Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2095/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: aktın ləğv edilməsi və hesablanmış borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(011)-151/2024saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı yaşadığı ünvanda qaz sayğacına yoxlanış keçirilən zaman ona akt tərtib olunmuş və itirilmiş qazın bərpası üçün hesabat aparılaraq ayrı vaxtlarda 486 manat və 4872,96 manat məbləğində borc tələb edilmişdir. 2.İddiaçı hesablanmış borcu qanunsuz hesab edərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdehnə qarşı - Cavabdeh İB tərəfindən tərtib olunmuş “Təbii X3nın pozulması haqqında” 30 oktyabr 2019-cu il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və istifadəsində olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 25 saylı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı (abunet kodu: **********00000) ilə bağlı hesablanmış 486 manat məbləğində cərimə və 386, 96 manat dəbbə pulu olmaqla, cəmi 872,96 manat vəsaitin, həmçinin 4000 manat məbləğində əsasız hesablanmış cərimə olmaqla, ümumilikdə 4872,96 manat vəsaitin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddiaçı sonradan məhkəməyə iddia ərizəsinə əlavə ilə müraciət edərək, cavabdeh “Azəriqaz" İB tərəfindən tərtib olunmuş “Təbii X3nın pozulması haqqında 30 oktyabr 2019-cu il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında Abşeron rayonu, Xırdalan şəhəri, M. Ə. Rəsulzadə küçəsi, ev 25 saylı yaşayış evinə quraşdırılmış qaz sayğacı (abunet kodu: **********00000) ilə bağlı hesablanmış 486 manat məbləğində cərimə və 386,96 manat dəbbə pulu olmaqla cəmi 872,96 manat vəsaitin, həmçinin Cavabdeh İB tərəfindən tərtib olunmuş “Təbii X3nın pozulması haqqında" 31 mart 2023-cü il tarixli, ******* nömrəli aktın ləğv olunması və həmin akt əsasında Abşeron rayonu, Xırdalan şəhəri, M Ə. Rəsulzadə küçəsi, ev 25 saylı yaşayış evinə quraşdırılmış qaz sayğacı (abunet kodu: **********00000) ilə bağlı hesablanmış 4000 manat məbləğində cərimənin, ümumilikdə 4872,96 manat vəsaitin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi sahiblik hüququ ilə ona məxsusdur və həmin evdə istifadə etdiyi qaz sayğacı iddiaçının adına qeydiyyata alınmışdır. Bu barədə Cavabdeh ilə iddiaçı arasında “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə bağlanılmışdır (abunet kodu: **********00000). Belə ki, Cavabdeh İB tərəfindən tərtib olunmuş “Təbii X3nın pozulması haqqında” 30 oktyabr 2019-cu iltarixli, ******* nömrəli Akt əsasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 25 saylı fərdi yaşayış evin qaz sayğacı ilə bağlı iddiaçıya 486 manat məbləğində cərimə yazılmış və keçən müddət ərzində üzərinə 386,96 manat dəbbə pulu gələrək hal-hazırda 872,96 manat vəsait borc kimi hesablanmışdır. Həmin cərimənin səbəbi kimi də guya sayğacın klapanı işlək deyil və giriş birləşməsi korroziyaya uğrayıb kimi göstərilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, nə iddiaçı, nə də ailəsinin heç bir üzvü tərəfindən həmin sayğaca heç bir müdaxilə edilməmişdir. Qaz sayğacı evin hasarından kənarda hasara bitişik şəkildə küçədə quraşdırılmışdır. Lakin buna baxmayaraqCavabdeh İB məsələni düzgün araşdırmadan baş vermiş texniki nasazlığa görə məsuliyyəti əsassız olaraq iddiaçının üzərinə qoymuşdur. Qanunvericiliyə əsasən qaz sayğacının saz vəziyyətdə olmasına məsuliyyəti Qaz İstismar İdarəsi daşıyır. Hesab edir ki, həmin cərimə qanunvericiliyin tələblərini pozmaqla qanunsuz olaraq iddiaçının üzərinə qoyulmuşdur. Buna görə də, Cavabdeh İB tərəfindən tərtib olunmuş “Təbii X3nın pozulması haqqında” 30 oktyabr 2019-cu il tarixli, ******* nömrəli Aktləğv edilməli və 486 manat məbləğində cərimə, həmçinin 386,96 manat dəbbə pulu olmaqla, ümumilikdə 872,96 manat vəsaitin silinməsi barədə qərar edilməlidir. Digər tərəfdən, iddiaçıya məlum olmayan səbəbdən tərəfindən əlavə olaraq 4000 manat vəsait borc kimi iddiaçıya hesablanmışdır. Bu barədə iddiaçıda heç bir məlumat və yaxud da sənəd olmasa da lakin, abonentin saldosunun surətindən görünür ki, 2023-cü il üzrə borcun məbləği 4872,96 manat vəsait qeyd olunmuşdur. 6.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 30 yanvar 2024-cü il tarixli, 2(011)-151/2024 saylı qətnaməsi ilə (hakim-Sahibə Hacıyeva) iddia tələbi qismən təmin edilərək, “Təbii X3nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında (Abonent kodu **********00000) İddiaçı hesablanmış 486 manat (dörd yüz səksən altı) manat məbləğində borcun silinməsi,“Təbii X3nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında (Abonent kodu **********00000) İddiaçı hesablanmış 4872,96 manat (dörd min səkkiz yüz iki manat doxsan altı qəpik) manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdehndən 73,59 (yetmiş üç manat əlli doqquz qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, 64 (altmış dörd) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri Cavabdehndən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, Cavabdehndən 73,59 (yetmiş üç manat əlli doqquz qəpik) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, 64 (altmış dörd) manat məbləğində ekspertiza tədqiqatlarının dəyərinin Cavabdehndən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan: 7.xx.xx.2019-cu il tarixli “Təbii X3nın pozulması haqqında” ******* saylı AKT-ın surətindən görünür ki, sayğacın klapanı işlək deyil, sayğacın yaddaş arxivi oxundu. 8.xx.xx.2019-cu il tarixli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri ünvanına “İtron G4” markalı sayğac quraşdırılmışdır. Sayğacın çıxarılması səbəbi dəyəri ödənilməmiş qaz sərfiyyatı qeyd edilmişdir. 9.29/1710-01792 nömrəli qaz sayğacının yoxlanması barədə aktdan görünür ki, sayğacın klapanı işlək deyil, 10 bölməsində 3176 kub.m əks olunur. Sayğacın giriş yivli birləşməsi korroziyaya uğrayıb. Göstəricilər arasında fərq mövcuddur.Qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır. Sayğacın yaddaş arxivi oxundu. Sayağcda xx.xx.2019-cu il tarixdə ALARM-1 rejimi aşkar olunmuşdur. 10.xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, **********00000 abonent kodu üzrə qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, Kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 4860 m3 . dəymiş ziyan hesablanmışdır. 11.Abonent saldosundan görünür ki, **********00000 abonent kodu üzrə 2019-cu ilin oktyabr ayında 486 manat, 2023-cü ilin mart ayında 4872,96 manat borc hesablanmışdır. 12.Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, aşkar edilmiş nöqsan kimi sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunması göstərilmişdir. 13.Abonent saldosundan görünür ki, iddiaçıya 2023-cü tarixdə 6220,80 manat məbləğində borc hesablanmışdır. 14.xx.xx.2023-cü il tarixli “Təbii X3nın pozulması” haqqında aktdan görünür ki, sayğacdan kənar təbii qazdan istifadə olunduğu aşkar edilmişdir. 15.xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, **********00000 abonent kodu üzrə qaz işəedicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün, Kombinin maksimal saatlıq qaz sərfi 3.5 m3 /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itinlmiş qazın bərpası uçun hesabat aparılmış və dəymiş ziyan 40608 m3 olmuşdur. 16.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2 3/1481 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş və qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. 17.Məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, İddiaçı yaşadığı ünvanda qaz sayğacına yoxlanış keçirilən zaman ona akt tərtib olunmuş və itirilmiş qazın bərpası üçün hesabat aparılaraq ayrı vaxtlarda 486 manat və 4872,96 manat məbləğində borc tələb edilmişdi. Lakin, məhkəmə iclasında iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyriqanuni xətlə qoşulması halı öz təsdiqini tapmadı. 18.Təqdim edilmiş aktla bağlı məhkəmə qeyd etmişdir ki, həmin aktlar qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən mötəbər sübut kimi qəbul edilməməlidir. 19.Belə ki, “X3”nın 6.5 və 6.7-ci bəndlərinə əsasən akt tərtib edilərkən ilk növbədə abonentin iştirakı təmin edilməli, aktın bir nüsxəsi ona təqdim edilməlidir. Lakin hazırkı iş üzrə tərtib edilmiş aktların heç birində abonentin iştirakı təmin edilməmiş, nə də aktın surəti ona təqdim edilməmişdir. Həmçinin, iş materiallarından tərtib edilmiş aktın surətinin sonradan hər hansı bir üsulla, o cümlədən poçt vasitəsilə abonentə çatdırılması müəyyən edilməmişdir. Məhkəmə hesab etmişdir ki, müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının (nümayəndəsinin) iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən törədilməsi ciddi şübhə doğurur. 20.Qanun tələb edir ki, X3nı pozan şəxsin təqsirli olub, olmaması qaz paylayıcı tərəfindən deyil, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində göstərilən orqanlar tərəfindən müəyyən edilməli, yalnız təqsiri müəyyən edildikdən sonra qaz paylayıcı dəymiş zərəri istehlakçıdan tələb edə bilər. Lakin işdən görünür ki, zərərin tələb edilməsinə əsas olmuş qanunla müəyyən edilmiş qaydaya cavabdeh tərəfindən əməl edilməmiş, aktın bir nüsxəsi nə iddiaçıya, nə də təqsirlilik məsələsinin müəyyən edilməsindən ötrü müvafiq dövlət orqanlarına təqdim edilməmişdir (yaxud bununla bağlı cavabdeh məhkəməyə sübut təqdim etməmişdir). Bu halda, iddiaçının X3nın pozulmasında təqsirli olması müəyyən edilməmiş olur. Qanunvericilik isə borclunun öz öhdəliklərinin təqsirli pozuntusu üçün məsuliyyət daşımasını müəyyən etmişdir. 21.Cavabdehin nümayəndələri tərəfindən itirilmiş qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu nəinki iddiaçının, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansı miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. 22.Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi halda ödəniləcək məbləğin 4872,96 manat məbləğində hesablanmasını məhkəmə ağlabatan hesab etməmişdir. 23.Məhkəmə iddianın “xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın ləğv edilməsi, 486 manat məbləğində cərimə və 386,96 manat dəbbə pulu olmaqla cəmi 872,96 manat vəsaitinin silinməsi” hissəsinə münasibət olaraq qeyd etmişdir ki, iddia həmin hissədə qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli qanunvericiliyin tələblərinə zidd olaraq tərtib edildiyindən ləğv edilməli, iddiaçıya hesablanmış 486 manat məbləğində borc silinməlidir. Belə ki, tələbnamədən və saldodan görünür ki, iddiaçıya 486 mant məbləğində borc yazılmışdır. Lakin iş materialları və məhkəməyə təqdim edilmiş sübutlardan iddiaçıya 386,96 manat məbləğində dəbbə pulunun yazıldığı öz təsdiqini tapmır. 24.Məhkəmə iddianın “xx.xx.2023-cü ******* nömrəli aktın ləğv olunması və həmin akt əsasında iddiaçıya hesablanmış 4000 manat məbləğində cərimənin, ümumilikdə 4872,96 manat vəsaitinin silinməsi” hissəsində qeyd etmişdir ki, iddia həmin hissədə qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli akt qanunvericiliyin tələblərinə zidd olaraq tərtib edildiyindən ləğv edilməli, iddiaçıya hesablanmış 4872,96 manat məbləğində borc silinməlidir. 25.Beləliklə məhkəmə hesab etmişdir ki, iddiaçının yaşadığı evdə quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan itirilmiş qazın bərpasına görə hesablanmış borcun tələb etməsi qanunsuz və əsassızdır. 26.Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab etmişdir ki, iddianın təmin edilmiş hissəsi 5358,96 manat olduğundan cavabdehdən 73,59 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. 27.Eyni zamanda iddia təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 64 manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. 28.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci :Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarının 4.2, 4.6, 4.7, 4.8, 4.9, 6.5-ci: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə: “Dövlət rüsumu haqqında” 9.1.5, 9.4-cü: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 124.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 29.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 30.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindənözünə sərf etdiyi tərzdə təbii qazdan sayğacsız istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir.İddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin 1-ci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir.Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur.Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən sayğaclar üzrə saldolar, fotoşəkillər, aktlar, nəzərə almayıb.Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə göstərilən dəlillər işin faktiki və həqiqi hallarına tam uyğun olmadığından, işin faktiki və həqiqi halları məhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmadığından məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. İddiaçı tərəfdən qanunsuz qoşulmanı həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Cavabdeh olaraq iddia ərizəsinin təmin edilməməsinə dair, onun əsassız olmasına dair kifayət qədər sübutlar (aktlar, faktları təsbitləyən fotoşəkillər, saldo və s.) 1-ci instansiya məhkəməsinə təqdim edilmişdir. İddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 31.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. a)Məhkəmə icraatı iştirakçılarının izahatları 32.İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq,iddiaçı və cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş, iddiaçı məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının iştirakı olmadan keşirilməsini xahiş etmiş, cavabdeh tərəf isə gəlməməyin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 33.Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 34.Maddə 1096.1.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqaşəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 35.Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu: 36.Madə 3. (İstehlakçılar) öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətlidövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 37.Maddə 18.İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin,işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündəaşağıdakı tələbləri ehtiva edir: -18.0.1.İstehlak bazarında satılan malların (xidmətlərin, işlərin), o cümlədən dərmanvasitələrinin qablaşdırılmasının, daşınmasının, saxlanmasının və satış şəraitinin sanitargigiyenik,ekoloji, texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına, qidaməhsullarının isə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğunolmasına dövlət nəzarətini. 38.Maddə 26.İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymişmənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumuverməkdən azad edilirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 39.Maddə 11.6.Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. 40.Maddə 13.8. ... qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacınıngöstəricilərinə əsasən hər ay üzrə hesablamalıvə növbəti ayın 10-dək istehlakçıya bubarədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdimedilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgünhesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 41.Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xəttidərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğacamüdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akttərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onunsəlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazpaylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habeləqanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatəolunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyiqaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markasınəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdanistifadə qaydaları ilə tənzimlənir. 42.Maddə 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qazpaylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaitihesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qazsayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəzedilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnməistehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısıtərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmirolunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qazpaylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbətitexniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyatakeçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsaittələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdankeçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X3”:
43. 1.3.Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilmiş qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
44. 4.2.Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaitihesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaitihesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
45. 4.6 Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işləkvəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
46. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiqörtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) vəsayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
47. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarınınişlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
48. 4.9.İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texnikibaxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isəistehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısıtərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsiistehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsasıgöstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texnikipasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texnikibaxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçınınarzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
49. 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”:
50. 5.1.Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdətutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir.“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyiqazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart”tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qazpaylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlaketdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görədüzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 51.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 52.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
53.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 54.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə qətnamədən apellyasiya şikayəti verməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
55.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(011)-151/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 56.Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı ünvanda xx.xx.2019 və xx.xx.2023-cü illərdə saylı təbii X3nın pozulması haqqında akt tərtib edilmişdir. Həmin aktlardan xx.xx.2019-cu il tarixli akta əsasən sayğacda qüsurlar aşkar olunmuşdur. xx.xx.2010-cu il tarixli akta əsasən sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu qeyd olunmuşdur. 57.Kollegiya qeyd edir ki, həmin akt iddiaçının iştirakı ilə tərtib edilməmiş, həmçinin aktın surəti ona təqdim edilməmişdir. 58.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli qərarında göstərmişdir ki, yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: 1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. 59.Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq, maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. 60.Kollegiya qeyd edir ki, təbii X3nın pozulması barədə aktda göstərilən halların sübut edilməsi vəzifəsi cavabdehə aid olduğu qanunvericiliklə müəyyən olunsa da, həmin halların doğruluğunu təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də, həmin akt mötəbər sübut kimi qəbul oluna bilməz. 61.Həmçinin məhkəmə tərəfindən təyin edilmiş ekspertiza üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsasənqoşulmaya xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə olunmamışdır. 62.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 63.Kollegiya qeyd edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). xx.xx.2019-cu il tarixli akta əsasən sayğac evdən kənarda yerləşdiyindən, sayğacda olan qüsurlara görə iddiaçı məsuliyyət daşımır və qüsurların iddiaçının təqsiri nəticəsində əmələ gəlməsinə dair cavabdeh tərəfindən heç bir sübut təqdim olunmamışdır. xx.xx.2023-cü il tarixli təbii X3nın pozulması haqqında aktda abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd olunsa da, 25 fevral 2022-ci il tarixdən qüvvədə olan (akt xx.xx.2023-də tərtib olunub) “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu 13.8-1-ci maddəsində nəzərdə tutulan qanunsuz qoşulma halları aşkar edildikdən sonra qaz paylayıcısı tərəfindən görülməli addımlar qanuna uyğun şəkildə həyata keçirilməmiş, lazımi tərbirlər tam görülməmişdir. İstehlakçının qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Göründüyü kimi, qeyd olunan hallar müəyyən olunmur. 64.Digər tərəfdən kollegiya qeyd edir ki, “X3”nın 6.5-ci bəndinə əsasən əgər iddiaçı tərəfindən xx.xx.2010-cu il tarixli akta əsasən sayğaca müdaxilə olmuşdursa, xx.xx.2023-cü il tarixli akta əsasən kənar qoşulma olmuşdursa, cavabdeh tərəfindən akt tərtib edildikdən sonra qazın verilməsi dayandırılmalı və dəymiş zərərin ödənilməsinin qanunvericiliyə uyğun olaraq iddiaçıdan tələb edilməsi həyata keçirilməli idi. Lakin iş materiallarından bu hallar müəyyən olunmur. Bu hal bir daha kollegiyaya aktın mötəbər sübut kimi qəbul edilməməsi qənaətinə gəlməyə əsas verir. 65.Kollegiya qeyd olunanlara əsasən hesab edir ki, sayğaca müdaxilə, sayğacdan kənar qazdan istifadə halı, yəni zərərin mövcud olması, bunun iddiaçının qanunsuz hərəkəti nəticəsində baş verməsi, qanunsuz hərəkətlə zərər arasında səbəbli əlaqənin olması, bununla da, cavabdeh tərəfindən zərər vurulması sübuta yetirilmədiyindən, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış borcun silinməsi barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. 66.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 67.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 68.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 69.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 70.Kollegiya qeyd edir ki, məhkəmə xərcləri ilə əlaqədar məsələ prosessual qanunverciliyin və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun şəkildə həll edilmişdir. 71.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(011)-151/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov