Məhkəmə qərarları › İş №2(103)-2022/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2022/2025

29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2022/2025 29.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi ilə (məruzəçi), Mərdanova Xumar Afət qızı və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndələri X1 və X2, Üçüncü şəxs X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı, X9 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, payın müəyyən edilməsi, əmlakın satılması və pulun ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7441/2024 nömrəli 09 dekabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nikah dövründə əldə edilmiş “Chevrolet Cruze” markalı, **-TY-*** dövlət qeydiyat nişanlı avtomobil razılığı olmadan özgəninkiləşdirildiyi üçün alğı-satqının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh oğu arasında 22 iyun 2012-ci ildə nikah qeydə alınmışdır. İddiaçının mediasiyaya müraciət edəndən on beş gün əvvələ kimi, cavabdehlə iddiaçı birgə təsərrüfat aparmaqla bir ünvanda yaşamışlar. Tərəflərin birgə nikahından 19 mart 2014-cü il təvəllüdlü X5 və 15 noyabr 2016-cı il təvəllüdlü X6 doğulmuşdur. Məhkəmə qətnaməsi ilə uşaqlar iddiaçının yanında saxlanılmışlar. Eyni zamanda iddiaçı ilə Cavabdeh nikah dövründə əldə etdikləri “Chevrolet Cruze” markalı, **-TY-*** dövlət qeydiyat nişanlı avtomobil alınmışdır. Tərəflərin məhkəmdə boşanma prosesi zamanı Cavabdeh “Chevrolet Cruze” markalı, **-TY-*** dövlət qeydiyat nişanlı avtomobili öz yaxınlarının adına keçirmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, nikah dövründə əldə edilmiş “Chevrolet Cruze” markalı, **-TY-*** dövlət qeydiyat nişanlı avtomobil razılığı olmadan özgəninkiləşdirildiyi üçün avtomaşına dair alğı-satqının ləğv edilməsi, 1/2 hissəyə bölünməsi, hərraca çıxarılaraq satılması, satışından əldə edilmiş vəsaitin paylara münasib şəkildə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, nikah dövründə əldə edilmiş “Chevrolet Cruze” markalı, **-TY-*** dövlət qeydiyat nişanlı avtomobil razılığı olmadan özgəninkiləşdirildiyi üçün avtomaşına dair alğı-satqının etibarsız hesab edilməsi, avtomobil üzərində 1/2 hissədə payının müəyyən edilməsi, hərraca çıxarılaraq satılması, satışından əldə edilmiş vəsaitin paylara münasib şəkildə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 09 dekabr 2024-cü il tarixli 2(011)-7441/2024 nömrəli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia tələbinin qismən təmin edilməsi, “Chevrolet Cruze” markalı, **-TY- *** dövlət qeydiyat nişanlı avtomobilin alğı-satqısına dair Cavabdeh ilə X9 arasında bağlanmış müqavilə etibarsız hesab edilməsi, avtomobil üzərində İddiaçı 1/2 hissədə, Cavabdeh 1/2 hissədə payının müəyyən edilməsi, iddiaçının ödədiyi 50 manat dövlət rüsumunun onun özünə aid edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı X9 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Apellyasiya baxışı zamanı tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək, iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə kollegiyasına təqdim edilmiş barışıq sazişində göstərilmişdir ki, Cavabdeh hazırki iddia tələbinin qarşılığında iddiaçıya 2025-ci il iyul ayının 31-dək 2750 manat ödəməyi öhdəsinə götürür. İddiaçı cavabdeh tərəfindən ona 2025-ci ilin iyul ayının 31-dək 2750 manat ödənilməsi müqavilində hazırki iddiasından imtina edir. Kollegiya proses iştirakçılarını dinləyib, barışıq sazişi və iş materiallarını tədqiq edərək hesab edir ki, barışıq sazişi təsdiq olunaraq, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 391, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Cavabdeh qarşı, X9 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, payın müəyyən edilməsi, əmlakın satılması və pulun ödənilməsi tələbinə dair” mülki iş üzrə tərəflər arasında bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: - Cavabdeh hazırki iddia tələbinin qarşılığında iddiaçıya 2025-ci il iyul ayının 31dək 2750 manat ödəməyi öhdəsinə götürür; - İddiaçı cavabdeh tərəfindən ona 2025-ci ilin iyul ayının 31-dək 2750 manat ödənilməsi müqabilində hazırki iddiasından imtina edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7441/2024 nömrəli 09 dekabr 2024cü il tarixli qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar