Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2028/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10 və X22 olmaqla Cavabdeh qarşı “mirasın qəbul edilməsi” tələbinə dair və müstəqil tələb irəli sürən üçüncü şəxs X19 cavabdehlər İddiaçı, X48, Bakı şəhəri 30 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi və s.” tələbinə dair mülki iş üzrə Açar sözlər: (vərəsəliklə bağlı mübahisələr) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X44 və X14 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdehlər Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxsX10nın, Müstəqil tələb irəli sürən üçüncü şəxs X19, onun vəkili X23 iştirakları ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(006)-3625/2022 saylı qətnaməsindən Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs X32 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı anadan olandan Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi, dalan 8, 2 saylı evdə yaşamış, 05 oktyabr 1976-cı il tarixdə X57 ilə nikah bağlayandan sonra mübahisəli evdən qeydiyyatdan çıxaraq ünvan 1 ünvana qeydiyyata düşmüşdür. 2.27 may 1989-cu il tarixdə anası X24, 20 iyul 1989-cu il tarixdə isə atası X49 vəfat etmişlər.İddiaçı həat yoldaşı daimi yaşamaq üçün Kiyev şəhərinə köçmüş, o, anası X24 vəfat etdiyi 1989-cu ildən bu günə kimi miras evdə yaşayır. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı (bundan sonra-iddiaçı) Cavabdeh qarşı “mirasın qəbul edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi, dalan 8, 2 saylı evin mərhum X13 məxsus 1/2 açıq qalan hissə mirasın iddiaçı tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.Sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi, dalan 8, 2 saylı evin mərhum X13 məxsus 1/6 açıq qalan hissə mirasın iddiaçı tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5.X10 və X22 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. 6.Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X32 cavabdehlər İddiaçı, X48, Bakı şəhəri 30 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Ə.Topçubaşov küçəsi, dalan 8, 2 saylı evin 1/3 hissəsinin 1/2 hissəsinə (1/6 hissəsinə) İddiaçı adına 23 dekabr 2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında göstərilən evin 1/6 hissəsinə dair 27 dekabr 2021-ci il tarixdə İddiaçı Əbdlhüseyn qızının adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilmələri, Bakı şəhəri, Ə.Topçubaşov küçəsi, dalan 8, 2 saylı evin Məryəm İmamverdi qızından miras qalmış 1/3 hissəsinə X11 vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması, Bakı şəhəri, Ə.Topçubaşov küçəsi, dalan 8, 2 saylı evin Məryəm İmamverdi qızından miras qalmış 1/3 hissəsinin daşınmaz əmlakın dövlət reyestrində X11 adına qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 7.İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi, dalan 8, 2 saylı ev 1/3 hissə olmaqla X21, 1/3 hissə olmaqla X50, 1/6 hissə olmaqla onun və 1/6 hissə açıq qalmaqla mərhum anası X51 adlarına qeydiyyata alınmışdır. Anadan olandan mübahisəli evdə yaşamış, 05 oktyabr 1976-cı il tarixdə X57 ilə nikah bağlayandan sonra mübahisəli evdən qeydiyyatdan çıxaraq ünvan 1 ünvana qeydiyyata düşmüşdür. Həmin nikahdan iki oğlu, Yunus - xx.xx.1977-ci il təvəllüdlü və Taleh - xx.xx.1980-cı il təvəllüdlü olmuşdur. İkinci oğlu anadan olandan sonra həyat yoldaşı daimi yaşamaq üçün Kiyev şəhərinə köçmüşdür. Onun ailəsi onu yola verməmiş, məcbur olaraq 1985-ci ildə anasının, yəni miras qalan evə uşaqları ilə birlikdə qayıtmalı olmuşdur. Həmin vaxtdan anası X24 və atası X49 ilə oğlanları ilə birlikdə yaşamışlar. 27 may 1989-cu il tarixdə anası X24, 20 iyul 1989-cu il tarixdə isə atası X49 vəfat etmişlər. Onlar vəfat etdikdən sonra bu günkü günə kimi miras qalan evdə tək yaşayır və bu günkü günə kimi miras qalan evin kommunal xərclərini və bütün təmir işlərini etmişdir. Məhrum anası X7 miras qalan Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi, dalan 8, 2 saylı ev 1/3 hissə ilə bağlı Bakı şəhəri 30 saylı Notariat ofisinə miras almaq üçün müraciət etmişdir. 23 dekabr 2021-ci il tarixdə miras əmlakın 1/2 hissədə pay almaq ücün vərəsəlik şəhadətnaməsini almışdır, miras əmlakın qalan 1/2 hissəsi açıq qalmışdır. Vərəsə kimi miras əmlaka sahiblik və idarə etmiş, miras əmlakla bağlı bütün kommunal xidmətləri üçün haqlarını vərəsəlik açıldıqdan sonra ödəmişdir. Həm də mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirası tamamilə qəbul etmiş, ondan başqa anasından qalan mirası qəbul edən olmamışdır. Faktiki olaraq mərhum anası X7 qalan mirası qəbul etmişdir. 8.Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X32 iddia ərizəsini onunla əsaslandırılmışdır ki, nənəsi X28 ilə rəsmi nikaha daxil olmuş, onların birgə nikahlarından 01 mart 1931-ci il tarixdə atası X25 və 1933-cü ildə X37 anadan olmuşdur. Babası Pəncəli öldükdən sonra nənəsi X9 Dadaş oğlu ilə rəsmi nikaha daxil olmuşdur. Məryəm İmamverdi qızı ilə Abdulhüseyn Dadaş oğlunun birgə nikahlarından 1941-ci ildə Ağahüseyn, 1946-cı ildə Xanım, 1948-ci ildə Zülfila, 1951-ci ildə Gülzar, 1953-cü ildə Sevil və 1956-cı ildə Həqiqət adlı uşaqları anadan olmuşdur. X1 Zərifə Əşrəf qızı ilə 08 aprel 1955-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahlarından 20 mart 1976-cı il tarixdə anadan olmuşdur. Bakı şəhəri, Ə.Topçubaşov küçəsi, dalan 8, 2 saylı evin 1/3 hissəsi bibisi Cavabdeh, 1/3 hissəsi X12, digər 1/3 hissəsi isə X20 mülkiyyətində olmuşdur. Beləliklə, X33 Bakı şəhəri, Ə.Topçubaşov küçəsi, dalan 8, 2 saylı evin 1/3 hissəsinin mülkiyətçisi olmuş və həmin evdə olan 1/3 hissədə payını 23 yanvar 1989-cu il tarixdə, onun oğlu, atası X15 vəsiyyət etmişdir. Buna dair 23 yanvar 1987-ci il tarixdə vəsiyyətnamə tərtib edilmiş və həmin vəsiyyətnamə 23 yanvar 1987-ci il tarixdə Bakı şəhəri 1 saylı notariat kontoru tərəfindən 417 reyestr sayda qeydə alınaraq təsdiq edilmişdir. X33 26 may 1989-cu il tarixdə ölmüşdür. Nənəsinin ölümünən sonra atası X25 Bakı şəhəri, Ə.Topçubaşov küçəsi, dalan 8, 2 saylı evdə yaşamaqla mirası faktiki qəbul etmiş və sonradan həmin evi yaşaması üçün oğlu Gəncəliyə vermişdir. Gəncəli 1990-cı ildən 2000-ci ilədək həmin evdə yaşamışdır. Sonradan rəhmətə getmişdir. Hazırkı iş üzrə iddiaçı olan bibisi İddiaçı ailə qurması ilə əlaqədar hələ X20 ölməsindən zaman etibarı ilə daha əvvəl Bakı şəhəri, Ə.Topçubaşov küçəsi, dalan 8, 2 saylı evdən köçüb getmişdir. Sonradan evi olmadığı üçün müvəqqəti olaraq onun göstərilən evdə yaşamasına atası İ.Quliyev tərəfindən müvəqqəti icazə verilmişdir. Göstərilənlərə əsasən X20 23 yanvar 1989-cu il tarixdə ölməsi ilə onun mülkiyyətində olmuş Bakı şəhəri, Ə.Topçubaşov küçəsi, dalan 8, 2 saylı evin 1/3 hissəsinə dair miras açılmış və onun ölməsindən sonra atası X25 göstərilən evdə faktiki yaşamaqla mirası faktiki qəbul etmişdir. Göründüyü kimi, atası İ.Quliyev vəsiyyət üzrə vərəsədir və o, Bakı şəhəri, Ə.Topçubaşov küçəsi, dalan 8, 2 saylı evdə faktiki yaşamaqla, habelə ev üzərində səramcamverici səlahiyyəti həyata keçirərək oğlu Gəncəlini və sonradan bacısı və iş üzrə İddiaçı həmin evə köçürmüşdür. Bununla da mirasa faktiki sahibliyi həyata keçirərək mirası faktiki qəbul etmişdir. X20 Bakı şəhəri, Ə.Topçubaşov küçəsi, dalan 8, 2 saylı evin 1/3 hissədə payını 23 yanvar 1989-cu il tarixdə, onun oğlu, atası X15 vəsiyyət etməsinə dair vəsiyyətnamə mövcud olduğu, atası İ.Quliyev mirası vəsiyyət üzrə vərəsəlik hüququ əsasında qəbul etdiyi halda, habelə göstərilən vəsiyyətnamə notariusa məlum olduğu halda, notarius həmin vəsiyyətnaməni notariat işinə əlavə etmiş, lakin mirasın vəsiyyət olunmasına və qanunun tələbinə görə belə halda qanun üzrə vərəsəliyin deyil, vəsiyyət üzrə vərəsəliyin həyata keçirilməli olduğu halda, notarius buna əhəmiyyət verməmiş, miras əmlakı kütləsinə daxil olan Bakı şəhəri, Ə.Topçubaşov küçəsi, dalan 8, 2 saylı evin 1/3 hissəsinin V hissəsinə (1/6 hissəsinə) İddiaçı Əbdlhüseyn qızının adına 23 dekabr 2021-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş və İddiaçı həmin şəhadətnamə əsasında göstərilən evin 1/6 hissəsinə dair 27 dekabr 2021-ci il tarixdə öz adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Odur ki, Bakı şəhəri, Ə.Topçubaşov küçəsi, dalan 8, 2 saylı evin 1/3 hissəsinin V hissəsinə (1/6 hissəsinə) İddiaçı Əbdlhüseyn qızının adına 23 dekabr 2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında göstərilən evin 1/6 hissəsinə dair 27 dekabr 2021-ci il tarixdə İddiaçı adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Göründüyü kimi, X20 23 yanvar 1989-cu il tarixdə ölməsi ilə onun mülkiyyətində olmuş Bakı şəhəri, Ə.Topçubaşov küçəsi, dalan 8, 2 saylı evin 1/3 hissəsinə dair miras açılmış və onun ölməsindən sonra atası X25 göstərilən evdə faktiki yaşamaqla mirası faktiki qəbul etmişdir. Odur ki, atası İ.Quliyev miras əmlakı olan Bakı şəhəri, Ə.Topçubaşov küçəsi, dalan 8, 2 saylı evin 1/3 hissəsini vəsiyyət üzrə vərəsəlik hüququna malik olduğundan, lakin belə bir hüququnu qeydə aldırmadan vəfat etdiyindən, onun vərəsəsi kimi onun müraciəti əsasında Bakı şəhəri, Ə.Topçubaşov küçəsi, dalan 8, 2 saylı evin 1/3 hissəsi vəsiyyət üzrə vəsərəlik hüququ əsasında atası İ.Quliyevin adına qeydə alınmalıdır. 9.Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 08 dekabr 2022-ci il tarixli, 2(006)-3625/2022 saylı qətnaməsi ilə (sədrlik edən-Anar İbadzadə) İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10 və X22 olmaqla Cavabdeh qarşı “mirasın qəbul edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi, dalan 8, 2 saylı evin mərhum X13 məxsus 1/6 açıq qalan hissə mirasın İddiaçı tərəfindən qəbul edilmiş hesab edilməsi, iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X19 cavabdehlər İddiaçı, X48, Bakı şəhəri 30 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi və s.” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun müstəqil tələb irəli sürən üçüncü şəxs X26 aid edilməsi qət edilmişdir. 10.Məhkəmə iclasında şahid X30 ifadəsində bildirdi ki, 19 aprel 2022-ci il tarixli aktı imzalamışdır. İddiaçı qonşusudur. Oraya 1987-ci il tarixdə köçmüşdür və köçdüyü gündən də iddiaçı mübahisəli mənzildə yaşayır. Oraya köçəndə iddiaçının ana-atası sağ idi. İddiaçı mənzildə tək yaşayır. Cavabdeh, Zəhraxanımı və X27 tanımır. 11.Məhkəmə iclasında şahid X69 ifadəsində bildirdi ki, 19 aprel 2022-ci il tarixli aktı imzalamışdır. İddiaçı qonşusudur. 1968-ci ildə orada doğulmuşdur və orada yaşayır. İddiaçı daima orada yaşamışdır. Sevil xanımı tanıyır, lakin həmin evdə yaşamamışdır. Zəhraxanımı, Rafiq bəyi və Pəncəlini tanımır. 12.Məhkəmə iclasında şahid X52 ifadəsində bildirdi ki, 19 aprel 2022-ci il tarixli aktı imzalamışdır. İddiaçı qonşusudur. Orada doğulmuş və 1961-ci ildən orada yaşayır. İddiaçı həmin mənzildə doğulmuşdur. İddiaçı bəzi vaxtlar orada olmamışdır. İddiaçını təxminən 10 il müddətdir ki, fasiləsiz orada görür. Sevil xanımı tanıyır, Sevil xanım oraya gəlir-gedir. Rafiq bəyi tanıyır, Pəncəlinin qardaşıdır. Pəncəlini orada görmüşdür. Pəncəli iddiaçının qardaşı oğludur. Zəhraxanımı tanımır. 13.Məhkəmə iclasında şahid X38 ifadəsində bildirdi ki, iddiaçı əmisinin arvadıdır, Sevil xanım ərinin bibisidir. 1991-1997-ci il tarixlərdə həmin mənzildə yaşamışdır. İddiaçı Ukraniyadan gəldi, onlarla birlikdə qalmışdır. 1997-ci ildən sonra məlumatı yox idi. Bir həyətdə girişləri ayrı olan evlərdir. 14.Məhkəmə iclasında şahid X39 ifadəsində bildirdi ki, iddiaçı qonşusudur. Cavabdehlər də qonşularıdır. 1981-ci ildən orada yaşayır. Həmin həyətdə 3 ev var. İddiaçının ana-atası vəfat edəndən sonra iddiaçı orada yaşamağa başlamışdır. Əvvəl Zemfiraxanım orada yaşayırdı. İmamverdi bəy də orada yaşamışdır. İmamverdi bəy Sevilin qardaşıdır. 1989-cu ildən oradan çıxmış, 1995-ci ildə oraya qayıtmışdır. 1981-ci ildən 1989-cu ilə kimi iddiaçını orada görməmişdir. Hazırda iddiaçı həmin evdə yaşayır. Cavabdehlər orada yaşamırlar. Pəncəlini görmüşdür, gəlibgedirdi, bir müddət ailəsi ilə də orada qalmışdır. 15.Məhkəmə iclasında şahid X40 ifadəsində bildirdi ki, 1972-ci ildə ailə həyatı qurduqdan sonra oraya köçmüşdür. İddiaçını və cavabdehləri 1972-ci ildən orada görmüşdür. Hazırda həmin evdə yalnız iddiaçını görür. İddiaçı Kiyevə 1992-ci ildə getmişdir. 1971-ci ildə nişan mərasimi həmin həyətdə olmuşdur. İddiaçının əri ilə münaqişəsi olduqdan sonra yenidən həmin evə qayıtmışdır. 16.Məhkəmə iclasında şahid X34 ifadəsində bildirdi ki, Rafiq Quliyev qardaşıdır. Pəncəli və Allahverdi qardaşları olmuş, onlar vəfat etmişlər. Doğulandan Sumqayıt şəhərində yaşamışdır. Mübahisəli mənzildə nənəsi yaşamışdır. Nənəsi vəfat etdikdən sonra atası yaşamağa başlamışdır. Daha sonra Pəncəli və arvadı həmin evdə yaşamışlar. Mübahisəli mənzilə gedib-gəlmişdir. İddiaçı bibisidir, orada yaşamamışdır, iddiaçı da həmin evə gəlib-gedirdi. Atası həmin mənzildə 1985-ci ildən 1991-ci ilə qədər yaşamışdır. Pəncəli 1991-ci ildən 2001-ci ilədək həmin mənzildə yaşamamışdır. 17.Məhkəmə iclasında şahid X16 ifadəsində bildirdi ki, Rafiq Quliyev bacanağıdır. Həmin mübahisəli mənzildə çoxdan olmuşdur. 1991-ci ilə qədər mübahisəli mənzilə gedib-gəlmişdir. 1991ci ilə qədər mübahisəli mənzildə İmamverdi bəy və onun övladları yaşamışdır. İddiaçını tanımır və görməmiş, cavabdehi tanıyır. İmamverdi bəy insult keçirdikdən sonra Sumqayıt şəhərinə köçmüşlər. Pəncəli 2001-ci ilə qədər orada yaşamışdır. 18.АЗБ seriyalı 160238 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1951-ci il təvəllüdlü X4 atası Dadaşov Əbdülhüseyn, anası X8r. 19.AZ-İİ seriyalı 186996 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.1989-cu il tarixdə ölmüşdür. 20.AZ-İİ seriyalı 186999 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X49 xx.xx.1989-cu il tarixdə ölmüşdür. 21.“Vətəndaşlıq vəziyyəti aktları” AQİS-dən çıxarışdan görünür ki, XX.XX.1931-ci il təvəllüdlü X25 xx.xx.1991-ci il tarixdə ölmüşdür. 22.xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.1953-cü ildə Bakı şəhərində anadan olmuş Xəlilova (Dadaşeva) Sevil Abdul qızı ailə qurduqdan, yəni 1985-ci ildən sonra, yaşadığı və mərhum anası X17 məxsus olan ünvan 2 ünvanda yerləşən evdən başqa ünvana köçdüyü üçün həmin vaxtdan etibarən bu günə kimi bir gündə olsa qeyd edilən ünvanda yaşamamışdır. 23.Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********85 saylı məktubundan görünür ki, ünvan 5 ünvanı hər birinə 1/3 hissə olmaqla X21, X48 və X54 adlarına qeydiyyata alınmışdır. Dövlət reyestrində və arxiv sənədlərində olan məlumatlara əsasən həmin fərdi yaşayış evinin ümumi sahəsi 138.3 kv.m, yaşayış sahəsi isə 107. 2 kv.m təşkil edir. 24.Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş 8İ-20053 reyestr nömrəli Ərizədən görünür ki, İddiaçı 1985-ci ildən hal-hazıra kimi Bakı şəhəri, Nəsimi rayonu, Ə.M.Topçubaşov küçəsi, dalan 8 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evində yaşayır. 25.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ******* nömrəli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı ünvan 6 ünvanında qeydiyyatdadır. 26.ünvan 7 vərəsəlik işi üzrə verilmiş xx.xx.2021-ci il tarixli 2V-92 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.1989-ci il tarixdə vəfat etmiş X5 vərəsələri İddiaçıdır və o miras əmlakdan 1/2 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2021 tarixdə X5 adına verilmiş **********18-10301 reyestr nömrəli, ********** qeydiyyat nğmrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 8 ünvanında yerləşən üınumi sahəsi 138,3 kv/m olan fərdi yaşayış evinin 1/3 hissəsindən ibarətdir. 27.**********18-10301 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi X12, 1/3 hissəsi Cavabdeh, 1/6 hissəsi İddiaçı, 1/6 hissəsi (açıq qalır) X5 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 28.İddiaçı tərəfindən təqdim edilmiş kommunal ödənişlərə dair qəbzlərdən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi üzrə hesablanmış kommunal ödənişlər ödənilmişdir. 29.Məhkəmə İddiaçı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etmişdir: 30.Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, İddiaçı 1985-ci ildən hal-hazıra kimi Bakı şəhəri, Nəsimi rayonu, Ə.M.Topçubaşov küçəsi, dalan 8 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evi X5 mülkiyyətində olmuş, X18 həmin evdə ailəsi, o cümlədən iddiaçı (nikaha daxil olanadək) ilə birgə yaşamışdır. X18 xx.xx.1989-cu il tarixdə, onun əri və iddiaçının atası X49 xx.xx.1989-cu il tarixdə öldükdən sonra həmin evdə iddiaçı yaşamış və hazırda da həmin evdə yaşayır, evə dair kommunal ödənişləri həyata keçirir. 31.İş materiallarında olan sənədlərlə və şahid ifadələri ilə müəyyən edilmişdir ki, anası X18 1989cu ildə öldükdən sonra birinci növbə vərəsə olan iddiaçı evdə yaşamaqla evi faktiki olaraq qəbul edib istifadəsində saxlamış və hazırda da mirası idarə etməkdə davam edir ki, nəticədə onun mübahisəli evdə olan X5 açıq qalan 1/6 hissəsinə vərəsəlik hüququ yaranmışdır. 32.Eyni zamanda iddiaçının mirası faktiki qəbul etməsi Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən açılmış V-57/2021 nömrəli vərəsəlik işində də müəyyən edilmiş, həmin əsasla iddiaçıya xx.xx.2021-ci il tarixli 2V-92 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. 33.Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. 34.Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X19 iddia tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). 35.Qeyd edilən iddia tələbi üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs iddia tələbinin əsası kimi X18 tərəfindən mübahisəli evin X15 vəsiyyət edilməsinə dair 23 yanvar 1987-ci il tarixli vəsiyyətnamə olduğuna görə mübahisələndirilən Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsinin qanunsuz olmasına istinad etmişdir. 36.Bununla bağlı məhkəmə qeyd etmişdir ki, vəsiyyətnamə 23 yanvar 1987-ci il tarixdə verilmiş, X25 isə xx.xx.1991-ci il tarixdə ölmüşdür. Anası öldükdən sonra, yəni mirasın açıldığı gündən X25 tərəfindən mirasın vəsiyyətnamə üzrə qəbul edilməsi ilə bağlı notariat orqanına ərizə ilə müraciət edilməsi, eyni zamanda mirasın faktiki qəbul edilməsinə dair iş materiallarında mötəbər sübut yoxdur, habelə bu barədə müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. 37.Məhkəmə qeyd etmişdir ki, hətta, X25 tərəfindən vəsiyyətnamə üzrə miras qəbul edilmiş sayılsa belə, müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən vərəsəliyin açıldığı xx.xx.1991-ci il tarixdən mirasın qəbul edilməsinə dair qanunla müəyyən edilmiş müddət ərzində notariat orqanına müraciət etməsinə, habelə onun tərəfindən mirasın faktiki qəbul edilməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. 38.Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, X25 tərəfindən miras, mirasın qəbuluna dair hərəkətlərin hər iki formasında qəbul edilmədiyindən onun miras əmlaka vəsiyyət üzrə vərəsəlik hüququ tanına bilməz, həmçinin vəsiyyətnamə iddiaçının adına verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 39.Bundan başqa, məhkəmə qeyd etmişdir ki, iddiaçının adına verilmiş xx.xx.2021-ci il tarixli 2V- 92 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin ləğv edilməsi üçün məhkəmə tədqiqatı zamanı hər hansı əsas müəyyən edilməmiş, eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs şəhadətnamənin ləğv edilməsi üçün əsas olan hər hansı bir sübutu məhkəməyə təqdim etməməklə iddiasını sübuta yetirə bilməmişdir. 40.Müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinin digər hissələrinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia tələbinin həmin hissələri şəhadətnamənin ləğv edilməsinə və vərəsəlik hüququnun tanınmasına əsaslanmaqla onlardan asılı olduqlarından və həmin tələblər üzrə iddia yuxarıda göstərilənlərə əsasən rədd edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi digər hissələrdə də əsassız hesab olunmaqla təmin oluna bilməz. 41.Məhkəmə öz mövqeyini 2000-ci il sentyabr 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528 və 552-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin217.2, 76.1, 76.2, 77.1, 14.2, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 42.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi və İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10 və X22 olmaqla Cavabdeh qarşı “mirasın qəbul edilməs” tələbinə dair iddia ərizəsinin təmin edilməməklə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 43.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçı Mülki Məcəllənin 1243-cümaddəsinin tələbinə müvafiq olaraq mirası müəyyən olunmuş müddətdə və qaydada qəbul etmədiyindən və eləcə də Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirası qəbul etmə müddətinin ötürülməsinin üzürlü səbələrdən baş verməsini sübuta yetirə bilməməklə, məhkəmə tərəfindən İddiaçı iddiası əsassız sayılmalı və rədd edilməli idi. Bundan başqa iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi ondan ibarətdir ki, məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10 və X22 olmaqla Cavabdeh qarşı verilən iddia tələbini tamamilə əsassız olmasını nəzərə almamışdır, məhkəmə qətnamə qəbul etməklə digər vərəsə olan onun hüquqlarını pozmuşdur. 44.Qətnamədəm həmçinin, müstəqil tələb irəli sürən üçüncü şəxs X32 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, İddiaçı iddiasının rədd edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs, X19 iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 45.Müstəqil tələb irəli sürən üçüncü şəxs X19 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, nənəsi Məryəm İmаmverdi qızı 26 mаy 1989-cu il tаrixdə ölmüşdür. Nənəsinin ölümüdən sonrа аtаsı Quliyev İmаmverdi Pəncəli oğlu Bаkı şəhəri, Ə.Topçubаşov küçəsi, dаlаn 8, 2 sаylı evdə yаşаmаqlа mirаsı fаktiki qəbul etmiş və sonrаdаn həmin evi yаşаmаsı üçün oğlu Gəncəliyə vermişdir. Gəncəli 1990-cı ildən 2000-ci ilədək həmin evdə yаşаmışdır. Sonrаdаn rəhmətə getmişdir. Hаzırkı iş üzrə iddiаçı olаn bibisi Bаbаyevа Gülzаr Əbdülhüseyn qızı аilə qurmаsı ilə əlаqədаr hələ nənəsi Məryəm İmаmverdi qızının ölməsindən zаmаn etibаrı ilə dаhа əvvəl Bаkı şəhəri, Ə.Topçubаşov küçəsi, dаlаn 8, 2 sаylı evdən köçüb getmişdir. Sonrаdаn evi olmаdığı üçün müvəqqəti olаrаq onun göstərilən evdə yаşаmаsınа аtаsı İ.Quliyev tərəfindən müvəqqəti icаzə verilmişdir. Bununla da atası İ.Quliyev mirası vəsiyyət üzrə vərəsəlik hüququ əsasında qəbul etmiş və miras əmlakı üzərində sərəncamverici səlahiyyəti həyata keçirmişdir. Göründüyü kimi, istər İddiaçı və istərsə də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X32 tərəfində məhkəməyə eyni növlü sübutlar təqdim edilmiş, lakin məhkəmə əsassız olaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 təqdim etməməsinə dair fikir ifadə etmişdir. Dgər tərəfdən, iddianın predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 və X22 da izahatlarında mirası İddiaçı deyil, müstəqil tələb irəli sürən üçüncü şəxs R.Quliyevin qəbul etmələrini göstərmişlər. Birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasındakı qarşılıqlı münasibətlər aydınlaşdırılmamışdır. Belə ki, iddianın predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 və X22 İddiaçı doğma bacıları olduğu halda, mirası onun deyil, doğma qardaşı olmayan İ.Quliyevin oğlu müstəqil tələb irəli sürən üçüncü şəxs R.Quliyevin qəbul etmələrini göstərmişlər. Məhkəmə tərəfindən qətnamədə şərh olunan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 təqdim etməməsinə dair iş üçün əhəmiyyəti olan göstərilən hal sübüt olunmur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 46.Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 47.Məhkəmə kollegiyasının iclasında Cavabdeh öz apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. İzahatında qeyd etdi ki, anası vəfat edəndən sonra İmamverdi orada yaşamışdır. Sonra İmamverdi xəstə olduğu üçün yaşamaq üçün Sumqayıt şəhərinə köçmüşdür. İddiaçı anası vəfat edəndən sonra orada yaşayıb. Bu gün də orada yaşayır, onları ora buraxmır. 48.Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. 49.Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X32, onun nümayəndəsi və vəkili X41 öz iddia ərizələri və apellyasiya şikayətlərinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. Onlara verilən suallara cavab olaraq bildirdilər ki, 1989-cu ildə mirasın açıldığı vaxtdan mərhum İmamverdi tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna müraciət etməsi, mərhum İmamverdinin özünün vəfat etdiyi 1991-ci ildən X32 tərəfindən mirasın faktiki qəbul edilməsi ilə bağlı sübutları mövcud deyildir. 50.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətlərini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətlərin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 51.Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 ilk iddia tələbinin rədd edilməsi və müstəqil tələb irəli sürən üçüncü şəxs X32 tərəfindən verilmiş iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. 52.İş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiası üzrə cavabdeh Bakı şəhəri 30 saylı Notariat Ofisi məktubla məkəməyə müraciət edərək, məhkəmə iclasına notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 53.İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiası üzrə cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişdir, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 2000-ci il sentyabr 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsi: 54.Maddə 528.Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 55.Maddə 552.Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 56.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 57.Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 58.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 59.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 60.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 61.Məhkəmə kollegiyası tərəfləri, üçüncü şəxsləri və onların nümayəndələrini dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab eidr ki, apellyasiya şikayətləri təmin edilməməli,Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(006)-3625/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 62.Kollegiya apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: 63.İlk olaraq qeyd olunmalıdır ki, İddiaçı iddia tələbinin əsaslı olması və təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. 64.Belə ki, mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən nəzərə alınmalıdır ki, mirasın qəbulu birtərəfli, könüllü əqddir və özünün miras əmlak əldə etmək və almaq niyyətini açıq şəkildə göstərən hərəkətlərdə ifadə olunur. Bu hərəkətlər əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı hesab oluna bilər. 65.Mirasın qəbuluna dair hərəkətlər isə iki formada ola bilər - mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmək barədə ərizə vermək, yaxud əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirmək. 66.Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. 67.Hazırki halda qeyd edilənlər formasında miras əmlakın faktiki olaraq qəbul edilməsi təsdiqini tapır. 68.Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Ə.M.Topçubaşov küçəsi, dalan 8 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evi X5 mülkiyyətində olmuş, X18 həmin evdə ailəsi, o cümlədən iddiaçı (nikaha daxil olanadək) ilə birgə yaşamışdır. X18 xx.xx.1989-cu il tarixdə, onun əri və iddiaçının atası X49 xx.xx.1989-cu il tarixdə öldükdən sonra həmin evdə iddiaçı yaşamış və hazırda da həmin evdə yaşayır, evə dair kommunal ödənişləri həyata keçirir. 69.Məhkəmə kollegiyası hesab edir ki, miras 1989-cu ildə açıldığından, məhkəmə düzgün olaraq hazırkı mübahisəyə Azərbaycan SSR-in 1964-cü ildə qəbul edilmiş və 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin normalarını tətbiq etmişdir. 70.İş materialları ilə müəyyən edilir ki, iddiaçı, birinci növbə vərəsə kimi onun anası X18 1989-cu ildə vəfat etdikdən sonra həmin evdə yaşamaqla,mirası faktiki olaraq qəbul edib istifadəsində saxlamış və hazırda da mirası idarə etməkdə davam edir ki, nəticədə onun mübahisəli evdə olan X3 açıq qalan 1/6 hissəsinə vərəsəlik hüququ yaranmışdır. 71.Eyni zamanda iddiaçının mirası faktiki qəbul etməsi Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən açılmış V-57/2021 nömrəli vərəsəlik işində də müəyyən edilmiş, həmin əsasla iddiaçıya xx.xx.2021-ci il tarixli 2V-92 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. 72.Buna görədə kollegiya İddiaçı iddia tələbinin təmin edilməsi ilə bağlı məhkəmənin mövqeyini əsaslı hesab edir. 73.Kollegiya, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X19 iddia tələbinin təmin edilməməsi ilə bağlı məhkəmənin gəldiyi nəticəsini aşağıda qeyd olunanlara əsasən əsaslı hesab edir. 74.Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 75.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. 76.“Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 77.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 78.Qeyd edilən iddia tələbi üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs iddia tələbinin əsası kimi X18 tərəfindən mübahisəli evin X15 vəsiyyət edilməsinə dair 23 yanvar 1987-ci il tarixli vəsiyyətnamə olduğuna görə mübahisələndirilən Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsinin qanunsuz olmasına istinad etmişdir. 79.Kollegiya qeyd edir ki, vəsiyyətnamə 23 yanvar 1987-ci il tarixdə verilmiş, X25 isə xx.xx.1991-ci il tarixdə vəfat etmişdir. Anası öldükdən sonra, yəni mirasın açıldığı gündən X25 tərəfindən mirasın vəsiyyətnamə üzrə qəbul edilməsi ilə bağlı notariat orqanına ərizə ilə müraciət edilməsi, eyni zamanda mirasın faktiki qəbul edilməsinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. 80.Kollegiya, həmçinin qeyd edir ki,X25 tərəfindən vəsiyyətnamə üzrə miras qəbul edilmiş sayılsa belə, müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən vərəsəliyin açıldığı xx.xx.1991-ci il tarixdən mirasın qəbul edilməsinə dair qanunla müəyyən edilmiş müddət ərzində notariat orqanına müraciət etməsinə, habelə onun tərəfindən mirasın faktiki qəbul edilməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. 81.Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, məhkəmə düzgün olaraq belə qənaətə gəlmişdir ki, X25 tərəfindən miras, mirasın qəbuluna dair hərəkətlərin hər iki formasında qəbul edilmədiyindən onun miras əmlaka vəsiyyət üzrə vərəsəlik hüququ tanına bilməz, həmçinin vəsiyyətnamə iddiaçının adına verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 82.Həmçinin qeyd olunmalıdır ki, iddiaçının adına verilmiş xx.xx.2021-ci il tarixli 2V-92 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin ləğv edilməsi üçün məhkəmə tədqiqatı zamanı hər hansı əsas müəyyən edilməmiş, eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs şəhadətnamənin ləğv edilməsi üçün əsas olan hər hansı bir sübutu məhkəməyə təqdim etməməklə iddiasını sübuta yetirə bilməmişdir. 83.Kollegiya qeyd edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxsin digər iddia tələbləri əsas, ilkin iddia tələbinə münasibətdə törəmə xarakterli olduğundan və həmin iddia tələbləri şəhadətnamənin ləğv edilməsinə və vərəsəlik hüququnun tanınmasına əsaslanmaqla onlardan asılı olduqlarından və həmin tələblər üzrə iddia yuxarıda göstərilənlərə əsasən rədd edildiyindən iddia tələbi digər hissələrdə də əsassız hesab olunmaqla düzgün olaraq təmin olunmamışdır. 84.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsininləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 85.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 86.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 87.Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 88.MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 89.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs X32 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(006)-3625/2022 saylı qətnaməsidəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-2028/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2028/2023
03.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver