş məktubda əmlakların satılmadığı qeyd olunmuşdur. AR “İcra haqqında” Qanunun 53.3-cü maddəsinə əsasən icra sənədində qeyd olunmuş əmlakların tələbkar olaraq “xxxx” ASC-yə təklif olunduğu bildirilmiş və 10 gün ərzində təklifə münasibət bildirilməsi xahiş olunmuşdur. Təqdim edilmiş “xxxx” ASC-nin Səbail rayon İcra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, o, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6521/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə tələbkarln xx.xx.2019-cu il tarixli ərizəsində göstərilən, məhkəmədənkənar qaydada tərəflərin razılığı ilə özgəninkiləşdirilmiş DB Classic plain rinq (B20P53) və “Adonis Rose DER (B10P54) adlanan qızıl-zinət əşyaları istisna olmaqla, digər 26 adda girov predmetlərini 322000 manat məbləğində borc müqabilində mülkiyyətə almağa razılığını bildirmişdir. Təqdim edilmiş Səbail rayon İcra və probasiya şöbəsinin icra məmurları Tural Aşurov və Tohid Nurlunun, tələbkar “xxxx” ASC-nin etibarnamə üzrə nümayəndəsi Fərid Rzabəyli və “xxxx” ASC-nin Port Baku şöbəsinin baş xəzinədarı Asif Hüseynovun, hal şahidləri Mirvüqar Abbasov və Elşən Sadıqovun iştirakları ilə tərtib olunmuş xx.xx.2020-ci il tarixli Aktdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6521/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə bağlı girov predmetləri olan 26 adda əşyamal qalıqları “xxxx” ASC-nin nümayəndəsi, baş xəzinədar X7 təhvil verildi. İcra sənədində göstərilən ümumi borc məbləğindən 322000 manat çıxıldı. Təqdim edilmiş “xxxx” ASC-nin Səbail rayon İcra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, görünür ki, iddia tələbi üzrə borc ödənildiyindən, İcra şöbəsinin icraatında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6521/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə icra icraatına “İcra haqqında” AR Qanununun 20.1.5-ci maddəsinə uyğun olaraq xitam verilməsi xahiş olunmuşdur. İş materiallarında olan “X1 Mərkəzi” MMC tərəfindən tələbkar “xxxx” ASC, borclu “xxxx” MMC və sifarişçi İcra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 1199 saylı bildirişdən görünür ki, dəyəri 350000 manat olan zinət əşyaları və dəyəri 410000 manat olan Xəzər raonu, Mərdəkan qəsəbəsi, 995, 995 a, 995 b saylı bağ evinin açıq hərracı xx.xx.2020-ci il tarixdə, saat 11:00-da keçiriləcəkdir. İş materiallarında olan Mega Ekspress bildiriş-qaimələrdən görünür ki, X1 Mərkəzi MMC tərəfindən X4 ünvanlanmış məktub qapı bağlı olduğu üçün çatdırılmamış, xxxx MMC-yə ünvanlanmış məkub isə imtina edilərək qəbul edilməmişdir. İş materiallarında olan Market qəzeti nəşrlərindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 995, 995a, 995b saylı bağ evləri və sözügedən icra sənədi üzrə girov predmeti olan qızıl zinət əşyaları ilə bağlı hərrac keçirilməsi barədə elanlar verilmişdir. Mülkiyyət hüquq münasibətlərilə yanaşı öhdəlik hüquq münasibətləri də əmlak hüquq münasibətlərinin bir növü kimi mülki dövriyyənin iştirakçıları arasında maddi nemətlərin sərbəst yerdəyişməsinə xidmət edir. Belə münasibətləri tənzimləyən MM-nin 385.1-cimaddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlik münasibətləri tərəflərini intizamlandırmaq, onun yetərincə və vaxtında icra olunmasını təşviq etmək məqsədilə həmin Məcəllədə kreditorla müqayisədə borclu barəsində birbaşa və ya dolayısı yüklülük yaradan və əlavə təminat vasitəsi kimi çıxış edən öhdəliklərin icrasının təmin edilməsi üsulları da müəyyənləşdirilmişdir. Bu baxımdan girov əlavə (aksessor) öhdəlik kimi onunla təmin edilmiş öhdəliklərin yerinə yetirilmədiyi və ya yerinə yetirilməsinin gecikdirildiyi hallarda əmlakdan real məhrum olma təhlükəsi yaratdığından borclunu əsas öhdəliyin vaxtında icrasına sövq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəlir. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.2-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, borclular “xxxx” MMC, İddiaçı, X5 və tələbkar “xxxx” ASC arasında yaranmış öhdəlik münasibətləri ilə bağlı tərəflərin arasında mübahisənin məhkəmədənkənar həlli barəsində razılaşma olmamış və əmlaka tutma yönəldilməsi haqqında məhkəmə qətnaməsi qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsində isə göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Hərracın keçirilməsi ilə bağlı sənədlərdən görünür ki, hərracın keçirilməsi ilə bağlı bildirişlər, o cümlədən iddiaçıya ünvanlanmış bildirişlər onun qeydiyyatda olduğu ünvana çatdırılmışdır. Həracın keçirilıməsi ilə bağlı “Market” qəzetində müvafiq elanlar verilmişdir. Yuxarıda qeyd olunduğu kimi qətnamənin bu hissəsi hazırki apellyasiya baxışı çəçivəsində yoxlanılmır. İddiaçının sözügedən icra sənədi üzrə girov predmeti olan qızıl zinət əşyalarının tələbkara təhvil verilməsinə dair xx.xx.2020-ci il tarixli aktın ləğv edilməsi edilməsi tələbi ilə bağlı kollegiya aşağıdakıları qeyd edir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 53.2-ci maddəsinə əsasən borclunun əmlakı Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Qeyd olunan Qanunun 53.3-cü maddəsinə əsasən əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. İşin müəyyən edilmiş hallarına əsasən, “X1 Mərkəzi” MMC tərəfindən keçirilən hərrac zamanı alıcı olmadığı üçün qızıl-zinət əşyaları satılmamış, buna görə iş İcra şöbəsinə geri qaytarılmış, İcra şöbəsi tərəfindən “İcra haqqında” Qanunun 53.3-cü maddəsinə əsasən icra sənədində qeyd olunmuş əmlaklar tələbkar olaraq “xxxx” ASC-yə təklif olunmuş və tələbkar bank girov predmetlərini 322000 manat məbləğində borc müqabilində mülkiyyətə almağa razılığını bildirmişdir. Bundan sonra isə icra məmurlarının, tələbkar bankın nümayəndələrinin və hal şahidlərinin iştirakı ilə icra sənədinin icrası ilə bağlı girov predmetləri olan 26 adda əşya-mal qalıqları “xxxx” ASC-nin nümayəndəsinə təhvil verilmiş və bu barədə xx.xx.2020-ci il tarixli Akt tərtib edilmişdir. Kollegiya yuxarıda şərh olunan halları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (AR Mülki Məcəllənin 560.2-ci mad.). Kollegiya xüsusilə qeyd edir ki, mübahisəli qızıl-zinyət əşyalarının sahibi İddiaçı olmadığından aktın etibarsız hesab edilməsini hüquqi baxımdan tələb edə bilməz. O, belə bir tələbi irəli sürmək üçün subyektiv hüquqa malik deyil. Belə ki işin müəyyən edilmiş hallarına əsasən, iddia ərizəsində sadalanan qızıl-zinyət əşyaları «xxxx» MMC-yə məxsusdur və hazırki iddia tələbi həmin MMC tərəfindən irəli sürülə bilərdi. Həmçinin nəzərə alınmalıdır ki, iş mtaeriallarından İddiaçı «xxxx» MMC-nin qanuni təmsilçisi olduğu müəyyən edilmir. Bu səbəbdən kollegiya iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddiaçının, mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi torpaq sahəsinin bu cür statusa malik olduğu, mübahisəsi gedən sahənin iddiaçının mülkiyyətinə verildiyi müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu mənada kollegiyanın qənaətinə görə, xx xxx 2020-ci il tarixli aktın etibarsız hesab edilməsi barədə iddia tələbi hüququ olmayan şəxs tərəfindən verildiyinə, həmin şəxsdə subyektiv hüququn elementi, yəni başqa şəxsdən tələb etmək hüququ yaranmadığına görə İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı deyildir. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384.0.1, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1924/2020 saylı, xx xxxxxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2019/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2019/2021
22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver