Məhkəmə qərarları › İş №2(103)-2034/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2034/2023

06.12.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2034/2023 06.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yasamal rayon icra Hakimiyyətinə qarşı ilk iddia və Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “qanunsuz tikilinin sökülməsi və pulun tutulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İlk iddia üzrə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, İlk iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yasamal rayon icra Hakimiyyətinə qarşı “qanunsuz tikilinin sökülməsi” barədə ilk iddia tələbinə, Cavabdeh İddiaçı qarşı “pulun tutulması və özbaşınalığa son qoyulması” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 2999/2022 saylı qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri, Yasamal rayonu, B.Məcidov küçəsi, 61 saylı evin İddiaçı mülkiyyətində olan 2 otaqlı 5 saylı mənzili adına xüsusi mülkiyyət hüququ qeydiyyatından keçmişdir. Bakı şəhəri, Yasamal rayonu, B.Məcidov küçəsi, 61 saylı evin Cavabdeh mülkiyyətində olan 1 otaqlı 5 saylı mənzili adına xüsusi mülkiyyət hüququ qeydiyyatından keçmişdir. İlk iddia üzrə iddiaçı, cavabadeh tərəfindən müvafiq ünvanda texniki pasportdan əlavə tikililər tikildiyini iddia edərək, onun mənzilinə düşən günəş işığı, hava axının qarşısının alındığını bildirmiş və həmin tikililərin norma və qaydalara uyğun tikilmədiyini iddia etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı isə, cavabdehin ona məxsus olan mənzilin tərkib hissəsi olan otağının və dəhlizinin sökməsini, ona maddi ziyan vurduğunu bildirmiş, bundan başqa da, sonuncu tərəfindən yolun bağlandığını iddia etmişdir.

2. "X2” MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilin texniki pasportundan kənar 27,0 kv.m üzəri azbest şifer təbəqəsi ilə örtülmüş təyinatı üzrə dəhliz (nafes) tikilisi inşa edilmişdir. Sözügedən tikili ilə ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus ev arasındakı məsafə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinə əsasən 0.84m olduğu halda mövcud vəziyyəti üzrə bu məsafə 1.1 m təşkil edir. Tikinti-norma və qaydalarının tələblərinə uyğun olaraq yaşayış otaqlarına normaya uyğun təbii işıqlandırma - günəş işığı CHun 23-05-95* insolyasiya qaydalarına əsasən hər bir yaşayış otağı günün 10:00-dan 04:00-dək müddət ərzində 2 saat gün işığı ilə təchiz olunmalıdır. Baxış zamanı İddiaçı mülkiyyətində olan ünvan 1in divarlarına və pəncərələrinə günəş işığı günün müvafiq təxminən 1200 və 1500 saatlarında (3saat) düşməsi müəyyən edilmişdir. Bununla yanaşı Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilin qarşısında inşa edilmiş 27,0 kv.m tikili İddiaçı mülkiyyətində olan ünvan 1in giriş-çıxışına məhdudiyyət yaratmır və hava axınının qarşısını almır.

3. X3 xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, sonuncu ümumi həyətə daxil olan zaman dəmir darvazaların qabağına tökülmüş əşyaların, sonra Şəfiqə xanımın damında iki nəfərin olduğunu görmüş, həmin ərizədə Gözəl xanım ilə qızının iki nəfərə göstəriş verdiyinin (damın sökülməsinə) şahidi olmuşdur. Daha sonra ərazini tərk edərək, Şəfiqə xanma bu barədə məlumat vermişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yasaml rayon icra Hakimiyyətinə ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1in 5 saylı mənzilinə aidiyyatı qurum tərəfindən verilmiş texniki pasportda qeydiyyata alınmamış tikililərin cavabdehin maliyyə vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası, Bakı şəhəri Tİ və MHQİ-nin verdiyi xx.xx.2005-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən Yasamal rayon B.B.Məcidov küçəsi 61 saylı evin ümumi sahəsi 49.3 kv.m. olan 7 saylı mənzil mülkiyyətindədir. Cavabdeh qonşusu ünvan 4 evin ümumi sahəsi 54,4 kv.m. olan 5 saylı mənzilinin mülkiyyətçisi özbaşına tikili aparmaqla təbii işıqlanma, yanğından mühafizə normalarına əməl olunmadan, inşaat normalarına zidd, təbii havalanmanı saxlayan və sair çox saylı qaydalara əməl etməmişdir. Aparılmış inşaat işləri birgə yaşayış qaydalarına zidd olduğu üçün sökülməsini vacib hesab edir. Cavabdehlə yaşayış sahələrinin yerləşdiyi ümumi həyətdə inşa edilmiş özbaşına tikilinin sökülərək əvvəlki vəziyyətin bərpa edilməsi barədə danışıqları nəticə verməmiş, üçüncü şəxsə müraciətin cavabı olaraq mübahisənin məhkəmə müstəvisində həll edilməsi tövsiyyə olunmuşdur.

6. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüquqi ilə ona məxsus olan ünvan 1in 5 saylı mənzilinin dəhlizini sökərək yaşamağa yarasız vəziyyətə salmış tikilinin bərpa edilməsinə çəkiləcək 3250 manatın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq ona verilməsi, ilk iddia üzrə iddiaçının özbaşınalığına son qoyulması və bağladığı yolun açılması və dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə İddiaçı onun qonşusudur. ünvan 2 ünvanında yaşayır. Bu ünvanda onlardan sonra yaşayır. O, həmin ünvana köçərkən onun sökülməsini iddia etdiyi tikililər mövcud idi və onlar həmin tikilidə yaşayırdılar. Bu yaxınlarda ilk iddia üzrə İddiaçı özbaşınalıq edərək xüsusi mülkiyyət hüquqi ilə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, B.B.Məcidov küçəsi, 61 saylı evin, 5 saylı mənzilinin sahəsi 8.5 kvadrat metr olan otağının və mənzilinin dəhlizini sökərək yaşamağa yararsız vəziyyətə salmış, əşyaları oğurlanmışdır. Son vaxtlar yağan yağışlar evi yararsız hala salmışdır ki, bu gün həmin tikilinin bərpa edilməsinə təxminən 3250 manat pul tələb olunur. İlk iddiaçının ona məxsus Bakı şəhəri, Yasamal rayonu, B.B.Məcidov küçəsi, 61 saylı evin, 5 saylı mənzilinə aidiyyatı qurum tərəfindən verilmiş texniki pasporta qeydiyyata alınmamış tikililərin cavabdehin maliyyə vəsaiti hesabına sökülməsi barədə tələbini onunla əsaslandırmışdır ki, guya təbii işıqlanma, yanğından mühafizə normalarına əməl olunmaması, inşaat normalarına zidd, təbii havalanmanı saxlayan və sair çoxlu saylı qaydalara əməl etmədən aparılmış tikililərin sökülməsini vacib hesab etdiyini yazmışdır. Lakin ilk iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, onun 1967-ci ildən mövcud olan tikililərinin sökülməsini tələb etməkdə onun hansı maraqlarına toxunduğunu təsdiq edən heç bir sübutu yoxdur. Buna görədə hesab edir ki, ilk iddiaçının bu məzmunlu iddia qaldırmağa müvafiq subyektiv hüququ yoxdur. İlk iddiaçı özbaşına qanunsuz hərəkətləri nəticəsində xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, B.B.Məcidov küçəsi, 61 saylı evin 5 saylı mənzilinin sahəsi 8.5 kvadrat metr olan otağının və dəhlizi söküb dağıtmış, yaşayışa yararsız hala salmış, həmin otaqda olan məişət əşyalarını oğurlanmış və yolunu bağlamışdır.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 2999/2022 saylı qətnaməsi ilə ilk iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yasamal rayon icra Hakimiyyətinə qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair ilk iddiasının təmin edilməməsi, ilk iddia üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun ilk iddia üzrə iddaçıya aid edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı dəymiş ziyanın əvəzi olaraq 2000 (iki min) manat məbləğində pul vəsaitinin tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulması, qarşılıqlı iddia üzrə ödənilmiş 52 (əlli iki) manat 50 (əlli) qəpik məbləğində dövlət rüsumunun 38.48%, yəni 20 (iyirmi) manat 20 (iyirmi) qəpiyinin qarşılıqlı iddia üzrə iddiaçıya, qalan 61.53%, yəni 32 (otuz iki) manat 30 (otuz) qəpik məbləğində pul vəsaitinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ekspertiza (mütəxəssis) xərci olan 300 (üç yüz) manatın 38.48%, yəni 115 (bir yüz on beş) manat 41 (qırx bir) qəpiyi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, qalan 61.53%, yəni 184 (bir yüz səksən dörd) manat 59 (əlli doqquz) qəpik məbləğində pul vəsaitinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq "X2” MMC-nin hesabına köçürülməsi qət edilmişdir.

9. Məhkəmə toplanılmış sübutlara hüquqi qiymət verərək ona istinad etmişdir ki, ilk iddia üzrə iddiaçı, Cavabdeh tərəfindən ünvan 1in 5 saylı mənzilinə aidiyyatı qurum tərəfindən verilmiş texniki pasportda qeydiyyata alınmamış tikililərin onun mənzilinə düşən günəş işığının, hava axınının qarşısını almasını, yanğın norma və inşaat qaydalarına uyğun tikilməməsini bildirsə də, bu barədə məhkəməyə hər hansısa bir tutarlı sübutlar təqdim etməmişdir. Bu səbəbdən, ilk iddia təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin xüsusi mülkiyyət hüquqi ilə ona məxsus olan ünvan 1in 5 saylı mənzilinin dəhlizini sökərək yaşamağa yarasız vəziyyətə salmış tikilinin bərpa edilməsinə çəkiləcək 3250 manatın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq ona verilməsi hissəsi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan mütəxəssis rəyi ilə sözü gedən mənzilin 8.5 kv.m otağının və dəhlizinin əvvəlki vəziyyətinin tikinti-norma və qaydalarının tələblərinə uyğun olaraq bərpa edilməsi üçün 2000,0 (iki min) manat tələb olunduğu müəyyən edilmişdir. Sözü gedən bu hal, X3 qarşılıqlı iddia üzrə iddiaçıya məxsus mənzilin dəhlizinin İddiaçı tərəfindən sökülməsi barədə notarial qaydada təsdiq edilmiş ərizəsi və Yasamal rayon prokurorunun cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və cinayət işinin başlanması haqqında xx.xx.2022-ci il tarixli qərarı ilə öz təsdiqini tapmışdır. Odur ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı dəymiş ziyanın əvəzi olaraq 2000 (iki min) manat məbləğində pul vəsaiti tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbinin ilkin iddia üzrə iddiaçının özbaşınalığına son qoyulması və bağladığı yolun açılması hissəsi ilə bağlı qeyd etmişdir ki, qarşılıqlı idda tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 103.1-ci, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı dəymiş ziyanın əvəzi olaraq 2000 (iki min) manat məbləğində pul vəsaitinin tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulsun, qarşılıqlı iddia üzrə ödənilmiş 52 (əlli iki) manat 50 (əlli) qəpik məbləğində dövlət rüsumu 38.48%, yəni 20 (iyirmi) manat 20 (iyirmi) qəpiyi qarşılıqlı iddia üzrə iddiaçıya, qalan 61.53%, yəni 32 (otuz iki) manat 30 (otuz) qəpik məbləğində pul vəsaitinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh xeyrinə tutulması hissədə rədd edilməsi və iş üzrə ekspertiza (mütəxəssis) xərci olan 300 (üç yüz) manatın Cavabdeh aid edilməsi, İddiaçı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı apellyasiya şikayətini ilk iddia tələbinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, fiziki şəxslərin tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrinin pozulub-pozulmaması aydınlaşdırlmamışdır. Tərəfin özünə 70 kv.m sahəsi olan bir qanunsuz tikili də tikmişdir. Həmin tikiliyə münasibət bildirilməmişdir. Halbuki, cavabdehin bu hissədə müraciətlərinə dövlət orqanları münasibət bildirmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərin möhtəbərliyinə baxmayaraq məhkəmə dəlillərə düzgün qiymət verməmişdir. Faktiki qanunsuz tikilinin mövcudluğunu qəbul edilməsinə baxmayaraq həmin tikiliyə göz yummuşdur. Məhkəmə subyektiv prizmadan yanaşaraq, əsas və mülki hüququn prinsiplərinin pozulması ilə qətnamə qət etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı verilən yazılı etiraz qarşılıqlı iddia tələbinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallları hərtərəfli araşdırılmış və ədalətli qətnamə qəbul edilmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. ç) Proses iştirakçılarının izahatı

14. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişlər.

15. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə qarşı verdiyi etirazın məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Yasamal rayon icra Hakimiyyəti öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Kollegiya işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

d) Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 180.1-ci maddəsinə əsasən Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

e) Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. İddiaçı tərəfindən qətnamə qarşılıqlı iddianın təmin edilməsi, ilkin iddianın təmin edilməməsi hissəsində ləğv edilməklə qarşılıqlı iddianın tam olaraq rədd edilməsi və ilk iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə həmin hissələrdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

23. İşin faktiki hallarından göründüyü kimi Bakı şəhəri, Yasamal rayonu, B.Məcidov küçəsi, 61 saylı evin İddiaçı mülkiyyətində olan 2 otaqlı 5 saylı mənzili adına xüsusi mülkiyyət hüququ qeydiyyatından keçmişdir. Bakı şəhəri, Yasamal rayonu, B.Məcidov küçəsi, 61 saylı evin Cavabdeh mülkiyyətində olan 1 otaqlı 5 saylı mənzili adına xüsusi mülkiyyət hüququ qeydiyyatından keçmişdir. İlk iddia üzrə iddiaçı, cavabadeh tərəfindən müvafiq ünvanda texniki pasportdan əlavə tikililər tikildiyini iddia edərək, onun mənzilinə düşən günəş iğışı, hava axının qarşısının alındığını bildirmiş və həmin tikililərin norma və qaydalara uyğun tikilmədiyini iddia etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı isə, cavabdehin ona məxsus olan mənzilin tərkib hissəsi olan otağının və dəhlizinin sökməsini, ona maddi ziyan vurduğunu bildirmiş, bundan başqa da, sonuncu tərəfindən yolun bağlandığını iddia etmişdir.

24. Lakin iş materiallarından isə iddiaçı texniki pasportda qeydiyyata alınmamış tikililərin onun mənzilinə düşən günəş işığının, hava axınının qarşısını almasını, yanğın norma və inşaat qaydalarına uyğun tikilməməsini bildirsə də, bu barədə məhkəməyə hər hansısa bir tutarlı sübutlar təqdim etməmişdir. Əksinə birinci instansiya məhkəməsi zamanı keçirilmiş "X2” MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi ilə Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilin qarşısında inşa edilmiş 27,0 kv.m tikili İddiaçı mülkiyyətində olan ünvan 1in giriş-çıxışına məhdudiyyətin yaratmadığı və hava axınının qarşısının alınmadığı müəyyən edilmişdir. Həminin, iş materiallarından İddiaçı Cavabdeh maddi ziyan vurması (dəhliz və otağın sökülmsi ilə bağlı) müəyyən edilir və lakin zərərin məbləğinin iddiada qeyd edilən məbləğdə deyil, 2000 manat olması müəyyən edilmişdir.

25. Eyni zamanda apellyasiya icraatı zamanı keçirilmiş 14 sentyabr 2023-cü il tarixli 10/2946 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən də Cavabdeh mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən 5 saylı mənzilin texniki pasportunda göstərilməyən sahəsi 16.8 kv.m. (3.5x4.8m) yaşayış otağı, sahəsi 17,1 kv.m. dəhliz və sahəsi 5.3 kv.m. (2.3x2.3m) anbar inşa olunmuşdur. İnşa olunmuş əlavə tikililər texniki pasportda öz əksini tapmadığından və həmin tikililərə dair hər-hansı bir icazə sənədləri olmadığını nəzərə alaraq, həmin tikililər tikinti norma və qaydalarına uyğun inşa olunmamışdır. ünvan 4 ünvanda yerləşən 5 saylı mənzil və ona aid (texniki pasportda göstərilməyən) əlavə tikililər ünvan 4 ünvanda yerləşən 7 saylı saylı mənzilə münasibətdə giriş-şıxışının qarşısını kəsmədiyi müəyyən olunmuşdur. Eləcə də 5 saylı mənzil və ona aid əlavə tikililər 7 saylı saylı mənzilə münasibətdə hava axınının, otaqlarda təbii işiqlanmanın (günəş işığı) normalara uyğun olub-olmamasının müəyyən olunması tikinti-texniki ekspertinin səlahiyətlərinə aid olmadığından, həmin suallar üzrə tədqiqat aparılmadı. ünvan 4 ünvanda yerləşən 5 saylı mənzilin texniki pasportda göstərilməyən əlavə tikililər ünvan 4 ünvanda yerləşən 7 saylı mənzilə münasibətdə tikinti norma və qaydalarına uyğun məsəfə saxlanılmaqla tikildiyi və ara məsafəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu, maddəsinin tələblərində uyğun olduğu müəyyən olunur. Baxış zamanı əldə olunmuş məlumatlara əsasən İddiaçı texniki pasportunda mövcud olan tikililər Cavabdeh mənzilindən istifadəsinə məhdudiyyət yaratmadığı müəyyən olunur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 4 ünvanda yerləşən 5 saylı mənzilin texniki pasportda göstərilməyən əlavə tikililər ünvan 4 ünvanda yerləşən 7 saylı mənzilə münasibətdə tikinti norma və qaydalarına uyğun məsafə saxlanılmaqla tikildiyi və ara məsafəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu, maddəsinin tələblərində uyğun olduğu müəyyən olunur.

26. Bundan əlavə məhkəmə kollegiyası tərəfindən yerli baxış keçirilərkən də müəyyən edilmişdir ki, mübahisə predmeti olan tikilinin arxasında yardımçı sahə (saray) mövcuddur və həmin tikili iddiaçıya heç bir formada maneə yaratmır, o cümlədən İddiaçı yaşadığı evin qarşısında Cavabdeh tərəfindən inşa edilmiş tiikilinin də ilkin iddiaçıya hər hansı maneə yaratmadığı (ekspert rəyi ilə də tikililərin İddiaçı mənzilinə münasibətdə tikinti norma və qaydalarına uyğun ara məsafəsi saxlanılmaqla tikilməsi müəyyən edilib) müəyyən edilmişdir. Eyni zamanda ilkin iddiaçı evinin qarşısında olan tikilinin 1995-ci ildən mövcud olduğu və indiyədək bu qaydada yaşadıqlarını və mübahisələndimədiyini bildirmişdir. İzahatından yalnız hazırda aralarında şəxsi münasibətlərlə bağlı yaranan narazılıqdan sonra yaranan mübahisədən sonra belə bir tələb vermişdir. Əlavə olaraq qeyd etmişdir ki, onun yaşadığı evin yan hissəində olan yardımçı sahəni (saxlanc yerini) Cavabdeh ona verərsə hazırki mübahisə də sülh yolu ilə bitə bilər. Lakin yerində baxış zamanı Cavabdeh bununla razılaşmamışdır.

27. Məhkəmə kollegiyası hesab edir ki, ilkin iddiaçı tərəfindən Cavabdeh tərəfindən sökülməsi qeyd edilən texniki pasportunda göstərilməyən titkililər lazımi icazələr alınmadan tikilsə də, tikinti norma və qaydalarına uyğun məsafə saxlanılmaqla tikildiyi və ara məsafəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu, maddəsinin tələblərində uyğun olduğu müəyyən olunur. Qeyd edilənlərə əsasən iddiada qeyd edilən tikililərin sökülməsinin təmin edilməməsi barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Eyni zamanda, işdə olan sübutlara əsasən 8.5 kv.m otağın və dəhlizin əvvəlki vəziyyətinin bərpa edilməsi üçün 2000,0 (iki min) manat tələb olunduğu müəyyən edildiyindən və həmin məbləğində İddiaçı Cavabdeh xeyrinə tutulmasında hissəsində də məhkəmə haqlı olmuşdur. Subyektiv hüquq baxımından da tikilinin sökülməsi üçün birbaşa ilkin iddia üzrə iddiaçıya maneçiliyin yaradılması sübuta yetirilməlidir.

28. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla təmin edilə bilməz. Bu baxımdan birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

29. Ekspertiza tətqiqatının dəyəri olan 100 manatın 50 manatı İddiaçı, 50 manatı isə Cavabdeh alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 402.1-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İlk iddia üzrə İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 2999/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Ekspertiza tətqiqatının dəyəri olan 100 manatın 50 manatı İddiaçı, 50 manatı isə Cavabdeh alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən İddiaçı tərəfindən (ilk iddianın təmin edilməməsinə dair hissəsindən) rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar