Məhkəmə qərarları › İş №2(103)-2059/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2059/2023

07.04.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2059/2023 07.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 və Cavabdeh5 qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdehlər iddiaçının mülkiyyətində olan, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi, ev № 5-də yerləşən 55 №-li mənzildən (bundan sonra – mənzil) əmlakları ilə birlikdə çıxarılsın, mənzil boşaldılaraq iddiaçıya təhvil verilsin və iddiaçı mənzilə köçürülsün. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, cavabdehlər mənzildən əmlakları ilə birlikdə çıxarılsın, mənzil boşaldılaraq iddiaçıya təhvil verilsin və iddiaçı mənzilə köçürülsün. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Mənzil iddiaçının mülkiyyətindədir. Onun mülkiyyət hüququ xx.xx.2021-ci ildə dövlət reyestrində qeydə alınıb və reyestr çıxarışı verilib. İddiaçı mənzili xx.xx.2021-cu il tarixli alqı-satqı müqaviləsi əsasında əldə edib. Mənzili iddiaçıya Cavabdeh1 satıb. Qətnamədən yalnız Cavabdeh1 apellyasiya şikayəti verib və ona əsaslanıb ki, alqı-satqı müqaviləsi həqiqi deyil. Lakin müqavilənin uydurma və ya yalan əqd olduğunu təsdiq edən sübut məhkəməyə təqdim olunmayıb. Cavabdeh1 mənzilə hüququ olmadığına görə onun mənzilə sahiblik etməsi qanunsuz sahiblik sayılır. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Odur ki, birinci instansiya məhkəməsi Cavabdeh1 əmlakları ilə bilikdə mənzildən çıxarılmasını, mənzilin iddiaçıya təhvil verilməsini və iddiaçının mənzilə köçürülməsini qət etməklə düzgün nəticəyə gəlib. Digər cavabdehlər apellyasiya şikayəti vermədiklərindən qətnamənin onlara aid hissəsinin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar