Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2077/2025 07.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X5” Hospitalına qarşı sağlamlığın pozulması nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “X5” Hospitalına qarşı sağlamlığın pozulması nəticəsində dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, e-2(007)-2222/2024 nömrəli qətnaməsindən cavabdeh “X5” Hospitalı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı azyaşlı övladının “X5” hospitalının həkimlərinin səhlənkarlığı nəticəsində onun səhhətinin pozulması ilə əlaqədar olaraq iddiaçıya dəymiş 100000 manat maddi ziyanın və 100000 dəyərində mənəvi zərərin, ümumilikdə 200000 manat məbləğində pul vəsaitinin cavabdeh “X5” Hospitalından iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, e-2(007)- 2222/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, “X5” Hospitalından 51448,82 manat məbləğində dəymiş maddi ziyan və 5000 manat məbləğində mənəvi zərər tutularaq İddiaçı ödənilməsi, İddiaçı iddia tələbi qalan hissədə təmin edilməməsi, iddiaçının ödəməkdən azad edildiyi 259,35 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
3. Həmin qətnamədən cavabdeh “X5” Hospitalı apellyasiya şikayət verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.1. pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə; Maddə 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir; Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; 363.1.2. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; Maddə 363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər;
5. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində rüsum ödənilməlidir. Maddə 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində rüsum ödənilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
6. İddianın predmetini ümumilikdə ümumilikdə 200000 manat məbləğində pul vəsaitinin cavabdeh “X5” Hospitalından iddiaçının xeyrinə tutulması təşkil edir.
7. Cavabdeh “X5” Hospitalı tərəfindən apellyasiya şikayətinin veriliməsi üçün ödənilməli olan dövlət rüsumu 245 manat təşkil etdiyi halda, şikayətə 130 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunmuşdur
8. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh “X5” Hospitalı tərəfindən verilmiş apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
9. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, e-2(007)- 2222/2024 nömrəli qətnaməsindən cavabdeh “X5” Hospitalının apellyasiya şikayəti qeyrimümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.