Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2054/2023 10.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə (açar sözlər: borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il il tarixli, e- 2(010)-4012/2022 nömrəli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ilə cavabdeh arasında bağlanmış 24 mart 2021-ci il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 18 ay müddətinə, ilkin ödəniş 198 manat olmaqla, aylıq 269,2 manat ödəmək şərtilə İMEİ Kodu **********33053 İphone 12 Pro Max markalı telefon satılmışdır.
2. 20 noyabr 2020-ci il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 18 ay müddətinə, ilkin ödəniş 0 manat olmaqla, aylıq 362, 8 manat ödəmək şərtilə İmei Kodu **********35659 İphone 12 Pro Max markalı telefon, Apple USB Cable, Apple USB Adapter satılmışdır.
3. 17dekabr 2020-ci il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 12 ay müddətinə, ilkin ödəniş 0 manat olmaqla, aylıq 45 manat ödəmək şərtilə İMEİ Kodu **********98270 X7 9 markalı telefon satılmışdır.
4. Maliyyə arayışından görünür ki, Cavabdeh 24 mart 2021-ci il tarixli müqavilə üzrə 4307 manat ödənilməmiş hissə, 1129 manat dəbbə pulu olmaqla, ümumilikdə 5436 manat, 20 noyabr 2020-ci il tarixli müqavilə üzrə 4354 manat ödənilməmiş hissə, 1303 manat dəbbə pulu olmaqla, cəmi 5657 manat, 17 dekabr 2020-ci il tarixli müqavilə üzrə 315 manat ödənilməmiş hissə, 94 manat dəbbə pulu olmaqla, cəmi 409 manat ümumilikdə isə 11502 manat borcu vardır.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 mart 2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********33053 iPhone 12 Pro Max markalı telefon üçün 4307 manat ödənilməmiş hissə, 1129 manat dəbbə, 20 noyabr 2020-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********35659 iPhone 12 Pro Max markalı telefon, Apple USB Cable, Apple USB Adapter üçün 4354 manat ödənilməmiş hissə, 1303 manat dəbbə, 17 dekabr 2020-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********98270 X7 9 markalı telefon üçün 315 manat ödənilməmiş hissə, 94 manat dəbbə, ümumilikdə 11502 manat borc, 124,51 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə 24 mart 2021-ci il, 20 noyabr 2020-ci il, 17 dekabr 2020-ci il tarixli müqavilələrə əsasən, İmei kodu **********33053 iPhone 12 Pro Max markalı telefon, İmei kodu **********35659 iPhone 12 Pro Max markalı telefon, Apple USB Cable, Apple USB Adapter, İmei kodu **********98270 X7 9 markalı telefon almış və nəticədə 11502 manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3138 manat təşkil edir. Cavabdehlə bağlanılmış 24 mart 2021-ci il, 20 noyabr 2020-ci il, 17 dekabr 2020-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 20 iyun 2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 4307 manat ödənilməmiş hissə və 300 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 4354 manat ödənilməmiş hissə və 300 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 315 manat ödənilməmiş hissə və 50 manat cərimə olmaqla ümumilikdə 9626 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iş üzrə ödənilmiş 124,51 manat dövlət rüsumunun 116,26 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
8. Qətnamənin əsaslarına görə, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır. Məhkəmə hesab edir ki, iddia tələbi müqavilələr üzrə əsas borca münasibətdə tam, cərimə borcuna münasibətdə qismən əsaslıdır, cərimə borcları əsas (ödənilməmiş) borclara münasibətdə mütənasib olmadığından azaldılmalı, xx.xx.2021-ci il tarixli müqavilə üzrə cərimə borcu 300 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə cərimə borcu 300 manat və xx.xx.2020-ci il tarixli müqavilə üzrə cərimə borcu 50 manat miqdarında müəyyən olunmalıdır.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427, 442, 443.1, 467, 567, 600.1, 600.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, qətnamənin qismən - tutulmalı olan pulun məbləği hissədə ləğv edilməsini xahiş etmişdir.
11. Şikayətin dəlillərinə görə, o, borcunun müəyyən hissəsini ödəniş etsə də, sonradan maddi vəziyyəti pisləşməsindən ödəniş apara bilməmişdir. Hazırda maddi vəziyyəti çox ağırdır. Borcunun bir hissəsini ödəmişdir, qalan hissəsini də ödəməkdən boyun qaçırmır. Birinci instansiya məhkəməsi hazırkı mülki işə baxarkən cavabdeh kimi həmin məhkəmə barədə cavabdehin məlumatı olmamış və məhkəmə iclasında iştirak etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Apellyasiya şikayəti ilə qətnamə qismən – tutulmuş borcun məbləği hissəsində mübahisələndirildiyindən, məhkəmə aktı da həmin hissədə şikayətin dəlilləri üzrə yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
20. İşdə olan mötəbər sübutların məcmusu ilə (alqı-satqı müqavilələri, maliyyə arayışı) təsdiq olunur ki, iddiaçı tərəfindən cavabdehə müqavilələrdə nəzərdə tutulmuş əmlaklar satılmış, cavabdeh müqavilələr üzrə öhdəliyini lazımi qaydada icra etməyərək satılmış əmlakların dəyərini tam formada ödəməmişdir.
21. Cavabdeh özü də qeyd edilən məqamları mübahisələndirmir. O, apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclaslarının vaxtı barədə ona məlumat verilmədiyini bildirsə də, iş materiallarından görünür ki, onun qeydiyyatda olduğu ünvan 1 ünvanına sifarişli poçt göndərişi ilə məhkəmə bildirişi göndərilmiş, bildiriş sonuncuya çatdırılmışdır (iş vərəqi - 12). Bundan əlavə onun adına olan mobil telefon nömrəsinə SMS-bildiriş də göndərilmişdir.
22. Digər tərəfdən cavabdeh çəkişmə prinsipinin pozulmasını iddia etsə də, apellyasiya şikayətinə də iddianı təqzib edəcək hər hansı sübut əlavə etməmiş, fikrini yalnız formal mülahizələrlə əsaslandırmışdır.
23. Buna görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır.
24. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı qismən təmin etməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
25. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci i tarixli, e-2(010)- 4012/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci i tarixli, e-2(010)- 4012/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev