Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-361/2025 30.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) pozulmuş müəlliflik hüquqlarının bərpası, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: əqli mülkiyyət hüququnun müdafiəsi, müəlliflik hüququ, əlaqəli hüquqlar, mənəvi zərər) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh (sonuncu məhkəmə iclasına gəlməmişdir), onun nümayəndəsi və vəkili Vəkil2, üçüncü şəxs Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-188/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin 11313 nömrəli əsərin qeydiyyatı haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, əsərin adı – “Qavaldaş nağara”, obyektiv forması – çertyoj (izahla birlikdə), növü tətbiqi sənət əsəri (nağara zərb alətinin təkmilləşdirilməsinə dair) açıqlanması 2012-ci il, Azərbaycan, qeydiyyat nömrəsi – 12/C-10851-19, qeydiyyat tarixi – xx.xx.2019-cu il, müstəsna müəlliflik hüququnun sahibi İddiaçı, sirafişin nömrəsi isə Q-767-8-dir. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq və Azərbaycan Respublikası Prezidentinin “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” səlahiyyətlər əsasında Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi müstəsna müəlliflik hüququnun sahibi İddiaçı “Qavaldaş nağara” əsərini qeydiyyatdan keçirmiş və bu şəhadətnaməni vermişdir. Adı “Qavaldaş nağara”-dır. Yaradılış tarixi 2012-ci ildir. Qavaldaşdan fərqi materialının daş deyil, ebonit olmasıdır. Fərqli səs effektlərinə malikdir.
2. "xxxx" MMC tərəfindən verilmiş Cavabdeh tərəfindən Bakı şəhəri, Ağadadaş Qurbanov, 51 ünvanda ekspertizaya təqdim edilmiş Qavaldaşı nağara ilə AR Əqli Mülkiyyət Agentliyi tərəfindən İddiaçı adına verilmiş əsərin qeydiyyatı haqqında 11313 saylı şəhadətnamədə göstərilən Qavaldaşı nağara ilə eynilik, pirat nüsxəsinin təşkil edibetməsini və aralarındakı fərqin müəyyənləşdirilməsi barədə QD-423 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən Bakı şəhəri, Ağadadaş Qurbanov, 51 ünvanda ekspertizaya təqdim edilmiş Qavaldaşı nağara ilə AR Əqli Mülkiyyət Agentliyi tərəfindən İddiaçı adına verilmiş əsərin qeydiyyatı haqqında 11313 saylı şəhadətnamədə göstərilən Qavaldaşı nağara ilə eynilik təşkil etmir və pirat nüsxəsi deyildir. AR Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş əsərin qeydiyyatı haqqında 11313 saylı şəhadətnaməyə əsasən İddiaçı məxsus Qavaldaşı nağaranın materialı ebonitdir, əl ilə ifa olunur, fərqli səs effektlərinə malik olduğu halda bu alətdən tamamilə fərqli olaraq Cavabdeh tərəfindən ekspertizaya təqdim edilmiş və özünə məxsus olan Qavaldaşı nağaranın materialı penoplastdır, heç bir səsə malik deyil, sadəcə maketdir, səhnədə butafor kimi istifadə olunur və musiqi aləti deyil, o cümlədən, həndəsi ölçüləri fərqlidir və bu səbəbdən də cavabdeh tərəfindən iddiaçının müəlliflik hüququ pozulmamışdır.
3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16(105)-124/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, ərizəçi İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, e- 16(060)-286/2023 nömrəli və bununla bağlı 23 oktyabr 2023-cü il tarixli, e-16(060)- 286/2023 nömrəli qərardadlarının ləğv olunması, ərizəçi İddiaçı "müvəqqəti təminat tədbirinin tətbiq edilməsi" barədə ərizəsinin təmin olunması, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən Əsərin qeydiyyatı haqqında 11313 saylı şəhadətnaməyə əsasən 12/S10851-19 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış “Qavaldaş nağara” adlı tətbiqi sənət əsərini təkrarlayan qaval daşı musiqi alətindən Cavabdeh tərəfindən istifadə və ifa olunması iddiaçı Natiq Bahadur oğlunun Şirinovun Cavabdeh qarşı «pozulmuş müəlliflik hüquqlarının bərpası, maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə məhkəmə qərarının qanuni qüvvəyə minənə qədər qadağan olunması, qərardadın dərhal qanuni qüvvəsini alması, qərardadın dərhal icra olunması qərara alınmışdır.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 may 2024-cü il tarixli, 5/1773-6/6574 nömrəli ekspert rəyindən görünür ki, tədqiqat zamanı İddiaçı təqdim etdiyi qavaldaş nağarasının imitatoru (maketi) Qobustan Milli Tarix- Bədii Qoruğunda yerləşən üç ədəd qavaldaş nağaralarla xarici həndəsi xüsusiyyətlərində və ölçülərində eynilik təşkil etmirlər. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 300 (üç yüz) manat məbləğində müəyyən edilmişdir.
5. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-5793/2023 nömrəli mülki iş üzrə 2023-cü il 20 noyabr tarixli qərardadında ekspert qarşısında qoyulmuş aidiyyəti suallara dair mütəxəssis rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş iddiaçıya məxsus müəlliflik hüququ obyekti ilə cavabdehin qanunsuz olaraq istifadə edildiyi iddia edilən alətin arasında müqayisəli təhlil Agentlikdə qeydiyyata alınmış çertyojlar vasitəsilə və ya ilk dəfə iddiaçının 2012-ci ildə kütləvi bildirişini həyata keçirdiyi video görüntülərinin texniki parametrlərinin tədqiqi aparılmadan mütəxəssis yanaşması sərgilənərək ilkin təəssürat baxımından cavabdeh tərəfindən istifadə olunan obyektlə iddiaçının yaradıcıllıq fəaliyyətinin nəticəsi hesab olunan tətbiqi sənət əsərinin müqayisəli təhlili vizual olaraq iddiaçıya məxsus tətbiqi sənət əsəri ilə oxşar olduğunu deməyə əsas verir. Bu isə özüözlüyündə müəllifin (iddiaçının) Qanunun 14-cü və 15-ci maddələrində müəyyən edilmiş hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Ekspertiza qarşısında qoyulmuş sualla əlaqədar olaraq qeyd etməyi zəruri hesab edirlər ki, iddiaçının müəllifi olduğu “Qavaldaş nağara” adlı müəlliflik hüquq obyekti Agentlikdə iddiaçının adına tətbiqi sənət əsəri kimi qeydiyyata alınmışdır. Qeydiyyata alınmış əsərin obyektiv forması izahla birlikdə olan çertyojdur. Qanunun 4-cü maddəsinə əsasən “tətbiqi sənət əsəri” dedikdə əllə və ya sənaye üsulu ilə yaradılmış və praktik istifadə funksiyaları olan, yaxud praktik istifadə əşyalarına köçürülən incəsənət əsəri başa düşülür. Qanunun 6-cı maddəsinin 1-ci hissəsinə əsasən müəlliflik hüququnun obyektlərindən biri də tətbiqi sənət əsəridir. Göründüyü kimi, əsərin obyektiv forması çertyojdur. Başqa şəxslər tərəfindən müəllifdən razılıq alınmadan qeyd olunan çertyojda nəzərdə tutulan sxem və ya təsvirlərdən istifadə edilərək müəllifə məxsus tətbiqi sənət əsərinin hazırlandığı materialdan fərqli olan materialdan hazırlansa belə müəlliflik hüquq pozuntusu ilə nəticələnəcəkdir. Nəzərə almaq lazımdır ki, müəlliflik hüququ obyekti əqli fəaliyyətin nəticəsi olaraq obyektiv formada ifadə olunur. Qeyd olunan çertyojda əks olunan sxemlər müəllifin əqli fəaliyyətinin nəticəsi olduğu nəzərə alınaraq, başqa şəxlər tərəfindən bunun istifadəsi müəlliflik hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Bununla əlaqədar olaraq qeyd etməyi zəruri hesab edirlər ki, müəllifin razılığı və icazəsi olmadan çertyojlarda əks olunmuş sxemlərdən istifadə edilərək fərqli ölçülərdə alətin yaradılması müəlliflik hüququ pozuntusu ilə nəticələnəcəkdir. Çünki qeyd etdikləri kimi, burada həmin çertyojlarda əks olunmuş təsvirlər (sxemlər) müəllifin yaradıcıllıq fəaliyyətinin nəticəsidir. Bundan əlavə olaraq, Qanunun 15-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən əsərdən istifadəyə müstəsna hüquqlar dəyişdirmək, aranjeman etmək, yaxud başqa formada yenidən işləməyi (yenidən işləmək hüququ) həyata keçirməyi, həyata keçirilməsinə icazə verməyi, yaxud qadağa qoymağı bildirir. Odur ki, müəllifin yaratdığı formanın oxşar və ya eyni olaraq başqa ölçüdə istifadəsi müəlliflik hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. 5-ci və 6-cı suallara aid cavablarda təqdim edilmiş əsaslandırma məhz bu sual üçün də keçərlidir. Başqa şəxs tərəfindən müəllifin razılığı və icazəsi olmadan ona çertyojlardakı əksini tapmış müəlliflik hüququ obyektlərinin qanunsuz olaraq istifadə etdiyi alətdə ümumilikdə səs effektinin olubolmaması halı ilə əlaqələndirilə bilməz. Burada tətbiqi sənət əsərin obyektiv formasında əksini tapmış çertyojlardan qanunsuz istifadə edilməsi müəlliflik hüququ pozuntusunun olduğunu demək üçün kifayətdir. 5-7-ci suallara verilən cavablarda təqdim edilmiş cavablarda göstərilmiş əsaslandırma bu sual üçün də nəzərə alınmalıdır. Musiqi alətinin ifa tərzinin fərqli olması müəlliflik hüququ obyekti kimi iddiaçının adına qeydiyyata alınmış əsərdən qanunsuz istifadə halını aradan qaldırmır. İlk olaraq “özünə məxsus olan qavaldaşı nağaradan” sözləri dəqiqləşdirilməlidir. Belə ki, “özünə məxsus olan” dedikdə o başa düşülür ki, həmin “qavaldaşı nağara” heç bir şəxsin hüquqlarını pozmadan qanunvericiliyə uyğun qaydada yaradılmış orijinal müəlliflik hüququ obyekti (tətbiqi sənət əsəri-musiqi aləti) olsun. Əqli Mülkiyyət Agentliyində iddiaçıdan başqa cavabdehin iştirak etdiyi tədbirlədə müəlliflik hüququ obyektindən qanunsuz istifadə olunması ilə bağlı iddia qaldırılması və ya hər hansı hüquqi müdafiə vasitələrindən istifadə olunması barədə məlumat yoxdur. Sualda “abidə kimi qorunan qavaldaşlarının nüsxəsindən” sözlərinə aydınlıq gətirildikdən sonra cavablandırıla bilər.
6. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən ünvanlanmış vəsatətdən görünür ki, mülki iş üzrə təkrar məhkəmə-müəllifşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixdə iş üzrə icraat dayandırılaraq məhkəmə-müəllifşünaslıq ekspertizası təyin edilmişdir və 5 gün ərzində tərəflərə bununla bağlı sualların məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. xx.xx.2023-cü il tarixdə təyin olunmuş ekspertiza ilə bağlı suallar Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən məhkəməyə təqdim edilmiş, iddiaçı tərəfindən isə həmin suallar məhkəməyə yalnız xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Məhz bundan sonra, yəni xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)- 5973/2023 saylı qərardadı imzalanaraq elektron məhkəmə sistemində yerləşdirilmişdir. Həmin qərardadının nəticə hissəsində onun tərəfindən xx.xx.2023-cü il tarixli vəsatətdə verilmiş suallardan biri öz əksini tapmadığı üçün məhkəməyə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ərizələrlə müraciət edilərək Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)- 5973/2023 saylı qərardadına düzəlişin edilməsi xahiş olunmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktubları ilə iş üzrə icraatın dayandırıldığı üçün vəsatətdə qeyd olunanların iş üzrə icraat təzələndikdən sonra müzakirə olunacağı bildirilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyi məhkəməyə göndərilmişdir. Həmin rəydən də göründüyü kimi, ekspert tərəfindən yalnız 9 və 11-ci suallar üzrə təhqiqatın nəticəsi müəyyən edilmişdir və o, öz rəyinə hazırki işdə iddiaçı tərəfindən maraqlı şəxs qismində iştirak edən və bu işdə birbaşa iddiaçının maraqlarına uyğun hərəkətlər edən, iddia tələbinin hər vasitə ilə təmin olunmasına can atan və həmçinin bu işdə öz xüsusi marağı olan qurumun - Əqli Mülkiyyət Agentliyinin baş hüquqşünası İqbal Əsgərov tərəfindən ehtimallar və fərziyələr əsasında verilmiş xx.xx.2024-cü il tarixli bir mütəxəssis rəyini əlavə etmişdir. İlk öncə qeyd edirlər ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyi bir çox suallar üzrə təhqiqat aparılmadığı üçün natamamdır, qərəzlidir və sanki qarşı tərəfin sifarişi əsasında və maraqlarına uyğun bir şəkildə tərtib edilmişdir. Halbuki, AR MPM-nin 101.6-cı maddəsinə görə ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Bundan əlavə, rəydən və rəyə əlavə edilmiş aktlardan da görünür ki, rəy tərtib edilərkən cavabdehin iştirakı da təmin olunmamışdır və ekspertlər tərəfindən onların iştirakı ilə heç bir baxış keçirilməmiş, təhqiqat və ölçü işləri aparılmamışdır. Halbuki, AR MPM-nin 99.1-ci maddəsinə əsasən ekspertiza çəkişmə prinsipinə və bu Məcəllənin müddəalarında nəzərdə tutulmuş işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir. Məhkəmə və işdə iştirak edən şəxslər ekspertizanın keçirilməsinin gedişi haqqında məlumat əldə etməyə haqlıdır. Həmçinin, rəydə qeyd olunur ki, cavabdeh tərəfindən təhqiqat obyekti olan qavaldaşı nağaranın imitatoru ekspertizaya təqdim olunmamışdır. Qeyd edir ki, cavabdehin ekspertizada iştirak etməsi və onda olan qavaldaşının ekspertizaya təqdim olunması ilə bağlı ekspertlə dəfələrlə əlaqə saxlanılmış, ekspert gəlib ünvanda təhqiqat obyektinə baxış keçirilməsinin və fiziki-kimyəvi təhqiqat aparılmasının zəruri olduğu bildirsə də, sonradan cavabdehdə olan təhqiqat obyektinə heç bir baxış keçirməmişdir və təhqiqat işləri aparmamışdır və bu qərəzli hərəkətlərini isə rəydə qeyd olunan özünəməxsus tərzdə əsaslandırmağa çalışmışdır. Həmçinin qeyd edir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-5973/2023 saylı qərardadının nəticə hissəsində onun tərəfindən verilmiş vəsatətdə olan suallardan biri öz əksini tapmamışdır. Belə ki, iş üzrə ekspertizanın təyin edilməsi ilə əlaqədar ekspertlər qarşısında digər suallarla yanaşı “Cavabdehə məxsus olan qavaldaşı nağara X7 və Bədii Qoruğunda abidə kimi qorunan qavaldaşlarının nüsxəsini, birbaşa və ya dolayısı yolla surətini təşkil edirmi? sualının da onun tərəfindən verilmiş vəsatətdə qeyd olunmasına baxmayaraq qərardadda məhz həmin sual qoyulmamış, bununla bağlı verilmiş vəsatətlərə də heç bir əhəmiyyət verilməmişdir. Lakin, iddiaçının təqdim etdiyi qavaldaşı ilə X7 və Bədii Qoruğunda yerləşən yalnız 3 qavaldaşı üzrə təhqiqat aparılmışdır. Halbuki, fotoşəklini vəsatətə əlavə etdiyi və X7 və Bədii Qoruğunda abidə kimi qorunan qavaldaşı üzrə ekspertlər tərəfindən qərəzli olaraq və bilərəkdən heç bir təhqiqat aparılmamışdır. Bu isə iş üzrə ekspertizanın birtərəfli, qeyriobyektiv və qərəzli aparıldığından dəlalət edir. Həmçinin məhkəmə təqdim edilmiş rəyə əsasən hazırda ekspert qarşısında əlavə sualın qoyulmasına da zərurət yaranmışdır. Belə ki, dəfələrlə məhkəmə hazırlıq iclaslarında bildirilmişdir ki, qavaldaşı nağaradan iddiaçıdan əvvəl ilk dəfə Azərbaycan radiosu üçün 1975-ci ildə qavaldaş haqqında hazırlanmış verilişdə Çingiz Mehdiyev bu aləti ifa etmişdir. 1978-ci ildə isə o, Azərbaycan televiziyası vasitəsilə qavaldaşı geniş tamaşaçı auditoriyasına təqdim etmişdir. Qavaldaşı daha sonralar Sadıq Zərbəliyev, Tahir Hüseynov, Cavanşir Qasımov, Eldəniz Hacağayev, Ələkbər Heydərəlioğlu, Sahib Bünyadzadə, Heydər Davulçu tərəfindən də səsləndirilibdir. Ona görə də ekspert qarşısında aşağıdakı suallarından da qoyulmasına zərurət yaranmışdır. Göstərilənlərə əsasən hesab edirlər ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyi əsaslı deyil və həmin rəydə də şübhə doğuran məqamlar kifayət qədərdir. Ona görə də, iş üçün əhəmiyyətli olan bütün halların tam və obyektiv aydınlaşdırılması məqsədilə iş üzrə təkrar ekspertiza təyin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 102.3-cü maddəsinə görə məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Qeyd olunanlara əsasən məhkəmədən iş üzrə təkrar məhkəməmüəllifşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Həmçinin ekspertlər qarşısında aşağıdakı sualların da qoyulmasını xahiş etmişdir. Cavabdeh məxsus olan qavaldaşı nağara X7 və Bədii Qoruğunda abidə kimi qorunan qavaldaşlarının (o cümlədən fotoşəkili vəsatətə əlavə olunan qavaldaşının) nüsxəsini, birbaşa və ya dolayısı yolla surətini təşkil edirmi? Cavabdeh məxsus olan qavaldaşının Çingiz Mehdiyevin, Sadıq Zərbəliyevin, Tahir Hüseynovun, Cavanşir Qasımovun, Eldəniz Hacağayevin, Ələkbər Heydərəlioğlunun, Sahib Bünyadzadənin, Heydər Davulçunun qavaldaşında ifası ilə bağlı video görüntülərində olan qavaldaşı ilə müqayisəli təhlili, video görüntülərin texniki parametirlərinin təqdiqi aparılmadan, ilkin təəsurat baxımından vizual olaraq oxşar olduğunu deməyə əsas verirmi? İddiaçı adına AR Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş əsərin qeydiyyatı haqqında 11313 saylı şəhadətnamədə göstərilən qavaldaşının Çingiz Mehdiyevin, Sadıq Zərbəliyevin, Tahir Hüseynovun, Cavanşir Qasımovun, Eldəniz Hacağayevin, Ələkbər Heydərəli oğlunun, Sahib Bünyadzadənin, Heydər Davulçunun qavaldaşında ifası ilə bağlı video görüntülərində olan qavaldaşı ilə müqayisəli təhlili, video görüntülərin texniki parametirlərinin təqdiqi aparılmadan, ilkin təəsurat baxımından vizual olaraq oxşar olduğunu deməyə əsas verirmi?
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 sentyabr 2024-cü il tarixli, 3-16-16/2-5/827/24 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh təqdim etdiyi qavaldaş nağarasının imitatoru (maketi) və Qobustan Milli Tarix- Bədii Qoruğunda yerləşən, o cümlədən cavabdehin göstərdiyi qavaldaşları xarici həndəsi xüsusiyyətlərinə və ölçülərinə görə eynilik təşkil etmirlər. Hər-hansı obyektlərin video görüntüləri əsasında oxşar və ya fərqli xüsusiyyətlərinin, ilkin təəsurat baxımından vizual olaraq oxşarlığının müəyyən edilməsi məhkəmə ekspertizasının həll etdiyi məsələyə aid olmadığı üçün ekspert qarşısında qoyulmuş “Cavabdeh məxsus olan qavaldaşının Çingiz Mehdiyevin, Sadıq Zərbəliyevin, Tahir Hüseynovun, Cavanşir Qasımovun, Eldəniz Hacağayevin, Ələkbər Heydərəli oğlunun, Sahib Bünyadzadənin, Heydər Davulçunun qavaldaşında ifası ilə bağlı video görüntülərində olan qavaldaşı ilə müqayisəli təhlili, video görüntülərin texniki parametirlərinin təqdiqi aparılmadan, ilkin təəsurat baxımından vizual olaraq oxşar olduğunu deməyə əsas verirmi?” və “İddiaçı adına AR Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş əsərin qeydiyyatı haqqında 11313 saylı şəhadətnamədə göstərilən qavaldaşının Çingiz Mehdiyevin, Sadıq Zərbəliyevin, Tahir Hüseynovun, Cavanşir Qasımovun, Eldəniz Hacağayevin, Ələkbər Heydərəlioğlunun, Sahib Bünyadzadənin, Heydər Davulçunun qavaldaşında ifası ilə bağlı video görüntülərində olan qavaldaşı ilə müqayisəli təhlili, video görüntülərin texniki parametirlərinin təqdiqi aparılmadan, ilkin təəsurat baxımından vizual olaraq oxşar olduğunu deməyə əsas verirmi?” sualları üzrə tədqiqat aparılmamışdır. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 200 (iki yüz) manat məbləğində müəyyən edilmişdir.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin sorğusu ilə əldə edilmiş Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir: 1-ci sual üzrə: İlk növbədə bildirirlər ki, müəlliflik hüququ elm, ədəbiyyat və incəsənət əsəri müəlliflərinin hüquqlarını ifadə edən hüquqi termindir. Obyektiv mənada müəlliflik hüququ əsərlərin yaradılması və istifadəsi üzrə münasibətləri tənzimləyən hüquqi normaların məcmusudur və qorunma aləti kimi çıxış edir, subyektiv mənada isə öz-özlüyündə əsərlərin yaradıcılarına məxsus olan şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqlarıdır və bu hüquqlar müstəsna xarakterə malikdir. Müəlliflik hüququnun obyekti olan əsərlər “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Qanunun (bundan sonra-Qanun) 6-cı maddəsində göstərilmişdir. Əlaqəli hüquqlar isə müəlliflik hüququ ilə qorunan əsərləri öz fəaliyyəti ilə kütləyə çatdıran xüsusi vasitəçilərə - ifaçılara, fonoqram istehsalçılarına və yayım təşkilatlarına verilən hüquqlardır. Bu hüquqlar bilavasitə müəlliflik hüququ ilə təmasda olduğuna görə əlaqəli hüquqlar adlandırılmışdır. Əlaqəli hüquqlar müəllif hüququ ilə qorunan əsərlərin ətrafında formalaşmışdır və analoji, lakin həcm və müddətlərə görə daha məhdud qorunmaya malikdir. Əlaqəli hüquqlar aşağıdakılara şamil olunur: - İfaçılara, onların ifalarına münasibətdə; - fonoqram istehsalçılarına, onların hər hansı maddi daşıyıcıda, o cümlədən kasetlərə və kompakt disklərə yazılmış səsyazımlarına münasibətdə; - efir yayımı təşkilatlarına, onların radio və televiziya verilişlərinə münasibətdə. Əlaqəli hüquqların əsas xüsusiyyəti müəlliflik hüququndan törəməsi və ondan asılı olmasıdır, bu səbəbdən əlaqəli hüquqlar müəlliflik hüququna riayət etməklə tanınır. Yuxarıda qeyd edilənlərin daha aydın başa düşülməsi üçün qeyd edirlər ki, İddiaçı müəllifi olduğu “Qavaldaş nağara” müəlliflik hüququnun obyektidir. İddiaçı ifası isə əlaqəli hüquqların obyektidir. İddiaçı müəllifi olduğu “Qavaldaş nağara” adlı müəlliflik hüququ obyekti 2019-cu il 11 dekabr tarixdə Agentlikdə İddiaçı adma tətbiqi sənət əsəri kimi qeydiyyata alınaraq 11313 nömrəli Şəhadətnamə verilmişdir (əsərin açıqlanma tarixi 2012-ci ildir). Qeydiyyata alınmış əsərin obyektiv forması izahla birlikdə olan çertyojdur. Qanunun 4-cü maddəsinə əsasən “tətbiqi sənət əsəri” dedikdə, “ə//ə və ya sənaye üsulu ilə yaradılmış və praktik istifadə funksiyaları olan, yaxud praktik istifadə əşyalarına köçürülən incəsənət əsəri” başa düşülür. Qanunun 6-cı maddəsinin 1-ci hissəsinə əsasən müəlliflik hüququnun obyektlərindən biri də tətbiqi sənət əsəridir. Qanunun 25-ci maddəsinin 1-ci hissəsinə əsasən müəllifin şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqları əsərin yaradılması ilə yaranır, şəxsi (qeyri-əmlak) hüquqların qorunması müddətsiz, əmlak (iqtisadi) hüquqları isə müəllifin bütün həyatı boyu və həmin Qanunun 26-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, müəllifin ölümündən sonra 70 il müddətində qüvvədə qalır. Qanunun 14-cü maddəsinin 1-ci hissəsinə əsasən "əsərin müəllifinin aşağıdakı şəxsi (qeyri- əmlak) hüquqları vardır: a) əsərin müəllifi kimi tanınmaq hüququ (müəlliflik hüququ); b) əsərdən öz adı ilə, təxəllüslə, yaxud adsız (anonim) istifadə etmək və ya bu cür istifadəyə icazə vermək hüququ (ad hüququ); v) əsərinin mənasının dəyişilməsinə, təhrif olunmasına və ya hər hansı digər formada yenidən işlənməsinə, həmçinin müəllifin şərəf və ləyaqətinə xələl gətirən hər hansı başqa hərəkətlərə qarşı çıxmaq hüququ (şöhrətinə hörmət edilməsi hüququ); q) istifadədən götürmək də daxil olmaqla, əsərinin istənilən formada açıqlamaq və ya açıqlanmasına icazə vermək hüququ (açıqlama hüququ)”. Həmin maddənin 2-ci hissəsinin normasına görə, “şəxsi hüquqlar bölünməz və özgəninkiləşdirilməz olub əmlak hüquqlarından asılı olmayaraq, müəllifə məxsusdur və əmlak hüququnun başqasına verildiyi hallarda da müəllifdə qalır”. Qanunun 15-ci maddəsinə uyğun olaraq, “müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququ vardır. “Müstəsna hüquq” dedikdə, əsərdən istifadə hüquqlarının müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin özü tərəfindən həyata keçirilməsi, həyata keçirilməsinə icazə verilməsi, yaxud qadağa qoyulması başa düşülür. Müəllifin göstərilən maddədə qeyd edilmiş əmlak hüquqları sırasında əsərin orijinalını və ya nüsxələrini satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə yaymaq, əsərin orijinalını və ya nüsxələrini kirayəyə vermək və həmin maddənin 4-cü bəndinə əsasən müəllifin əsərdən istifadənin hər növünə görə müəllif qonorarı almaq hüququ vardır. 2-ci sual üzrə: İddiaçı məxsus müəlliflik hüququ obyekti ilə Cavabdeh qanunsuz olaraq istifadə edildiyi iddia edilən alətin arasında müqayisəli təhlil Agentlikdə qeydiyyata alınmış çertyojlar, ilk dəfə İddiaçı 2012-ci ildə kütləvi bildirişini həyata keçirdiyi video görüntülər və Cavabdeh tərəfindən 2023-cü ildə ifa edilmiş qavaldaş nağaranın video görüntüləri əsasında aparılmışdır. (Qeyd: müqayisəli təhlil video görüntülərin texniki parametrlərinin tədqiqi aparılmadan həyata keçirilmişdir). Nümunələrə baxış keçirildikdə (texniki parametrlərin dəqiq tədqiqi aparılmadan) ilkin təəssürat baxımından Cavabdeh tərəfindən istifadə olunan obyektlə İddiaçı yaradıcılıq fəaliyyətinin nəticəsi olan tətbiqi sənət əsərinin vizual olaraq tam oxşar olduğu görünür. Obyektlərin qarşılıqlı müqayisəsi əsasında aşağıdakıları müəyyən etmək olar:
1. “Qavaldaş nağara” İddiaçı adına daha əvvəl (2012-ci il tarixində) açıqlanmışdır.
2. Şəhadətnamədə də əsərin açıqlanması “2012-ci il Azərbaycan" qeyd edilmişdir.
3. Mütəxəssis yanaşması sərgilənərək texniki parametrlərin dəqiq tədqiqi aparılmadan ilkin təəssürat baxımından Cavabdeh tərəfindən istifadə olunan obyektlə İddiaçı yaradıcılıq fəaliyyətinin nəticəsi hesab olunan tətbiqi sənət əsərinin müqayisəli təhlili vizual olaraq obyetkərin tam oxşar olduğunu deməyə əsas verir. Bu isə özüözlüyündə müəllifin (İddiaçı) Qanunun 14-cü və 15-ci maddələrində müəyyən edilmiş hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.
4. Artıq qeyd etdikləri kimi, İddiaçı adına tətbiqi sənət əsəri kimi qeydiyyata alınaraq 11313 nömrəli Şəhadətnamə verilmiş əsərin obyektiv forması çertyojdur. Başqa şəxslər tərəfindən müəllifdən razılıq alınmadan qeyd olunan çertyojda nəzərdə tutulan sxem və ya təsvirlərdən istifadə edilərək müəllifə məxsus tətbiqi sənət əsərinə zahirən oxşar (onun hazırlandığı materialdan fərqli olan materialdan və ya fərqli ölçülərdə alətin hazırlanması belə) müəlliflik hüquq pozuntusu ilə nəticələnəcəkdir. Qeyd olunan çertyojda əks olunan sxemlərin (təsvirlərin) müəllifin əqli fəaliyyətinin nəticəsi olduğu nəzərə alınaraq, başqa şəxlər tərəfindən onun müəllifin icazəsi olmadan istifadəsi müəlliflik hüquqlarının pozulması ilə nəticələnəcəkdir. 3-cü sual üzrə: Bununla əlaqədar qeyd etməyi zəruri hesab edirlər ki, başqa şəxslər tərəfindən müəllifin razılığı və icazəsi olmadan çertyojlarda əks olunmuş sxem və ya təsvirlərdən istifadə edilərək müəllifə məxsus tətbiqi sənət əsərinin hazırlandığı materialdan fərqli olan materialdan, eləcə də fərqli ölçülərdə alətin yaradılması müəlliflik hüququ pozuntusu ilə nəticələnəcəkdir. Çünki müəlliflik hüququ obyekti əqli fəaliyyətin nəticəsi olaraq obyektiv formada ifadə olunur. Qeyd olunan çertyojda əks olunan təsvirlərin (sxemlərin) müəllifin əqli fəaliyyətinin nəticəsi olduğu nəzərə alınaraq, başqa şəxlər tərəfindən bunun müəllifin icazəsi olmadan istifadəsi müəlliflik hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Belə ki, Qanunun 15-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, əsərdən istifadəyə müstəsna hüquqlar dəyişdirmək, aranjeman etmək, yaxud başqa formada yenidən işləməyi (yenidən işləmək hüququ) həyata keçirməyi, həyata keçirilməsinə icazə verməyi, yaxud qadağa qoymağı bildirir. Odur ki, müəllifin yaratdığı formanın oxşar və ya eyni olaraq başqa ölçüdə və ya başqa materialdan istifadə edilərək tətbiqi müəlliflik hüququnun pozuntusu kimi qiymətləndirilməlidir.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya məxsus əsəri qanunsuz istifadə etməsi barədə özünə məxsus rəsmi sosial şəbəkə hesablarında (https://www.instagram.com/ramil_amarok/;https://www.facebook.com/ramil.c ahangirov) qaval daşı əsərinin iddiaçıya məxsus olması, ondan qanunsuz istifadə edilməsi barədə məhkəmə tərəfindən müəyyən edilmiş qaydada təkzibin yayımlanması, Cavabdeh yazılı şəkildə, habelə özünəməxsus rəsmi sosial şəbəkə hesablarında ( https://www.instagram.com/ramil_amarok/; https://www.facebook.com/ramil.cahangirov) iddiaçıya məxsus Qaval daşı əsərindən qanunsuz istifadə etdiyinə görə iddiaçıdan və onun pərəstişkarlarından üzr istəməsi, Cavabdeh iddiaçıya məxsus tətbiqi sənət əsərindən istifadə etdiyi Qaval daşı məhv edilməsi və belə istifadə barədə bütün növ məzmunlar mövcud olan bütün internet şəbəkələrindən silinməsi, Cavabdeh tərəfindən iddiaçının müəlliflik hüquqlarının pozmaqla tətbiqi sənət əsərindən qanunsuz istifadə edilməsi ilə əlaqədar əldə olunan gəlirin tutulması əvəzinə cavabdehdən 54900 (əlli dörd min doqquz yüz) manat məbləğində maddi, iddiaçıya dəymiş mənəvi zərərə görə isə 500000 (beş yüz min) manat olmaqla, cəmi 554900 (beş yüz əlli dörd min doqquz yüz) manat kompensasiya tutularaq iddiaçıya ödənilməsi, məhkəməyə müraciət etmək üçün ödənilmiş 844,9 (səkkiz yüz qırx dörd manat, doqsan qəpiq) dövlət rüsumunun əvəzinin iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı uzun müddətdir ki, Azərbaycanda və Qafqazda “ritm” və “ritm qrupu” anlayışlarını incəsənət sferasına ilk dəfə gətirən, həmin anlayışların ideya müəllifi, habelə “X9” və “Natiq Ritm Məktəbi”nin yaradıcısı, təsisçisi və rəhbəridir. Rəhbərlik etdiyi ansambl bir çox milli və beynəlxalq tədbirlərdə çıxış etmişdir. Bununla da, ölkəni müxtəlif arenalarda təmsil etmək fürsəti əldə etmişdir. İddiaçı yaradıcı fəaliyyətinin nəticəsində meydana gəlmiş bir çox musiqi alətlərinin və musiqi əsərlərinin müəllifidir və həmin müəlliflik hüququ obyektlərini Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirmişdir. Onun tərəfindən 2012-ci ildə yaradılmış materialı daşdan olmayan, ebonit olan, əl ilə ifa olunan və fərqli səs effektlərinə malik “Qavaldaş nağara” adlı tətbiqi sənət əsəri 2019-cu il 11 dekabr tarixində 12/C-10851-19 nömrəsi ilə Əqli Mülkiyyət Agentliyində qeydiyyata alınmışdır (şəhadətnamənin surəti əlavə olunur). İddiaçı həmin qavaldaş nağara tətbiqi sənət əsəri əsasında yaradılmış alətlə Azərbaycanda ilk dəfə olaraq keçirilən “Eurovision” mahnı müsabiqəsinin açılış mərasimində istifadə etmişdir (həmin qaval daşından onun tərəfindən qeyd olunan müsabiqədə istifadə olunmasına dair görüntülər yer alan videoyazıhttps://youtu.be/İWFC3BVJLBg). Habelə iddiaçı 2019-cu ildə Heydər Əliyev adına Sarayda “X9”nun böyük tamaşaçı kütləsinin iştirakı ilə keçirilən konsertində, habelə 2012-ci ildən etibarən Azərbaycan da daxil olmaqla dünyanın bir çox ölkələrində keçirilən tədbirlərdə həmin Qaval daşından istifadə etməklə ifa etmişdir ( https://www.youtube.com/watch?v=475SHehnAyw). Cavabdeh iddiaçının razılığı olmadan qanunsuz olaraq “Qaval daş”dan istifadə etmişdir. Belə ki, müstəsna hüquqları iddiaçıya məxsus olan tətbiqi sənət əsəri olan müəlliflik hüququ obyekti olan çertyojlardan və materiallardan istifadə edilərək yaradılmış Qaval daşından cavabdeh Ramal Cahangirov müxtəlif tədbirlərdə istifadə etmiş, bununla məşhurluq əldə etmiş və haqsız qazanc əldə etmişdir.
11. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə (izahat) ilə müraciət edərək, İddiaçı Cavabdeh qarşı irəli sürdüyü iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsində göstərdikləri absurd, həqiqəti əks etdirməyən, heç bir sübutu olmayan boş fərziyyələrdir. Belə ki, iddia ərizəsində bir abzas kimi qeyd olunur ki, güya Cavabdeh iddiaçının razılığı olmadan qanunsuz olaraq “Qaval daş”-dan istifadə etmişdir. Belə ki, müstəsna hüquqları iddiaçıya məxsus olan tətbiqi sənət əsəri olan müəlliflik hüququ obyekti olan çertyojlardan və materiallardan istifadə edilərək yaradılmış qaval daşından Cavabdeh müxtəlif tədbirlərdə istifadə etmiş, bununla məhşurluq əldə etmiş və haqsız qazanc əldə etmişdir. Bununla iddiaçının müəlliflik hüquqları pozulmuşdur. Bununla bağlı bildirir ki, internet resuslarında olan məlumat səhifələrində qeyd olunur ki, qavaldaşının adının etimologiyası – alətin adı iki türk sözündən yaranmış – “qaval” və “daş”. Qaval xanəndələrin sevə-sevə istifadə etdikləri birüzlü alət olmuş, “şənlik qabı”, “yalançı qab” anlamını bildirir. Sözün ikinci hissəsi – “daş” isə alətin tərkibinin, yəni materialının daşdan, qayadan ibarət olduğuna bir işarədir. Doğrudur, qavaldaşa əvvəllər başqa cür – məsələn “daş alət”, “daşla çalınan alət” və. deyildiyi də ehtimal olunur. Dünyanın müxtəlif ölkələrində az da olsa, qavaldaş tipli alətlərə rast gəlmək mümkündür. Ümummiyətlə, qavaldaş tipli alətlərin elmi adı “litofon”-dur. Yunanca “lito” (“lithos”) daş, “fon” (“phone”) isə səs deməkdir. Nəticədə “litofon” sözü dildə “daş səsli” anlamını bildirir. Qavaldaşın tərkibi çaqqanaqlı, yəni balıq qulağlı əhəng daşıdır. Cingirdağın şimal-şərq ətəyində yerləşən qavaldaş 114 nömrəli daş kimi qeydə alınmışdır. Alət altdakı qayaya yalnız iki nötqədə toxunan və bir növ hava yastığı üzərində dayanmış yastı çaqqanaqlar vardır. Qavaldaşın içərisində olan çaqqanaqların sıxlığından asılı olaraq onun müxtəlif nöqtələrini döyəcləyəndə fərqli səslər alınır. Belə ki, çaqqanaqların, yəni balıqqulaqlarının içərisində boşluq və məsamələr olduğu üçün daşlardan müxtəlif tonlu səslər çıxır. O səslərin qorunduğu X7 və Bədii Qoruğu 2007-ci ildən UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdir. İlk dəfə Azərbaycan radiosu üçün 1975-ci ildə qavaldaş haqqında hazırlanmış verilişdə Çingiz Mehdiyev bu aləti ifa etmişdir. 1978-ci ildə isə o, Azərbaycan televiziyası vasitəsi ilə qavaldaşı geniş tamaşaçı auditoriyasına təqdim etmişdir. Qavaldaşı daha sonralar Sadıq Zərbəliyev, İddiaçı, Tahir Hüseynov, Cavanşir Qasımov, Eldəniz Hacağayev, Ələkbər Heydərəli oğlu, Sahib Bünyadzadə, Heydər Davulçu tərəfindən də səsləndirilmişdir. Həmçinin bildirilir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus tətbiqi sənət əsərinin müəlliflik hüququ obyekti olan çertyojlardan və materiallardan istifadə edilərək qavaldaşı yaradılmamışdır. Cavabdeh məxsus olan Qavaldaşı nağarının materialı penoplastdır, heç bir səsə malik deyildir. Sadəcə maket şəklindədir və səhnədə butafor kimi istifadə olunaraq imitasiya edilir. Bundan əlavə, iddiaçıya məxsus olan Qaval daşından cavabdeh Ramal Cahangirov tərəfindən heç vaxt və heç bir tədbirdə istifadə olunmamış və hər hansı bir qazanc əldə edilməmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyindən də görünür ki, Cavabdeh tərəfindən Bakı şəhəri, Ağadadaş Qurbanov, 51 ünvanda ekspertizaya təqdim edilmiş Qavaldaşı nağara ilə AR Əqli Mülkiyyət Agentliyi tərəfindən İddiaçı adına verilmiş əsərin qeydiyyatı haqqında 11313 saylı şəhadətnamədə göstərilən Qavaldaşı nağara ilə eynilik təşkil etmir və pirat nüsxəsi deyildir. AR Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş əsərin qeydiyyatı haqqında 11313 saylı şəhadətnaməyə əsasən İddiaçı məxsus Qavaldaşı nağaranın materialı ebonitdir, əl ilə ifa olunur, fərqli səs effektlərinə malik olduğu halda bu alətdən tamamilə fərqli olaraq Cavabdeh tərəfindən ekspertizaya təqdim edilmiş və özünə məxsus olan Qavaldaşı nağaranın materialı penoplastdır, heç bir səsə malik deyil, sadəcə maketdir, səhnədə butafor kimi istifadə olunur və musiqi aləti deyil, o cümlədən, həndəsi ölçüləri fərqlidir və bu səbəbdən də cavabdeh tərəfindən iddiaçının müəlliflik hüququ pozulmamışdır. Həmçinin iddia tələbinin Cavabdeh tərəfindən iddiaçının müəlliflik hüquqlarının pozmaqla tətbiqi sənət əsərindən qanunsuz istifadə edilməsi ilə əlaqədar əldə olunan gəlirin tutulması əvəzinə cavabdehdən 54900 (əlli dörd min doqquz yüz) manat məbləğində maddi, iddiaçıya dəymiş mənəvi zərərə görə isə 500000 (beş yüz min) manat olmaqla, cəmi 554900 (beş yüz əlli dörd min doqquz yüz) manat kompensasiya tutularaq iddiaçıya ödənilməsi hissəsinə gəldikdə isə qeyd edir ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 45-ci maddəsində məhkəmənin müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən qəbul etdiyi qərarlar sırasında zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması, yaxud zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manat 55000 manatadək kompensasiya ödənilməsi nəzərdə tutulsa da, “Əqli Mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunun 6-cı maddəsi zərər müəyyən edilərkən hüquq sahibinə məxsus olan əqli mülkiyətdən qeyri-qanuni istifadə nəticəsində hüquqpozmaya yol vermiş şəxsin əldə etdiyi gəlirlərin nəzərə alınmasını tələb edir. Göründüyü kimi, cavabdeh özünə məxsus qavaldaşından istifadə edərkən hər hansı bir pozuntuya yol verməmişdir, cavabdehin hərəkətlərində iddia tələblərinə uyğun gələn hüquqi əsas mövcud deyildir və buna görə də o, heç bir məsuliyyətə cəlb oluna bilməz.
13. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən 3-cü şəxs Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi Nümayəndə məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Əqli Mülkiyyət Agentliyi ölkədə əqli mülkiyyət siyasətini həyata keçirən publik hüquqi şəxsdir. Əsas dövlət orqanı kimi Mərkəzi İcra Hakimiyyətinin səlahiyyətlərinə malikdir. İddiaçı Agentliyə müraciət edərək, “Qavaldaş nağara” adlı əsəri tətbiqi sənət əsəri kimi qeydiyyata aldırmış və çertyoj və ona əlavə olunan sənədlər də Agentlik tərəfindən qeydə alınmışdır. Həmçinin Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunun müvafiq müddəalarına əsasən əgər mübahisələndirilən hal məhkəmə tərəfindən təsdiq olunmayıbsa müəlliflik hüququ şəhadətnaməsi müəlliflik hüququ prezumspiyası kimi tanınır. Şəxsin müəlliflik hüquqlarını təsdiq edən və ona məxsus olmasını təsdiq edən sənədir. Hazırki iddia ərizəsi və ona əlavə olunan məlumatlardan görünür ki, iddiaçının iddia etdiyinə görə cavabdeh onun əsərinə oxşar olan əsərdən müxtəlif tədbirlərdə istifadə etmiş və ondan gəlir əldə etmişdir. Tətbiqi sənət əsərində göstərilən çetryojlarda olana uyğun olaraq hər hansı bir əsərin yaradılaraq ondan istifadə edilməsi, ondan gəlir götürülməsi Müəlliflik və əlaqəli hüquqlar haqqında qanunun 15-ci maddəsinə əsasən iddiaçıya məxsusdur. Ona görə də iddiaçı halhazırki halda cavabdeh tərəfindən hüquqlarının pozulduğu məhkəmə tərəfindən təsdiq olunduğu halda həm maddi həm də mənəvi zərərə görə pul məbləği tələb etmək və onun əsərinə oxşar olan əsərdən istifadəni qadağan etmək hüquqlarına malikdir. Konstutsiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə belə zərər anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlər – şərəf və ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, müəlliflik hüququ və sair hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi sarsıntı bilavasitə zərər vuranın hərəkətlərindən sonra zərəkçəkmişin şüuruna təsir göstərir. O da əmlak zərəri ilə birlikdə və ya əmlak zərəri vurulmadığı hallarda müstəqil şəkildə kompensasiya edilir. Həmçinin oxşar mövqe Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarındada qeyd olunmuşdur. Müəlliflik hüququ pozuntusunun vurulduğu zərərin miqdarına görə də İnzibati Xətalar Məcəlləsində müvafiq inzibati xəta müəyyən olunmuşdur. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 165-ci maddəsində müvafiq cinayət tərkibi nəzərdə tutulmuşdur. Hazırki iş üzrə Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş şəhadətnamə nəzərə alınmalıdır. “Qavaldaş nağara” adlı əsərdən hansı ki, çertyoj iş materiallarına əlavə olunmuşdur və oradan müəyyən olunur ki, həmin əsərə tam oxşardan və onun mahiyyətinə dəyişiklik edilmədən əsas elementləri saxlanılmaqla istifadəsi müəlliflik hüquqlarının pozuntusu və həmin əsərlər də pirat məhsullar hesab olunur. Onlarda çertyojlar saxlanılır. Çünki məhsulun yaradılmasını təşkil edən əsas mənbə çertyojdur. 2021-ci il tarixdən həmin orqanda işləyir. Həmin sahə üzrə fəlsəfə doktorluğunda üç ildir ki, tədqiqat aparır. Məhkəmə zəruri görsə, onların orqanı mütəxəssis rəyi də təqdim edə bilər. “Qavaldaş nağara” tətbiqi sənət əsəri kimi qeydiyyata alınmış çağrı alətidir. Əgər eyni formada olan alətdirsə və çalğı aləti deyilsə və immitasiya üçün nəzərdə tutulmuşdursa, müəlliflik hüququnun pozuntusu vardır. Bu müvafiq hüquq normalarını bildirə bilər. İlkin baxdqıqda bunlar oxşardır. Yuxarıdan yəni üst hissəsindən baxdıqda istifadə olunmuş təsəvvürünü yaradır. Şəxsi məqsədlər üçün istifadə Müəlliflik və əlaqəli hüquqlar haqqında qanuna əsasən istisna hal kimi nəzərdə tutulmuşdur. Orada qeyd olunmuşdur ki, şəxsi məqsədlər üçün istifadə müəllifin razılığı olmadan ümumi qonorar istifadə olunmaq şərti ilə bir nüsxə istifadə oluna bilər. Lakin gəlir əldə etmək məqsədi heç bir halda olmamalıdır. Çertyoj ilə bağlı eskpertizadan müəyyən olunmuşdur ki, heç bir zaman belə bir çertyojun və sənədin qeydiyyata alınması ilə bağlı müraciət olmamışdır. Eyni zamanda dövlət varidatında belə bir əsər qorunmur. Onlar çertyoju qoruyurlar. Müəlliflik hüququ haqqında şəhadətnamənin verilməsi Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunur. Əqli Mülkiyyət Agentliyinin bazası əsasında qeydiyyat aparılır. Bu isə özlüyündə iki yerə - qeydiyyat olunmuş və dövlət varidatı hesab olunmuş əsərlər. Halhazırda çertyoja müəlliflik hüququ İddiaçı məxsusdur. O zamana kimi ki, bu məsələnin mübahisələndirilməsi və İddiaçı həmin əsərin sahibi olmaması barədə məhkəmə qərarı çıxarılmışdır. Həmin vaxta kimi həmin əsərə həm əmlak həm də qeyri-əmlak hüquqları iddiaçıya məxsusdur. Çertoyjun müəlliflik hüquqlarını pozmaqla qeydiyyata alınmasını iddia edən şəxs ya agentliyə, ya da məhkəməyə başqa bir şəxsin onun müəlliflik hüquqlarını pozmaqla əsəri qeydiyyata aldığı barədə müraciət etməlidir. İlkin baxışda onların eyni olması təsəvvürü yaranır. Lakin bu fərqli də ola bilər. Ona görə də dəqiq mövqe ifadə edə bilmir. Çertyoju agentliyin mütəxəssisinə təqdim etməlidilər ki, dəqiq rəy verə bilsin. Subyektiv hüququ olan şəxs məhkəməyə müraciət etməlidir ki, bununda nəticəsində müəlliflik hüququ qüvvədə olmasın.
14. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-188/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, İddiaçı 500 (beş yüz) manat pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir (hakim Aynur Behbudova).
15. Məhkəmə gəldiyi nəticəni işin araşdırılan halları və iş üzrə keçirilmiş ekspert rəylərinə əsaslanmışdır. Belə ki, iddiaçının qeyd etdiyi və tələbinin hüquqi əsasını təşkil edən hal iddiaçının müəlliflik hüquqlarının pozulması və bunun nəticəsində ona maddi və mənəvi zərər vurulmasıdır. İddiaçının müəlliflik hüququnun qorunduğu və qanunvericiliyin tələbinə əsasən əqli mülkiyyət hüquqları qorunan alət (çertiyoj) ilə cavabdehə məxsus olan, yəni onun istifadəsində olan qaval daşının maketi eynilik təşkil etmir. (Ekpert rəyləri- (1) tədqiqat zamanı İddiaçı təqdim etdiyi qavaldaş nağarasının imitatoru (maketi) Qobustan Milli Tarix-Bədii Qoruğunda yerləşən üç ədəd qavaldaş nağaralarla xarici həndəsi xüsusiyyətlərində və ölçülərində eynilik təşkil etmirlər. (2) Cavabdeh təqdim etdiyi qavaldaş nağarasının imitatoru (maketi) və Qobustan Milli Tarix-Bədii Qoruğunda yerləşən, o cümlədən cavabdehin göstərdiyi qavaldaşları xarici həndəsi xüsusiyyətlərinə və ölçülərinə görə eynilik təşkil etmirlər). Bundan əlavə iddiaçı tələbinin hüquqi əsasını yəni iddia etdiyi hal - beynəlxalq tədbirlərdə Cavabdeh tərəfindən ifa edilən qaval daşının onun istifadəsində olan qaval daşının olması sübut olunmayaraq öz təsdiqini tapmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin qərardadına əsasən ekspert qarşısında qoyulmuş aidiyyəti suallara dair mütəxəssis rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş iddiaçıya məxsus müəlliflik hüququ obyekti ilə cavabdehin qanunsuz olaraq istifadə etdiyi iddia edilən alətin arasında müqayisəli təhlil Agentlikdə qeydiyyata alınmış çertyojlar vasitəsilə və ya ilk dəfə iddiaçının 2012-ci ildə kütləvi bildirişini həyata keçirdiyi video görüntülərinin texniki parametrlərinin tədqiqi aparılmadan mütəxəssis yanaşması olmuşdur. Əqli Mülkiyyət Agentliyində iddiaçıdan başqa cavabdehin iştirak etdiyi tədbirlədə müəlliflik hüququ obyektindən qanunsuz istifadə olunması ilə bağlı iddia qaldırılması və ya hər hansı hüquqi müdafiə vasitələrindən istifadə olunması barədə məlumatın olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Ağentliyinin mütəxxəsisləri tərəfindən verilən rəydə ekspertiza qarşısında qoyulmuş sualla əlaqədar olaraq iddiaçının müəllifi olduğu “Qavaldaş nağara” adlı müəlliflik hüquq obyekti Agentlikdə qeydiyyata alınmış əsərin obyektiv forması izahla birlikdə olan çertyojdur. Qanunun 4-cü maddəsinə əsasən “tətbiqi sənət əsəri” dedikdə əllə və ya sənaye üsulu ilə yaradılmış və praktik istifadə funksiyaları olan, yaxud praktik istifadə əşyalarına köçürülən incəsənət əsəri başa düşülür. Qanunun 6-cı maddəsinin 1-ci hissəsinə əsasən müəlliflik hüququnun obyektlərindən biri də tətbiqi sənət əsəridir. Əsərin obyektiv forması çertyojdur. Mütəxxəsis rəyində başqa şəxslər tərəfindən müəllifdən razılıq alınmadan qeyd olunan çertyojda nəzərdə tutulan sxem və ya təsvirlərdən istifadə edilərək müəllifə məxsus tətbiqi sənət əsərinin hazırlandığı materialdan fərqli olan materialdan hazırlansa müəlliflik hüquq pozuntusu ilə nəticələnə bilər. Yəni əsərin obyektiv formasından (çertyojundan) istifadə edilməklə alətin hazırlandığı halda müəlliflik hüququnun pozuntusu iddiaçı tərəfindən sübut olunmamışdır.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 30.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 560.3.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarındakı hüquqi mövqeyinə, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 4, 6, 32.1, 33.1, 44.1, 45.2-ci maddələrinə, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 1, 6-cı maddələrinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 124.2, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
17. İddiaçı apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-188/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddiasının təmin edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, “Tətbiqi sənət əsəri” dedikdə əllə və ya sənaye üsulu ilə yaradılmış və praktik istifadə funksiyaları olan, yaxud praktik istifadə əşyalarına köçürülən incəsənət əsəri başa düşülür. Müəlliflik hüququnun obyektlərindən biri də tətbiqi sənət əsəridir. xx.xx.2024-cü il tarixli, 5/1773-6/6574 nömrəli ekspert rəyində qeyd edilir ki, “iddiaçının müəllifi olduğu “Qavaldaş nağara” adlı müəlliflik hüquq obyekti Agentlikdə iddiaçının adına tətbiqi sənət əsəri kimi qeydiyyata alınmışdır. Qeydiyyata alınmış əsərin obyektiv forması izahla birlikdə olan çertyojdur. Göründüyü kimi, əsərin obyektiv forması çertyojdur. Başqa şəxslər tərəfindən müəllifdən razılıq alınmadan qeyd olunan çertyojda nəzərdə tutulan sxem və ya təsvirlərdən istifadə edilərək müəllifə məxsus tətbiqi sənət əsərinin hazırlandığı materialdan fərqli olan materialdan hazırlansa belə, müəlliflik hüquq pozuntusu ilə nəticələnəcəkdir (məlum olduğu kimi, "xxxx" MMC verdiyi mütəxəsis Rəyində deyilirdi ki, materiallar fərqli olduğu üçün cavabdehin nağarası ilə iddiaçının nağarası eynilik təşkil etmir). Nəzərə almaq lazımdır ki, müəlliflik hüququ obyekti əqli fəaliyyətin nəticəsi olaraq obyektiv formada ifadə olunur. Qeyd olunan çertyojda əks olunan sxemlər müəllifin əqli fəaliyyətinin nəticəsi olduğu nəzərə alınaraq, başqa şəxlər tərəfindən bunun istifadəsi müəlliflik hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Bununla əlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, müəllifin razılığı və icazəsi olmadan çertyojlarda əks olunmuş sxemlərdən istifadə edilərək fərqli ölçülərdə alətin yaradılması müəlliflik hüququ pozuntusu ilə nəticələnəcəkdir. Çünki qeyd edildiyi kimi, burada həmin çertyojlarda əks olunmuş təsvirlər (sxemlər) müəllifin yaradıcıllıq fəaliyyətinin nəticəsidir. Bundan başqa Məhkəmə qətnaməsində həmdə deyilir ki, “Sumqayıt Şəhər Məhkəməsinin qərardadına əsasən ekspert qarşısında qoyulmuş aidiyyəti suallara dair mütəxəssis rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş iddiaçıya məxsus müəlliflik hüququ obyekti ilə cavabdehin qanunsuz olaraq istifadə etdiyi iddia edilən alətin arasında müqayisəli təhlil Agentlikdə qeydiyyata alınmış çertyojlar vasitəsilə və ya ilk dəfə iddiaçının 2012-ci ildə kütləvi bildirişini həyata keçirdiyi video görüntülərinin texniki parametrlərinin tədqiqi aparılmadan mütəxəssis yanaşması olmuşdur. Əqli Mülkiyyət Agentliyində iddiaçıdan başqa cavabdehin iştirak etdiyi tədbirlədə müəlliflik hüququ obyektindən qanunsuz istifadə olunması ilə bağlı iddia qaldırılması və ya hər hansı hüquqi müdafiə vasitələrindən istifadə olunması barədə məlumatın olmadığı müəyyən edilmişdir. AR Əqli Mülkiyyət Agentliyinin mütəxxəsisləri tərəfindən verilən rəydə ekspertiza qarşısında qoyulmuş sualla əlaqədar olaraq iddiaçının müəllifi olduğu “Qavaldaş nağara” adlı müəlliflik hüquq obyekti Agentlikdə qeydiyyata alınmış əsərin obyektiv forması izahla birlikdə olan çertyojdur. Mütəxxəsis rəyində başqa şəxslər tərəfindən müəllifdən razılıq alınmadan qeyd olunan çertyojda nəzərdə tutulan sxem və ya təsvirlərdən istifadə edilərək müəllifə məxsus tətbiqi sənət əsərinin hazırlandığı materialdan fərqli olan materialdan hazırlansa müəlliflik hüquq pozuntusu ilə nəticələnə bilər. Yəni əsərin obyektiv formasından (çertyojundan) istifadə edilməklə alətin hazırlandığı halda necə ola bilər ki, müəlliflik hüququnun pozuntusu iddiaçı tərəfindən sübut olunmamışdır?! Məhkəmə qeyd olunmasını zəruri hesab edir ki, cavabdehin məhkəmə iclasında tədbirlərdə istifadə etdiyi alətin tədbirin təşkilatçıları tərəfindən təqdim edildiyini bildirmiş, iddiaçı tərəfindən isə cavabdehin irəli sürdüyü mülahizələrin əsassızlığı və araşdırılan işin halları ilə iddia tələbinin əsassız olması nəticəsinə gəlməyə imkan vermişdir????
19. “Müəllifin və yaəsərə müəlliflik hüququnun digər sahibinin bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququ vardır. Əsərdən istifadəyə müstəsna hüquqlar dəyişdirmək, aranjeman etmək, yaxud başqa formada yenidən işləməyi (yenidən işləmək hüququ) həyata keçirməyi, həyata keçirilməsinə icazə verməyi, yaxud qadağa qoymağı bildirir.” Maddələrin məzmunundan aydın olur ki, müəllifin yaratdığı formanın oxşar və ya eyni olaraq başqa ölçüdə istifadəsi müəlliflik hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Başqa şəxs tərəfindən müəllifin razılığı və icazəsi olmadan ona çertyojlarda əksini tapmış müəlliflik hüququ obyektlərinin qanunsuz olaraq istifadə etdiyi alətdə ümumilikdə səs effektinin olubolmaması halı ilə əlaqələndirilə bilməz. Burada tətbiqi sənət əsərinin obyektiv formasında əksini tapmış çertyojlardan qanunsuz istifadə edilməsi müəlliflik hüququ pozuntusunun olduğunu demək üçün kifayətdir. “Musiqi alətinin ifa tərzinin fərqli olması müəlliflik hüququ obyekti kimi iddiaçının adına qeydiyyata alınmış əsərdən qanunsuz istifadə halını aradan qaldırmır”. Göründüyü kimi, Ekspert verdiyi Rəy ilə hərtərəfli araşdırma apardığını təsdiq etdiyi kimi, cavabdehin hərəkətlərinin iddiaçının müəlliflik hüququnu pozduğunu da təsdiq etmişdir. Lakin nədənsə Məhkəmə bu faktları nəzərə almadan, iddiaçının öz iddiasını sübut edə bilmədiyi nəticəsinə gəlib ki, bu durum işin nəticəsinin işin hallarına uyğun olmadığını və ya məhkəmənin işi hərtərəfli obyektiv araşdırmadığını, maddi hüquq normalarının pozulduğunu təsdiq edir. Bu isə qəbul edilməzdir. Ona görə də xahiş edirik ki, həmin qanunsuz və əsassız qətnamə ləğv edilsin.
20. Qeyd edilməlidir ki, cavabdeh bu hərəkətləri ilə iddiaçının Avropa İnsan Hüquqları Məhkəməsi qərarları ilə ifadə edilən “mülkiyyət hüququnu” da pozmuşdur. Belə ki, AİHMnin qərarlarında deyilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyildir. Maddi dəyəri olan bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər (bax. AİHM-nin Akimova Azərbaycana qarşı işindəki qərarı, № 19853/03, xx.xx.2007). Bu baxımdan müəlliflik hüququ da daxil olmaqla bütün əqli mülkiyyət hüquqları AİHM-nin qərarları baxımından sahibini mülkiyyətidir. (bax. AİHM-nin17 Anheuser – Bush Şirkəti Portuqalyaya qarşıişindəki qərarı, 2007). Yəni AİHM-nə görə, mülkiyyət aydın şəkildə fiziki mallara sahiblik ilə məhdudlaşmır, "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir, sonuncuya həmçinin daxildir: 1) Şirkətin səhmləri (Bramelid və Malmstrom, Agrotexim, Olczak); 2) Əqli mülkiyyət hüquqları (Smith Kline,Britaniya- Amerika müştərək tütün şirkəti), ticarət nişanları daxil olmaqla (bax. GregoryTHUAN Dit DİEUDONNE - http://academyjustice.gov.az/p1/e5.pdf). Bundan başqa, Cavabdeh iddiaçının müəlliflik hüququnu pozduğu kimi, onun istifadə etdiyi qavaldaşı nağara ilə bağlı lazımı araşdırma aparmadan tədbirdə ifa etməsinə icazə verən cavabdehin bildirdiyi tədbirlərin təşkilatçıları da iddiaçının müəlliflik hüququnu pozmuşdur. Məhz burada Avropa İnsan Hüquqları Məhkəməsinin “Neij ve Kolmisoppi İsveç qarşı” işində qəbul etdiyi Mart 2013-cü il tarixli 40397/12 saylı qərarı da önəmlidir. Belə ki, həmin işdə Avropanın ən önəmli internetdə dosya paylaşma saytlardan biri olan “Pirate Bay” əleyhinə 2008-ci ildə İsveçdə açılan məhkəmə işində saytın rəhbərləri Fredrik Neij və PeterSonde X3 Hüquqları Haqqında Qanunu pozduğu təsbit edilmiş və onlar 5 milyon Euro kompensasiya ödəməyə məhkum edilmişdir. İsveç Ali Məhkəməsinin 2012-ci il tarixli yekun qərarından ərizəçilər Fredrik Neij və X5 Avropa İnsan Hüquqları Məhkəməsinə verdikləri şikayət isə, Avropa Məhkəməsi tərəfindən Sayt rəhbərləri olan ərizəçilərin saytda başqa şəxslər tərəfindən paylaşılan əsərlərin başqa şəxslərin müəllif hüquqlarını pozmasına nəzarət etmək və bunun qarşısını almaq vəzifəsi olduğunu qəbul edərək ərizəçilərin şikayətini rədd etdi. Belə ki, ərizəçilər iddia edirdilər ki, saytın başqa şəxslər tərəfindən müəlliflik hüquqları pozularaq istifadə olunması onların məsuliyyətini meydana gətirməz, təkcə həmin hüquqları pozan şəxslər məsuliyyət daşıyırlar. Bundan başqa ərizəçilər həmin məhkumluq qərarını Avropa İnsan Hüquqları Müqaviləsinin 10-cu maddəsindəki məlumat əldə etmə azadlığı hüququnun pozuntusu olduğunu hesab edirdilər. Lakin Məhkəmə ərizəçilərin onların nəzarət və idarəçiliyində olan Sayt vasitəsi ilə müəllif hüquqlarının başqa şəxslər tərəfindən pozulmasının qarşısını almaq onların vəzifəsi olduğunu xatırladaraq “müəlliflik hüququnun” bu yolla “məlumat əldə edilmə hüququna” güdaza verilməsinin qəbuledilməz olduğunu ifadə etdi.
21. Məhkəmə qətnaməsində qeyd edilir ki, “Məhkəmə cavabdeh tərəfin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmənin gəldiyi qənaəti işin araşdırılan halları və iş üzrə keçirilmiş ekspert rəylərinə əsaslanmışdır... İddiaçının müəlliflik hüququnun qorunduğu və qanunvericiliyin tələbinə əsasən əqli mülkiyyət hüquqları qorunan alət (çertiyoj) ilə cavabdehə məxsus olan, yəni onun istifadəsində olan qaval daşının maketi eynilik təşkil etmir. (Ekpert rəyləri- (1) tədqiqat zamanı İddiaçı təqdimetdiyi qavaldaş nağarasının imitatoru (maketi) Qobustan Milli Tarix-Bədii Qoruğunda yerləşən üç ədəd qavaldaş nağaralarla xarici həndəsi xüsusiyyətlərində və ölçülərində eynilik təşkil etmirlər. (2) Cavabdeh təqdim etdiyi qavaldaş nağarasının imitatoru (maketi) və Qobustan Milli Tarix-Bədii Qoruğunda yerləşən, o cümlədən cavabdehin göstərdiyi qavaldaşları xarici həndəsi xüsusiyyətlərinə və ölçülərinə görə eynilik təşkil etmirlər). Bundan əlavə iddiaçı tələbinin hüquqi əsasını yəni iddia etdiyi hal - beynəlxalq tədbirlərdə Cavabdeh tərəfindən ifa edilən qaval daşının onun istifadəsində olan qaval daşının olması sübut olunmayaraq öz təsdiqini tapmamışdır”. Məhkəmə qətnaməsində bu formada qeyd edilsə də, keçirilmiş məhkəmə-müəllifşünaslıq ekspertizası üzrə AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 5/1773-6/6574 nömrəli ekspert rəyində bildirilir ki, Cavabdeh tərəfindən ifa edilən qavaldaşı nağara (alət) müəlliflik hüququ ilə iddiaçıya məxsus olan qavaldaşı-nağara (alət) ilə eynilik təşkil edir və iddiaçının müəllif hüquqlarını pozur”. Göründüyü kimi, məhkəmə işi təfsilatlı araşdırmadan bu qənaətə gəlib ki, iddiaçı iddiasını sübut edə bilməyib. Lakin bu nəticə qeyd edilən ekspert rəyi və işdə olan digər sübutlar ilə ziddiyyət təşkil etdiyi kimi, həm də onu göstərir ki, məhkəmənin gəldiyi nəticə, işin hallarına, işdə olan sübutlara uyğun deyildir. Məhz MPM-in 385.1.4-cü maddəsinin tələbinə görə, “birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına (sübutlarına) uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır”. Yuxarıda qeyd edilən ekspert rəyi açıq-aydın, heç bir mübahisəyə-müzakirəyə yer vermədən dəqiq olaraq müəyyən edib ki, cavabdeh tərəfindən istifadə olunan obyekt ilə iddiaçıya məxsus tətbiqi sənət əsəri oxşardir və iddiaçının müəlliflik hüquqlari pozulmuşdur. Lakin nədənsə məhkəmə bu faktları, sübutları nəzərə almadan, iddiaçının öz iddiasını sübut edə bilmədiyi nəticəsinə gəlib ki, bu durum işin nəticəsinin işin hallarına uyğun olmadığını və ya məhkəmənin işi hərtərəfli, obyektiv araşdırmadığını, maddi hüquq normalarının tələblərini pozduğunu təsdiq edir. Bu isə qəbuledilməzdir.
22. “Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır”. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının müəlliflik hüquqlarının pozulduğunu AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2024-cü iltarixli, 5/1773- 6/6574 nömrəli ekspert rəyi sübut edir. Lakin Məhkəmə bu ekspert rəyi ilə nə üçün razılaşmadığını qətnamədə əsaslandırmadığı kimi, əksinə bir sübut da bu ekspert rəyini təkzib etmir.
23. İlk öncə onu qeyd edirlər ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyi, yəni “Cavabdeh tərəfindən Bakı şəhəri, Ağadadaş Qurbanov, 51 ünvanda ekspertizaya təqdim edilmiş Qavaldaşı nağara ilə AR Əqli Mülkiyyət Agentliyi tərəfindən İddiaçı adına verilmiş əsərin qeydiyyatı haqqında 11313 saylı şəhadətnamədə göstərilən Qavaldaşı nağara ilə eynilik, pirat nüsxəsinin təşkil edib-etməsini və aralarındakı fərqin müəyyənləşdirilməsi barədə QD-423 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən Bakı şəhəri, Ağadadaş Qurbanov, 51 ünvanda ekspertizaya təqdim edilmiş Qavaldaşı nağara ilə AR Əqli Mülkiyyət Agentliyi tərəfindən İddiaçı adına verilmiş əsərin qeydiyyatı haqqında 11313 saylı şəhadətnamədə göstərilən Qavaldaşı nağara ilə eynilik təşkil etmir və pirat nüsxəsi deyildir. AR Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş əsərin qeydiyyatı haqqında 11313 saylı şəhadətnaməyə əsasən İddiaçı məxsus Qavaldaşı nağaranın materialıebonitdir,əl ilə ifa olunur, fərqli səs effektlərinə malik olduğu halda bu alətdən tamamilə fərqli olaraq Cavabdeh tərəfindən ekspertizaya təqdim edilmiş və özünə məxsus olan Qavaldaşı nağaranın materialı penoplastdır, heç bir səsə malik deyil, sadəcə maketdir, səhnədə butafor kimi istifadə olunur və musiqi aləti deyil, o cümlədən, həndəsi ölçüləri fərqlidir və bu səbəbdən də cavabdeh tərəfindən iddiaçının müəlliflik hüququ pozulmamışdır” – məzmunundakı Mütəxəssis Rəyi, Məhkəməni və proses iştirakçılarını qane etmədiyi üçün Məhkəmə tərəfindən məhkəmə-müəllifşünaslıq ekspertizası təyin edilmiş və iş üzrə ekspert rəyinin verilməsi AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2024-cü il tarixli, 5/1773-6/6574 nömrəli ekspert rəyi ilə müəyyən olunur ki, “ekspertizaya təqdim edilmiş iddiaçıya məxsus müəlliflik hüququ obyektiilə cavabdehin qanunsuz olaraq istifadə edildiyi iddia edilən alətin arasında müqayisəli təhlil Agentlikdə qeydiyyata alınmış çertyojlar vasitəsilə və ya ilk dəfə iddiaçının 2012-ci ildə kütləvi bildirişini həyata keçirdiyi video görüntülərinin texniki parametrlərinin tədqiqi aparılmadan mütəxəssis yanaşması sərgilənərək ilkin təəssürat baxımından cavabdeh tərəfindən istifadə olunan obyektlə iddiaçının yaradıcıllıq fəaliyyətinin nəticəsi hesab olunan tətbiqi sənət əsərinin müqayisəli təhlili vizual olaraq iddiaçiya məxsus tətbiqi sənət əsəri ilə oxşar olduğunu deməyə əsas verir. Bu isə özü-özlüyündə müəllifin (iddiaçının) qanunun 14-cü və 15-ci maddələrində müəyyən edilmiş hüquqlarının pozulması kimi qiymətləndirilməlidir”. Göründüyü kimi, Ekspert açıq aydın, heç bir mübahisəyə, müzakirəyə yer vermədən dəqiq olaraq müəyyən edib ki, cavabdeh tərəfindən istifadə olunan obyekt ilə iddiaçiya məxsus tətbiqi sənət əsəri oxşardir və iddiaçinin müəlliflik hüquqları pozulub. Lakin nədənsə məhkəmə bu faktları, sübutları nəzərə almadan, iddiaçının öz iddiasını sübut edə bilmədiyi nəticəsinə gəlib ki, bu durum işin nəticəsinin işin hallarına uyğun olmadığını və ya məhkəmənin işi hər tərəfli-obyektiv araşdırmadığını, maddi hüquq normalarını, xüsusilə Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, 29-cu, 30-cu və digər maddələrini, İnsan hüquqlarına dair Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsini, 6-cı maddəsinin 1-ci bəndini və digər normalarını, o cümlədən xx.xx.1997-ci ildə 548-İQ saylı Azərbaycan Respublikası qanunu ilə qoşulduğu “Müəllif hüquqlarının mühafizəsinə” dair 1886-cı il tarixli Bern Konvensiyanın 2-ci və digər maddələrini, Müəlliflik və əlaqəli hüquqlar haqqında AR Qanununun 5-ci, 14-cü, 15-ci və digər maddələrini, digər qanunvericilik aktlarının tələblərini pozduğunu təsdiq edir. Bu isə qəbuledilməzdir. Ona görə də həmin qanunsuz və əsassız qətnamənin ləğv edilməsini xahiş edir.
24. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qətnamədən aydın olur ki, cavabdeh tədbirlərdə istifadə etdiyi alətin ona tədbirin təşkilatçıları tərəfindən təqdim edildiyini bildirmişdir. İrəli sürdüyü bu etirazını sübut etmək cavabdehin vəzifəsidir. Bunun əksini sübut etmək vəzifəsi iddiaçıya aid olmadığı kimi, əgər cavabdeh bu etirazını sübut edə bilmirsə, demək ki, həmin tədbirlərdə istifadə etdiyi aləti (qavaldaş nağaranı) ona tədbirin təşkilatçıları verməyib, özü öz təşəbbüsü ilə, tədbirə daha da rəngarənglik qatmaq, daha çox gəlir əldə etmək, məşhurlaşmaq üçün gətirmişdir. İşdə ona sübutlardan heç biri cavabdehin bu etirazını sübut etmir. Bundan başqa cavabdeh məhkəmə iclasında tədbirlərdə istifadə etdiyi aləti tədbirin təşkilatçıları tərəfindən təqdim edildiyini bildirmiş olması onu da doyalı olaraq təsdiq edir ki, əslində cavabdeh iddiaçıya məxsus olan müəlliflik hüququnu pozduğunu, qavaldaş nağara ideyası müəllifinin iddiaçı olduğunu qəbul edir. Bununla birlikdə öz məsuliyyəti onun əqli mülkiyyət hüququ ilə iddiaçıya məxsus qavaldaş-nağaranı ifa etdiyi tədbirin təşkilatçılarının üstünə yıxaraq məsuliyyətdən yaxa qurtarmağa çalışır. Belə ki, müəlliflik hüququ elmi nəzəriyyəsində bir mənalı olaraq qəbul edilən fikrə görə, “iki insanın eyni yuxunu görməsi, eyni anda eyni xəyalı qurması mümkün deyildir”. İddiaçı ilk dəfə öz ideyası, əqli, xəyalı ilə qavaldaş formasında nağaranın istifadəsinin mümkünlüyü düşündükdən, onu obyektiv formada istifadə etməyə başladıqdan, ictimaiyyətə açıqladıqdan, hətta məşhurlaşdırdıdan sonra, iddiaçının qurduğu ansamblda iddiaçının şagirdi kimi yer alan cavabdehin həmin qavaldaşnağaranın öz əqli əməyinin, xəyalının, yuxusunun nəticəsi kimi təqdim etməsi “iki insanın eyni yuxunu görməsindən, eyni anda eyni xəyalı qurmasından” başqa bir şey deyildir. Bu isə mümkün deyil. Demək ki, cavabdeh, iddiaçıya məxsus olan bir fikri (ideyanı, əsəri), hansı ki, həmin fikir (ideya, əsər) müəlliflik hüququ kimi qeydiyyata alınıb, iddiaçının razılığı olmadan, iddiaçıya məxsus olduğunu bilə-bilə “oğurlayıb” təbirlərdə istifadə etmiş və bununlaiddiaçının müəlliflik hüquqlarını pozmuşdur. Bütün bunlar əsasında xahiş edir ki, Sumaqyıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)- 188/2024 saylı qətnaməsi ləğv edilsin, yeni qətnamə qəbul edilərək iddiaçının iddia ərizəsi tam təmin edilsin. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Cavabdeh tərəfin etirazları səbəbi Məhkəmə 2(060)-188/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh tərəfin vəsatəti təmin edilmiş və iş üzrə əlavə ekspertiza təyin edilmişdir. Həmin əlavə Ekspertiza üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-5/827/24 nömrəli ekspert rəyi, yuxarıda qeyd edilən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2024-cü il tarixli, 5/1773-6/6574 nömrəli ekspert rəyini təkzib etmədiyi kimi, əlavə olaraq bildirir ki, “Cavabdeh təqdim etdiyi qavaldaş nağarasının imitatoru (maketi) və Qobustan Milli Tarix Bədii Qoruğunda yerləşən, o cümlədən cavabdehin göstərdiyi qavaldaşları xarici həndəsi xüsusiyyətlərinə və ölçülərinə görə eynilik təşkil etmirlər. Hər hansı obyektlərin video görüntüləri əsasında oxşar və ya fərqli xüsusiyyətlərinin, ilkin təəsurat baxımından vizual olaraq oxşarlığının müəyyən edilməsi məhkəmə ekspertizasının həll etdiyi məsələyə aid olmadığı üçün ekspert qarşısında qoyulmuş “Cavabdeh məxsus olan qavaldaşının Çingiz Mehdiyevin, Sadıq Zərbəliyevin, Tahir Hüseynovun, Cavanşir Qasımovun, Eldəniz Hacağayevin, Ələkbər Heydərəli oğlunun, Sahib Bünyadzadənin, Heydər Davulçunun qavaldaşında ifası ilə bağlı video görüntülərində olan qavaldaşı ilə müqayisəli təhlili, video görüntülərin texniki parametirlərinin təqdiqi aparılmadan, ilkin təəsurat baxımından vizual olaraq oxşar olduğunu deməyə əsas verirmi?” və “İddiaçı adına ARƏqliMülkiyyət Agentliyitərəfindən verilmişəsərin qeydiyyatı haqqında 11313 saylı şəhadətnamədə göstərilən qavaldaşının Çingiz Mehdiyevin, Sadıq Zərbəliyevin, Tahir Hüseynovun, Cavanşir Qasımovun, Eldəniz Hacağayevin, Ələkbər Heydərəlioğlunun, Sahib Bünyadzadənin, Heydər Davulçunun qavaldaşındaifasıilə bağlı video görüntülərində olan qavaldaşı ilə müqayisəli təhlili, video görüntülərin texniki parametirlərinin təqdiqi aparılmadan, ilkin təəsurat baxımından vizual olaraq oxşar olduğunu deməyə əsas verirmi?” sualları üzrə tədqiqat aparılmamışdır”. Göründüyü kimi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi MəhkəməEkspertizası Mərkəzinin verdiyi xx.xx.2024-cü il tarixli, 5/1773-6/6574 nömrəli ekspert rəyini veriləndən sonra Cavabdeh tərəfin israrlı tələbi əsasında keçirilmiş Əlavə Ekspertiza üzrə verilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli,3-16- 16/2-5/827/24 nömrəli ekspert rəyi, yuxarıda qeyd edilən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2024-cü il tarixli, 5/1773-6/6574 nömrəli ekspert rəyini təkzib etmir. Bundan başqa xx.xx.2024-cü il tarixli əlavə Rəydə deyilir ki, “Cavabdeh təqdimetdiyi qavaldaşnağarasının imitatoru (maketi) və Qobustan Milli Tarix Bədii Qoruğunda yerləşən, o cümlədən cavabdehin göstərdiyi qavaldaşları xarici həndəsi xüsusiyyətlərinə və ölçülərinə görə eynilik təşkil etmirlər”. Burada təbii ki, haqlı olaraq sual olunur ki, Cavabdeh təqdim etdiyi qavaldaş-nağarasının imitatorunun (maketinin) və Qobustan Milli Tarix Bədii Qoruğunda yerləşən, o cümlədən cavabdehin göstərdiyi digər qavaldaşlarının xarici həndəsi xüsusiyyətlərinə və ölçülərinə görə eynilik təşkil etməməsi, onu deməyə əsas verir mi ki, cavabdehin, iddiaçıdan sonra kütləvi tədbirlərdə əsasən gəlir əldə etmək məqsəd ilə istifadə etdiyi qavaldaşı-nağara, müəlliflik hüququ ilə iddiaçıya məxsus olan qavaldaşı nağara ilə eynilik, oxşarlıq təşkil etmir?
25. Axı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-5/827/24 nömrəli ekspert rəyi açıq aydın bir şəkildə müəyyən edib ki, cavabdehin, iddiaçıdan sonra kütləvi tədbirlərdə əsasən gəlir əldə etmək məqsədilə istifadə etdiyi qavaldaşı-nağara, müəlliflik hüququ ilə iddiaçıya məxsus olan qavaldaşı-nağara ilə eynilik, oxşarlıq təşkil edir və cavabdeh iddiaçının müəlliflik hüquqlarını pozub. Belə bir durumda Məhkəmənin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16 16/2- 5/827/24 nömrəli ekspert Rəyini nəzərə almadan, bu Rəyi təkzib edən heç bir sübut olmadığı halda cavabdehin, iddiaçının müəlliflik hüququnu pozmadığı nəticəsinə gəlmiş olması qətnamənin əsaslı olmadığını təsdiq etdiyi kimi, həm də müəlliflik hüququ ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyinin normalarının kobud şəkildə pozduğunu da təsdiq edir. Bundan başqa Məhkəmənin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2024-cü il tarixli, 5/1773-6/6574 nömrəli ekspert rəyi ilə nə üçün razılaşmadığını qətnamədə əsaslandırmamış olması, cavabdeh bildirdiyi “tədbirlərdə istifadə etdiyi alətin ona tədbirin təşkilatçıları tərəfindən təqdim edildiyi” etirazının əksinin iddiaçı tərəfindən sübut edilməli olduğunu bildirməsi, qətnamədə göstərilmiş nəticələrinin işin hallarına (sübutlarına), xüsusilə xx.xx.2024-cü il tarixli, 5/1773- 6/6574 nömrəli ekspert rəyi və digər sübutlara uyğun gəlməməsinin səbəblərini qətnamədə əsaslandırmamış olması və digər xüsustlar hesab edirik ki, MPM-in 88-ci maddəsinin tələbini pozduğu kimi, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsini tələbləri ilə qorunun iddiaçının “ədalətli məhkəmə araşdırması” hüququnu da pozmuşdur.
26. Qətnamə anlaşılan ifadələrdən istifadə edilməklə tərtib olunmalıdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, “cavabdeh məhkəmə iclasında tədbirlərdə istifadə etdiyi aləti tədbirin təşkilatçıları tərəfindən təqdim edildiyini bildirmişdir”, daha sonra isə qətnamədə deyilir ki, “iddiaçı tərəfindən isə cavabdehin irəli sürdüyü mülahizələrin əsassızlığı və araşdırılan işin halları ilə iddia tələbinin əsassız olması nəticəsinə gəlməyə imkan vermişdir”. “İddiaçı tərəfindən isə cavabdehin irəli sürdüyü mülahizələrin əsassızlığı və araşdırılan işin halları ilə iddia tələbinin əsassız olması nəticəsinə gəlməyə imkan vermişdir” ifadəsi ilə Məhkəmənin nə demək istədiyi aydın deyil. Bu durum MPM-nin 220.1-cimaddəsinin tələbinin pozulmasıdır. Həmçinin qətnamədən aydın olur ki, “cavabdeh tədbirlərdə istifadə etdiyi alətin ona tədbirin təşkilatçıları tərəfindən təqdim edildiyini bildirmişdir”. İrəli sürdüyü bu etirazını sübut etmək cavabdehin vəzifəsidir. Bunun əksini sübut etmək vəzifəsi iddiaçıya aid olmadığı kimi, əgər cavabdeh bu etirazını sübut edə bilmirsə demək ki, həmin tədbirlərdə istifadə etdiyi aləti (qavaldaş nağaranı) ona tədbirin təşkilatçıları verməyib, özü, öz təşəbbüsü ilə, tədbirə daha da rəngarənglik qatmaq, daha çox gəlir əldə etmək, məşhurlaşmaq üçün gətirmişdir. İşdə ona sübutlardan heç biri cavabdehin bu etirazını sübut etmir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
27. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər.
28. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
29. Məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
30. Maddə 30.1 Hər kəsin əqli mülkiyyət hüququ vardır.
31. Maddə 30.2 Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
32. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
33. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanunu
34. Maddə 5.1. Müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur.
35. Maddə 8.1. Əsəri yaradan şəxs onun müəllifi sayılır. Əsərə müəlliflik, digər sübutlar yoxdursa, adı altında açıqlanmış şəxsə məxsusdur.
36. Maddə 8.5. Əsəri qeydiyyatdan keçirən hüquq sahibinə nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş şəhadətnamə verilir. Mübahisə yaranan hallarda, digər sübutlar olmadıqda, qeydiyyat haqqında şəhadətnamə məhkəmə tərəfindən müəlliflik prezumpsiyası kimi tanınır.
37. Maddə 14.1. Əsərin müəllifinin aşağıdakı şəxsi (qeyri-əmlak) hüquqları vardır: a) əsərin müəllifi kimi tanınmaq hüququ (müəlliflik hüququ); b) əsərdən öz adı ilə, təxəllüslə, yaxud adsız (anonim) istifadə etmək və ya bu cür istifadəyə icazə vermək hüququ (ad hüququ); v) əsərinin mənasının dəyişilməsinə, təhrif olunmasına və müəllifin şərəf və ləyaqətinə xələl gətirən hər hansı başqa hərəkətlərə qarşı çıxmaq hüququ (şöhrətinə hörmət edilməsi hüququ); q) istifadədən götürmək də daxil olmaqla, əsərinin istənilən formada açıqlamaq və ya açıqlanmasına icazə vermək hüququ (açıqlama hüququ);
38. Maddə 14.2. Şəxsi hüquqlar bölünməz və özgəninkiləşdirilməz olub əmlak hüquqlarından asılı olmayaraq, müəllifə məxsusdur və əmlak hüququnun başqasına verildiyi hallarda da müəllifdə qalır.
39. Maddə 15.1. Müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququ vardır.
40. Maddə 15.2. Əsərdən istifadəyə müstəsna hüquqlar aşağıdakıları həyata keçirməyi, həyata keçirilməsinə icazə verməyi, yaxud qadağa qoymağı bildirir: əsərin birbaşa və ya dolayısı yolla surətini çıxarmaq (surətçıxarma hüququ); əsərin orijinalını və ya nüsxələrini satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə yaymaq (yaymaq hüququ); əsərin orijinalını və ya nüsxələrini kirayəyə vermək (kirayə hüququ); əsərin nüsxələrini (o cümlədən müəllifin, yaxud əsərə müstəsna müəlliflik hüquqlarının sahibinin razılığı əsasında istehsal edilmiş nüsxələri) yaymaq məqsədi ilə idxal etmək (idxal hüququ); əsəri kütləvi nümayiş etdirmək (kütləvi nümayiş hüququ); əsəri kütləvi ifa etmək (kütləvi ifa hüququ); kütləyə çatdırılması məqsədi ilə əsərin kütləvi bildirişi (verilişin efirlə və ya kabellə kütləvi bildirişi daxil olmaqla) (kütləvi bildiriş hüququ); əsərin kütləyə çatdırılması üçün onun ilk və ya sonrakı bildirişləri də daxil olmaqla efirlə kütləvi bildirişi (efirlə kütləvi bildiriş hüququ); kütləyə çatdırmaq üçün ilk və sonrakı bildirişlər də daxil olmaqla əsərin kabellə (kabel, naqil və ya digər oxşar vasitələrlə) bildirişi (kabellə kütləvi bildiriş hüququ); əsəri tərcümə etmək (tərcümə hüququ); əsəri interaktiv istifadə üçün kütləyə çatdırma (interaktiv kütləvi bildiriş hüququ); dəyişdirmək, aranjeman etmək, yaxud başqa formada yenidən işləmək (yenidən işləmək hüququ). memarlıq, şəhərsalma və bağ-park layihələrindən istifadə üzrə müstəsna hüquqlara həm də belə layihələrdən praktik istifadə etmə halları daxildir. Qəbul edilmiş arxitektura layihəsinin müəllifinin, müqavilədə başqa hal nəzərdə tutulmadıqda, sifarişçidən öz layihəsinin tikinti üçün sənədlərinin hazırlanmasında və binanın tikintisində (tikilidə) iştirakını tələb etmək hüququ vardır.
41. Maddə 44.1. Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri, habelə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər.
42. Maddə 45. Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər. Məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə aşağıdakılar barədə qərar qəbul edə bilər: 1) zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması; 2) zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi; 3) hüquq pozuntusunun ağırlıq dərəcəsi və digər şəxslərin qanuni maraqları nəzərə alınmaqla məhkəmə qərarına əsasən pirat nüsxələrin surətinin çıxarılması (istehsalı) üçün istifadə edilmiş material və avadanlıqların müsadirə olunması; 4) pirat nüsxələrin hüquqları pozan tərəfə heç bir kompensasiya ödənilmədən məhkəmə qaydasında müsadirə olunması və ya məhv edilməsi. Müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərinin texniki müdafiə vasitələrinin birbaşa müdaxilə yolu və ya dolayısı ilə ələ keçirilməsinə yönəldilmiş hərəkətlər müəlliflik hüququ və əlaqəli hüquqların pozulmasına görə qanunvericilikdə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Məhkəmə hüquq pozuntusu faktı sübut edildiyi halda vəkilə ödənilən haqq da daxil olmaqla hüquq sahibinin çəkdiyi ağlabatan xərclərin ödənilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Məhkəmə, həmçinin, hüquq pozuntusuna yol vermiş şəxsin bunu bilibbilməməsindən asılı olmayaraq pozuntulara görə həmin şəxsin müəllifə (digər hüquq sahibinə) və ya əlaqəli hüquqların sahibinə kompensasiya ödəməsi barədə qərar çıxara bilər. Müəllifin və ya əlaqəli hüquqların sahibinin hüquq pozuntusuna yol verən şəxsdən kompensasiya ilə yanaşı, ona məxsus olan əsərdən və ya digər əqli mülkiyyət hüququ obyektindən normal istifadə zamanı əldə edə biləcəyi qonorarın ödənilməsini də tələb etmək hüququ vardır.
43. Maddə 47. Bu Qanunla nəzərdə tutulmuş müəlliflik hüququnun və əlaqəli hüquqların pozulmasına görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
44. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
45. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 64. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur.
48. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
52. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
53. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
54. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
Apellyasiya baxışının hədləri
55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
56. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
57. Apellyasiya şikayətindən görünür ki, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-188/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək iddiasının təmin edilməsini xahiş etmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən - Cavabdeh oğu tərəfindən İddiaçı məxsus “Qavaldaş nağara” əsərinin qanunsuz istifadə etməsi barədə və “Qavaldaş nağara” əsərinin iddiaçıya məxsus olması barədə təkzibin cavabdehə məxsus sosial şəbəkə hesabında (https://www.instagram.com/ramil_amarok/) verilməsi, Cavabdeh yazılı şəkildə, habelə cavabdehə məxsus sosial şəbəkə hesabında (https://www.instagram.com/ramil_amarok) iddiaçıya məxsus “Qavaldaş nağara” əsərindən qanunsuz istifadə etdiyinə görə iddiaçıdan üzr istəməsi, Cavabdeh sahibliyində olan qaval daşının məhv edilməsi, Cavabdeh tərəfindən qaval daşının istifadəsi ilə bağlı məlumatların (video, foto və s.) ona məxsus sosial şəbəkə hesablarından silinməsi, Cavabdeh tərəfindən iddiaçının müəlliflik hüquqlarını pozmaqla tətbiqi sənət əsərindən qanunsuz istifadə edilməsi ilə əlaqədar Cavabdeh İddiaçı xeyrinə 10000 manat mənəvi zərərin tutularaq iddiaçıya ödənilməsi hissələrində təmin edilməli, məhkəmə müraciət etmək üçün ödənilmiş 844,9 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
59. İşin hallarından görünür ki, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən “Qavaldaş nağara” əsərə müstəsna müəlliflik hüququ İddiaçı adına xx.xx.2019cu il tarixində qeydiyyata alınmışdır. İddiaçı iddia edir ki, onun tərəfindən 2012-ci ildə yaradılmış materialı daşdan olmayan, ebonit olan, əl ilə ifa olunan və fərqli səs effektlərinə malik “Qavaldaş nağara” adlı tətbiqi sənət əsəri onun adına qeydiyyata alınsa da, cavabdeh Ramal Cahangirov iddiaçının razılığı olmadan qanunsuz olaraq tətbiqi sənət əsərinə olan çertyojlardan və materiallardan istifadə edilərək yaradılmış qaval daşından müxtəlif tədbirlərdə istifadə etmiş, bununla məşhurluq əldə etmiş və haqsız qazanc əldə etmişdir.
60. Cavabdeh tərəf iddiaya etiraz edərək, bildirmişlər ki, cavabdeh tərəfindən iddiaçıya məxsus tətbiqi sənət əsərinin müəlliflik hüququ obyekti olan çertyojlardan və materiallardan istifadə edilərək “Qavaldaşı nağara” yaradılmamışdır. Cavabdeh məxsus olan “Qavaldaşı nağara”nın materialı penoplastdır, heç bir səsə malik deyildir, sadəcə maket şəklindədir və səhnədə butafor kimi istifadə olunaraq imitasiya edilir. İddiaçı məxsus “Qavaldaş nağara”nın materialı isə ebonitdir, əl ilə ifa olunur, fərqli səs effektlərinə malikdir. Bundan əlavə, iddiaçıya məxsus olan “Qavaldaşı nağara”dan cavabdeh tərəfindən heç vaxt və heç bir tədbirdə istifadə olunmamış və hər hansı bir qazanc əldə edilməmişdir.
61. Birinci instansiya məhkəməsi mülki işi araşdırarkən, bir neçə dəfə ekspertiza təyin etmiş, 02 may 2024-cü il tarixli ekspert rəyi ilə İddiaçı təqdim etdiyi “Qavaldaşı nağara”nın imitatoru (maketi) Qobustan Milli Tarix-Bədii Qoruğunda yerləşən üç ədəd qavaldaş nağaralarla xarici həndəsi xüsusiyyətlərində və ölçülərində eynilik təşkil etməməsi müəyyən olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 12 sentyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh təqdim etdiyi qavaldaş nağarasının imitatoru (maketi) və Qobustan Milli Tarix-Bədii Qoruğunda yerləşən, o cümlədən cavabdehin göstərdiyi qavaldaşları xarici həndəsi xüsusiyyətlərinə və ölçülərinə görə eynilik təşkil etmirlər.
62. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanunun 8.5-ci maddəsinə əsasən, əsəri qeydiyyatdan keçirən hüquq sahibinə nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş şəhadətnamə verilir. Mübahisə yaranan hallarda, digər sübutlar olmadıqda, qeydiyyat haqqında şəhadətnamə məhkəmə tərəfindən müəlliflik prezumpsiyası kimi tanınır.
63. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən iddiaçının adına dövlət qeydiyyatına alınmış “Qavaldaş nağara” adlı tətbiqi sənət əsəri ilə Qobustan Milli Tarix- Bədii Qoruğunda yerləşən üç ədəd qavaldaş nağaralar ilə müqayisəli tədqiqatın aparılması anlaşılan deyil.
64. Digər tərəfdən, iş materiallarında olan birinci instansiya icraatı zamanı əldə olunmuş mütəxəssis rəyi ilə cavabdeh tərəfindən istifadə olunan obyektlə iddiaçının yaradıcıllıq fəaliyyətinin nəticəsi hesab olunan iddiaçıya məxsus tətbiqi sənət əsəri ilə oxşar olması və iddiaçının müəlliflik hüquqlarının pozulması müəyyən olunmuşdur. Həmin rəyə əsasən müəllifdən razılıq alınmadan müəllifə məxsus tətbiqi sənət əsərinin hazırlandığı materialdan fərqli olan materialdan hazırlanması, formanın oxşar və ya eyni olaraq başqa ölçüdə istifadə etməsi müəlliflik hüququnun pozulması kimi qiymətləndirilməlidir. Eyni zamanda musiqi alətinin ifa tərzinin fərqli olması müəlliflik hüququ obyekti kimi iddiaçının adına qeydiyyata alınmış əsərdən qanunsuz istifadə halını aradan qaldırmır.
65. Sumqayıt Apellyasiya Məhkəməsinin sorğusu ilə əldə edilmiş Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində də göstərilmişdir ki, ilkin təəssürat baxımından Cavabdeh tərəfindən istifadə olunan obyektlə İddiaçı yaradıcılıq fəaliyyətinin nəticəsi olan tətbiqi sənət əsərinin vizual olaraq tam oxşar olduğu görünür. Bu isə özü-özlüyündə müəllifin (İddiaçı) Qanunun 14-cü və 15-ci maddələrində müəyyən edilmiş hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.
66. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, mübahisənin qanuni həlli baxımından iş üzrə əldə olunmuş mütəxəssis rəyin qiymətləndirilməsi həlledici əhəmiyyət kəsb etsə də, MPM-nin 88-ci maddəsinin tələbləri pozularaq işə baxılarkən “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri baxımından hüquqi dəyərləndirmə aparılmamış, İddiaçı mübahisə predmeti olan tətbiqi sənət əsərinə olan müstəsna müəlliflik hüququna hüquqi qiymət düzgün verilməmişdir, nəticədə düzgün olmayan məhkəmə aktı qəbul olunmuşdur.
67. Birinci instansiya məhkəməsi düzgün qymətləndirmə aparmayaraq faktiki olaraq iddiaçıya Əqli Mülkiyyət Agentliyi tərəfindən əsərin qeydiyyatı haqqında şəhadətnaməsi ilə İddiaçı verilmiş hüquqları heçə endirmiş, onları əhəmiyyətsiz hala gətirmişdir.
68. Kollegiya ilk növbədə qeyd edir ki, müəlliflik hüququ elm, ədəbiyyat və incəsənət əsəri müəlliflərinin hüquqlarını ifadə edən hüquqi termindir. Qanunverici nəinki müəlliflik hüququnu müdafiə edir, hətta həmin hüquqla sıx bağlı olan əlaqəli hüquqları da müdafiə edir. Belə ki, əlaqəli hüquqlar müəllif hüququ ilə qorunan əsərlərin ətrafında əmələ gəldiyindən və müəlliflik hüququndan asılı olduğundan, həmin hüquqlar müəlliflik hüququna riayət etməklə tanınır.
69. Yəni İddiaçı məxsus olan “Qavaldaş nağara” müəlliflik hüququnun obyekti olsa da, İddiaçı səhnədə həmin qavaldaş nağara ilə çıxış etməsi, ifası və ümumiyyətlə bu tərzdə çıxış etməsinin ideyası əlaqəli hüquqların obyektidir.
70. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı müəllifi olduğu “Qavaldaş nağara” adlı müəlliflik hüququ obyekti tətbiqi sənət əsəri kimi qeydiyyata alınması, həmçinin həmin obyektlə bağlı olan bütün digər əlaqəli hüquqları da müdafiə altına almışdır.
71. Beləliklə kollegiya hesab edir ki, cavabdeh səhnədə (iş materiallarda olan video görüntüdə olan) iddiaçıya məxsus tətbiqi sənət əsərinə zahirən oxşar (onun hazırlandığı materialdan fərqli olan materialdan və ya fərqli ölçülərdə alətin hazırlansa da belə) alətdən istifadə etməklə, bu alətlə səhnədə çıxış etməklə İddiaçı məxsus müəlliflik və digər əlaqəli hüquqlarını (konsepsiyasının, səhnədə görüntünün vizual olaraq eyni olması) pozmuşdur.
72. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, cavabdeh ona məxsus sosial şəbəkə hesabında (https://www.instagram.com/ramil_amarok/) qaval daşı əsərinin iddiaçıya məxsus olması barədə təkzibini verməlidir.
73. Kollegiya həmçinin belə qənaətə gəlir ki, cavabdeh özünə məxsus qaval daşının səhnədə butafor kimi istifadə olunmasını öz etirazında bildirdiyindən, qaval daşın (penoplastdan olsa da) səhnədə istifadəsi iddiaçıya məxsus çıxışın ideya və konsepsiyası ilə vizual olaraq eynilik təşkil etdiyindən, iddiaçının müəlliflik hüququ ilə yanaşı əlaqəli hüquqları pozulduğundan, qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə məxsus Bakı şəhəri Ağadadaş Qurbanov 51 ünvanda yerləşən qavaldaş nağara məhv edilməli, Cavabdeh tərəfindən qavaldaş nağaranın istifadəsi ilə bağlı məlumatlar (video, foto və s.) ona məxsus sosial şəbəkə hesablarından silinməlidir.
74. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanunun 45-ci maddəsinə əsasən, müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər. Məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa iddiaçı pirat nüsxələrin hüquqları pozan tərəfə heç bir kompensasiya ödənilmədən məhkəmə qaydasında müsadirə olunmasını və ya məhv edilməsini tələb edə bilər.
75. Kollegiya hesab edir ki, İddiaçı “Qavaldaş nağara” adlı müəlliflik hüququ obyektindən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququ olduğundan, əsərdən istifadənin həyata keçirilməsi, həyata keçirilməsinə icazə verilməsi, yaxud qadağa qoyulması kimi hüquqlar da iddiaçıya məxsusdur.
76. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi də müəllifdən razılıq alınmadan çertyojda nəzərdə tutulan sxem və ya təsvirlərdən istifadə edilərək müəllifə məxsus tətbiqi sənət əsərinə zahirən oxşar alətdən istifadə etməsini (onun hazırlandığı materialdan fərqli olan materialdan və ya fərqli ölçülərdə alətin hazırlanması belə) müəlliflik hüquq pozuntusu ilə nəticələnməsini mütəxəssis rəyində bildirmişdir.
77. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki mühakimə icraatında təkziblə yanaşı, cavabdehin üzərinə “üzr istənilməsi” öhdəliyi də qoyulmalıdır.
78. Kollegiya mənəvi zərərin tutulmasına dair hissəyə qiymət verərək hesab edir ki, Natıq Şirinov ölkədə kifayət qədər tanınmış, milli mədəniyyətə xüsusi xidmətləri olmuş şəxs olduğundan, cavabdeh tərəfindən isə onun müəlliflik hüquqları pozulduğundan, cavabdehin tötətdiyi hüquq pozuntusunun dərəcəsi nəzərə alınmalı, mənəvi zərərin məbləği 10000 manat müəyyən edilməsi işin hallarına uyğun olmaqla, ağlabatan və ədalətlidir.
79. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.
80. Həmin Qərarda nəzərdə tutulmuşdur ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib olan halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə əsasən müəyyən olunmalıdır.
81. Avropa Məhkəməsi “Varnava və digərləri Türkiyəyə qarşı” iş üzrə 18 sentyabr 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir.
82. Məhkəmə kollegiyası “Cavabdeh tərəfindən iddiaçının müəlliflik hüquqlarının pozmaqla tətbiqi sənət əsərindən qanunsuz istifadə edilməsi ilə əlaqədar əldə olunan gəlirin tutulması əvəzinə cavabdehdən 54900 manat məbləğində maddi zərərin tutulması”na dair hissəsinə hüquqi qiymət verərək, hesab edir ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən gəlir əldə edilməsi sübut olunmadığından, həmin hissədə iddia təmin edilə bilməz.
83. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən - Cavabdeh oğu tərəfindən İddiaçı məxsus “Qavaldaş nağara” əsərinin qanunsuz istifadə etməsi barədə və “Qavaldaş nağara” əsərinin iddiaçıya məxsus olması barədə təkzibin cavabdehə məxsus sosial şəbəkə hesabında (https://www.instagram.com/ramil_amarok/) verilməsi, Cavabdeh yazılı şəkildə, habelə cavabdehə məxsus sosial şəbəkə hesabında (https://www.instagram.com/ramil_amarok) iddiaçıya məxsus “Qavaldaş nağara” əsərindən qanunsuz istifadə etdiyinə görə iddiaçıdan üzr istəməsi, Cavabdeh sahibliyində olan qaval daşının məhv edilməsi, Cavabdeh tərəfindən qaval daşının istifadəsi ilə bağlı məlumatların (video, foto və s.) ona məxsus sosial şəbəkə hesablarından silinməsi, Cavabdeh tərəfindən iddiaçının müəlliflik hüquqlarını pozmaqla tətbiqi sənət əsərindən qanunsuz istifadə edilməsi ilə əlaqədar cavabdehdən İddiaçı xeyrinə 10000 manat mənəvi zərərin tutularaq iddiaçıya ödənilməsi hissələrində təmin edilməli, məhkəmə müraciət etmək üçün ödənilmiş 844,9 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
84. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, ekspertiza tədqiqatlarının xərci olan 500 manat pul vəsaiti Cavabdeh oğundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir.
85. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-188/2024 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh oğu tərəfindən İddiaçı məxsus “Qavaldaş nağara” əsərinin qanunsuz istifadə etməsi barədə və “Qavaldaş nağara” əsərinin iddiaçıya məxsus olması barədə təkzibin cavabdehə məxsus sosial şəbəkə hesabında (https://www.instagram.com/ramil_amarok/) verilsin. Cavabdeh yazılı şəkildə, habelə cavabdehə məxsus sosial şəbəkə hesabında (https://www.instagram.com/ramil_amarok) iddiaçıya məxsus “Qavaldaş nağara” əsərindən qanunsuz istifadə etdiyinə görə iddiaçıdan üzr istəsin. Cavabdeh sahibliyində olan qaval daşı məhv edilsin. Cavabdeh tərəfindən qaval daşının istifadəsi ilə bağlı məlumatlar (video, foto və s.) ona məxsus sosial şəbəkə hesablarından silinsin. Cavabdeh tərəfindən iddiaçının müəlliflik hüquqlarını pozmaqla tətbiqi sənət əsərindən qanunsuz istifadə edilməsi ilə əlaqədar Cavabdeh İddiaçı xeyrinə 10000 (on min) manat məbləğində mənəvi zərər tutularaq iddiaçıya ödənilsin. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 844,9 (səkkiz yüz qırx dörd manat doxsan qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri 500 (beş yüz) manat pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.