Məhkəmə qərarları › İş №2(103)-2033/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2033/2025

16.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2033/2025 16.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə qarşı ilk iddiası və ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası üzrə QƏTNAMƏ İş № 2(103)-2033/2025 (Açar sözlər: borcun silinməsi; dəymiş zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin nümayəndəsi X6 iştirakı ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair ilk iddiası və ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İBnin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı şəhəri Binəqədi Xəzər Rayon Məhkəməsinin 2(003)-286/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 16 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin nümayəndələri tərəfindən birtərəfli qaydada tərtib olunmuş Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında ******* No-li Aktın etibarsız hesab edilməsi və Cavabdeh tərəfindən mənə əsassız hesablanmış (**********01078 saylı abonent hesabına, sayğac №-si ********) 4180,75 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olub ünvan 1 ünvanında yerləşən evə (**********01078 saylı abonent hesabına, sayğac №-si ********) Cavabdeh İB tərəfındən 04 sentyabr 2024-cü il tarixə əsassız olaraq 4180,75 manat məbləğində borc hesablanmış, borcun ödənilməsi barədə 04 sentyabr 2024-cü il tarixdə ünvanına bildiriş-xəbərdarlıq göndərilmiş, daha sonra da həmin ünvana təbii qazın verilməsi dayandırılmışdır. Bildirir ki, həmin ünvanda əvvəllər quraşdırılmış mexaniki qaz sayğacı nasaz olduğuna görə cavabdehin nümayəndələri tərəfindən çıxarılaraq laboratoriyaya göndərilmiş və yerinə 08 dekabr 2023-cü il tarixdə 75019029 №-li yeni mexaniki sayğac quraşdırılmış, həmin vaxt cavabdehin nümayəndələri ona qazdan istifadə qaydalarının pozulması halı aşkar olunmadığını bildirmiş və yeni sayğaca bir plomb vurub getmişlər. Cavabdehin nümayəndələri əvvəlki sayğacı çıxarıb yenisini quraşdırana qədər hər ay köhnə sayğaca nəzarət etmiş və qaz sərfiyyatının dəyərinin ödənilməsini tələb etmişlər. O da onların verdikləri qəbzdə göstərilən məbləği ödəmişdir. Lakin yeni sayğac quraşdırıldıqdan sonra cavabdehin nümayəndələri tərəfindən onun iştirakı olmadan və ona məlum olmayan yerdə köhnə qaz sayğacının çıxarılması, yenisinin quraşdırılması və istismara qəbulu haqqında Akt tərtib edilmişdir. Daha sonra cavabdehin nümayəndələri tərəfındən Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında birtərəfli qaydada ******* №-li Akt tərtib edilmiş, həmin aktda göstərilən ünvanda əvvəllər quraşdırılmış mexaniki qaz sayğacı çıxarılaraq laboratoriyaya göndərildikdən sonra guya 2 ay ərzində qaz sayğacı olmadan qazdan istifadə etdiyinə görə ona 705 manat məbləğində borc hesablanmışdır. Bu, cavabdehin tamamilə əsassız iddiasıdır, çünki, əvvəlki mexaniki savğac cavabdehin nümayəndələri tərəfindən çıxarılaraq laboratoriyaya göndərildikdən dərhal sonra - 08 dekabr 2023-cü il tarixdə yerinə 75019029 №-li yeni mexaniki sayğac quraşdırılmışdır. Belə olan surətdə Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması barədə birtərəfli qaydada, onun iştirakı olmadan akt tərtib edilməsi və 2 aya görə ona 705 manat məbləğində borc hesablanması tamamilə əsassızdır.

3. Həmçinin İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X1 təbii qazdan qeyri-qanuni istifadəyə görə Cavabdehnə vurduğu 4188,257 maddi ziyan məbləğinin və 61,89 manat ödənilmiş rüsum xərcinin məcburi qaydada tutularaq Cavabdeh İB-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh İB iddia tələbini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə isə cavabdeh X7 iddia ərizəsi ilə Xəzər rayon məhkəməsinə müraciət edərək, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı “Azəriqaz" İB-nin onun **********01078 istehlakçı hesabına yazmış olduğu 4188.25 manat borcun silinməsini məhkəmədən xahiş etmişdir. Tərəflər arasında bağlanmış qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən, hesab İstehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində İstehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Əməkdaşları tərəfindən ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh X3 mənzilində quraşdırılmış qaz sayğacına və çəkilmiş qaz xətlərinə baxış həyata keçirdikləri zaman onun müxtəlif illərdə və aylarda təbil qazdan qaz sayğacına müdaxilə, sayğacdan kənar əlavə xətt və sayğacsız olaraq istifadə faktları aşkar edilmişdir. Belə ki, aşkar olunmuş nöqsanlara görə istehlakçıya 2022-ci ildə 705,72 manat ümumilikdə 4188,25 manat məbləğində Cavabdehnə ziyan vurduğu müəyyən edilmişdir. Nəticədə istehlakçının bu günə olan borcu 4188,25 manat təşkil edir. Faktla bağlı əməkdaşları tərəfindən aktlar, dəymiş ziyan hesabatları tərtib etmiş və faktları təsdiq edən fotoşəkillər çəkilmişdir.

5. Daha sonra Cavabdeh İB-nin nümayəndəsi iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi verərək, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X7 təbii qazdan istifadəyə görə Cavabdehnə yaranmış 4188,25 debitor borcun və 61,89 manat ödənilmiş rüsum xərcinin məcburi qaydada tutularaq Cavabdeh İB-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-286/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı abonent hesabına (abonent kodu **********01078) hesablanmış 1277,88 manat məbləğində borcun silinməsi, 32,78 manat məbləğində dövlət rüsumunun Cavabdeh İBdən tutularaq dövlət büdcəsinə ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı təbii qazdan istifadəyə görə yaranmış 2802,77 manat borc və 48,02 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Cavabdehnə ödənilməsi, ödənilmiş 61,89 manat məbləğində dövlət rüsumunun qalan 13,87 manatının Cavabdehnə aid edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11.6-c maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3, 1.4, 2.5, 4.6, 4.7, 4.8, 4.9, 6.5, 6.6, 6.7-ci bəndi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti ilkin iddia ərizəsinin dəlilləri ilə yanaşı onunla əsaslandırılmışdır ki, heç vaxt qaz sayğacına müdaxilə edilməmiş, sayğacdan kənar əlavə xətdən istifadə edilməmişdir. Cavabdehin hesabladığı 4188,25 manat borc sərfiyyata görə yaranmamışdır, əksinə, cavabdeh tərəfindən hansısa hesablamalara əsasən tamamilə əsassız hesablanmışdır. Qanunvericiliyin tələblərinə görə mülki iş üzrə sübutetmə vəzifəsi tərəflərin üzərinə düşdüyü halda cavabdeh tərəfindən hazırkı iş məhkəməyə sübut qismində yalnız saldo adlanan sənəd təqdim edilmiş, evə dair borcun hesablanmasını əsaslandıran digər sübutlar isə məhkəməyə təqdim edilməmişdir və edilə də bilməz, çünki qazdan istifadəyə görə heç bir nöqsana yol verməmiş, istehlak etdiyi qaza görə borcunu müntəzəm ödəmişdir, bu barədə müvafiq qəbzləri vardır, hazırda heç bir borcu yoxdur, lakin nədənsə, cavabdeh ödənişlərini nəzərə almır, borcun isə hər ay artdığını göstərir. Onu da qeyd edir ki, iş üzrə nümayəndə və vəkili tərəfindən 01 oktyabr 2024-cü il tarixdə Cavabdeh İB-nə hazırki borcla bağlı sorğular göndərilərək xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixə qədər fərdi yaşayış sahələri üçün qazdan istifadə qaydalarının təhlükəsizliyi haqda Təlimatın surətinin və ona məsul olan şəxslərin dairəsi barədə məlumatın, Bakı şəhəri, ünvan 2 ünvanda quraşdırılmış qaz sayğacının (sayğac tipi: Elster G-40 RVG EK230, № 75019029, Quraşdırılma tarixi xx.xx.2023) 2022-ci ilin fevral ayından həmin ilin uyun ayı da daxil olmaqla qaz sərfiyyatı barədə arayışın verilməsi, yaşadığı ünvanda quraşdırılmış qaz sayğacından kombiyə qədər borudan qaz sızıb-sızmamasını müəyyən etmək üçün həmin ünvana mütəxəssis göndərilməsi, əgər qaz sızması aşkar edilərsə, bunun aradan qaldırılmasının təmin edilməsi, etibarnamə əsasında əvvəlki nümayəndəm X5 tərəfindən mənə məxsus Bakı şəhəri, ünvan 2 ünvanda quraşdırılmış qaz sayğacının 2019-2020-2021-ci illərdə işləməməsi, lakin əsassız olaraq həmin ünvana qaz sərfiyyatı pulunun hesablanması, bunun araşdırılaraq ona cavab verilməsi barədə Cavabdeh İB-nə ərizələr yazılması, lakin həmin ərizələrə heç bir cavab verilməməsi göstərilmiş yaranmış zərurətlə əlaqədar olaraq sözügedən məsələ ilə bağlı həmin ərizələrə baxılmasının nəticəsi barədə cavab verilməsi xahiş edilmişdir. Lakin Cavabdeh İB tərəfindən 14-2-2-4/2-1701/2024 saylı 16 oktyabr 2024-cü il tarixli məktubla vəkil sorğusuna başdansovdu cavab verilərək bildirilmişdir ki, “ünvan 3 ünvanındakı mənzilə əməkdaşlarımız tərəfindən texniki müdaxilə edilmişdir”. Bununla bağlı bildirir ki, həmin cavab məktubunda yazılanlar yalandır, çünki ünvan 3 ünvanındakı mənzilinə cavabdehin heç bir nümayəndəsi gəlməmiş və müayinə aparmamışdır. Əgər cavabdehin nümayəndələri ünvana gəlsəydilər, onun bundan xəbəri olardı, aşkar edilənlər barədə onun iştirakı ilə akt tərtib edərdilər, surətini ona və məhkəməyə təqdim edərdilər. Cavabdeh İB tərəfindən daha sonra 14-2-2-4/2-1811/2024 saylı 19 noyabr 2024-cü il tarixli məktubla vəkil sorğusuna növbəti başdansovdu cavab verilərək bildirilmişdir ki, Cavabdeh İB tərəfindən ünvan 3 ünvanında yaşayan İddiaçı qarşı debitor borcun ödənilməsi barədə Xəzər Rayon Məhkəməsində qarşılıqlı iddia ərizəsi ilə iddia qaldırılmışdır. Mülki işlə əlaqədar toplanmış sənədlər məhkəməyə göndərilmişdir”. Lakin cavabdeh həmin qarşılıqlı iddia ərizəsinə xahiş etdikləri sənədləri deyil, yalnız saldonun surətini, 30 dekabr 2024-cü il tarixli ******* №-li aktı və bu aktı da imzalamaqdan guya imtina etməsi barədə üzərində tarixi yox, tərtib edildiyi il kimi “2021-ci il” göstərilmiş digər bir aktı əlavə etmişdir. Birinci instansiya məhkəməsində də bildirdiyi kimi, həmin aktlar onun xəbəri olmadan birtərəfli qaydada haradasa tərtib edilmiş, üzünü görmədiyi həmin aktları imzalamaqdan guya imtina etməsi barədə onların üzərində yalandan qeyd aparılmışdır. Buna görə də həmin aktların heç bir hüquqi qüvvəsi yoxdur. Bundan başqa, ünvan 3 ünvanında ayrı-ayrı vaxtlarda, 2022-ci ilin fevral ayından isə həmin ilin iyun ayı da daxil olmaqla yaşayış olmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. Apellyasiya baxışında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

12. Apellyasiya baxışında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin nümayəndəsi X8 apelyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar;

14. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması;

15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu (aktın tərtib olunduğu tarixdə mövcud olan yeni redaksiyada)

17. Maddə 13. 13. 8-1 bəndi. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. (“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»

18. Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

19. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

20. Bənd 5.3. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir.

21. Bənd 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

22. Bənd 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

23. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

24. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydalar

25. Bənd 5.1 Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır.

34. Belə ki, istər ilkin, istərsə də qarşılıqlı iddia tələblərinin məzmunundan və iş üzrə gəlinən nəticədən görünür ki, İddiaçı adına ümumilikdə 4080,75 manat borc hesablanmış, bunun bir hissəsi təbii qazdan qeyri-qanuni istifadə nəticəsində tərtib olunmuş aktlara, digər bir hissəsi isə ödənilməmiş debitor borca əsasən hesablanmış borcu əhatə etmişdir.

35. Lakin birinci instansiya məhkəməsi istər qanunsuz qoşulma halının mövcudluğu, istərsə də debitor borcun hesablanması məsələsinə özü qiymət vermiş, hər iki halın aydınlaşdırılması üçün xüsusi bilik tələb olunsa da, bu istiqamətdə zəruri addımlar atmamışdır.

35. Halbuki hazırda aydınlaşdırılmalı məsələ həmin borc məbləğinin və onun kökündə duran qaz paylayıcısına dəymiş zərərin həcminin düzgün müəyyən olunubolunmamasıdır. Bu məqsədlə apellyasiya baxışı zamanı işlə bağlı mütəxəssis rəyinin alınması üçün Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Təzimləmə Agentliyinə müraciət edilmiş, sonuncu tərəfindən məhkəməyə xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi daxil olmuşdur.

36. Həmin rəydə qeyd edilmişdir ki, abonent saldosunun təhlili zamanı məlum olur ki, abonentin xx.xx.2017-ci ildən xx.xx.2024-cü il tarixinədək ümumi borc məbləği 15531,99 manat təşkil etmiş, bu məbləğin 13344,45 manat məbləği istehlakçı tərəfindən ödənilmiş, qalan 2187,54 manat məbləğ ödənilməmişdir. Həmçinin abonent tərəfindən ödəniş olmadığından “Azəriqaz İB” tərəfindən qaz verilişi 2024-cü ilin 30 avqust tarixində qaynaq vasitəsilə, 17 sentyabr tarixində qapayıcı vasitəsilə dayandırılsa da, abonent tərəfindən qanunuz olaraq qaz verilişi bərpa olunmuşdur. Lakin mənzildə olan qaz cihazlarına təbii qaz sayğacdan keçərək daxil olmuşdur. Bu baxımından istehlakçı tərəfindən istifadə olunan qaz sərfinin dəyəri ödənilməsə də, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma və qazın talanması halı müəyyən edilməmişdir.

37. Qeyd olunan mütəxəssis rəyindən də göründüyü kimi sayğacdan qeyri-qanuni istifadə halı mövcud olmamış, Birliyin əməkdaşları tərəfindən qaz təchizatının dayandırılmasından sonra edilmiş müdaxilə nəticəsində qazın verilməsi yenə də sayğac üzrə aparılmış və nəticədə 2187,54 manat məbləğində debitor borc yaranmışdır.

38. Bu isə o deməkdir ki, İddiaçı adına hesablanmış 4080.75 manat borcun 2187,54 manat hissəsi debitor borc olaraq saxlanmalı və qarşılıqlı iddia tələbinə əsasən Cavabdeh İB-nin xeyrinə tutulmalı, qalan 1893,21 manat məbləğində borc isə ilkin iddia tələbinə əsasən silinməlidir.

39. Beləliklə, məhkəmə izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, ilk iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı abonent hesabına (abonent kodu **********01078) hesablanmış 1893,21 manat məbləğində borcun silinməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı təbii qazdan istifadəyə görə yaranmış 2187,54 manat borcun tutularaq iddiaçı Cavabdehnə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

41. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

42. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

43. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

45. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.

46. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

47. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

48. Kollegiya hesab edir ki, ilkin iddianın ümumi məbləği 4180,75 manat olduğundan, onunla bağlı ödənilməli dövlət rüsumunun məbləği 61,81 manat olduğundan və ilkin iddia üzrə iddiaçı həmin rüsumu ödəməkdən azad olduğundan, o cümlədən ilkin iddia qismən, yəni 1893,21 manat borcun silinməsi hissəsində təmin olunduğundan, ödənilməli dövlət rüsumunun məbləği də həmin hissəyə mütənasib olaraq hesablanmalı və iddia ərizəsinin verilməsi üçün 27.99 manat və apelyasiya şikayətinin verilməsi üçün ödənilməli olan 14 manat Cavabdeh İB-dən alınaraq dövlət büdcəsinə ödənilməlidir. O cümlədən Cavabdeh İB tərəfindən qarşılıqlı iddianın verilməsi üçün 61,89 manat dövlət rüsumu ödəndiyindən hazırda təmin olunan tələbə uyğun olaraq 32,28 manat hissəsi İddiaçı alınaraq Cavabdeh İB-nin xeyrinə tutulmalıdır.

49. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğlərin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-286/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh tərəfindən İddiaçı abonent hesabına (abonent kodu **********01078) hesablanmış 1893,21 (min səkkiz yüz doxsan üç manat iyirmi bir qəpik) manat məbləğində borc silinsin. O cümlədən İddiaçı təbii qazdan istifadəyə görə yaranmış 2187,54 (iki min yüz səksən yeddi manat əlli dörd qəpik) manat borc tutularaq iddiaçı Cavabdehnə ödənilsin. İlkin iddia ərizəsinin verilməsi üçün 27.99 (iyirmi yeddi manat doxsan doqquz qəpik) manat və apelyasiya şikayətinin verilməsi üçün ödənilməli olan 14 (on dörd) manat Cavabdeh İB-dən alınaraq Dövlət büdcəsinə ödənilsin. Qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 32,28 (otuz iki manat iyirmi səkkiz qəpik) manat hissəsi İddiaçı alınaraq Cavabdeh İB-nin xeyrinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar