Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2081/2024 05.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı “AFN TRADE" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair mülki iş üzrə QƏRARDADİ Açar sözlər: prosessual müddətin bərpası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, iddiaçı AFN TRADE" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il il tarixli, e-2(094)-220/2023 nömrəli qərardadından Cavabdeh şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci İnstansiya Məhkəməsində İcraat
1. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-220/2023 saylı 18 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, iddiaçı "xxxx" MMC-nin xeyrinə Cavabdeh 1882,42 manat əsas borc və 38,82 manat dövlət rüsumu olmaqla, cəmi 1921,24 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir.
3. Qətnamə 04 sentyabr 2023-cü il tarixdə işdə iştirak edən şəxslərin, həmçinin, Cavabdeh elektron kabinetinə yerləşdirilmiş, yəni, rəsmi qaydada verilmişdir.
4. Cavabdeh 22 dekabr 2023-cü il tarixdə apelyasiya şikayəti vermiş və qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasını məhkəmədən xahiş etmişdir.
5. Vəsatətin əsaslarına görə, Cavabdeh məhkəmə qətnaməsi onun elektron kabinetinə yüklənilsə də, onun elektron kabineti olmasından xəbəri yoxdur. Odur ki, məhkəmənin qərarından sonradan xəbər tutmuşdur.
6. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-220/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir.
7. Qərardadın əsaslarına görə, məhkəməyə buraxılmış müddətin üzrlü hesab edilməsi ilə bağlı dəlillər əsassızdır.
8. Cavabdeh qərardaddan şikayət verərək, ləğv edilməklə qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunmasını xahiş etmişdir.
9. Şikayətin dəlilləri buraxılmış müddətin bərpası barədə vəsatətin dəlilləri ilə eynilik təşkil edir.
10. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il il tarixli, e-2(094)- 220/2023 qərardadına əsasən şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
X6
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir; Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.); Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.”
Apellyasiya İnstansiyası Məhkəməsinin Mövqeyi
13. İş materiallarından görünür ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(094)-220/2023 nömrəli qətnaməsi Cavabdeh şəxsi elektron kabinetinə 04 sentyabr 2023-cü il tarixdə yerləşdirilmişdir.
14. Cavabdeh qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılmasının üzrlü səbəbi kimi məhkəmə qətnaməsi onun elektron kabinetinə yüklənilsə də, onun elektron kabineti olmasından xəbərinin olmaması və məhkəmənin qərarından sonradan xəbər tutmasını göstərmişdir.
15. Kollegiya cavabdehin bu dəlillərini müddətin buraxılmasına səbəb olan üzrlü səbəblər kimi qəbul etməyərək qeyd edir ki, buraxılmış prosessual müddətin bərpası üçün elə üzrlü səbəblər mövcud olmalıdır ki, bunun nəticəsində tərəf prosessual hərəkətləri etmək imkanından məhrum olsun. Hazırkı vəsatətdə isə cavabdehin sadaladığı hallar yuxarıda qeyd olunan “üzrlü səbəblər” dairəsinə aid edilə bilməz. Belə ki, AR MPM-nin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddənin təhlilindən belə qənaətə gəlinir ki, sözügüdən qətnamə cavabdehin elektron kabinetinə 04 sentyabr 2023-cü il tarixdə yerləşdirilməklə çatdırılmışdır. Cavabdeh təxminən 4 ay keçdikdən sonra yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir
16. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MlÜMK-ın xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Beləliklə, üzrlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir.
17. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, qanunla nəzərdə tutulan prosessual müddətin bərpası üçün cavabdehin ondan asılı olmayan, onun tərəfindən dəf edilməli imkanlardan kənara çıxan, ona maneə törədən və məhdudiyyət yaradan səbəbləri sübuta yetirmədiyi üçün, üzrlü hesab edilə bilməz. Buna görə də ərizənin təmin olunması üçün əsaslar mövcud deyildir.
18. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
19. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il il tarixli, e-2(094)- 220/2023 nömrəlii qərardadından Cavabdeh verdiyi şikayət təmin edilməsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il il tarixli, e-2(094)- 220/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Fərrux Qasımov Fuad Abdıyev Xəyal Sarıyev