Məhkəmə qərarları › İş №2(103)-4105/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4105/2025

28.10.2025 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4105/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X54” Hospitalına qarşı sağlamlığın pozulması nəticəsində dəymiş maddi ziyanın və mənəvi zərərin ödənilməsi barədə mülki iş üzrə (açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X10 (sədrlik edən və məruzəçi), X26 və X7 ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, cavabdehin nümayəndələri Vəkil3, X13 və X3, ekspert X27, mütəxəssis X22 iştirakı ilə, İddiaçı cavabdeh “X54” Hospitalına qarşı sağlamlığın pozulması nəticəsində dəymiş maddi ziyanın və mənəvi zərərin ödənilməsi barədə mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, e-2(007)-2222/2024 nömrəli qətnaməsindən İddiaçı və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ayrı – ayrılıqda verilmiş apellyasiya şikayətlərinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı telma oğlunun övladı Adəm Mustafayev xx.xx.2022-ci il tarixdə cavabdeh «X54» Hospitalda doğulmuşdur. Uşaq doğulan zaman AV Kalp Blok ilə doğulmuşdur.

2. Uşaq xx.xx.2023-cü il tarixdə tənəffüs sıxıntısı və konjenital kalp bloğu diaqnozu ilə «X54» Hospital “Uşaq Kardiologiya” şöbəsinə yerləşdirilib. Fiziki müayinə zamanı ümumi vəziyyəti orta ağır olaraq qiymətləndirilib. Uşaq xx.xx.2023-cü il tarixdə ümumi vəziyyəti kafi olaraq qiymətləndirilməklə “Akut üst solunum yolu enfeksiyonu, tanımlanmamış” və “Konjenital kalp bloğu” diaqnozu ilə evə yazılıb.

3. Uşaq yenidən xx.xx.2023-cü il tarixdə “yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası” diaqnozu ilə «X54» Hospital “Uşaq Kardiologiya” şöbəsinə yerləşdirilib. Fiziki müayinə zamanı ümumi vəziyyəti orta ağır olaraq qiymətləndirilib. Uşaq xx.xx.2023-cü il tarixdə ümumi vəziyyəti kafi olaraq qiymətləndirilməklə ailənin istəyi ilə tədavi rədd imzalanmaqla evə yazılıb.

4. Adəm Mustafayev xx.xx.2023-cü il tarixdə cavabdeh «X54» Hospitalda əməliyyat olunmuş və uşağa iki odalı daimi pacemaker və bipolar AV elektrodu yerləşdirilib. Uşaq xx.xx.2023-cü il tarixdə evə yazılıb.

5. xx.xx.2023-cü il tarixdə uşaq ümumi narahatlıq, subfebril qızdırma şikayəti ilə xəstəxanaya yerləşdirilib, yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu qoyulub, xx.xx.2023-cü il tarixdə evə yazılıb.

6. xx.xx.2023-cü ildə “Uşaq sağlamlığı və Xəstəlikləri” şöbəsində rutin çocuk sağlığı müayinəsi olunub.

7. xx.xx.2023-cü il tarixdə qızdırma, tənəffüs çatışmazlığı, peroral sianoz, rengin avazimasi, interkostal subkostal cekinmeler şikayəti ilə xəstəxanaya gəlib. Yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu qoyulub.

8. xx.xx.2023-cü il tarixdə solunum sıxıntısı və taşikardi şikayəti ilə “Uşaq Ürək- Damar Cərrahiyyəsi” şöbəsinə yerləşdirilib. Yenidən “yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası” diaqnozu qoyularaq xx.xx.2023-cü il tarixdə evə yazılıb.

9. xx.xx.2023-cü il tarixdə temperatur, göyərmə, soluqluq, halsızlıq, huzursuzluq şikayəti ilə xəstəxanaya yerləşdirilib. Daxil olarkən ümumi vəziyyət ağır olaraq qiymətləndirilib. Uşaq intubasiya olunaraq STA-ya qoşulub. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək uşağın vəziyyəti çox ağır olaraq qiymətləndirilib. Huşu çox zaman sedasiya halında olub. xx.xx.2023-xx.xx.2023 cü il tarixlərində isə uşağın ümumi vəziyyəti kafi olaraq qiymətləndirilib.

10. xx.xx.2023-cü il tarixdə uşaq ailənin istəyi ilə iləri tədqiq və müalicə məqsədi ilə transfer olunması üçün tibbi komandaya təhvil verilib. Uşağa ürək çatışmazlığı, ürək ritminin digər pozğunluqları, digər dəqiqləşdirilmiş sepsis, tam qulaqcıq-mədəcik blokadası, kalp pili bulunuşu diaqnozu qoyulub.

11. xx.xx.2023-cü il tarixdə Adəm Mustafayev tibbi heyət, hava ambulansı ilə Türkiyə Respublikası aparılaraq, “X17 Fakültəsi”nə yerləşdirilmişdir.

12. “Hacettepe Universiteti Tıp Fakültəsi” tərəfindən uşağa konjenital AV Blok, DDD pacemaker implantasyonu sonrası pacemaker ilişkili (əlaqəli) kardiyomyopati, Ağır ürək çatışmazlığı, kardiostimulyatorun revizyası-yəni sol istiqamət sahəsində kardiostimulyator implantasiyası, transkatater ASD bağlanması diaqnozu qoyulmuşdur.

13. xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arası və xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arası uşaq “Hacettepe Universiteti Tıp Fakültəsi”ndə stasionar, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arası və xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arası isə ambulator qaydada müşahidə edilmişdir.

14. “Hacettepe Universiteti Tıp Fakültəsi”ndə yerləşdirildikdən sonra uşaqda olan pacemakerin temp rejimi DDD pacingdən VVİ pacingə keçirilmiş, temp sürəti 80-ə endirilmiş, müalicəyə başlanılmış və bir neçə gün ərzində BNP-də əhəmiyyətli dərəcədə azalma (300-ə qədər), sürətli klinik yaxşılaşma müşahidə edilmişdir.

15. Mövcud kardiostimulyator və septumda aşkar paradoksal daralma və dissinxroniya olması, EKD-də QRS-lərin çox geniş olması səbəbi ilə xəstəxananın kardiologiya və ürəkdamar cərrahiyəsi şöbəsində təkrar cərrahi biventrikulyar pacemaker implantasiyası və keçirici sistemli pacemaker implantasiyası müzakirə edilmiş və mövcud ağır KMP (kardiyomiyopati) səbəbi ilə cərrahi əməliyyat risklərinin daha yüksək olduğu nəzərə alınaraq, transvenoz sol mədəciyin endokardiyal ya a sol budaq nahiyyəsinin pacing edilməsi qərara alınmışdır.

16. xx.xx.2023-cü il tarixdə isə uşaq sol budaq nahiyyəsinin pacinqi məqsədi ilə prosedura alınmışdır.

17. Uşaqda olan köhnə pacemaker ləğv edilmişdir.

18. Uşaqda ASD olması səbəbi ilə xx.xx.2023-cü tarixdə xəstəxanaya yerləşdirilmiş və ASD-si transkatater üsulu ilə bağlanmışdır.

19. xx.xx.2024-cü il tarixdə uşaq 2 ay sonra uşaq kardioloqu və uşaq hematoloqunun qəbuluna gəlməli olduğu bildirilməklə evə yazılmışdır. 62. xx.xx.2024xx.xx.2024-cü il tarixləri arasında uşaq “Hacettepe Universiteti Tıp Fakültəsi”nə yoxlanışa aparılmışdır.

20. Bakı şəhəri Nizami rayon Prokurorluğu tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”dan görünür ki, ekspert rəyi və toplanmış materiallara əsasən X11 üzərində “X54 Hospital” klinikasında göstərilmiş tibbi xidmət zamanı Səhiyyə Nazirliyi tərəfindən 19 sentyabr 2012-ci il tarixli 700 nömrəli əmrlə təsdiq edilmiş Tibb təlimatları”nın 24.1 bəndinin (ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsi) tələbləri pozulsa da, “X54 Hospital” klinikasında Adəm Mustafayevin diaqnozunun aparılmış müvafiq müayinələrə əsasən düzgün təyin edilməsi, həqiqətən kardiostimulyatorun qoyulmasına tibbi göstəriş olması, kardiostimulyatorun düzgün qoyulmasına baxmayaraq, sadəcə göstəricilərinin düzgün təyin edilmədiyinə görə göstərilmiş qüsurlu tibbi xidmət nəticəsində Adəm Mustafayevin sağlamlığına zərərvurmanının dərəcəsi təyin edilmədiyindən, həmçinin sonuncunun üzərində Türkiyə Respublikasının “Hacettepe Universiteti”ndə icra edilmiş tibbi prosedurdan sonra Adəm Mustafayevin sağlamlıq vəziyyətinin pisləşməsinin aradan qalxması səbəbindən “X54 Hospital” klinikasının əməli fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, habelə dövlətə və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurlma kimi qiymətləndirilməmiş, toplanmış material üzrə “X54 Hospital” Klinikasının həkimlərinin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314-cü maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən həmin maddə ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir.

21. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə X1 Birliyi” X36 342/KEŞ nömrəli ekspert rəyindən görünür ki, 2022-cİ il təvəllüdlü X11 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.Adəm Mustafayevin adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, o, xx.xx.2023cü il tarixdə “X54 İnternational Hospital”a “Anadangəlmə ürək bloku”, xx.xx.2023-cü il tarixdə isə “Ürək çatmamazlığı. Ürək ritminin digər pozğunluqları. Digər dəqiqləşdirilmiş sepsis. Tam qulaqcıq-mədəcik blokadası. Kardiostimulyatorun olması” diaqnozları ilə daxil olmuşdur. Aparılmış müvafiq müayinələrə əsasən diaqnoz düzgün təyin edilmişdir. 2. Adəm Mustafayevə təyin edilmiş “Anadangəlmə ürək bloku” diaqnozu ilə əlaqədar xəstəyə ümumi anesteziya altında “Ksifoid yanaşma ilə daimi batareya və epikardial elektrodun yerləşdirilməsi” cərrahiyyə əməliyyatı icra edilmişdir. Adəm Mustafayevin adına Türkiyə Respublikası “Hacettepe Üniversitesi”ndə tərtib edilmiş tibbi sənəddən göründüyü ki, xəstədə şiddətli ürək çatışmazlığı olduğundan köhnə kardiostimulyator ləğv edilmiş, xx.xx.2023-cü il tarixdə isə “Kardiostimulyatorun revizyonu-yeni sol budaq sahəsində kardiostimulyator implantasiyası” aparılmışdır. Qeyd olunanları nəzərə alaraq “X54 İnternational Hospital da kardiostimulyatorun qoyulmasına tibbi göstəriş olmuş, kardiostimulyator düzgün qoyulsa da göstəriciləri düzgün nizamlanmamış və bu da xəstədə şiddətli ürək çatmamazlığına səbəb olmuşdur. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmayıb. 3.4. Adəm Mustafayevə “X54 İnternational Hospitaf’da göstərilmiş qüsurlu tibbi xidmət səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixli 70 saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları’nın 24.1 bəndinin (“ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsi”) pozulmasıdır.

22. İddiaçı məxsus 416973******1772 nömrəli karta dair "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-xx.xx.2023 dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə “HacettepeUniDONSEAnkara” təsviri üzrə 2438.97 manat və xx.xx.2023-cü il tarixdə “X49 Otel Ankara” təsviri üzrə 1066.06 manat vəsait kartdan məxaric edilmişdir.

23. İddiaçı məxsus 416973******1772 nömrəli karta dair "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-xx.xx.2023 dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə “X50 2” təsviri üzrə 1000 manat vəsait kartdan məxaric edilmişdir.

24. xx.xx.2024-cü il tarixli, **********39 transaksiya nömrəli mədaxil qəbzindən görünür ki, “Turkish Airlines” hesabına həmin tarixdə 1852,80 manat ödəniş edilmişdir, həmçinin, iş materiallarına 2 yetişkin-İddiaçı, Nahidə Babazadə və 1 uşaq- Adəm Mustafayevin xx.xx.2024-xx.xx.2024-cü il tarixli Türkiyə səfərinə dair uçuş tarixi, yer və uçuş üzrətinə dair sənədlər əlavə edilmişdir.

25. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, həmin tarixdə Həsənova Günay tərəfindən “ETS TUR” hesabına 880,36 manat ödəniş edilmişdir.

26. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, həmin tarixdə Həsənova Günay tərəfindən “Turkish Airlines” hesabına 1806.06 manat ödəniş edilmişdir.

27. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, həmin tarixdə Həsənova Günay tərəfindən “Turkish Airlines” hesabına 1866.32 manat ödəniş edilmişdir.

28. X44 ürünlər GİDA SAN.ve TİC. LTD.ŞTİ tərəfindən Adəm Mustafayevə dair verilmiş xx.xx.2023-cü il tarixli faturadan görünür ki, “Pacemaker” cihazı üçün cəmi 38000,60 TL ödənilməlidir.

29. X47 Sanayi ve Ticaret Ltd. Şti tərəfindən Adəm Mustafayevə dair verilmiş xx.xx.2024-cü il tarixli faturadan görünür ki, 58,894 TL ödənilməlidir.

30. İş materiallarına Gultamam Kərimova, Nahidə Babazadə, Zəminə Məmmədova və Adəm Mustafayevə aid xx.xx.2024-cü il dövrə dair bilet və uçuş xərcinə dair sənədlər əlavə edilmişdir. Toplam 25814,72 manat ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat

31. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı övladının “X54” hospitalının həkimlərinin səhlənkarlığı nəticəsində onun səhhətinin pozulması ilə əlaqədar olaraq ona dəymiş 100000 manat maddi və 100000 manat dəyərində mənəvi zərərin, ümumilikdə 200000 manat məbləğində pul vəsaitinin cavabdeh “X54” Hospitalından onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

32. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı X14 ilə 2021-ci ildə ailə həyatı qurmuş və həmin nikahdan xx.xx.2022-ci il təvəllüdlü X23 dünyaya gəlmişdir. İddiaçının övladı “X54” hospitalında dünyaya gəlmişdir. Övladı dünyaya gələndə ona hospitalda “Konjenital AV Blok” diaqnozu qoyulmuşdur. Körpənin ürək döyüntüləri 50-yə yaxın olmuş və bu normal körpə uşağın ürək döyüntülərindən təxminən iki dəfə zəif olmuşdur. İddiaçı oğlunu bir çox həkimə göstərdikdən sonra uşağın əməliyyat olunmalı olduğunu və ürək döyüntülərini tənzimləmək üçün onun üzərində “ksifoid yanaşma ilə daimi batareya və epikardia lelektrodun yerləşdirilməsi” əməliyyatı aparılmalı olduğunu bildirmişlər. Daha sonra ona X45 kardio cərrah Şiraslan Baxşəliyev və aritmoloq Bəhruz Əliyev adlı Türkiyədə uzmanlıq keçmiş həkimlərin gəldiyini, həmin həkimlərin uzun müddət Türkiyədə çalışdığını, qeyd olunan sahə üzrə savadlı mütəxəssislər olduqlarını hospitaldan ona bildirmişlər. Əməliyyatın detallarını müzakirə etdikdən sonra xx.xx.2023-cü il tarixində iddiaçının oğlu Adəm Mustafayev üzərində “ksifoid yanaşma ilə daimi batareya və epikardial elektrodun yerləşdirilməsi” əməliyyatı X41 həkim Şiraslan Baxşəliyev tərəfindən icra olunmuşdur. Əməliyyat nəticəsində azyaşlı Adəmin əzələ daxilinə ürək döyüntülərini normala salınması üçün pacemaker və Bipolar AV elektrodu yerləşdirilmişdir. Əməliyyatdan sonra xəstə bir neçə gün hospitalda qaldıqdan sonra evə buraxılmışdır. İddiaçının övladı üzərində həyata keçirilmiş əməliyyatdan sonra körpənin nəinki ürək döyüntüləri stabilləşmiş, bu dəfə də ürək döyüntüləri həddən artıq çoxalmışdır ki, bu da onun normal qidalanmasına, yatmasına, ümumiyyətlə yaşamasına olduqca böyük çətinliklər törətmişdir. Körpədə qəbzlik yaranmış, normal qidalanmadan kəsilmiş, iştahsızlıq, halsızlıq kimi simptomlar yaranmışdır. Körpənin ürək döyüntüləri 150-yə dək qalxmışdır ki, bu da onun həyatı üçün təhlükə yaratmışdır. Körpə normal qidalanmır, yatmır, gecələr dayanmadan ağlayır və zəifləməkdə davam etmişdir. Bu simptomları aşkar edən kimi iddiaçı dərhal oğlunu əməliyyat etmiş həkim Şiraslan Baxşəliyevə və müayinə həkimi Bəhruz Əliyevə müraciət etmiş, uşağın ürək döyüntülərinin normadan çox olduğunu, bunun körpənin həyatı üçün təhlükə yaratdığını və pacemakerin ayarlarının normala salınmasını xahiş etmişdir. Lakin “X54” hospitalının həkimi Şiraslan Baxşəliyev və Bəhruz Əliyev ayarların qaydasında olduğunu bildirərək ürək döyüntüsünü normala salınması üçün iddiaçının azyaşlı körpəsinə müxtəlif dərmanlar təyin etmişlər. İddiaçının oğlu Adəm əməliyyatdan təxminən 10 gün, 01 ay və 02 ay sonra təxminən hər dəfəsində bir həftəlik bir müddətdə “X54” hospitalında stasionar müalicəyə yatırılmış və ona “tənəffüs yollarının infeksiyası” diaqnozu qoyularaq yalnış müalicə aparılmışdır. Körpəyə çoxsaylı dərmanlar verilmiş, qeyd olunan müddət ərzində 1 dəfə uğursuz intubasiya və 2 dəfə uğursuz ekstubasiya olunmuş, antibiotiklər, noradrenalin, dopamin, adrenalin, mirlinon, piperasilin, tazobaktam, corolan, aldactone, Lasix, enapril, concor və s dərmanlar təyin edilərək verilmiş və müalicə yanlış istiqamətdə aparılaraq körpənin orqanizmi lazımsız dərman preparatları ilə doldurulmuşdur. Bu vəziyyət, yəni yanlış aparılmış müalicə nəticəsində iddiaçının övladının səhhəti günü-gündən pisləşmiş və körpə tamamilə demək olar ki, qidadan kəsilmişdir. xx.xx.2023-cü il tarixində iddiaçının oğlu Adəm Mustafayev “X51” yerləşdirilmiş lakin, hospitalın həkimlərinin cinayətkarcasına səhlənkarlığı nəticəsində Adəm Mustafayevə edilmiş yanlış müalicə davam etdirilmiş, nəticədə onun səhhəti hospitalda olduğu müddətdə kəskin pisləşmiş, temperaturunun qalxması fonunda ürəyi ilə yanaşı ciyərlərində problemlər yaranmış, körpədə ishal, halsızlıq yaranmış və körpə zəifləyərək koma vəziyyətinə düşmüşdür. Uzun müddətdir iddiaçının oğlunu düzgün olaraq müalicə edə bilməyən həkimlər sonunda ona “ürək çatışmamazlığı” diaqnozu qoymuşlar. Yəni aparılmış düzgün olmayan müalicə nəticəsində azyaşlıda ürək çatışmamazlığı yaranmışdır. xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək iddiaçının oğlu Mustafayev Adəmə “Liv X41” həkimlərin cinayətkarcasına səhlənkarlığı və etinasızlığı nəticəsində göstərilmiş keyfiyyətsiz tibbi yardım nəticəsində körpədə ürək çatışmamazlığı yaranmış və hospitaldan çıxarıldığı gün ona “ürək çatışmamazlığı, ürək ritminin digər pozğunluqları, digər dəqiqləşdirilməmiş sepsis, tam qulaqcıq-mədəcik blokadası, kalp pili bulunuşu” diaqnozu qoyulmuş və həkimlər Şiraslan Baxşəliyev və Bəhruz Əliyev körpənin müalicəsinin onların bacarıqlarından kənar olduğunu bildirərək təcili olaraq azyaşlının Türkiyəyə müalicə üçün aparılmalı olduğunu bildirmişlər. Bundan sonra iddiaçı “Mediclab Hospital”la əlaqə saxlayaraq təcili olaraq ölümcül vəziyyətdə olan oğlu Adəm Mustafayevi “X18 Fakültesi Hastanesi”nə təxliyyə etdirmiş, oğlu X25 Universiteti Xəstəxanasında professor doktor Tevfik Karagöz tərəfindən müayinə olunmuş və müayinə zamanı iddiaçının oğluna lazımsız dərmanlar və tibbi medikamentlərin verilməsi və ən əsası pacemakerin düzgün yerləşdirilməməsi və onun ayarlarının düzgün qoyulmaması müəyyən edilmişdir. Dərhal pacemakerin ayarları DDD pacingdən VVİ-yə, sürəti isə 80-ə endirilmiş, oğluna müalicə qismində verilmiş lazımsız medikamentlər kəsildikdən sonra azyaşlının vəziyyəti stabilləşmiş və onda sürətlə düzəlmə başlamışdır. xx.xx.2023-cü il tarixində iddiaçının oğlu üzərində həmin xəstəxanada yenidən əməliyyat keçirilərək düzgün yerləşdirilməyən pacemaker söndürülmüş və yeni pacemaker qoyulmuşdur. “X54” hospitalı tərəfindən qoyulmuş pacemakerin çıxarılması ilə bağlı da iddiaçının oğlu üzərində gələcəkdə yeni bir əməliyyat icra olunmalıdır. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, iddiaçının azyaşlı körpə oğlu Adəm Mustafayevin “X54” Xəstəxanasının və onun səriştəsiz həkimlərinin apardığı keyfiyyətsiz əməliyyat və ondan sonra “müalicə” tədbirləri nəticəsində səhhəti kəskin şəkildə pisləşmiş və sadəcə bir möcüzə nətixəsində Türkiyəyə təxliyyə olunanadək sağ qalmışdır. Hacettepe Universiteti Xəstəxanasından alınmış sağlıq raporlarından da görünür ki, iddiaçının oğlu Adəmin Cavabdeh Hospitalında keçirilmiş əməliyyatdan sonra səhhəti pisləşmiş və orada aparılmış və aylarla sürmüş keyfiyyətsiz tibbi müdaxilədən sonra iddiaçının oğlu koma vəziyyətinə düşmüş və onda ürək çatışmamazlığı yaranmışdır. Halbuki dəfələrlə iddiaçı tərəfindən müalicə həkimləri olan kardiocərrah Şiraslan Baxşəliyevə və aritmoloq Bəhruz Əliyevə pacemakerin ayarlarının düzəldilməli olması barədə xəbərdarlıq edilsə də həkimlər buna ehtiyac olmadığını bildirmişlər və iddiaçın oğlunun ürək döyüntülərini stabilləşdirmək üçün onun yaşına və sağlamlığına uyğun olmayan dərmanlarla onun orqanizmini yükləmişlər, onda bunun nəticəsində ürək çatışmamazlığı yaranmasını ondan gizlətmişlər və ən sonda oğlunun səhhətinin vəziyyəti kritik hala çatdıqda onun təxliyyə olunmalı olduğunu, körpədə ürək çatışmazlığı olduğunu etiraf etmişlər. Qeyd olunmalıdır ki, keyfiyyətsiz əməliyyatdan sonra iddiaçının oğlunun üzərində “X54” hospitalında aylarla davam edən eksperimentlər aparılması nəticəsində oğlu koma vəziyyətinə düşmüşdür. İddiaçı oğlu Adəmin Cavabdeh Hospitalında müalicəsi ilə bağlı 30 000 (otuz min manat) pul vəsaiti xərcləmişdir. Üstəlik aparılmış keyfiyyətsiz tibbi yardımdan sonra iddiaçının oğlu Türkiyəyə təxliyyə olunduqdan sonra onun həyatda qalması üçün iddiaçı tərəfindən daha 50 000 (əlli min) manat vəsait xərclənmişdir. Azyaşlının səhhətindəki problemlərin aradan qaldırılması üçün gələcəkdə də təxminən 20 000 manatdan artıq vəsait tələb olunacaqdır. Bu onun təkrarən əməliyyat olunaraq əvvəl düzgün yerləşdirilməyən pacemaker cihazının çıxarılması və azyaşlının müayinələri ilə bağlıdır. Cavabdeh hospitalın və onun həkimlərinin cinayətkarcasına səhlənkarlıği nəticəsində iddiaçı ümumilikdə 80 000 (səksən min) manat maddi zərərə uğramışdır və daha sonra azyaşlının Türkiyə Cumhuriyyətində müayinələrə aparılması zamanı isə 20 000 manatdan artıq iddiaçı tərəfindən məsrəf edilmişdir. Ümumilikdə iddiaçıya 100 000 manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, iddiaçının oğluna keyfiyyətsiz tibbi yardım və bunun nəticəsində sonuncunun səhhəti ilə bağlı sonradan yaranan problemlərlə bağlı iddiaçı oğlunu Türkiyə Cumhuriyyətinə mütəmadi həkim nəzarətindən keçməsi və müalicəsini davam etdirmək üçün aparır ki, bununla bağlı hər səfər xərci təxminən 5000 (beş min) manata başa gəlir. Həmçinin nəzərə alınmalıdır ki, “X54” hospitalında xəstənin üzərində aparılmış yanlış əməliyyat nəticəsində ona yerləşdirilmiş pacemaker aparatı söndürülsə də tibbi göstərişlər olduğundan əməliyyat olunaraq onun bədənindən çıxarılmamışdır ki, bu da gələcək də iddiaçının həmin əməliyyatı icra etdirərək maddi ziyan edəcəyini göstərir. Halbuki iddiaçının oğlu üzərində əməliyyat doğru icra edilsəydi və onun bədəninə yerləşdirilmiş pacemakerin ayarları düzgün tənzimlənsəydi, iddiaçının oğlunun əməliyyatdan sonra vəziyyəti pisləşdikdə və yenidən Cavabdeh hospitalına yerləşdirildikdən sonra onun vəziyyəti düzgün qiymətləndirilib vaxtında tibbi müdaxilə edilsəydi iddiaçıya bu qədər maddi zərər dəyməzdi. Təkcə onu qeyd etmək bəs edər ki, düzgün aparılmayan müalicə və müayinə nəticəsində iddiaçının oğlunun BNP analizlərinin (yəni şəxsdə ürək çatışmamazlığını və ürəyin yüklənməsini göstərən göstəricidir) cavabı 1500 olmuşdur. Yəni körpə uşaqda bu referans 0-100 aralığında olmalı olduğu halda Adəmdə bu referans 1500-ə qalxmışdır. Türkiyədə ilkin müdaxilədən və pacemakerin ayarları düzəldildikdən sonra isə bu ayarlar normala düşmüşdür. İddiaçı azyaşlı övladı Adəm Mustafayevin “X54 Hospital” klinikasında həkimlər tərəfindən düzgün cərrahiyyə əməliyyatı olunmaması barədə daxil olmuş müraciəti əsasında Bakı şəhəri, Nizami rayon prokurorluğunda araşdırma aparılmışdır. Təyin edilmiş həkim işinə dair komisyon məhkəmə-tibbi ekspertizasının 30 aprel 2024-cü il tarixli, 342/KEŞ nömrəli rəydən görünür ki, Adəm Mustafayev 11 iyul 2023-cü il tarixdə “X54 İnternational Hospital”da “Anadangəlmə ürək bloku”, 11 sentyabr 2023-cü il tarixdə isə “Ürək çatmamazlığı. Ürək ritminin digər pozğunluqlar. Digər dəqiqləşdirilmiş sepsis. Tam qulaqcıq-mədəcik blokadası. Kardiostimulyatorun olması” diaqnozlar ilə daxil olmuşdur. Aparılmış müvafiq müayinələrə əsasən diaqnoz düzgün təyin edilmişdir. Adəm Mustafayevə təyin edilmiş “Anadangəlmə ürək bloku” diaqnozu ilə əlaqədar xəstəyə ümumi anesteziya altında “Ksifoid yanaşma ilə daimi batareya və epikardial elektrodun yerləşdirilməsi” cərrahiyyə əməliyyatı icra edilmişdir. Adəm Mustafayevin adına Türkiyə Respublikası “Hacettepe Üniversitesi”ndə tərtib edilmiş tibbi sənəddən görünür ki, Adəm Mustafayevdə şiddətli ürək çatışmazlığı olduğundan köhnə kardiostimulyator ləğv edilmiş, 28 dekabr 2023-cü il tarixdə isə “Kardiostimulyatorun revizyonu-yeni sol budaq sahəsində kardiostimulyator implantasiyası” aparılmışdır. “X54 İnternational Hospital”da kardiostimulyatorun qoyulmasına tibbi göstəriş olmuş, kardiostimulyator düzgün qoyulsa da, göstəriciləri düzgün nizamlanmamış və bu da xəstədə şiddətli ürək çatmamazlığına səbəb olmuşdur. Tibbi manipulyasiyalarda sağlamlığa zərər vurmanın dərəcəsinin təyini nəzərdə tutulmamışdır. Adəm Mustafayevə “X54 İnternational Hospital”da göstərilmiş qüsurlu tibbi xidmət səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən 19 sentyabr 2012-ci il tarixli 70 saylı əmrlə təsdiq edilmiş Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzilə təlimatları”nın 24.1 bəndinin (“ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsi”) tələbləri pozulmuşdur.

33. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, e-2(007)- 2222/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunaraq “X54” Hospitalından 51448,82 manat məbləğində dəymiş maddi ziyan və 5000 manat məbləğində mənəvi zərərin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

34. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ilk növbədə uşağın sağlamlığına zərər vurulub vurulmamasına və vurulubsa, zərərin cavabdehin hərəkəthərəkətsizliyi nəticəsində baş verməsinə qiymət verilməlidir. İşin müəyyən edilmiş faktiki halı odur ki, xx.xx.2022-ci il təvəllüdlü Adəm Mustafayev AV Blok ilə doğulmuşdur. Av Blokun nə olduğunun “google” axtarış sistemində araşdırılması zamanı hamıya bəlli olur ki, AV Blok ürəkdə ritm pozuntusudur. Bu pozuntu, ürəyin normaldan daha yavaş atmasına ya da düzənsiz atmasına səbəb ola bilir. xx.xx.2023-cü il tarixdə isə uşaq tənəffüs çatışmazlığı şikayəti ilə xəstəxanaya yerləşdirilmiş, ümumi vəziyyəti ağır olaraq qiymətləndirilməklə, konjenital kalp bloğu, yəni anadangəlmə olan ürək xəstəliyi və akut üst solunum yolu enfeksiyonu, tanımlanmamış diaqnozu qoyulmuşdur. Uşaq yenidən xx.xx.2023-cü il tarixdə tənəffüs sıxıntısı şikayəti ilə xəstəxanaya müraciət edib, ümumi vəziyyəti orta ağır olaraq qiymətləndirilməklə yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu qoyulmuşdur. xx.xx.2023-cü il tarixdə isə uşaq əməliyyat olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarına (epikrizlər, Hecettepe Tıp fakültəsinin raporu, ekspert rəyi) əsasən müəyyən edilmişdir ki, uşaqda əməliyyatın icra olunaraq pacemaker aparatı (kardiostimulyator) yerləşdirilməsinə tibbi göstəriş olmuşdur. Lakin işin müəyyən edilmiş halı odur ki, cavabdeh «X54» Hospitalı tərəfindən kardiostimulyatorun göstəriciləri düzgün nizamlanmamış və bu da uşaqda şiddətli ürək çatışmazlığına səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə X1 Birliyi” X36 342/KEŞ nömrəli ekspert rəyindən görünür ki, “X54 İnternational Hospital”da kardiostimulyatorun qoyulmasına tibbi göstəriş olmuş, kardiostimulyator düzgün qoyulsa da göstəriciləri düzgün nizamlanmamış və bu da xəstədə şiddətli ürək çatmamazlığına səbəb olmuşdur. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmayıb. Adəm Mustafayevə “X54 İnternational Hospital’da göstərilmiş qüsurlu tibbi xidmət səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixli 70 saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları’nın 24.1 bəndinin (“ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsi”) pozulmasıdır. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlər ilə birlikdə qiymətləndirərək qeyd edir ki, ekspertin rəydə gəldiyi nəticə işdə olan digər sübutlar ilə də öz təsdiqini tapdığından mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən prosessual qənaət prinsipi nəzərə alınaraq əlavə və təkrar ekspertiza təyin edilməmiş, cavabdeh tərəf isə əlavə və ya təkrar ekspertizanın təyin edilməsi zəruriliyini kifayət qədər əsaslandırmamışdır. Cavabdehin nümayəndəsi və vəkilinin tək etirazı isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X19” PHŞ tərəfindən verilmiş 342/KES nömrəli rəy üzrə məhkəmə-tibbi ekspert komissiyasının tərkibinə mütəxəssis qismində cəlb edilmiş Ramil Əliyevin müvafiq rəy vermək səlahiyyətinin olmaması ilə əsaslandırmışdır. O, mütəxəssisin rəy vermək üçün müvafiq səlahiyyətə malik olmaması ilə bağlı etirazının dəlilini isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 07 fevral 2023-cü il tarixli, 3-28/3-1-98/2023 saylı, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mütəxəssis-ekspertləri haqqında” əmrinə istinad etməklə əsaslandırmışdır. Belə ki, cavabdehin nümayəndəsi və vəkili qeyd etmişdir ki, əmrdə göstərilən Səhiyyə Nazirliyinin müətəxəssis-ekspertlərinin siyahısında Ramil Əliyevin adı qeyd edilməmişdir. Lakin iş üzrə izahatı alınmış, məhkəmə-tibbi ekspert komissiyasının şöbə rəisi Cavid Cahangirli bildirmişdir ki, onlar tərəfindən komissiyon məhkəmə ekspertizası onların öz Əsasnamələrinə uyğun olaraq təşkil edilir. Əgər ekspertizanı təyin etmiş orqan tərəfindən konkret olaraq Səhiyyə Nazirliyinin müvafiq əmrində qeyd edilən ekspertlərin mütəxəssis qismində cəlb edilməsi ilə bağlı tələb olduğu halda həmin ekspert mütəxəssislər cəlb edilirlər. Həmin əmrdə qeyd edilən mütəxəssisekspertlər Səhiyyə Nazirliyinin həkimlərindən şikayət olduğu halda cəlb edilirlər. Əgər ekpertizanın təyin edilməsi ilə bağlı qərarda konkret olaraq ekspertin adı qeyd olunmayıbsa, bu zaman eksperti onlar özləri müəyyənləşdirirlər. Mübahisələndirilən ekpsert rəyi üzrə də, konkret göstəriş olmadığına görə Ramil Əliyevin mütəxəssis kimi cəlb olunduğu və onun 20 illik təcrübəsi, rəy vermək səlahiyyəti olduğunu bildirmişdir. Cavabdeh tərəfindən həmin rəy üzrə mütəxəssis qismində cəlb edilmiş şəxsin rəy vermək səlahiyyəti olmadığını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iş üzrə tərəfin ekspert rəyi ilə razı olmaması özü özlüyündə həmin rəyin şübhə altına alınmasına əsas vermir. Cavabdehin nümayəndəsi ekspert rəyi ilə razı olmamasını kifayət qədər əsaslandırmamış və həmin rəyin mötəbərliyini şübhə altına alan zəruri sübutları məhkəməyə təqdim etməmişdir. İşdə olan sübutlarda, ilk öncə «X54» Hospitalı tərəfindən əməliyyat icra edildikdən sonra xəstəxanada davam edən müalicəyə dair epikrizlərdən aydın olur ki, əməliyyatdan sonra evə yazıldığı xx.xx.2023-cü il tarixdən sonra xx.xx.2023-cü il tarixdə uşaq ümumi narahatlıq, qızdırma şikayəti ilə xəstəxanaya yerləşdirilmiş, uşağa yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu qoyularaq xx.xx.2023- cü il tarixdə evə yazılmışdır. Həmin dövrü əhatə edən müşahidə qeydindən görünür ki, uşaqda ürək ritmi 120-130, 120-140, 120-150 arası, tənəffüsü zəif taxipnoik (tənginəfəs) olmuşdur. Daha sonra xx.xx.2023-cü il tarixdə rutin müayinə üçün müraciət etmiş, xx.xx.2023-cü il tarixdə uşaq yenidən qızdırma, tənəffüs çatışmazlığı, şikayəti ilə xəstəxanaya gətirilib, yenidən yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu qoyulub. xx.xx.2023-cü ildə solunum sıxıntısı və taşikardi şikayəti ilə xəstəxanaya yerləşdirilib, yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu qoyulub və xx.xx.2023-cü il tarixdə evə yazılmışdır. Həmin dövrü əhatə edən müşahidə qeydindən görünür ki, uşağın ürək ritmi 163, 103, 130-150, 110-130, 100-120 arası, tənəffüsü zəif taxipnoik (tənginəfəs) olmuşdur. xx.xx.2023-cü il tarxidə isə temperatur, göyərmə, soluqluq, halsızlıq, huzursuzluq şikayəti ilə xəstəxanaya yerləşdirilmiş, ümumi vəziyyəti ağır qiymətləndirilmiş, intubasiya olunaraq STA-ya qoşulmuş, uşağa ürək çatışmazlığı, ürək ritminin digər pozğunluqları, digər dəqiqləşdirilmiş sepsis, tam qulaqcıq-mədəcik bolkadası, kalp pili bulunuşu diaqnozları qoyulmuşdur. Uşağın vəziyyəti daxil olduğu vaxtdan xx.xx.2023-cü il tarixədək ağır olaraq qiymətləndirilmiş, huşu sedasiya (anestezioloq tərəfindən tətbiq olunan yuxu halı) altında olmuşdur. Uşaq xx.xx.2023-cü il tarixdə isə iləri tədqiq müalicə üçün transfer olunması üçün tibbi komandaya təslim edilmişdir. İşin müəyyən edilmiş digər faktiki halı odur ki, uşaq həkim nəzarəti altında hava ambulansı (təcili tibbi yardım) ilə xx.xx.2023-cü il tarixdə, Türkiyə Respublikası, Ankara şəhərinə aparılmış və “X20 Fakültəsi” Acil Servisə yerləşdirilmişdir. Daha sonra uşaq 4- 5lt/dk oksigen dəstəyi ilə yoğun bakıma yerləşdirilmişdir. Uşağa xəstəxanada konjenital AV Blok, DDD pacemaker implantasyonu sonrası pacemaker ilişkili (əlaqəli) kardiyomyopati, Ağır ürək çatışmazlığı, kardiostimulyatorun revizyası-yəni sol istiqamət sahəsində kardiostimulyator implantasiyası, transkatater ASD bağlanması diaqnozu qoyulmuşdur. Göründüyü kimi cavabdeh “X54” Hospitalı tərəfindən icra edilmiş “pacemaker” əməliyyatının nəticəsində həmin pacemakerin göstəricilərinin düzgün nizamlanmaması uşaqda ürək çatışmazlığına səbəb olmuşdur. Belə ki, X20 Fakültəsi tərəfindən verilmiş arayışdan da aydın olur ki, uşağa DDD kardiostimulyator (pacemaker) implantasiyasından sonra kardiostimulyator (pacemaker) əlaqəli kardiyomyopati diaqnozu qoyulmuşdur. Kardiyomyopatı isə “google” axtarış sistemində araşdırılması zamanı vikipediyadan (virtual açıq ensiklopediya) əldə edilən məlumata əsasən ürək əzələlərinin birinci xəstəlikləri qrupudur. Xəstəlik ürək çatışmazlığıa səbəb olur və əlamətləri: nəfəs darlığı, yorğunluq, düzənsiz ürək atışları vəs. Məhkəmə qeyd edir ki, uşaqda ağır ürək çatışmazlığının olması və ürək çatışmazlığının uşaqda anadan olarkən deyil, cavabdeh «X54» Hospitalı tərəfindən icra edilmiş əməliyyatdan sonra yaranması işin mübahisəsiz halıdır. Uşaqda ürək çatışmazlığının həkim səhlənkarlığının nəticəsi olması isə həm verilmiş ekspert rəyi, həmçinin məhkəmə tərəfindən tədqiq edilmiş iş materialları ilə də müəyyən olunmuşdur. Belə ki, uşaqda kardiyomyopatinin əlamətləri olan nəfəs darlığı, yorğunluq, düzənsiz ürək atışları olmasına baxmayaraq uşağa yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu qoyulmuşdur. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən qeyd edir ki, şəxs tibb müəssisəsinə tibbi xidmətdən yararlanmaq üçün müraciət edərkən, tibb müəssisəsinin personalından tutmuş, tibbi avadanlıqları ilə birlikdə vahid xidmət göstərən müəssisə şəklində çıxış edir. Bu səbəbdən də tibbi xidmətlə əlaqədar əmələ gələn deliktlərə görə məhz cavabdeh təşkilat öz işçisinin törətdiyi mülki hüququ pozuntusu (delikt) üçün mülki hüquqi məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçinin vurduğu zərərin əvəzini ödəməyə borcludur. Tibb müəssisəsində müayinə və müalicə zamanı yanlışlığa yol verildikdə, yəni xəstə səhv cərrahi əməliyyat edildikdə, xəstəyə yanlış diaqnoz qoyulduqda və sair nəticəsində xəstənin sağlamlığına dəymiş maddi və mənəvi zərərin əvəzini ödəməyə borcludur, tibb müəssisəsi mülki hüquqi məsuliyyətdən o, vaxt azad edilə bilər ki, zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirsin. Göründüyü kimi, qanunvericilik tibb müəssisəsinin vurduğu zərərin ödənilməsi ilə bağlı iddialarda sübutetmə vəzifəsini zərərvuranın üzərinə qoymuşdur. Hazırki işdə cavabdeh «X54» Hospitalı tərəfindən zərərin cavabdehin təqsiri üzündən baş vermədiyi sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh «X54» Hospitalı tərəfindən icra edilmiş əməliyyat nəticəsində iddiaçının övladının sağlamlığının pozulması (ürək çatışmazlığının yaranması) və bunun cavadehin üzərinə düşən vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsinin nəticəsi olması işin müəyyən edilmiş halı olduğundan cavabdeh «X54» Hospitalı tərəfindən iddiaçıya dəymiş ziyan ödənilməlidir. Hazırki mərhələdə isə cavabdeh “X54” Hospitalı öz üzərinə düşən vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsi nəticəsində iddiaçıya zərər dəyibdəyməməsi, zərər dəymişdirsə, həmin zərərin cavabdehin hüquqa zidd əməli nəticəsində dəyməsi və dəymiş zərərlə cavabdehin hərəkət-hərəkətsizliyi arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməldir. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, cavabdehin öz üzərinə düşən vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsi hüquqazidd əməl olmuş, ekspert rəyinə və cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara əsasən “X54” Hospitalında göstərilmiş tibbi xidmət zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işilərin nümunəvi vəzifə təlimatları”nın 24.1-ci bəndinin tələbləri pozulmuşdur. Cavabdehin hüquqazidd əməli nəticəsində iddiaçıya dəymiş maddi ziyanın məbləğində dair hissədə isə məhkəmə qeyd edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İddiaçı tərəfindən cavabdehin birbaşa hüquqazidd əməli nəticəsində ona 100000 manat maddi ziyan dəydiyi sübuta yetirilə bilməmişdir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi üzrə zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirmək öhdəliyi zərərvuranın üzərinə düşsə də, dəymiş maddi ziyanın məbləğinə dair hissədə isə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, delikt məsuliyyətinin yaranması üçün zərər biləvasitə zəzərvuranın qanunsuz hərəkət və ya hərəkətsiliyi nəticəsində vurulmalıdır.

35. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində ona dəymiş maddi ziyan bir neçə istiqamətdə əsaslandırıldığından hər birinə ayrı-ayrılıqda qiymət verilməlidir: 1. «X54» Hospitalında çəkilmiş xərclər; 2. “Hacettepe Universiteti Tıp Fakültəsi”ndə çəkilmiş xərclər; 3. Nəqliyyat xərcləri; 4. Türkiyədə otel xərclər. 5. Mart səfəri ilə bağlı xərclər; 6. Avqust səfəri ilə bağlı xərclər.

36. “X54” Hospitalında çəkilmiş xərclərlə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdeh “X54” Hospitalında 26775 manat xərc çəkildiyini bildirməklə, həmin çəkilmiş xərclərə dair bank hesabından ("xxxx" ASC, “Rabitəbank”, "xxxx" ASC) çıxarışları məhkəməyə təqdim etmişdir. Həmin məbləğə (26775 manat) xx.xx.2023-cü il tarixdən xx.xx.2013-cü il tarixədək cavabdeh “X54” Hospitalında çəkilmiş xərclər, həmçinin xx.xx.2023-cü il tarixdə “Medical Plaza” da çəkilmiş 1000 manat xərc daxil edilmişdir. Məhkəmə iclasında bank hesabından çıxarışlar tədqiq edilərkən iddiaçı izahatında bildirmişdir ki, onun tərəfindən tələb edilən məbləğlər təqdim edilmiş bank hesabından çıxarışda xüsusi olaraq sarı rəng ilə göstərilmişdir. Həmçinin məhkəmə iclasında bank hesabından çıxarışlar tədqiq edilərkən iddiaçı tərəfindən “X54” Hospitalında çəkilmiş xırda məbləğlər də olduğu müəyyən edilmiş, lakin iddiaçı həmin məbləğləri tələb edilməmişdir. İddiaçı xx.xx.2024-cü il tarxili məhkəmə iclasında çəkilmiş xırda xərcləri tələb etmədiyini bildirmiş, lakin iddiaçı həmin xərclərdən - onun tərəfindən xüsusi olaraq işarələnməmiş “Rabitəbank” hesabından çıxarışda olan xx.xx.2023-cü il tarixdə icra olunmuş 52,50 manat məbləğində xərci və xx.xx.2023-cü il tarixdə icra olunmuş 59,50 manat məbləğində xərci də tələb etdiyini bildirmişdir. Yəni ümumulikdə cavabdeh “X54” Hospitalında çəkilmiş xərclər ilə bağlı 26887 manat tələb irəli sürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı tərəfindən cavabdeh “X54” Hospitalında çəkilən xərclər ilə bağlı tələb etdiyi məbləğlər üzrə əməliyyatların icra tarixi ilə iddiaçının övladı Adəm Mustafayevin cavahdeh “X54” Hospitalında müalicə olduğu tarixlər ilə üstüstə düşür. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə iddiaçı tərəfindən cavabdeh «X54» Hospitalında 25886,39 manat (tələb edilən məbləğlər üzrə) xərc çəkildiyi müəyyən edildiyindən, iddia tələbi cavabdeh klinikada çəkilmiş xərclər üzrə 25886,39 manat məbləğində pul vəsaitinin tutulmasına dair hissədə əsaslıdır. İddiaçı “Medical Plaza”da xx.xx.2025-ci il tarxidə çəkilmiş 1000 manat məbləğində xərci də cavabdeh “X54” Hospitalında çəkilmiş xərclərə aid edərək cavabdehdən tutulmasını tələb etmişdir. Lakin iddiaçı həmin çəkilən xərcin cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu ilə səbəbli əlaqəsini sübuta yetirə bilmədiyindən məhkəmə qeyd edir ki, həmin məbləğin cavabdehdən tutulmasına dair iddiaçının tələbi təmin edilə bilməz. Belə ki, məhkəmə iclasında iddiaçı verdiyi izahatda bildirmişdir ki, cavabdeh “X54” Hospitalında icra edilmiş əməliyyatdan evə qayıtdıqdan (xx.xx.2023) sonra uşağın vəziyyəti pisləşdikdə o, uşağı Cavabdeh klinikasına aparmaq istəməmiş və bu səbəbdən “Medical Plaza” klinikasına müraciət etmişdir, lakin “Medical Plaza” klinikası uşağı saxlamaqdan imtina edərək yenidən Cavabdeh klinikasına aparmasını bildirmişdir.

37. Məhkəmə işin məhkəmə iclasında müəyyən edilmiş faktiki hallarına əsasən iddia tələbinin Türkiyə Respublikasında çəkilən xərclərin cavabdehdən tutulmasına dair hissəsi ilə bağlı bu nəticəyə gəlmişdir ki, iddia tələbi bu hissədə qismən (biləvasitə əlaqə sübut edilən hissə) əsaslıdır. Belə ki, işin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçının övladının uzun müddət ərzində cavabdeh «X54» Hospitalında davam edən müalicəsi və icra edilmiş əməliyyat nəticəsində sağlamlıq vəziyyəti yaxşıya doğru getmək əvəzinə daha da pisləşmiş, nəticədə uşaq koma vəziyyətinə düşmüşdür. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı uşağın müalicəsinin digər tibb müəssisəsində davam etməsi üçün də müraciət etmiş, lakin həmin klinikada da müsbət nəticə əldə edilməmişdir. Belə olan halda Azərbaycanın ən yaxşı, nüfuzlu tibb müəssisələrindən biri olan “X54” Hospitalında uşağın müalicəsi mümkün olmadığı, yəni uşağın sağlamlıq vəziyyətini uzun müddət davam edən müailcəyə baxmayaraq bərpa etmək mümkün olmadığı bir halda, həmçinin uşağın mövcud sağlamlıq vəziyyəti, yaşı nəzərə alınaraq valideynin uşağın koma vəziyyətində olduğu bir halda Azərbaycanda digər tibb müəssisələrinə müraciət etməsi əvəzinə Türkiyə Respublikasına müraciət etməsi təbiiki daha ağlabatan olaraq qiymətləndirilməlidir. Türkiyə Respublikasında tibb sahəsinin inkişafı da hamıya bəllidir. Həmçinin uşağın Türkiyə Respublikasında aparılan müalicə nəticəsində qısa müddət ərzində sağlamlıq vəziyyətinin bərpası da, bu nəticəyə gəlməyə əsas verir ki, uşağın Türkiyə Respublikasına aparılması məqsədəmüvafiq olmuşdur. Nəzərə alınmalıdır ki, sağlamlığı pozulmuş şəxs iddiaçının övladıdır və 8-9 aylıq körpədir. İddiaçının övladının sağlamlığının bərpası üçün dəfələrlə cavabdehə və digər xəstəxanaya müraciət etməsinə baxmayaraq uşağın vəziyyətinin pis olması, davam edən müalicələrə baxmayaraq iddiaçının gözü qarşısında övladının getdikcə vəziyyətinin pisləşdiyi bir vəziyyətdə iddiaçının cavabdehin müşahidə qeydlərində (xx.xx.2023 tarixli) qeyd etdiyi kimi daha iləri tədqiq və müalicə üçün ümid edərək uşağı Türkiyə Respublikasına aparmasına niyə digər xəstəxanalara müraciət etməyib, həmin xərclərin çəkilməsi iddiaçının öz seçimidir, cavabdehdən tutulmalı deyil deyə qiymət vermək həm vicdanlılıq prinsipinə uyğun deyil, həmçinin nəzərə də alınmalıdır ki, cavabdeh öz üzərinə düşən vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etsə idi, yəni cihazın göztəricilərini düzgün təyin etsə idi, uşaqda ağır ürək çatışmazlığı yaranmaz, yəni uşağın sağlamlıq vəziyyətini bərpa etmək üçün iddiaçı əlavə xərclər çəkməyə məcbur olmazdı.

38. Məhkəmə nəqliyyat xərcləri ilə bağlı qeyd etmişdir ki, iddiaçı biletlərin alınması ilə bağlı 8926 manat məbləğində xərc çəkildiyini bildirməklə, həmin çəkilmiş xərclərə dair bank hesabından ("xxxx" ASC, “Rabitəbank”, "xxxx" ASC) çıxarışları, biletlərə dair məlumatları məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı bilet xərci qismində həm özü, arvadı, övladının Türkiyə Respublikasına gedişdönüşü ilə bağlı çəkilən xərcləri, həmçinin onlarla birlikdə getmiş tibbi heyət (həkim və tibb bacısı) və ailə üzvlərinin də gediş-dönüşü ilə bağlı çəkimiş xərcləri tələb etmişdir. Məhkəmə bilet xərcləri ilə bağlı iddiaçının irəli sürdüyü iddia tələbini qismən əsaslı hesab edərək, qeyd edir ki, iddiaçı tərəfindən özü (bir gediş və dönüş), arvadı, övladının və həkim heyətinin gediş-dönüşü ilə bağlı çəkilən xərclərin cavabdehdən tutulmasına dair hissədə iddiaçının tələbi təmin edilməli, özünün ikinci səfəri (2023 dekabr), digər ailə üzvlərinin səfəri ilə bağlı çəkilmiş bilet xərclərinə dair hissədə isə təmin edilməməlidir. İlk növbədə təmin edilən hissəyə münasibətdə qeyd olunur ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarxidə ilk olaraq bacısının yoldaşı ilə birlikdə getmiş, daha sonra həmin gün tibbi heyət ilə birlikdə arvadı, övladı, qaynanası Türkiyə Respublikasına getmişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları (hesabdan çıxarış, bilet məlumatları, qəbzlər) ilə müəyyən edilmişdir ki, həkim və tibb bacısının gedişdönüşü üçün 1866,32 manat, iddiaçının özünün gedişi üçün 440,18 manat (880,36 (bacısının yoldaşı ilə iddiaçının özünün gedişi üçün alınan bilet xərci):2=440,18) məbləğində xərc çəkilmiş və iddiaçının övladı və yoldaşının gedişi üçün 1204,04 manat (1806,06 manat (uşaq, iddiaçını yoldaşı və iddiaçının qaynanasının gedişi üçün alınan bilet xərci) :3x2 (uşaq və iddiaçının yoldaşının bilet xərci) = 1204,04) xərc çəkilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, məhkəmə iclasında tədqiq edilmiş iş materialları (cavabdeh tərəfindən verilmiş epikrizlər, X15 fakültəsi tərəfindən verilmiş arayış, "xxxx" MMC tərəfindən verilmiş arayış, biletlərə dair məlumatlar) ilə müəyyən edilmişdir ki, uşaq xx.xx.2023-cü il tarixdə həkim müşayiəti altında getmiş və onun həkim müşayiəti altında getməsinə zərurət olmuşdur. Belə ki, cavabdeh “X54” Hospital tərəfindən verilmiş epikrizin gündəlik müşahidə qeydinə əsasən xx.xx.2023-cü il tarxidə uşağın tənəffüsü zəif taxipnoik olmuş, davamlı EKG cihazına bağlı olmuş, uşaq müalicə məqsədi ilə transfer olunması üçün tibbi komandaya təslim edilmişdir. “Hacettepe Universiteti Tıp Fakültəsi” tərəfindən verilmiş arayışdan da aydın olmuşdur ki, A tam blok səbəbi ilə 7 aylıq olanda pacemaker implantasyası sonrası ağır ürək çatışmazlığı olan xəstə hava ambulansı ilə xəstəxanaya yerləşdirilmişdir. İddiaçının yoldaşı, qaynanası və uşağının bilet xərcinə (xx.xx.2023) dair hissədə də yuxarıda qeyd etdiyimiz kimi, bu hissədə iddiaçının yoldaşı və uşağına dair hissədə iddiaçının tələbi əsaslı olsa da, qaynanasına dair hissədə iddia tələbi əsaslı olmadığından təmin edilə bilməz. Məhkəmə iddiaçının uşaq üçün ayrıca yer almasının səbəbinə dair verdiyi izahatı ağlabatan hesab etmişdir. İddiaçı izahatında xx.xx.2023-cü il tarixldə 3 yer, yəni uşaq üçün ayrı yer almasına dair izahatında bildirmişdir ki, uşaq aparata bağlı olduğundan həmin aparatın yerləşdirilməsi üçün ayrıca yer almışdır. Uşağın aparata bağlı olması həm cavabdeh “X54” Hospital tərəfindən verilmiş epikrizin gündəlik müşahidə qeydinə əsasən, həmçinin “Hacettepe Universiteti Tıp Fakültəsi” tərəfindən verilmiş arayışa əsasən müəyyən edilmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi cavabdeh “X54” Hospital tərəfindən verilmiş epikrizin gündəlik müşahidə qeydinə əsasən xx.xx.2023-cü il tarxidə uşaq davamlı EKG cihazına bağlı olmuşdur, uşağın tənəffüsü zəif taxipnoik olmuş, həmçinin “Hacettepe Universiteti Tıp Fakültəsi” tərəfindən verilmiş arayışa əsasən uşaq oksigen dəstəyi alan vəziyyətdə yoğun bakıma qəbul edilmişdir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən iddiaçının gediş ilə bağlı bilet xərclərinə münasibətdə məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının tələbi həkim və tibb bacısının gediş - dönüşü üçün 1866.32 manat, iddiaçının özünün gedişi üçün 440,18 manat, iddiaçının övladı və yoldaşının gedişi üçün 1204,04 manat məbləğində çəkilmiş bilet xərcinin cavabdehdən tutulmasına dair hissədə əsaslıdır. Həmçinin məhkəmə iclasında tədqiq edilmiş iş materialları (hesabdan çıxarış, bilet məlumatları) ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycana geri qayıtmış və geri dönüş bileti üçün 345,53 manat məbləğində vəsait sərf edilmişdir. Məhkəmə qeyd edir ki, təbiidir ki, iddiaçının gedişi üçün çəkdiyi xərc üçün eyni əsaslarla onun dönüşü üçün çəkilmiş 345,53 manat məbləğində xərcin cavabdehdən tutulmasına dair iddiaçının tələbi əsaslıdır. Məhkəmə qeyd edir ki, təbiidir ki, iddiaçının Türkiyə Respublikasına səfəri cavabdehin öz üzərinə düşən vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsi nəticəsində uşağın sağlamlığının pozulması, uşaqda ürək çatışmazlığını yaranması ilə bağlı uşağı Türkiyə Respublikasına aparmasına zərurətlə bağlı olduğundan, onun gedişi və dönüşü üçün biletə çəkdiyi xərclər cavabdehdən tutulmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, bu inkar edilməz haldır ki, uşağın anası da uşağın yanında olmalıdır. Odur ki, uşağın anasının gedişi və dönüşü ilə bağlı xərclərin cavabdehdən tutulmasına dair hissədə də iddiaçının tələbi əsaslıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, uşaq xx.xx.2024-cü il tarixdə Türkiyə Respublikaından Azərbaycana geri qayıtmışdır. Uşaq geri qayıdarkən ümumilikdə iddiaçı tərəfindən uşaq, yoldaşı, anası, xalasının geri dönüşü üçün bilet xərcinə xx.xx.2023-cü il tarixdə 1473,88 manat (25814 TL) məbləğində pul vəsaiti sərf edilmişdir. İddiaçının xx.xx.2024-cü il tarixli geri dönüş bilet xərcinin cavabdehdən tutulmasına dair tələbi qismən uşaq və yoldaşına dair hissədə əsaslı olduğundan, həmin hissədə təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarından görünür ki, iddiaçı tərəfindən sərf edilmiş 25814,72 TL vəsaitdən 17520 TL 3 yetişkin üçün və 572 TL bir uşaq üçün hesablanmış, fuel fee (yanacaq haqqı) üçün cəmi 4966,68 TL və vergi və digər xərclər üçün 2756,04 TL hesablanmışdır. Yəni məhkəmə iclasında tədqiq edilmiş iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş digər biletlərə dair məlumatlar ilə müqayisə edilməsi nəticəsində məhkəmə belə nəticətə gəlmişdir ki, yanacaq haqqı olaraq tutulmuş 4966,68 TL və vergi və digər xərclər qismində tutulmuş 2756,04 TL-də uşaq üçün ücrət yetişkinlər üçün müəyyən edilmiş məbləğdə olmasa da, hesablanmışdır. Lakin həmin məbləği dəqiq müəyyən etmək mümkün olmamışdır. İddiaçı tərəfindən də qeyd edilən halı təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı izahatında (xx.xx.2023-cü il tarixli) bildirmişdir ki, həmin məlumatları əldə edə bilməmişdir, bunun üçün Türkiyə Respublikasına müraciət etməlidir və azı 1 ay vaxt lazımdır. Belə olan halda uşaq üçün hesablanan məbləğ iddiaçı tərəfindən sübuta yetirilməmiş olaraq qiymətləndirilərək iddiaçının zərərinə olaraq hesablanacaqdır. Belə olan halda, məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli geri dönüş bileti üçün iddiaçı tərəfindən çəkilmiş xərclər 8342,68 tl hissədə təmin edilməlidir. Yəni 3 yetişkin üçün çəkilmiş xərc olan 17520 TL iddiaçının yoldaşına dair hissədə əsaslı olduğundan yalnız ona aid olan hissədə, yəni 5840 tl (17520:3=5840 TL) hissədə əsaslıdır. Həmçinin uşaq üçün çəkilmiş 572 TL-nin cavabdehdən tutulmasına dair hissədə də iddiaçının tələbi əsaslıdır. Lakin qeyd olunduğu kimi yanacaq haqqı olan 4966,68 tl və vergi və digər xərclər üçün tutulmuş 2756,04 TL-də uşaq üçün tutulmuş xərci müəyyən etmək mümkün olmadığından, həmin hissədə məhkəmə tərəfindən 1930,68 TL (4966,68+2756,04=7722,72:4=1930,68 TL) məbləğində vəsaitin cavabdehdən tutulmasını məhkəmə qanuni hesab edir. Belə ki, uşaq üçün hesablanmış vəsait iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, uşaq üçün hesablanan vəsaitinin yetişgin üçün hesablanan vəsaitdən az olduğu isə müəyyən edildiyindən (xx.xx.2024-cü il tarixli bilet məlumatı əsasında, həmçinin digər bilet məlumatlar ilə müqayisə etməklə) 7722,74 TL-ni 4-ə böldükdə alınan məbləği 2 nəfər üçün hesabladıqda, və ya 3-ə bölüb 2 nəfər üçün hesabladıqda cavabdehin ziyanına olduğundan və bu hissədə sübut etmə yükü iddiaçının üzərinə düşdüyündən, məhkəmə tərəfindən 7722,74 TL-nin 3-ə bölünməsi nəticəsində 1 nəfər üçün müəyyən edilmiş məbləğin cavabdehdən tutulmasını qanuni hesab edir. Belə olan halda, 5840TL+572TL+1930,68TL=8342,68TL-nin həmin əməliyyatın icra edildiyi xx.xx.2024-cü il tarixdəki milli valyutaya ekvivalenti cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mərkəzi Bankın rəsmi internət səhifəsindən əldə edilən məlmata əsasən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə 1TL=0,0564 AZN olmuşdur. Odur ki, iddiaçının cavabdehdən tutulmasını tələb etdiyi xx.xx.2024-cü il tarixli geri dönüş bileti üçün çəkilən xərc 470,52 manat məbləğində təmin edilməlidir. Məhkəmə iddiaçının özünün və atasının dekabr ayında etdiyi səfərin (xx.xx.2023- xx.xx.2024), o cümlədən öz anası, qaynanasının, xalasının Türkiyə Respublikasına getməsi ilə bağlı çəkilən xərclərin iddiaçı tərəfindən törədilmiş mülki hüquq pozuntusu ilə biləvasitə səbəbli əlaqəsini sübuta yetirə bilmədiyindən həmin hissədə təmin edilə bilməz.

39. “Hacettepe Universiteti Tibb Fakültəsi”ndə çəkilmiş xərclərə münasibətdə birinci instansiya məhkəməsi gəldiyi onunla əsaslandırmışdır ki, iddiaçı “Hacettepe Universiteti Tibb Fakültəsi”ndə uşağın müalicəsi ilə bağlı 33730 manat məbləğində xərc çəkildiyini bildirməklə, həmin vəsaitin cavabdehdən tutulmasını tələb etmişdir. Həmin xərclərə aid etmişdir - uşağın xəstəxanada müalicəsi, keçirdiyi 2 əməliyyata dair xərcləri, həkimə əlbəəl verilmiş məbləği, yeni pacemaker cihazının alınmasına sərf edilmiş vəsaiti, ürəkdə olan deliyin bağlanılması üçün cihazın alınmasına sərf edilmiş vəsaiti və həmin çəkilmiş xərclərə dair bank hesabından ("xxxx" ASC, “Rabitəbank”,) çıxarışları, ödəniş qəbzlərini məhkəməyə təqdim etmişdir. İşin məhkəmə tərəfindən tədqiq edilmiş faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçının övladı xx.xx.2023-cü il tarixdə “Hacettepe Universiteti Tibb Fakültəsi”nə yeləşdirilmiş və xx.xx.2023-cü il tarixdə isə ambulator nəzarətdə olmaqla evə yazılmışdır. Daha sonra isə xx.xx.2023-cü il tarxidə ASD (qulaqcıqlarası çəpər qüsuru) ilə bağlı əməliyyat olunmuş və xx.xx.2023-cü il tarixdə müvafiq tövsiyyələr ilə evə buraxılmış, xx.xx.2023-xx.xx.2024-cü il tarixləri arasında ambulator olaraq müşahidə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən edilmişdir ki, uşağın “Hacettepe Universiteti Tibb Fakültəsi”ndə olduğu xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasında iddiaçı tərəfindən uşağın müalicəsi ilə bağlı 15273,14 manat məbləğində vəsait xərclənmişdir. Məhkəmə qeyd edir ki, işin tədqiq edilmiş hallarından görünür ki, uşaq xx.xx.2023-cü il tarixdə təcili tibbi yardımla (təyyarə) xəstəxanaya-“Hacettepe Universiteti Tibb Fakültəsi”nə yerləşdirilmişdir. “Hacettepe Universiteti Tibb Fakültəsi” tərəfindən verilmiş arayışdan görünür ki, temp rejimi DDD pacingdən VVİ pacingə keçirilmiş, temp sürəti 80-ə endirilmiş (hansıki tədqiq edilmiş cavabdehin müşahidə gündəliklərinə əsasən 120-150 arası idi), müalicəyə başlanılmış və bir neçə gün ərzində BNP-də əhəmiyyətli dərəcədə azalma (300-ə qədər), sürətli klinik yaxşılaşma müşahidə edilmişdir. Tədqiq edilmiş iş materiallarından görünür ki, mövcud kardiostimulyator və septumda aşkar paradoksal daralma və dissinxroniya olması, EKD-də QRS-lərin çox geniş olması səbəbi ilə xəstəxananın kardiologiya və ürək-damar cərrahiyəsi şöbəsində təkrar cərrahi biventrikulyar pacemaker implantasiyası və keçirici sistemli pacemaker implantasiyası müzakirə edilmiş və mövcud ağır KMP (kardiyomiyopati) səbəbi ilə cərrahi əməliyyat rsiklərinin daha yüksək olduğu nəzərə alınaraq, transvenoz sol mədəciyin endokardiyal ya da sol budaq nahiyyəsinin pacing edilməsi qərara alınmışdır. xx.xx.2023cü il tarixdə isə uşaq sol budaq nahiyyəsinin pacinqi məqsədi ilə prosedura alınmışdır. Təhlükəsiz seçim (3830) lead istifadə edərək, sol budaq sahəsi hədəflənərək mədəciklərarası septumun dərinliyinə implantasiya edilmişdir. LV endokardial pacing ilə RBBB (ürəyin keçiricilik sistemində baş verən pozğunluq) morfologiyası ilə daha dar QRS ristmi əldə edilmiş və sol körpücükaltı nahiyəyə VVİ pace batareyası yerləşdirilməklə əlaqə tamamlanmışdır. Uşaqda olan köhnə pacemaker ləğv edilmişdir. Bu vəziyyətdə septumda daha yaxşı bir sinxronizasiya əldə edilmişdir. Uşaqda BNP səviyyəsi 100-dəna aşağı düşdüyü və 50-60 arası olduğu müşahidə edilmişdir. Göründüyü kimi “Hacettepe Universiteti Tibb Fakültəsi”ndə cavabdeh tərəfindən yerləşdirilmiş pacemaker və septumda aşkar paradoksal daralma və dissinxroniya olması səbəbi ilə həmin pacemaker ləğv edilmiş və yenisi yerləşdirilmiş və nəticədə uşağın vəziyyətində müsbət irəliləyiş əldə edilmişdir. Yəni cavabdeh tərəfindən yerləşdirilmiş pacemakerin ləğv edilməsinə və yeni pacemakerin yerləşdirilməsinə tibbi zərurət olmuşdur. Əldə edilən nəticədə - uşağın vəziyyətinin qısa müddət ərzində yaxşılaşması, bu nəticəyə gəlməyə əsas verir. Ən azından ona görə ki, “Hacettepe Universiteti Tibb Fakültəsi” tərəfindən verilmiş arayışdan görünür ki, qeyd edilən qərar xəstəxananın kardiologiya və ürək-damar cərrahiyəsi şöbəsində müzakirə edilərək qəbul eidlmişdir. Cavabdeh tərəfindən verilən müşahidə qeydlərində isə uzun müddət davam edən müalicəyə və uşağın vəziyyətində irəliləyiş olmamasına baxmayaraq cavabdeh tərəfindən uşağın vəziyyətinin dəyərləndirilməsinin aparılması müşahidə edilməmiş, eyni diaqnoz qoyulmaqla eyni müalicə davam etdirilmiş və nəticədə isə ağır ürək çatışmazlığı diaqnozu qoyulmuşdur. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən edilmiş qeyd edilən faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, iddiaçının övladının xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “Hacettepe Universiteti Tibb Fakültəsi”ndə müalicəsi ilə bağlı çəkilən xərclər – 15273,14 manat məbləğində vəsait (həm xəstəxana, həm aptek, həm yeni pacmakerin satın alınması) cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu ilə biləvasitə səbəbli əlaqəli olduğundan, onun öz üzərinə düşən vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsinin nəticəsi olduğundan cavabdehdən tutulmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq edilmiş iş materiallarından görünür ki, iddiaçı yeni pacemakerin satın alınması üçün xx.xx.2023-cü il tarixdə 38000,6 TL vəsait xərcləmişdir. İddiaçı məhkəmə iclasında izahatında qeyd etmişdir ki, həmin vəsaiti nağd şəkildə ödəmişdir. Yeni pacemakerin yerləşdirilməsi də işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mərkəzi Bankın rəsmi internət səhifəsindən əldə edilən məlmata əsasən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə 1TL=0.0602 AZN olmuşdur. Odur ki, iddiaçının cavabdehdən tutulmasını tələb etdiyi yeni pacemaker üçün çəkilən 38000,6 TL xərcin milli manata ekvivalenti qismində 2287,63 manat məbləğində vəsait cavabdehdən tutulmalıdır. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasında “Hacettepe Universiteti Tibb Fakültəsi”ndə çəkilən xərclər iddiaçının övladında ASD olması səbəbi ilə keçirilən əməliyyat ilə bağlı xərclərdir. İddiaçı izahatında bildirmişdir ki, cavabdeh tərəfindən pacemakerin göstəriciləri düzgün nizamlanmadığı üçün uşağın ürəyində delik əmələ gəlmiş və keçirilən əməliyyat həmin dəliyin qapadılması ilə bağlı olmuşdur. Cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, uşağın ürəyində delik əmələ gəlməsinin cavabdeh tərəfindən yerləşdirilmiş pacemaker ilə səbəbli əlaqəsi ekspert rəyi ilə müəyyən edilməmişdir. Həmçinin qeyd edilən halı sübut etmək yükü iddiaçının üzərinə düşməsinə baxmayaraq iddiaçı qeyd edilən halı təsdiq edən sübut məhkəməyə təqdim etməmiş və qeyd edilən halı müəyyən etmək üçün ekspertiza keçirilməsinə etiraz etmişdir. Məhkəmə tərəfindən aparılan araşdırma nəticəsində (“Google” axtarış sistemində) isə müəyyən edilmişdir ki, ASD-qulaqcıqlararası çəpər qüsuru – anadangəlmə ürək anomaliyası olub, qulaqcıqlararası çəpərin tam inkişaf etməməsi nəticəsində arakəsmənin açıq qalmasına səbəb olan anadangəlmə ürək qüsurudur. Yəni məhkəmə tərəfindən işin araşdırılan halları ilə ürəkdə yaranan dəliyin cavabdehin hüquqazidd əməlinin nəticəsi olduğu müəyyən edilmədiyindən və iddiaçı tərəfindən sübuta yetirilmədiyindən həmin delik ilə bağlı çəkilən xərclərin (əməliyyat, xəstəxana, cihazın satın alınması) cavabdehdən tutulmasına dair iddiaçının tələbi təmin edilə bilməz.

40. Otel və kirayə ev ilə bağlı çəkilmiş xərclərə münasibətdə məhkəmə qeyd etmişdir ki, İddiaçı cavabdeh “X54” Hospitaldan Ankarada oteldə qalmaq üçün çəkilmiş 3810 manat və kirayə ev üçün çəkilmiş 1986 manat məbləğində xərcin tutulması tələbini də irəli sürmüşdür. İddiaçı məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, Ankara şəhərinə getdikləri vaxtdan dekabr ayının əvvəlinədək oteldə qalmış, daha sonra isə, daha ucuz olduğu üçün kirayə evdə qalmışlar. Məhkəmə ilk növbədə yuxarıda qeyd etdiyi mövqedən (cavabdehin öz üzərinə düşən öhdəlikləri vaxtında və keyfiyyətli icra etsə idi) çıxış edərək qeyd edir ki, iddiaçı qeyd edilən xərclərin cavabdehdən tutulması tələbini irəli sürməkdə haqlıdır. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları (hesabdan çıxarış) ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən otel xərci olaraq 3812,04 manat məbləğində pul vəsaiti sərf edilmişdir. Odur ki, iddiaçı tərəfindən otel üçün çəkilmiş 3812,04 manat məbləğində xərc cavabdehdən tutulmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı daha ucuz olduğu üçün daha sonra kirayə mənzildə yaşadığını bildirsə də, məhkəməyə qeyd edilən halı təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçı tərəfindən ev üçün çəkilmiş xərci təsdiq etmək üçün təqdim edilmiş qəbzlər ilə isə həmin ödənilmiş vəsaitlərin ev üçün kirayə haqqı olaraq ödənilmiş vəsait olduğunu müəyyən etmək mümkün olmamışdır. Odur ki, iddiaçı tərəfindən kirayə mənzildə yaşadığı sübuta yetirilə bilmədiyindən, kirayə mənzildə yaşadığını qəbul etsək belə, kirayə haqqı olaraq ödənilmiş vəsaiti sübuta yetirə bilmədiyindən, yəni təqdim edilmiş ödənişə dair qəbzlərin kirayə haqqı olaraq ödənilmiş vəsait olduğunu sübuta yetirə bilmədiyindən iddiaçının tələbi həmin hissədə təmin edilmə bilməz.

41. Mart səfəri ilə bağlı çəkilmiş xərclərlə bağlı qeyd olunmuşdur ki, İddiaçı cavabdeh “X54” Hospitalından həmçinin yoldaşı və övladı ilə birlikdə 20-24 mart 2024-cü il tarixdə Türkiyə Respublikasına edilmiş səfər ilə bağlı çəkilmiş xərclərin (bilet, otel, aptek) də tutulmasını tələb etmişdir. İlk növbədə, iddiaçı tərəfindən mart səfəri ilə bağlı çəkilmiş xərclərin cavabdehin törətdiyi mülki hüquq pozuntusu ilə biləvasitə səbəbli əlaqəli olubolmamasına qiymət verilməlidir. Məhkəmə tədqiq edilmiş iş materiallarına əsasən belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən mart səfəri ilə bağlı çəkilmiş xərclər cavabdeh “X54” Hospitalı tərəfindən öz üzərinə düşən vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli icra edilməməsinin nəticəsi olmuşdur. Belə ki, “Hacettepe Universiteti Tıp Fakültəsi” tərəfindən verilmiş arayışdan görünür ki, “Hacettepe Universiteti Tıp Fakültəsi” tərəfindən uşaq evə yazılarkən 2 ay sonra uşağın uşaq kardioloqu və uşaq hematoloqun qəbuluna gəlməli olduğu qeyd edilmişdir. Bu da təbiidir ki, ağır ürək çatışmazlığı ilə Türkiyə Respublikasına getmiş, üzərində 2 əməliyyat icra edilmiş uşağın nəzarət üçün yoxlanışa getməsi, Türkiyə Respublikasına (öz həkiminin yanına) getməsi ağlabatandır. İşin məhkəmə tərəfindən tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mart səfəri üçün 2150.66 manat məbləğində vəsait (otel, bilet) xərclənmiş və həmin xərc cavabdehdən tutulmalıdır.

181. İddiaçı tərəfindən mart səfəri zamanı çəkilmiş xərc qismində tələb edilən aptek xərclərinə dair hissədə isə məhkəmə qeyd edir ki, həmin xərclərin biləvasitə cavabdehin hüquqazidd əməli ilə səbəbli əlaqəsi sübuta yetirilə bilmədiyindən həmin çəkilmiş xərclər cavabdehdən tutula bilməz.

42. İddiaçının arvadı tərəfindən çəkilmiş xərclərə münasibətdə qeyd olunmuşdur ki, İddiaçı ona dəymiş maddi ziyan qismində cavabdehdən həmçinin arvadı X14 tərəfindən çəkilmiş 2386 manat məbləğində xərcin də tutulmasını tələb etmişdir. Qeyd edilən halı təsdiq etmək üçün X8 məxsus olan “Rabitəbank” hesabından çıxarışı təqdim etmişdir. İddiaçı izahatında bildirmişdir ki, arvadı tərəfindən çəkilmiş xərc o Azərbaycana qayıtdıqdan sonra onun tərəfindən Babazadə Nahidənin kart hesabına göndərilən vəsait hesabına çəkilmiş xərclərdir. Məhkəmə qeyd edir ki ki, nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub pozulmadığını araşdırmalıdır. İşin faktiki hallarından görünür ki, İddiaçı Babazadə Nahidə tərəfindən edilmiş ödənişlərin onun tərəfindən göndərilmiş vəsait hesabına həyata keçirilmiş ödənişlər olduğunu bildirməklə, həmin vəsaiti cavabdehdən tələb edir. Lakin iddiaçı tərəfindən X14 tərəfindən çəkilmiş xərclərin onun tərəfindən göndərilən vəsait hesabına çəkildiyi sübuta yetirilməmişdir. Belə olduğu halda məhkəmə qeyd edir ki, İddiaçı cavabdehdən həmin pul vəsaitini tələb etməkdə subyektiv hüququ yoxdur. Belə ki, cavabdehdən həmin pul vəsaitini X14 məhkəmədə iddia qaldırmaqla tələb etmək hüququna malikdir.

43. Məhkəmə avqust səfəri ilə bağlı çəkilmiş xərclərlə bağlı qeyd etmişdir ki, iddiaçı X12 cavabdeh “X54” Hospitalından 2024-cü ilin avqust ayında Türkiyə Respublikasına edilmiş səfər ilə bağlı çəkilmiş xərclərin də tutulmasını tələb etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatda avqust ayında Türkiyə Respublikasına səfər etməsini köhnə pacemakerin çıxarılması ilə bağlı müzakirə, yoxlanış ilə əlaqəli olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 2024-cü ilin avqust ayında Türkiyə Respublikasına edilmiş səfər ilə bağlı çəkilmiş xərclərin cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu ilə biləvasitə səbəbli əlaqəsi sübuta yetirilmədiyindən həmin vəsait cavabdehdən tutula bilməz. İddiaçı həmçinin köhnə pacemakerin çıxarılması ilə bağlı icra ediləcək əməliyyat üçün 20000 manat məbləğində vəsait tələb edildiyini bildirsə də və həmin vəsaitində cavabdehdən tutulmasını tələb etsədə, qeyd edilən halları təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən iddiaçının tələbi qeyd edilən vəsaitin cavabdehdən tutulmasına dair hissədə təmin edilə bilməz.

44. İddia tələbinin mənəvi zərərin ödənilməsinə dair hissəsini qiymətləndirən məhkəmə qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi təkzib olunmazdır. Belə ki, sağlamlığına zərər dəymiş şəxş onun övladıdır. Məhkəmə qeyd edir ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi cavabdeh tibb müəssisəsi tərəfindən öz vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli icra edilməməsinin nəticəsi olması işin mübahisəsiz halıdır. Həmçinin cavabdeh tibb müəssisəsi tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində iddiaçının övladına ağır zərər dəymiş, uşaqda ağır ürək çatışmazlığına səbəb olmuşdur. Məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən tədqiq edilmiş hallarından görünür ki, cavabdeh tibb müəssisəsində əməliyyat həyata keçirildikdən sonra iddiaçı qızdırma, tənəffüs çatışmazlığı halsızlıq şikayətləri dəfələrlə övladını xəstəxanaya yerləşdirmiş, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək uşağın vəziyyəti çox ağır olaraq qiymətləndirilmiş və uşaq koma (huşu sedasiya altında olmuş) vəziyyətində olmuş, həmçinin intubasiya olunmuşdur. Məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş qeyd edilən faktiki halları bir valideyinin qeyd edilən faktiki hallar üzrə mənəvi sarsıntı və iztirab keçirdiyini təkzibedilməz edir. Belə ki, 8-10 aylıq bir körpədə valideynin gözü qarşısında qızdırmanın, tənəffüs çatışmazlığının olması, valideynin çarəsizliyi (övladına kömək edə bilməməsi), dəfələrlə tibb müəssisəsinə müraciət etməsinə baxmayaq xəstəxanadan evə yazıldıqdan sonra eyni şikayətlər ilə yenidən xəstəxanaya müraciət etməsi və yenidən eyni diaqnoz (yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş infeksiyası) ilə evə yazılması və nəticədə isə uşağa ürək çatışmazlığı diaqnozu qoyulması, uşağın koma vəziyyətinə düşməsi, intubasiya edilməsi və valideynin “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı” hissləri keçirməsini təkzibedilməz edir. Odur ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi cavabdehin törətdiyi mülki huquq pozuntusunun nəticəsi olduğundan onun məruz qaldığı mənəvi ziyanın əvəzinin tutulmasını tələb etməkdə haqlı olmuşdur. 219. İddiaçı cavabdehdən vurulmuş mənəvi zərərə görə 100000 manat tələb etmişdir. Əlbətdə ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi birmənalı olduğundan qeyd olunan məbləğ bəlkə də ona vurulmuş mənəvi zərəri aradan qaldırmaq üçün də kifayət etməz. Çünki maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmalı idi. Yəni iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərmir. Əksinə keçirdiyi mənəvi sarsıntı və iztirabların maddi formada dəyərinin müəyyən etməyin qeyri-mümkün olduğunu iddiaçı özü də təsdiq edir. Mənəvi zərərin məbləği ilə bağlı nə mövcud məhkəmə təcrübəsində, nədə ki, Ali Məhkəmənin adıçəkilən qərarında konkret olaraq dəqiq məbləğ müəyyən edilməmiş və bunun müəyyən edilməsi də mümkün deyildir. Buna baxmayaraq, məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən mənəvi zərərin baş verməsinə səbəb olmuş halları, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, hazırda uşağın sağlamlıq vəziyyətinin bərpa edilməsini, zərərin vurulmasının zərərvuran tərəfindən qəsdən edilmiş hərəkətlərin nəticəsi olmadığını, hadisədən uzun müddət keçməsini, işin sair diqqətəlayiq hallarını nəzərə alaraq, iddiaçıya dəymiş mənəvi ziyanın əvəzi olaraq cavabdehdən 5000 manat tutulmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə bu məbləğin tutulmasını işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir.

45. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Republikası Mülki Məcəlləsinin 5.3, 21.1, 21.2, 1096.1, 1097.1, 1099.1, 1099.2, 1112, 1115, 1118.1, 1120.1-ci, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 57-ci, “Özəl tibbi fəaliyyət” haqqında Azərbaycan Respublikası Qanununun 9, 16-cı maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının vahid məhkəmə təcrübəsini formalaşdıran 2(102)-388/2023 saylı xx.xx.2023-cü il tarixli, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il il tarixli, “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002- ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

46. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, iddianın təmin olunmadığı hissədə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

47. İddiaçının apelyasiya şikayətinin dəlillərinə görə avqust səfərində çəkdiyi xərclərlə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən 2024-cü ilin avqust ayında Türkiyə Respublikasına edilmiş səfər ilə bağlı çəkilmiş xərclərin cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu ilə bilavasitə səbəbli əlaqəsi sübuta yetirilmədiyindən həmin vəsait cavabdehdən tutula bilməz. Qeyd olunmalıdır ki, mülki işə birinci instansiya məhkəməsində baxılarkən X11 avqust ayında təkrar müayinə olunmasının zəruri olmasına dair sənəd iddiaçıda olmadığından mart ayı müayinəsi zamanı Hacettepe Xəstəxanasında qaldığından həmin sənədi təqdim etmək mümkün olmamışdır. Lakin daha sonra həmin sənədin gətirilməsi mümkün olmuşdur ki, qeyd olunan tibbi sənəddə professor doktor Tevfik Karagözün imzası ilə tərtib olunmuş tibbi sənəddə Adəm Mustafayevin 6 ay sonra təkrar müayinəyə gəlməsinin zəruri olduğu göstərilir. Bundan başqa, iddia ərizəsində azyaşlı X11 X40 X4 Xəstəxanasına təxliyyə olunması ilə bağlı Mediclub Xəstəxanasına 5000 min manat məbləğində pul ödənilməsi qeyd olunmuş, Nizami rayon Məhkəməsinin qətnaməsi ilə həmin məbləğ təmin edilməmişdir. Qeyd olunmalıdır ki, Mediclub MMC-yə ödənilmiş 5000 manatın 2148 manat hissəsi həmin müəssisəyə köçürmə yolu ilə ödənilmişdir ki, bununla bağlı Mediclub MMC-yə iş məhkəmədə olarkən sorğu versək də həmin sorğuya cavabı yalnız xx.xx.2024- cü il tarixində əldə etmək mümkün olmuşdur ki, bu səbəb dən də xx.xx.2024-cü il tarixli 332 saylı arayışı Nizami rayon Məhkəməsinə təqdim etmək mümkün olmamışdır. Həmçinin Nizami rayon Məhkəməsinin qətnaməsində qeyd olunur ki, işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən xx.xx.2023- xx.xx.2023-cü il tarixləriarasında “Hacettepe Universiteti Tibb Fakültəsi”ndə çəkilən xərclər iddiaçının övladında ASD olması səbəbi ilə keçirilən əməliyyat ilə bağlı xərclərdir. İddiaçı izahatında bildirmişdir ki,cavabdeh tərəfindən pacemakerin göstəriciləri düzgün nizamlanmadığı üçün uşağın ürəyində delik əmələ gəlmiş və keçirilən əməliyyat həmin dəliyin qapadılması ilə bağlı olmuşdur. Həmçinin qətnamədə qeyd olunur ki, məhkəmə tərəfindən aparılan araşdırma nəticəsində (“Google” axtarış sistemində) isə müəyyən edilmişdir ki, ASD-qulaqcıqlararası çəpər qüsuru– anadangəlmə ürək anomaliyası olub, qulaqcıqlararası çəpərin tam inkişaf etməməsi nəticəsində arakəsmənin açıq qalmasına səbəb olan anadangəlmə ürək qüsurudur. Yəni məhkəmə tərəfindən işin araşdırılan halları ilə ürəkdə yaranan dəliyin cavabdehin hüquqazidd əməlinin nəticəsi olduğu müəyyən edilmədiyindən və iddiaçı tərəfindən sübuta yetirilmədiyindən həmin delik ilə bağlı çəkilən xərclərin (əməliyyat, xəstəxana, cihazın satın alınması) cavabdehdən tutulmasına dair iddiaçının tələbi təmin edilə bilməz. X33 məhkəməyə də təqdim edilmiş X34 tibbi müayinə sənədləri ilə Hacettepe Xəstəxanasına daxil olarkən ürəyinin tibb imüayinəsinə dair sənədlərin təhlilindən görünür ki, X46 daxil olarkən AdəmMustafayevdə atrial septal Deffektin ölçüsü 8-9 mm olduğu halda bu dəlik özü özünə bağlana da bilərdi. Hacettepe Xəstəxanasına daxil olarkən isə əvvəl aparılmış yanlış müalicə və xəstənin səhhətinin ağırlaşması nəticəsində Adəm Mustafayevdə ASDnin ölçüsü 14 mm olmuşdur ki, ASD10 mm-dən böyük olduqda əksər hallarda öz özünə bağlanmır və ürəkdə yük yaratdığı üçün əməliyyat yolu ilə bağlanması tövsiyyə olunur. Lakin buna baxmayaraq həmin deffektazyaşlı X28rkən bağlanmamışdır. Qeyd olunmalıdır ki, azyaşlı Adəm Mustafayevdə həmin dəliyin bağlanması üçün zəruri olan kalp pilinə iddiaçı tərəfindən 2000 ABŞ dolları (AzərbaycanRespublikası ərazisində qiyməti daha bahadır) yəni Azərbaycan Manatı ekvivalentində götürdükdə 3400 AZN pul ödənilmişdir ki, qeyd olunan faktura Nizami rayon Məhkəməsinə təqdim edilsə də məhkəmə tərəfindən iddia həmin hissədə təmin olunmamışdır. Həmçinin Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsində qeyd olunur ki, “İddiaçı ona dəymiş maddi ziyan qismində cavabdehdən həmçinin arvadı X14 tərəfindən çəkilmiş 2386 manat məbləğində xərcin də tutulmasını tələb etmişdir. Qeyd edilən halı təsdiq etmək üçün X8 məxsus olan “Rabitəbank” hesabından çıxarışı təqdim etmişdir. İddiaçı izahatında bildirmişdir ki, arvadı tərəfindən çəkilmiş xərc o Azərbaycana qayıtdıqdan sonra onun tərəfindən Babazadə Nahidənin kart hesabına göndərilən vəsait hesabına çəkilmiş xərclərdir. Məhkəmə iddianı həmin hissədə təmin etməməsini iddiaçının həmin məbləğin tələb olunması ilə bağlı subyektiv hüququnun olmaması ilə əsaslandırmişdır. Lakin qeyd olunmalıdır ki, qeyd olunan dövrdə azyaşlı X25 Xəstəxanasına atası İddiaçı və anası Nahidə Babazadə ilə birgə təxliyyə olunmuşdur. Laki daha sonra iddiaçı işi ilə əlaqədar bir neçə ay sonra Bakı şəhərinə qayıtmalı olsa da Adəm Mustafayevin və həyat yoldaşı Nahidə Babazadənin zəruri xərclərinin ödənilməsi üçün onun kart hesabına öz kart hesabından 2386 manat köçürmə etmişdir ki, həmin pulun Elvin Mustavayevə aid olması işin mübahisəsiz halıdır. Həmçinin qeyd olunmalıdır ki, həmin dövrdə Nahidə Babazadə ümumiyyətlə işsiz olmuşdur. Onun öz gəliri olmamış, ailəni dolandıran şəxs iddiaçı özü olmuşdur. Həmçinin Nizami rayon Məhkəməsinin otel və kirayə ev ilə bağlı çəkilmiş xərclərə dair hissəsində qeyd olunur ki, “odur ki, iddiaçı tərəfindən otel üçün çəkilmiş 3812,04 manat məbləğində xərc cavabdehdən tutulmalıdır. Lakin iddiaçı daha ucuz olduğu üçün daha sonra kirayə mənzildə yaşadığını bildirsə də, məhkəməyə qeyd edilən halı təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçı tərəfindən ev üçün çəkilmiş xərci təsdiq etmək üçün təqdim edilmiş qəbzlər ilə isə həmin ödənilmiş vəsaitlərin ev üçün kirayə haqqı olaraq ödənilmiş vəsait olduğunu müəyyən etmək mümkün olmamışdır. Qeyd olunmalıdır ki, işə Nizami rayon Məhkəməsində baxılarkən iddiaçı tərəfindən ev xərci ilə bağlı ödənilmiş 1247 manat xərclə bağlı faktira məhkəməyə təqdim edilsə də məhkəmə tərəfindən həmin faktura sübut qismində qəbul edilməmişdir ki, sonradan iddiaçı tərəfindən köhnə mobil telefonunda olan Ankara şəhərində ev sahibi olan Telman İsmayılovla yazışmalar əldə olunmuşdur ki, həmin yazışmalar da hazırda Məhkəməyə sübut qismində təqdim olunur. Hacettepe Universiteti Tibb fakültəsində çəkilmiş xərclərlə bağlı qeyd olunmalıdır ki, ASD-nin qapadılması ilə bağlı keçirilmiş əməliyyat xərci olan 4178 manat və həkim Tevfik Karagözə əməliyyatla bağlı verilmiş 4000 ABŞ dolları xərclər (bıçaq parası) bununla bağlı çek və fakturaların təqdim olunmasına baxmayaraq təmin olunmamışdır. Həmçinin məhkəmə qətnaməsində qeyd olunur ki, məhkəmə iddiaçının özünün və atasının dekabr ayında etdiyi səfərin (xx.xx.2023 xx.xx.2024), o cümlədən öz anası, qaynanasının, xalasının Türkiyə Respublikasına getməsi ilə bağlı çəkilən xərclərin iddiaçı tərəfindən törədilmiş mülki hüquq pozuntusu ilə bilavasitə səbəbli əlaqəsini sübuta yetirə bilmədiyindən həmin hissədə təmin edilə bilməz. Bu hissə ilə bağlı qeyd olunmalıdır ki, məhkəmə tərəfindən azyaşlının valideyni İddiaçı övladı təxliyyə olunarkən onun bilet xərcinin iddiada təmin olunmasına baxmayaraq dekabr ayında onun övladının yanına getməsi ilə bağlı xərci nəzərə alınmamışdır ki, məhkəmənin bu mövqeyi anlaşılan deyildir. Həmçinin azyaşlının əməliyyat olunarkən heç bir yaşının olmaması, onun keçirdiyi ağır xəstəlik və cərrahiyyə əməliyyatları ilə əlaqədar olaraq ona cəmi bir nəfər şəxsin qulluq etməsi azyaşlının anası Nahidə Babazadənin imkanları xaricində olmuşdur. Həmçinin o da nəzərə alınmalıdır ki uşağa X41 edilmiş yanlış əməliyyat və qoyulmuş yanlış diaqnoz nəticəsində onun səhhətində yaranmış problemlər Nahidə Babazadənin emosional psixoloji gərginlik keçirməsinə və fiziki cəhətdən tükənməsinə səbəb olmuşdur ki, bu da azyaşlıya qulluq göstərilməsində digər yaxınların da köməklik göstərməsinə ehtiyac yaratmışdır. Bu səbəbdən də qeyd olunan hissədə də iddiamiztəmin olunmalıdır. İddianın mənəvi zərərlə bağlı hissəsində məhkəmə qeyd edir ki, İddiaçı cavabdehdən vurulmuş mənəvi zərərə görə 100000 manat tələb etmişdir. Məhkəmə tərəfindən mənəvi zərərin müəyyən edilmiş məbləğiişin hallarına uyğun deyildir.Belə ki, iş materiallarında olan tibbi sənədlərdən də görünür ki,azyaşlı AdəmMustafayev aparılmış yanlış əməliyyat və müalicə nəticəsində 2 dəfə koma vəziyyətinə düşərək günlərlə komada qalmışdır ki, bu da onun valideyni olan İddiaçı hər an öz övladını itirmək qorxusu yaratmış vəiddiaçı günlərlə psixoloji sarsıntı və iztirab keçirtmişdir. X21 aylarla X29ması və onun səhhətinin günü gündən pisləşməsi, valideyninin keçirdiyi yuxusuz gecələr,əsəb-sress vəziyyəti və psixoloji gərginlik onun fiziki cəhətdən tükənməsinə səbəb olmuşdur.

48. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qətnamədən apellyasiya şikayəti verərək ləğv, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

49. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə görə məhkəmədə həm şifahi, həm də vəsatətlə təkrar ekspertiza keçirilməsini tələb etmələrinə baxmayaraq məhkəmə heç bir əlavə araşdırma aparmamış, öz qərarını həkim işinə dair komisyon məhkəmə-tibbi ekspertizasının 30 aprel 2024-cü il tarixli, 342/KEŞ nömrəli əsassız və qanunsuz rəyinə istinad edərək qəbul etmişdir. Həmin rəydə komissiya üzvü – iş üzrə rəy bildirən yeganə həkim-mütəxəssis Ramil Əliyev (X5 ürək-damar cərrahı, rəyi imzalayan digər şəxslər isə ixtisasca həkim deyil) ekspert kimi iş üzrə rəy bildirmiş, implant cihazın düzgün tənzimlənmədiyini ifadə etmişdir. Halbuki, xəstəyə göstərilən xidmət kardio-cərrahiyə deyil, kardiologiya xidmətləri sahəsinə aiddir və bu iş üzrə ümumiyyətlə kardiocərrah yox, kardioloq-artitmoloq rəy bildirə bilərdi. Rəydə imzası olan Ramil Əliyev isə nəinki aritmoloq, heç kardioloq da deyil. Həmçinin kardiocərrah Ramil Əliyev komissiyanın üzvü ola bilməzdi və rəy verilməsində iştirak edə bilməzdi. Belə ki, AR Səhiyyə Nazirliyinin 07 fevral 2023-cü il tarixli, 3-28/3-1-68/2023 saylı əmrinin mütəxəssis-ekspertlərin siyahısı təsdiq edilmişdir. Həmin əmrə əsasən kardiologiya üzrə həkim ekspertlərin adları müəyyən olunmuşdur. Bunlar, kardioloq aritmoloq Fərid Əliyev, kardioloq Üzeyir Rəhimov və kardioloq Ülvi Mirzoyev-dir. Ürək-damar cərrahı Ramil Əliyevin adı həmin siyahıda yoxdur, olsaydı belə o kardiologiya sahəsinə yox, məhz kardio-cərrahiyə sahəsinə aid mütəxəssis həkimlər qrupuna aid edilə bilərdi. Ümumiyyətlə X52 kardioloq deyil, ürək-damar cərrahıdır. Rəydə cavab verdiyi sahə, onun sahəsi deyil. Məhz bu səbəbdən iş üzrə ekspertiza yenidən keçirilməli və rəy bildirməsi üçün müvafiq ixtisas sahəsi üzrə kardioloqaritmoloq cəlb edilməlidir.

50. Bundan başqa xəstə Adəm Mustafayev (doğum tarixi xx.xx.2022) intrafetal Tam AV blok diaqnozu ilə ginekolog tərəfindən konsultasiya edilmiş doğum sonrası hemodinamik olaraq stabil olduğu üçün təqibə alınmışdır. Xəstədə postnatal olaraq çəkilən Exokardiografiyada əlavə sekundum tip ASD olduğu da aşkarlanmış, xəstəninritm holter muayinesində ortalama urək ritminin dəqiqədə 52 olduğu görülmüşdür. xx.xx.2023 tarixində xəstəyə Subksifoid yanaşma ilə İki otaqlı/kameralı (DDDpacemaker) implantasiyası olunmuşdur. Pacemaker implantasiyası zamanı intraoperativ pacemaker və lead parametrləri kontrol edildi, eləcədə postoperativ 1 - ci gündə parametrlər təkrar kontrol edilmişdir. Əməliyyat sonrası dönəmi fəsadsız keçən xəstə xx.xx.2023-cü il tarixdə evə yazılmışdır. Evə buraxılmadan 41 gün sonra xx.xx.2023-cü il tarixdə taxipnoe, taxikardiya və qızdırma şikayəti ilə klinikaya müraciət etmiş və xəstə stasionara yatırılmışdır. Stasionarda taxikardiyası olan xəstəyə müvafiq olaraq Concor və Coralan müalicəsi başlanmışdır. Ümumi vəziyyəti düzələn tənəffus və ürək vurğuları normallaşan xəstə xx.xx.2023-cü il tarixdə təkrar evə yazılmışdır. xx.xx.2023-cü il tarixdə xəstə ümumi vəziyyətin pozulması səbəbilə xəstəxananın təcili yardımına müraciət etmiş və renaimasiyaya alınaraq 4-lü inotrop dəstək (Adrenalin, Noradenali, Milrinon, Simdax) müalicəsinə başlanmışdır. Mövcud vəziyyətin səbəbi araşdirilması üçün müayinələr olundu. Xəstə olası metabolik, immunolojik və viralmiyokardit markerləri göndərildi. Xəstə uşaq reanimatologu, uşaq metabolik xəstəliklər mütəxəsisi, və uşaq aritmologuna konsultasiya edildi. Gərəkli instrumental və laboratuar analizlər göndərildi. Çəkilən Exokardiografiyada LV funksiyalarinda azalma olduğu üçün pacemaker induced kardiomiopatiya üçün səbəblər araşdırıldı. Pacemaker induced KMP en sıx səbəbi olan RV pacing inkar edildi (Elektrokardiografiyada sag dal bloku LV pacing gostəricisidir, eləcə də rentgen grafiyalarinda ventrikul leadlerinin urəyin apeksində olduğü aşikar görünür). Mövcud vəziyyətin pacemaker implantasiyası sonrası sıx tənəffüs yolu infeksəyalarına bağlı atriyal taxikardiya və bu səbəbdəb ventrikulyar taxikardiyaya bağlı olduğu düşünüldü. Və xəstənin kritik vəziyyətini keçdikdən sonra iləri tetkiklər edilməsi planlaşdırıldı. Xəstənin kritik vəziyyətdən çıxarıldıqdan sonra müalicəyə stasionarda davam edildi. Mövcud vəziyyətin araşdırılması və müalicə taktikasının dəqiqləşdirilməsi məqsədi ilə kateterizasya planlandı. Ailə tərəfindən xəstənin müalicəsinin Türkiyə Cümhuriyyətində davam etdirmək istədikləri bildirildi. Ailənin imtinası və tələbi ilə xəstə X6 Üniversitetinə göndərildi. Kongenital Tam AV blok nadir görülən bir patalogiyadır. Bu halda xəstələrin müalicəsi daimi pacemaker implantasiyasıdır və BonaDea-da bu düzgün icra olunmuşdur. 15 kg üzərindəki uşaqlara transvenoz implantasiya mümkün olduğu halda çəkisi 15 kg-dan aşağı olan xəstələrdə cərrahi yol ilə epikardiyal pacemaker implantasiyası edildir. Çəkisi 2.5 kg çox olan xəstələrə hər zaman fizyolojik olan İkiodalı, 2.5 kg aşağı olan xəstələrdə tək odalı pacemaker implantasiyası olunur(. Xəstəyə epikardial pace implantasiyası göstərişi doğumsal tam atrioventrikülyar blokada, sekundum ASD, günlük ortalama ürək vurğularının sayının 47-52 v/dəqiqə olmasıdır. Beynəlxalq rəhbərlərin tövsiyyəsinə əsaslanaraq xəstəyə pacemaker implantasiyasına qərar verilmişdir. Xəstənin yaşı, çəkisi, atrial septal defektinolması diqqətə alınaraq beynəlxalq rəhbərlərin tövsiyyəsi ilə epikardiyal pacemaker implantasiyası edilmişdir. Pacemaker implantasiya edildikdən sonra parametrələr beynəlxalq rəhbərlər əsasında aşağıdakı kimi ayarlanmışdır: DDD, Üst limit 160 v/dəq, Alt limit 80 v/dəq, AV gecikmə müddəti(AV delaytime) 150 msn, Sens 140 msn, pace 150 msn. Xəstə BonaDea-ya daxil olduqdan sonra sepsis, miokardit və ciddi ürək çatışmamazlığı istiqamətində müalicələr almış, bu müalicələr nəticəsində ürək çatışmamazlığı geriləmişdir. Dörd inotrop dəstəyi birə qədər azaldılmış, ürəyinyığılma qabiliyyətində yüksəlmə izlənmişdir. Bütün bunlar tətbiq edilən müalicə taktikasının doğru seçildiyinin göstəricisidir. Pacemaker implantasiyasından sonra istər ambulator təqib, istərsə də stasionar müalicə sırasında xəstənin nəbzinin fiziolojik vəziyyətlərinə görə uyğun bir şəkildə dəyişməsi pacemaker göstəricilərinin düzgün nizamlandığının başqa bir sübutudur. Yəni xəstənin qızdırması, ağlaması və ürək çatışmamazlığının artması zamanı nəbzinin ehtiyaclarına uyğun olaraq sürətlənməsi, müalicə ilə ürək çatışmazlığının düzəlməsi və ya yuxuda olduğu zaman azalması. Bu məlumatlar xəstə təqib sənədlərində açıq bir şəkildə görülməkdədir. Ekspertiza rəyində aşağıdakı tibbi terminlər xətalı olaraq yazılmışdır: “İnotroplar dayandırıldı” xəstəxanamızdan çıxdığı zaman pasient sadəcə milrinon infuziyası alırdı və Hacettepe Universitetində də milrinon dəstəyinə davam edilmişdir; “Paradoksal daralma” tamamilə səhv tərcümə edilmişdir; “Sol budaq nahiyyəsi” ürəkdə belə bir nahiyyə yoxdur, dilimizdə fərqli şəkildə ifadə edilir və ya tərcümə edilmədən beynəlxalq dildə yazılır; “Sol qol nahiyəsinin pacing prosedurası” belə bir prosedura yoxdur; “Tromb riski baxımından septumun daralmasına kömək edə biləcəyi” tibbi olaraq yanlış ifadə və yaxud tərcümə. Ekspertiza rəyi xəstəlik tarixinin bir hissəsinin doğru olmayan tərcüməsinə əsasən və mövzu ilə əlaqəli ixtisası olmayan ekspertlər tərəfindən tərtib olunmuşdur. X2 yazılmış xəstəlik tarixində əvvəlki pacemaker implantasya yerində və ya parametrlərində hər hansı yanlışlıq olması ilə əlaqəli heç bir ifadə yazılmamışdır. Onu da qeyd etmək lazımdır ki, xəstədə immun əlaqəli tamAVblok olduğu üçün eyni mexanizma ilə miokard əzələləri də zərər gördüyü tibbi ədəbiyyatda açıq bir şəkildə bildirilməkdədir və erkən yaşda pacemakerimplantasiya ehtiyacı olan pasientlərin klinik gedişi daha ağır olmaqdadır. Pasientin istər ana bətnində istərsə də doğulduqdan sonra paceimplantasiyasına qədərki dövrdə ürək boşluqlarında genişlənmə olmuşdur – DilatasyonKardiomiopatiya. Pacemaker implantasiyasi sonrası ən önəmli ağırlaşmalardanbiri olan paced induced kardiomiyapatiya ortalama 12% (10-15%) hallarda rast gəlinir. Ən çox səbəbi sağ ventrikulün pace edilməsidir. İkinci səbəb isə müxtəlif ürək xarici səsbəblərdən yaranan davamlı atriyaltaxikardiyadır. Sözügedən xəstədə pace induced kardiomiyopatiyanın səbəbi hər hansı səhv müdaxilə yox, pacemaker implantasiyası sonrası təkrarlayan tənəffüss yolları infeksiyasına bağlı davamlı atriyal taxikardiyadır. Belə xəstələrin müalicəsində biventricular pacing, CRT implantasiyası və his dəstəsinin pacingi istifadə olunur. Xəstədə his dəstəsinin pacing yolu seçilmiştir. Tibbi ədəbiyyatdan da görüldüyü kimi xəstə üçün ilkin müalicə seçimi iki otaqlı və solmədəcik epikardiyal pacing ilkin seçənəkdir. İstər pace leadlərinin yeri, istərsə də pace parametrələri güncəl rəhbərlərin tövsiyəsi əsasında icra edilmişdir. Bundan başqa 1-ci instansiya məhkəməsi səbəbli əlaqə olmadığı halda iddiaçının Türkiyə Respublikasında övladının müalicəsi üçün çəkdiyi xərcləri və digər məsrəfləri cavabdehdən tutulmasına qət etmişdir. Ürək-damar cərrahı Ramil Əliyevin məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün məhkəmə eksperti şəhadətnaməsi iş materiallarında yoxdur, məhkəmə eksperti qismində məlumatları məhkəmə ekspertləri reyestrinə daxil deyil.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

51. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

52. Cavabdehin nümayəndəsi Vəkil3 "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin rədd olunmasını xahiş etdi.

53. İddiaçının nümayəndəsi Vəkil1 iştirak etdiyi məhkəmə iclasında iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək həmin şikayətin təmin olunmamasını xahiş etdi.

54. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən mütəxəssis kimi dəvət olunmuş X35 izahatında göstərdi ki, X37 ürək – damar cərrahıdır, kardioloq hesab olunur və rəy əsaslıdır.

55. 30 aprel 2024-cü il tarixli, 342/KEŞ nömrəli rəyin verilməsinə iştirak edən komissiya üzvü X37 izahatında göstərdi ki, kardiologiya üzrə tək ekspert olduğundan rəyin verilməsinə cəlb olunmuşdur və səlahiyyətli şəxsdir. Rəy təqdim olunmuş sənədlərə əsasən tərtib olunmuş, xəstənin müyainəsi həyata keçirilməmişdir.

Tətbiq edilən hüquq

56. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir; Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Maddə 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Maddə 1120.1. On dörd yaşı tamam olmamış və qazancı (gəliri) olmayan yetkinlik yaşına çatmayana (azyaşlıya) xəsarət yetirildikdə və ya onun sağlamlığı başqa şəkildə pozulduqda zərərin vurulması üçün məsuliyyət daşıyan şəxs sağlamlığın pozulması ilə bağlı çəkilən xərclərin əvəzini ödəməlidir.

57. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 57. Vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar.

58. “Özəl tibbi fəaliyyət” haqqında Qanun: Maddə 9. Özəl tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan şəxslərin verdiyi sənədlər və rəylər dövlət nümunəli tibbi sənədlərlə eyni hüquqi qüvvəyə malikdir. Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının normativ hüquqi aktlarında göstərilən bütün statistik qeydiyyat və hesabatları aparmağa borcludurlar və onların doğruluğuna görə məsuliyyət daşıyırlar. Maddə 16. Tibbi yardımın şərtlərinə və qaydalarına əməl etmək, xəstənin sağlamlıq vəziyyətini, ona göstərilən tibbi xidmətlərin həcmini və onların nəticələrini əks etdirən tibbi sənədləşmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirmək, xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü barədə məlumat vermək özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifəsidir.

59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

60. Qətnamə iddiaçının apellyasiya şikayətinə əsasən iddianın rədd, cavabdehin apellyasiya şikayətinə əsasən təmin olunduğu hissələrdə mübahisələndirildiyindən apellyasiya şikayətlərinin dəlilləri üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

61. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

62. Birinci instansiya məhkəməsinin qətnaməsi həm iddiaçı, həm də cavabdeh tərəfindən mübahisələndirildiyindən məhkəmə kollegiyası ilkin olaraq iddiaçının apellyasiya şikayətinə münasibət bildirir.

63. İddiaçının apellyasiya şikayətinin dəlillərini o təşkil edir ki, mülki işə birinci instansiya məhkəməsində baxılarkən X11 avqust ayında təkrar müayinə olunmasının zəruri olmasına dair sənəd iddiaçıda olmadığından mart ayı müayinəsi zamanı Hacettepe Xəstəxanasında qaldığından həmin sənədi təqdim etmək mümkün olmamışdır, lakin daha sonra həmin sənədin gətirilməsi mümkün olmuşdur ki, qeyd olunan tibbi sənəddə professor doktor Tevfik Karagözün imzası ilə tərtib olunmuş tibbi sənəddə Adəm Mustafayevin 6 ay sonra təkrar müayinəyə gəlməsinin zəruri olduğu göstərilir. Bundan başqa, iddia ərizəsində azyaşlı X11 X40 X4 Xəstəxanasına təxliyyə olunması ilə bağlı Mediclub Xəstəxanasına 5000 manat məbləğində pul ödənilməsi qeyd olunmuş, Nizami rayon Məhkəməsinin qətnaməsi ilə həmin məbləğ təmin edilməmişdir. Qeyd olunmalıdır ki, "xxxx" MMC-yə ödənilmiş 5000 manatın 2148 manat hissəsi həmin müəssisəyə köçürmə yolu ilə ödənilmişdir ki, bununla bağlı "xxxx" MMC-yə iş məhkəmədə olarkən sorğu verilsə də həmin sorğuya cavabı yalnız xx.xx.2024-cü il tarixində əldə etmək mümkün olmuşdur ki, bu səbəbdən də xx.xx.2024-cü il tarixli 332 saylı arayışı Nizami rayon Məhkəməsinə təqdim etmək mümkün olmamışdır.

64. Qeyd olunan sənədlər iddiaçı tərəfindən apellyasiya şikayətinə əlavə edilmişdir.

65. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

66. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində araşdırma aparılarkən professor doktor Tevfik Karagözün imzası ilə tərtib olunmuş tibbi sənəddə Adəm Mustafayevin 6 ay sonra təkrar müayinəyə gəlməsinin zəruri olduğu göstərildiyi tibbi sənədin təqdim olunacağı, sənədi həmin vaxt əldə etmənin mümkün olmaması ilə bağlı məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Apellyasiya şikayətinə əlavə olunmuş digər sübut – "xxxx" MMC-nin arayışına münasibətdə iddiaçı (apellyator) qeyd edir ki, iş məhkəmədə olarkən sorğu verilsə də həmin sorğuya cavabı yalnız xx.xx.2024-cü il tarixində əldə etmək mümkün olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, bu barədə sorğu "xxxx" MMC-yə 19 dekabr 2024-cü il tarixdə, yəni, yekun aktının çıxarılmasından 1 gün əvvəl verilmiş və qətnamənin çıxarıldığı gün cavablandırılmışdır. Halbuki, qeyd olunan sübutlar məhkəməyə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməli idi. Buna görə də birinci instansiya məhkəməsi MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq qətnaməni yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandıraraq bu hissələrdə iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Buna görə də qeyd olunan dəlillər qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

67. İddiaçının apellyasiya şikayətində qeyd olunan dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillərə münasibətdə birinci instansiya məhkəməsi tərəfindən düzgün araşdırma və əsaslandırma aparıldığından yenidən qiymətləndirmə aparılmasına zərurət yoxdur.

68. Cavabdeh apellyasiya şikayətini əsasən məhkəmə-tibbi ekspertizasının 30 aprel 2024-cü il tarixli, 342/KEŞ nömrəli rəyinin əsassız və qanunsuz olması ilə əsaslandır və ona istinad edir ki, rəydə komissiya üzvü – iş üzrə rəy bildirən yeganə həkim-mütəxəssis Ramil Əliyev (X5 ürək-damar cərrahı, rəyi imzalayan digər şəxslər isə ixtisasca həkim deyil) ekspert kimi iş üzrə rəy bildirmiş, implant cihazın düzgün tənzimlənmədiyini ifadə etmişdir. Halbuki, xəstəyə göstərilən xidmət kardio-cərrahiyə deyil, kardiologiya xidmətləri sahəsinə aiddir və bu iş üzrə ümumiyyətlə kardiocərrah yox, kardioloq-artitmoloq rəy bildirə bilərdi. Rəydə imzası olan Ramil Əliyev isə nəinki aritmoloq, heç kardioloq da deyil. Həmçinin kardiocərrah Ramil Əliyev komissiyanın üzvü ola bilməzdi və rəy verilməsində iştirak edə bilməzdi. Belə ki, AR Səhiyyə Nazirliyinin 07 fevral 2023-cü il tarixli, 3-28/3-1- 68/2023 saylı əmrinin mütəxəssis-ekspertlərin siyahısı təsdiq edilmişdir. Həmin əmrə əsasən kardiologiya üzrə həkim ekspertlərin adları müəyyən olunmuşdur. X52 kardioloq deyil, ürək-damar cərrahıdır, cavab verdiyi sahə, onun sahəsi deyil. Məhz bu səbəbdən iş üzrə ekspertiza yenidən keçirilməli və rəy bildirməsi üçün müvafiq ixtisas sahəsi üzrə kardioloq-aritmoloq cəlb edilməlidir.

69. Məhkəmə kollegiyası bu dəlilə münasibətdə qeyd edir ki, bu xüsusatla bağlı birinci instansiya məhkəməsində məhkəmə-tibbi ekspert komissiyasının şöbə rəisi Cavid Cahangirli izahatında qeyd etmişdir ki, onlar tərəfindən komissiyon məhkəmə ekspertizası onların öz Əsasnamələrinə uyğun olaraq təşkil edilir. Əgər ekspertizanı təyin etmiş orqan tərəfindən konkret olaraq Səhiyyə Nazirliyinin müvafiq əmrində qeyd edilən ekspertlərin mütəxəssis qismində cəlb edilməsi ilə bağlı tələb olduğu halda həmin ekspert mütəxəssislər cəlb edilirlər. Həmin əmrdə qeyd edilən mütəxəssis-ekspertlər Səhiyyə Nazirliyinin həkimlərindən şikayət olduğu halda cəlb edilirlər. Əgər ekpertizanın təyin edilməsi ilə bağlı qərarda konkret olaraq ekspertin adı qeyd olunmayıbsa, bu zaman eksperti onlar özləri müəyyənləşdirirlər. Mübahisələndirilən ekpsert rəyi üzrə də, konkret göstəriş olmadığına görə Ramil Əliyevin mütəxəssis kimi cəlb olunduğu və onun 20 illik təcrübəsi, rəy vermək səlahiyyəti olduğunu bildirmişdir.

70. Məhz cavabdehin apellyasiya şikayətində göstərilən bu dəlilin araşdırılması məqsədilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinə apellyasiya məhkəməsi tərəfindən göndərilmiş sorğunun cavabında qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəssisələrində istifadə olunan ixtisasların və vəzifələrin nomenklaturası” haqqında xx.xx.2008-ci il tarixli 119 nömrəli əmrində səhiyyə müəssisələrində istifadə olunan həkim ixtisaslarının siyahısında kardioloq-aritmoloq ixtisası yoxdur. Yəni, səlahiyyətli orqan tərəfindən təsdiq olunmuş vəzifələrin nomenklaturasında həkim ixtisaslarının siyahısında kardioloq-aritmoloq ixtisası göstərilmədiyi halda rəyin məhz kardioloq-aritmoloq tərəfindən verilməli olması imperativ şərt ola bilməz. Cavabdehin arqumentinə əsasən məntiqlə bu nəticəyə gəlinir ki, əgər ekspertlərin siyahısında kardioloq-aritmoloq yoxdursa, ümumiyyətlə rəy verilməməli, ekspert qarşısında qoyulan suallar cavablandırılmamalı idi. Buna görə də məhkəmə kollegiyası bu qənaətə gəlir ki, bununla bağlı cavabdehin arqumentləri əsaslı hesab oluna bilməz və şikayətin dəlilləri üzrə araşdırılmalı olan növbəti məsələ rəyin əsaslı olub – olmamasıdır.

71. Rəyin əsassız olması ilə bağlı şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, xəstənin səhhətində olan problemlər məhz “X54” Hospitalı tərəfindən əməliyyat icra edildərək evə yazıldığı 15 iyul 2023-cü il tarixdən sonra yaranmışdır. Belə ki, 25 iyul 2023-cü il tarixdə uşaq ümumi narahatlıq, qızdırma şikayəti ilə xəstəxanaya yerləşdirilmiş, uşağa yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu qoyularaq 05 avqust 2023-cü il tarixdə evə yazılmışdır. Apellyasiya şikayətində pacemakerin göstəricilərinin düzgün nizamlandığı qeyd olunsa da, həmin dövrü əhatə edən müşahidə qeydindən görünür ki, uşaqda ürək ritmi 120-130, 120-140, 120-150 arası, tənəffüsü zəif taxipnoik (tənginəfəs) olmuşdur. Yəni, şikayətin bu dəlili işin halları ilə təkzib olunur. Daha sonra 07 avşqust 2023-cü il tarixdə rutin müayinə üçün müraciət edilmiş, 16 avqust 2023-cü il tarixdə uşaq yenidən qızdırma, tənəffüs çatışmazlığı, şikayəti ilə xəstəxanaya gətirilib, yenidən yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu qoyulmuşdur. 26 avqust 2023-cü ildə solunum sıxıntısı və taşikardi şikayəti ilə xəstəxanaya yerləşdirilib, yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu qoyulub və 01 sentyabr 2023-cü il tarixdə evə yazılmışdır. Həmin dövrü əhatə edən müşahidə qeydindən görünür ki, uşağın ürək ritmi 163, 103, 130-150, 110-130, 100-120 arası, tənəffüsü zəif taxipnoik (tənginəfəs) olmuşdur. Uşağın ürək ritminin bu aralıqlarda olduğu halda cavabdehin hansı əsasla pacemakerin göstəricilərinin düzgün nizamlandığına istinad etməsi anlaşılan deyildir.

72. Xəstə 11 sentyabr 2023-cü il tarxidə isə temperatur, göyərmə, soluqluq, halsızlıq, huzursuzluq şikayəti ilə xəstəxanaya yerləşdirilmiş, ümumi vəziyyəti ağır qiymətləndirilmiş, intubasiya olunaraq STA-ya qoşulmuş, uşağa ürək çatışmazlığı, ürək ritminin digər pozğunluqları, digər dəqiqləşdirilmiş sepsis, tam qulaqcıq-mədəcik bolkadası, kalp pili bulunuşu diaqnozları qoyulmuşdur. Uşağın vəziyyəti daxil olduğu vaxtdan 02 oktyabr 2023-cü il tarixədək ağır olaraq qiymətləndirilmiş, huşu sedasiya (anestezioloq tərəfindən tətbiq olunan yuxu halı) altında olmuşdur. Uşaq 10 oktyabr 2023cü il tarixdə isə iləri tədqiq müalicə üçün transfer olunması üçün tibbi komandaya təslim edilmiş, həkim nəzarəti altında hava ambulansı (təcili tibbi yardım) ilə xx.xx.2023-cü il tarixdə, Türkiyə Respublikası, Ankara şəhərinə aparılmış və “X20 Fakültəsi” Acil Servisə yerləşdirilmişdir.

73. Məhz "xxxx" hospitalında aparılmış müalicənin nəticəsində xəstənin vəziyyəti elə bir həddə ağırlaşmışdır ki, uşaq 4-5lt/dk oksigen dəstəyi ilə yoğun bakıma yerləşdirilmiş, uşağa xəstəxanada konjenital AV Blok, DDD pacemaker implantasyonu sonrası pacemaker ilişkili (əlaqəli) kardiyomyopati, Ağır ürək çatışmazlığı, kardiostimulyatorun revizyası-yəni sol istiqamət sahəsində kardiostimulyator implantasiyası, transkatater ASD bağlanması diaqnozu qoyulmuşdur. Qeyd olunan xüsusatlar bir daha təsdiq edir ki, “X54” Hospitalı tərəfindən icra edilmiş “pacemaker” əməliyyatının nəticəsində həmin pacemakerin göstəricilərinin düzgün nizamlanmaması uşaqda ürək çatışmazlığına səbəb olmuşdur.

74. X20 Fakültəsi tərəfindən verilmiş arayışdan da aydın olur ki, uşağa DDD kardiostimulyator (pacemaker) implantasiyasından sonra kardiostimulyator (pacemaker) əlaqəli kardiyomyopati diaqnozu qoyulmuşdur. Kardiyomyopatinin əlamətlərindən biri isə nəfəs darlığı və düzənsiz ürək atışlarıdır. Qeyd olunan hal da təsdiq edir ki, xəstənin bu vəziyyətdə olmasına səbəb pacemakerin göstəricilərinin düzgün nizamlanmamasıdır. “Hacettepe Universiteti Tibb Fakültəsi”ndə cavabdeh tərəfindən yerləşdirilmiş pacemaker və septumda aşkar paradoksal daralma və dissinxroniya olması səbəbi ilə həmin pacemaker ləğv edilmiş və yenisi yerləşdirilmiş və nəticədə uşağın vəziyyətində müsbət irəliləyiş əldə edilmişdir. Yəni cavabdeh tərəfindən yerləşdirilmiş pacemakerin ləğv edilməsinə və yeni pacemakerin yerləşdirilməsinə tibbi zərurət olmuşdur.

75. İşin halları ilə təsdiq olunur ki, uşaqda ağır ürək çatışmazlığının olması və ürək çatışmazlığının uşaqda anadan olarkən deyil, cavabdeh «X54» Hospitalı tərəfindən icra edilmiş əməliyyatdan sonra yaranması işin mübahisəsiz halıdır.

76. Pacemakerin göstəricilərinin düzgün nizamlanmaması nəticəsində uşaqda kardiyomyopatinin əlamətləri olan nəfəs darlığı, yorğunluq, düzənsiz ürək atışları olmasına baxmayaraq «X54» Hospitalı tərəfindən yanlışlıqla uşağa yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu qoyulmuş, müalicə düzgün aparılmamış, nəticədə xəstənin vəziyyəti ağırlaşmışdır. Xəstənin vəziyyətinin yaxışlaşması isə məhz “Hacettepe Üniversitesi”ndə aparılan düzgün müalicə nəticəsində mümkün olmuşdur.

77. MPM-nin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə X1 Birliyi” X36 342/KEŞ nömrəli ekspert rəyinin qətnamənin 69-74-cü bəndlərində qeyd olunan hallarla müqayisəli şəkildə qiymətləndirilməsini məqsədə müvafiq hesab edir. Rəydə qeyd olunmuşdur ki, Adəm Mustafayevin adına Türkiyə Respublikası “Hacettepe Üniversitesi”ndə tərtib edilmiş tibbi sənəddən göründüyü ki, xəstədə şiddətli ürək çatışmazlığı olduğundan köhnə kardiostimulyator ləğv edilmiş, 28 dekabr 2023-cü il tarixdə isə “Kardiostimulyatorun revizyonu-yeni sol budaq sahəsində kardiostimulyator implantasiyası” aparılmışdır. Qeyd olunanları nəzərə alaraq “X54 İnternational Hospital da kardiostimulyatorun qoyulmasına tibbi göstəriş olmuş, kardiostimulyator düzgün qoyulsa da göstəriciləri düzgün nizamlanmamış və bu da xəstədə şiddətli ürək çatmamazlığına səbəb olmuşdur. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmayıb. Adəm Mustafayevə “X54 İnternational Hospitaf’da göstərilmiş qüsurlu tibbi xidmət səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixli 70 saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları’nın 24.1 bəndinin (“ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsi”) pozulmasıdır.

78. Göründüyü kimi ekspert rəyində də kardiostimulyator düzgün qoyulduğu qeyd olunur, lakin göstəricilərin düzgün nizamlanmamasının xəstədə şiddətli ürək çatmamazlığına səbəb olması nəticəsinə gəlinir. Ekspertin gəldiyi qənaət işin halları, müalicələrin aparılmasına dair sənədlərlə ilə ziddiyyət təşkil etmir, üst – üstə düşür. Yuxarıda qeyd olunduğu kimi “X54” Hospitalı tərəfindən pacemakerin göstəricilərinin düzgün nizamlanmaması nəticəsində uşaqda kardiyomyopatinin əlamətləri olan nəfəs darlığı, yorğunluq, düzənsiz ürək atışları olmasına baxmayaraq cavabdeh tərəfindən yanlışlıqla uşağa yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu qoyulmuş, müalicə düzgün aparılmamış, nəticədə xəstənin vəziyyəti ağırlaşmışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, rəyin mötəbərliliyinin şübhə altına alınması üçün əsaslar mövcud deyildir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəllillərindən biri kimi istinad olunan hal - rəydə tibbi terminlərin xətalı olaraq yazılması rəyin mötəbərliliyinə təsir etmir.

79. Şikayətin dəlili olaraq daha sonra ona istinad olunur ki, X2 yazılmış xəstəlik tarixində əvvəlki pacemaker implantasya yerində və ya parametrlərində hər hansı yanlışlıq olması ilə əlaqəli heç bir ifadə yazılmamışdır.

80. Məhkəmə kollegiyası bu dəlilə münasibətdə qeyd edir ki, xəstəxana (Hacettepe Üniversiteti) və ya həkimin vəzifəsi əvvəlki müalicənin əsassızlığını, düzgün aparılmadığını sübut etmək deyildir, xəstəyə dəqiq diaqnoz qoyularaq düzgün müalicənin aparılmasıdır. Hacettepe Üniversiteti tərəfindən də müayinədən sonra xəstəyə konjenital AV Blok, DDD pacemaker implantasyonu sonrası pacemaker ilişkili (əlaqəli) kardiyomyopati, Ağır ürək çatışmazlığı, kardiostimulyatorun revizyası - yəni sol istiqamət sahəsində kardiostimulyator implantasiyası, transkatater ASD bağlanması diaqnozu qoyulmuşdur ki, bu fəsadların da əmələ gəlmə səbəbi yuxarıda qeyd olunduğu kimi pacemakerin göstəricilərinin düzgün nizamlanmamasıdır.

81. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir.

82. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, e-2(007)- 2222/2024 nömrəli qətnaməsindən İddiaçı və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ayrı – ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, e-2(007)- 2222/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar