Məhkəmə qərarları › İş №2(103)-2090/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2090/2024

06.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2090/2024 06.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «cavabdeh tərəfindən maneələrin aradan qaldırılması və s» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-443/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından cavabeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icaat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən bağ sahəsi ilə bağlı müvəqqəti istifadə hüququnun, torpaq sahəsinin istifadəçisi olmuş X1 vərəsələri olan iddiaçılar-İddiaçı1, İddiaçı2 və cavabdeh-Cavabdeh ilə davam etdirilməsi, cavabdeh tərəfindən bu torpaq sahəsinə və həmin sahədə inşa edilmiş bağ evinə buraxılmaqlarına yaradılan maneənin qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-443/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə və həmin sahədə inşa edilmiş bağ evinə buraxılmaqlarına yaradılan maneənin aradan qaldırılması, Cavabdeh gələcəkdə də iddiaçılara qarşı bu cür qadağaların yaradılmasının qadağan edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e- 2(003)-443/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti ilə müraciət etmiş və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-443/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə onun apellyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra Cavabdeh apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 20.07 2023-cü İl tarixli 2(003)-443/2023 saylı qərardadı ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-443/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş müddətin bərpası barədə ərizənin rədd edilməsi qərara alınmışdır. Daha sonra məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh xx.xx.2023cü il tarixli qərardaddan, xx.xx.2023-cü il tarixli qərardadla isə xx.xx.2023-cü il tarixli qərardaddan verdiyi şikayətlər geri qaytarılmışdır. Daha sonra məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh təkrarən məhkəmənin xx.xx.2023-cü il tarixli 2(003)-443/2023 saylı qərardaddan verdiyi şikayətlər geri qaytarılmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-443/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-443/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra Cavabdeh apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti ilə yenidən müraciət etmişdir. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə onunla əsaslandırılmışdır ki, iş materiallarında İddiaçı1 və İddiaçı2 ona qarşı torpaqdan müvəqqəti istifadə hüququqnun vərəsələrlə davam etdirilməsi və torpaq sahəsinə buraxılmağa maneənin cavabdehə qadağan edilməsi barədə iddiasına dair məhkəmənin iddianı “ona ünvan 3 ünvanında yerləşən torpaq sahəsinə və həmin sahədə inşa edilmiş bağ evinə buraxılmaqlarına yaradılan maneə aradan qaldırılsın, ona gələcəkdə də iddiaçılara qarşı bu cür qadağaların yaradılması qadağan edilsin.” şəklində qismən təmin etmiştir. Elekron sistemdə meydana gələn bəzi texniki nasazlıqlara və səhhətində baş verən problemlərə görə qeyd edilən qətnaməni sistemdən uzun müddət ala bilməmişdir. Ona görə də məhkəməyə ərizə ilə müraciət edərək iş materialları ilə tanış olmağına və qətnamənin surətinin ona təqdim etməyi xahiş etmişdir. Məhkəmədən hakim köməkçisi ona telefonla zəng edərək onun mahiyyəti üzrə ərizəsinə cavab olaraq bunun üçün şərait yaradıldığını söyləmiş və onu iş materialları ilə tanış olmaq və qətnamənin surətinin rəsmi almaq üçün məhkəməyə dəvət etmişdir. xx.xx.2023- cü il tarixində məhkəməyə gələrək, iş materialları ilə tanış olmuş və həmin gün qətnaməni rəsmi şəkildə təhvil almaq isdədiyini bildirmişdir. Məhkəmə katibləri tərəfindən əvvəlcə eməhkəmə elektron sisteminə daxil olub həmin tarixə qədər sistemə girə bilmədiyini təsbit edilmiş, sonra isə ona qeyd edilən qətnamənin surətinin daha əvvəl ala bilmədiyinə görə həmin gün (xx.xx.2023-cü il tarixində) rəsmi qaydada təhvil verilmişdir. Bunu təsdiq edən “iş materialları ilə tanış olmuş, qətnamə ona təhvil verilmiş, xx.xx.2023-ci il məzmunlu cümlələri imzası ilə təsdiq etdiyi həmin sənəd katiplər tərəfindən iş materiallarına daxil edilmişdir. Daha sonra o katiblərdən qətnamədən Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək üçün müddətin hansı tarixdən başladığını soruşduqda ona bu günkü, yəni xx.xx.2023-cü il tarixini söylədilər. Hakimin katiblərindən 2-ci dəfə soruşmuşdur ki, apellyasiya şikayəti vermək müddəti bu gündən (xx.xx.2023-cü il tarixindən) başlayır? – Hər iki katibdən də “bəli” cavabını almışdır. Mübahisəli torpaq sahəsinin atasının adına ayrıldığına qənaət gətirən məhkəmə onun sübut kimi irəli sürdüyü həmin ərazidə usta kimi işləmiş, şəxsi çağırılıb məhkəmədə şahid kimi dindirilməsi barədə vəsatətini təmin etməmişdir. Həmin torpaq sahəsini 2002-ci ildə şəxsən özü almışdır. Həmin torpaq sahəsini aldığı şəxs də məhkəməyə şahid kimi gələcəkdi, təəssüf ki, məhkəmə vəsatətini təmin etməmişdir. Nəticədə mülkiyyətindən istifadəyə qanunsuz və əsassız olaraq məhdudiyyət qoyulmuşdur. İş materiallarından da göründüyü və qeyd etdiyi kimi üzrlü səbəblərə görə qətnaməni rəsmi qaydada xx.xx.2023-cü il tarixində almış və qeyd edilən qətnamədən (qətnamə “Elektron məhkəmə” informasiya sisteminə xx.xx.2023-cü ildə yerləşdirilsə də, həmin sistemə xx.xx.2023-cü il tarixdə daxil ola bilmişdir) xx.xx.2023-cü il tarixində apellyasiya şikayəti vermişdir. Qeyd edilən apellyasiya şikayətinin sistemə yerləşdirmə tarixi və onun sistemə daxil olabilmə vaxtı sistemdə mövcuddur. Sadəcə olaraq cari ilin iyun ayının 28-i Azərbaycanda Qurban Bayramına (26 iyun-02 iyul 2023-cü il tarixlərinə) təsadüf etdiyinə görə e-məhkəmə və asan imza ilə əlaqədar problemlər, (Bakı şəhərinin bir neçə müxtəlif rayonlarından və müxtəlif provayderlərindən cəht etməyinə baxmayaraq) texniki nasazlıqlar və bu məsələ ilə əlaqədar e-məhkəmə elektron sisteminin texniki işçilərinin rəsmi bayram günlərində işləməməsinə görə qeyd edilən apellyasiya şikayəti elektron sistemə bayram günlərindən sonrakı ilk iş günü olan xx.xx.2023-cü il tarixində daxil ola bilmişdir. O, cari ilin iyun ayının 28-i apellyasiya şikayətini sistemdə ilkin olaraq yerləşdirdikdən sonra imza mərhələsində asan imza ilə əlaqədar problem çıxınca dərhal “Azercell”ə zəng edib əlaqə saxlamışdır. “Azercell”in qaynar xəttindən Süphan Hacıyevin telefonda onun xəttində bir problemin olmadığını və Asan İmza proseduru üçün heç bir əngəlin olmadığını, problemin “Azercell” tərəfindən qaynaqlanmadığını bildirmiş və bu problemlə bağlı X3 1847 telefon xətti ilə əlaqə saxlamağını məsləhət görmüşdür. Qeyd edilən problemlə bağlı X9 Mərkəzi ilə 1847 telefon nömrəsi ilə əlaqə saxlamışdır. Telerobot telefonda 26 iyun-02 iyul 2023-cü il tarixlərində Azərbaycanda bayram (qeyri iş) günləri olduğuna görə Asan Xidmət idarələrinin işləmədiyini bildirmiş və problemlərlə bağlı “Elektron ünvan ” saytına yazmağını bildirmişdir. O, problemin xx.xx.2023-cü il tarixində də davam etdiyini görüb “Elektron ünvan ” saytına email məktubu ünvanlamış və köməklik gösdərilməsini xahiş etmişdir. Onunla heç kim əlaqə saxlamayınca bu dəfə xx.xx.2023-cü il tarixində “eməhkəmə” saytının texniki dəsdək şöbəsinə müraciət etmişdir. Həmin müraciətində, cari ilin 28 iyun tarixindən bəri asan imza ilə bağlı “e-məhkəmə” sistemində olan problemlərə görə apellyasiya şikayətini yerləşdirə bilmədiyi və bununla əlaqədar köməklik gösdərilməsini xahiş etmişdir. Bayram günü olduğuna və həmin əlaqəli şəxlər növbəli rejimdə işləmədiklərinə görə bununla bağlı problem bayramdan sonraki ilk iş günü olan xx.xx.2023-cü il tarixində həllini tapmışdır. Ondan qaynaqlanmayan və sistemdə olan, texniki problem (xx.xx.2023-cü il tarixli Asan Xidmətin Asan İmza ilə bağlı E-130 saylı növbə qəbzindən də görüldüyü kimi aradan qaldırılmışdır. Bundan sonra həmin gün apellyasiya şikayəti onun asan imzası sistemə daxil ola bilmişdir. Bildirmək isdəyir ki, 2(003)-443/2023 saylı xx.xx.2023-cü il tarixli qərardad ilə mahiyyəti iş üzrə onun tərəfindən verilmiş apellyasiya şikayətinin geri qayratrılması barədə qərar alınmış, daha sonra buraxılmış prosessual müddətin bərpa edilməsi və apellyasiya şikayəti ilə məhkəməyə müraciəti, məhkəmənin də cavab olaraq 2(003)-443/2023 saylı xx.xx.2023- cü il tarixli qərardadı ilə veriliş müddətin bərpası barədə ərizəsi rədd edilmiş, müraciəti yeni qaydalara uyğun hazırlanmadığı üçün məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə onun xx.xx.2023-cü il tarixli qərardaddan, xx.xx.2023-cü il tarixli qərardadla isə xx.xx.2023-cü il tarixli qərardaddan verdiyi şikayət, xx.xx.2023-cü il tarixli qərardadı ilə də xx.xx.2023-cü il tarixli 2(003)-443/2023 saylı qərardadan verdiyi şikayət geri qaytarılmışdır. Məhkəməyə sonuncu müraciəti zamanı (xx.xx.2023-cü il tarixli) yeni qaydalara tam əməl etməyinə baxmayaraq xx.xx.2023-cü il tarixli 2(003)-443/2023 saylı qərardadla onun da geri qayrarılması barədə qərar alınmışdır. Bildirir ki, mövcud Pandemiya şəraiti, Karantin Rejimin davam etməsi və insan səhhəti üçün həz zaman yoluxma riskinin olmasını nəzərə alınması, bundan əlavə onun evində (Bakı şəhəri, Mərdəkan qəsəbəsi F. Qasımzadə Küç. 24D) onunla birlikdə yaşayan və Kovid xəstəliyindən vəfat edən bacısı və Kovid xəstəliyi keçirməsi nəticəsində ürəyin işemik xəstəliyindən 1 həftə ara ilə vəfat edən anasının olması faktı onun ətrafındakı insanlara, bir sözlə cəmiyyətə qarşı məsuliyyətini birə-yüz artırmışdır. İş materiallarından da göründündüyü kimi, səhətti ilə bağlı problemlərə görə məhkəmə iclaslarında da iştirak edə bilməmişdir. Habelə, Covid xəstəliyinə yoluxmamaq üçün mütəmadi olaraq profilaktik tədbirlər görməkdə, müalicə almaqda davam edir. Bu səbəblər də apellyasiya şikayətinin gecikməsinə səbəb olmuş, qətnamədən şikayəti vaxtında verə bilməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-443/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Xəzər Rayon Məhkəməsinin e-2(003)-443/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin və müddətin bərpası barədə ərizənin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan cavabdehin verdiyi şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Xəzər Rayon Məhkəməsinin e-2(003)-443/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Xəzər Rayon Məhkəməsinin e-2(003)-443/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı belə əsaslandırılmışdır ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)- 443/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilmiş və Cavabdeh elektron kabinetinə göndərilmişdir. Buraxılmış prosessual müddətin bərpası haqqında ərizə isə məhkəməyə xx.xx.2023-cü il tarixdə verilmişdir. Digər tərəfdən, qeyd olunan qətnamə sifarişli poçt göndərişi vasitəsi ilə xx.xx.2023-cü il tarixdə cavabdehin qeydiyyat ünvanı üzrə göndərilmiş, eləcə də, onun tərəfindən xx.xx.2023-ci il tarixdə məhkəmənin inzibati binasında məhkəmə qəbzinə şəxsən imza edilməklə qəbul edilmişdir. İşdən görünür ki, cavabdehin qeyd edilən qətnamədən hazırda vermiş olduğu apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə elektron kabinetə daxil olmuşdur. Göründüyü kimi, mülki iş üzrə məhkəmə icraatı, həmçinin məhkəmə sənədlərinin proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirildiyindən, məhkəmə qətnaməni tərtib etdikdən sonra onu işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini vaxtında təmin etmişdir. Həmçinin, e-2(003)-443/2023 saylı mülki iş üzrə “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə elektron kabinet yaratmış və qətnamə onun elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Lakin cavabdeh qeyd edilən qətnamədən vermiş olduğu şikayətini “Elektron məhkəmə” informasiya sistemində yaratdığı elektron kabinet vasitəsilə xx.xx.2023-cü il tarixdə yerləşdirmişdir. Bununla da məhkəmə hesab etmişdir ki, cavabdeh qətnamədən apellyasiya şikayəti verilmə müddətini üzrsüz səbəbdən ötürmüşdür. Eyni zamanda məhkəmə tərəfindən cavabdehin diqqətinə çatdırılmışdır ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-443/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verilmə müddətinin bərpa edilməsi barədə ərizə ilə təkrarən məhkəməyə müraciət etmişdir. Bu səbəbdən məhkəmə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-443/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin və müddətin bərpası barədə ərizənin geri qaytarılmas qənaətinə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Qeyd edilən Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göstərilən Məcəllənin 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Kollegiya qanunvericiliyin sadalanan normalarını və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin müddətin bərpasına dair ərizəsinə baxarkən işin hallarını düzgün müəyyən edərək əsaslı qərardad qəbul etmişdir. Belə ki, Xəzər Rayon Məhkəməsinin 20.07 2023-cü İl tarixli 2(003)-443/2023 saylı qərardadı ilə həmin Məhkəmənin e-2(003)-443/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş müddətin bərpası barədə ərizənin rədd edilməsi qərara alınmışdır. Daha sonra cavabdeh tərəfindən eyni məzmunlu yenidən verilmiş müddətin bərpası barədə ərizə həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə haqlı olaraq geri qaytarılmışdır. Həmçinin kollegiya bildirir ki, hazırki işdə Xəzər Rayon Məhkəməsinin 20.07 2023cü İl tarixli 2(003)-443/2023 saylı qərardadı ilə həmin Məhkəmənin e-2(003)-443/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş müddətin bərpası barədə ərizənin rədd edilməsi qərara alınmışdır. Hazırki mübahisəli qərardadın qəbul edilməsindən sonra isə cavabdeh tərəfindən Xəzər Rayon Məhkəməsinin 20.07 2023-cü il tarixli qərardadından şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpasına dair ərizə verilmiş və Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh ərizəsinin təmin edilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərardadının ləğv edilməsi və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e- 2(003)-443/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş müddətin bərpası barədə ərizənin təmin olunması, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-443/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Xəzər Rayon Məhkəməsinin mübahisələndirilən və hazırda apellyasiya baxışının predmetini təşkil edən xx.xx.2023-cü il tarixli qərardadı prosessual baxımdan hüquqi əhəmiyyətini itirmişdir. Belə ki, cavabdehin Xəzər Rayon Məhkəməsinin e-2(003)- 443/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət bərpa edilmiş və apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Belə olan halda Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı artıq cavabdehin hüquq və maraqlarına toxunmayan qərardad kimi qiymətləndirilə bilər. Bu baxımdan, kollegiya hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-443/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar