Məhkəmə qərarları › İş №2(103)-2051/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2051/2021

20.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2051/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər-Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Bağırlı Mərziyyə Tofiq qızının katibliyi ilə, Cavabdeh X4 hüquqi varisləri X1 və X2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı (X6 iş üzrə 3-cü şəxs qismində cəlb edilməklə) müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2(009)-1239/20 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 - Cavabdeh MTK-ya (üçüncü şəxs kimi X6 qeyd edilən) qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 noyabr 2012-ci il tarixdə X6 ilə Cavabdeh MTK arasında bağlanmış 273 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2(009)- 1239/20 saylı qətnaməsi ilə iddiaçıların iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-1239/20 saylı, 16 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçıar apellyasiya şikayətindən imtina edilməsi barədə ərizənin təmin edilməsini və apellyasiya icraatına xitamın verilməsini xahiş edilməsini xahiş etmişlər. Apellyasiya baxışı zamanı iştirak edən cavabdeh X4 hüquqi varisləri X1 və X5 iddiadan imtina barədə ərizənin qəbul edilməsinə etiraz etməmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətindən imtina edilmə barədə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayətindən imtinası qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 369.2-ci maddəsinə görə apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə görə məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası apellyasiya şikayətindən imtinanın qanuna zidd olmadığını və hər hansı bir şəxsin hüquqlarına toxunmadığını nəzərə alıb hesab edir ki Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-1239/20 saylı, 16 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçıların apellyasiya şikayətindən imtinası qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263-264, 369, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı (X6 iş üzrə 3-cü şəxs qismində cəlb edilməklə) müqavilənin etibarsız hesab edilməsi tələbinə dair Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-1239/20 saylı 16 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçıların apellyasiya şikayətindən imtinası qəbul edilsin və apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar