Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-205/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X2 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli, 2(002)- 92/2019-cu il tarixli qətnaməsindən iddiaçı Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 X5 Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasi Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli, 2(002)- 92/2019-cu il tarixli Qətnaməsi ilə iddiaçı Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 X5 Agentliyinin Cavabdeh qarşı “torpaq sahəsnin qanunsuz sahiblikdən azad edilməsi, dövlət mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair ilkin iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi-Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı-Salyan şosesinin 17-ci kilometrliyində yerləşən Cavabdeh istifadəsində olan ümumi sahəsi 3.506 ha torpaq sahəsində inşa edilmiş və Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və şəhərsalma Baş idarəsi ilə 08 avqust 2011-ci il tarixdə razılaşdırılmış eskiz layihədə öz əksini tapmış “A” tikilisi, “B” tikilisi, “C” tikilisi, “D” tikilisi, “E” tikilisi, “F” tikilisi, “G” tikilisi, eləcə də köməkçi tikili hovuz, köməkçi tikili soyuducu, hin və kölgəlik sahələrindən ibarət ümumi sahəsi 4.186,64 kv.m olan tikililərə istifadə hüququ tanınması, Cavabdeh istifadəsində olan ümumi sahəsi 3.506 ha torpaq sahəsinə, eləcə də həmin torpaq sahəsi üzərində inşa edilmiş tikililərə hüquqi və fiziki şəxslər tərəfindən törədiləcək hər hansı maneçilik və məhdudiyyətlər qadağan edilməsi, qarşılıqlı iddia qalan hissədə (yuxarıda qeyd edilən tikililər hazırda iddiaçı Cavabdeh sahibliyində olduğu səbəbindən həmin tikililərə sahiblik hüququnun tanınması hissədə) təmin edilməməsi Qət olunmuşdur. Həmin qətnamədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 X5 Agentliyi apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişlər.Məhkəmə Kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İşin hallarından müəyyən olunur ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı-Salyan şosesinin 17-ci kilometrliyində yerləşən ünvanda ümumi sahəsi 140,1 kv.metr olan qeyri-yaşayış binasına iddiaçı Cavabdeh mülkiyyətini təsdiq edən sənəd 25.04.2008-ci il tarixli Seriya MH ******* saylı çıxarışı olmuşdur.Sonradan Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı-Salyan şosesinin 17-ci kilometrliyi ünvanda ümumi sahəsi 3.506 ha torpaq sahəsində Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və şəhərsalma Baş idarəsi ilə 08 avqust 2011-ci il tarixdə razılaşdırılmış eskiz layihədə öz əksini tapmış “A” tikilisi, “B” tikilisi, “C” tikilisi, “D” tikilisi, “E” tikilisi, “F” tikilisi, “G” tikilisi, eləcə də köməkçi tikili hovuz, köməkçi tikili soyuducu, hin və kölgəlik sahələrindən ibarət ümumi sahəsi 4.186,64 kv.m olan tikililər tikmişdir. Həmçinin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İstifadəsində olan 3.506 ha torpaq sahəsinə dair istifadə, icarə hüquqlarına dair sənədlər mövcud deyildir. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 X5 Agentliyinin Cavabdeh qarşı “torpaq sahəsnin qanunsuz sahiblikdən azad edilməsi, dövlət mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair ilkin iddiasına mülki icraat yox, inzibati icraat qaydasında müvafiq inzibati məhkəmə tərəfindən baxılmalıdır. Belə ki, iddiaçı Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 X5 Agentliyi belə iddianı qaldırarkən publik səlahiyyətlərini həyata keçirməklə və vəzifələrini icra etməklə dövlətin adından çıxış edir.Həmin səlahiyyət və vəzifələr isə Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 X5 Agentliyi haqqında Əsasnamə”nin 3.0.15-ci bəndində nəzərdə tutulmuşdur. Belə mübahisələrdə cavabdehin inzibati orqan olmaması mübahisənin inzibati xarakterli olmasını istisna etmir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.Hazırkı münasibətlərdə inzibati orqan (agentlik) qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.Bu mövqe eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" 10 aprel 2015-ci il tarixli 4 № li Qərarının 3.2-ci, 10.1- 10.4, 15.4-cü bəndlərində də əks olunmuşdur. Odur ki, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə ilk iddia üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qarşılıqlı iddianın Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı-Salyan şosesinin 17-ci kilometrliyində yerləşən Cavabdeh istifadəsində olan 3.506 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 4.186,64 kv.m olan tikililərə istifadə hüququ tanınması tələb hissəsinin təmin olunması üçün hüquqi əsaslar mövcud deyildir, iddiaçı dövlətə məxsus torpaq sahəsində inşa etdiyi qanunsuz tikililər üzərində istifadə hüququnun tanınmasını tələb edir. Məhkəmə Kollegiyası qeyd edir ki,, bu qarşılıqlı iddia ilk iddia ilə bir icraatda baxıla bilməzdi, bu MPM-in aşağıdakı tələblərinə ziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. 156.1. Hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. Kollegiya hesab edir ki, qarşılıqlı iddianın Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı-Salyan şosesinin 17-ci kilometrliyində yerləşən Cavabdeh istifadəsində olan 3.506 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 4.186,64 kv.m olan tikililərə mülki icraat qaydasında istifadə hüququ tanınması tələb hissəsinin təmin olunması üçün hüquqi əsaslar mövcud deyildir, belə ki, iddiaçı dövlətə məxsus torpaq sahəsində inşa etdiyi qanunsuz tikililər üzərində istifadə hüququnun tanınmasını tələb edir.Halbuki, həmin tikililərə dair hüquqmüəyyənedici sənədlərin əldə edilməsi üçün müvafiq orqanlara müraciət edilməlidir. Odur ki, Kollegiya hesab edir ki, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli, 2(002)-92/2019-cu il tarixli Qətnaməsi qarşılıqlı iddianın Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı-Salyan şosesinin 17-ci kilometrliyində yerləşən Cavabdeh istifadəsində olan 3.506 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 4.186,64 kv.m olan tikililərə istifadə hüququ tanınmasının təmin olunması hissədə də ləğv olunaraq MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, iddia tələbi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılması mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə ixtisaslaşdırılmış məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-in 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür. Qarşılıqlı iddianın Cavabdeh istifadəsində olan ümumi sahəsi 3.506 ha torpaq sahəsinə, eləcə də həmin torpaq sahəsi üzərində inşa edilmiş tikililərə hüquqi və fiziki şəxslər tərəfindən törədiləcək hər hansı maneçilik və məhdudiyyətlərin qadağan edilməsi hissəsinin isə hansı cavabdehə yönəldiyi müəyyən deyildir.Belə ki, bu tələb qarşılıqlı iddia tələbinin bir hissəsi olmaqla ilk iddiaya qarşı verilməli olduğunu nəzərə alsaq ilk iddia üzrə iddiaçı Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 X5 Agentliyi publik səlahiyyətlərdən çıxış edən inzibati orqan olduğundan bu orqana qarşı belə tələb inzibati mübahisə hesab olunacaqdır.(Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia). Digər halda isə qarşılıqlı iddianın Cavabdeh istifadəsində olan ümumi sahəsi 3.506 ha torpaq sahəsinə, eləcə də həmin torpaq sahəsi üzərində inşa edilmiş tikililərə hüquqi və fiziki şəxslər tərəfindən törədiləcək hər hansı maneçilik və məhdudiyyətlərin qadağan edilməsi hissəsi üzrə hansı hüquqi və fiziki şəxslər cavabdehlik daşıdığı qeyri- müəyyən olmaqla, bu qarşılıqlı iddianın yönəldiyi hər hansı hüquqi, yaxud fiziki şəxs ilk iddia üzrə iddiaçı qismində çıxış etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə görə inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinin tələblərinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati işlər üzrə məhkəmələr və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir; Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 saylı qərarı ilə «İnzibati orqanların Təsnifatı» təsdiq edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş iddianın əsasını və predmetini, həmçinin mübahisənin tərəfləri və mahiyyətini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İddiaçıya izah edilməlidir ki, cavabdeh orqanın və yaxud vəzifəli şəxsin qərar, hərəkət və yaxud hərəkətsizliyindən müvafıq qaydada "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq aidiyyəti üzrə İnzibati məhkəməyə müraciət edilə bilər. MPM-in 384.0.4-cü maddəsinə görə apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. MPM-in 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 385 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli, 2(002)-92/2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İlk və qarşılıqlı iddia üzrə işin icraatına xitam verilsin. İddiaçıya izah edilsin ki, müvafıq qaydada "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq aidiyyəti üzrə İnzibati məhkəməyə müraciət edilə bilər. Qərardaddan 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-205/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-205/2021
10.06.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver