Məhkəmə qərarları › İş №2(103)-2071/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2071/2024

03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2071/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Açar sözlər:(pulun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X18 və X6 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, Cavabdeh nümayəndəsi X7 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(010)-2112/2023 saylı qətnaməsindən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.X23 07 iyul 2015-ci il tarixdə idarə etdiyi “X30” markalı, ** EG *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, İsmayılov küçəsi 5 ərazisində hərəkətdə olarkən “Hyundai” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə Cavabdeh ağır və X24 az ağır xəsarətlər almış, avtomobilə maddi ziyan dəymişdir. 2.İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq, “Hunday Sonata” markalı ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 5000 manat, Cavabdeh (İİ qrup əlil) sağlamlığına dəymiş ağır zərərə görə 3000 manat və X1 dəymiş az ağır zərərə görə 1500 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. 3.Delikt törətmiş şəxs tərəfindən dəymiş zərərlə bağlı Cavabdeh ödənişlər edilmişdir. a)Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı Sığorta Şirkəti ASC (bundan sonra “iddiaçı” və ya “Sığorta Şirkəti”) iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, əsassız varlanma nəticəsində əldə edilmiş 9500 manat pul vəsaitinin və ödənilmiş 115,40 manat dövlət rüsumunun Cavabdeh (bundan sonra "xxxx") Sığorta Şirkətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırılmışdır ki, X23 07 iyul 2015-ci il tarixdə idarə etdiyi “X30” markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, İsmayılov küçəsi 5 ərazisində X7 idarə etdiyi “Hyundai” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə Cavabdeh ağır və X24 azağır xəsarətlər almaqla sonuncu avtomobilə maddi ziyan vurmuşdur. İddiaçı Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq, “Hunday Sonata” markalı ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 5000 manat, Cavabdeh (İİ qrup əlil) sağlamlığına dəymiş ağır zərərə görə 3000 manat və X1 dəymiş az ağır zərərə görə 1500 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. 07 iyul 2015-ci il tarixdə yolnəqliyyat hadisəsi zamanı X4 hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə və yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərlərin tərəflərindən ödənildiyinə görə X15 qarşı subroqasiya hüquqları yaranmışdır. Bununla bağlı X15 qarşı Suraxanı Rayon Məhkəməsində subroqasiya qaydasında pul tələbi ilə bağlı iddia qaldırılmışdır. İddia tələbi Suraxanı Rayon Məhkəməsinin 2(010)- 467/2022 saylı, 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X23 tərəfindən hadisə ilə bağlı Cavabdeh bank hesabına 33929 manat məbləğində pul ödənilmişdir. Həmçinin məhkəmə də qeyd etmişdir ki, X5 Ramal Akif oğluna dəymiş bütün maddi ziyanı ödəmişdir. Həmçinin Suraxanı Rayon Məhkəməsinin 2(010)-467/2022 saylı, 15 fevral 2022- ci il tarixli qətnaməsində o da qeyd edilmişdir ki, iddia tələbi X15 qarşı təmin olunsa, Cavabdeh əsassız varlanmış şəxs olacaqdır. 6.Cavabdehin etibarnamə üzrə nümayəndəsi (anası) X12 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, 07 iyul 2015-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində cavabdeh ağır xəsarətlər almışdır. Artıq bir neçə ildir ki, cavabdeh ağır əməliyyatlar keçirmiş, ikinci qrup əlil olmuş və hazırda nitq qüsurludur. Cavabdehin müalicə olunmasına nəinki 33000 manat, ondan daha artıq pul vəsaiti xərclənmişdir. Buna görə də sığorta şirkətinin cavabdehdən əsassız varlanma şəklində pul tələb etməsi əsassızdır. 7.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) e-2(010)-2112/2023 saylı, 11 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Leyla Talıbova) iddia təmin edilməmiş və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. 8.Məhkəmə işdəki sənədlərə, o cümlədən məhkəmə aktlarına istinadən müəyyən etmişdir ki, X23 07 iyul 2015-ci il tarixdə idarə etdiyi “X30” markalı, ** EG *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, İsmayılov küçəsi 5 ərazisində hərəkətdə olarkən “Hyundai” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə Cavabdeh ağır və X24 az ağır xəsarətlər almaqla sonuncu avtomobilə maddi ziyan vurmuşdur. Sığorta Şirkəti dəymiş zərəri aradan qaldıraraq, “Hyundai Sonata” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 5000 manat, Cavabdeh (İİ qrup əlil) sağlamlığına dəymiş ağır zərərə görə 3000 manat və X1 dəymiş az ağır zərərə görə 1500 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. 07 iyul 2015-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı X4 hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə və yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərlərin Sığorta Şirkəti tərəfindən ödənildiyinə görə iddiaçının X15 qarşı subroqasiya hüquqları yaranmışdır. Bununla bağlı X15 qarşı Suraxanı Rayon Məhkəməsində subroqasiya qaydasında pul tələbi ilə bağlı iddia qaldırılmışdır. İddia tələbi Suraxanı Rayon Məhkəməsinin 2(010)-467/2022 saylı, 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Həmin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X23 tərəfindən hadisə ilə bağlı Cavabdeh bank hesabına 33929 manat məbləğində pul ödənilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir. 9.Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli qərarına istinadən göstəmişdir ki, delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; -əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.

10. Məhkəmə hesab etmişdir ki, vurulmuş zərər delikt əsasında yaranmışdır və baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X23 tərəfindən Cavabdeh bank hesabına 33929 manat məbləğində pul vəsaiti ödənilmişdir. Belə ki, həmin pul vəsaiti zərərçəkənin müayinə və müalicəsi, onun əməliyyat olunması, dərmanlarının alınması və ərzaqla təmin olunması üçün nəzərdə tutulmuşdur. 11.Məhkəmə qeyd edilənlərə əsasən hesab etmişdir ki, iddiaçı tərəf cavabdehin əsassız varlanma halını sübut etmədiyindən hazırkı iddia tələbi də istisna olunur. Buna görə də Sığorta Şirkətinin cavabdehə qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddiası təmin oluna bilməz. 12.Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 1091.1, 1091.2, 1092.1, 1096, 1097, 1115-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1-ci maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli qərarı ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

13.İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin tam təmin edilməsi, həmçinin apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 58,40 manat dövlət rüsumunun cavabdehdən Sığorta Şirkətinin xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 14.Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə Mülki Məcəllənin normalarını pozmuş və düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə qətnaməsində qeyd etmişdir ki, X23 tərəfindən ödənilmiş 33.929 manat məbləğində pul Cavabdeh müayinə və müalicəsi, onun əməliyyat olunması, dərmanlarının alınması və ərzaqla təmin olunması üçün nəzərdə tutulmuşdur. Lakin məhkəmə qətnamədə X23 tərəfindən ödənilmiş 33.929 manat məbləğində pulun Cavabdeh müayinə və müalicəsi, onun əməliyyat olunması, dərmanlarının alınması və ərzaqla təmin olunması üçün nəzərdə tutulmasını qeyd etsə də, bununla bağlı hər hansı bir sübuta yəni, dərman pereparatlarının alınması barədə qəbzlər, əməliyyat olunma barədə hər hansı bir xəstəxana tərəfindən verilmiş arayışlar, ərzaq məhsullarının alınması üçün mağaza qəbzlərinə istinad etməmişdir. Məhkəmə yalnız Suraxanı Rayon Məhkəməsi həmin məhkəmənin 2(010)-592/2016 saylı qətnaməsinə istinad etmişdir. Qeyd edilən qətnamədə 42.393 manat pulun tutulması qeyd edilsə də, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4058/2016 saylı qətnaməsi ilə ləğv edilmiş və tələb edilən məbləğ 11.970 manata endirilmişdir. Bundan başqa, qeyd edilən əsassız varlanma halı Sığorta Şirkətinə X2 qaydasında məhkəməyə verən zaman məlum olmuşdur. Həmin vaxta qədər iddiaçının həmin ödənişlərdən heç bir xəbəri olmamışdır. 15.Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5714/2023 saylı, 27 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakışəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2112/2023 saylı, 11 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 16.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Kassasiya instansiyası məhkəməsindəki icraat

18.İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 19.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 935.1, 935.1.7, 935.1.8 və 935.1.10-cu maddələrinin məzmununa görə əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan səxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan səxsdən alması; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində; baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi; icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Həmin Qanunun 19.3-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxs onun sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan və yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur; -zərərçəkən seçim edib ziyanı təqsirkardan (siğortalıdan) istəyib və məhkəmə qətnaməsində onun hüququ məhkəmə tərəfindən tanınıb. Qanunvericiliyə əsasən bu hal preyedusiyal hal hesab olunur. Təkrarən siğorta şirkətindən ziyanın alınması əsassız varlanma hesab olunmalıdır; -Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; -aşağı insyansiya məhkəmələri hesab etmişlər ki, ziyan vurandan zərərçəkən aldığı 33929 manat məbləğində həmin pul vəsaiti zərərçəkənin müayinə və müalicəsi, onun əməliyyat olunması, dərmanlarının alınması və ərzaqla təmin olunması üçün nəzərdə tutulmuşdur. Sual olunur, sığorta şirkəti nə məqsədlə pul ödəyib?! Qanunvericiliyin tələbi ilə elə həmin məqsədlər üçün ödənilməyibmi?! Belə ki, qanunun tələbinə görə üçüncü səxs sığorta hadisəsi nəticəsində onun sağlamlığına və ya əmlakına dəymiş zərərinəvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü səxsin iddiası təmin edilmiş hesab olunur. -yuxarıda qeyd olunanlardan da göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qeyd olunan təfsiri qanunvericiliyin tələbinə uyğun olmadığından səhvə yol verilərək əsassız və qanunsuz qətnamə qəbul olunmuşdur. Beləliklə, məhkəmə qətnaməsi ilə vurulmuş ziyan məsələsinin ödənilməsi məsələsinə hüquqi qiymət verildiyindən və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 19.3-cü maddəsinə əsasən dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan tələb olunduğundan zərərçəkən üçüncü şəxsin iddiası siğortaçı tərəfindən ödənilməli deyil. Siğortaçının ödəmiş olduğu vəsait qanunvericiliyə əsasən əsassız varlanmadır və geri qaytarılmalıdır. 20.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2024-cü il tarixli, 2(102)-229/2024 saylı qərarı ilə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5714/2023 saylı, 27 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. 21.Kassasiya instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, iddia tələbi cavabdehdən əsassız varlanma nəticəsində əldə etidiyi pulun qaytarılması barədədir. İddiaçı əmlaka (5000 manat) və sağlamlığa dəyən zərərə görə (4500 manat) ödədiyi sığorta ödənişini cavabdehdən əsassız varlanmanın nəticəsi kimi tələb edir. 22.İşin müəyyən edilmiş hallarına görə X23 07 iyul 2015-ci il tarixdə idarə etdiyi “X30” markalı, ** EG *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, İsmayılov küçəsi 5 ərazisində hərəkətdə olarkən “Hyundai” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə Cavabdeh ağır və X24 az ağır xəsarətlər almış, avtomobilə maddi ziyan dəymişdir. Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq, “Hunday Sonata” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 5000 manat, Cavabdeh (İİ qrup əlil) sağlamlığına dəymiş ağır zərərə görə 3000 manat və X1 dəymiş az ağır zərərə görə 1500 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. X23 tərəfindən hadisə ilə bağlı Cavabdeh bank hesabına 33929 manat məbləğində pul ödənilmişdir. 23.İşdən görünür ki, Sığorta Şirkəti ödənilmiş 9500 manat sığorta ödənişini məhz qeyd edilən hallara görə cavabdehdən geri istəyir. 24.Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona istinad etmişdir ki, vurulmuş zərər delikt əsasında yaranmışdır və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X23 tərəfindən Cavabdeh bank hesabına 33929 manat məbləğində pul vəsaiti ödənilmişdir. Həmin pul vəsaiti zərərçəkənin müayinə və müalicəsi, onun əməliyyat olunması, dərmanlarının alınması və ərzaqla təmin olunması üçün nəzərdə tutulmuşdur. 25.Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. 26.Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbinin hüquqi əsasını əsassız varlanmadan irəli gələn maddi hüquq normaları təşkil etsə də, eyni zamanda münasibətlərin kökündə duran icbari sığorta ilə bağlı normalara da diqqət yetirilməlidir. Çünki iddiaçı məhz icbari sığorta müqaviləsi üzrə etmiş olduğu sığorta ödənişinin sığortalıdan əsassız varlanma nəticəsində geri tələb edir. 27.Bu baxımdan, iddia tələbini rədd edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 935.1.7-ci maddəsinin tələblərini də nəzərə almalı, mübahisənin həllinə təsir göstərən həmin normanın dispozisiya şərtləri üzrə işin hallarına aydınlıq gətirməli idi. Belə ki, həmin normaya görə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığorta ödənişinin verilməsindən əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. Zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir. 28.Göründüyü kimi, Mülki Məcəllənin istinad edilən 935.1.7-ci maddəsi əmlaka dəymiş zərərin əvəzinin tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alınmasını sığorta ödənişinin verilməsindən imtinanın əsası kimi nəzərdə tutmuşdur. 29.İşin müəyyən edilən halı ondan ibarətdir ki, iddiaçı cavabdehin avtomobilinə (əmlaka) dəymiş zərərə görə 5000 manat sığorta ödənişi edib. 30.Birinci instansiya məhkəməsi iddianı rədd edərkən zərər dəyməsində təqsirli olan şəxsdən cavabdehin bank hesabına 33929 manat məbləğində pul vəsaiti ödənilməsini qeyd etsə də, həmin məbləğin hansı miqdarda hissəsinin əmlaka (avtomobilə) dəyən zərər olmasını, zərərvuranın əmlaka dəyən zərərin əvəzini tam və ya qismən ödəyib-ödəməməsini, əmlaka görə sığorta ödənişinin və ya zərərçəkənin 33929 manat məbləğində pul ödəməsinin hansının daha əvvəl olmasını, avtomobilə dəymiş zərərin miqdarı, bu zərərin 5000 manat sığorta ödənişi ilə əhatə olunub-olunmamasını, əhatə olunubsa, əmlaka görə ödənilən sığorta ödənişinin əmlaka dəyən zərərdən az və ya artıq olub-olmamasını müəyyən etməmişdir. 31.Belə ki, zərərvuranın əmlaka dəymiş zərəri tam və ya qismən ödəməsi, əmlak hissəsində sığorta ödənişinin zərərvuranın ödənişindən sonra həyata keçirilməsi həmin hissədə sığorta şirkətinə Mülki Məcəllənin 935.1.7-ci maddəsinə əsasən sığorta ödənişini verməkdən tam və ya qismən imtina üçün əsas verir. Qeyd edilən xüsustla bağlı işin halları müəyyən edilmədən iddianın tam, yəni əmlak üzrə sığorta ödənişi hissəsində dərədd edilməsi Mülki Məcəllənin istinad edilən 935.1.7-ci maddəsi baxımından düzgün hesab edilə bilməz. 32.Eləcə də birinci instansiya məhkəməsi 33929 manat pul vəsaitinin zərərçəkənin müayinə və müalicəsi, onun əməliyyat olunması, dərmanlarının alınması və ərzaqla təmin olunması üçün nəzərdə tutulmasını, başqa sözlə, əmlaka dəyən zərərin əvəzi olmamasını qeyd etsə də, bunu hansı sübut əsasında müəyyən etdiyini, bununla bağlı hansı sübuta istinad etdiyini göstərməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 9.3-cü maddəsinə görə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 33.Apellyasiya instansiyası məhkəməsi də qeyd edilən hallara və iddia tələbinə Mülki Məcəllənin 935.1.7-ci maddəsinin tələbləri baxımından qiymət verməmiş, birinci instansiya məhkləməsinin mövqeyi ilə razılaşmaqla eyni səhvi təkrarlamışdır.

c)Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat

d)Məhkəmə icraatı iştirakçılarının izahatları

34.Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X12 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, birinci instanisya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında qeyd etdi ki, “Hyundai” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-yə məxsus olmuş, sığorta ödənişi 5000 manat xx.xx.2016-cı il tarixli, 025076 saylı sığorta aktına əsasən "xxxx" ASC-yə ödənilmişdir. Cavabdeh X15 və X34 oğluna qarşı “Hyundai” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilə görə dəymiş 9775 manat maddi zərərin ödənilməsi tələbinə dair iddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 fevral 2016-cı il tarixli, 2(010)-592 saylı qətnaməsi ilə rədd edilmişdir. Məhkəmə həmin hissədə qeyd etmişdir ki, “Hyundai” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" ASC-dir. Eyni zamanda həmin avtomobil "xxxx" ASC-də sığortalanmışdır. Ona görə də, tərəflər arasında mübahisə yarandığı halda, "xxxx" ASC avtomobilə dəymiş zərərin ödənilməsi ilə bağlı məhkəmədə müstəqil iddia qaldıra bilər. Göründüyü kimi, Cavabdeh avtomobilə dəymiş zərərlə bağlı iddiası təmin edilməmiş, Cavabdeh avtomobilə dəymiş zərərə görə heç bir ödəniş almamışdır. Bundan əlavə sığorta ödənişi "xxxx" ASC-yə ödənilmişdir. X34 oğlu tərəfindən Cavabdeh 33929 manat məbləğində pul vəsaiti ödənilmişdir. Hansı ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5793/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən X23 və X34 oğlundan 34324 manat alınaraq Cavabdeh ödənilməlidir. Həmin məbləğ Cavabdeh müalicələri ilə bağlı çəkdiyi xərclərə görə tutulmalı olan məbləğdir. Bundan əlavə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5704/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən X23 və X34 oğlundan 3941,13 manat alınaraq Cavabdeh ödənilməlidir. Həmin məbləğ üzrə icra hərəkətləri davam etdirilir. Cavabdeh əmlaka dəymiş zərərə görə heç bir ödəniş həyata keçirilməyib. Xahiş etdi ki, qətnamə dəyişdirilmədən saxlanılsın. 35.İş üzrə İddiaçı Sığorta Şirkəti ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndə məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 36.Maddə 21.1. hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 37.935.1.“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: -935.1.7.Əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir. 38.Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 39.Maddə 1097. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. 40.Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 41.Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 42.Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 43.Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. AzərbaycanRespublikası Mülki Prosessual Məcəlləsi: 44.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 45.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 46.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 47.Maddə 217.3.Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır. 48.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 49.Maddələr 385.1.1, 385.1.2.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. 50.Maddə 420.Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

51.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 52.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

53.Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməməlidir. 54.Belə ki, işin araşdırılmış halları ilə müəyyən olunur ki, X23 07 iyul 2015-ci il tarixdə idarə etdiyi “X30” markalı, ** EG *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, İsmayılov küçəsi 5 ərazisində hərəkətdə olarkən “Hyundai” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə Cavabdeh ağır və X24 az ağır xəsarətlər almaqla sonuncu avtomobilə maddi ziyan vurmuşdur. İddiaçı Sığorta Şirkəti dəymiş zərəri aradan qaldıraraq, “Hunday Sonata” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə xx.xx.2016-cı il tarixli, 025076 saylı sığorta aktına əsasən "xxxx" ASC-yə 5000 manat, Cavabdeh (İİ qrup əlil) sağlamlığına dəymiş ağır zərərə görə xx.xx.2016-cı il tarixli, 025349 saylı və xx.xx.2015-ci il tarixli, 023440 saylı sığorta aktlarına əsasən 3000 manat və X1 dəymiş az ağır zərərə görə xx.xx.2016-cı il tarixli, 026336 saylı sığorta aktına əsasən 1500 manat məbləğində sığorta ödənişləri həyata keçirmişdir. 07 iyul 2015-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı X4 hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə və yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərlərin İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənildiyinə görə iddiaçının X15 qarşı subroqasiya hüquqları yaranmışdır. Bununla bağlı X15 qarşı Suraxanı Rayon Məhkəməsində subroqasiya qaydasında pul tələbi ilə bağlı iddia qaldırılmışdır. İddia tələbi Suraxanı Rayon Məhkəməsinin 2(010)-467/2022 saylı, 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Həmin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X23 tərəfindən hadisə ilə bağlı Cavabdeh bank hesabına xx.xx.2018, xx.xx.2018, xx.xx.2019, xx.xx.2018, xx.xx.2019, xx.xx.2018 və xx.xx.2019-cu il tarixlərdə 33929 manat məbləğində pul ödənilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir. 55.İddiaçı Sığorta Şirkəti isə ödənilmiş 9500 manat sığorta ödənişini məhz qeyd edilən hallara görə cavabdehdən geri istəyir. 56.Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona istinad etmişdir ki, vurulmuş zərər delikt əsasında yaranmışdır və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X23 tərəfindən Cavabdeh bank hesabına 33929 manat məbləğində pul vəsaiti ödənilmişdir. Həmin pul vəsaiti zərərçəkənin müayinə və müalicəsi, onun əməliyyat olunması, dərmanlarının alınması və ərzaqla təmin olunması üçün nəzərdə tutulmuşdur. 57.Kollegiya qeyd edir ki, hazırki iddia tələbinin hüquqi əsasını əsassız varlanmadan irəli gələn maddi hüquq normaları təşkil etsə də, eyni zamanda münasibətlərin kökündə duran icbari sığorta ilə bağlı normalara da diqqət yetirilməlidir. Çünki iddiaçı məhz icbari sığorta müqaviləsi üzrə etmiş olduğu sığorta ödənişinin sığortalıdan əsassız varlanma nəticəsində geri tələb edir. Bu baxımdan, iddia tələbini rədd edən birinci instansiya məhkəməsi Mülki Məcəllənin 935.1.7-ci maddəsinin tələblərini də nəzərə almalı olduğu halda nəzərə almamış, həmin normanın dispozisiya şərtləri üzrə işin hallarına aydınlıq gətirməmiş, eləcə də 33929 manat pul vəsaitinin zərərçəkənin müayinə və müalicəsi, onun əməliyyat olunması, dərmanlarının alınması və ərzaqla təmin olunması üçün nəzərdə tutulmasını, başqa sözlə, əmlaka dəyən zərərin əvəzi olmamasını qeyd etsə də, bunu hansı sübut əsasında müəyyən etdiyini, bununla bağlı hansı sübuta istinad etdiyini əsaslandırmamışdır. 58.Buna görə də kollegiya hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. 59.Kollegiya llk olaraq qeyd edir ki, Mülki Məcəllənin 935.1.7-ci maddəsinə görə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığorta ödənişinin verilməsindən əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. Zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir. 60.Göründüyü kimi, Mülki Məcəllənin istinad edilən 935.1.7-ci maddəsi əmlaka dəymiş zərərin əvəzinin tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alınmasını sığorta ödənişinin verilməsindən imtinanın əsası kimi nəzərdə tutmuşdur. 61.İşin müəyyən edilən halı ondan ibarətdir ki, iddiaçı tərəfindən “Hunday Sonata” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə xx.xx.2016-cı il tarixli, 025076 saylı sığorta aktına əsasən Cavabdeh deyil, nəqliyyat vasitəsinin sahibi "xxxx" ASC-yə 5000 manat məbləğində sığorta ödənişi ödənilmişdir. 62.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(102)- 8927/2017 saylı qərarı ilə iddiaçılar Cavabdeh, X26 və cavabdehlər X23, X34 oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 14 iyun 2017-ci il tarixli, 2(103)-5793/17 saylı qətnaməsi həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. 63.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(102)- 8927/2017 saylı qərarından görünür ki, -Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 fevral 2016-cı il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva, iş № 2(010)-592/16) iddia qismən təmin edilmiş, cavabdehlər X9 və X34 oğlundan müştərək qaydada dəymiş maddi zərərin əvəzi olaraq 5320 manat dəyərində ərzaq məhsullarının, 2220 manat dəyərində müayinə olunmaqla əlaqədar, 1483 manat zay olmuş əşyalara görə, müalicə olunmaqla əlaqədar 17750 manat məbləğində alınmış borc, müalicə olunmağı ilə əlaqədar həkimlərin təyin etdikləri reseptlər üzrə 4520 manat, nəğd aptek qəbzləri üzrə alınmış dərmanlara görə 3800 manat, üzərində əməliyyatlar keçirilməsi ilə əlaqədar xərcin əvəzi olaraq 7000 manat əməliyyat xərci, 300 manat məhkəmədə hüquqların müdafiəsi üçün, ümumilikdə 42393 (qırx iki min üç yüz doxsan üç) manat və bundan sonrakı 3 (üç) il ərzində dolanacaq xərci olaraq hər ay 500 (beş yüz) manat məbləğində pulun tutularaq iddiaçı Cavabdeh