Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2067/2025 07.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, X8, Bakı şəhəri 46 saylı Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (X9 müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı iş üzrə Açar sözlər: bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi X1 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və X5 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, X8, Bakı şəhəri 46 saylı Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X9 müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-226/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasan işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2000-ci il tarixdə nikah bağlanmışdır. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi ünvanında yerləşən 806b saylı bağ sahəsinin ilkin icarəyə alınmasına dair keçmiş X3 və İstismarı Birliyi ilə Cavabdeh2 arasında xx.xx.2005-ci il tarixli, 34770 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilə və tərtib edilmiş texniki pasport əsasında bu sahə üzərində yerləşən 806b saylı bağ evi xx.xx.2005-ci il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır. Aralarında bağlanmış və Bakı şəhəri 46 saylı Notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli bağışlanma müqaviləsinə əsasən Cavabdeh2 həmin bağ evini anası X8 bağışlamış və bu əmlak xx.xx.2021-ci il tarixdə sonuncunun mülkiyyəti kimi qeydiyyata alınmışdır. 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli bağışlanma müqaviləsinə əsasən X8 həmin bağ evini X4 bağışlamışdır, əmlak hazırda sonuncunun mülkiyyətindədir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdehlər Cavabdeh2, Bakı şəhəri 46 saylı Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia, sonradan X10 da cavabdeh qismində cəlb edərək iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 46 saylı notariat ofisinin 4Ə-745 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında əmlaka dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeydin və çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı işin faktiki hallarına əsaslanaraq iddia tələbini onunla əsaslandırmışdır ki, hazırda münasibətləri pozulduqdan sonra əmlak bölgüsünə dair məhkəmədə iddia qaldırmaq istəmişdir. Arvadı Cavabdeh2 həmin bağ evini 4Ə-745 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi əsasında anası X6 adına keçirmişdir. O, nikah dövründə əldə olunan əmlaka dair bağışlama müqaviləsinin mübahisələndirmək hüququna malikdir.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-226/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim Mədinə Bağırova).
5. Birinci instansiya məhkəməsində müəyyən olunmuşdur ki, Cavabdeh2 və İddiaçı mübahisəli bağ sahəsini birgə nikah dövründə əldə etmişlər. Cavabdeh2 sözügedən bağ sahəsini iddiaçının icazəsi və məlumatı olmadan bağışlama müqaviləsi ilə anasının adına keçirməklə özgəninkiləşdirmişdir. Qeyd olunan bağışlama müqaviləsi bağlanarkən Cavabdeh2 46 saylı notariat ofisinə Rusiya Federasiyasının vətəndaşı kimi sənədini təqdim etdiyindən onun ailəli olması və əmlakı birgə nikah dövründə əldə etməsi müəyyən olunmamışdır.
6. Məhkəmə belə nəticəyə gəlmişdir ki, bağışlama müqaviləsinin predmeti olan mübahisəli bağ sahəsi birgə nikah dövründə əldə edildiyindən və qeyd olunan bağ sahəsi iddaçının icazəsi olmadan bağışlama müqaviləsi bağlanaraq özgəninkiləşdirildiyindən, bağışlama müqaviləsi etibarsızdır.
7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 225.1-ci, 667.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən əmlak birgə nikah dövründə əldə olunmasına baxmayaraq, tərəflərin ümumi gəlirləri hesabına əldə olunmamışdır. Belə ki, keçmiş X11 və İstismarı Birliyi mübahisələndirilən əmlakı ona əvəzsiz qaydada vermişdir. Bu səbəbdən bağışlama müqaviləsi bağlandığı zaman, əmlak Cavabdeh2 ayrıca mülkiyyəti olmuşdur. Qeyd olunan əsaslara görə, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi yolverilməzdir. Lakin birinci instansiya məhkəməsi, iddiaçının həmin bağ sahəsinin əldə olunmasında hər hansı iştirakını araşdırmadan yekunda əmlakın ümumi gəlirlər hesabına əldə edildiyi qənaətinə gəlmişdir.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3349/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd olunmuşdur (hakimlər: Fuad Babayev-sədrlik edən və məruzəçi, Cəmilə Musayeva və Günay Axundova).
11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı mübahisəyə Mülki Məcəllənin 225.6-cı maddəsinin tətbiq edilə bilməsi üçün ilk növbədə mübahisəli əmlakın tərəflərin birgə nikahları dövründə və birgə vəsait hesabına əldə edilib-edilməməsi məsələsi aydınlaşdırılmalıdır.
12. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli bağ sahəsinin ilkin icarəyə ayrılmasına dair xx.xx.2005-ci il tarixli müqavilə bağlanılmış, tərəflər arasında nikah münasibətləri isə xx.xx.2000-ci ildə rəsmiləşdirilmişdir. Göründüyü kimi mübahisəli əmlakın tərəflərin birgə mülkiyyəti sayılması üçün ilk şərt ödənmişdir.
13. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir.
14. Bununla bağlı isə məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli bağ evi keçmiş X3 və İstismarı Birliyi ilə cavabdeh arasında bağlanmış ilkin icarə müqaviləsinə əsasən sonuncunun mülkiyyətinə keçmişdir.
15. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, bağ sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi üçün onlar tərəfindən bunun müqabilində hansısa məbləğin ödənilməsi nəzərdə tutulmamışdır. İddiaçı isə öz mövqeyini əsaslandırarkən sözügedən müqavilənin qanunvericilikdə nəzərdə tutulduğu kimi əvəzsiz qaydada deyil, müəyyən ödəniş edilməklə bağlandığını və həmin məbləğin məhz özü tərəfindən qarşılandığını bildirsə də, bunu təsdiq edəcək hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
16. Bundan əlavə məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli bağ sahəsinin ilkin icarəyə ayrılmasına dair keçmiş X3 və İstismarı Birliyi ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilənin 4-cü bəndində bağda olan tikililərin yaşayış sahəsinin istifadə haqqının Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş qiymətlərə əsasən ildə bir dəfə ödənilməli olması qeyd olunsa da, həmin şərtin məzmunundan da göründüyü kimi qeyd edilən haqqın məhz yaşayış sahəsindən istifadə üçün ödənilməsi nəzərdə tutulmuşdur və əmlakın özəlləşdirilməsi ilə bu haqqın ödənilməsinə son qoyulmuşdur. İş materiallarında olan sənədlərdən də görünür ki, mübahisəli əmlakın Cavabdeh2 tərəfindən özəlləşdirilməsi prosedurları da bununla bağlı müəyyənləşdirilən qanunvericilik normalarına uyğun aparılmış, həmin özəlləşdirilmə iddiaçı və ya hansısa üçüncü şəxs tərəfindən mübahisələndirilməmişdir.
17. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli əmlak birgə nikah dövründə əldə edilmiş ümumi birgə mülkiyyət olmadığından, əmlakla bağlı hər hansı sərəncam verilərkən Ailə Məcəlləsinin 33.4-cü maddəsi və Mülki Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydada iddiaçı tərəfidən hansısa razılığın verilməsi tələb olunmur.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı işin hallarından da göründüyü kimi, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 46 saylı Notariat ofisində 4Ə-206 reyestr nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsi mülki qanunvericilikdə bu cür bağışlama müqaviləsi ilə bağlı müəyyənləşdirilmiş şərtlərə uyğun bağlanılmış, müqavilə notarial qaydada təsdiq edilmiş, tərəflərə müqavilədən irəli gələn hüquq və vəzifələri izah olunmuş, onun nəticələri barədə tərəflər xəbərdar edilmişdir. Həmin müqavilə bağlanarkən tərəflərin şəxsiyyəti müəyyən edilmiş, onların fəaliyyət qabiliyyəti və özgəninkiləşdirilən əmlakın cavabdeh Kuzmina Yeleneya məxsus olması yoxlanılmışdır. Müqaviləyə əsasən Cavabdeh2 mülkiyyətçi hüququndan istifadə edərək, özünə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi ünvanında yerləşən 806b saylı bağ evini anası X8 bağışlamışdır.
19. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iş üzrə bağışlanma müqaviləsinin etibarsız hesab olunması üçün hansısa qanuni və hüquqi əsaslar mövcud deyildir və apellyasiya şikayətinin dəlilləri əsaslıdır.
20. Məhkəmə kollegiyası hüquqi mövqeyini Mülki Məcəllənin 152.1-ci, 225.1-ci, 225.6-ci, 337.1-ci, 337.2-ci, 337.4-cü, 666.1-ci, 667.1-ci, 668.1.1-ci maddələrinə, Ailə Məcəlləsinin 32.1-ci, 32.2.2-ci, 33.3-cü, 33.4-cü, 34.1-ci maddələrinə və “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 384.0.2-ci, 385.1.1-ci, 390-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsində icraat
21. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Azərbaycan Respublikasının Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)- 96/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3349/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir (hakimlər Sənan Mehdiyev (məruzəçi), Elşad Şamayev və Vüqar Həsənov).
23. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh2 ona verilmiş 806b saylı bağ sahəsi üzərində yerləşən 58,8 kv.m yaşayış sahəsindən ibarət bağ evinə dair çıxarış almışdır. Apellyasiya instansiyası məhkəməsi həmin torpağın əvəzsiz olaraq Cavabdeh2 verilməsinə əsaslanaraq üzərində yerləşən bağ evinin də onun ayrıca mülkiyyəti olduğu qənaətinə gəlmiş, bu zaman torpaq sahəsinin ayrılması barədə 2005-ci il tarixli müqavilədə evə dair qeydin olmaması, sonradan tərtib edilmiş texniki pasport əsasında həmin bağ evinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınması kimi hallarını nəzərə almamış və evin birgə nikah dövründə tikilibtikilməməsini araşdırmadan ona torpaqla eyni münasibəti sərgiləyərək birgə mülkiyyət hesab etməmişdir. Göstərilən hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmadığından və onlara düzgün hüquqi qiymət verilmədiyindən, bağ evi özgəninkiləşdirilərkən iddiaçının razılığının alınmalı olmaması barədə də səhv nəticəyə gəlinmişdir.
24. Kassasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 225-ci, 337-ci, 667.1-ci, “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci, 33-34ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 88-ci, 217.2-ci, 386-cı, 407-ci, 416-cı, 418-ci maddələrinə də istinad edərək əsaslandırmışdır.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.
27. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
28. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən, cavabdeh X12 məhkəmə iclasına gəlməmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh Bakı şəhəri 46 saylı Notariat Ofisi isə məhkəməyə ərizə ilə müraciət edərək, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; 33.3-cü maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər; 33.4-cü ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər; 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
30. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir; 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
32. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli, 1/2024 saylı Qərarının: 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (31-37-ci maddələr) əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır; 3.2-ci bəndinə əsasən ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəlləsinin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir; 3.3-cü bəndinə əsasən Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. 3.6.Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ərarvadın ümumi birgə mülkiyyəti sayılır; 3.7-ci bəndinə əsasən əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır; 3.8-ci bəndinə əsasən prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər; 3.11-ci bəndinə əsasən ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir; 7.8-ci bəndinə əsasən ər-arvadın birgə mülkiyyətində olan daşınmaz əşyalara sərəncam verilməsi zamanı müvafiq qaydada razılığın alınmaması Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən heç bir əlavə şərtdən asılı olmadan əqdin etibarsızlığına səbəb olur və bu qayda əldə edənin vicdanlı olduğu hallara da şamil edilir. O da qeyd olunmalıdır ki, daşınmaz əşyaya hüquq əldə edən vicdanlı şəxslərin qorunması yalnız əşya hüquqları (mülkiyyət, tikintiyə vərəsəlik, ipoteka və digər) baxımından keçərli olduğundan reyestrdə qeydə alınmış tələb hüquqlarına (məsələn, icarə) sərəncam verilməsi ilə bağlı mübahisələrə Mülki Məcəllənin 225.6-cı maddəsi tətbiq oluna bilməz.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
34. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
35. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.
36. Məhkəmə kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarlarındakı göstərişlərin Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olmasını nəzərə alıb, həmin göstərişlərlə razılaşır və mövcud vəziyyətdə apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnaməni tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və iddianı təmin etməkdə haqlı olmuşdur. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın rədd edilməsinə hər hansı əsas yoxdur.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, iddiaçı ilə Cavabdeh2 arasında rəsmi nikah xx.xx.2000-ci il tarixdə bağlanmış, 2023-cü ildə pozulmuşdur. ünvan 2 ünvanında yerləşən bağ sahəsi keçmiş X3 və istismarı Birliyi ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2005-ci il tarixli icarə müqaviləsi əsasında sonuncuya icarəyə verilmiş, həmin müqavilədə bağ sahəsində hər hansı tikilinin olduğu qeyd edilməmişdir. xx.xx.2005-ci il tarixdə həmin bağ sahəsində yerləşən ümumi sahəsi 58,8 kv.m. olan bağ evi Cavabdeh2 adına qeydiyyata alınmışdır. Bundan sonra bu şəxs mübahisəli bağ evini xx.xx.2021-ci il tarixdə anası, digər cavabdeh X8 bağışlamış, xx.xx.2021-ci il tarixdə bağ evi üzərində onun mülkiyyət hüququ qeydiyyata alınmışdır. X12 da öz növbəsində mübahisəli bağ sahəsini xx.xx.2023-cü il tarixdə qızı (Cavabdeh2 bacısı) X4 bağışlamışdır, hazırda da bağ evi sonuncunun mülkiyyətindədir.
39. Bununla belə, mübahisə predmetini təşkil edən bağ evi Cavabdeh2 mülkiyyəti kimi dövlət qeydiyyatına alınan zaman o, 5 ildən artıq müddətdir ki, iddiaçı ilə rəsmi nikahda idi. Hazırda iddiaçı həmin hala və bağ evinin onun vəsaiti hesabına tikildiyinə istinad edərək, xx.xx.2021-ci il tarixli bağışlanma müqaviləsinin onun razılığı olmadan bağlanıldığını bildirir, bu əsasla da həmin müqavilənin etibarsız hesab edilməsini və onun əsasında verilmiş çıxarışın ləğv edilməsini tələb edir.
40. Cavabdeh2 isə bağ sahəsinin əvəzsiz qaydada onun mülkiyyətinə verildiyinə, bağ evinin anası X6 vəsaiti hesabına tikildiyinə, iddiaçının həmin bağ evinin tikintisində heç bir maddi iştirakının olmadığına istinad edərək iddianın rədd edilməsini xahiş edir.
41. Məhkəmə kollegiyası tərəflərin mövqeyi ilə bağlı xüsusilə qeyd edir ki, bu sahəni tənzimləyən qanunvericiliyə əsasən ərlə arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Belə ki, əmlakın nikah dövründə əldə olunmasının sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Bu halla razılaşmayan tərəf isə əmlakın birgə mülkiyyət hesab olunmaması üçün istinad etdiyi halları sübut etməlidir.
42. Hazırki mübahisə üzrə də mübahisəli bağ evi (torpaq sahəsi hələ də icarə əsaslarla istifadədir) birgə nikah dövründə özəlləşdirildiyindən və Cavabdeh2 da həmin bağ evinin ər-arvadın birgə gəlirləri hesabına tikilmədiyinə istinad etdiyindən bu halı subutetmə vəzifəsi də cavabdeh olaraq məhz onun üzərinə düşür. Bununla bağlı həmin cavabdeh X12 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2005-ci il tarixli podrat müqaviləsini təqdim edir və həmin müqavilənin məhz bağ evinin tikintisi üçün vəsaitin iddiaçı tərəfindən çəkilmədiyini təsdiq edən sübut olması mövqeyindən çıxış edir.
43. Halbuki cavabdehin öz dəlillərinin əsası kimi söykəndiyi xx.xx.2005-ci il tarixli podrat müqaviləsində podratçı kimi göstərilmiş "xxxx" MMC həmin müqavilə bağlanan tarixdən təxminən 3 il sonra, yəni xx.xx.2008-ci il tarixdə dövlət qeydiyyatından keçmişdir. Cavabdeh tərəf bunu "xxxx" MMC-nin təkrar qeydiyyata alınması ilə əlaqələndirsə də, bununla bağlı hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Azərbyacan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda bu cəmiyyətin xx.xx.2008-ci il tarixdə dövlət qeydiyyatına alındığı və hüquqi varisliyinin müəyyən edilmədiyi açıq və aydın şəkildə göstərilmişdir. Bununla yanaşı, müqavilədə xidmət haqqının dəyəri manatla qeyd edilmişdir. Halbuki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" fərmanına əsasən yeni Azərbaycan Manatı xx.xx.2006-cı il tarixdən etibarən dövriyyəyə buraxılmışdır. Başqa sözlə, podrat müqaviləsində hələ tədavülə buraxılmamış pul nişanından ödəniş vasitəsi kimi istifadə edilmişdir. Digər tərəfdən, mübahisə predmetini təşkil edən bağ evinin yerləşdiyi topaq sahəsinin icarə müqaviləsi xx.xx.2005-ci il tarixdə bağlanılsa da, podrat müqaviləsi bundan 17 gün əvvəl, yəni, faktiki olaraq bağ sahəsi ilə bağlı cavabdehə münasibətdə heç bir hüquqi bağlılıq yaranmadan əvvəl bağlanılmışdır. Məhkəmə kollegiyası, qeyd edilən həmin ziddiyyətli məqamları və cavabdeh tərəfin bununla bağlı hər hansı əsaslı arqumentinin olmamasını nəzərə alaraq xx.xx.2005-ci il tarixli podrat müqaviləsini mötəbər sübut hesab etmir.
44. Bundan başqa, bağ sahəsinin icarə müqaviləsinin cavabdeh X12 ilə bağlanılmamasının səbəbləri barədə də məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Hər bir halda, bağ sahəsi həqiqətən də X8 məxsus idisə, məhz həmin bağ sahəsi ilə bağlı icarə müqaviləsi də əvvəldən onun qızı ilə deyil, onun özü ilə bağlana bilərdi. Bu vəziyyət hüquqi baxımından torpaq sahəsinin də mülkiyyətə keçirilməsi imkanını yaratmış olardı. Belə ki, Cavabdeh2 xarici vətəndaş olduğundan və bu sahəni tənzimləyən qanunvericiliyin tələblərinə əsasən torpaq sahəsinin xarici vətəndaşın mülkiyyətinə keçirilməsi mümkün olmadığından tikilinin yerləşdiyi torpaq sahəsi dövlətin mülkiyyətində qalmışdır. Başqa sözlə, X12 Azərbaycan Respublikası vətəndaşı olduğundan bağ sahəsinin də mülkiyyətinə keçirilməsi ilə bağlı Cavabdeh2 daha üstün hüquqlara malik idi.
45. Bununla belə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, mübahisəli bağ evi ər-arvadın birgə mülkiyyəti hesab edildiyindən həmin əmlakın bağışlanılması zamanı birgə mülkiyyətçi olan iddiaçının razılığı alınmadığından xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməlidir.
46. Məhkəmə kollegiyası, iddia üzrə "müqavilənin etibarsız hesab edilməsi" tələbinin əsas tələb olduğunu, həmin tələbin əsaslı olması qənaətinə gəlindiyini, iddia tələbinin "müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi” hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə ilk hissəsinin təmin olunubolunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə bu tələbə aid hissədə də qanuni və əsaslıdır.
47. Məhkəmə kollegiyası iddiaçının xüsusi qərardad çıxarılması ilə bağlı vəsatətinə münasibətdə qeyd edir ki, xüsusi qərardad işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Başqa sözlə, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Lakin məhkəmə kollegiyası hazırki iş üzrə xüsusi qərardadın çıxarılması üçün hər hansı əsas müəyyən etməmişdir.
48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilməlidir.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-226/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.