Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2079/2024 13.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: «borcun silinməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3049/2023 saylı, 06 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Cavabdeh ilə İddiaçı arasında qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Xələfov küçəsi, ev 2 ünvanında yerləşən 7 saylı mənzil təbii qazla təchiz edilmişdir.
2. Abonentin saldosuna əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Xələfov küçəsi, ev 2 ünvanında yerləşən 7 saylı mənzil üzrə İddiaçı **********00070 nömrəli abonent hesabına qazdan istifadəyə görə 2021-ci ilin dekabr ayında 1836 manat, 2023-cü ilin yanvar ayında 8812,80 manat, fevral ayında 734,40 manat, mart ayında 362,88 manat, aprel ayında 734,40 manat və iyul ayında 544,32 manat, cəmi aktlar əsasında 13024,80 manat məbləğində borc yazılmışdır.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında olan **********00070 saylı abonent hesabına yazılmış 13024,80 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Tələbdə göstərilir ki, Cavabdeh tərəfindən ona məxsus ünvan 2 ünvanında olan **********00070 saylı abonent hesabına 2023-cü il tarixdə qazdan qeyri-qanuni istifadə etmədiyi halda 2023-cü ilin yanvar ayında akt yazılaraq 8812,80 manat, fevral ayında 734,40 manat, mart ayında 362,88 manat, aprel ayında 734,40 manat, iyun ayında 1836 manat, iyul ayında 544,32 manat məbləğində cəmi 13024,80 manat məbləğində borc hesablanmışdır. 2014-cü ildə mərhum qardaşı vəfat edəndən sonra həmin evdə yaşayış olmamışdır. 2023-cü ilin yanvar, fevral mart, aprel, iyun, iyul aylarında tarixsiz fotoşəkillərə istinad edilərək qanunsuz aktlar tərtib olunmuş və yuxarıda göstərilən məbləğlərdə borc hesablanmışdır. Yazılmış aktlarda qaz işlədici avadanlıq kimi РQ-4, QSSQ 160 1, dəmir soba, iran sobası göstərilmişdir. Amma həmin evdə PQ-3 olmuş, ondan başqa qaz işlədicisi olmamışdır. Məhkəmədən evə baxış keçirilməsini, evdə hansı qaz işlədicilərin olmasının müəyyən edilməsi, həmin evdə 2014-cü ildə qardaşının vəfatından sonra yaşayış-olub olmadığının aydınlaşdırılmasını xahiş edir. Həmçinin 2021-ci ilin dekabr ayında həmin ünvana borc yazılmış, 2022-ci ilin yanvar ayında silinmişdir. xx.xx.2023-cü il tarixə qədər həmin abonent hesabı onun adında olmamışdır. X1 adına olmuşdur. Amma qanunsuz cərimələr onun adına yazılmışdır.
5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3049/2023 saylı, 06 dekabr 2023cü il tarixli qətnaməsi ilə (hakim İlham Cəfərzadə) iddia tələbinin qismən təmin edilərək İddiaçı adına olan **********00070 nömrəli abonent hesabından 12938,4 manat məbləğində borc silinməsi; iddia tələbinin qalan hissədə təmin edilməməsi; cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 128,81 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, mülki mübahisənin yaranmasına səbəb Cavabdeh tərəfindən tərtib edilmiş aktların olmasını və həmin aktların tərtib edilməsinə əsaslar iddiaçının yaşadığı ünvanda təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi faktlarının müəyyən edilməsi olmasını nəzərə alaraq məhkəmə hesab edib ki, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də görünndüyü kimi sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Hazırki iş üzrə isə 2021-ci ilin dekabr ayından başqa 2023-cü ildə iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə olunması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş və məhkəmədə işin araşdırılmış halları ilə də müəyyən olunmamışdır. Belə ki, iş üzrə müəyyən olunur ki, 2021-ci ilin dekabr ayında iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə olunmuş, həmin xətt aşkar edilərək ləğv edilmiş, iddiaçının evinə gedən qaz turbasının yeri dəyişdirilərək əvvəlki yerindən təxminən 15 sm aralı məsafədə bərkidilməklə yerləşdirilmiş, lakin Cavabdehnə məxsus qaz xəttinə qoşulmamış, sadəcə xəttin üzərində yerləşdirilmişdir. Bundan sonra isə, yəni 2023-cü ildə Cavabdeh əməkdaşları tərəfindən hansı səbəbə görə iddiaçının ünvanında qeyri-qanuni xətt vasitəsilə qazdan istifadə edilməsi səbəbindən aktarın tərtib edilməsinin əsası nədən ibarət olması məhkəməyə aşkar olmamaqla bu barədə sübut olunmamışdır. Odur ki, 2023-cü il tarixdə tərtib edilmiş aktlar əsassızdır. Məhkəmə, həmçinin 2021-ci ilin dekabr ayında tərtib edilmiş xx.xx.2021-ci il tarixli, AKT ******* saylı akt əsasında ünvanda PQ-4, QSSQ, dəmir soba, iran sobası nəzərə alınmaqla dəymiş ziyanın hesablanmasını əsassız hesab etmişdir. Belə ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, qeyri-qanuni xəttin çəkildiyi evdə PQ-4 cihazı vardır. Akt tərtib edildiyi zaman isə evə baxış keçirilməmiş və bu səbəbdən evdə qazdan istifadə üçün mövcud olan qaz qurğuları nəzərə alınmadan düzgün qaydada hesablama aparılmamışdır. Eyni zamanda bu barədə müvafiq sübutlar da məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə “Qazdan istifadə Qaydaları”nın qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanmasına aid tələbləri nəzərə alaraq hesab etmişdir ki, iddiaçı tərəfindən 1 ay müddətində 86,4 manat (1.2 m3 /saat x 12 saat x 30 gün x 0.20 manat= 86,4 manat) dəyərində təbii qazdan istifadə edilmişdir. Qanunsuz qoşulma nəticəsində iddiaçı tərəfindən qaz paylayıcısına vurulmuş zərərin dəyəri nəzərə alınmaqla məhkəmə hesab edib ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, yuxarıda qeyd olunanları ümumiləşdirdikdə müəyyən olunur ki, iddiaçının **********00070 nömrəli abonent hesabına aktlar əsasında dəymiş ziyana görə cəmi 13024,80 manat pulun 12938,4 manat hissəsinin hesablanması (13024,80 – 86,4) əsassız olmuşdur.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş edərək şikayətində göstərib ki, Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən Birliyə vurulmuş zərəri sübut edir. Həmin aktlar Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir. Əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Məhkəmə mülki işi araşdırarkən istehlakçının təbii qazdan istifadə etsə də, ödənişin ödənilməməsini və ya istifadə olunmuş təbii qazın nədən qeydə alına bilməməsini araşdırmamışdır. Halbuki bu meyarlar araşdırlsa, Cavabdehnə dəymiş ziyanı öz təsdiqini tapmış olardı. Məhkəmə tələbi müəyyən etmək üçün istehlak olunmuş qaz həcmini və ödənilmiş pul məbləğini müəyyən etmək üçün saldoya və çəkilmiş fotoşəkillərə diqqət etmiş olsaydı, obyektiv nəticəyə gələrək iddia tələbinin rədd etmiş olardı. Qeyd edilənlərə baxmayaraq, məhkəmə qətnaməsini iddiaçının ifadəsi üzərində qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
8. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və qətnamənin qismən, yəni iddia tələbinin təmin olunduğu hissəsində ləğv edilərək həmin hissədə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək əsassız olduğunu bildirdi və şikayətin təmin olunmadan, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
11. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Maddə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6- cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Maddə 13.9. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
12. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun:
Maddə 3. Öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Maddə 18.1. Dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddə 18.2. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.
13. Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»:
Bənd 6.5 (25 iyun 2023-cü ilədək olan redaksiya). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün deyil, dəyişdirilməsi üçün əsasdır.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin qeyd edilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
20. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından silinməli borcun məbləği hissəsi istisna olmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
21. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də tam aradan qalxmadığından silinməli borcun məbləği hissəsi istisna olmaqla iddia haqlı sayılır.
22. Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş üzrə həqiqətin müəyyən edilməsi məqsədi ilə məhkəmə tərkibi 2(103)-2079/2024 saylı, 11 mart 2024-cü il tarixli qərardadı ilə İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dostluq küçəsi, ev 2 ünvanında yerləşən 7 saylı mənzildə (əslində ünvan şərti göstərilmiş, çünki həmin ünvanda 2 ayrı fərdi yaşayış evi mövcuddur (abonent kodu **********00080; **********00070; **********00080;) iddiaçının sayğacdan kənar qazdan istifadə etməsi nəzərə alınmaqla hesablanan borcun məbləğinin yaxud ümumiyyətlə itirilmiş qazın dəyərinin Nazirlər Kabinetinin yaxud Tarif Şurasının müəyyən etdiyi qaydalara uyğun hesablanmasının; həmçinin sayğacdan kənar qazdan istifadə etməsi nəzərə alınmaqla borcun (zərərin) məbləğini müəyyən etmək mümkün olmasa, analogiya üzrə "Qazdan istifadə Qaydaları"nın 6.5-ci, 6.5-1-ci və 6.5-2-ci bəndlərinə əsaslanaraq iddiaçının yaşayış evində olan qaz işlədicilərinin sayı, istifadə dövrü və ödədiyi məbləğlər nəzərə alınaraq qaz paylayıcısına vurulmuş zərərin miqdarının nə qədər təşkil etməsinin müəyyən edilməsi üçün bu sahədə xüsusi biliyə malik Energetika Nazirliyinin Enerji X2 ixtisaslaşmış mütəxəssis (ekspert) rəyinin alınması qərara alınmışdır.
23. Düzdü sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş "Qazdan istifadə Qaydalarına dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə müəyyən edilmişdir.
24. Bu baxımdan iddiaçının sayğacdan kənar qazdan istifadə etməsini analogiya üzrə "Qazdan istifadə Qaydaları"nın 6.5-ci, 6.5-1-ci və 6.5-2-ci bəndlərinə əsaslanaraq iddiaçının yaşayış evində olan qaz işlədicilərinin sayı, istifadə dövrü və ödədiyi məbləğlər nəzərə alınaraq qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanmalıdır.
25. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Bakı Filialının 3-15-2-1/2-679/2024 saylı, 16 aprel 2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, 2023-cü ilin 25 iyun tarixinədək istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş "Qazdan istifadə Qaydaları"na dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Naziriər Kabinetinin 25 iyun 2023- cü il tarixli 218 nömrəli Qərarı ilə müəyyən edilmişdir. “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səiahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. xx.xx.2024-cü il tarixdə qeyd edilən ünvanda yerləşən hər 3 evə baxış keçirildi və aşağıda göstərilən qaz qurğularının qaz xətlərinə qoşulu olduğu müəyyən edildi: 1.**********00070 nömrəli abonent kodu üzrə: -1 ədəd PQ-4 markalı məişət tipli qaz plitəsi;
2. **********09100080 və **********00090 nömrəli abonent kodları üzrə: -1 ədəd PQ-4 markalı məişət tipli qaz plitəsi -1 ədəd İran sobası; -1 ədəd 24 L həcmli qənaətii su qızdırıcı Digər qaz avadanlıqlarının daxili qaz kəmərlərinə qoşulması əlamətləri müəyyən edilmədi. Faktiki istifadə edilən qaz cihazları nəzərə alınmaqla qaz paylayıcıya dəyən zərərin məbləği aşağıdakı kimi ola bilər: Kod:**********00070 Bu baxımdan istehlakçı tərəfindən qazın talanmasında təqsirli oiması müəyyən edildikdə analogiya üzrə "Qazdan istifadə Qaydaları"nın 6.5-ci, 6.5-1-ci və 6.5-2-ci bəndlərinə əsaslanaraq, iddiaçının yaşayış evində istifadə olunan 1 ədəd PQ-4 məişət tipli qaz plitəsinin maksimal saatlıq qaz sərfi (2023-cü ilin yanvar ayı üzrə 1.2 m3 və 12 ay), (2023-cü ilin fevral ayı üzrə 1.2 m3 və 1 ay), (2023-cü ilin mart ayı üzrə 1.2 m3 və 1 ay), (2023-cü ilin iyul ayı üzrə 1.2 m3 və 3 ay) istifadə dövrü nəzərə alınaraq qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: 2023-cü ilin yanvar ayı üzrə: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün - 1 x 1,2 m3x 3 saat x 360 gün = 1296 m3; 2023-cü ilin fevral ayı üzrə: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün -1x1,2 m3x3 saatx 30 gün = 108 m3; 2023cü ilin mart ayı üzrə: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün - 1 x 1,2 m3 x 3 saat x 30 gün = 108 m3; 2023-cü ilin iyul ayı üzrə: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün - 1 x 1,2 m3 x 3 saat x 90 gün = 324 m3; Ümumilikdə dəymiş ziyanın həcmi 1296 m3 + 108 m3+ 108 m3+ 324 m3 = 1836 m3 təşkil edə bilər. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə" 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli Qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 1200 m3 (1200 m3daxil olmaqla) olan hissəsi üçün hər 1 m3-i 0,12 manat, illik istehlak həcminin 1200 m3-dən 2500 m3-dək hissəsi üçün hər 1 m3-i 0,20 manat, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün hər 1 m3-i isə 0,25 manat qiymət təyin ediidiyini nəzərə alaraq 1836 m3qaz həcminin 1200 m3-i 0,12 manat (1200 x 0,12 = 144 manat), 636 m3-i 0,20 manat (636 x 0,20 = 127,2 manat), olmasını nəzərə alaraq, cəmi 144 + 127,2 = 271,2 manat məbləğində vurulmuş zərər müəyyən edilə bilər. Kod: **********00080 və **********00090 Bu baxımdan istehlakçı tərəfindən qazın talanmasında təqsirli olması müəyyən edildikdə analogiya üzrə "Qazdan istifadə Qaydalan"nın 6.5-ci, 6.5-1-ci və 6.5-2-ci bəndlərinə əsaslanaraq, iddiaçının yaşayış evində istifadə olunan 1 ədəd PQ-4 məişət tipii qaz plitəsinin maksimal saatlıq qaz sərfi 1.2 m3və 12 ay, 1 ədəd qənaətli su qızdırıcısı üçün 1.5 m3və 12 ay, 1 ədəd İran sobasının maksimal saatlıq qaz sərfi 1.5 m3 və 12 ay istifadə dövrü nəzərə alınaraq qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün - 1 x 1,2 m3x 3 saatx 360 gün = 1296 m3; 1 ədəd qənaətli su qızdırıcısı üçün - 1 x 1,5 m3 x 3 saat x 360 gün = 1620 m3; 1 ədəd İran sobası üçün - 1 x 1,5 m3x 12 saat x 150 gün = 2700 m3; Ümumilikdə dəymiş ziyanın həcmi 1296 m3 + 1620 m3+ 2700 m3 = 5616 m3təşkil edə bilər. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə" 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli Qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 1200 m3 (1200 m3daxil olmaqla) olan hissəsi üçün hər 1 m3-i 0,12 manat, illik istehlak həcminin 1200 m3-dən 2500 m3-dək hissəsi üçün hər 1 m3-i 0,20 manat, ülik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün hər 1 m3-i isə 0,25 manat qiymət təyin edildiyini nəzərə alaraq 5616 m3 qaz həcminin 1200 m3-i 0,12 manat (1200 x 0,12 = 144 manat), 1300 m3-i 0,20 manat (1300 x 0,20 = 260 manat), qalan 3116 m3-i isə 0,25 manat (3116 x 0,25 = 779,0 manat) olmasını nəzərə alaraq, cəmi 144 + 260 + 779,0 = 1183,0 manat məbləğində vurulmuş zərər müəyyən edilə bilər. Beləliklə, abonentin sayğacdan kənar qazdan istifadə etməsi nəzərə alınmaqla qazpaylayıcıya dəyən zərərin məbləği 271,2 + 1183,0+ 1183,0 = 2637,2 manat təşkil edə bilər. İddiaçı hər üç sayğac üzrə sayğacdan kənar qazdan istifadə etməsi nəzərə alınmaqla qazpaylayıcıya dəymiş zərərin məbləği yuxarıda göstərilən hesabata əsasən **********00070 abonent kodu üzrə 271,2 manat, **********00080 abonent kodu üzrə 1183,0 manat, **********00090 abonent kodu üzrə 1183,0 manat, ümumilikdə 2637,2 manat təşkil edə bilər.
26. Həm mütəxəssis rəyi, həm də iş materiallarından və apellyasiya baxışı zamanı iddiaçının verdiyi məlumatlardan bəlli olur ki, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dostluq küçəsi, ev 2 ünvanında yerləşən 7 saylı mənzil kimi qeyd olunan şərti ünvanda, əslində 2 ayrı tikili mövcuddur. Biri iki mərtəbəli, digəri isə bir mərtəbəli olmuşdur. Ünvanda üç abonent kodu və üç sayğac olmuşdur. İki sayğac birmərtəbəli evə, üçüncü sayğac isə digər evə aid olmuşdur(bax.i.v.83). Abonent kodlarının nömrələri **********00070;**********00080; **********00090; olmuşdur. Apellyasiya baxışı zamanı da iddiaçı **********00070 nömrəli abonent kodu üzrə olan evin mərhum qardaşına məxsus olduğunu və 2014-cü ildə qardaşı vəfat edəndən sonra həmin evdə yaşayış olmadığını, 2023-cü ildə həmin abonent kodunun onun adına dəyişdirildiyini göstərdi.
27. Bununla yanaşı, iddiaçının məlumatlarından həmçinin müəyyən edildi ki, **********00090 abonent kodu üzrə də iddiaçıya 10648,80 manat əsassız borc hesablandığı üçün məhkəməyə müraciət etmiş və Xəzər Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2(003)-184/2024 saylı qətnaməsi ilə həmin borc silinmiş, cavabdehin verdiyi apellyasiya şikayəti isə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-2932/2024 nömrəli qətnaməsi ilə təmin edilməmişdir(qətnamə işə əlavə edildi).
28. Bundan əlavə, **********00080 abonent kodu ilə olan bir mərtəbəli evin yarısı isə digər qardaşı X4 məxsus olmuş və ona da əsassız borc yazıldığı üçün Xəzər Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 2(003)-2078/2024 saylı qətnaməsi ilə həmin borc silinmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-2078/2024 nömrəli qərardadı ilə Energetika Nazirliyinin Enerji X2 3-15-2-1/2-703/2024 saylı, 18 aprel 2024-cü il tarixli rəyi daxil olduğu üçün icraat təzələnmiş və işə baxılması 21 may 2024-cü il tarixə təyin edilmişdir(qərardad işə əlavə edildi).
29. Göründüyü kimi, apellyasiya baxışı zamanı da **********00070 nömrəli abonent kodu üzrə olan evin yarısının mərhum qardaşına məxsus olduğu və 2014-cü ildə qardaşı vəfat edəndən sonra həmin evdə yaşayış olmadığı, 2023-cü ildə həmin abonent kodunun adına dəyişdirildiyinə dair iddiaçının dəlilləri iş materialları ilə də təsdiq olunur. Çünki həm eyni ünvanda olan **********00090 abonent kodu üzrə olan evin iddiaçıya məxsus olduğu və həmin abonent koduna da 10648,80 manat borc yazıldığı yuxarıda qeyd olunan məhkəmə aktları ilə təsdiq olunur, həm də **********00070 nömrəli abonent kodu üzrə iddiaçı ilə qazpaylayıcı arasında xx.xx.2023-cü ildə qazın alqı-satqısı barədə müqavilə bağlanmış, eləcə də qapaylayıcı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə həmin tarixli Akt tərtib edilmişdir(bax.i.v.3-8).
30. Beləliklə, **********00070 nömrəli abonent kodu üzrə iddiaçıya 13.024,80 manat borcun həqiqi və düzgün olması mütəxəssis (ekspert) tərəfindən toplanmış materialların araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, birinci instansiya məhkəməsi silinməsi tələb edilən 13.024,80 manat məbləğdən 86,4 manat hissəsində zərərin olduğunu müəyyən edərək 12.938,4 (on iki min doqquz yüz otuz səkkiz manat qırx qəpik) manat hissəsini əsassız hesablandığı üçün silmişdir. İddiaçı silinməyən həcmdə, yəni 86,40 manat məbləğində cavabdehə zərər vurması ilə razılaşmış və həmin hissəni mübahisələndirməmişdir. Cavabdeh isə silinən 12.938,4 (on iki min doqquz yüz otuz səkkiz manat qırx qəpik) manat hissəni mübahisələndirir və dəlillərini şikayətində göstərib. Mütəxəssis (ekspert) rəyi ilə **********00070 nömrəli abonent kodu üzrə iddiaçıya sayğacdan kənar istifadə etməsinə görə bir il üçün 271,2 manat borcun olmasının müəyyən edilə bilməsi göstərilib. Ona görə də silinməsi tələb edilən 13.024,80 manat məbləğdən 271,2 manat çıxılmaqla (13.024,80 - 271,2 = 12753,6) 12753,60 manat silinməli idi. Lakin birinci instansiya məhkəməsinin zərərin məbləğinin 86,40 manat olması barədə qənaəti hər hansı bir mötəbər sübuta əsaslanmadığından düzgün olmamışdır.
31. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3049/2023 saylı, 06 dekabr 2024-cü il tarixli qətnaməsi silinməli borcun məbləği hissəsində dəyişdirilməli və məbləğ azaldılaraq 12.753,60 (on iki min, yeddi yüz əlli üç manat, altmış qəpik) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3049/2023 saylı, 06 dekabr 2024-cü il tarixli qətnaməsi silinməli borcun məbləği hissəsində dəyişdirilsin və məbləğ azaldılaraq 12.753,60 (on iki min, yeddi yüz əlli üç manat, altmış qəpik) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, Cavabdehnə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, İddiaçı tərəfindən isə kassasiya şikayəti verilə bilməz.