ödənilməsi, cavabdehlər X9 və X34 oğlundan müştərək qaydada 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd olunmuşdur. -Həmin qətnamədən iddiaçılar Cavabdeh, X26 və cavabdeh X34 oğlu narazı qalaraq apellyasiya şikayətləri vermişlər. -İddiaçılar Cavabdeh və X26 apellyasiya şikayətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 fevral 2016-cı il tarixli qətnaməsinin iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. -Cavabdeh X34 oğlu isə apellyasiya şikayətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 fevral 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. -Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakimlər F.Talşinski-sədrlik edən və məruzəçi, İ.Əsədov və A.İmanov, iş № 2(103)-4058/16) iddiaçılar Cavabdeh və X17 apellyasiya şikayətləri təmin edilməmiş, cavabdehlər X13 və X34 oğlunun nümayəndəsi X10 apellyasiya şikayəti qismən təmin edilmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-592/2016 nömrəli iş üzrə 19 fevral 2016-cı il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmişdir. Həmin qətnamə ilə iddia tələbləri qismən təmin edilərək, cavabdehlər X25 və X34 oğlundan 2.220 manat xəstəxanada müayinə xərcləri, 300 manat kənardan dəvət olunan həkimlərə çəkilən xərclər, 5.650 manat həkimlərin təyin etdiyi reseptlər üzrə dərmanlara ödənilən xərclər və 3.800 manat nağd ödənişlə qəbzlərlə apteklərə alınan dərmanlar üçün edilən ödənişlər və beləliklə cəmi 11970 manat məbləğində maddi zərər və xx.xx.2015-ci il tarixdən 3 il ərzində dolanacaq xərci olaraq hər ay 146 manat məbləğdə pul vəsaitinin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İddia tələbləri qalan hissədə təmin edilməmişdir. -Qeyd olunan qətnamədən iddiaçı Cavabdeh və cavabdehlər X23 və X34 oğlu kassasiya şikayəti vermişlər. -Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 mart 2017-ci il tarixli qərarı ilə (hakimlər A.Kalbalıyev-sədrlik edən və məruzəçi, Ə.Mirzəliyev və İ.Xələfov, iş № 2(102)-1597/17) iddiaçı Cavabdeh kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2016-cı il tarixli, 2(103)-4058/2016 saylı qətnaməsi iddianın təmin edilməyən hissələrində ləğv olunmuş, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmiş, cavabdehlər X23 və X34 oğlunun kassasiya şikayəti təmin edilməmişdir. -Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 iyun 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev-sədrlik edən və məruzəçi, R.Qurbanov və S.Hacıyev, iş № 2(103)-5793/17) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçılar Cavabdeh və X17 apellyasiya şikayəti qismən təmin olunaraq Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 19 fevral 2016-cı il tarixli qətnaməsi qismən, yəni-borc kimi alınmış 17.750 manat məbləğində pul vəsaitinin cavabdehlər Fəqan Nəcəfli və Əfqan Nəcəfovdan tutulmasına dair iddianın təmin edilməsi, eləcə də, 3.000 manat məbləğində əldən çıxmış faydanın tutulmasına dair iddianın rədd edilməsi hissələrində ləğv edilmiş, həmin hissələrdə yeni qətnamə qəbul olunmaqla 17.750 manat məbləğində borc kimi alınmış pul vəsaitinin cavabdehlər X23 və X34 oğlundan tutulması hissəsində Cavabdeh İsa oğlunun iddia ərizəsi rədd edilmiş, iddiaçı Cavabdeh əldən çıxmış faydaya görə 3000,0 manat məbləğində pul vəsaitinin cavabdehlər X23 və X34 oğlundan tutulmasına dair iddia tələbi təmin edilmiş və əldən çıxmış faydanın əvəzi olaraq 3.000 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlər X9 və X34 oğlundan tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmiş, 5320 manat dəyərində ərzaq məhsullarının dəyərinin, 1483 manat avtomobildə zay olunmuş əşyaların dəyərinin, Cavabdeh üzərində əməliyyat keçirilməsi ilə əlaqədar xərclərin əvəzi olaraq 7000 manat məbləğində pul vəsaitinin və 300 manat məbləğində məhkəmədə hüquqlarının müdafiəsi üçün çəkilmiş xərclərin, cəmi 14.103 manat məbləğində pul vəsaitinin dəymiş maddi ziyanın əvəzi olaraq cavabdehlər X9 və X34 oğlundan müştərək qaydada tutularaq iddiaçı Cavabdeh ödənilməsinə dair iddia tələbinin təmin edilməsi hissəsində, eləcə də avtomobilə dəymiş 9.775 manat məbləğində maddi zərərin, həmçinin tibb və kiçik tibb bacılarına verilmiş 1.560 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulmasına dair iddianın rədd edilməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanılmışdır. -İddiaçılar kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 iyun 2017-ci il tarixli qətnaməsinin qismən ləğv olunmasını və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin “2220 manat dəyərində müayinə olunmaqla əlaqədar, müalicə olunmağı ilə əlaqədar həkimlərin təyin etdiyi reseptlər üzrə 4520 manat, nəqd aptek qəbzləri üzrə alınmış dərmanlara görə 3800 manat, bundan sonrakı 3 il ərzində dolanacaq xərci olaraq hər ay 500 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı Cavabdeh ödənilməsi” hissəsinin də təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər. 64.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)- 3016/2021 saylı qərarı ilə iddiaçı X12 tərəfindən ayrılıqda, cavabdehlər X34 oğlu və X23 tərəfindən birlikdə verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5704/2020 nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə - X7 tələbinin təmin olunmayan hissəsində və iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. 65.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)- 3016/2021 saylı qərarından görünür ki, -Cavabdeh və X12 (bundan sonra – iddiaçlar) X34 oğluna və X15 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi zərərin əvəzi olaraq müalicə və müayinəyə çəkilmiş 843 manat, dərman preparatlarının alınmasına çəkilmiş 5469,79 manat, nəqliyyat xərci olaraq 2358 manat, iddiaçı Cavabdeh vurulmuş mənəvi zərərin əvəzi olaraq 50 000 manat, ümumilikdə 58 670,79 manatın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı Cavabdeh ödənilməsi, "xxxx" ASC-nin 1 saylı Sabunçu Filialı ilə iddiaçı X12 arasında bağlanmış 17 oktyabr 2014-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlərin təqsiri üzündən X19 artıq ödədiyi 23557,02 manatın və iddiaçı X8 vurulmuş mənəvi zərərin əvəzi olaraq 40 000 manatın, ümumilikdə 63 557,02 manatın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı X8 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. -Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-3404/2019 nömrəli iş üzrə 11 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) iddia təmin edilməmişdir. -Qətnamədən iddiaçılar apellyasiya şikayəti vermişlər. -Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-12229/2019 nömrəli iş üzrə 29 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – İ.Kərimli (sədrlik edən və məruzəçi), X.Cəmilova və İ.Xəlilov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, iddia qismən təmin olunaraq, cavabdehlərdən müştərək qaydada maddi zərərin əvəzi kimi 843 manat və mənəvi zərərin əvəzi kimi 500 manat, cəmi 1343 manat pul vəsaitinin tutularaq iddiaçı Cavabdeh, mənəvi zərərin əvəzi kimi 500 manat pul vəsaitinin tutularaq iddiaçı X8 ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. -Qətnamədən iddiaçılar və cavabdehlər kassasiya şikayətləri vermişlər. -Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-1562/2020 nömrəli iş üzrə 17 mart 2020-ci il tarixli qərarı ilə (hakimlər – İ.Dəmirov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və Ə.Əhmədov) iddiaçıların kassasiya şikayəti təmin edilmiş, cavabdehlərin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. - Apellyasiya instansiyası məhkəməsinin 2(103)-5704/2020 nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və A.Tanrıverdiyev) iddiaçıların apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmuş, iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada maddi zərərin əvəzi kimi 941,13 manat və mənəvi zərərin əvəzi kimi 3000 manat, cəmi 3941,13 manat pul vəsaitinin tutularaq iddiaçılara ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. 66.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qüvvədə olan 2(010)-467/2022 saylı, 15 fevral 2022-ci il tarixli qətnaməsindən görünür ki, Suraxanı rayon İcra şöbəsinin X15 ünvanladığı xx.xx.2022-ci il tarixli, N-3685-18-20 nömrəli məktubda qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-(103)-5793/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən X34 oğlu və X9 ümumilikdə 34324 manat alınaraq Cavabdeh ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə borc tam bağlandığına görə Bakı Apellyasiya Məhkəməsinin 2-(103)-5793/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin icraatına xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-(103)- 5704/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə X34 oğlu və X9 3941,13 manat alınaraq X8 və Cavabdeh ödənilməlidir. Qeyd olunan icra sənədi hal hazırda şöbənin icraatındadır və və icra tədbirləri davam etdirilir. 67.Beləliklə, tədqiq edilmiş sübutlar əsasında müəyyən olunur ki, İddiaçı Sığorta Şirkəti dəymiş zərərlə əlaqədar “Hunday Sonata” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə xx.xx.2016-cı il tarixli, 025076 saylı sığorta aktına əsasən "xxxx" ASC-yə 5000 manat, Cavabdeh (İİ qrup əlil) sağlamlığına dəymiş ağır zərərə görə xx.xx.2016-cı il tarixli, 025349 saylı və xx.xx.2015-ci il tarixli, 023440 saylı sığorta aktlarına əsasən 3000 manat və X1 dəymiş az ağır zərərə görə xx.xx.2016-cı il tarixli, 026336 saylı sığorta aktına əsasən 1500 manat məbləğində sığorta ödənişləri həyata keçirmişdir. X23 tərəfindən hadisə ilə bağlı Cavabdeh bank hesabına xx.xx.2018, xx.xx.2018, xx.xx.2019, xx.xx.2018, xx.xx.2019, xx.xx.2018 və xx.xx.2019-cu il tarixlərdə 33929 manat məbləğində pul ödənilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-(103)-5793/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən X34 oğlu və X9 ümumilikdə 34324 manat alınaraq Cavabdeh ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə borc tam bağlandığına görə Bakı Apellyasiya Məhkəməsinin 2-(103)-5793/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin icraatına xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-(103)-5704/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə X34 oğlu və X9 3941,13 manat alınaraq X8 və Cavabdeh ödənilməlidir. Qeyd olunan icra sənədi hal hazırda şöbənin icraatındadır və və icra tədbirləri davam etdirilir. 68.Göründüyü kimi, Cavabdeh əmlaka dəymiş zərərə görə İddiaçı Sığorta Şirkəti və ya X3 tərəfindən pul ödənilməmişdir. 69.Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi xx.xx.2016-cı il tarixli, 2(010)-592/2016 saylı qətnaməsi ilə iddiaçı Cavabdehlər X15 və X34 oğluna qarşı “Hyundai Sonata” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 9.775 manat məbləğində maddi zərərin tutulması barədə tələbinə münasibət bildirilərək hesab olunmuşdur ki, iddia ərizəsi həmin hissədə rədd edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, AC 106244 N-li Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Hyundai Sonata” minik markalı, ** PR *** nömrə nişanlı avtomaşının sahibi "xxxx" ASC xx.xx.2013-cü il tarixli, DL-LA001-277248 N-li X14 əsasən lizinq verən "xxxx" ASC lizinq alan isə X20r. Eyni zamanda həmin avtomobil "xxxx" ASC-də sığortalanmışdır. Ona görə də tərəflər arasında mübahisə yarandığı halda, "xxxx" ASC avtomobilə dəymiş zərərin ödənilməsi ilə bağlı məhkəmədə müstəqil iddia qaldıra bilər. 70.Kollegiya qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-(103)-5793/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən X34 oğlu və X9 ümumilikdə 34324 manat alınaraq Cavabdeh ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə borc tam bağlandığına görə Bakı Apellyasiya Məhkəməsinin 2-(103)-5793/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin icraatına xitam verilmişdir. X3 tərəfindən isə Cavabdeh cəmi 33929 manat məbləğində pul ödənilmiş, həmin ödənilən məbləğ məhkəmə qətnamələrinə əsasən Cavabdeh müayinə və müalicəsi, onun əməliyyat olunması, dərmanlarının alınması və ərzaqla təmin olunması üçün nəzərdə tutulan pul məbləğidir. Hətta Bakı Apellyasiya Məhkəməsinin 2-(103)-5704/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən X34 oğlu və X9 3941,13 manat alınaraq X8 və Cavabdeh ödənilməlidir. Qeyd olunan icra sənədi hal hazırda şöbənin icraatındadır və və icra tədbirləri davam etdirilir. 71.Digər tərədən Cavabdeh deyil, iddiaçı tərəfindən “Hunday Sonata” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə xx.xx.2016-cı il tarixli, 025076 saylı sığorta aktına əsasən avtomobilin sahibi "xxxx" ASC-yə ödənilmiş 5000 manat sığorta məbləği, X3 tərəfindən Cavabdeh məhkəmə qətnaməsinə görə müalicələri üçün ödənilmiş 33929 manat pul məbləğindən əvvəl olmuşdur. 72.Beləliklə kollegiya qeyd edir ki, X3 tərəfindən Cavabdeh ödənilmiş 33929 manat pul məbləği qüvvədə olan məhkəmə qətnamələrinə əsasən ödənilməli olan Cavabdeh müayinə və müalicəsi, onun əməliyyat olunması, dərmanlarının alınması və ərzaqla təmin olunması üçün nəzərdə tutulan pul məbləği olmaqla, əmlaka görə dəymiş zərərə görə ödənilən pul məbləği deyildir. Cavabdeh avtomobilə dəymiş zərərlə bağlı iddiası yuxarıda qeyd olunan qaydada əvvəlki məhkəmə qətnamələri ilə təmin edilməmişdir. Buna görə də, kollegiya hesab edir ki, hazırki işin halları Mülki Məcəllənin 935.1.7-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmadığından, bununla da əsassız varlanma halı baş vermədiyindən, iddia əsassız olmaqla təmin edilməməlidir. 73.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-cimaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(010)-2112/2023 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdıyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar