Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2020/2023 27.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4076/2022 saylı, 05 dekabr 2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4076/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh İB Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4076/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermiş və eyni zamanda, ərizə ilə məhkəməyə müraciət edərək, buraxılmış prosessual müddətin üzrlü hesab edilərək müddətin bərpa olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin məhkəmələrdə həm iddiaçı kimi, həm də cavabdeh kimi iştirak etdiyi mülki işlərin sayı yetərincə çoxdur. Elə işlərin çoxluğu səbəbindən mübahisələndirdiyi qətnamədən verilmiş apelyasiya şikayəti müddətin ötürülməsi ilə verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4076/2022 saylı, 05 dekabr 2022-ci il tarixli qərardadı ilə ərizə təmin olunmamış, apelyasiya şikayəti və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Cavabdeh qərardadından şikayət verərək qərardadın ləğv edilməsini və Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4076/2022 saylı 16.08..2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə şikayətin dəlillərini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4076/2022 saylı, 18 yanvar 2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4076/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından verdiyi şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4076/2022 saylı, 05 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4076/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə Cavabdeh elektron kabinetinə yerləşdirilmiş cavabdeh tərəfindən apellyasiya şikayətini və müddətin bərpası barədə ərizə 13 noyabr 2022-ci il tarixdə elektron qaydada məhkəmənin elektron informasiya sistemində yerləşən elektron kabinetə daxil edilmişdir. Göründüyü kimi, cavabdehin apelyasiya şikayəti vermək üçün faktiki şəraiti və yetərli vaxtı olsa da, apelyasiya şikayəti ilə məhkəməyə vaxtında müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 130.1-ci maddəsinin tələblərinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kollegiya qeyd edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4076/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi üçün əsaslı hallar mövcud olmadığından, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh təşkilatın istinad etdiyi hallar apellyasiya şikayətini vermək üçün nəzərdə tutulmuş müddətin buraxılması üçün üzrlü səbəb hesab edilə bilməz. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4076/2022 saylı, 05 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4076/2022 saylı, 05 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2020/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2020/2023
27.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver