Məhkəmə qərarları › İş №2(103)-2042/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2042/2023

13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2042/2023 13.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı (X6 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə (Açar sözlər: mənzilin təhvil verilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X4 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X7, İddiaçı vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (X6 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, e-2(007)- 3095/2022 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh MMC ilə X6 arasında bağlanılmış Yaşayış kompleksində mənzilin alqısatqısı haqqında” xx.xx.2018-ci il tarixli, 272 saylı müqaviləyə əsasən satıcı Cavabdeh MMC ünvan 1 ünvanında inşa edilən Cavabdeh çoxmərtəbəli yaşayış binasının D blokunun, 8-ci mərtəbəsində, 1 otaqlı, 66,17 kv.m. ümumi sahəsi olan 272 saylı mənzili alıcı X5 təhvil verməyi, alıcı isə bunun qarşılığında satıcıya razılaşdırılmış pul vəsaitini (mənzilin sahəsinin 1 kv.m. sahəsinin qiyməti 1.000 manat olmaqla, cəmi 66.170 manat) müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə üzrə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürür.

2. X6 tərəfindən Cavabdeh MMC-nin direktoru X15 ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizəyə əsasən X6 Cavabdeh MMC tərəfindən Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 72A ünvanında inşa edilən yaşayış kompleksində görməli olduğu aqlay düzmə işlərinin qarşılığında, əvəzləşdirmə qaydasında xx.xx.2018-ci il tarixli müqavilə əsasında həmin MMC tərəfindən ona verilmiş yaşayış kompleksinin “D” blokunun 8-ci mərtəbəsində yerləşən 1 otaqlı ümumi sahəsi 66,17 kv.m. olan 272 saylı mənzilin onun adından çıxarılaraq, tanışı X10 adına keçirilməsini və bununla əlaqədar olaraq, onun adına alqısatqı müqaviləsinin və borcun olmaması barədə arayışın verilməsini xahiş etmişdir.

3. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış Yaşayış kompleksində mənzilin alqı-satqısı haqqında” xx.xx.2018-ci il tarixli, 272 saylı müqaviləyə əsasən satıcı Cavabdeh MMC ünvan 1 ünvanında inşa edilən Cavabdeh çoxmərtəbəli yaşayış binasının D blokunun, 8-ci mərtəbəsində, 1 otaqlı, 66,17 kv.m. ümumi sahəsi olan 272 saylı mənzili alıcı İddiaçı təhvil verməyi, alıcı isə bunun qarşılığında satıcıya razılaşdırılmış pul vəsaitini (mənzilin sahəsinin 1 kv.m. sahəsinin qiyməti 1.000 manat olmaqla, cəmi 66.170 manat) müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə üzrə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürür.

4. Cavabdeh MMC-nin xx.xx.2018-ci il tarixli, 107/272 saylı maliyyə arayışına əsasən ünvan 1 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasının D bloku, 8-ci mərtəbə, 1 otaqlı, ümumi sahəsi 66,17 kv.m. olan 272 saylı mənzilin dəyəri X16 tərəfindən tam məbləğdə ödənilmişdir.

5. Cavabdeh MMC ilə X6 arasında tərtib edilmiş öhdəliklərin yerinə yetirilməsinin nəticələrinə dair üzləşmə aktına əsasən xx.xx.2018-ci il tarixinə X3 Cavabdeh MMC-nin qarşısında ümumilikdə 106.170 manat məbləğində borc öhdəliyi vardır.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(010)- 560/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X2 106.170 manat pul vəsaitinin və 397 manat dövlət rüsumunun alınaraq iddiaçı Cavabdeh MMC-yə verilməsi qət edilmişdir.

7. xx.xx.2022-ci il tarixdə "xxxx" MMC ilə Cavabdeh yaşayış kompleksində D blokunun, 8-ci mərtəbəsində yerləşən 272 saylı mənzilin sahibi İddiaçı arasında bağlanmış 272 saylı sazişə və 143 saylı xidmət müqaviləsinə əsasən İddiaçı ünvan 2 ünvanında yerləşən həmin yaşayış kompleksinin (çoxmənzilli binanın) "xxxx" MMC tərəfindən idarə edilməsinə razılıq vermiş, eyni zamanda sahibliyində olan 272 saylı mənzilin təmir edilməsi üçün razılaşdırılmış şərtlərin yerinə yetirilməsini, MMC isə təmirdən irəli gələn məsələlərin həll edilməsini öhdəsinə götürmüşdür. Həm həmin müqavilə üzrə, həm də mənzilə elektrik enerjisinin verilməsi ilə bağlı iddiaçı tərəfindən ödənişlər həyata keçirilmişdir.

8. X6 tərəfindən Cavabdeh MMC-nin direktoru X15 ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəyə əsasən X6 onun xx.xx.2018-ci il tarixli ərizəsinə əsasən ona verilmiş 272 saylı mənzil X10 adına keçirildiyini və hər hansı ödəniş etmədiyi halda onun xahişi əsasında X12 maliyyə arayışının verildiyini, lakin ötən müddət ərzində X16 tərəfindən 272 saylı mənzilin dəyəri olan 66.170 manat məbləğində puldan 1 manat belə ona ödənilmədiyini, onun həmin məbləğdə borcunun hələ də qaldığını bildirmiş və 272 saylı mənzilə dair Cavabdeh MMC ilə X16 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilənin ləğv edilməsini və mənzilin yenidən onun adına keçirilməsini, mənzildə aparılan təmir işlərinin dayandırılmasını xahiş etmişdir.

9. Cavabdeh MMC tərəfindən X12 ünvanlanmış bildirişdə Cavabdeh MMC-nin X3 xx.xx.2022-ci il tarixli ərizəsini və onunla bağlanmış Cavabdeh MMC arasında imzalanmış müqavilənin tələblərini rəhbər tutaraq, Cavabdeh yaşayış kompleksinin “D” blokunun 8-ci mərtəbəsində yerləşən, dəyəri 66.170 manat , ümumi sahəsi 66,17 kv.m-dən ibarət olan 1 otaqlı, 272 saylı mənzilin onun adına keçirilməsinə dair xx.xx.2018-ci il tarixli müqavilənin xx.xx.2022-ci il tarixdə birtərəfli qaydada ləğv edildiyi bildirilmişdir.

10. Nizami rayon Polis idarəsinin 24-cü polis bölməsinin “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən material üzrə Cavabdeh MMC-nin X12 məxsus mübahisəli mənzilə dair qapı kilidinin açarının dəyişdirilməsinə heç bir cinayət tərkibi müəyyən edilmədiyindən həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş, X12 mübahisəli mənzillə əlaqədar Cavabdeh MMC barəsində məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.

11. X16 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubunda X16 xx.xx.2022-ci il tarixə kimi xx.xx.2018-ci il tarixli alqı-satqı və xx.xx.2022ci il tarixli xidmət müqaviləsi üzrə öhdəliklərin tam şəkildə yerinə yetirilməklə ona məxsus mənzilə onun sahiblik və istifadə hüququnun tanınması, süni yaradılmış maneələrin aradan qaldırılması, habelə mənzilin qapısının sındırılması və mənzilin təmirinin gecikdirilməsi ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsinin təmin edilməsini və xx.xx.2022-ci il tarixə kimi ona məlumat verilməsini Cavabdeh MMC-dən tələb edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

12. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 66,17 kv.m olan 1 otaqdan ibarət, müqavilə qiyməti 66.170 manat nağd ödənilmiş və bu ödənişi təsdiq edən 107/272 saylı, xx.xx.2018-ci il tarixli maliyyə arayışı alınmış 272 saylı mənzilə dair onun sahiblik və istifadə hüququnun həyata keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırmaqla ona təhvil verilməsi vəzifəsininin Cavabdeh MMC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdə qarşılıqlı razılaşma əsasında Cavabdeh MMC-dən müqavilə əsasında Cavabdeh MMC-nin ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 66,17 kv.m olan 1 otaqdan ibarət, mənzilin ümumi müqavilə qiymətini təşkil edən 66.170 manat pulu nağd ödəməklə, ödəniş barədə 107/272 saylı, xx.xx.2018-ci il tarixli maliyyə arayışı almaqla 272 saylı mənzili əldə etmişdir. Həmin mənzilin ona təhvil verilməsinə və mənzildə təmir işlərinin aparılmasına cavabdeh maneəçilik yaradır. Baxmayaraq ki, o, təmirlə bağlı müqavilə bağlamış və təmirlə bağlı 530 manat məbləğində pul da ödəmişdir. Bu barədə ona kassa mədaxil qəbzi təqdim olunsa da, cavabdeh qanunsuz olaraq təmir etdiyi mənzilin giriş qapısının kilidini dəyişərək qanunvericliyin tələblərini kobud şəkildə pozmuşdur. O, alıcı kimi cavabdehlə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin 1.1-ci və 3.4.1-ci maddələrində nəzərdə tutulmuş vəzifələrini tam şəkildə yerinə yetrimiş, mənzilin dəyəri onun tərəfindən birdəfəlik qaydada tam ödənilmişdir. Ona cavabdeh tərəfindən bu halı təsdiq edən xx.xx.2018-ci il tarixli, 107/272 saylı arayış verilmişdir. Onun tərəfindən qaz, işıq və su sayğaçının quraşdırılmasına görə xx.xx.2022ci il tarixində 1.460 manat məbləğində pul MMC-nin hesabına ödənilmiş və bu barədə satıcı tərəfindən ona kassa mədaxil orderi təqdim edilmişdir. Bundan əlavə, xx.xx.2022-ci il tarixində "xxxx" MMC ilə Cavabdeh yaşayış kompleksinin D blokunun, 8-ci mərtəbəsində 1 otaqlı, 66,17 ümumi sahəsi olan 272 saylı mənzilinin sahibi olaraq onun arasında həmin yaşayış kompleksinin (çoxmənzilli binanın) idarə edilməsinə dair 272 nömrəli saziş bağlanılmışdır. Saziş əsasında "xxxx" MMC ilə D blokunun, 8-ci mərtəbəsində 1 otaqlı, 66,17 ümumi sahəsi olan 272 saylı mənzilinin sahibi olaraq onun arasında xx.xx.2022-ci il tarixli, 143 nömrəli Xidmət müqaviləsi bağlanılmışdır. Xidmət müqaviləsinin 3.4.8-ci maddəsində nəzərdə tutulmuş təmir zamanı istifadə ediləcək yüklərin mənzilə qaldırılması üçün “MMC” tərəfindən quraşdırılmış avadanlıqlardan istifadəyə görə onun tərəfindən 530 manat məbləğində pul ödənilmiş və bu barədə xx.xx.2022-ci il tarixli kassa mədaxil qəbzi verilmişdir. Bundan sonra sahibliyində olan həmin mənzili təmir etdirməyə başlamışdır. Bununla belə, o, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi və xx.xx.2022-ci il tarixli, 143 nömrəli Xidmət müqaviləsi üzrə bütün öhdəliklərini tam yerinə yetirmişdir. Əgər yetirməsəydi cavabdeh tərəfindən quraşdırılmış, onun tərəfindən istifadə edilmiş işıq pulu barədə ona bildiriş verilməzdi. Bu da bir daha onun tam haqlı olmasını sübut edir. Lakin qanunsuz olaraq xx.xx.2022-ci il tarixində Cavabdeh MMC tərəfindən heç bir əsas və səbəb göstərilmədən onun məzilinin qapısı qırılaraq açarları dəyişdirilmiş və onu mənzilinə buraxmamışlar. O, onun sahibliyində və istifadəsində olan mənzilə qanunsuz olaraq daxil olma və mənzilinin açarlarının dəyişdirilməsi ilə bağlı 102 xidmətinə məlumat vermis, şikayəti Bakı şəhəri Nizami rayonu 24-cü Polis Bölməsinə yönəldilmişdir. Bölmədə şikayət araşdırılmış və xx.xx.2022-ci il tarixində cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və ona mübahisəli mənzillə əlaqədar Cavabdeh MMC barəsində məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

14. Cavabdeh MMC-nin vəsatətinə əsasən X6 məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

15. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(007)- 3095/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-nin ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 66,17 kv.m olan 1 otaqdan ibarət, 272 saylı mənzilə dair İddiaçı sahiblik və istifadə hüququnun həyata keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırılması və həmin mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh MMC-yə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. (hakim X9)

16. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, işin mübahisəsiz halı kimi qeyd etmişdir ki, ünvan 3 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 66,17 kv.m olan 1 otaqdan ibarət 272 saylı mənzil ilə bağlı İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə müqavilə bağlanılarkən hər iki tərəfin iradə ifadəsi öz əksini tapmış və hər iki tərəf müqavilənin şərtlərinə uyğun olaraq öhdəlik götürmüşdür. Həmin müqaviləyə görə MMC mübahisəli mənzili iddiaçıya verməyi, iddiaçı da onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, iddiaçıya verilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışı da MMC-nin direktoru Zaur Dadaşov tərəfindən imzalanmış və möhürlənmişdir. Mənzillərin bu qaydada alınması ilə bağlı hazırda mənzil bazarında formalaşan işgüzar qaydalara əsasən mənzilin alıcı tərəfindən dəyəri ödənildikdən sonra ona borcunun olmaması barədə satıcı təşkilatlar tərəfindən maliyyə arayışı təqdim edilir. Bu isə özlüyündə iddiaçı tərəfindən müqavilə üzrə öz üzərinə düşən mənzilin dəyərinin ödənilməsi vəzifəsinin icrasını ehtiva edir. Lakin buna baxmayaraq cavabdeh təşkilat tərəfindən müqavilə üzrə üzərinə düşən mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyi həyata keçirilsə də onun tərəfindən onunla iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X6 arasında bu müqavilə qüvvəyə minənədək qüvvədə olan razılaşma əsas gətirilərək mənzillə bağlı iddiaçının sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik yaradılmışdır. Halbuki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-560/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X2 Cavabdeh MMC-nin xeyrinə 106.170 manat vəsaitin tutulması qət edilmişdir. Göründüyü kimi qətnamə ilə mənzilin qaytarılması yox, X3 onunla razılaşdırılmış xidmətlərin yerinə yetirilməməsi üçün ondan pul vəsaitinin tutulması müəyyən olunmuşdur. Eyni zamanda cavabdeh tərəfindən X3 onlara ödəmədiyi pul vəsaiti məhkəmədə mübahisələndirilsə də iddiaçı tərəfindən mübahisəli mənzilin dəyərinin onlara ödənilməməsi və müqavilənin şərtlərinin pozulması bu günədək mübahisələndirilməmiş, əksinə iddiaçı ilə mənzilə dair xidmət göstərilməsi ilə bağlı saziş bağlanılmış, ondan kommunal ödənişlər tutulmuşdur. Belə olan halda Cavabdeh MMC İddiaçı mübahisəli mənzilə dair sahiblik və istifadə hüquqlarının həyata keçirilməsində maneçilik yaradılmasında haqlı olmamışdış. Eyni zamanda, məhkəmə iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 mübahisəli mənzilin cavabdeh təşkilata görüləcək xidmətlərə görə ona verilməsini işin mübahisəsiz halı olaraq qiymətləndirmiş, lakin bununla bağlı xüsusi ilə vurğulamışdır ki, X6 mənzilin Racu adlı şəxsdən götürülmüş 20 min ABŞ dolları məbləğndə vəsaitə görə girov qoyulmasını, həmin pulun əvəzi olaraq X13 məxsus avtomobilin borcunun əvəzinə həmin şəxsə verilməsini, lakin mənzilin geri qaytarılmamasını bildirsə də bu faktlar məhkəmədə öz təsdiqini tapmamışdır. Belə ki, götürülmüş borcun iddiaçıya aidiyyəti təsdiq olunmamışdır. Bununla bağlı tərəflər arasında şifahi və ya yazılı qaydada hər hansı bir razılaşma olmamışdır. Halbuki, Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi, X6 mübahisəli mənzilə görə borcunu avtomobillə əvəzləşdirərək qaytarılmasını bildirsə də 2018-ci ildən hazırki dövrədək mənzilin ona qaytarılması ilə bağlı hər hansı bir tələb irəli sürülməmiş, məhkəmə vasitəsi ilə həmin məsələni mübahisələndirməmişdir. Həmçinin, şahid qismində ifadə verən X11 X5 əvəzsiz olaraq öz avtomobilinin Racu adlı şəxsə verilməsinə dair ifadəsini məhkəmə ağlabatan hesab etməmişdir. Qeyd olunan məsələ ilə bağlı məhkəmə xüsusi ilə vurğulayır ki, Racu adlı şəxsə avtomobilini məhz mübahisəli mənzilə görə verilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Nəticədə məhkəmə belə qənaətə gəlmişdir ki, ünvan 3 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 66,17 kv.m olan 1 otaqdan ibarət 272 saylı mənzilinin iddiaçıya məxsus olması, hazırda onun adına rəsmiləşdirilməsi, onun tərəfindən mənzildə təmir aparılması, həmin mənzillə bağlı 2022-ci il tarixdə İddiaçı ilə xidmət müqaviləsi bağlanması, digər tərəflərin söylədikləri ilə bağlı məhkəməyə sübut təqdim etməməsi mənzilə dair İddiaçı sahiblik və istifadə hüququnun həyata keçirilməsi ilə əlaqədar maneələr aradan qaldırılmaqla həmin mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh MMC-yə həvalə edilməsi üçün əsasdır. Həmçinin, iddiaçı iddia tələbində mənzilin qiymətinin onun tərəfindən nağd ödənilməsini qeyd etsə də, bununla bağlı məhkəməyə maliyyə arayışından əlavə hər hansı mədaxil orderi və ya qəbz təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 157.2-ci, 157.8-ci, 165.1-ci, 442-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci , 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh "xxxx" MMC Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(007)-3095/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddianın tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə Cavabdeh MMC ilə X6 arasında 2018-ci ilin avqust ayında əldə edilmiş razılığıa əsasən Y.Abdullayev MMC tərəfindən ünvan 4 ünvanında inşa edilmiş yaşayış kompleksində “aqlay düzülmə işləri” həyata keçirməyi öhdəsinə götürmüş və bunun qarşılığında MMC-dən nağd və əvəzləşdirmə üsulu ilə 106.170 manat məbləğində pul almışdır. X6 tərəfindən görüləcək aqlay düzmə işlərinin qarşılığında onun tərəfindən imzalanmış kassa məxaric orderlərinə əsasən ona MMC tərəfindən 40 000 manat məbləğində nağd şəkildə vəsait və əlavə olaraq MMC ilə onun arasında Cavabdeh yaşayış kompleksinin “D”blokunun 8-ci mərtəbəsində yerləşən, dəyəri 66 170 manat, ümumi sahəsi 66.17 kv.m-dən ibarət olan 1 otaqlı, 272 saylı mənzilə dair imzalanmış 17 dekabr 2018-ci il tarixli Müqavilə ilə ona sözügedən mənzil verilmişdir. Daha sonra X6 18 dekabr 2018-ciil tarixində ərizə ilə Cavabdeh MMC-yə müraciət edərək, 17 dekabr 2018-ci il tarixli Müqavilə ilə onun adına yazılmış 272 saylı mənzilin tanışı İddiaçı adına keçirilməsini, onun adına Müqavilə rəsmiləşdirilməsini və onun borcun olmaması haqqında arayışın verilməsini xahiş etmişdir. Bu ərizə əsasında 18 dekabr 2018-ci il tarixində Cavabdeh MMC tərəfindən Cavabdeh yaşayış kompleksinin “D” blokunun 8-ci mərtəbəsində yerləşən, dəyəri 66 170 manat, ümumi sahəsi 66.17 kv.m-dən ibarət olan 1 otaqlı, 272 saylı mənzilə dair yeni Müqavilə hazırlanaraq İddiaçı ilə rəsmiləşdirilmişdir. MMC ilə İddiaçı arasında imzalanmış Müqavilə ilə yanaşı X3 istəyi əsasında İddiaçı MMC tərəfindən borcun olmaması haqqında arayış da verilmişdir. Tərəflər arasında əldə edilmiş razılığa əsasən MMC-dən alınmış vəsaitin (nağd və əvəzləşdirmə şəklində mənzil olaraq) qarşılığında X6 tərəfindən görülməli olan aqlay düzülmə işləri ümumiyyətlə yerinə yetirilməmiş və beləliklə də görülmüş işlərin dəyərinin əvəzləşdirilmə yolu ilə ödənişi təmin edilməmişdir. Bu səbəbdən də Cavabdeh MMC ona qarşı müvafiq iddia tələbi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 04 mart 2022-ci il tarixli, e-2(010)- 560/2022 saylı Qətnaməsi ilə iddia təmin edilmişdir. Bu qətnamənin icrası ilə əlaqədar X6 dəfələrlə MMC-yə müraciət edərək, vaxt istəmiş və bu zaman tanışı İddiaçı adına keçirtdiyi mənzilin dəyərini hələ də ondan ala bilmədiyini bildirmişdir. Son olaraq o, 17 oktyabr 2022-ciil tarixdə ərizə ilə Cavabdeh MMC-yə müraciət edərək, onun xahişi və ərizəsi ilə hazırki iş üzrə İddiaçı adına keçirilmiş həmin 272 saylı mənzilə dair İddiaçı ilə rəsmiləşdirilmiş 18 dekabr 2018-ci il tarixli müqavilənin ləğv edilməsini xahiş etmiş və bu tələbini İddiaçı tərəfindən mənzilin dəyərinin ona ödənilməməsi ilə əsaslandırmışdır. Həmin 272 saylı mənzilin dəyəri İddiaçı tərəfindən nə MMC-yə, nə də həmin mənzilin İddiaçı adına rəsmiləşdirilməsini xahiş etmiş X5 ödənilməmişdir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin 8-ci səhifəsinin 1 və 3-cü abzaslarında qeyd etdiyi “Eyni zamanda, cavabdeh tərəfindən X3 onlara ödəmədiyi pul vəsaiti məhkəmədə mübahisələndirilsə də iddiaçı tərəfindən mübahisəli mənzilin dəyərinin onlara ödənilməməsi və müqavilənin şərtlərinin pozulması bu günədək mübahisələndirilməmiş” və “digər tərəflərin söylədikləri ilə bağlı məhkəməyə sübut təqdim etməməsi” nəticəsi ilə cavabdeh razılaşmır. Belə ki, məhkəmə cavabdeh tərəfindən vəsatətə əlavə olaraq təqdim edilmiş bütün yazıları sübutları araşdırmış olsaydı, o zaman müəyyən edərdi ki, cavabdeh hazırki mübahisəli mənzilə dair hər hansı bir iddia qaldıra bilməzdi. Belə ki, sözügedən mənzil iddiaçı tərəfindən bilavasitə MMC-dən deyil, məhz iş üzrə üçüncü şəxsdən alınmış və cavabdeh MMC həmin prosesdə rəsmiləşdirilməni icra etmişdir. Nə qədər ki, mənzilin iddiaçının adına keçirilməsini yazılı ərizəsi ilə tələb etmiş iş üzrə üçüncü şəxs X3 həmin razılığı qüvvədəydi, o zaman cavabdeh MMC iddiaçıya qarşı mənzilə dair hər hansı iddia qaldıra bilməzdi. Buna görə də məhkəmənin bu mülahizəsi tamamilə əsassız və qanunsuz olmaqla yanaşı işdə olan yazılı sübutların araşdırılmadığının da bariz sübutudur. Buna baxmayaraq, iş üzrə şahidlər də, iddiaçının özü də məhkəmə iclasında etiraf etmişdir ki, cavabdeh MMC mənzilin dəyərinin onlara ödənilmədiyini və iş üzrə üçüncü şəxsin də podrat müqaviləsi üzrə öhdəliyini pozduğunu dəfələrlə iddiaçıya bildirmiş və onunla görüşlər keçirərək mənzilin dəyərinin ödənilməsi tələb edilmişdir. Məhkəmənin digər tərəflər dedikdə nəzərdə tutduğu şəxslərdən biri cavabdeh MMC olmuşdur. Cavabdeh MMC tərəfindən isə istinad edilmiş bütün halları təsdiq edən yazılı sübutlar həm elektron, həm də çap şəklində məhkəməyə təqdim edilmişdir. Bu da işə baxan məhkəmənin iş üzrə sübutlardan xəbərsiz olduğunun sübutudur. Bundan başqa mübahisənin düzgün həlli üçün məhkəmə tərəfindən mübahisəli mənzilin iş üzrə üçüncü şəxs olan X3 adından necə və hansı əsasla iddiaçının adına keçirildiyi, iddiaçının mübahisəli mənzilin dəyərini kimə ödədiyi, iş üzrə şahid qismində ifadə vermiş cavabdeh MMC-nin direktorunun məhkəmə iclasında qeyd etdiyi halları, iş üzrə üçüncü şəxslə iddiaçının qarşılıqlı münasibətlərini, iddiaçının məhkəmə mübahisəsinə qədər dəfələrlə cavabdeh MMC-yə gələrək iş üzrə üçüncü şəxs olan X3 ona borcunun olduğunu və həmin borc ödənildikdən sonra mənzilin geri qaytarılacağına dair iddiaçının, şahidlərin və üçüncü şəxsin ifadələrini araşdırmışdır. Məhkəmə proseslərində müzakirə edilməsinə və iş üzrə dindirilmiş şahidlərin izahatlarına, o cümlədən də cavabdeh tərəfindən məhkəməyə yazılı təqdim edilmiş vəsatətdə və vəsatətə əlavə edilmiş sənədlərdə də vurğulanmasına baxmayaraq, məhkəmə iddiaçı tərəfindən öhdəliyin icra edilməməsi məsələsinə ümumiyyətlə münasibət bildirməmiş və beləliklə də Mülki Məcəllənin 442-ci maddəsinin tələblərini pozmuşdur. Qətnamə ilə, xüsusən də qətnamənin 8-ci səhifəsində qeyd edilənlərlə tanış olduqda aydın görünür ki, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin işin halları barədə əsaslandırıldığı sübutlar ümumiyyətlə göstərilməmiş, mübahisəli mənzilin hansı əsaslarla iddiaçının adına keçirilməsinə dair məhkəməyə təqdim edilmiş müqavilə və ərizələrdə kifayət qədər məlumatlar olduğu halda bu hallara münasibət belə bildirilməmişdir. Belə ki, əgər məhkəmə bu halı iş materiallarında olan müqavilə və ərizələri araşdırmaqla müəyyən etmiş olsaydı, o zaman iddiaçının mübahisəli mənzilə dair sahiblik və istifadə hüququnun olmadığını təsdiq etmiş olacaqdı. Bundan əlavə cavabdeh MMC-nin direktoru şahid qismində ifadə verərkən iddiaçı tərəfindən mənzilin dəyərinin ödənilmədiyini dəfələrlə vurğulamışdır. Eyni zamanda, məhkəmə iş materiallarında olan yazılı sübutları araşdırmaqla iddiaçının mübahisəli mənzilə dair sahiblik və istifadə hüququnun olmadığını, onun adına rəsmiləşdirilmiş müqavilənin iş üzrə üçüncü şəxsin istəyi və iradəsi ilə həyata keçirildiyini müəyyən etmiş olacaqdı. Qətnamədən də göründüyü kimi məhkəmə tərəfindən iş üzrə hər hansı hal (mübahisəli mənzilin üçüncü şəxsə cavabdeh MMC tərəfindən görüləcək işlərin qarşılığında verildiyi və həmin mənzilin dəyərinin iddiaçı tərəfindən ödənildiyini təsdiq edən hər hansı bir sənədin iddiaçı tərəfindən məhkəməyə təqdim edilməməsi halları istisna olmaqla) müəyyən edilməmiş, məhkəmə yalnız öz mülahizəsinə əsasən qətnaməni əsaslandırmağa çalışmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. 16 mart 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Lakin növbəti məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

22. 16 mart 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2, habelə vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir (xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında da Vəkil1 eyni mövqedən çıxış etmişdir).

23. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

27. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

28. Hazırkı apellyasiya şikayətində qətnamənin iddianın təmin edildiyi hissədə ləğv edilməsi və iddianın tamamilə rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

30. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, İddiaçı ilə Cavabdeh MMC razılaşdırılmış iradə ifadələrini bildirməklə, ünvan 3 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 66,17 kv.m olan 1 otaqdan ibarət 272 saylı mənzillə bağlı öz aralarında xx.xx.2018-ci il tarixdə müqavilə bağlamışlar. Həmin tarixdə də cavabdeh tərəfindən iddiaçıya mənzilin müqavilə üzrə müəyyən edilmiş dəyərinin ödənilməsini təsdiq edən maliyyə arayışı verilmişdir. Hazırda cavabdeh mübahisəli mənzilin üçüncü şəxs X6 tərəfindən görməli işlərin (aqlay düzülmə) dəyərinin bir hissəsinin əvəzi olaraq xx.xx.2018ci il tarixli müqavilə əsasında ona verildiyini, lakin onun tərəfindən hər hansı işin görülmədiyini, mənzilin müqavilə üzrə müəyyən edilmiş dəyərinin nə X6, nədə ki, iddiaçı tərəfindən bu günədək ödənilmədiyini, iddiaçının mənzilə dair sahiblik və istifadə hüququnun olmadığını, onun adına xx.xx.2018-ci il tarixdə rəsmiləşdirilmiş müqavilənin isə X6 istəyi və iradəsi ilə həyata keçirildiyini iddia edir.

31. Məhkəmə qeyd edir ki, xx.xx.2018-ci il tarixli müqavilənin imzalanması ilə tərəflər arasında hüquqi nəticə etibarı ilə podrat müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Həmin münasibətlər çərçivəsində cavabdeh qeyd edilən mənzili iddiaçıya təhvil verməyi, iddiaçı isə bunun qarşılığında cavabdehə mənzilin dəyəri olaraq razılaşdırılmış pul vəsaitini (1 kv.m. sahə görə 1.000 manat olmaqla, ümumilikdə 66.170 manat) müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə üzrə müəyyən edilmiş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən iddiaçıya mənzilin dəyərinin tam ödənilməsi barədə xx.xx.2018-ci il tarixdə maliyyə arayışının verilməsi iddiaçının mənzilin dəyərinin ödənilməsi ilə bağlı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirilməsini təsdiq edir. Belə olan halda, mənzilin real olaraq dəyərinin ödənilməməsi ilə bağlı gələcəkdə yaranacaq hər hansı mübahisəyə görə məsuliyyət bu arayışı verən səlahiyyətli şəxsin üzərinə düşür. Belə ki, mənzilin tam dəyərinin ödənilməsini təsdiq edən maliyyə arayışının verilməsi artıq bu şəxsin mənzilə görə hər hansı borcunun qalmasını istisna edir.

32. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə binanın tərkib hissəsini (hazırki vəziyyətdə mənzili) əldə etmək istəyən şəxsin dəyişməsinin mümkünlüyü təsbit edilmiş və bu halın baş verməsi onlar arasında yaranan münasibətlərə podrat münasibətlərinin tətbiqini istisna etmir. Bununla belə, mübahisəli mənzilə dair xx.xx.2018-ci il tarixdə üçüncü şəxslə, növbəti gün, yəni xx.xx.2018-ci il tarixdə isə iddiaçı ilə müqavilənin bağlanması və həmin mənzilə dair müqavilənin məhz üçüncü şəxsin ərizəsinə əsasən bağlanması və ya üçüncü şəxsin cavabdehə ərizə ilə müraciət edərək, mənzilə görə iddiaçının ona borcunun olmasını bildirməsi xx.xx.2018-ci il tarixli müqavilənin, xüsusilə də birtərəfli qaydada ləğv edilməsi üçün hüquqi əsas yaratmır. Hər bir halda, artıq qeyd edildiyi kimi tərəflər arasında müqavilə münasibətləri yaranmış və bu halı təsdiq edən xx.xx.2018-ci il tarixli müqavilənin predmetini təşkil edən mənzilin iddiaçıya görülməli olan hər hansı işlərin dəyərinin əvəzi olaraq verilməsi, habelə onun dəyərinin hər hansı başqa şəxs tərəfindən ödənilməsi və ya başqa bir qaydada əvəzləşdirilməsi ilə bağlı qeyd-şərt nəzərədə tutulmamışdır.

33. Məhkəmə kollegiyası ümumiyyətlə qeyd edir ki, iddiaçının hazırda üçüncü şəxsə hər hansı borcunun olması ilə bağlı dəlilləri irəli sürmək üçün subyektiv hüquq cavabdehə deyil, məhz X5 məxsudur. X3 cavabdehə olan 106.170 manat borcu isə sonuncunun iddiasına əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-560/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X2 onun xeyrinə tutulmuşdur.

34. Mövcud vəziyyətdə cavabdehin mübahisəli mənzilə sahiblik və ondan istifadə edilməsi ilə bağlı iddiaçıya maneənin yaradılması üçün hər hansı əsası yoxdur və bu istiqamətdə cavabdeh tərəfindən görülən bütün tədbirlər qanunsuzdur. Belə ki, üçüncü şəxs tərəfindən ərizənin verildiyi xx.xx.2022-ci il tarixdən əvvəl, yəni ötən 4 ilə yaxın müddət ərzində mənzilə istifadə və sahibliklə bağlı tərəflər arasında hər hansı problem yaranmamışdır. Əksinə iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə saziş və xidmət müqaviləsinin bağlanması, iddiaçı tərəfindən dəyəri ödənilməklə mübahisəli mənzilə qaz, işıq və su sayğaclarının quraşdırılması artıq həmin mənzilin onun istifadə və sahibliyində olmasını bir mənalı şəkildə təsdiq edir. Bu da öz növbəsində cavabdeh tərəfindən iddiaçı ilə bağladığı xx.xx.2018-ci il tarixli müqavilənin birtərəfli qaydada ləğv edilməsini istisna edir və onun bu hərəkətinin əsassız və qanunsuz kimi qiymətləndirilməsi üçün əsas yaradır.

35. Hər bir halda, cavabdehin əsas dəlili iddiaçı tərəfindən mübahisəli mənzilin müqavilə ilə müəyyən edilmiş dəyərinin ödənilməməsi ilə bağlıdır. Başqa sözlə, xx.xx.2018-ci il tarixli müqavilənin tərəfi olan cavabdeh iddiaçının həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin icra edilmədiyini bildirir. Lakin bu halı təsdiq edən hər hansı sübut mövcud deyil, əksinə bu halı təkzib edən maliyyə arayışı mövcuddur. X3 mövqeyi, o cümlədən onların arasında borc münasibətlərinin olması (halbuki, sübuta yetmir) isə xx.xx.2018-ci il tarixli müqavilənin ləğv edilməsi üçün deyil, bu məbləğin onun tərəfindən iddiaçıdan tələb edilməsi üçün qanunvericiliklə qadağa edilməyən tədbirlərin görülməsi, o cümlədən məhkəmədə ona qarşı iddia qaldırılması üçün əsas yaradır.

36. Beləlkilə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi xx.xx.2018-ci il tarixli müqavilənin predmeti olan mənzilə dair iddiaçıya sahiblik və istifadə hüququnun həyata keçirilməsi ilə əlaqədar yaradılan maneələri aradan qaldırmaqda və mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoymaqda haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(007)- 3095/2022 saylı qətnaməsi cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh "xxxx" MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar