Məhkəmə qərarları › İş №2(103)-2089/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2089/2024

28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2089/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh Həsən oğluna qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (pul) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-447/2024 saylı işi üzrə 11 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı "xxxx" ASC Cavabdeh 3870 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 59,10 manat dövlət rüsumu, ümumilikdə 3929,10 manat pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə iddiası Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 447/2024 saylı işi üzrə 11 yanvar 2024-cü il tarixli qətnaməsi ilə təmin edilmiş, Cavabdeh 3870 manat məbləğində sığorta ödənişi məbləği, 59,10 manat dövlət rüsumu olmaqla, cəmi 3929,10 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

2. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1, 936.2, 936.5, 1096.2, 1097.1,1108.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1,77.1, 284-5.3cü maddələrinə istinadən qeyd edilmişdir ki, iş materiallarında olan sübutlara və sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, iddiaçının hadisəyə görə təqsirli bilinən və dəymiş zərərə görə məsuliyyət daşıyan cavabdehə qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi digər sığorta şirkətinin ödənişi nəzərə alınmaqla (8570- 4700=3870 manat həddində) əsaslı hesab olunaraq təmin edilməli, eyni zamanda iddianın dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, həmin tələb də təmin olunmalıdır.

3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli sığorta ödənişi aktına əsasən, “Chevrolet Captiva” PD markalı, **-RH-*** (K.N.N. ** PD ***) dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 8870 manat, sığorta ödənişi və subroqasiya tələbi 8570 manat miqdarında qiymətləndirilmişdir; - ödəniş tapşırığına əsasən, iddiaçı təşkilat tərəfindən zərər dəymiş əmlakın sahibinə 8570 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. - xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolu və xx.xx.2023-cü il tarixli qərarı ilə “Renault Megane” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilmişdir; - AD No 668212 saylı X1 Şəhadətnaməsinə əsasən, “Renault Megane” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh apellyasiya şikayəti verərək, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-447/2024 saylı qətnaməsinin ləğv edilərək işin faktiki hallarına uyğun olan yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2 936.1, 936.2; Mülki Prosessual Məcəllənin 77, 284-5.3-cü maddələrinə istinadən qeyd etmişdir ki, avtomobilə dəymiş zərər ümumilikdə 2-3 mindən artıq olması mümkün deyildir. İddiaçının məhkəməyə təqdim etdiyi sığorta aktı avtomobilə dəymiş zərərlə bağlı mötəbər sübut deyildir. Belə ki, həmin sənədi iddiaçı özü tərtib edib, özü təsdiq edir. Bu ilk belə hal deyildir ki, sığorta şirkətləri baş vermiş yol nəqliyyat hadisələrindən sui- istifadə edir. Baş verən hadisədə iki avtomobil toqquşub və hər iki avtomobilin təmirə ehtiyacı olmuşdur. Cavabdeh öz avtomobilini təmir etmək üçün cəmi 900.0 azn xərclədiyi halda, qarşı tərəfin avtomobilinə bundan 10 dəfə artıq xərcin tələb edilməsi həqiqətə uyğun deyildir. Hesab edir ki, işlə bağlı “Chevrolet Captiva” PD markalı, 77-RH- 00T DNN avtomobilə qeyd olunan yol nəqliyyat hadisəsi zamanı dəymiş zərərin düzgün müəyyən edilməsi üçün obyektiv qiymətləndirmə keçirilməlidir. Əks halda 8870.0 manat dəyərində müəyyən edilmiş maddi zərər mütənasibsiz olaraq şişirdilmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 394-1.4. İş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Məcəllənin 10.8- 1 və 394-1-ci maddələrinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır.

6. Hazırki iş üzrə digər əsaslar müəyyən edilmədiyindən apellyasiya şikayəti üzrə işə yazılı icraat qaydasında baxılmasını kollegiya mümkün hesab edir. Apellyasiya baxışının hədləri:

7. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

8. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissələrdə araşdıran məhkəmə kollegiyası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 4-8, 25, Mülki Məcəllənin 21, 925-936, 1096, 1097, 1108, 1114-1115; Mülki Prosessual Məcəllənin 76, 77, 80- 82, 88, 103.1, 106.2, 119, 217.4, 385-390-cı maddələrinə istinadən hesab edir ki, işin araşdırılmış hallarına müvafiq birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinə, iddia tələbi və apellyasiya baxışının hədlərinə, müvafiq birinci instansiya məhkəməsinin mövqeyinin (qanuntətbiqetmənin) ümumilikdə əsaslı olmasını nəzərə alınmaqla, cavabdeh tərəfindən mötəbər sübutlar təqdim edilmədiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

9. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə müvafiq olaraq Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır; 25.1.4. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə; 25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; 25.1.6. sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; 25.1.7. sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan , habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə ; 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda; 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə görə Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; -Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; - Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir; -Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir; Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; -Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir.

10. Diqqətə çatdırılmalıdır ki, iddiaya birinci instansiya icraatı zamanı cavabdehə məlumat verilməsinə baxmayaraq müvafiq etiraz daxil olmamışdır.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 84-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.

12. Mübahisələndirilən hissədə iddianın qiyməti 5000 (beş min) manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

13. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-447/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar