Məhkəmə qərarları › İş №2(103)-2032/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2032/2021

07.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2032/2021 07.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “borc və borcun ipoteka predmetinə yönəldilməsi”” tələbinə dair iddiası üzıə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 319/2020 saylı işi üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına daxil olmuş məktubda qeyd edilri ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 319/2020 saylı işi üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mülki işə əlavə edilib baxılması üçün göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “borc və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(004)-319/2020 saylı mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364, 365-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara a l d ı: Mülki iş məhkəmə baxışından çıxarılsın və şikayətə səlahiyyət həddində qiymət verilməsi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar